Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-322/2021 26.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Nazim Rasim oğlu Mövsümovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun, Məhkum, müdafiəçisi-vəkil Bayramzadə Xanlar Əsgər oğlunun, tərcüməçi Vəliyev Veysəl İsa xan oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 may 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.2.4, 120.2.6, 120.2.9, 149.2.4 və 150.2.4-cü naddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 iyun 2020-ci il tarixli qərarından dövlət ittihamçısı Əsədulla Ramazanov tərəfindən verilmiş kassasiya protestinə və məhkumun müdafiəçisi-vəkil Bayramzadə Xanlar Əsgər oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 may 2019-cu il tarixli hökmü ilə (hakimlər R.Ə.Sadıxov (sədrlik edən və məruzəçi), F.A.Qəribov və Ə.N.Hacıyevdən ibarət tərkibdə) Məhkum - xx.xx.1974-cü il tarixdə Quba rayonu, Qırmızı Sloboda qəsəbəsind ə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.6, 120.2.9, 149.2.4 və 150.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə Azərbaycan Respublikası CM-nin 120.2.4, 120.2.6, 120.2.9-cu maddələri ilə 17 (on yeddi) il müddətinə, Azərbaycan Respublikası CM-nin 149.2.4-cü maddəsi ilə 07 (yeddi) il müddətinə, Azərbaycan Respublikası CM-nin 150.2.4-cü maddəsi ilə 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplamaqla qəti olaraq Məhkum 19 (on doqquz) il müddətinə azadlıq dan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza müddətinin əvvəlinin “18” aprel 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum özü üçün aşkar surətdə köməksiz vəziyyətdə olan XX.XX.1931-ci il təvəllüdlü Zərərçəkmiş şəxs xüsusi amansızlıqla zorlayaraq ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmiş və xüsusi amansızlıqla zorlama və seksual xarakterli zorakılıq hərəkətlərilə əlaqədar qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, Məhkum orta-ağır dərəcəli sərxoşluq vəziyyətində olaraq bibisi Zərərçəkmiş şəxs ilə zorla cinsi əlaqədə olmaq qərarına gəlmiş, bu məqsədlə fərdi qaydada taksi sürücüsü işləyən, Qırmızı Sloboda Qəsəbə sakini X4 idarə etdiy i “Daewoo Leganza” markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə bibisi, XX.XX.1931-ci il təvəllüdlü Zərərçəkmiş şəxs qohumlarının məzarını ziyarət etmək adı ilə 17 aprel 2018-ci il tarixdə 21 radələrində Mirzəməmmədkənd kəndində yerləşən “Yəhudi” qəbirstanlığının qarşısına aparaq, sürücü X4ə 10 dəqiqəyə gələcəklərini deyərək avtomobildən düşərək bibisi ilə qəbirstanlığın həyətinə daxil olmuşlar. Bundan sonra o, mərhum qardaşı X19un məzarı yanında yaşı ilə əlaqədar qoca olmaqla müqavimət göstərmək imkanına malik olmayaraq özü üçün aşkar surətdə köməksiz vəziyyətdə olan, XX.XX.1931-ci il təvəllüdlü, 87 yaşlı bibisi Zərərçəkmiş şəxs qarşı müstəsna rəhmsizlik və qəddarlıq göstərib ona xüsusi əzab verdiyini dərk edərək, yəni xüsusi amansızlıqla zorlamaq və seksual xarakterli zorakı hərəkətlər etmək, habelə qəsdən öldürmək məqsədi ilə sonuncuya yumruğu və əli ilə çoxsaylı zərbələr vuraraq ona uşaqlıq yolu girəcəyində solda səthi əzilmiş yaradan və həmin yara ətrafında qançırhematomadan, gözlərin ağlı qişası və birləşdirici toxumasında qansızmadan, hər iki göz orbitinin hematomasından, burunun əzilmiş yarasından, sifətin çoxsaylı sıyrıq və qançırdan, başın ənsə nahiyyəsinin əzilmiş-cırılmış yarasından, başın yumşaq toxumalarının alt səthində çoxlu qansızmadan, baş beyin toxumasına, beyinciyə və beyin mədəciklərinə qansızmalardan, döş və qarın hissədə yumşaq toxumalar altında qansızmadan, hər iki tərəfdən qabırğaların çoxlu sınıqlarından və həmin sahələrdə qabırğaarası yumşaq və əzələ toxumalarına geniş qansızmadan, qarın boşluğunda 1300 ml-ə yaxın sərbəst qanın əmələ gəlməsindən, dalağın toxumasının əzilib-cırılmasından ibarət birlikdə canlı şəxslərdə həyat üçün təhlükə törətdiyindən ağır zərərvurmaya aid bədən xəsarətləri yetirib sonuncunu yarıçılpaq vəziyyətə gətirərək zorla təbii yolla və seksual xarakterli zorakılıq hərəkətləri edib zorla qeyri təbbi yolla cinsi əlaqədə olmuş, daha sonra isə yarıçılpaq vəziyyətdə sərxoşluğu səbəbindən Zərərçəkmiş şəxs üzərində yuxuya getmişdir. Məhkum və Zərərçəkmiş şəxs 40 dəqiqədən artıq qəbirstanlıqda olduqlarına və geri qayıtmaqdıqlarına görə narahat olub qəbirstanlığın qarşısında gözləyən taksi sürücüsü X4 bu barədə Quba RPŞ-nin ərazidə xidmət göstərən və həmin qəbristanlığın yanından xidməti avtomaşınla keçən Post Patrul Xidməti Taborunun polis nəfərləri Firuz Heydərova və İlham Orucova məlumat vermiş və sonu ncularla birlikdə qəbirstanlığa daxil olarkən, Zərərçəkmiş şəxs yerdə yarıçılpaq vəziyyətdə uzandığını, Məhkum isə yarıçılpaq vəziyyətdə onun üzərində olduğunu aşkar edərək, Məhkum qadının üzərindən qaldılaraq, post-patrul avtomobilinə, Zərərçəkmiş şəxs isə Quba rayon mərkəzi xəstəxanasına aparmışlar. 18 aprel 2018-ci il tarixdə gecə saat 01:55-də Zərərçəkmiş şəxs hadisə zamanı ona Məhkum tərəfindən yetirilən ağır xəsarətlərlə əlaqədar başın küt tavmasından baş beyin toxumasına qansızma səbəbindən müalicə aldığı Quba rayon mərkəzi xəstəxanasında ölmüşdür. Bununla da, Məhkum özü üçün aşkar surətdə köməksiz vəziyyətdə olan XX.XX.1931-ci il təvəllüdlü Zərərçəkmiş şəxs xüsusi amansızlıqla zorlayaraq ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmiş, xüsusi amansızlıqla zorlama və seksua l xarakterli zorakılıq hərəkətlərlə əlaqədar qəsdən öldürmüş, yəni qəsdən onu qəsdən həyatdan məhrum etmişdir. Hökmdən məhkum və müdafiəçisi-vəkil Bayramzadə Xanlar Əsgər oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası (hakimlər: E.M.Əhmədov (sədrlik edən və məruzəçi), F.G.Zeynallı və M.Ə.Rzayevdən ibarət tərkibdə) 23 iyun 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 may 2019-cu il tarixli hökmü dəyişdirilərək Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.6, 120.2.9-cu maddələri ilə təyin edilmiş 17 (on yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası 16 (on altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cina yət Məcəlləsinin 149.2.4-cü maddəsi ilə təyin edilmiş 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına endirilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən hökm üzrə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.4-cü maddəsi ilə təyin edilmiş 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası hazırki qərarla ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.6, 120.2.9, 149.2.4-cü maddələri ilə təyin edilmiş cəzalarla qismən toplanılmaqla, üzərində qəti olaraq 17 (on yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 iyun 2020-ci il tarixli qərarından dövlət ittihamçısı Əsədulla Ramazanov tərəfindən verilmiş kassasiy a protestində həmin qərarın ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi, məhkumun müdafiəçisi-vəkil Bayramzadə Xanlar Əsgər oğlunun kassasiya şikayətində isə Məhkum barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Dövlət ittihamçısı Əsədulla Ramazanov tərəfindən verilmiş kassasiya protestində göstərilmişdir ki, işin müəyyən edilmiş faktiki halları, eləcədə, məhkum edilmiş şəxsin əməllərinin hüquqi tövsifi mübahisə doğurmasada, Məhkum yüngül cəza təyin edildiyindən Sumqayıt Apellyasiya Məhkəməsinin 23 iyun 2020-ci il tarixli qərarı əsassız olduğuna görə ləğv edilməli və iş yeni apelyasiya baxışına təyin edilməlidir. Məhkəmə kollegiyası tərəfindən mə hkum edilmiş şəxs Məhkum təyin edilmiş cəza cinayət qanununun qeyd olunan normalarının, eləcə də Azərbaycan Respublikası Konstitusiyası və Konstitusiya Məhkəməsi Plenumunun qərarının tələblərinə cavab verməmiş, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, məhkum edilmiş şəxsin şəxsiyyətinə əhəmiyyət verilməmişdir. Məhkum törətmiş olduğu cinayət əməlinin bilavasitə obyektini insan həyat və sağlamlığı sahəsindəki münasibətlər təşkil edir. Təsnifatına görə xüsusilə ağır cinayətlər kateqoriyasına aid olan bu cinayətlər yalnız birbaşa qəsdlə törədilir. Göstərilən hallar məhkum edilmiş şəxsin törətdiyi əməllərin ictimai təhlükəliliyini xarakterizə edən və məhkəmə kollegiyası tərəfindən cəza təyini zamanı nəzərə alınmalı olan hallar olmasına baxmayaraq, cinayət kollegiyası b u halları cəza təyini zamanı nəzərə almamışdır. CM-nin 58.1 və 41.2-ci maddələrinin tələbindən görünür ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan az ciddi cəza növü o halda təyin edilir ki, məhkəmə bu yolla cəzanın məqsədlərinin təmin ediləcəyi (o cümlədən məhkumun islah olunacağı) qənaətinə gəlir. Mübahisəsizdir ki, təqsirkarın islah olunacağı barədə əminlik işin digər halları ilə bərabər onun şəxsiyyətini səciyyələndirən hallara da əsaslanmalıdır. İslah olunmaq perspektivi baxımından təqsirkarın şəxsiyyətinin düzgün qiymətləndirilməsi onun törətdiyi əmələ münasibətindən çox asılıdır. Konkret halda təyin edilmiş cəzanın əhəmiyyətli dərəcə azaldılması, nə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, nə də Məhkum şəxsiyyətinə, habelə onun islah olunması na xidmət etmir. Bundan əlavə, məhkəmə kollegiyası Məhkum məhkəmədə davranışını cəzanı yüngülləşdirən hal kimi nəzərə alsa da, onun hansı cəhətlərinə görə nəzərə alındığını, nəyə görə bu halın cəzanı yüngülləşdirən hal kimi nəzərə almasını və belə bir nəticəyə gəlməsinin səbəblərini yekun qərarın təsviri-əsaslandırıcı hissəsində əsaslandırmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə Məhkumun cəzası 2 il azaldılmışdır. Məhkum şəxsiyyətinin ictimai təhlükəliliyinin çox olması (RF Moskva İzmayılov rayon məhkəməsinin qərarı ilə CM-nin 105-ci maddəsinin 1-ci hissəsi ilə 09 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir), cinayətin baş vermə halları, onun tərəfindən törədilmiş ağır və xüsusilə ağır cinayət əməlləri tam sübuta yetirildiyinə baxmayaraq özünü təqsirli bilməməs i onu deməyə əsas verir ki, məhkəmə tərəfindən Məhkum təyin edilmiş cəza yüngüllüyünə görə açıq-aşkar ədalətsiz cəzadır. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir şəxsin təqsirliliyi məsələsi məhkəmə istintaqının gedişində sübuta yetirilməli və Azərbaycan Respublikası CPM-nin 139 və 353-cü maddələrinin tələblərinə uyğun olaraq hökmdə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməlidir. Məhkəmə kollegiyasının əsaslandığı cəzanı yüngülləşdirən hallar isə (yuxarıda şərh olunduğu kimi) sübutlara əsaslanmamış, yalnız mülahizə xarakteri daşımışdır. Ümumiyyətlə, apellyasiya insta nsiya məhkəməsi yekun qərarında mübahisələndirilən yuxarıdakı halların cinayətin ictimai təhlükəliliyini necə azaltmasını göstərməmiş və gəlmiş olduğu nəticəni əsaslandırmamışdır. Həmçinin məhkəmə kollegiyası Məhkum cəza təyini zamanı onun cəzasını ağırlaşdıran hal olduğunu kifayət qədər nəzərə almamışdır. Belə ki, cinayət əməlinin qoca şəxsə qarşı törədilmiş olması CM-nin 61.1.7-ci maddəsinə əsasən Məhkum cəzasını ağırlaşdıran haldır. Məhkum edilmiş şəxs Məhkum törədilmiş cinayət əməllərinə görə yüngül cəzanın təyin edilməsi CM-nin 41.2-ci maddəsində müəyyən edilmiş cəzanın məqsədlərinə xidmət etmir. Beləki, CM-nin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın həm məhkumlar, həm də başqa şəxslər üçün də kriminal davranışdan çəkindirən vasitə kimi çıxış etməsinə - ümumi xəbədaredici məqsədinə gəldikdə isə qeyd edilməlidir ki, törədilmiş cinayətin ağırlığına baxmayaraq Məhkum cəzasının azaldılması ilə sözügedən məqsədə necə nail olunacağı qərarda əsaslandırılmamışdır. Odur ki, apellyasiya məhkəməsinin qərarında gətirilən əsaslandırmalar CM-nin 8-ci, 41-ci və 58-ci maddələrinin müddəaları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qeyd olunan qərarlarının tələbləri, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun şərh olunan qərarındakı tövsiyələr baxımından əsaslı sayıla bilməz. Hazırkı protestin əsaslarından göründüyü kimi məhkəmə kollegiyası cinayətprosessual qanunvericiliyin “Qanunçuluq ” prinsipini təsbitləyən normasının tələblərini pozmuşdur. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs Məhkum təyin edilmiş cəzanı azaldaraq onun islah olunmasını mümkün sayarkən törədilmiş cinayətin və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə almamış, cinayət qanununun normasını düzgün tətbiq etməyərək cəzanı yüngülləşdirən halları düzgün müəyyən etməmişdir. Məhkumun müdafiəçisi-vəkil Bayramzadə Xanlar Əsgər oğlu kassasiya şikayətində göstərmişdir ki, qərar qeyri-obyektiv, qərəzli olaraq hüquq normalarının pozulması ilə çıxarıldığından, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halları aydınlaşdırılmadığından, məhkəmə tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyəti olan hallar tam sübut edilmədiyindən, habelə məhkəmənin hökmündə göstərilmiş nəticələr işin h allarına uyğun gəlmədiyindən ləğv olunmalı, təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmalıdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-14/2020 saylı, 23 iyun 2020-ci il tarixli qərarı ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4. 120.2.6, 120.2.9 149.2.4 və 150.2.4-cü maddələri ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılması belə əsaslandırılmışdır ki, məhkəmə təqsirləndirilən şəxs Məhkum məhkəmədə bibisi Zərərçəkmiş şəxs zorlamayaraq öldürməməsi, ona verilmiş ittihamın Moskvadakı yəhudi oliqarxları tərəfindən verilmiş sifariş olması barədə ifadələrini tədqiq edərkən, bunların Məhkum ifadəsindən başqa heç bir sübutla təsdiq edilmədiyini nəzərə alır. Məhkəmənin gəldiyi bu nəticə guya iş üzrə dindirilmiş şahidlərin, ekspertlərin ifadələri, həmçinin Mə hkum özünün şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadələri, ifadənin yerində yoxlanılması və hadisə yerinə baxış protokolları, iş üzrə təyin edilmiş məhkəmə-tibb ekspertizalarının, məhkəmə tibbi-kriminalistik ekspertizasının, məhkəmətibbi-bioloji ekspertizasının, lifli materialların tədqiqi ekspertizasının, məhkəmə genetik ekspertizasının rəyləri ilə təsdiq olunur. Lakin istintaqda toplanmış sübutların əksinə olaraq demək olar ki, cinayət işinin materiallarında 2.cild səhifə 46-da olan 8 may 2018-ci il tarixli 10203 nömrəli ekspert rəyindən görünür ki, Surxayevin təqdim edilmiş sağ və sol əl barmaqlarına məxsus dırnaq nümunələri üzərində heç bir lif mikro hissəcikləri yoxdur. Digər 18 aprel 2018-ci il tarixli 1341 saylı ekspert rəyindən görünür ki, müstəntiq tərəfindən “ Məhkumun cinsi əlaqədə ola bilməyə malikdirmi və ya o, cinsi əlaqədə ola bilərmi?” sualına ekspert tərəfindən konkret münasibət bildirilməmiş və göstərilmişdir ki, onur xarici cinsi sahəsində cinsi əlaqədə olmağa maneçilik törədə bilən hər hansı travmatik dəyişikliklər aşkar olunmamışdır. İstintaqda və məhkəmə iclasında dindirilən təqsirləndirilən şəxs Məhkuma bildirmişdir ki, o, cinsi əlaqədə olmaq qabiliyyətinə malik deyildir, yəni impotent xəstəliyinə düçardır. Lakin nə istintaq orqanı, nə də məhkəmə istintaqında dindirilən ekspertlər bu fikirlə əlaqədar qəti mövqelərini bildirməmişlər. Digər 17 may 2018-ci il tarixli 18/188 L nömrəli ekspert rəyində göstərilir ki, Məhkumdan götürülmüş qan nümunəsində DNT profili əldə olunmamışdır. Zərərçəkmiş şəxs meyitinin müayinəsi zamanı qasıq nahiy əsində aşkar edilmiş 1 ədəd tük nümunəsi üzərində müqayisəli molekulyar-genetik ekspertizanın keçirilməsi üçün kifayət qədər insana məxsus bioloji mənşəli material yoxdur. Həmin nümunə üzərində müqayisəli DNT tədqiqatının keçirilməsi mümkün olmamışdır. Həmçinin, Zərərçəkmiş şəxs meyitinin müayinəsi zamanı uşaqlıq yolundan götürülmüş 2 ədəd tənzif tampon və arxa keçəcəyindən götürülmüş 1 ədəd tənzif tampon üzərində olan bioloji mənşəli material Surxayevaya məxsusdur. Həmin tamponlar üzərində Məhkuma məxsus bioloji mənşəli material aşkar edilməmişdir. 27 aprel 2018-ci il tarixli Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya ElmiTəcrübi və Tədris birliyinin verdiyi rəydən görünür ki, uşaqlıq yolun möhtəviyyatı, digər tampon üzərində isə spermatozoidlər aşkar olunmamışdır. İstintaqın gəldiy i nəticə üzrə əgər yetirilən xəsarətlər Məhkum tərəfindən yetirilmişdirsə, daşıma və ya hər hansı bir müqavimət göstərmək halları var idisə, o halda zərərçəkmiş şəxsin dırnaq nümunələri üzərində lif mikrohissəcikləri olmuş olardı. Göründüyü kimi əl barmaqları üzərində Məhkum məxsus hər hansı bir əlamət aşkar edilməmişdir. X1 verdiyi ifadə ziddiyyətli olmaqla məhkəmə tərəfindən şüphə altına alınmalı, verilmiş ekspertiza rəyi sübutlar siyahısından çıxarılmalı idi. Belə ki, heç bir istintaq materialı ilə Məhkum tərəfindən bibisinə hər hansı alətlə xəsarət yetirməyi və onla cinsi əlaqədə olmaq cəhdi müəyyən edilməmişdir. Həm istintaq orqanı, həm məhkəmə Məhkum qarşı sürülən ittihamları fərziyyələr əsasında qurmuşlar. Ekspertin bildirdiyi kimi onun cinsi əlaqədə olmaq imkanı yoxlanılmamışdır. X 2 verdiyi ifadədən də göründüyü kimi Məhkum məxsus olan sperma meyit üzərində aşkar edilməmiş, kimə məxsus olması isə nə istintaq orqanı, nə də məhkəmə tərəfindən müəyyən edilmişdir. Məhkum istintaq zamanı bildirmişdir ki, onu zəhərləyiblər, lakin ekspert rəyindən göründüyü kimi istintaq orqanı qəsdən zəhərlənmə barədə verdiyi ifadəni nəinki araşdırmış, qəsdən bu faktı gizlətmişdir. Göründüyü kimi müstəntiq X16 AR cinayət prosessual qanunvericiliyinin tələblərini kobud surətdə pozmuş, çəkilişi protokollaşdırmamış, qəbrin yanından götürülmüş spirtli içki şüşəsi ilə əlaqədar və Məhkum zəhərlənməyi ilə əlaqədar fikirləri aydınlaşdırmamış, ekspertiza təyin etməmiş, şəkillərin çoxusunu gizlətmiş, işə əlavə etməmişdir. Qəsdən, bilə-bilə yalnız ziddiyyətli ifadələr verən polis işçilərinin ifadə lərini əsas götürüb istintaqı bir tərəfli qaydada aparmış və saxta protokollar tərtib etməklə Məhkum qarşı əsassız və qanunsuz ittiham irəli sürmüşdür. Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 may 2019-cu il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.6, 120.2.9 149.2.4 və 150.2.4-cü maddələri ilə təqsirləndirilməsinin iş üzrə dindirilmiş şahidlərin, ekspertlərin ifadələri, həmçinin Məhkum özünün şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadələri ilə təsdiq olunduğunu bildirsə də qeyd olunan ekspert rəyləri şəxs barəsində ittihamın irəli sürülməsi üçün kifayət qədər əsaslı, mötəbər olmamaqla təqsirləndirilən şəxs tərəfindən qeyd edilən cinayət əməlinin törədilməsini sübut etmir. İstintaq orqanı tərəfindən Məhkum uzun illər mehriban yaşadı ğı bibisinə qarşı onun hər hansı bir hərəkət etməyi barədə niyyəti istintaq orqanı tərəfindən müəyyən edilməmiş, yalnız ehtimallara əsaslanmışdır. Məhkəmə tərəfindən də bu hal aydınlaşdırılmamışdır. Xüsusi amansızlığın nədə ifadə olunması aydınlaşdırılmadığı üçün Məhkum qarşı bu cinayət tərkibi üzrə ittiham irəli sürülməsi qanunsuzdur. Məhkumin də ifadəsində göstərildiyi kimi o bibisinə qarşı heç bir zorakılıq seksual xarakterli hərəkətlər etmək niyyətində olmamış, ümumiyyətlə cinsi əlaqədə olmaq imkanından məhrum olmaqla impatent xəstəliyindən əziyyət çəkdiyi üçün belə bir maddə ilə ona ittiham irəli sürülməsi absurddur. İttihamın digər bir əsası ondan ibarətdir ki, guya Məhkum bibisinin yaşlı, köməksiz vəziyyətindən istifadə etməklə ona qarşı rəhmsizlik və qəddarlıq göstərib onun qocalığ ından istifadə edib sərxoşluq səbəbindən qəsdən öldürmüşdür. Bu hal da istintaq orqanının fərziyyəsi, ehtimalları əsasında irəli sürülmüşdür. Məhkəmə tərəfindən də işə obyektiv araşdırma aparmadan ölümün qəsdən törədilməsi motivini, səbəbini araşdırmadan hökm çıxarmışdır. Həmin qərarın 13-cü bəndində göstərilmişdir ki, CM-nin 120.2.9-cu maddəsi ilə məsuliyyət (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) o vaxt yaranır ki, zərərçəkmiş şəxs özünün fiziki və ya psixi qüsurlarına görə təqsirkara müqavimət göstərmək imkanına malik olmur və cinayət törədən şəxs zərərçəkMəhkumn köməksiz vəziyyətdə olduğunu dərk edir. Köməksiz vəziyyətdə olmaq dedikdə zərərçəkMəhkumn qoca, xəstə, azyaşlı, bəzi hallarda yetkinlik yaşma çatmamış olması, özündən getmə, huşsuz, yatmış, bə rk sərxoş vəziyyətdə olması kimi hallar başa düşülməlidir. Zərərçəkmiş şəxsnın iş materiallarından göründüyü kimi ölümünə səbəb beyninə qansızma nəticəsində olması nə istintaq, nə də məhkəmə orqanı tərəfindən düzgün araşdırılmamış, Məhkum bibisi ilə əvvəlki münasibətləri, davranışı, cinayətin törədilmə motivi, məqsədi nəzərə alınmadan məhkəmə qanunsuz, əsassız hökm çıxarmışdır. Yuxarıda qeyd olunan ekspert rəylərindən görünür ki, baş vermiş cinayət hadisəsi ilə əlaqədar məhkəmədə dindirilmiş şahidlərin ifadələri arasında ziddiyyətlər mövcuddur. Belə ki, istintaqda dindirilmiş polis işçiləri Fariz və digərləri ilk izahatlarında göstərmişlər ki, onlar qəbirstanlığa daxil olarkən sahə rəisi Muxtar və Cəlal arxadan gəlirdilər. Lakin sonrakı izahatlarında bu fikri inkar etmişlər. Sürücü X4 ilk izahatında bildirmişdir ki, Məhkumu qəbirstanlığa qoyub bir qədər gözləmiş, sonradan gec gəldikləri üçün yoldan keçən polis işçilərini saxlamış, onlar birlikdə qəbirstanlığa getmişlər. Digər ifadəsində bildirmişdir ki, o, Məhkumun gec gəldiyini bildikdə sahə rəisinin köməkçisi Cəlala zəng etmiş, bu barədə məlumat vermişdir. İş materiallarından göründüyü kimi şahidlər də müxtəlif ziddiyyətli ifadələr vermişlər. Həmçinin verilmiş izahatlardan görünür ki, hadisə yerinin baxışı zamanı Məhkumun yarıçılpaq uzanmış vəziyyətdə olması barədə şəkillər çəkilmişdir. Lakin çəkilmiş şəkillər iş materiallarında məlum olmayan səbəbdən işə əlavə edilməmişdir. Sürücü X4 ilk izahatında bildirmişdir ki, Məhkumu qəbirstanlığa qoyub bir qədər gözləmiş, sonradan gec gəldikləri üçün yoldan keçən polis işçilərin i saxlamış, onlar birlikcə qəbirstanlığa getmişlər. Məhkəmə iclasında da bildirmişdir ki, o, Məhkumun gec gəldiyini bildikdə sahə rəisinin köməkçisi Cəlala zəng etmiş, bu barədə məlumat vermişdir. Təxminən 5-10 dəqiqə sonra polis əməkdaşları xidməti maşınla onların arxasınca isə Cəlal öz maşını ilə onun olduğu yerə gəlmişlər, lakin nə istintaq orqanı, nə də məhkəmə tərəfindən niyə məhz Cəlala zəng etməsi, niyə məhz Cəlalın hadisə yerinə gəlməsi və digər ziddiyyətlər aydınlaşdırılmamışdır. X4 Məhkum evi qabağında taksi sürücüsü kimi fəaliyyət göstərdiyi üçün onu yaxşı tanıyırdı. Lakin niyə özünün qəbirstanlığa girib onu çağırmadığını, onun ifadəsi nə istintaq, nə də məhkəmə tərəfindən araşdırılmamış, onun ifadəsinə düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmədə dindirilmiş polis işçisi Oruco v İlham bildirmişdir ki, xidməti avtomobillə yəhudi qəbirstanlığının yanından keçən zaman bir nəfər tanımadığı şəxs onları əli ilə işarə edərək saxlatmışdır. Bildirmişdir ki, bir yaşlı qadını və kişini qəbirstanlığa gətirmiş, bir saatdan artıq qəbirstanlıqda olduqlarını bildirmişdir. O və həmkarı Firuz Heydərov, həmçinin Cəlal adlı keçmiş polis əməkdaşı bir nəfər yaşlı qadın yerdə yarıçılpaq uzanıqlı vəziyyətdə olduğunu, Məhkum isə onun yanında yatdığını görmüş və bu haqda polis şöbəsinə məlumat vermişlər. Məhkəmə iclasına dindirilən sahə rəisi X8 isə ifadəsində göstərmişdir ki, sürücü X4 Cəlala zəng etmiş, hadisə barədə məlumat vermiş və Cəlalla birlikdə qəbirstanlığa getmişdir. Göründüyü kimi nə məhkəmə, nə də istintaq orqanı tərəfindən bu ziddiyyətlər aradan qaldırılmamışdır. Həmçinin m üdafiəçi qeyd etmişdir ki, tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinə iş materiallarında olan sübutların ətraflı araşdırılması üçün sübutlar təqdim edilmiş, vəsatətilə bəzi ekspertlər və şahidlər dindirilsə də, təkrar ekspertizanın keçirilməsi barədə vəsatətlər verilsə də, vəsatətləri məhkəmə tərəfindən təmin edilməmiş, əsassız, qanunsuz qərar çıxarılmışdır. Hadisə yerində olan şahidlər ziddiyyətli və eyni zamanda Məhkum yarıçılpaq vəziyyətdə olması barədə ifadələr versələr də, həmin anı əks etdirən fotoşəkillər və ya video çəkiliş aparılmamış, bunu təsdiq edən sübutlar cinayət işinə əlavə edilməmişdir. Məhkəmədə məlum olmayan səbəbdən üzləşmə protokolu cinayət işinin materiallarına əlavə olunmadığı məlum olmuşdur. Bunun səbəbini müəyyənləşdirmək üçün məhkəmə iclasları dəfələrlə təxirə sa lınmış, müstəntiq məhkəməyə dəvət edilməsinə baxmayaraq, onun iştirakı təmin edilməmişdir və qeyd olunan qanun pozuntuları barədə məhkəmə heç bir tədbir görülməmişdir. İş materiallarında qeyd olunan sübut növləri mötəbər olmayan dəlilləri əks etdirdikləri və ziddiyətli olduqları üçün Məhkumun iittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4, 120.2.6, 120.2.9 149.2.4 və 150.2.4. maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı təqsirliliyinin müəyyən edilməsində mötəbər sübutlar kimi istifadə oluna bilməz. Eyni zamanda cinayət işinin istintaqı zamanı yol verilmiş qüsurlar, habelə ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan ziddiyyətlər və şübhələr də təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Məhkəmə istintaqı zamanı tə dqiq edilən sübutların məcmusu ilə Məhkum ittiham olunduğu Azərbaycan Respublikası CM-in 120.2.4, 120.2.6, 120.2.4 149.2.4 və 150.2.4. maddələri ilə nəzərdə tutulan cinayət əməlində təqsirliliyi müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CPM-in 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi - cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmə baxışı zamanı ittiham tərəfi Məhkum cinayəti törətməkdə təqsirini sübuta yetirə bilməmiş və ittiham tərəfindən məhkəməyə onun həmin cinayətdə təqsirliliyini təsdiq edən heç bir mötəbər sübut təqdim olunmamışdır. Müdafiəçi iş üzrə tədqiq edilən sübutları qiymətləndir ərək hesab edir ki, Məhkum İlyaquyreviçin ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4, 120.2.6, 120.2.9, 149.2.4 və 150.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilməmişdir. Buna görə də, Məhkumin ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.6, 120.2.9, 149.2.4 və 150.2.4. maddələri ilə elan edilmiş ittiham üzrə bəraət verilməli və iş üzrə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin və kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi və kassasiya protestinin təmin edilməməsi barədə məhkumun və müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi, kassasiya pro testinin təmin edilməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predm eti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə və kassasiya protestinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Dövlət ittihamçısının kassasiya protestidə göstərilmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə Məhkumun cəzası 2 il azaldılmışdır. Məhkum şəxsiyyətinin ictimai təhlükəliliyinin çox olması, cinayətin baş vermə halları, onun tərəfindən törədilmiş ağır və xüsusilə ağır cinayət əməlləri tam sübuta yetirildiyinə b axmayaraq özünü təqsirli bilməməsi onu deməyə əsas verir ki, məhkəmə tərəfindən Məhkum təyin edilmiş cəza yüngüllüyünə görə açıq-aşkar ədalətsiz cəzadır. Məhkəmə kollegiyasının əsaslandığı cəzanı yüngülləşdirən hallar isə sübutlara əsaslanmamış, yalnız mülahizə xarkteri daşımışdır. Ümumiyyətlə, apellyasiya instansiya məhkəməsi yekun qərarında mübahisələndirilən yuxarıdakı halların cinayətin ictimai təhlükəliliyini necə azaltmasını göstərməmiş və gəlmiş olduğu nəticəni əsaslandırmamışdır. Həmçinin məhkəmə kollegiyası Məhkum cəza təyini zamanı onun cəzasını ağırlaşdıran hal olduğunu kifayət qədər nəzərə almamışdır. Belə ki, cinayət əməlinin qoca şəxsə qarşı törədilmiş olması CM-nin 61.1.7-ci maddəsinə əsasən Məhkum cəzasını ağırlaşdıran haldır. Cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsi nin 24 may 2019-cu il tarixli hökmündə məhkəmə təqsirləndirilən şəxs Məhkum əməllərində onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməmişdir. Lakin, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ədalət prinsipini nəzərdə tutan 8-ci maddəsinə istinad edərək hesab etmişdir ki, cinayət törətmiş Məhkum haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində cəzanın məqsədləri açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törə dilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən əsaslarla məhkəmə Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 120.2.4, 120.2.6, 120.2.9, 149.2.4 və 150.2.4-cü maddələrinin sanksiyaları həddində və Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla qəti cəza təyin etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarında göstərilmişdir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum cəza təyin edərkən cəza təyininin ümumi əsasları olan təyin olunmuş cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, habelə təyin olunmuş cəzanın onun islah olunmasına təsirini tam nəzərə almamışdır. Məhkəmənin hökmündən görünür ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşd irən və ağırlaşdıran hal müəyyən etməmişdir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Məhkəmə kollegiyası zərərçəkmiş şəxsin hüquqi varisinin təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını, məhkumun məhkəmədəki davranışını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb, ədalət və humanizm prinsiplərini rəhbər tutub Məhkum təyin edilmiş cəzanın təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 120.2.4, 120.2.6, 120.2.9, 149.2.4-cü maddələrin sanksiyası həddində nisbətən azaldılmasını cəzanın məqsədinə müvafiq hesab etmişdir. Məhkəm ə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarında göstərilən hallar məhkuma təyin edilmiş cəzanın yüngülləşdirilməsinə əsas verən hallar olmasını müəyyən edən konkret hallara və sübutlara istinad edilməmişdir. Göstərilən xüsusilə ağır cinayətlərdə, o cümlədən bir neçə ağırlaşdırıcı hallarda adam öldürmə, xüsusi amansızlıqla zorlama və seksual xarakterli zorakılıq hərəkətləri etmə cinayətlərini törətmiş təqsirləndirilən şəxsin məhkəmədəki davranışına istinad etməklə cəzasının yüngülləşdirilməsi, cəza təyin edilməsinin ümumi əsasları və cəzanın məqsədi barədə qanunun tələblərinə, cinayət işinin faktiki hallarına və məhkəmə təcrübəsinə uyğun hesab edilmir. Məhkumun məhkəmə iclasındakı davranışı barədə məhkəmənin qeyrimüəyyən xarakterli subyektiv mülahizəsi məhkum tə rəfindən törədilmiş cinayətlərin ictimai təhlükəliliyini azaldan hal olmadığından, bu halın cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməsi əsassızdır. Bundan başqa zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış hüquq məsləhətxanasının vəkili ölmüş zərərçəkmiş şəxslə qohumluq əlaqəsində olmadığından onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmaması da qanunda nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hal kimi qəbul edilməməlidir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəzərə aldığı cəzanı yüngülləşdirən hallar əsaslı və qanunun tələbinə uyğun olmadığından həmin əsaslarla Məhkum təyin edilmiş cəzanın yüngülləşdirilməsi də qanuni və əsaslı hesab edilməməlidir. Ona görə də kassasiya protestinin dəlilləri əsaslı hesab edilərək təmin edilməlidir. Müdafiəçinin kassasiya şikayətinin dəlillərinə gəldikdə Məhkum bibisi Zərərçəkmiş şəxs zorlamayaraq öldürməməsi, ona verilmiş ittihamın Moskvadakı yəhudi oliqarxları tərəfindən verilmiş sifariş olması barədə dəlillər heç bir konkret sübutla əsalandırılmayan subyektiv mülahizədir. Məhkum elan edilmiş ittihamda təsvir edilən hadisə cəmi 40 dəqiqə ərzində baş vermişdir. Məhkum özünün ifadələrində və kassasiya şikayətinə məhkəmə baxışı zamanı göstərdiyi kimi hadisə ərəfəsində onlardan başqa hadisə yerində başqa şəxs (şəxslər) olmamışdır. Onları qəbirstanlığa gətirmiş avtomobilin sürücüsü X4, hadisə yerinə sonradan gəlmiş digər şahidlərin ifadələri, Məhkum ibtidai istintaqdakı və məhkəmə iclasındakı ifadələri, ekspertiza rəyləri istintaq hərəkətlərinin protokolları ilə tam sübut ol unmuşdur. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq olunmuş Cinayət işində olan «tampon və yaxmaların tədqiqi haqqında» 19.04.2018-ci il tarixli, 9/58 saylı aktdan müəyyən olunur ki, Zərərçəkmiş şəxs uşaqlıq yolu və arxa keçəcək möhtəviyyatından 3 ədəd tampon və 2 ədəd yaxma götürülmüşdür. Uşaqlıq yolu möhtəviyyatı olan tamponlardan birində (23x9 sm ölçüdə) və arxa keçəcək möhtəviyyatı olan tampon üzərində tək-tək spermatozoidlər aşkar olunmuşdur. Uşaqlıq yolu möhtəviyyatı olan digər tampon (4x3 sm ölçüdə) üzərində isə spermatozoidlər aşkar olunmamışdır. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının 18 aprel 2018-ci il tarixli, 341 saylı rəyindən müəyyən olunur ki, 1974-cü il təvəllüdlü Məhkum bədəni üzərində, boynunda öndə və arxada çoxlu xırda sıyrıq, sağ çiynində qançır, sağ kürəkdə, belində, hər iki dizdə sıyrıqlardan ibarət, küt əşyanın (əşyaların) təsirindən törənməklə yetirilmə müddəti 17 aprel 2018-ci il tarixə uyğun gələn, müxtəlif vəziyyətlərdə və şəraitlərdə əmələ gələ bilən, sağlamlığa zərər vurmadıqlarından dərəcəsi təyin olunmayan bədən xəsarətləri vardır. Onun xarici cinsiyyət üzvü sahəsində cinsi əlaqədə olmağa maneçilik törədə bilən hər hansı travmatik və anomalik dəyişikliklər aşkar olunmamışdır. Həmin rəyi vermiş məhkəmə-tibb eksperti X3 birinci instansiya məhkəməsinin məhkəmə iclasındakı ifadəsində göstərmişdir ki, müstəntiqin ekspertiza təyin edilməsi barədə qərarında Məhkum cinsi əlaqədə ola bilmə qabiliyyətinin və ya onun cinsi əlaqədə olmaq imkanı sualı da qoyulmuşdur. Məhkum cinsi əla qədə ola bilmə qabiliyyətinin və ya onun cinsi əlaqədə olmaq imkanı sualına cavab vermək məqsədilə onun xarici cinsiyyət orqanlarına baxış keçirilmiş, xarici cinsiyyət üzvləri kişi cinsinə uyğun düzgün formalaşmış və normal inkişaf etmişdir. Xarici cinsiyyət üzvü sahəsində hər hansı zədələnmə, yara, anomaliya izi aşkar olunmur, xayalar xayalıqdadır, normal böyüklükdədir, sol xaya sağ xayadan aşağıda sol budun yuxarı üçdə birinin içəri divarında dırnaqla aşağıdan yuxarı qaşınma hərəkətləri edərkən xayanı qaldıran əzələnin tremor-əsmə hərəkətləri aşkar olunur. Bu hal isə kişi cinsiyyət üzvünün normal fəaliyyət göstərmə qabiliyyətini göstərən amildir. Əgər Məhkum iddia edir ki, intim əlaqədə olmaq qabiliyyətində deyil, bu artıq tibbi amil deyil, psixoloji amil olmaqla psixonevroloq və androlo q tərəfindən yoxlanılmalıdır. Lakin onu demək istəyir ki, mərhum Zərərçəkmiş şəxs meyitinin ekspertizasını keçirdikdə sonuncunun uşaqlıq yolunun girəcəyi ətrafında, solda aşkar olunmuş səthi əzilmiş yara gərginləşmiş kişi cinsiyyət üzvünün təzyiqi ilə törənə bilərdi. Yəni, bu yaranın mövcudluğu ona dəlalət edir ki, Məhkum cinsi əlaqəyə girmək qabiliyyətinə malikdir. Bundan savayı, mərhum Zərərçəkmiş şəxs meyidinin ekspertizası zamanı onun uşaqlıq yolundan 2 ədəd və arxa keçəcəyindən 1 ədəd tampona möhtəviyyat götürülmüşdür. Həmin tamponlar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinə məhkəmə-bioloji müayinəyə təqdim edilmiş və həmin müayinənin 24 aprel 2018-ci il tarixli 9-58 saylı aktından müəyyən edilmişdir k i, Zərərçəkmiş şəxs uşaqlıq yolu möhtəviyyatı olan tamponun birində və arxa keçəcək möhtəviyyatı olan bir ədəd tamponda tək-tək spermatozoidlər aşkar olunmuşdur. Həmin spermatozoidlərin aşkar olunması mərhumun ölümündən əvvəl təbii və qeyri-təbii yolla cinsi əlaqədə olmasını sübut edir. Mərhumun bədəni üzərində çoxsaylı xəsarətlər aşkar edilmişdir: gözlərin ağlı qişası və birləşdirici toxumasında qansızma, hər iki göz orbitinin hematoması, burunun əzilmiş yarası, sifətin çoxsaylı sıyrıq və qançırı, başın ənsə nahiyyəsinin əzilmiş-cırılmış yarası, başın yumşaq toxumalarının alt səthində çoxlu qansızma, baş beyin toxumasına, beyinciyə və beyin mədəciklərinə qansızmalar, döş və qarın hissədə yumşaq toxumalar altında qansızma, hər iki tərəfdən qabırğaların çoxlu sınıqları və həmin sahələrdə qa bırğaarası yumşaq və əzələ toxumalarına geniş qansızma, qarın boşluğunda 1300 ml-ə yaxın sərbəst qanın əmələ gəlməsi, dalağın toxumasının əzilib-cırılması müəyyən edilmiş, hansı ki, həmin xəsarətlər birlikdə canlı şəxslərdə həyat üçün təhlükə törədən ağır zərərvurmaya aid bədən xəsarətlərinə aiddir. Bu xəsarətlərin hamısı küt əşyanın(əşyaların ) çoxsaylı təsirindən törənmiş, konkret olaraq bu xəsarətlərin hansı küt əşyanın təsirindən yaranması barədə fikir söyləmək mümkün deyildir, xəsarət yetirilən zaman zərərçəkmiş müxtəlif vəziyyətlərdə, o cümlədən ayaq üstə, yarım oturaq, oturaq, uzanmış vəziyyətdə ola bilərdi. Xəsarətlərin yetirilmə ardıcıllığına gələrkən çox guman ki, baş nahiyyəsindəki xəsarətlər əvvəl yetirilmiş, daha sonra döş qəfəsi, qarın sahəsindəki xəsarətlər yetirilmişdir. Mərhumun ölümünə səbəb başın küt travmasından baş-beyin toxumasına qansızma olmuş, ölümün qərarda göstərilən 18 aprel 2018-ci il tarixdə baş verməsi inkar olunmur. Bundan başqa birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş lifli materialların tədqiqi ekspertizasının 08 may 2018-ci il tarixli rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs məxsus paltarlardan qara rəngli donu və böyük baş yaylığı üzərindən tapılmış boz rəngli pambıq liflər cinsi əlamətlərinə görə Məhkum idman gödəkcəsinin və alt tumanın tərkib liflərinə uyğun gəlir. Məhkum boz rəngli idman gödəkcəsi üzərindən tapılmış tünd göy rəngli yun liflər cinsi əlamətinə görə Zərərçəkmiş şəxs jaketinin tərkib liflərinə uyğun gəlir. Zərərçəkmiş şəxs təqdim olunmuş sağ və sol əl barmaqlarına məxsus dırnaq nümunələri üzər ində lif mikrohissəcikləri yoxdur. Məhkum və mərhum Zərərçəkmiş şəxs bir-birinin paltarlarında digərinin paltarlarına aid liflərin aşkar edilməsi də yuxarıda göstərilən ekspertiza rəylərinin həqiqiliyinə və elan edilmiş ittihamın sübut olunmasına aid mötəbər sübutların bir-birini tamalamasına dəlalət edir. Ekspertizanın həmin rəyində göstərilmiş Zərərçəkmiş şəxs təqdim olunmuş sağ və sol əl barmaqlarına məxsus dırnaq nümunələri üzərində lif mikrohissəciklərinin olmaması cinayətin baş verməməsini sübut edən hal kimi qiymətləndirilə bilməz. Belə hal 87 yaşlı qoca zərərçəkmiş şəxsin hadisə zamanı aldığı çoxsaylı ağır bədən xəsarətləri nəticəsində müqavimət göstərmək imkanlarının zəifliyi ilə izah oluna bilər. Bundan başqa birinci instansiya məhkəməsi məhkəmə iclasında tədqiq olunmuş məhkəmə-g enetik ekspertizasının 17 may 2018-ci il tarixli, 18/188R saylı rəyindən müəyyən olunur ki, hadisə yerinə əlavə baxış zamanı torpaq üzərindən götürülmüş ağ tük nümunələri Zərərçəkmiş şəxs məxsusdur. Zərərçəkmiş şəxs meyitinin müayinəsi zamanı qasıq nahiyəsində aşkar edilmiş 01 (bir) ədəd tük nümunəsi üzərində müqayisəli molekulyar-genetik ekspertizanın keçirilməsi üçün kifayət qədər insana məxsus bioloji mənşəli material yoxdur və deqradasiya əlamətlərini özündə əks etdirir. Bu səbəbdən həmin nümunə üzərində müqayisəli DNT tədqiqatının keçirilməsi mümkün olmamışdır. Həmçinin ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs meyitinin müayinəsi zamanı uşaqlıq yolundan götürülmüş 02 (iki) ədəd tənzif tampon və arxa keçəcəyindən götürülmüş 01 (bir) ədəd tənzif tampon üzərində keçirilmiş PSA antige n testi nəticəsində həmin tamponlar üzərində çox cüzi miqdarda PSA antigeninin olduğu müəyyən edilmişdir. Zərərçəkmiş şəxs meyitinin müayinəsi zamanı uşaqlıq yolundan götürülmüş 02 (iki) ədəd tənzif tampon və arxa keçəcəyindən götürülmüş 01 (bir) ədəd tənzif tampon üzərində olan bioloji mənşəli material Zərərçəkmiş şəxs məxsusdur, həmin tamponlar üzərində Məhkum məxsus bioloji mənşəli material aşkar edilməmişdir. Ekspertizanın rəyinin bu nəticələrini izah edilməsi məqsədi ilə birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, onun məhkəmə-genetik ekspertiza sahəsində iş stajı 2014-cü ildəndir, genetika ixtisası üzrə magistr ali təhsilli, Polşa və Türkiyə Respublikalarında molekulyar genetik ekspertiza üzrə ixtisas qazanmışdır. İş üzr ə ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. Tədqiqata təqdim edilən Zərərçəkmiş şəxs meyitinin qasıq nahiyyəsindən götürülmüş tük nümunəsi, hadisə yerinə əlavə baxış zamanı hadisə yerində məzarın üstündən götürülmüş tük nümunələri Məhkum məxsusdurmu? Müsbət halda hansı əlamətlərə görə? 2. təqdim edilmiş Zərərçəkmiş şəxs uşaqlıq yolu və arxa keçəcək möhtəviyyatı olan 3 ədəd tampon üzərində təqsirləndirilən şəxs Məhkum məxsus bioloji material varmı? Ekspertizaya təqdim edilmiş 3 ədəd politilen bağlama və 3 ədəd kağız zərfin tamlığı pozulmamışdır. İlk iki polietilen bağlamaların içində Zərərçəkmiş şəxs meyitinin müayinəsi zamanı uşaqlıq yolundan götürülmüş 02 ədəd tənzif tampon və arxa keçəcəyindən götürülmüş 01 ədəd tənzif tampon, Zərərçəkmiş şəxs götürülmüş qan nümunəsi, sonra 3- cü polietilen bağlamada isə Məhkum götürülmüş qan nümunəsi olmuşdur. Kağız zərflərdə isə 1-ci zərfdə hadisə yerinə əlavə baxış zamanı götürülmüş ağ tük nümunələri, 2-ci kağız zərfin içərisində Zərərçəkmiş şəxs meyitinin müayinəsi zamanı qasıq nahiyyəsində aşkar edilmiş 01 ədəd tük nümunəsi, 3-cü kağız zərfin içərisində isə Məhkum götürülmüş tüpürcək (yanaq epiteli qaşıntısı) olmuşdur. Tədqiqatı keçirmək məqsədilə Zərərçəkmiş şəxs meyitinin uşaqlıq yolundan götürülmüş iki ədəd tənzif tampon və arxa keçəcəyindən götürülmüş 01 ədəd tənzif tampon üzərindən götürülmüş nümunələrdə PSA (prostat şirəsinin fermenti ) antigen aktivliyi qənaətbəxş səviyyədə deyildir. Belə ki, PSA və antigenin qənaətbəxş səviyyədə olması üçün 3 eyni qalınlıqlı xətlər müşahidə olunmalıdır. Lakin həmin tamponlarda iki xəttin qalınlıqlığı mövcud olsa da, üçüncü «T» göstəricisi çox zəif müşahidə olunmuşdur. Bu o deməkdir ki, hər üç tamponda sperma nümunələri olsa da onların genetik tədqiq edilməsi üçün mümkünsüz olmuşdur. Belə ki, həmin tamponlar məhkəmə-bioloji ekspertizadan keçirildiyi zaman həmin tamponların üzərindən möhtəviyyatın əsas hissəsi götürülüb tədqiq edilmişdir. Onun keçirdiyi ekspertiza isə həmin tamponların üzərindəki möhtəviyyat nümunələrinin qalıqları ilə tədqiqat aparılmışdır. Bir daha bildirir ki, hər üç tamponda spermanın zəif izləri aşkar edilmişdir. Lakin bu izlər spermanın Məhkum məxsus olmasına cavab vermək üçün kifayət olmamışdır. Digər suallara cavab olaraq hadisə yerinə əlavə baxış zamanı torpaq üzərindən götürülmüş ağ tük nümunələrinin Zərərçəkmiş şəxs məxsus olduğu müəyyən e dilmiş, mərhumun meyitinin müayinəsi zamanı qasıq nahiyyəsində aşkar edilmiş 01 ədəd tük nümunəsi deqradasiya olduğu üçün ekspertizanın keçirilməsi üçün yararsız olmuşdur. Həmin tük tədqiqat zamanı müvafiq məhlulda həll edildiyi üçün maye halına salınmış və həmin tükün təkrar müayinəsi üçün əlavə imkan yoxdur. Yəni həmin tamponlar üzərində Məhkum məxsus bioloji mənşəli material aşkar edilməməsini ekspert onunla izah etmişdir ki, həmin tamponlar məhkəmə-bioloji ekspertizadan keçirildiyi zaman həmin tamponların üzərindən möhtəviyyatın əsas hissəsi götürülüb tədqiq edilmişdir. Onun keçirdiyi ekspertiza isə həmin tamponların üzərindəki möhtəviyyat nümunələrinin qalıqları ilə tədqiqat aparılmışdır. Hər üç tamponda spermanın zəif izləri aşkar edilmişdir. Lakin bu izlər spermanın Məhkum məxsus ol masına cavab vermək üçün kifayət olmamışdır. Ekspertin bu ifadəsindən də göründüyü kimi, tamponlar üzərində Məhkum məxsus bioloji mənşəli material aşkar edilməməsi yalnız ekspertə təqdim edilmiş müayinə materialının azlığı ilə izah edilir və bu hal Məhkum elan edilmiş ittihamda təsvir edilən xüsusi amansızlıqla zorlama və seksual xarakterli zorakılıq hərəkətləri etmə cinayətlərini törətməsini inkar edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum elan edilmiş ittihamda təsvir edilən cinayət əməllərini başqa şəxs və ya başqa şəxslər tərəfindən törədilməsini təsdiq edən hər hansı mötəbər sübutun mövcudluğu, eləcə də müdafiəçinin kassasiya şikayətində belə halların və konkret sübutların mövcudluğu müəyyən edilməmişdir. Kassasiya ş ikayətinin dəlilləri subyektiv mülahizə xarakterlidir. Məhkumun cinayət əməlləri bir-birini tamamlayan və məhkəmə iclasında tədqiq edilib qiymətləndirilmiş, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq toplanmış, sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusu ilə təsdiq edilmişdir. Kassasiya şikayətində göstərilən prosessual pozuntulara dair dəlillər müdafiə tərəfinin apellyasiya şikayətində də göstərilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 iyun 2020ci il tarixli qərarı ilə həmin hallara hüquqi qiymət verilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, müdafiəçinin kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən saxlanmalıdır. Dövlət ittihamçısının kassasiya protestinin dəlilləri əsaslı olduğundan və cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 iyun 2020-ci il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edildiyindən kassasiya protesti təmin edilərək qərar ləğv edilməli və cinayət işi yeni apelyasiya baxışına təyin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum müdafiəçisi-vəkil Bayramzadə Xanlar Əsgər oğlunun kassasiya şikayəti təmin edilməsin. Dövlət ittihamçısı Əsədulla Ramazanov tərəfindən verilmiş kassasiya protesti təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.6, 120.2.9, 149.2.4 və 150.2.4-cü naddələri ilə ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 iyun 2020-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə ləğv edilsin və iş həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilsin.