Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-323/2020 12.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Atakişiyev Süleyman Atif oğlunun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 avqust 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şika yətinə baxılması üzrə məhkəmə iclasında MÜƏYYƏN E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 mart 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim X.A.Nuriyev, hakimlər N.F.Quliyev və O.Y.Cəlilovdan ibarət məhkəmə tərkibi) Məhkum (xx xx xx 1975-ci ildə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, XXX80nin icra nümayəndəsinin müavini vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, ünvan3ndə qeydiyyatda olmaqla, ünvan4 ünvanında yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-c ü maddələri ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 21 aprel 2018-ci il tarixdən hesablanması qərara alınmışdır. Həmçinin həmin hökmlə X16, X7, X18 və X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirli bilinib məhkum edilmişlər. Hökmə əsasən Azərbaycan Respublikasının vətəndaşları X7, X8, X16, Məhkum və X18 öz aralarında və ünvan88nda olan digər şəxslərlə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddənin əld ə edilməsi, saxlanması, daşınması və qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilməsi barədə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girməklə X7 06 aprel 2018-ci il tarixdə qrupun ünvan88ndakı üzvü ilə mobil telefon vasitəsilə əlaqə saxlayaraq 4.000 manat pul müqabilində külli miqdarda qurudulmuş marixuana, heroin və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamin əldə edilərək qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi və ona təhvil verilməsi barədə razılığa gəlmişlər. Həmçinin 2018-ci ilin aprel ayının əvvəllərində X18 və Məhkum da cinayətkar qrupun ünvan88nda olan eyni üzvü ilə telefon əlaqəsi saxlayaraq 2.600 manat müqabilində külli miqdarda qurudulmuş mar ixuananın əldə edilərək qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilərək onlara təhvil verilməsi barədə qabaqcadan razılığa gəlmişlər. Əldə olunmuş razılığa əsasən X18 və Məhkum həmin ərəfədə şəxsiyyəti istintaqa məlum olmayan şəxs vasitəsi ilə ünvan88ndakı həmin şəxsə narkotik vasitə üçün verilməli olduqları pulun bir hissəsini, yəni 1.600 manat məbləğində pulu əvvəlcədən göndərmiş, qalan 1000 manatı isə narkotik vasitəni aldıqdan sonra verəcəkləri barədə razılaşmışlar. Bundan sonra, cinayətkar qrupun ünvan88ndakı üzvləri X7un sifariş etdiyi 2 kq 681,65 qram qurudulmuş marixuananı, 2,42 qram heroini və şəxsi istehlak miqdarından artıq miqdarda, 0,2 qram metamfetamin psixotrop maddəsini, Məhkum və X18in sifariş etdikləri 1 kq 422,7 qram qurudulmuş marixuananı istintaqla müəyyən edilməmiş mənbədən ümumi niyyətlə satış məqsədilə qanunsuz əldə edərək 2018-ci il aprel ayının 17-dən 18-nə keçən gecə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, XXX90nin XXXX88 Sərhəd Dəstəsinin 21-ci sərhəd zastavasının ərazisi istiqamətində keçirərək Məhkum və X7a bu barədə məlumat vermişlər. 18 aprel 2018-ci il tarixdə səhər saatlarında Məhkum narkotik vasitələrin X7a təhvil verilməsi barədə ünvan88nda oaln şəxslərdən məlumat alaraq bu barədə X18ə xəbər vermiş və odan narkotik vasitəyə görə borclu qaldıqları 1000 manat məbləğində pulu alaraq narkotik vasitələri götürmək üçün ünvan8nə gedərək X18ə də həmin yerə gəlməsini tapşırmışdır. 19 aprel 2018-ci ildə saat 19 radələrində Məhkum X7la ünvan9 ərazisində görüşərək X18in narkotik vasitənin əldə olunması üç ün verdiyi 1000 manat məbləğində pulu ona çatdıraraq ünvan88 sakinləri tərəfindən qaçaqmalçılıq yolu ilə göndərilmiş narkotik vasitələrin bir hissəsini, yəni 1 kq. 422,7 qram qurudulmuş marixuananı torbada qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə X7dan qanunsuz olaraq əldə etmiş, saxlamış X18in idarə etdiyi “Mercedes E-320” markalı avtomobilin arxa oturacağına yerləşdirərək sonuncu ilə birlikdə satış məqsədilə qanunsuz saxlayıb daşımaqla Bakı şəhəri istiqamətində hərəkət edərkən ünvan10 ərazisində XXXX99nin əməkdaşları avtomobili saxlamağa çalışarkən X18 avtomobili saxlamayaraq hadisə yerindən uzaqlaşmış, daha sonra Məhkum və X18 narkotik vasitəni xxx78nun 143-cü kmdə ünvan11nun ərazisindən keçən hissəsində yolun otlaq sahəsinə ataraq avtomaşını yolun kənarında saxla mış və avtobusla ünvan14nə getmişlər. 21 aprel 2018-ci ildə Məhkum XXXX99nin əməkdaşları tərəfindən saxlanılmış, onun izahatı əsasında həmin gün saat 17 radələrində xxxx45nun 143-cü km-də ünvan15nun ərazisindən keçən hissəsində yolun kənarındakı otlaq əraziyə keçirilmiş baxış zamanı Məhkum və X18ə məxsus 1 kq. 422,7 qram qurudulmuş marixuana bir ədəd torbada aşkar edilərək götürülmüşdür. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 avqust 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim E.İ.Əliyev, hakimlər E.Ə.Camalov və K.S.Bəşirovdan ibarət məhkəmə tərkibi) Məhkum müdafiəçisi X3, habelə məhkum X11 müdafiəçisi X9, məhkum X8, habelə onun müdafiəçiləri X17 və X12, məhkum X16 və məhkum X7 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilərək, Lənkəran A ğır Cinayətlər Məhkəməsinin 12 mart 2019-cu il tarixli hökmü cəzanın təyin edilməsi hissəsində dəyişdirilmiş, o cümlədən Məhkum Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 5 (beş) il 6 (altı) aydan 5 (beş) il 3 (üç) aya, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 6 (altı) il 6 (altı) aydan 5 (beş) il 3 (üç) aya endirilmiş, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla Məhkum qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm Məhkum aid qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 avqust 2019-cu il tarixli qərarından Məhkum kassa siya şikayəti vermişdir. Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi ona birinci instansiya məhkəməsinin hökmü ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətini azaltsa da, barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsinin və yaxud 70-ci maddəsinin tətbiqinə əsas verən məsuliyyətini yüngülləşdirən halları, o cümlədən ilk dəfə məhkum olunmasını, əməllərini qismən etiraf edib peşman olmasını, məcburi köçkün olmasını, yaşayış yerindən və həbsdə saxlanıldığı Bakı İstintaq Təcridxanasından verilmiş xasiyyətnamələrdə müsbət xarakterizə olunmasını, XXXX96nin icra nümayəndəsinin müavini vəzifəsində işləməsini, YAP partiyasının üzvü olmasını, xəstəliklərini, üç dəfə əməliyyat olunmasını, yenicə ailə qurmasını nəzərə almamış, nəticədə o, həddin dən artıq ağır cəzaya məruz qalmışdır. Məhkum kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.0.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 avqust 2019-cu il tarixli qərarının dəyişdirilməsini, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsini xahiş etmişdir. Lakin, kassasiya şikayətinə məhkəmə iclasında baxılanadək – 11 fevral 2020-ci il tarixdə Məhkum məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək, özü tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir (ərizə Ali Məhkəməyə XXXX68nin 11 fevral 2020-ci il tarixli 17/36-235 saylı müşayiətedici məktubu ilə göndərilmişdir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini vermiş şəxs onu geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin geri götürülməsi haqqında Məhkum ərizəsini nəzərə alıb, dövlət ittihamçısının ərizənin təmin edilməsinə qarşı etiraz etməməsinə dair çıxışını dinləyib, cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq, həmin şikayətin geri qaytarılmasını mümkün bilir. Şərh edilənlərə əsasən,Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkumlar X10, X4, X5, Məhkum və X11 barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 avqust 2019-cu il tarixli qərarından Məhkum verdiyi kassa
Məhkəmə qərarları › İş №1(102)-323/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-323/2020
12.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver