Məhkəmə qərarları › İş №1(102)-321/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-321/2020

11.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-321/2020 11.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Ələkbərli Pərvanə İsmayıl qızının katibliyi ilə, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 iştirakı ilə, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 03 sentyabr 2019-cu il tarixli qərarı ilə X3 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraata qəbul edilməsindən imtinaya dair material üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 oktyabr 2019-cu il tarixli qərarından xüsusi ittiham qaydasında şikayət vermiş X1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: X1 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Kommunist Partiyası adlanan partiyanın Mərkəzi Komitəsinin birinci katib kimi özünü təqdim edən, 09.02.1950-ci ildə Cəlilabad rayonunda anadan olmuş, evli, ali texniki təhsilli, Bakı şəhəri, ünvan 1 ünvanında yaşayan X9 dövlət qeydiyyatına alınmış Azərbaycan Kommunist Partiyasının Mərkəzi İcraiyyə Komitəsinin sədri X6 20.08.2017-ci il tarixdə ona göndərdiyi məktubuna elektron poçtu ilə ona göndərdiyi tarixini göstərmədiyi cavab məktubunda onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən həqiqətə uyğun olmayan məlumatların yalan olduğunu bildiyi halda bu yalan məlumatları həmin partiyanın üzvləri arasında qəsdən yaymaqla, ona dəfələrlə böhtan atdığına və bununla həm də onun şərəf və ləyaqətini nəlayiq formada qəsdən alçaldaraq, onu dəfələrlə təhqir etdiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini həmin Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cinayəti təkrar (61.1.1-ci maddəsi), digər şəxslərin qanuni hərəkətlərinə görə qisas almaq zəminində, habelə başqa cinayəti ört-basdır etmək və ya onun törədilməsini asanlaşdırmaq məqsədi ilə (61.1.1.6-cı maddəsi), ictimai borcunu yerinə yetirən şəxsə qarşı (61.1.8-ci maddəsi), cinayəti qulluq mövqeyindən istifadə etməklə (61.1.13-cü maddəsi) törətdiyi üçün həmin ağırlaşdırıcı hall arı nəzərə almaqla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 03 sentyabr 2019-cu il tarixli qərarı ilə (sədrlik edən hakim Yaqubov Fərid Murtuza oğlu) X1 tərəfindən X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilmişdir. Həmin qərardan X1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim Qasımov Faiq Adil oğlu, hakimlər Babayev Qədim Xalid oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə) 29 oktyabr 2019-cu il t arixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə xüsusi ittiham qaydasında X1 tərəfindən verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair 03 sentyabr 2019-cu il tarixli qərarı xüsusi ittiham qaydasında şikayət vermiş X1 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 oktyabr 2019-cu tarixli qərarından xüsusi ittiham qaydasında şikayət vermiş X1 kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini və işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilmə sini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Xüsusi ittiham qaydasında şikayət vermiş X1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellasiya məhkəməsinin qeyd edilən qərarı aşağıda göstərilənlərə əsasən əsassız və qanunsuz olduğuna görə ləğv edilməlidir. Apellyasiya şikayətində digər hallarla yanaşı məhkəmənin cinayətin nə vaxt törədildiyini müəyyən etmədən cinayət məsuliyyətinə cəlb etmə müddətini tətbiq etdiyini göstərmişdir. Belə ki, birinci instansiya məhkəməsi qərarında AR CM-nin 75-ci maddəsində böyük ictimai təhlükə törətməyən cinayətlər üçün cinayətin törədildiyi gündən iki il keçdikdə şəxsin cinayət məsuliyyətinə cəlb edilə bilinməməsi müddəasına əsaslanmışdır. Məhkəmə cinayətin törədildiyini qəbul edib cinayət məsuliyətinə cəlb etmə müddətini tətbiq etdiyi halda, AR CM-nin 75.2-ci maddəsinin “cinayətə cəlb etmə müddətləri cinayətin törədildiyi gündən ittiham hökmün qanuni qüvvəyə mindiyi anadək hesablanır” tələbini pozaraq, şikayətində X3 qarşı irəli sürdüyü böhtan və təhqir etmə cinayətlərin baş verdiyi günü müəyyən etməmişdir. Belə ki, məhkəmə 03.09.2019-cu il tarixli qərarında şikayətində X3 qarşı irəli sürdüyü ittihamları sadaladıqdan sonra “göründüyü kimi, hazırda cinayətə cəlb etmə müddəti keçmişdir”deyə bu cinayətlərin nə vaxt, hansı ayda və tarixdə, kim tərəfindən, hansı motivlə, hansı üsul və vasitələrlə törədildiyini göstərmədən, heç nəyə əsaslanmadan, sonra da AR CMnin 147.1-ci və 148-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsinin həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər s ırasına aid edildiyini, CM-nin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər üçün cinayətin törədildiyi gündən iki il keçdikdə şəxsin cinayət məsuliyyətinə cəlb edilə bilinməməsini göstərmişdir. Lakin CM-nin 75.2-ci maddəsinin cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin cinayətin törədildiyi gündən hesablanması ilə bağlı tələbinə istinad etməmiş, cinayətin hansı ildə, ilin hansı ayında və tarixdə törədildiyini göstərməmişdir. Bu isə həmin maddənin tələbinin pozulması və apellyasiya məhkəməsi tərfındən şikayətinin bu dəlilinə hüquqi qiymət verməməsi deməkdir. Cinayət məsuliyyətinə cəlb etmə müddətləri hesablanarkən hər şeydən əvvəl məhkəmə cinayət faktını, yəni cinayətin kim tərəfindən, harada, nə vaxt, neçənci ildə, hansı ayda, hansı tarixdə (günündə), saat neçəd ə, hansı üsul və vasitələrlə, hansı motivlə törədildiyini müəyyən edəndən sonra həmin cinayətə görə qanunvericilikdə nəzərdə tutulmuş cinayətə cəlb etmə müddətlərini hesablamalıdır. Birinci instasiya məhkəməsi isə şikayəti üzrə cinayətin törədilməsi ay və gününü müəyyən etmədən cinayət məsuliyyətinə cəlb müddətinin keçməsini əsassız tətbiq etmiş, apellyasiya məhkəməsi şikayətinin bu dəlilini yoxlamamış, aydınlaşdırmamış və ona hüquqi qiymət verməmişdir. Ona görə də, kassasiya instansiyası məhkəməsindən bu məsələyə obyektiv hüquqi qiymət verməsini xahiş edir. Birinci instansiya məhkəməsi qərarında X6 X3 göndərdiyi 20.08.2017-ci il tarixli məktubunu şikayətində göstərdiyini qeyd edəndən sonra cinayət məsuliyyətinə cəlb etmə müddətini tətbiq etmişdir. Halbuki həmin məktubda ona böhtan atılm amış, təhqir edilməmişdir. Həmin məktuba X3 verdiyi tarixi göstərilməyən cavab məktubunda barəsində böhtan və təhqir etmə ilə bağlı məlumatlar yayılmışdır. Məhkəmənin cinayət məsuliyyətinə cəlb etmə müddətini müəyyən edərkən X6 X3ə göndərdiyi məktubun avqust ayında göndərməsinə əsaslanması tamamilə əsassız və qanunsuzdur. X6 həmin məktubu 20 avqustda deyil, gec də göndərə bilərdi və ya məktub həmin tarixdə göndərilmiş olsa da müxtəlif səbəblərdən, o cümlədən də X3 yay aylarında Bakıda deyil, əksər vaxtını Lerik rayonundakı evində keçirdiyindən Lerikdə olduğu üçün bu səbəbdən də həmin məktubu gec ala bilər və ona da gec cavab verə bilərdi. Yaxud vaxtında almış olsa da ona gec cavab verər və X10 elektron poçtuna da gec göndərə bilərdi. Daha sonra həmin məktubu avqust və ya sentyabr aylarında X10 poçtuna göndərmiş olsa belə X10 elektron poçtuna onun göndərildiyi tarixdə deyil, daha çox sonralar baxıb onunla tanış ola bilər və yalnız bundan sonra onun çıxarışını X6 təqdim edə bilərdi. Bu variantların hamısı mümkün idi. Məhkəmə X3 X6a ünvanladığı tarixi göstərilməyən məktubunun X10un poçtuna hansı ayda və tarixdə daxil olması və sonuncunun onunla tanış olub X6 təqdim edilmə tarixi müəyyən edilib aydınlaşdırılandan sonra cinayət məsuliyyətinə cəlb etmə müddəti hesablanmalı idi. Məhkəmə isə bunların heç birini yoxlamadan qərar qəbul etmişdir. Cinayətin törədilmə gününü müəyyən etmək üçün X6ın məktubunun X3 faktiki olaraq hansı ayda və hansı tarixdə hansı vasitə ilə, rəsmi rabitə və ya elektron poçtla və ya əlbəəl çatdırılmasını və X3ün də həmin məktubu nə vaxt aldığını və ona verd iyi tarixi göstərmədiyi cavab məktubunu özünün elektron poçtundan hansı ayda və tarixdə X10un elektron poçtuna göndərməsi və sonuncunun da onu poçtunda nə vaxt, hansı ayda və ayın neçəsində aşakar edib çıxarışının hansı tarixdə X6 təqdim etməsi müəyyən edilməli idi.Bu iş üzrə birinci instansiya məhkəməsinin hakiminə etdiyi etirazın baxılmamış saxlanılması barədə qərardadda CPM-nin 109.1-ci maddəsinin “hakimə (məhkəmə tərkibinə) etirazda konkret əsaslar olmadıqda o, işə baxan məhkəmə tərəfindən baxılmamış saxlanılır” müddəasına əsaslanmışdır. Qanunsuz olan bu qərardadın ləğv edilməsini xahiş etsə də, apellyasiya məhkəməsi apellyasiya şikayətinin qeyd edilən dəlillərini yoxlamadan şikayətini təmin etməmiş, şikayətinin bu hissəsinə toxunmamış, ona hüquqi qiymət verməmiş, birinci instansiya mə hkəməsinin qərarını qüvvədə saxlamışdır. Ona görə də həmin qərardadın ləğv ediməsini və həm də AR CPM-nin 109.1-ci maddəsinin “hakimə (məhkəmə tərkibinə) etirazda konkret əsaslar olmadıqda o, işə baxan məhkəmə tərəfindən baxılmamış saxlanılır” müddəasının həmin Məcəllənin 109.3.1-ci maddəsinin “birinci instansiya məhkəməsində cinayət işinə, yaxud cinayət təqibi ilə bağlı digər materiala hakim tərəfindən təkbaşına baxıldıqda, hakimin özü- özünə və ya ona edilmiş etirazı - həmin məhkəmənin sədri tərəfindən baxılır” müddəası ilə ziddiyyət təşkil etiyi üçün bu maddələrin Konstitusiyaya uyğunluğunun şərh edilməsi barədə Konstitusiya Məhkəməsinə müraciət göndərilməsini xahiş edir. Daha sonra məhkəmənin iclas protokollarından verdiyi qeydlərin rədd edilməsi barədə 11.09.2019-cu il tarixli qərarda dından verdiyi apellyasiya şikayəti də yoxlanılmamış, ona hüquqi qiymət verilməmişdir. Ona görə də, həmin qərardad da əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Odur ki, göstərilənləri nəzərə alaraq, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə xüsusi ittiham qaydasında cinayət işi üzrə Xətai rayon məhkəməsinin şikayətin icraata qəbul edilməsindən imtina edilməsi barədə 03.09.2019-cu il tarixli qərarından verdiyi apellyasiya şikayətinin təmin edilməməsi,qərarın dəyişdirilmədən saxlanılması barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət işləri kollegiyasının qərarı qanunsuz və əsassız olduğundan qərarın ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin kassasiya şikayətinin təmin olunması barədə çıxışını dinləyərək (digər proses iştirakçısı qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişdir) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 oktyabr 2019-cu il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzg ünlüyünü yoxlayır. Məhkəmə kollegiyası qanunun bu tələbinə uyğun olaraq qərarın qanuniliyini yoxlayaraq qeyd edir ki, apellyasiya məhkəməsi heç bir qanun pozuntusuna yol verməmiş, qərar qanunun tələblərinə riayət edilməklə çıxarılmış, onun qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, apellyasiya məhkəməsi iş üzrə mövqeyini (birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasına dair nəticəni) qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında bu məsələ ilə bağlı aşağıdakılar göstərilmişdir: “...Məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərini xüsusi ittiham qaydasında icraat materialları ilə əlaqəli surə tdə hərtərəfli, tam və obyektiv araşdırıb, xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin fikirlərini dinləyərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə xüsusi ittiham qaydasında X1 tərəfindən verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair 03 sentyabr 2019-cu il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 299.3.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələyə də baxılır. Həmin Məcəllənin 293.3-cü maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahişi, şikayətin verildiyi tarix (il, ay və gün) və yer və şikayəti vermiş şəxsin imzası göstərilir. İş material larından görünür ki, xüsusi ittiham qaydasında şikayət verən X1 şikayətində X3 12 fevral, 30 aprel, 30 iyul 2017-ci il tarixli MK plenumlarında, iştirak etmədiyi 21 may 2017-ci ildə keçirilən XXXX qurultayda, 11 iyul 2017-ci il tarixli büro iclasında, zona müşavirələrində özü və öyrətdiyi MK üzvləri, rayon partiya komitələrinin birinci katibləri, MK üzvü olmayan ilk partiya təşkilat katibləri vasitəsi ilə barəsində həqiqətə uyğun olmayan məlumatları kütləvi çıxışlarında, həm də təsisçisi X8 baş redaktoru olduğu Azərbaycan Kommunist Partiyasının orqanı, qəzeti kimi nəşr etdirdiyi ‘Azərbaycan kommunisti" qəzetinin may nömrəsində dərc edilən AKP MK-nin 30 aprel 2017-ci il tarixli Plenumu barədə, X2 baş redaktor, X7 məsul katib olduğu həmin qəzetin may-iyun nömrəsində 21 may 2017-ci il tarix li XXXX qurultayı barədə, iyul-avqust 2017-ci il tarixli nömrəsində 30 iyul 2017-ci il tarixli plenumu və 11 iyul 2017-ci il tarixli MK bürosu barədə verdiyi məlumatlarda, hesabatlarda, çıxışlarda, qərarlarda yaydığını, həm də müəllifi göstərilməsə də, X3 özünün müəllifi olduğu ‘Azərbaycan kommunisti” qəzetində dərc edilən “Şteykbexerlərə həsr olunur”, "X1 həsr olunur” şerlərdə də ona böhtanlar atdığını, onu təhqir etdiyini, bunlardan əlavə həm də dövlət qeydiyyatına alınmış üzvü olduğu AKP MİK-nin sədri X6 2(108.2017-ci ildə ona etdiyi müraciətində verdiyi “Sizin 20 avqust 2017-ci il tarixli” sözləri ilə başlayıb “Düşünün, bu bizə nə verəcək. Hörmətlə, AKP MK İ katibi X3” sözləri ilə qurtaran tarixi göstərilməyən, imza edilməyən, elektron poçt vasitəsi ilə göndərdiyi məktubun həmin partiy anın üzvləri arasında yayılacağını əvvəlcədən yaxşı bildiyi halda, həmin məktubda da onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən həqiqətə uyğun olmayan məlumatları qəddən yaymaqla; ona böhtan atdığını, bununla həm də onun şərəf və ləyaqətini nəlayiq formadan qəsdən alçaldaraq onu təhqir etdiyini göstərərək, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Göründüyü kimi, hazırda cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına aid edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Yuxarıda göstərilən əsaslara görə məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə xüsusi ittiham qaydasında Şirvanov Əmrulla Sənan oğlu tərəfindən verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair 03 sentyabr 2019-cu il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır....”. Göründüyü kimi, apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlillərinə münasibət bildirmiş, onlarla razılaşmadığının səbəblərini qərarda göstərmiş, həmin dəlilləri cavablandırmış, gəldiyi nəticəni işin hallarına, qanunun tələblərinə, istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin gəldiyi bu nəticə şikayət üzrə (xüsusi ittiham qaydasında verilmiş) materiallara, qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya şikayəti ndə elə bir dəlil göstərilməmişdir ki, həmin nəticəni təkzib etsin, apellyasiya məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsas versin. Birinci instansiya məhkəməsinin qərarından göründüyü kimi, həmin məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinə görə icraata qəbul etməkdən imtina etmişdir. Kassasiya şikayətində isə bu müddətin keçmədiyi qənaətinə gəlmək məhkəmənin bu məsələdə mövqeyini təkzib etmək üçün əsas verən hər hansı bir fikir göstərilməmişdir. Kassasiya şikayətində bununla bağlı iddia olunur ki, məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayətdə göstərilən cinayətlərin baş verdiyi günü dəqiqləşdirməmiş, cinayət məsuliyyətinə cəlb etmə müddətləri hesablanarkan isə cinayət faktını (kim tərəfindən, harda, nə va xt, hansı tarixdə, hansı vasitələrlə və üsullarla törədildiyini) müəyyən etməmişdir. Kassasiya şikayətinin bu dəlili ilə əlaqədar qeyd olunmalıdır ki, qanunvericiliyə görə (Azərbaycan Respublikası CPM-nin 302.1.2-ci maddəsi), xüsusi ittiham qaydasında verilən şikayətin məzmununa dair əlaqədar tələblər Azərbaycan Respublikası CPM-nin 293.3.1 – 293.3.7-ci maddələrində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPMnin 293.3.2 və 293.3.3-cü maddələrinə görə belə şikayətin məzmununda cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və ya şayış yeri) göstərilməlidir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 №-li qərarının 11-ci bəndində məhkəmələrə izah edilmişdir ki, “...xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri)... ”. Şirvanov Əmrulla Sənan oğlunun ərizəsində yuxarıda qeyd olunan məlumatlar əks etdirilmiş, yəni kassasiya şikayətində araşdırılmadığına istinad edilən hallar (məlumatlar), o cümlədən cinayətin törədilməsi vaxtı xüsusi ittiham qaydasında verilmiş şikayətdə aydın və ətraflı göstərilməklə şərh olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 302.1.4-cü maddəsində birmənalı olaraq təsbit edilmişdir ki, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası CPM-nin 302.2.3-cü maddəsində isə nəzərdə tutulmuşdur ki, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsi ndən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 №-li qərarının 11-ci bəndində məhkəmlərə həm də izah edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olubolmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmu ş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Məhkəmə kollegiyası bu normaların tələblərinə əsaslanaraq və Plenum qərarının izahını nəzərə alaraq qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət məsuliyyətinə cəlb etmə müddəti ilə bağlı məsələləri həll edərkən xüsusi ittiham qaydasında verilmiş şikayətdə göstərilən məlumatlara (o cümlədən cinayətin törədilməsi vaxtına dair) tamamilə haqlı olaraq əsaslanmışdır (belə məsələlər hazırlıq iclasında həll olunur, Azərbaycan Respublikası CPM-nin 40-cı fəslindəki normalardan irəli gələn tələblər və prinsiplərə görə isə hazırlıq iclasında sübutlar tədqiq edilmir və qiymətləndirilmir). Kassasiya şikayətində iddia olunur ki, cinayət məsuliyyətinə cəl b etmə müddətinin keçməsi əsasına görə şikayətin icraata qəbul etməkdən imtina edilməsi (məhkəmə tərəfindən) o deməkdir ki, şikayətdə göstərilən əməl baş vermiş, onun kim tərəfindən törədilməsi müəyyən edilmiş, bunu törətmiş şəxs əməlini etiraf etmişdir. Lakin ittiham tərəfinin bu iddiası qanunun tələblərinə uyğun deyildir. Azərbaycan Respublikası CPM-nin 21.1-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. X3 cinayət törətməsini etiraf etməsi barədə də fikir söylənilə bilməz, materialda X3 belə etirafını göstərən hər hansı bir sənəd yoxdur. Odur ki, şikayətdə ittiham tərəfinin bu iddialarına əsaslanan digər dəl illər də əsaslı hesab oluna bilməz. Kassasiya şikayətində bir sıra normalara istinad edilsə də, həmin normaların məzmunun təhlili göstərir ki, onlar məhkəmənin gəldiyi nəticənin düzgün olmadığını, kassasiya şikayəti vermiş şəxsin iş üzrə mövqeyini heç cür əsaslandırmır. Həmin normaların tələblərinin pozulması barədə fikir söyləmək üçün də əsas yoxdur. Kassasiya şikayətində istinad edilən Azərbaycan Respublikası CPM-nin 39.1.8-ci maddəsində göstərilmişdir ki, zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə); cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cüml ədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası CPM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, təhqiqatçı, müstəntiq və ya prokuror bəraətverici əsaslar olmadıqda təqsirləndirilən (şübhəli şəxsin), habelə ölmüş təqsirləndirilən (şübhəli) şəxsin və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçinin, barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin razılığı olmadan cinayət təqibinə xitam verilməsi barədə qərar çıxara bilməz. Belə halda cinayət təqibi üzrə icraat bu Məcəllə ilə müəyyən edilmiş qaydada davam etdirilir və hökmün, məhkəmənin digər qərarının çıxarılması ilə başa çatdırılır. Göründüyü kimi, bu maddələrin heç birində xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina olunması məsələsinə aid norma göstərilməmiş, həmin maddələrdəki normalar bununla bağlı məsələləri tənzimləmir. Kassasiya şikayətində həm də iddia edilir ki, X5 hazırlıq iclası zamanı vəkillə təmin edilməsi X1 hüquqlarının pozulmasına səbəb olmuşdur. İş materiallarından isə X1 hüquqlarının pozulmasını göstərən hər hansı bir məlumat yoxdur, vəkilin işə cəlb edilməsi də onun hüquqlarını heç cür pozmamış, hazırlıq iclası protokolundan görünür ki, məhkəmənin gəldiyi nəticəyə də vəkilin iştirakı heç cür təsir göstərməmişdir. Odur ki, X3 vəkillə t əmin edilməsi X1 hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz, məhkəmə qərarlarının qanuniliyini şübhə altına almağa əsas vermir. Kassasiya şikayətində hakimin müdafiəçi dəvət etdiyinə görə bu kimi qanun pozuntularına yol verəcəyi gənaətinə gələn və bu səbəbdən onun maraqlı olduğunu düşünən X1 hakimə bu əsaslarla etirazının əsassız olaraq baxılmamış saxlanıldığı da iddia olunur. Kassasiya şikayətinin bu dəlili ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 109.1-ci maddəsinə görə, hakimə (məhkəmə tərkibinə) edilən etiraz əsaslandırılmalıdır. Etirazda konkret əsaslar olmadıqda o, işə baxan məhkəmə tərəfindən baxılmamış saxlanılır. Hakimə etiraz o halda əsaslı sayıla və şərtsiz təmin edilə bilər ki, hər hansı şəxsin cinayət prosesində hakim qismində işti rakını istisna edən, CPM-nin 109.1.1-109.1.8-ci maddələrində göstərilmiş hallardan heç olmasa biri olsun. Hakimə etirazda Azərbaycan Respublikası CPM-nin 109.1.1-109.1.7-ci maddələrində göstərilən halların heç birinə istinad edilməmiş, etirazda Azərbaycan Respublikası CPMnin 109.1.8-ci maddəsində nəzərdə tutulan hala (hakimin cinayət təqibində maraqlı olmasını təsdiq edən konkret və mötəbər sübutlar olduqda) istinad edildiyi barədə də fikir söylənilə bilməz. Çünki etirazda hakimin cinayət təqibinə maraqlı oldugunu göstərən hər hansı bir konkret və mötəbər sübuta istinad olunmamışdır. Mübahisəsizdir ki, X5 yaranmış məhkəmə təcrübəsinə uyğun olaraq hazırlıq iclasında vəkillə təmin edilməsi hakimin cinayət təqibinə maraqlı olduğunu göstərən amil kimi qiymətləndirilə bilməz. “Hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 3 №-li qərarının 5.1-ci bədində izah edilmişdir ki, hakimə (məhkəmə tərkibinə) etiraz etmə və yaxud hakimin öz-özünə etiraz etməsi əsaslandırılmalıdır. Həmin qərarın 5.4-cü bəndində isə tövsiyə edilmişdir ki, etirazda konkret əsaslar olmadıqda o, işə baxan hakim (məhkəmə tərkibi) tərəfindən müşavirə otağında qərardad(qərar) qəbul etməklə baxılmamış saxlanılır. Kassasiya şikayətində həmdə göstərilmişdir ki, “... Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 109.1-ci maddəsinin “hakimə (məhkəmə tərkibinə) etirazda konkret əsaslar olmadıqda o, işə baxan məhkəmə tərəfindən baxılmamış saxlandı, müddəası həmin Məcəllənin 109.3.1-c i maddəsinin “birinci instansiya məhkəməsində cinayət işinə, yaxı cinayət təqibi ilə bağlı digər materiala hakim tərəfindən təkbaşına baxıldıqda, hakimin özü-özünə və ya ona edilmiş etirazı - həmin məhkəmənin sədri tərəfindən baxılır” müddəası ilə ziddiyyət təşkil etdiyi üçün bu maddələrin Konstitusiyaya uyğunluğunun şərh edilməsi barədə Konstitusiya Məhkəməsinə müraciət göndərəsiniz...”. Kassasiya şikayətində göstərilən həmin fikirlə əlaqədar məhkəmə kollegiyası vurgulayır ki, Ali Məhkəmənin yuxarıda göstərilən qərarının izahında həmin məsələyə aydınlıq gətirmiş və qeyd edilmişdir ki, etirazın baxılmamış saxlanılması (buna əsaslar olduqda) hakim tərəfindən həyata keçirilir. Məsələyə bu cür yanaşma (belə təcrübə) şikayətdə istinad edilən CPM-nin 109.1 və 109.3.1-ci maddələrinin tələblərinə tam uyğundur. CPM-nin 109.3.1-ci maddəsində məhkəmə sədri tərəfindən etirazı baxılmamış saxlanılıb-saxlanılmaması məsələsinə deyil, etiraza məhz baxılması (onun qəbul edilibedilməməsi məsələsinin həlli) nəzərdə tutulmuşdur. Göründüyü kimi, yuxarıda göstərilən normalar arasında hər hansı bir ziddiyyətin olduğu barədə fikir söyləmək üçün əsas yoxdur və Konstitusiya Məhkəməsinə bununla bağlı müraciət edilməsinə zərurət də yoxdur. Odur ki, kassasiya şikayətinin həmin dəlili də əsaslı hesab oluna bilməz. Göründüyü kimi, apellyasiya məhkəməsi qanuna, o cümlədən yuxarıda göstərilən normaların tələblərinə uyğun qərar qəbul etmiş, onun qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Məhkəmə kollegiyası belə qənaətə gələrkən “Xüsusi ittiham qaydası nda şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 №-li qərarının izahlarını da nəzərə alır. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraata qəbul edilməsindən imtinaya dair material üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 oktyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar