Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-323/2021 18.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib-İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun, Məhkum və məhkumun müdafiəçisi-vəkil Əzizov Azər Mirzə oğlunun iştirakları ilə, Sumqayıt Şəhər Məhkəməsinin 08 oktyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 yanvar 2020-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 08 oktyabr 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim:P.Ə.Hacıyev) xx.xx.1978-ci il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddəti nə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu 02 (iki) ay Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 04 (dörd) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 08 oktyabr 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə məhkum edilmişdir ki, o, özgə əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından sui istifadə edərək, «xxxx» ASC-yə olan kredit borcunun dolların əvvəlki (0,78) məzənnəsi ilə ödənilməsinə köməklik göstərəcəyi barədə yalan vəd verib aldadaraq vahid qəsdlə 31.10.2 016-cı il tarixdə, saat 11:30 radələrində, Ünvan2 ərazisində 500 (beş yüz) manat, 29.11.2016-cı il tarixdə, saat 14 radələrində, Ünvan 3 ərazisində 900 (doqquz yüz) manat, 25.12.2016-cı il tarixdə, saat 16 radələrində Ünvan 4 ərazisində 600 (altı yüz) manat, 07.02.2017-ci il tarixdə, saat 11 radələrində, həmin yerdə 3000 (üç min) manat, 23.02.2017-ci il tarixdə, saat 15:30 radələrində Sumqayıt şəhəri, Metallurq küçəsində 3000 (üç min) manat pulunu alıb ələ keçirərək, Zərərçəkmiş şəxs1 ümumilikdə 8000 (səkkiz min) manat xeyli miqdarda ziyan vurmaqla, dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgə əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs2 etibarından sui istifadə edərək, sonuncunun oğlu X1u polis orqanına işə qəbul edilməsinə köməklik göstərəcəyi barədə yalan vəd verib aldadara q, vahid qəsdlə 18.07.2018-ci il tarixdə, saat 16 radələrində, Ünvan 4 ərazisində məzənnə ilə 2890 (iki min səkkiz yüz doxsan) manat təşkil edən 1700 (bir min yeddi yüz) ABŞ dolları və 110 (yüz on) manat, 20.07.2018-ci il tarixdə, saat 12 radələrində,Ünvan 3 ərazisində 1000 (bir min) manat, 26.07.2018-ci il tarixdə, saat 12 radələrində, Ünvan 4 ərazisində 500 (beş yüz) manat, 30.07.2018-ci il tarixdə, saat 15:03-də Ünvan2 ərazisində yerləşən “Bank Respublika ASC” nin Sumqayıt şəhər filialında məzənnə ilə 2890 (iki min səkkiz yüz doxsan) manat təşkil edən 1700 (bir min yeddi yüz) ABŞ dolları və 110 (yüz on) manat pulunu alıb ələ keçirərək, Zərərçəkmiş şəxs2 ümumilikdə 7500 (yeddi min beş yüz) manat xeyli miqdarda ziyan vurmaqla, dələduzluq etmişdir. Hökmdən məhkumun müdafiəçisi tərəfindən v erilmiş apelyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası (hakimlər: V.C.Cəfərov (sədrlik edən və məruzəçi), N.R.Mövsümov və R.O.Əsgərovadan ibarət tərkibdə) 31 yanvar 2020-ci il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilmədəən, Sumqayıt Şəhər Məhkəməsinin 08 oktyabr 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 yanvar 2020-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayəti verərək bildirmişdir ki, Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən barəsində olan cinayət işi hərtərəfli araşdırılmamış, Zərərçəkmiş şəxs1 iki il nümayəndəsi olduğunu və məhkəmə iclaslarında iştirak etməyini hakim araşdırmamış, ondan 6 00 manat pul alıb qaytardığı işin mülki xarakterli olmasına qiymət verməmişdir. Həmçinin Zərərçəkmiş şəxs2 pul almadığını, sadəcə oğlunun ərizəsini yazdığını bildirmiş, lakin Zərərçəkmiş şəxs2la mübahisə etdiyi üçün şikayət etdiyinə görə müstəntiq qərəzli mövqe tutmuşdur. Odur ki, qeyd olunanları nəzərə alaraq Sumqayıt Apelyasiya Məhkəməsi Cinayət Kollegiyasının 31 yanvar 2020-ci il tarixli qərarını ləğv edərək barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun və müdafiəçisinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respu blikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası ka ssasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Məhkum kassasiya şikayətində Sumqayıt Apelyasiya Məhkəməsi Cinayət Kollegiyasının 31 yanvar 2020-ci il tarixli qərarını ləğv edərək barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu ma ddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilmə sinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə mü əyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və düzgün olaraq Məhkum verdiyi ifadələri digər sübutl arla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşdur. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək apelyasiya instansiyası məhkəməsi əsaslı olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif etmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi cinayət işinin materiallarını, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrini və cinayət işində olan digər materialları araşdıraraq haqlı olaraq belə nəticəyə gəlmişdir ki, Məhkum məhz dələduzluq niyyəti ilə, yəni zərərçəkmiş Zərərçəkmiş şəxs1 etibarından sui istifadə etməklə “xxxx” ASC-yə olan kredit borcunun dolların əvvəlki (0,78) məzənnəsi ilə ödənilməsinə köməklik göstərəcəyinə vəd verərək, sonuncunu aldadıb ümumilikdə 8000 (səkkiz min) manat məbləğində və Zərərçəkmiş şəxs2 etibarından sui istifadə edərək, sonuncunun oğlu X1u polis orqanına işə qəbul edilməsinə köməklik göstərəcəyi barədə yalan vəd verib pulunu ələ keçirib zərərçəkmiş şəxsə ümumilikdə 7500 (yeddi min beş yüz) manat ziyan vurmuşdur. İş materiallarından görünür ki, Məhkum qeyd edilmiş cinayət əməllərinin törədilməsində özünü təqsirli bilməsə də, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, işdə olan digər materiallar, həmçinin məhkəmə istintaqı zamanı əldə edilməklə məhkəmənin qərarı əsasında “Azercell”, “Bakcell” və “xxxx” MMC-dən təqdim olunmuş telefon danışıqları barədə çıxarışlar, işin digər halları və habelə toplanmış digər sübutlarla mə hkumun təqsiri tam sübuta yetirilmişdir Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apelyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 saylı qərarına əsasən Azərbaycan Respublikası CM-in 178-ci maddəsində nəzərdə tutulan dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o, halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqların əldə edərkən hər hansı bir öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun. Digər tərəfdən, dələduzluq cinayətinin obyektiv cəhətini özündə ehtiva edən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinin dispozisiyasına əsasən, şəxsin əməli o halda dələduzluq cinayəti kimi qiymətləndirilə bilər ki, şəxs özgənin əmlakını və ya əmlak hüquqlarını əldə etmə niyyəti izləyərək etibardan sui-istifadə etmiş olsun və ya aldatma üsulundan istifadə etsin. Qanunun mənasından göründüyü kimi, dələduzluq cinayətinin törədilməsi zamanı şəxs əvvəlcədən öz qarşısına digər şəxsin əmlakını və əmlaka olan hüququnu ələ keçirmək məqsədini müəyyən edir, sonradan isə həmin məqsədinə nail olmaq üçün ya zərərçəkmiş şəxsin etibarından sui-istifadə etmiş olur, ya da ki, onu aldadır, nəticədə isə sonuncunun könüllü olaraq öz əmlakını və ya əmlaka olan hüququnun ona verilməsinə nail olur. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, Məhkum cinayət əməlləri iş materiallarında olan zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, sənədlər və iş üzrə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlarla tam sübuta yetirilir. Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Məhkəmə kollegi yası hesab edir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə bəraət verilməsi üçün Azərbaycan Respublikası CPMin 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından məhkuma bəraət verilməsi barədə kassasiya şikayəti təmin edilməməlidir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiya məhkəməsi Məhkum cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, əvvəllər məhkum olunmaması, Zərərçəkmiş şəxs2ya dəymiş maddi ziyanın tam, Zərərçəkmiş şəxs1 isə dəymiş ziyanın qismən ödənilməsi cəzasını yüngülləşdirən hal kimi, cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Res publikası CM-nin 41.2-ci maddəsində təsbit edilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsində isə göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materialları üzrə belə qənaətə gəlir ki, Məhkum elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-c ı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 yanvar 2020-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 yanvar 2020-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-323/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-323/2021
18.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver