Məhkəmə qərarları › İş №1(102)-321/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-321/2023

22.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-321/2023 22.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum X2 müdafiəçisi, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Quliyev Elxan Ağalar oğlunun iştirakları ilə xx xxxx 1982-ci ildə Tovuz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, 2-ci dərəcəli əlil, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyat da olan və yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 iyul 2022-ci il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Abdullayev Abdulla Münasib oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 may 2022-ci il tarixli hökmü ilə (hakimlər: Ə.Q.Quliyev (sədrlik edən), A.İ.Paşayev və İ.X.Həsənzadə) Məhkum - Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına mə hkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən, onun 15 noyabr 2021-ci il tarixdən 19 may 2022-ci il tarixədək həbsdə saxlanıldığı 6 (altı) ay 4 (dörd) gün azadlığın məhdudlaşdırılmasının iki günü həbsdə saxlama müddətinin bir gününə bərabər tutulmaqla 1 (bir) il 8 (səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası, təyin edilmiş 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla, qəti olaraq üzərində 1 (bir) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 iyul 2022-ci il tarixli qərarı ilə (hakimlər: İ.M.Murğuzov (sədrlik edən), H.Ç.Məmmədov və H.H.Əhmədov) apellyasiya protesti tə min edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 may 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmənin hökmünə görə Məhkum istintaqa məlum olmayan vaxtda və şəraitdə şəxsiyyəti istintaqa “X10" adı ilə məlum olan İran İslam Respublikası vətəndaşından sonuncunun göndərdiyi elektron kart hesabına 100 manat nağd pul köçürməklə, satış məqsədi olmadan bir ədəd bükümdə təmiz çəkisi 4,677 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq “X10” adlı şəxs tərəfindən qabaqcadan qoyulan Abşeron rayonu, Mehdiabad qəsəbəsində ünvanı istintaqa məlum olmayan yerdən götürüb əldə etməklə, üzərində daşımış və 15 noyabr 2021-ci ildə saat 18 radələrində psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri Nizami rayon Polis idarəsinin Cinayət Axtarış şöbəsinin əməkdaşları tərəfindən ünvan 3 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq ünvan 4 ünvanında yerləşən Nizami rayon Polis idarəsinə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilərkən, əynində olan qırmızı rəngli paltosunun sağ yan cibində saxladığı bir ədəd şəffaf şüşə qabının içərisində bir ədəd bükümdə, təmiz çəkisi 4,677 qram təşkil edən ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 iyul 2022-ci il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi xahiş olunur. Dövlət ittihamçısı q eyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, ona görə də təqsirləndirilən şəxs X2 əməlinin tövsifində səhvə yol verilmişdir. Protest müəllifinin fikrincə, Məhkumun üzərində aşkar edilmiş psixotrop maddə olan 4,677 qram çəkidə metamfetaminin külli miqdarda olması onun psixotrop maddələrin satışı ilə məşğul olmasına dəlalət edir. Lakin bu hal apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Mə mmədlinin, kassasiya protestinin təmin edilməməsi barədə müdafiəçi E.Quliyevin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin dey il, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Məhkum əməlinin hüquqi tövsifi mübahisə edilir. Apellyasiya instansiyası məhkəməsinin qərarı müdafiə tərəfindən mübahisələndirilmədiyindən, məhkəmə kollegiyası yalnız dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə məhkəmə qə rarına münasibət bildirməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma”ya görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində “Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma” görə; Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində isə bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə cinayət məsuliyyəti nəzərd ə tutulur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz, saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsi haqqında” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki h allarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2 saylı, 04 mart 2011-ci il tarixli Qərarının 9cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda istinad edilən normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında verilən şərhlərə və Ali Məhkəməsinin Plenumunun müvafiq qərarında olan tövsiyələrə əsaslanaraq kassasiya protestində qeyd edilən dəlillərlə razılaşmır və bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblə rinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq Məhkum ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilmiş cinayət əməlini CM-in 234.1-ci maddəsinə tövsif etmiş və həmin maddə ilə təqsirli bilmiş, apelyasiya instansiyası məhkəməsi də həmin hökmü düzgün olaraq dəyişdirilmədən qüvvədə saxlamışdır. Belə ki, birinci instansiya məhkəməsində dindirilmiş Məhkum ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, onkoloji xəstə olduğu üçün ağrılarını kəsmək üçün psixotrop maddə metamfetamindən istifadə etmiş, tutulmamışdan bir neçə gün əvvəl qabaqcadan hesab nömrəsi məlum olan “X10” kimi tanıdığı İran vətəndaşının hesab nömrəsinə '‘paypoint" aparatı ilə 100 manat yükləmiş və şəxsi istifadəsi üçün aldığı həmin psixotrop maddə metamfetamini, Mehdiabad qəsəbəsi yolun kənarından təxminən 01 saat sonra götürə biləcəyi ona məlum olmuş, həmin deyilən yerdən bir ədəd bükümdə olan 04 qramdan çox psixotrop maddə metamfetamini götürüb özündə olan şəffaf şüşə qaba qoyaraq əynindəki qırmızı rəngli paltosunun sağ yan cibində saxlamış, oradan bir qədər aralandıqdan sonra yol avtomobili ilə Q.Qarayev metrosunun yaxınlığına getmiş, oradan şəxsi işi ilə bağlı M.Şərifli küçəsi ilə hərəkət edib 15 noyabr 2021-ci ildə saat 18 radələrində sonradan ona M.Şərifli kü çəsi 9 kimi məlum olan ünvanın qarşısından piyada keçərkən, iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis işçiləri olduqlarını bildirib onu Nizami RPİ-nə dəvət etmişlər. Polis idarəsində xidməti otaqların birində əvvəl ona hüquq-vəzifələri izah edilməklə, videoçəkiliş aparılacağı bildirilməklə təklif edilmişdir ki, üstündə hər hansı qeyri-qanuni əşya varsa, onları təqdim etsin. Təklifə əsasən, əynində olan qırmızı rəngli paltosunun sağ yan cibində saxladığı şəffaf şüşə qabda olan bükümdə psixotrop maddə metamfetamini onlara təqdim etmiş və polis əməkdaşlarına bildirmişdir ki, həmin psixotrop maddəni şəxsi istifadəsi üçün almış, heç vaxt narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olmamış və ya satış məqsədilə əldə etməmişdir. Belə ki, onkoloji xə stə olmaqla, 2-ci qrup əlil olmaqla dözülməz ağrıları olduğundan psixotrop maddə metamfetamindən istifadə etmək məcburiyyətində olmuş, onkoloji ağrıları kəsən ağrı kəsici dərmanlar çox baha olduğundan, onları almağa pulu çatmamış, bəzən aldığı ucuz ağrı kəsici dərmanlar isə onun arğılarını kəsməyə təsir etməmiş, əlacsız qalıb psixotrop maddə metamfetamindən istifadə etmiş və psixotrop maddə onun ağrılarını qismən kəsmiş, ona görə psixotrop maddə metamfetamini satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün əldə etmişdir. İş materiallarında Məhkumun narkotik vasitələrin hər hansı formada satışı ilə məşğul olması barədə heç bir sübut müəyyən edilməmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Məhkum adlı şəxsin mütəmadi narkotik vasitələri əldə etməsi, saxlam ası və qəbulu ilə məşğul olması barədə baş əməliyyat müvəkkili işlədiyi Bakı şəhəri Nizami rayon polis idarəsinə əməliyyat məlumatı daxil olmuş, məlumatı yoxlamaq məqsədilə 15 noyabr 2021-ci ildə ondan və Cinayət axtarış şöbəsinin kiçik inspektoru Şahid2 ibarət əməliyyat qrupu yaradılmış, keçirilmiş tədbir nəticəsində saat 18 radələrində ünvan 6 ünvanın qarşısında zahiri əlamətləri «Məhkum» adlı şəxsin əlamətləri ilə üst-üstə düşən, sonradan tanıdıqları Məhkum yaxınlaşıb özlərini təqdim edərək, onu işlədiyi idarəyə dəvət etmiş və idarəsində xidməti otaqların birində Məhkum üstünə videoçəkiliş aparılmaqla baxış keçirməmişdən əvvəl ona təklif edilmişdir ki, üstündə hər hansı qeyri-qanuni əşya varsa onları təqdim etsin. Məhkum könüllü olaraq əynində olan qırmızı rəngli paltonun sağ yan cibind ən saxladığı bir ədəd şəffaf şüşə qabın içərisində olan kütləni çıxarıb onlara təqdim etmiş və bildirmişdir ki, təqdim etdiyi kütlə psixotrop maddə metamfetamindir, onu Mehdiabad qəsəbəsində yolun kənarından ünvanını və anket məlumatlarını bilmədiyi “X10” adlı şəxsin vasitəsilə özünə istifadə etməkdən ötrü almış və üstündə saxlamışdır. Məhkum götürülmüş psixotrop maddə metamfetamin bükümü zərfə qablaşdırılaraq DİN-nin 162 nömrəli möhürü ilə möhürlənmiş, sonra bu barədə tərəflərindən protokol tərtib edilmişdir. Həmin protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə imzalanmışdır. Baxış zamanı Məhkum qarşı heç bir təzyiq olunmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon polis idarəsinin Cinayət Axtarış şöbəsinin kiçik inspektoru Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları mahiyyəti üzrə tam təsdiq edərək analoji ifadə vermişdir. İşdə olan, məhkəmə-narkoloji ekspertizasının 5023 nömrəli 10 dekabr 2022-ci il tarixli rəyinə əsasən, təqsirləndirilən Məhkum psixotrop maddə metamfetaminin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar edilir. Lakin hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq və öz vəziyyətinə tənqidi münasibətinin olması ilə bağlı narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmadığından, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materialında olan “təxirəsalınmaz əməliyyat tədbirlərin həyata keçirilməsi haqqında” 15 noyabr 2021- ci il tarixli qərardan və 16 noyabr 2022-ci tarixli raportlardan görünür ki, əməliyyat m əlumatı Məhkum psixotrop maddə metamfetamini əldə edərək saxlaması, daşıması, istifadə etməsi barədə daxil olmuş, yəni onun psixotrop maddə metamfetamini satış məqsədilə əldə edib saxlaması və satması barədə heç bir məlumat əldə edilməmişdir. İş materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 15 noyabr 2021-ci il tarixli qərardan və protokoldan görünür ki, Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinən Məhkum üzərində şəxsi axtarış və götürmə aparılmış, ondan psixotrop maddə metamfetamin aşkar olunduqdan, psixotrop maddəni şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Bununla yanaşı, iş materialında olan və məhkəmədə tədqiq edilmiş Məhkum izahatından, 16 noyabr 2021-ci il tarixli şübhəli şəxs qismində dindirmə protokolundan və sonra təqsirləndirilən şəxs qismində dindirilməsi protokoldan görünür ki, izahatında və ifadələrində psixotrop maddəni yalnız şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. İş materiallarında olan 28 fevral 2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubuna əsasən, təqsirləndirilən şəxs Məhkum psixotrop maddə olan metamfetamini əldə etdiyi mənbənin müəyyənləşdirilməsi ilə əlaqədar cinayət işi üzrə zəruri əməliyyataxtarış tədbirləri keçirilmiş, lakin hər hansı müsbət nəticə əldə edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum üzərində aşkar olunmuş psixotrop maddənin satış məqsədi ilə əldə edib saxlaması nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əm əkdaşları Şahid2 və Şahid1 məhkəmə baxışı zamanı da verdikləri ifadələrində Məhkum narkotik vasitələrin satışı ilə məşğul olmasının müəyyən edilməsi istiqamətində bir sıra əməliyyat tədbirləri icra olunduğunu, lakin heç bir nəticə əldə olunmadığını bildirmişlər. İşdə olan əməliyyat tapşırığına cavab məktubundan da görünür ki, Məhkum üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini satmaq məqsədinin olması barədə heç bir əməliyyat məlumatı daxil olmamışdır. Həmçinin, məhkəmə kollegiyası təqsirləndirilən şəxsdən aşkar olunmuş metamfetaminin kütləsinin külli miqdar–4.677 qram təşkil etməsinə münasibət bildirərək qeyd edir ki, bu hal opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində narkomaniya xəstəliyi aşkar olunan Məhkum həmin maddəni əldə etməsi, saxlaması və daşımasında məqsədinin məhz satış olmasını təsdiq etmir. Belə ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 15 noyabr 2021-ci ildə aparılan şəxsi axtarış zamanı Məhkum üzərindən bir ədəd bükümdə metamfetamin istisna olmaqla, onun həmin maddənin satışını realizə edə biləcək hər hansı bir predmet – tərəzi, kağız və ya sellofan kəsiyi, eləcədə, narkotik vasitənin satışından əldə olunması ehtimal oluna biləcək hər hansı məbləğdə pul vəsaiti aşkar edilməmişdir. Məhkum barəsində cinayət təqibi başlanandan barəsində olan cinayət işi ittiham aktı ilə məhkəməyə göndərilənədək, verdiyi bütün izahat və ifadələrdə üzərindən aşkar olunmuş metamfetamini məhz şəxsi istifadəsi üçün əldə edib, saxlayaraq daşıdığını bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verən aşağı instansiya məhkəmələri haqlı olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif etmiş, həmin maddədə nəzərdə tutulan cinayət əməli iş üzrə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, sübutların həcmi və ümumiyyətlə, işin gerçək hallarının tərkib əlamətləri təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün əsaslar vermir. Mə hkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin Məhkum əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif edilməsinə dair gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Av ropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və bu na görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 iyul 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protest təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya protesti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 iyul 2022-ci il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar