Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-320/2025 28.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Bəraət almış şəxs – X4, Müdafiəçi – Lənkəran rayon Vəkil Bürosunun vəkili Məmmədli Tural Məmmədqulu oğlunun iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 6 aprel 2024-cü il tarixli hökmü ilə X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 iyul 2024cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 6 aprel 2024-cü il tarixli 1(099)-175/2024 nömrəli (hakimlər: Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Nahid Nəsir oğlu və Məmmədova Esmira Qərib qızından ibarət məhkəmə tərkibində) hökmü ilə 10 yanvar 1982-ci ildə X şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, orta təhsilli, İİ dərəcəli əlilliyi olan, 9 mart 2021-ci ildə Lənkəran Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilin ərək 1 (bir) il 3 (üç) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, qanunvericiliklə müəyyən olunmuş qaydada məhkumluğu ödənilməmiş və götürülməmiş, XXX-də qeydiyyatda olmaqla yaşamış X8 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilmiş, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi, dərhal saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından həbsdən azad edilməsi, bəraət alması ilə əlaqədar ona cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin seçilməsi və məhkəməyə ver ilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olmasının izah edilməsi müəyyən edilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 iyul 2024-cü il tarixli 1(106)-603/2024 nömrəli (hakimlər: Əhmədov İsmayıl Həmid oğlu (sədrlik edən və məruzəçi), Hacıyev Pərviz Vaqif oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 6 aprel 2024-cü il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 iyul 2024-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: İstintaq orqanı tərəfindən X8 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, 2023-cü ilin yanvar ayında X şəhəri ərazisində istintaqa məlum olmayan mənbədən, satış məqsədi ilə qanunsuz olaraq külli miqdar hesab edilən iki ədəd bağlamada ümumi çəkisi 4081,301 qram tiryəkdən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroini və bir ədəd bağlamada külli miqdar hesab edilən ümumi təmiz çəkisi 1160 qram tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib, üzərində daşıyaraq, yaşadığı ünvan 1 ünvanında yerləşən evinə gətirib, onları evdə yataq otağındakı divanın al tında gizlədərək saxlamış, 18 yanvar 2023-cü il tarixdə əvvəlcə narkotik vasitə heroinin satışını realizə etmək üçün ondan altı ədəd bükümlərdə ayrı-ayrılıqda çəkiləri 0,258 qram, 0,231 qram, 0,343 qram, 0,138 qram, 0,171 qram və 0,160 qramını ayırıb satış məqsədi ilə qanunsuz olaraq üzərində, narkotik vasitə heroinin qalan hissəsini və narkotik vasitə qurudulmuş marixuananı yaşadığı evdə yataq otağındakı divanın altında saxlamış, bu barədə əməliyyat məlumatları əldə etmiş Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 18 yanvar 2023-cü il tarixdə saat 21:10 radələrində keçirilən əməliyyat tədbirləri nəticəsində o, xxx küçəsində saxlanılaraq Lənkəran ŞRPŞ-nə gətirilib, üzərində şəxsi axtarış keçirilərkən əynində olmuş şalvarının sol yan cibindən ayrı-ayrılıqda təmiz çəkiləri 0,258 qram, 0,231 qram, 0,343 qram, 0,138 qram, 0,171 qram, 0,160 qram olmaqla, cəmi 1,301 qram çəkidə narkotik vasitə heroin 1 ədəd sellofan bükümdə aşkar edilərək götürülmüş, həmin tarixdə saat 23 radələrində yaşadığı ünvan 1 ünvanında yerləşən evinə baxış keçirilərkən evin yataq otağındakı divanın altından əvvəlcədən gizlətdiyi 1 ədəd sellofanda cəmi iki ədəd bağlamada ümumi çəkisi 4080 qram olub külli miqdar təşkil edən narkotik vasitə heroin və 1 ədəd sellofan bağlamada çəkisi 1160 qram olub külli miqdar təşkil edən tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və həmin otaqda stolun üstündən üzərində heroin izləri olan 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası tərəfindən həmin yekun qərar qəbul edilərkən sübutlar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş, bunun nəticəsi olaraq əsassız yekun qərar qəbul edildiyindən, həmin qərar ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Bəraət almış şəxsin cinayət məsuliyyətindən boyun qaçırmaq və ya məsuliyyəti yüngülləşdirmək məqsədi ilə özünümüdafiə xarakterli ifadələr verməsinə baxmayaraq, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin onun tərəfindən törədilməsi özünün və şahid ifadələri, ekspertiza rəyləri, maddi sü but və iş üzrə toplanılmış digər materiallarla təsdiq edilmişdir. Lakin hər iki instansiya məhkəmələri iş üzrə toplanılmış sübutlara heç bir əhəmiyyət vermədən, Bəraət almış şəxsin özünümüdafiə xarakteri daşıyan və işin faktiki hallarına uyğun olmayan ifadələrində göstərdikləri xüsusatları əsas götürərək Bəraət almış şəxsin ittihamda göstərilən əməllərin guya sübuta yetirilməməsi barədə səhv qənaətə gəlmişlər. Məhkəmələr əsassız olaraq hesab etmişlər ki, Bəraət almış şəxsin saxlanmasının, polisə aparılmasının, üzərindən və evindən narkotik vasitənin aşkar edilməsinin gedişatının polis əməkdaşlarının ifadələrində dedikləri kimi deyil, guya Bəraət almış şəxs ifadəsində dediyi kimi getməsinə əmin olmaq üçün Bəraət almış şəxsin yaşadığı evin qonşuluğunda yaşayan qonşuların, onun bacısının, onu nla birlikdə saxlanılmış X və X adlı şəxslərin ifadələrinə baxmaq yetərlidir. Lakin apellyasiya instansiya məhkəməsi həmin şahidlərin yaxın qonşu və qohum olmasına əhəmiyyət verməyərək, yalnız onların birinci instansiya məhkəməsində verdikləri ifadələrini həqiqətə uyğun olan kimi qəbul etmiş və yuxarıda qeyd edilən xüsusatlar üzrə ibtidai istintaqda toplanılmış sübutları əsassız olaraq qəbul etməmişdir. Hər iki instansiya məhkəmələrinin gəldikləri nəticə əsassız olmuş, Bəraət almış şəxsin əməli iş materialları ilə sübuta yetirilmiş və düzgün olaraq CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Bundan əlavə hər iki instansiya məhkəmələrinin Bəraət almış şəxsin təqsiri sübuta yetirilməməsi barədə qənaətə gəlməsi, X22 ŞRPŞ-in əməkdaşları tərəfindən saxlanılan zaman döyülməsi, qeyri-insani r əftara məruz qalması olmuşdur. Lakin hər iki instansiya məhkəmələri Bəraət almış şəxsin bədəni üzərində olan xəsarətlərə münasibət bildirərkən, bu xəsarətlərin xarakteri, alınma mexanizmi və s. nəzərə almamış, nəticədə də səhv nəticəyə gəlmişlər. Belə ki, Bəraət almış şəxsin özü, həmçinin müdafiə tərəfinin təqdim etdiyi şahidlər ifadələrində göstərmişlər ki, Bəraət almış şəxs yaşadığı binanın beşinci mərtəbəsindən dördüncü mərtəbəyə, oradan da digər aşağı mərtəbələrə düşərək qaçmağa cəhd etmiş, lakin polis əməkdaşları tərəfindən saxlanıldığı üçün qaça bilməmişdir. Beləliklə, Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq cinayət işi üzrə toplanmış sübutlar məcmu qaydada qiymətləndiri lməmiş, sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş və bunun nəticəsi olaraq Bəraət almış şəxsə CM-in 234.4.3-cü maddəsi ilə əsassız olaraq bəraət verilmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 iyul 2024-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, protestdə göstərilən dəlillərin nəzərə alınaraq verilmiş protestin təmin edilməsini və Şirvan Apellyasiya Məhkəm əsinin Cinayət Kollegiyasının 12 iyul 2024-cü il tarixli qərarının ləğv edilərək işin apellyasiya instansiya məhkəməsinə yenidən baxılmağa təyin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində müdafiəçi Məmmədli Tural Məmmədqulu oğlu çıxış edərək, kassasiya protesti əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində bəraət almış şəxs X13 çıxış edərək, verilmiş kassasiya protestinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlama nın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla X8 Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlib, ona bəraət verilməsi barədə hökmü dəyişdirmədən saxladığını iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsasları Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələb ləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 iyul 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənb əyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Ədalət mühakiməsinin təqsirsizlik prezumpsiyası prinsipi (CPM, maddə 21) şəxsin təqsiri Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, X4 qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri əldə edib saxlamaqla daşıması ilə bağlı verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməmişdir. Apellyasiya instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin təqsirlilik məsələsini müzakirə edərək hesab etmişdir ki, təqsirləndirilən şəxs X13 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai istintaq orqanını gəldiyi nəticə əsassız olmuş, həmçinin, X4 Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsiri sübuta yetirilməmiş və gəlinən nəticə aşağıdakı sübutların məcmusu ilə əsaslandırılmışdır. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsində təsbit olunmuşdur ki, “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələ ləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Cinayət-Prosessual Məcəllənin 419.11-ci maddəsinə görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Göründüyü kimi, kassasiya instansiyası məhkəməsinin hüquq məsələləri üzrə nəticələrə gəlmək üçün əsas rolunda onun özünün işin faktiki hallarına dair qənaəti, sübutların qiymətləndirilməsinə dair mülahizələri deyil, aşağı instansiya məhkəmələrinin sübutların qiymətləndirilməsi və faktlar barədə qənaətləri çıxış etməlidir. Çünki, özü bilavasitə sübutları tədqiq edib faktları müəyyən etmək səlahiyyətində olmayan kassasiya instansiyası məhkəməsi yalnız bu məsələlər apellyasiya instansiyası məhkəməsində tam, hərtərəfli və obyektiv yoxlanıldıqda, onların (həqiqiliyi şübhə doğurmayan faktların) üzərində öz mülahizə və nəticələrini qura bilər. Belə ki, cinayət işinin materiallarında olan “cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 18 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Bəraət almış şəx s 18 yanvar 2023-cü il tarixdə saat 21:40-da şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarış keçirilməsi və götürmə haqqında” 18 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Bəraət almış şəxs əynində olmuş şalvarının sol yan cibindən altı bükümdə 1,70 qram narkotik vasitə heroini çıxarıb təqdim etmiş, həmin narkotik vasitənin özünə məxsus olduğunu, bir həftə əvvəl tanımadığı şəxsdən aldığını, narkotik vasitənin müəyyən hissəsini də yaşadığı X şəhəri X küçəsindəki mənzildə saxladığını göstərmişdir. “Baxış keçirilməsi və əşyanın götürülməsi haqqında” 18 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Bəraət almış şəxsin yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilin yataq otağında divanın altında gizlətdiyi iki ədəd sellofan torbanı təqdim etmiş, həmin torbaların birində iki ədəd bükü lülərdə 4245 qram narkotik vasitə heroin, bir ədəd sellofan torbada bir bükülüdə 1185 qram qurudulmuş marixuana və stolun üzərində bir ədəd elektron tərəzi aşkar olunmuş, o narkotik vasitələrin özünə məxsus olduğunu, elektron tərəzi ilə də narkotik vasitələrin satışını həyata keçirdiyini göstərmişdir. Lakin, əlavə şahid qismində dindirilmiş X21, X33, X14, X3 və X11 ifadələrində göstərmişlər ki, 18 yanvar 2023-cü il tarixdə polis əməkdaşları təxminən saat 11 radələrində evə girərək Bəraət almış şəxsi və onunla birlikdə digər şəxsləri məcburi aparmışdırlar. Belə ki, əlavə şahid qismində dindirilmiş X21 ifadəsində bildirmişdir ki, üç nəfər qonşu Lənkəran ŞRPŞ-də izahat vermişlər, polisdə izahatlarını dəyişmişlər. Atası insult xəstəsidir. 18 yanvar 2023-cü il tarixdə səhər saat 11 radələrind ə hansısa evin qapısı bərkdən döyülmüş, özü yaşadığı evin qapısını açmış, döyülən qapının Bəraət almış şəxsgilin yaşadığı evin qapısı olduğunu görmüşdür. Bəraət almış şəxsgilin yaşadığı evin qapısı taxta qapıdır, qapının sındığını görmüş, təxminən 5-10 nəfər polis əməkdaşı qapını sındırıb evin içərisinə girmişdilər. Ürəyi dözməyərək Bəraət almış şəxsin bacısı X-ə zəng vurmuş, X telefona cavab verməmiş, daha sonra X-in ərinə zəng etdib Bəraət almış şəxsi deyəsən evin içərisində polis əməkdaşlarının döydüklərini, onlara gəlmələrini demiş, bir az sonra X gələrək özünü yetirmişdir. Həmçinin əlavə şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, 18 yanvar 2023-cü il tarixdə səhər təxminən saat 11 radələrində ərinə zəng edib polis əməkdaşlarının Bəraət almış şəxsi tutduqlarını, evin qap ınısı qırdıqlarını, polis əməkdaşlarının evin içərisinə girdiklərini demişlər. Ona zəng edən qonşuları X olmuşdur, X onunla danışmayıb, yoldaşı ilə telefonda danışmışdır. "xxxx" MMC-dən alınmış şahid X-in istifadəsində olmuş ***-***-**-** saylı telefon nömrəsinə daxil olan çıxan zənglər, anten məlumat qeyd edilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin nömrənin anten məlumatı 9 sentyabr 2023-cü il tarixdə saat 18:04-də ünvan 2 ünvanını göstərmiş, həmin nömrədən 18 yanvar 2023-cü il tarixdə saat 11:55-də X Mirzəhəsənovanın istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə zəng olunaraq 58 saniyə, saat 11:56-da isə zəng vurularaq 33 saniyə danışıq qeydə alınmışdır. Odur ki, Bəraət almış şəxs 18 yanvar 2023-cü il tarixdə saat 11 radələrində yaşadığı X şəhəri, X küçəsi 78/18 mənzil 34-dən X14 və X33 ilə birlikdə Lənkəran ŞəhərRayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq aparılmasına baxmayaraq, cinayət işinin materiallarının olan «tutulma protokol»undan görünür ki, Bəraət almış şəxs 18 yanvar 2023-cü il tarixdə saat 21:40-da şübhəli şəxs qismində tutulmuş, tutulmanın müddəti 18 yanvar 2023-cü il tarixdə saat 21:10-dan hesablanmışdır. Beləliklə də, Bəraət almış şəxs 11 saat müddətində qanunsuz olaraq Lənkəran ŞRPŞ-nin əməkdaşlarının sərəncamında olmuşdur. Qeyd edilən məsələ ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsi "Savalanlı və digərləri Azərbaycana qarşı" iş üzrə xx.xx.2022-ci il tarixli Qərarının 91-ci bəndində qeyd etmişdir ki, məhkəmə polisin axtarışın aparması qaydası ilə bağlı Azərbaycana qarşı əvvəlki işlərdə gəldiyi nəticələrə istinad edir. Məhk əmə əvvəlki işlərdə müəyyən etmişdir ki, şübhəli şəxsin üzərinə baxışın üzrlü səbəb olmadan tutulduqdan dərhal sonra aparılmaması, əldə edilən sübutların polis tərəfindən yerləşdirilməsinin mümkün olduğu barədə əsaslı şübhə yaradır (bax, Layıcov Azərbaycana qarşı, № 22062/07, § 69, 10 aprel 2014-cü il və Sakit Zahidov Azərbaycana qarşı, № 51164/07, §53,12 noyabr 2015-ci il). Cinayət törətməkdə ittiham olunan hər kəsin vəkil tərəfindən səmərəli müdafiə olunmaq hüququ ədalətli məhkəmə araşdırmasının fundamental xüsusiyyətlərindən biridir. Bir qayda olaraq, şübhəli şəxs polis məntəqəsində saxlandığı andan və ya məhkəməyəqədər həbsdə saxlanma zamanı hüquqi yardıma çatım imkanı ilə təmin olunmalıdır. Ümumiyyətlə, təqsirləndirilən şəxsin cinayət mühakimə icraatında səmərəli şəkildə iştirak hüq uquna təkcə icraatda iştirak deyil, həm də zəruri olduqda, hüquqi yardım almaq hüququ daxildir. Hüquqi yardım hüququnun yalnız nəzəri deyil, praktik və səmərəli olması üçün onun icrası lüzumsuz formal şərtlərin yerinə yetirilməsindən asılı olmamalıdır. Hüquqi yardım almaq hüququ o qədər mühüm əhəmiyyət daşıyır ki, təqsirləndirilən və ya şübhəli şəxs bu hüquqdan yalnız məhdud hallarda imtina edə bilər. AİHM bu hüquqdan imtinanı ciddi surətdə məhdudlaşdırıb və imtina hallarında müvafiq təminatların olmasının vacibliyini vurğulayıb. Cinayət işinin materiallarından görünür ki, müdafiəçi 18 yanvar 2023-cü il tarixdə saat 21:40-dan saat 22:21-ə kimi Lənkəran ŞRPŞ-də, həmin tarixdə saat 23:00-dan saat 23:45-dək Bəraət almış şəxsin yaşadığı ünvan 1-də olmuş, sonra yenidən Lənkəran ŞRPŞ-yə gələrək Bəraət almış şəxs barəsində aparılan istintaq hərəkətlərində iştirak etmişdir. Lakin, "xxxx" MMC-dən alınmış müdafiəçi istifadəsində olmuş ***-***-**-** nömrəli telefonun anten məlumatı xx.xx.2023 22:52:06 ULNK4545C/GLNK4545 Lenkaran-TV/ «X16.» /Lankaran/ (38.764xx/xx.83618) MOC xx.xx.2023 23:16:39 ULNK4545C/GLNK4545 Lenkaran-TV/ «X16.» /Lankaran/ (38.764xx/xx.83618) MTC xx.xx.2023 23:18:34 ULNK4545C/GLNK4545 Lenkaran-TV/ «X16.» /Lankaran/ (38.764xx/xx.83618) göstərilmişdir. CPM-in 19.4.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçin in yardımından istifadə etmək hüququnu təmin etməlidir. Təqsirləndirilən şəxs Bəraət almış şəxs 18 yanvar 2023-cü il tarixdə saat 11 radələrində yaşadığı X şəhəri, X küçəsi 78/18 ünvanında yerləşən 34 nömrəli mənzilindən X14 və X33 ilə birlikdə Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq aparılmasına baxmayaraq təhqiqatçı x tərəfindən həmin tarixdə saat 21:40-da şübhəli şəxs qismində tutulmuş, saat 22:00-dan saat 22:21-də üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti, saat 23:00-dan saat 23:45-dək isə yaşadığı evə baxış keçirilməsi və əşyanın götürülməsi istintaq hərəkətlərini icra etmişdir. Beləliklə də, Bəraət almış şəxs 11 saat müddətində qanunsuz olaraq Lənkəran ŞRPŞ-nin əməkdaşlarının sərəncamında olmuş və həmin müddət ərzində onun müdafiə hüquqları kobud şəkildə pozul muşdur. Müdafiəçi kimi təyin olunmuş X6 fəaliyyəti yalnız müstəntiq tərəfindən tərtib olunmuş sənədləri imzalamaqdan ibarət olmuş, təqsirləndirilən şəxs Bəraət almış şəxsin xeyrinə hər hansı fəaliyyətlə ümumiyyətlə məşğul olmamışdır. Belə ki, dövlət hesabına təyin edilmiş müdafiəçi X31 x-in döyülməsini bildirməsinə baxmayaraq ibtidai istintaq dövründə hər hansı tədbir görülməsi üçün təşəbbüs belə etməmiş, cinayət-prosessual qanunvericiliyin tələbləri pozulmaqla aparılan istintaq hərəkətlərinin sübut kimi qəbul edilməməsinə dair müraciətlər etməmişdir. Qeyd olunan hallar isə özü-özlüyündə X8 qarşı irəli sürülmüş ittihamın əsasını təşkil edən “Şəxsi axtarış keçirilməsi və götürmə haqqında” 18 yanvar 2023-cü il tarixli “Baxış keçirilməsi və əşyanın götürülməsi haqqında” 18 yanvar 2023-cü il tarixli protokolların və yekunda isə bunlarla əlaqədar keçirilmiş məhkəmə fiziki-kimyəvi və bioloji ekspertizasının 19 yanvar 2023-cü il tarixli 19/81 nömrəli rəyinin həqiqiliyinə şübhə yaratdığından, onlar apellyasiya məhkəmə kollegiyası tərəfindən mötəbər sübut kimi qəbul edilməmişdir. Kassasiya məhkəmə kollegiyası həmçinin kassasiya protestində göstərilmiş “polis əməkdaşlarının ifadələrinin mötəbər hesab edilməsinə” dair dəlillərinə də qiymət verərək aşağıdakıları göstərməyi məqsədəmüvafiq hesab edir. Belə ki, polis əməkdaşlarının fəaliyyət göstərdiyi orqan tərəfindən aparılan istintaq hərəkətlərinə dair onların verdikləri ifadələrin qeyd edilən standarta uyğun gəlməsi üçün ifadələrin mötəbərliyinə heç bir şübhə yeri qalmamalıdır. Aydın məsələdir ki, baxılan iş üzrə polis əməkdaşları X 13 barəsində istintaq hərəkətlərinin aparılmasına dair şahid kimi ifadə vermişdir. Lakin nəzərə almaq lazımdır ki, həmin ifadələr eyni zamanda həm özlərinin, həm də digər polis əməkdaşlarının fəaliyyətini əks etdirən informasiya daşıyıcısıdır. Bu ifadələr nəinki X8 verilmiş ittihamın əsasını, eyni zamanda həm özlərinin, hətta vəzifəcə yuxarı mövqe tutan polis əməkdaşlarının hərəkətlərinin qanuni və əsaslı olmasının təsdiqi vasitəsidir. Polis əməkdaşları istintaq aparan orqanda müxtəlif vəzifələrdə fəaliyyət göstərərək vəzifə baxımından bir-birindən asılı olduğu üçün, istintaq hərəkətləri barəsində verdikləri ifadələri ittihamın təsdiqi üçün kifayət edən mötəbər sübut kimi qəbul edilməsi üçün iş üzrə digər sübutlarla məcmu halında qiymətləndirilməlidir. Fikri davam etdirərək kassasiya məhkə mə kollegiyası belə qənaətə gəlir ki, o halda qeyd edilən şəxslərin ifadələrinə mötəbər sübutlar kimi istinad oluna bilərdi ki, həmin ifadələr digər sübutların məcmusuna uyğunluq təşkil etsin. Lakin baxılan iş üzrə həmin sübutlar nəinki təsdiqini tapmır hətta digər sübutlarla təkzib olunaraq, məhkəmə araşdırmaları zamanı müəyyən olunmuş işin faktiki halları ilə ziddiyyət təşkil edir. Apellyasiya məhkəmə kollegiyası haqlı olaraq şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrini işdə olan digər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək həmin ifadələrin obyektiv həqiqəti əks etdirməməsi və ona görə də onların mötəbər sübut növü kimi qəbul edilməməli olması, X4 məhkəmədə verdiyi ifadələrin isə əsl həqiqəti əks etdirməsi barədə nəticəyə gəlmişdir. Bu baxımdan X4 barəsində a parılmış tədbirlərin prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə həyata keçirildiyinə, bu tədbirlərin qanunazidd olmasına, işin materiallarında əks olunmuş halların isə işin faktiki hallarına uyğun olmamasına dair məhkəmələrin gəldiyi nəticə də əsaslı görünür. Kassasiya protestinin “işgəncə faktının olmasına dair məhkəmələrin səhv nəticəyə gəlməsinə” dair dəlillərə qiymət verən kollegiya qeyd edir ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadə lərin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zora kılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Baxılan iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 28 fevral 2023-cü il tarixli qərardan görünür ki, Bəraət almış şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxılan zaman polis əməkdaşları tərəfindən döyülməsi və ona işgəncə verildiyini bildirməsi ilə bağlı Lənkəran Rayon Məhkəməsi tərəfindən göndərilmiş məlumat əsasında Lənkəran rayon prokurorluğunda araşdırma aparılmış, Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdır. Məhkəmə-tibbi ekspertizasının 19 yanvar 2023-cü il tarixli 49 nömrəli rəyindən görünür ki, Bəraət almış şəxsin bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilmədi. Həmin rəyin təsviri hissəsində göstərilmişdir ki, «ilkin məlumat: müayinə olunanın deməsinə görə 18 yanvar 2023-cü il tarixdə, saa t 11 radələrində polis əməkdaşları şübhəli şəxs qismində onu tutaraq polis şöbəsinə gətirmişlər. Tibb müəssisəsinə müraciət etməmişdir. Şikayəti yoxdur». Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsindən verilmiş Bəraət almış şəxsin adına açılmış 670/2023 nömrəli məhkumun tibbi kitabçasından görünür ki, Bəraət almış şəxs 21 yanvar 2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş, müayinə zamanı Bəraət almış şəxsin bədəni üzərində sağ dirsək oynağının içəri səthinin 3-4 sm ölçüdə, sağ əlin ön səthinin 1-2 sm ölçüdə, sol saidin yuxarı 1/3-nin ön səthinin 1-2 sm ölçüdə qərtməkli yaraları aşkar olunmuşdur. Bakı İstintaq Təcridxanasında tərtib olunmuş 26 aprel 2023-cü il tarixli «Atk» dan görünür ki, Bəraət almış şəxsin üzərinə baxış keçirilən zaman sol saidin və sol bazu nun aşağı tərəfində kəsilmiş qərtməkli yara, sol qulaq seyvanının yuxarı tərəfində isə kəsilmiş yara xəsarətləri aşkar olunmuşdur. Bəraət almış şəxs fakt ilə bağlı bildirmişdir ki, həmin xəsarətləri Lənkəran ŞRPŞ-nin müvəqqəti saxlama yerində olarkən saxlandığı kamerada istintaqın gedişatına etiraz əlaməti olaraq alışqanın dəmiri ilə özü-özünə xəsarət yetirməsi nəticəsində almışdır. Lənkəran Şəhər-Rayon Polis Şöbəsindən daxil olmuş 28 noyabr 2023-cü il tarixli, 3-13-96/2-34747/23 nömrəli məktubdan və Tibbi Müayinənin Keçirilməsi və Tibbi yardımın Göstərilməsinin Qeydiyyatı Kitabından görünür ki, Bəraət almış şəxs 19 yanvar 2023-cü ildə saat 04:40 radələrində Lənkəran ŞRPŞ-nin MSY-nə gətirilmişdir. Saxlanılan Şəxslərin Uçotu kitabında 65 nömrə altında qeydə alınıb, 19 yanvar 2023-cü il sa at 10:15 radələrində həkim qeydiyyatı kitabında həkim müayinəsindən keçirilmiş, ilkin müayinə zamanı xəsarət aşkar olunmamışdır. 20 yanvar 2023-cü ildə saat 11:53 radələrində təkrar müayinə olunaraq praktik sağlam olduğu müəyyən olunmuş və 21 yanvar 2023-cü il saat 09:00 radələrində Bakı İstintaq Təcridxanasına etap olunmuşdur. Tələbnaməyə əsasən təqsirləndirilən şəxs 25 aprel 2023-cü ildə saat 15:10 radələrində təkrar Lənkəran ŞRPŞnin MSY-nə gətirilmişdir, Saxlanılan Şəxslərin Uçotu kitabında 453 nömrə altında qeydə alınıb, 25 aprel 2023-cü il tarixdə saat 15:14-də həkim müayinəsindən keçmiş, sol qulağın kəsilmiş yarası müəyyən olunmuş, həkim tərəfindən Tibbi Yardım qeydiyyat kitabında qeydiyyat aparılmışdır və 26 aprel 2023-cü ildə saat 09:50-də Bakı İstintaq Təcridxanasına etap olunmuşd ur. Təkrar məhkəmə-tibbi ekspertizasının 22 dekabr 2023-cü il tarixli T 879/2023 nömrəli rəyindən görünür ki, vətəndaş Bəraət almış şəxsin 23.01 və xx.xx.2023-cü il tarixlərdə İT-də müayinə olunarkən «sağ dirsək oynağının içəri, sağ əlin ön, sol saidin yuxarı 1/3-nin ön səthinin qərtməkli yaraları, sol qulaq seyvanının, sol bazunun aşağı 1/3nin ön-bayır, sol saidin ön-arxa və qarının ön səthinin çoxsaylı kəsilmiş qərtməkli yaraları» olması qeyd olunmuşdur. Qeyd edilən xəsarətlər (xarakteri, forma və rəngi) tam təsvir edilmədiyindən onların yetirilmə müddəti, eləcə də yetirilmə mexanizmi haqqında dəqiq fikir söyləmək mümkün olmadı, istər birlikdə, istərsə də ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Müayinə edilən xəsarətlərin xarakteri və lokaliz asiyası onların istər təqsirləndirilən şəxsin özü tərəfindən, istərsə də kənar şəxs tərəfindən yetirilməsi mümkündür. Göründüyü kimi Bəraət almış şəxs Lənkəran ŞRPŞ-də 19 yanvar 2023-cü il saat 10:15 radələrində həkim müayinəsindən keçirilən zaman bədəni üzərində xəsarət aşkar olunmamış, 21 yanvar 2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasında müayinə olunan zamanı Bəraət almış şəxsin bədəni üzərində sağ dirsək oynağının içəri səthinin 3-4 sm ölçüdə, sağ əlin ön səthinin 1-2 sm ölçüdə, sol saidin yuxarı 1/3-nin ön səthinin 1-2 sm ölçüdə qərtməkli yaraları aşkar olunmuşdur. Yuxarıda qeyd edilən Ali Məhkəmə Plenum Qərarının 27-ci bəndinə əsasən, şəxsin fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillər təqdim edildikdə, həmin dəlillər cinayət işinin digər materiall arı və yaxud məhkəmə istintaqı dövründə əldə edilmiş digər sübutlarla (məsələn, müvafiq ekspertiza rəyi) təsdiqləndikdə, məhkəmə CPM-in 207.6-cı maddəsinə əsasən müvafiq materialları da əlavə etməklə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət göndərərək aparılmış araşdırmanın nəticələrindən asılı olmayaraq mübahisə edilən ifadənin və yaxud digər sübutun CPM-in 125-ci maddəsinin tələbləri baxımından yolverilən olub-olmaması məsələsini həll edə bilər. Azərbaycan Respublikası CPМ-in 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və a zadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalıdır. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 125.2-ci maddəsinə əsasən аşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları mə hdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.2. zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; 125.2.7. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; CPM-in 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Göründüyü kimi qanunvericilik cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut edilməli olan halların müəyyən edilməsinə aid olan məlumatların hüquqi forması kimi sü butların mümkünlüyünü ən vacib şərtlərindən biri kimi məlumatların, sənədlərin və əşyaların əldə edilməsi yalnız CPM-də göstərilən istintaq və məhkəmə hərəkətləri vasitəsi ilə həyata keçirilməsidir. Eyni zamanada istintaq və məhkəmə hərəkətləri CPM-də müəyyən olunmuş tələblərə riayət edilməklə həyata keçirilməlidir. Ümumilikdə, bu qayda əldə edilmiş məlumatların mümkünlüyünün təmin etməyə yönəldilmişdir. CPM-də müəyyən edilmiş proseduraya əməl etmədən CPM-in tələblərinin pozulması ilə əldə edilən məlumatlar, sənədlər və əşyalar sübut kimi qəbul edilə bilməz. Qəbul edilməyən sübutlar hüquqi əhəmiyyət kəsb etmir və ittihamın əsası kimi çıxış edə bilməz, habelə CPM-in 139-cu maddəsində göstərilən hər hansı halın sübut edilməsi üçün onlardan istifadə edilə bilməz. Cinayət-prosessual qanunveric iliyinin, o cümlədən Azərbaycan Respublikası CPM-in 21, 28, 33 və 353.2.2-ci maddələrinin tələblərindən göründüyü kimi, cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarının mülahizələrə əsaslana bilməsinin istisna edilməsi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunması tələbində təsbit olunmuşdur. Eyni zamanda, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipi hakimlərdən tələb edir ki, cinayət müh akimə icraatını həyata keçirərkən cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirsinlər. Nəticə olaraq, qanunverici məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutların və onun tərəfindən digər sübutların rədd edilməsi motivlərinin göstərilməsi tələbini müəyyən etmişdir. Qeyd edilən normaların tələblərinə əməl etməklə apellyasiya instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, X1 məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edib saxlamağı və daşıması ilə bağlı verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməmişdir. Apellyasiya məhkəməsinin qərarını, kassasiya protestinin dəlilləri ilə birgə təhlil edən kassasiya məhkəmə kollegiyası belə qənaətə gəl ir ki, apellyasiya məhkəməsi iş üzrə mövqeyini sübutlara, işin digər faktiki hallarına və qanunun tələblərinə, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin mövqe iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya protestinin dəlilləri də apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Belə nəticəyə gələrkən məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni mübahisələndirərkən mötəbər sübutların məcmusundan çıxış etməmiş, məhkəmənin deyil, məhz onun mövqeyi cinayət mühakimə icraatının əsas prinsip və şərtləri, sübutlar və sübutetməyə d air cinayətprosessual normaların tələbləri ilə uzlaşmır. Apellyasiya instansiyası məhkəməsinin yuxarıda şərh edilən sübutlar barədə qənaətinin CPM-in 125.2.1, 144, 145-ci maddələri ilə müqayisəsindən, kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda təsvir edilən cinayətprosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə dinləmələrinin, onların yekununda çıxarılmış bəraət hökmünün yuxarıda göstərilən hallarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq məhkəmə sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; süb utlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; bəraət hökmü çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq ha qqında qərar qəbul etməyə haqlıdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 6 aprel 2024-cü il tarixli hökmü ilə X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 iyul 2024cü il tarixli qərarı kassasiya protestinə əsasən dəyi
Məhkəmə qərarları › İş №1(102)-320/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-320/2025
28.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver