Məhkəmə qərarları › İş №1(102)-320/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-320/2024

21.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-320/2024 21.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun və Məhkum iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 aprel 2022-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublik ası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 iyun 2023-cü il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X15 və Quliyev Əhməd Qəhrəman oğlundan ibarət tərkibdə) 18 aprel 2023-cü il tarixli hökmü ilə xx xxxxx 1990-cı il tarixdə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, məhkum olunmamış, ünvan 1ünvanında qeydiyyatda olub Xırdalan şəhəri, Kristal ünvan 2ış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllər ini törətməkdə təqsirli bilinərək ona Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcının 1 sentyabr 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə mi nənədək dəyişdirilməməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Murquzov İlqar Mustafa oğlunun sədrliyi və məruzəsi, Babayev Qədim Xalid oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə) 21 iyun 2023-cü il tarixli qərarı ilə təqsirləndirilən Məhkum özü və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin Məhkum barəsində olan 18 aprel 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İttiham aktına və birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum 3 avqust 2022-ci il tarixdə günorta saatlarında X, 1 saylı binanın qarşısında yerləşən avtomobil servisində işləyən tanışı Zərərçəkmiş şəxs Mübariz oğlu ilə birlikdə olan zaman sonuncunun ona əlin də saxlaması üçün verdiyi pulverizatoru kənara qoymasına görə aralarında yaranmış sözlü mübahisə zamanı Zərərçəkmiş şəxs kobud sözlərlə ona irad bildirməsini bəhanə edib həmin gün saat 21 radələrində qeyd olunan ünvanda yerləşən avtomobil servisinin həyətində digər şəxslərin olmasına əhəmiyyət vermədən ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozub ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərib cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq edərək cəmiyyətə açıqca hörmətsizlik edib heç bir əsaslı səbəb olmadan avtomobil servisindən götürdüyü soyuq silah hesab edilməyən zavod üsulu ilə hazır lanmış məişət təyinatlı mətbəx bıçağından silah qismində istifadə etməklə Zərərçəkmiş şəxs zor tətbiq edərək qərəzli xuliqanlıq hərəkətləri etmiş və qəsdən sonuncunun bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq ona sağ qoltuqaltı nahiyənin boşluğa nüfuz etməyən 1 ədəd deşilmişkəsilmiş yarası, sol bazunun 2 ədəd, sol saidin 2 ədəd və sol əl-bilək nahiyəsinin 1 ədəd deşilmiş-kəsilmiş yaraları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, döş qəfəsinin sol yarısının plevra boşluğuna nüfuz edən sol ağciyərin yuxarı payının zədələnməsi və hemopnevmotoraksla müşayiət olunan 1 ədəd deşilmiş-kəsilmiş yarası kimi yetirildiyi anda həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirərək xuliqanlıq niyyətilə Zərərçəkmiş ş əxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətində qeyd edir ki, məhkəmələr tərəfindən onun ifadələri, əməlinin Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1ci maddəsinə tövsif edilməsi və Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ona baraət verilməsi barədə dəlilləri nəzərə alınmamışdır. Atası 20 ildən çox DİN-nin əməkdaşı olub, vəfat edib, anası tək yaşayır. Özü ali təhsillidir, əmək fəaliyyətinə bank sektorunda başlamışdır və işləyirdi. Kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyun 2023-cü il tarixli qərarının dəyişdirilərək əməlinin Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsi və qalan cəza müddətinin şərti tətbiq olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asıl ı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, bi rinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxl ayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Kassasiya şikayətinin məzmunundan görünür ki, məhkum CM-in 126.2.3-cü maddəsi ilə əməlinin hüquqi tövsifini, həmin Məcəllənin 221.3-cü maddəsi ilə təqsirsiz olmasını, təyin olunmuş cəzanı mübahisələndirərək faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.6, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası ilk əvvəl kassasiya şikayətinin məhkum edilmiş şəxsin Cinayət Məcəlləsini 126.2.4-cü maddəsi ilə olan əməlinin tövsifi ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, işin hallarından və birinci instansiy a məhkəməsində məhkəmə istintaqında araşdırılan sübutlarla müəyyən edildiyi kimi Məhkum ilə Zərərçəkmiş şəxs Mübariz oğlu 3 avqust 2022-ci ildə günorta saatlarında birlikdə olan zaman sonuncunun ona əlində saxlaması üçün verdiyi pulverizatoru kənara qoymasına görə aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs kobud sözlərlə ona irad bildirməsini bəhanə edib həmin gün saat 21 radələrində avtomobil servisinin həyətində avtomobil servisindən götürdüyü soyuq soyuq silah hesab edilməyən zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağından silah qismində istifadə edib Zərərçəkmiş şəxs zor tətbiq etməklə qəsdən sonuncunun bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmuşdur. Göründüyü kimi Məhkum hərəkətləri cüzi səbəbi bəhanə etməklə şəxsin sağlamlığına xəsarət yetirmədə ifadə olu nur. Xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Hazırki cinayət işi üzrə məhkum edilmiş şəxs tərəfindən xuliqanlıq niyyətinin mahiyyətini açıqlayan qeyd edilən hərəkətlərə yol verilməsi müəyyən olunur. Apellyasiya instansiyası məhkəməsi təqsirləndirilən Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxs Mübariz o ğlunun sağlamlığına ağır və çoxsaylı yüngül dərəcəli xəsarətlər yetirməsini, bıçaqla xəsarət yetirmə üsulunu, məqsədini və formasını iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək haqlı olaraq hesab etmişdir ki, Məhkum hərəkətləri qisas və ya özünü müdafiə zəminində törədilən hərəkətlər kimi qiymətləndirilə bilməz. Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar ol an və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurmanın ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulur. «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 saylı qərarının 6-cı bəndinə əsasən, qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti iə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yax ud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürməkdən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin məna sına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiy yətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyəti ilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi ki mi özünü büruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsif edilməlidir. Kassasiya şikayətində göstərilən dəlilləri cinayət işinin materialları ilə müqayisəli şəkildə təhlil edib, araşdırmanın nəticələri olaraq kassasiya məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr Məhkum Cinayət Məcəlləsini 126.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə CPM-nin 144-145-ci maddələrinin tələblərinə riayət edilərək iş üzrə toplanmış sübutları hərtərəfli araşdırmış, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliy i üzrə obyektiv qiymətləndirmiş və ittihamın həmin hissədə sübuta yetirilməsi barədə əsaslı nəticəyə gəlmişlər. Kassasiya məhkəmə kollegiyası hüquqi məsələlər üzrə cinayət qanununun və cinayət prosessual qanunvericiliyin normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq bu nəticəyə gəlir ki, Məhkum xuliqanlıq niyyətinin mahiyyətini açıqlayan qeyd edilən hərəkətlərə yol verməsi, yəni cüzi səbəbi bəhanə edərək zərərçəkmiş şəxsə ağır bədən xəsarəti yetirərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmış və onun əməli xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərərvurma cinayəti kimi düzgün tövsif edilmişdir. Belə olan halda, kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum törətdiyi əməlin hüquqi tövsifində səhvə yol vermədiyi qənaətinə gələrək qeyd edir ki, kassasiya şikayətinin bu barədə dəlilləri heç bir hüquqi əsasa söykənməyən dəlillər olmaqla əsassızdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə toplanmış sübutları cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, M əhkum zərərçəkmiş şəxsə məhz xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurması barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Kassasiya şikayətinin bu barədə olan dəlilləri əsassız olmaqla Məhkum hərəkətlərinə hər iki məhkəmə baxışı zamanı öz təsdiqini tapmış və məhkəmələr tərəfindən tədqiq olunmuş sübutlarla, o cümlədən zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspert rəyi ilə müqayisəli təhlil olunub düzgün hüquqi qiymət verilmişdir. Məhkum barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik də rəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halın olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış və ona Cinayət Məcəlləsinin təqsirli bilindiyi 126.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş növdə və həddə ədalətli cəza təyin etmişdir. Apellyasiya instansiya məhkəməsi də tamamilə düzgün olaraq, birinci instansiya məhkəməsinin cəza təyin etmə ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Kassasiya məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Məhkum barəsində CM-in 70ci maddəsinin tətbiq edilməsi üçün heç bir hüquqi və faktiki əsas mövcud deyildir. Belə ki, cinayət işi üzrə Məhkum cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkünlüyü halları müəyyən edilməmiş və ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq olunması məqsədəmüvafiq deyil. Kassasiya məhkəmə kollegiyası hüquqi məsələlər üzrə cinayət qanununun və cinayət prosessual qanunvericiliyin normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq Məhkum əməlinin Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə yanaşı, həmin Məcəllənin 221.3-cü maddəsi ilə tövsif olunmasına münasibətdə aşağıdakıları qeyd edir: Cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusundan müəyyən edilir ki, ittiham aktında göstərildiyi kimi Məhkum tərəfindən xuliqanlıq, yəni silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməsi sübut edilməm işdir. Belə ki, məhkəmələr tərəfindən araşdırılmış sübutlardan göründüyü kimi, Məhkum ilə Zərərçəkmiş şəxs Mübariz oğlu arasında mübahisə ona əlində saxlamasına verdiyi pulverizatoru kənara qoymasına görə aralarında yaranmış mübahisə vaxtı Zərərçəkmiş şəxs kobud sözlərlə irad bildirməsini bəhanə edərək, həmin gün saat 21 radələrində avtomobil servisindən götürdüyü mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs zor tətbiq etməklə xəsarət yetirmişdir. Kassasiya məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin Məhkum əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif olunması barədə mövqeyi ilə razılaşmır və bununla bağlı əvvəla vurğulayır ki, cinayət əməlinin törədildiyi yer və şərait onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Göstərilənlər Cinayət Məcəlləsinin 221. 1-ci maddəsinin tələblərindən və həmin maddəyə verilən aşağıdakı şərh və təfsirdən irəli gəlir. Belə ki, CM-in 221-ci maddəsi xuliqanlıq cinayət əməlini - ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Xuliqanlığın əsas tərkibini təsbit edən CM-in 221.1-ci maddəsinin dispozisiyasından, “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasın a dair” və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarlarından, eləcə də “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarında xuliqanlıq cinayətinə verilmiş təfsirdən aydın olur ki, xuliqanlıq cinayəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik göstərən qərəzli hərəkətlərdə ifadə olunmalı, həmin hərəkətlər isə vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki cinayət işi üzrə cinayət əməlinin baş verdiyi ünvan, hadisənin, habelə təqsirkar şəxsin hərəkətlərinin törədilmə şəraiti və mexanizmi, təqsirkarın niyyəti, motiv və məqsədi kimi hallar məhkəmələr tərəfindən düzgün nəzərə alınmamışdır. Belə ki, cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün q anunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Ali Məhkəmənin Cinayət Kollegiyası hesab edir ki, məhkəmələrin Məhkum tərəfindən ictimai qaydanın pozulması, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olan hərəkətlərə yol verilməsi barədə gəldikləri nəticə cinayət işinin faktiki hal larına uyğun gəlmir və bəzi hallarda da cinayət işinin faktiki halları ilə ziddiyət təşkil edir. Belə ki, cinayət işi üzrə toplanmış sübutların müqayisəli təhlilindən görünür ki, mübahisə tərəfləri arasında mübahisə şəxsi münasibətlər zəminində 3 avqust 2022-ci il tarixdə günorta saatlarında avtomobil servisində yaranmış, mübahisə vaxtı Zərərçəkmiş şəxs kobud sözlərlə irad bildirməsini bəhanə edərək, həmin gün saat 21 radələrində Məhkum zərərçəkmiş şəxsin sağlamlığına ağır zərərvurma kimi xəsarət yetirmiş və həmin vaxt, yəni saat 21 radələrində tərəflər arasında hər hansı mübahisə olmamışdır, Məhkum hərəkətləri cüzi səbəblə zərərçəkmiş şəxsə mətbəx bıçağı ilə xəsarət yetirməkdən ibarət olmuş, məhkum tərəfindən ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörm ətsizlik etməyə səbəb olan hər hansı qərəzli hərəkətlərə yol verilməmişdir. Göstərilən hallara, o cümlədən Məhkum hərəkətlərinə məhkəmələr tərəfindən düzgün qiymət verilməmiş, nəticədə onun törətdiyi cinayət əməli səhvən CM-in 221.3-cü maddəsi ilə də tövsif edilmişdir. Hadisənin yuxarıda təsvir olunan mexanizmindən göründüyü kimi, Məhkum xuliqanlıq niyyəti təhlükəli davranışda deyil, konkret cinayətin motivi kimi özünü büruzə vermiş, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunan qərəzli hərəkətlərə çevrilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı- ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. «Azərbaycan Respublik ası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və İnzibati hüquqpozmalara dair işlər üzrə Məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il tarixli qərarında birmənalı olaraq göstərilmişdir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əm əlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 №-li qərarının 3-cü bəndində qeyd edilir ki, ictimai qaydanı kobud şəkildə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi mü nasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin hadisənin gedişindəki hərəkətləri sonradan açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Hazırki işin hallarından görünür ki, məhkumun hərəkətləri səbəbli olaraq konkret yönəlmiş, ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərə kətlərə çevrilməmişdir. Hazırki cinayət işi üzrə mübahisə tanış olan şəxslər arasında avtoservisin həyətində baş vermiş, məhkum tərəfindən ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq nümayiş etdirmək kimi hərəkətlərə yol verilməmişdir. Kassasiya şikayətinin Məhkum hərəkətlərində xuliqanlıq cinayət əməlinin tərkibinin olmaması barədə dəlilləri əsaslıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum silah qismində istifadə edilən əşyadan istifadə etməklə, ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri cinayət işi üzrə toplanmış və aşağı instansiya məhkəmələri tərəfindən araşdırılmış sübutlarla öz təsdiqini tapmamışdır. İbtidai araşdırma orqanı tərəfindən əsassız olaraq Məhkum Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə ittiham elan edilmiş və məhkəmələr də onu əsassız olaraq həmin maddə ilə məhkum etmişlər. Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin əməldə cinayət tərkibi olmadıqda; xitam verilir. Həmin Məcəllənin 350.2-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası CPM-in 353.3-ci maddəsinin tələblərinə görə məhkəmənin bəraət hökmünün təsviri-əsaslandırı cı hissəsində 353.3.1. təqsirləndirilən şəxsin məhkəməyə verildiyi ittihamın mahiyyəti; 353.3.2. məhkəmə baxışı zamanı məhkəmə tərəfindən müəyyən edilmiş hallar; 353.3.3. məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar və ittihamın əsaslandırılması üçün göstərilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivləri göstərilməklə təqsirləndirilən şəxsə bəraət verilməsi əsaslarının göstərilməsi zəruridir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyun 2023-cü il tarixli qərarı Məhkum Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə məhkum edilməsinə aid hissədə ləğv edilməli və Məhkum əməlində cinayət tərkibi olmadığına görə onun barəsində cinayət işi üzrə icraata CM-in 221.3-cü maddəsi ilə olan hiss ədə xitam verilməlidir. Cinayət məsuliyyətinin əsaslarını müəyyən edən CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törə tməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-in 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Təqdim edilmiş sübutlar işin düzgün həll edilməsi, işin nəticələri üçün əhəmiyyətlidirsə, məhkəmə onlarla bağlı mövqeyini qərarda əks etdirməlidir. Azərbaycan Respublikası CPM-in 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci ma ddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, hə m də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X5rşı” 9 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səvi yyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Azərbaycan Respublikası CPM-in 416.1.11, 416.1.15-ci maddələrinə əsasən məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda və ya törədi lmiş əməlin tövsifində səhvə yol verdikdə, kassasiya instansiya məhkəməsi həmin hökmü ləğv edə və ya dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilərək Məhkum barəsində CM-in 221.3-cü maddəsi ilə olan cinayət işinin icraatına CPMin 39.1.2-ci maddəsinə əsasən, yəni əməldə cinayət tərkibi olmadığına görə xitam verilməli, ona CM-in 221.3-cü maddəsi və CM-in 66.3-cü maddəsi ilə cəzanın təyin edilməsi barədə müddəalar məhkəmə qərarlarından xaric edilməli, Məhkum üzərində Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 aprel 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsi ilə təyin edilmiş cəza saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tut araq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 iyun 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 iyun 2023-cü il tarixli qərarı Məhkum Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə məhkum edilməsinə və cəzalandırılmasına dair hissədə ləğv edilsin və əməldə cinayət tərkibi olmadığına görə həmin maddə ilə olan hissədə cinayət işinin icraatına xitam verilsin. Məhkum Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə və Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən cəzalandırılmasına dair müddəalar məhkəmə qərarlarından xaric edilsin. Məhku m üzərində Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 aprel 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsi ilə təyin edilmiş 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar