Məhkəmə qərarları › İş №1(102)-321/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-321/2025

05.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-321/2025 05.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 və məhkumun müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 120.2.2 və 120.2.4-cü maddələri ilə məhkum edilməsi nə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 23 may tarixli, 1(103)-824/2024 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-367/2024 nömrəli hökmü ilə (X3 (sədrlik edən və məruzəçi), Leyla Əsgərova-Məmmədova və Norvuz Kərimovdan ibarət tərkibdə), xx.xx.2002-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Mingəçevir şəhəri, Nizami prospekti, ev 6 a, mənzil 13-də qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yerləşən Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi n yataqxanasında, 204 saylı otaqda kirayədə yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 19 (on doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkməsinin əvvəlinin 08 fevral 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X4 (sədrlik edən və məruzəçi), Emin Əliyev və Fərid Əyyubovdan ibarət tərkibdə) 2024-cü il 23 may tarixli, 1(103)-824/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-367/2024 saylı hökmü təyin edilmiş cəzanın müddəti hissəsində dəyişdirilmiş, həmin hökmlə Məhkum CM-in 120.2.2-ci və 120.2.4-cü maddələri ilə təyin edilmiş 19 (on doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 2 (iki) il endirilməklə, cəza 17 (on yeddi) il müəyyən edilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Hökmə əsasən Məhkum 08 fevral 2023-ci il tarixdə saat 02 radələrində ünvan 1 ünvanında yerləşən Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzin yataqxanasındakı 204 saylı otaqda onunla birlikdə yaşayan həmin Mərkəzin tələbəsi Zərərçəkmiş şəxs yatmaq istədiyini bildirərək ondan otaqdakı işığı söndürməsini, mobil telefonunun da səsini azaltmasını tələb etdikdə sonun cunun onun tələbini yerinə yetirməməsindən narazı qalmış və Zərərçəkmiş şəxs bu hərəkətini cüzi səbəb kimi bəhanə edərək heç bir əsaslı səbəb olmadan mübahisə yaradaraq xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs öldürmək qərarına gəlmiş və bu məqsədlə həmin otaqdakı masanın üzərində olan ağ-göy-qırmızı rəngli dəstəyi olan qatlanmayan, soyuq silah hesab edilməyən mətbəx bıçağını sağ əlinə götürərək, qəsdən öldürmək məqsədi ilə həmin anda müqavimət göstərə bilməməsi üçün əli ilə itələyib arxası üstə çarpayının üzərinə yıxdığı Zərərçəkmiş şəxs döş qəfəsinə bir neçə bıçaq zərbəsi vurmuş və bundan sonra Ələkbər Mərəyevin aldığı bıçaq zərbələrinin təsiri nəticəsində artıq halsız vəziyyətə düşərək müqavimət göstərmək iqtidarında olmamasına baxmayaraq, sonuncuya xüsusi əzab və işgəncə verərək və bunu dərk etməklə arzulayaraq müstəsna dərəcədə qəddarlıq və rəhimsizlik göstərərək Zərərçəkmiş şəxs bədəninin ön və arxa nahiyələrindən çoxsaylı bıçaq zərbələri endirməkdə davam edib sonuncunun döş qəfəsinin ön səthinin sol yarısından orta körpücük xətti ilə ön qoltuqaltı xətt arasında İV-V qabırğalararası sahədən sol döş boşluğuna nüfuz edən, sol V qabırğa qığırdağının döş ucunu, sol ağciyərin yuxarı payının divararalığı kənarını, ürək kisəsini və ürəyin sol mədəciyinin ön divarını zədələyən 3 (üç) ədəd, döş qəfəsinin sağ yan səthində, orta və arxa qoltuqaltı xətti üzrə İİİ-İV qabırğalararası sahədən sağ döş boşluğuna nüfuz edən, sağ ağciyərin yan qabırğalar səthini zədələyən 2 (iki) ədəd və döş qəfəsinin arxa səthində solda, arxa qoltuqaltı xətlə sol onurğayanı xətt arasında sol döş boşluğu na nüfuz edən, sol ağciyərin arxa qabırğalar səthini zədələyən 3 (üç) ədəd kəskin daxili (sağ plevra boşluğunda 150-200 ml-dək, sol plevra boşluğunda 250-300 ml-dək qan) və xarici qanaxma ilə nəticələnməklə bilavasitə zərərçəkmiş şəxsin ölümünə səbəb olmuş, dərəcəsinə görə hər biri ayrılıqda, eləcə də ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olan deşilmiş-kəsilmiş yaraları, sağ yanağın ağız boşluğuna nüfuz etməyən 1 (bir) ədəd, döş qəfəsinin ön səthinin sağ yarısında, ön qoltuqaltı xətt üzrə V-Vİ qabırğalararası sahədə 1 (bir) ədəd, döş qəfəsinin sağ arxa-yan səthində, orta qoltuqaltı xətlə arxa qoltuqaltı xətt arasında İİİ-İV qabırğalararası sahədə 1 (bir ədəd), sağ arxa qoltuqaltı xətt üzrə İİİ-İV qabırğalararası sahədə 1 (bir) ədəd, döş qəfəs inin arxa səthində solda, arxa qoltuqaltı xətlə sol onurğayanı xətt arasında, kürəküstü və kürək nahiyəsində yerləşmiş 21 (iyirmi bir) ədəd, döş qəfəsinin arxa səthinin sağ yarısında, kürək xətti ilə arxa qoltuqaltı xətt arasında İİ qabırğaarası sahədə 1 (bir) ədəd, sağ kürəküstü nahiyə səviyyəsində, onurğayanı xətt üzrə İİİ qabırğaarası sahədə 1 (bir) ədəd, sağ arxa qoltuqaltı xətt üzrə qoltuqaltı nahiyədə 2 (iki) ədəd, sol çiyinüstü nahiyədə 2 (iki) ədəd, sol bazunun yuxarı 1/3-nin ön səthində 4 (dörd) ədəd, sol bazunun orta 1/3-nin arxa və bayır səthlərində 4 (dörd) ədəd, sağ bazunun yuxarı 1/3-nin arxa səthində 1 (bir) ədəd və sağ bazunun ortayuxarı 1/3-nin bayır səthində 2 (iki) ədəd boşluqlara nüfuz etməyən, yumşaq toxuma və əzələləri zədələyən, kəskin xarici qanaxmaya səbəb olmuş dərəcəsinə görə hər biri ayrılıqda, eləcə də, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malik deşilmişkəsilmiş yaraları, bundan başqa həm ümumilikdə, həm ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid olub dərəcələri təyin edilməyən sol diz oynağının və sol baldırın yuxarı 1/3-nin ön, sol ayaq pəncəsinin ayaqarxası səthlərinin sıyrıqları ilə müşayiət olunan, ümumilikdə xarici və daxili qanaxmaya səbəb olmuş, həm sayına, həm də xarakterinə görə zərərçəkmiş şəxsə xüsusi əzab verən çoxsaylı bədən xəsarətləri yetirərək Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə və xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, MÜDAFİƏÇİNİN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Məhkumu n müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, məhkum R. Muxtarovun əməlləri istintaq orqanı, sonra isə birinci instasiya məhkəməsi, eləcə də apellyasiya məhkəməsi tərəfindən düzgün tövsif olunmamış, ona ağır maddələrlə ittiham verilmiş və məhkum edilmişdir. Belə ki, Məhkum CM-in 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə təqsirləndirilməsi absurddur. İş materiallarından da, göründüyü kimi zərərçəkmiş şəxslə məhkum arasında uzun müddət sözlə ifadə olunmuş mübahisələr olmuşdur. Bu mübahisələr əsasən zərərçəkmiş şəxsin məhkumla söyüşlə zarafat etməsi və s. səbəblərdən qaynaqlanırmış, şəxsi münasibətlər zamanı gecə saatlarında yaşadıqları yataqxananın otağında baş vermiş, bu hadisənin xuliqanlıq niyyəti ilə törədilməsi qənaətinə gəlmək hüquqi baxımdan əs assızdır. Hadisə zərərçəkmiş şəxslə məhkum arasında şəxsi münasibətlər zəminində baş vermiş, ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilməmiş, ümumiyyətlə, hadisə zamanı ətrafda heç kim olmamışdır. Hadisə yerinə gələn şəxsləri isə məhkum özü zərərçəkmişə kömək etmək məqsədilə çağırmışdır. Cinayər işinin materiallarından və məhkəmə araşdırmaları zamanı tədqiq olunmuş sübutlardan da birmənalı şəkildə görünür ki, Məhkum həmin əməli törədərkən cinayətin ölümdən ibarət olmuş nəticəsini arzu etməmiş, yəni həmin şəxsin ölməsini istəməmiş, bu səbəbdən dəfələrlə təcili tibbi yardıma zəng edərək köməklik etməyə çalışmışdır. Onun hadisəni konkret olaraq xatırlamaması, mərhumun onunla söyüşlə danışması, səs salması, işığı yandırması on u əsəbləşdirmiş, xəstəliyi səbəbindən bunun nəticəsində də onda gərgin psixi vəziyyət yaranmış sonda bu hadisə baş vermişdir. Bu isə bir daha təsdiq edir ki, Məhkum etmiş olduğu əməli qəsdən törətməmiş, o, həmin əməli törədərkən güclü ruhi həyəcan vəziyyətində olmuşdur. Buradan da aydın olur ki, istintaq orqanı və birinci instansiya məhkəməsi tərəfindən onun əməli CM-in 120.2.2 və 120.2.4-cii maddələri ilə düzgün tövsif olunmamışdır. Bundan başqa, Məhkum təyin olunmuş cəza törədilmiş cinayətin xarakterinə, təqsirləndirilən şəxsin şəxsiyyətinə və onun cəzasını yüngüllşdirən hallara uyğun gəlməməklə, həddindən artıq ağırdır. Hazırki halda, lap Məhkum əməli düzgün tövsif odulmuş olsa da belə ona cəza təyin olunan zaman şəxsiyyəti, xüsusən də xəstəliyi, əmələ münasibəti qiymətləndirilməmiş, mümkün olduqca ağır cəza təyin edilmişdir. Məhkumun müdafiəçisi kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apelyasiya baxışına qaytarılması barədə, əks təqdirdə kassasiya şikayətində göstərilənlər dəlillər əsasında məhkumun əməlinə düzgün qiymət verilməməsini, ona təyin olunmuş cəzanın həddindən artıq ağır və sərt olmasını nəzərə alaraq onun əməlinin CM-in 120.2.2 və 120.2.4-cü maddəsindən həmin Məcəllənin 122.1-ci maddəsinə tövsif edilməsinə və ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkumun müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kolle giyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Məhkum CM-in 120.2.2 və 120.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 23 may tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli ola raq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Müdafiəşi kassasiya şikayətində məhkumun əməlinin tövsifini mübahisələndirərək və məhkuma sərt cəza təyin edildiyini iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə tələbini CPM-in 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını k assasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. H əqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübut a yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhk əməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmuyu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlinmişdir. Müdafiəçi kassasiya şikayətində məhkumun əməlinin CM-in 122.1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Əməlin bu maddə ilə tövsif edilməsi üçün təqsirkarın cinayət əməli törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində olması tələb olunur. Lakin cinayət işi üzrə keçirilmiş ekspert rəyi ilə məhkumun cinayət hadisəsini törədərkən affekt vəziyyətində olmadığı müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin həmin dəlili əsassızdır. Məhkəmə kollegiyası mötəbərliyi məhkə mələr tərəfindən yoxlanılmiş sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halın olmaması nəzərə alınmaqla onun təqsirli bilindiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilmişdir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, məhkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin və onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki hallar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, məhkumun müdafiəçinin kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-367/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcə lləsinin 120.2.2 və 120.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmiş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 23 may tarixli, 1(103)-824/2024 nömrəli qərarı məhkumun müdafiəçisinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar