Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-323/2023 16.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbulfəz oğlu və X8 ibarət tərkibdə, Əhmədli Aytac Səfa qızının katibliyi ilə, Müdafiəçilər - X2 müdafiəçisi Müdafiəçi5 və xüsusi ittihamçılar X21 və X4 müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli hökmünə əsasən X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə xüsusi ittiham qaydasında iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 avqust 2022-ci il tarixli qərarından məhk um A.A.Qafarovun müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən açıq məhkəmə iclasında işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 1(004)-343/2022 saylı, 13 iyul 2022-ci il tarixli hökmü (sədrlik edən hakim X10) ilə 12 iyul 1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi A.İldırım küçəsi ev 73-də qeydiyyatda olan və yaşamış, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 14 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən X23 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinib Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə 06 ay müddətə və həmin Məcəllənin 148ci maddəsi ilə 06 ay müddətin ə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin edilmiş cəzalar tam toplanılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 13 iyul 2022-ci il tarixdən hesablanmışdır. Həmin hökmdən X2 müdafiəçisi Müdafiəçi3 tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1650/2022 saylı, 30 avqust 2022-ci il tarixli qərarı ilə (hakimlər: X25 oğlunun sədrliyi və məruzəsi ilə, X16 və X5 ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 1(004)-343/2022 saylı, 13 iyul 2022-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibət də dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə görə, X3 nümayiş olunan resurslarda ('‘youtube”da, internet xəbər portallarında və ‘‘facebook” sosial şəbəkəsində) xususi illtihamçılar barəsində böhtan xarakterli, qərəzli, videogörüntülərlə çıxış, müraciətlər etmiş, şərəf və ləyaqətlərini nalayiq formada alçaltmışdır. Belə ki, Abid Qafarov 2022-ci ilin may ayında “youtube” sosial şəbəkədə videomüraciət yayımlayaraq Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüşən şəxslərə böhtan atmış, təhqirlərə yol vermiş, https://youtu.be/uuqSUMBS690https:m.facebook.com/story.php?storyfbid=**********74609 &id=**********71005 linklərdəki videogörüntünün 6-cı dəqiqəsindən başlayıb birdən-birə Qazilərə səslənir: “qazilərə səslənirəm ermənilərin üstünə qorxmadan getdiyinizi iddia e dirsiniz!? hanı?.sizi adam yerinə qoymurlar.. biri ağzınıtikir, biri benzin tökür üstünə yandırır. diktə ilə ortaya gələn cəsarət cəsarət ola bilməz. bunun bir adı var mütilik..müti! qurtardı. Cəsarət o vaxt cəsarətdir, zalım padşah istəmədikdə sən cəsa- rət göstərəsən” “bu gün bura yığışanların hər biri cəsarət nümunəsi..çünki haqqı müdafiə edirlər sən hardasan? Sən yoxsan!..sonra sənə qəribə gəlir-niyə mənə doşan, niyə mənə çaqqal deyə münasibət bəsləyirlər..” kimi məlumatlar yayıbdır. Barəsində şikayət verilən Abid Qafarov qəsdən və bilərək barələrində yalan olduğunu bilə-bilə şərəf və ləyaqətlərini ləkələyən, nüfuzdan salan məlumatları kütləvi nümayiş edilən elektron vasitələrdə qorxaq, müti (itaət edən, hər şeyə boyun əyən, qul) adlandıraraq nalayiq formada alçaltmaqla CM-in 147 və 14 8-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətmişdir. Bu gün dünya 44 günlük Vətən Müharibəsindən, qəhrəmanlığımızdan danışdıqları, əsgərlərimizin necə ürəklə irəli getdikləri, ölümün gözünə dik baxdıqlarını, vuruşduqlarını söylədikləri bir vaxtda, ölkə üzrə bir nəfər belə fərari olmadığı halda, A.Qafarovun onların uğurularına, qəhrəmanlıqlarına kölgə salması, onları qorxaq, qul adlandırması, cəsarət- siz, əmrlə döyüşdüklərini qeyd edib bunun yanlış olmasını önə çəkib qanunazidd hərəkətlər etmişdir. Hesab edirlər ki, barələrində şikayət etdikləri Abid Qafarovun şəxsiyyəti cəmiyyət üçün yüksək təhlükə törətdiyindən barəsində qanunda nəzərdə tutulmuş ciddi tədbir görülməlidir. Artıq barələrində qanunsuz çıxış edən şəxslərdən bezmiş, onların adlarından fikirlər səsləndirən arxaları ilə danışan, narahatçılığa əsas yaradan, böhtan dolu çıxış edən şəxslərə dur deyilməli- dir! Əks halda onları hər gün bir nəfər təhqir edəcək, cəmiyyətdə nüfuzdan salacaqdır. Bu tam qəbuledilməzdir. Qeyd edilməlidir ki, ana qanunu olan Konstitusiyada göstərilmişdir ki, Vətənə sədaqət müqəddəsdir. Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Bunu bəyən o şəxs bilmir? Dövlət himnimizin sözlərinə nəzər salmağı da vacib hesab edirik: Azərbaycan! Azərbaycan! Ey qəhrəman övladın şanlı Vətəni! Səndən ötrü can verməyə cümlə hazırız! Səndən ötrü qan tökməyə cümlə qadiriz! Üçrəngli bayrağınla məsud yaşa! Minlərlə can qurban oldu, Sinən hərbə meydan oldu! Hüququndan keçən əsgər, Hərə bir qəhrəman oldu! Sənolasan gülüstan,sənə hər an can qurban!Sənə min bir məhəbbət,sinəmdə tutmuş məkan! Namusunu hifz etm əyə, Bayra- ğını yüksəltməyə, cümlə gənclər müştaqdır! Şanlı Vətən! Şanlı Vətən! Azərbaycan! Azərbaycan! Barəsində şikayət etdikləri A.Qafarovun himnimizin sözlərini öyrənib-öyrənmədiyini, sözlərinin mənasını təhlil edib-etmədiyini bilmirlər. Fakt odur ki, çıxışı ilə yuxarıda sadalanan ümumqəbul olunmuş normaları nəzərə almamış, qanunlarda göstərilən tələbləri pozmuşdur. Konstitusiyanın preambulasında qeyd edilmişdir ki, Azərbaycan xalqın niyyətlərindən biri Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü qorumaqdır. Ərazi bütövlüyünü qoruya bilməyən xalq, dövlət isə yaşaya və inkişaf edə bilməz, beynəlxalq hüquqlarına hörmət olunmaz. Onlar uzun müddət Vətən Müharibəsinin başlanması anını gözləmişlər və öz istəkləri ilə silaha sarıl- mışlar, Vətənə olan borclarını yerinə yetirmişlər. Onlara böhtan atan şəxs(lər) Vətənimiz üçün hansı işlər görüb..? Barəsində şikayət etdikləri Abid Qafarovun hərəkətləri həm də uzun müddət təşəkkül tapan qanunlarımızın, adət ənənələrimizin inkar edilməsidir. Gələcək nəsillərə, igidlərə səhv istiqamət verilməsidir. Hüquq və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Xalqın seçdiyi səlahiyyətli nümayəndələrindən başqa heç kəsin xalqı təmsil etmə, xalqın adından danışma və xalqın adından müraciət etmək hüququ yoxdur. Konstitusiyanın 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Şəxsi ləkələyən məlumatı yaymış şəxs məlumatın doğruluğunu sübut etməzsə, məlumat təkzib edilir və onu yaymış şəxsin məsuliyyəti yaranır. Qanunvericiliyin tələbinə əsasən, şəxsin şərəf və ləyaqətini ləkələyən, şəxsi və ya ailə həyatının sirrini, şəxsi toxunulmazlığını pozan məlumat yayılması ciddi qanun pozuntusudur. Hər kəsin şərəfi dedikdə əxlaqi, mənəvi keyfiyyətinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdə mövqeyini və nüfuzunu dərk etməsi, özünün özünə verdiyi qiymət və nüfuzu dedikdə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(10 3)-1650/2022 saylı, 30 avqust 2022-ci il tarixli qərarından X2 müdafiəçisi Müdafiəçi5 Tahir oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. Qərardan xüsusi ittihamçılar tərəfindən kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya şikayətinin dəlilləri: Xüsusi ittihamçılar X12 Facebook sosial şəbəkədəki şəxsi profilində yaydığı müraciətdə işlətdiyi “...qazilərə də səslənirəm ermənilərin üstünə qorxmadan getdiyinizi iddia edirsiniz!? hanı?...sizi adam yerinə qoymurlar... biri ağzını tikir, biri benzin tökür üstünə yandırır... diktə ilə ortaya gələn cəsarət cəsarət ola bilməz. Bunun bir adı var mütilik... müti! qurtardı. Cəsarət o vaxt cəsarətdir ki, zalım padşah istəməyəndə sən cəsarət göstərəsən...” “...bu gün bura yığışanların hər biri cəsarət nümunəsidir... çünki haqqı müdafiə e dirlər... sən hardasan? Sən yoxsan!... sonra sənə qəribə gəlir ki, niyə mənə doşan, niyə mənə çaqqal deyə münasibət bəsləyirlər...” ifadələri konteksdən çıxararq hesab ediblər ki, həmin ifadələrlə onlara böhtan atılıb və onlar təhqir ediliblər. Onlar tələb ediblər ki, Ərizəçi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini, X12 Azərbaycan Respublikası CM-in 147.1 -ci maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası CM-in 148-ci maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsin, Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrumetmə cəzaları tam toplanılmaq yolu ilə üzərində qəti olaraq 1 (bir) il müddətinə azadlıqdan m əhrumetmə cəzası saxlanılsın, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsin və cəzaçəkmənin əvvəli həbs edildiyi gündən hesablansın, yayılmış məlumatlar barədə təkzib verilsin və internet informasiya ehtiyatlarından silinsin. Sonradan digərləri, X13, X22, X14 və X9 Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək xüsusi ittiham şikayətlərindən imtina etmişlər. Xüsusi ittihamçılar difamativ hesab etdikləri ifadələrin Ərizəçinin Facebook sosial şəbəkədəki şəxsi hesabında yaymasını özlərinə qarşı böhtan və təhqir hesab etdikləri halda Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi 28 iyun 2022-ci il tarixli qərarı ilə çıxışın Bakı Şəhəri Yasamal rayon Məhkəməsinin önündə yayıldığını əsas gətirərək işin baxılması üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul e tmişdir. Həmin gün də iş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə daxil olmuş və dərhal xüsusi ittiham qaydasında şikayət üzrə 04 iyul 2022-ci il tarixə hazırlıq iclası təyin edilmişdir. Həmin iş üzrə 04 iyul 2022-ci il tarixdə hazırlıq iclası keçirilmiş və sonradan 7 günlük vaxt gözlənilmədən 06 iyul 2022-ci il tarixdə məhkəmə baxış iclası təyin edilmiş, baxış iclasında işlə tanış olmaq və müdafiəmi hazırlamaq üçün vaxt istəsəm də, mənə cəmi 15 dəqiqə vaxt verilmiş, bundan sonrakı proses mənim iştirakım olmadan qanunsuz keçirilmiş, dövlət hesabına müdafiəçi təyin edilməsi qanunverilcikdə yalnız maddi imkanı olmayan şəxslərə təyin edilməsi ilə şərtləndirilməsinə baxamayaraq, Abid Qafarovun müqavilə üzrə vəkili olduğu halda AR CPM-nin 92.15.1 maddəsində göstərilmiş 6 saatlıq vaxtı gözləmədən, məhkəmə öz prosesinə qanuni don geyindirmək üçün dövlət hesabına vəkil təyin etmiş, həmin vəkil işlə tanış olmadan, Qafarovla təkbətək görüşmədən, işin mahiyyətini bilmədən, Qafarovun ondan imtina etməsinə baxmayaraq onu “müdafiə” etməkdə israrlı olan “müdafiəçinin” iştirakı ilə işə baxıb və Qafarov ekspertiza keçrilməsi barədə vəsatət yazmağa məcbur edilib. Ona bildirilib ki, əks təqdirdə həmin gün həbs ediləcəkdir. O, vəsatəti yazdıqdan sonra ekspert bir günə “rəy” veribdir. 08 iyul 2022-ci ildə ekspertiza rəyi təcili məhkəməyə gətirilib və həmin gün müdafiəçi ilə məsləhətləşmədən məhkəmə iclası 13 iyul 2022-ci il tarixə, saat 14:30-a təyin etmişdir. Həmin iclasda Ərizəçinin digər vəkili Müdafiəçi5 da Ərizəçinin müdafiəsinə qoşulmuş və müdafiəni hazırlamaq üçün vaxt istəsə də belə bir im kan ona verilməmişdir. Ərizəçi dövlət hesabına təyin edilən Müdafiəçi4 imtina etmiş, lakin onun imtinası qanunsuz olaraq təmin edilməmişdir. Əslində isə məlum olmuşdur ki, hakim sonradan həmin vəkildən bizim əleyhimizə istifadə etmək üçün Ərizəçinin vəkildən imtinasını təmin etməyibmiş. Xüsusi ittihamçılardan X6 məhkəməyə müraciə edərək xüsusi ittiham qaydasında şikayətindən imtina etdiyini bildirmiş, həmin hissədə cinayət işinə xitam verilməsi barədə qərar qərar qəbul edilməli olduğu halda bu günədək belə bir qərar qəbul edilməmişdir. Məhkəmə verilmiş vəsatətləri tələm-tələsik rədd edərək, hətta ona verilmiş etirazı yerində müşavirə edərək baxılmamış saxlamış və müdafiə tərəfinin razılığı olmadan məhkəmə çıxışlarına keçmişdir. Müdafiə tərəfi çıxış üçün bir həftə vaxt istəsələr də hakim ya lnız 10 dəqiqə vaxt vermiş, sonradan zala qayıtdıqda müdafiə tərəfi verilən vaxtın az olduğunu, yenidən bir həftə vaxt verilməsini xahiş etmişlər, hakim yenə də 10 dəqiqə vaxt vermiş, yenidən zala yenidən girdi və bu zaman bildirdik ki, AR CPM-nin 340.2-1. əsasən işdə təqsirləndirilən şəxsin bir neçə müdafiəçisi, zərər çəkmiş şəxsin (xüsusi ittihamçının), mülki iddiaçının və ya mülki cavabdehin bir neçə nümayəndəsi olduqda məhkəmə çıxışım müdafiə və ya təmsil olunan şəxsin müəyyən etdiyi müdafiəçi və ya nümayəndə səsləndirir. Göstərilən hallarda müvafiq məhkəmə çıxışından sonra məhkəmə iclasında fasilə elan edilmədən digər dövlət ittihamçısı, müdafiəçi və ya nümayəndə məhkəmə çıxışına əlavələr səsləndirə bilər. Ona görə də, çıxışı səsləndirmək vəkil Müdafiəçi3 həvalə edilib və ona da bir h əftə vaxt verilməlidir ki, çıxışı və müdafiə mövqeyini hazırlayaq. Bundan sonra hakim 5 dəqiqə vaxt vermiş, yenidən zala qayıtdıqda vəkil Aslanov Tofıqə zəng gəlmiş və o bizim razılığımız və mövqeyimizi əks etdirməyən çıxış etmişdir. Bundan sonra hakim Ərizəçiyə son söz vermiş, Ərizəçi son sözə hazırlaşmaq üçün vaxt istəmiş və hakim ona son sözə hazırlaşmaq üçün vaxt vermədən “müşavirəyə” getmiş və 3-4 dəqiqədən sonra qayıdaraq “hökmün” yalnız nəticə hissəsini elan etmiş və X17 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində nəzərdə tutulan əməlləri törətməkdə təqsirli bilərək CM-in 147.1-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və CM-in 148-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum etmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş əsas cəzaları tamamilə toplamaq yolu ilə X18 qəti olaraq 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin həbs edildiyi vaxtdan, yəni 13 iyul 2022-ci il tarixdən hesablanmasını elan etmişdir. Hökmü və ya hökmdən çıxarışı tərəflərə verməmiş və məhkəmə zalından Ərizəçini həbs etmişdir. Aşağıda göstərilənlərə əsasən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 13 iyul 2022- ci il tarixli, İş № 1(004)-343/2022 saylı hökmü qanunsuz və əsassız olduğundan ləğv edilməli və X18 bəraət verilməlidir. Belə ki, məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamışdır (AR CPM-nin 399.1.1. maddəsi), məh kəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun deyildir (AR CPM-nin 399.1.2. maddəsi), birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməmişdir (CPM-nin 399.1.3. maddəsi), cinayət qanunu normasının düzgün tətbiq edilməmişdir CPM-nin 399.1.4.), təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun deyildir (CPM-nin 399.1.5. maddəsi). Həmçinin qeyd edilməlidir ki, məhkəmə ərazi aidiyyətini pozmuşdur. Belə ki, xüsusi ittihamçılar Ərizəçinin Yasamal Rayon Məhkəməsinin qarşısında çıxış etməsini deyil, sosial şəbəkədəki yaydığını mübahisələndirdiyindən məhkəmə aidiyyəti məhz Yasamal Rayon Məhkəməsi deyil Xəzər Rayon Məhkəməsi idi. Yuxarıda qeyd edilənləri nəzərə alaraq apellyasiya məhkəməsinin qərarının lə ğv edilməsini və məhkum X18 bəraət verilməsini xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun müdafiəçisinin, kassasiya şikayətinin təmin olunmaması barədə xüsusi ittihamçıların və onların müdafiəçisinin çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı qismən ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instans iyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətli liyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Verilmiş şikayətdə məhkum X18 istinad edilən cinayət hadisəsini törətməməsi, onun əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi mübahisə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci mad dəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. CM-in cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. “Azərbayc an Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstər ilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələ blərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətl i qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Kassasiya şikayətlərində göstərilən dəlillərlə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi Abid Qafarovu CM-in 147.1 və 148-ci maddələri ilə təqsirli bilərkən CPM-in 144-145-ci maddələrinin tələblərinə riayət etməyərək iş üzrə toplanmış sübut ları hərtərəfli araşdırmamış, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə obyektiv qiymətləndirməmiş, şahid ifadələrində və ittihamın həlli üçün zəruri olan ziddiyyətləri aradan qaldırmadan yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsinin hökmündə iş üzrə dindirilmiş ayrı-ayrı şəxslərin ifadələrinin məzmunu qeyd olunmaqla sadalansa da, həmin ifadələr təhlil edilməmiş, bir-biri ilə müqayisə edilməmiş və həmin ifadələrin hansının Abid Qafarovun CM-in 147.1-ci maddəsində göstərilən cinayətin törədilməsində iştirakını təsdiq edən sübut kimi qəbul edildiyi göstərilməmişdir. Apellyasiya instansiyası məhkəməsi də birinci instansiyası məhkəməsi tərəfindən yol verilmiş həmin qanun pozuntusunu aradan qaldırmamışdır. İş materiallar ında Abid Qafarovun xüsusi ittihamçılar Yusif Şirinliyə və Ceyhun Ağayevə “böhtan” atması öz təsdiqini tapmır. İş materiallarında olan Məhkəmə linqvistik ekspertizanın “Nitq fəaliyyəti məhsulların tədqiqi barədə” 4/1008 nömrəli 08 iyul 2022-ci il tarixli rəyindən görünür ki, 1)Sosial şəbəkədə paylaşılmış “Qazilərə də səslənirəm: ermənilərin üstünə qorxmadan getdiyinizi iddia edirsiniz!? hanı?sizi adam yerinə qoymurlar..biri ağzını tikir, biri benzin tökür üstünə yandırır.diktə ilə ortaya gələn cəsarət cəsarət ola bilməz. Bunun bir adı var-mütilik..Müti! Qurtardı. Cəsarət o vaxt cəsarətdir ki, zalım padşah istəməyəndə sən cəsarət göstərəsən" "...bu gün bura yığışanların hər biri cəsarət nümunəsidir, çünki haqqı müdafiə edirlər sən hardasan? Sən yoxsan..sonra sənə qəribə gəlir ki, niyə mənə dovşan, niyə mənə çaqqal deyə münasibət bəsləyirlər..." cümlələrini linqvistik baxımdan təhlil etdikdə işlənən ifadələr ümumilikdə qazilərin, qazi hesab olunduğu təqdirdə isə xüsusi ittihamçılar X21, X11 və X1 şəxsiyyətini, şərəf və ləyaqətini alçaldan söz və fikirlər hesab edilir. 2) Həmin mətn parçasında qazilərin şəxsiyyətini, şərəf və ləyaqətini alçaldan təhqir xarakterli söz və ifadələr, əsasən “müti”, “ermənilərin üstünə qorxmadan getdiyinizi iddia edirsiniz!”, “sizi adam yerinə qoymurlar”, “diktə ilə ortaya gələn cəsarət cəsarət ola bilməz” kimi söz və söz birləşməsi və ifadələrdə əks edilmişdir. Mətndə qazilərlə bağlı neqativ məlumatın mövcudluğunu məlumatda mənəvi keyfiyyətlərin şübhə altına alındığını, bu fikirlərin təsdiq formasında təqdim edilməsini, eləcə də faktoloji səciyyə daşıyan bu məlumatların kütləvi şəkildə yayıldığını nəzərə alaraq belə nəticəyə gəlmək olar ki, linqvistik baxımından yanaşdıqda təqdim olunmuş mətndə qazilərlə bağlı onların şərəf və ləyaqətini alçaltmağa xidmət edən məlumatlar mövcuddur. Linqvistik ekispertizanın rəyinə əsasən həmin ifadələr “təhqir” xarakterli işlədilə bilər və hökmdə həmin rəyə istinadən yayılan məlumatların təhqir olduğu əsaslandırılmışdır. Laki linqvistik ekispertizanın həmin rəyində həmin ifadələrin “böhtan” xarakterli işlədilə bilməsi barədə heç bir məlumat göstərilməmiş və bu ifadələr ekspert rəyi ilə “böhtan” hesab edilməmişdir. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli qərarının 2-ci bə ndində göstərilir ki, “Məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyriqanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür.” Həmin qərarın 3-cü bəndində göstərilir ki, “Məhkəmələrin d iqqətinə çatdırılsın ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 147, 148, 165.1 və 166.1-cı maddələri ilə xüsusi ittiham qaydasında şikayətlər əsasında işlərə baxılarkən bütün hallarda Konstitusiyanın 30-cu maddəsində (əqli mülkiyyət hüququ), 32-ci maddəsinin İİ və İİİ hissələrində (şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ), 46 (şərəf və ləyaqətin müdafiəsi hüququ), 47 (fıkir və söz azadlığı), 50-ci (məlumat azadlığı) maddələrində, Konvensiyanın 8 (şəxsi həyata və ailə həyatına hörmət hüququ) və 10- cu (fikri ifadə etmək azadlığı) maddələrində təsbit edilmiş hüquq və azadlıqların pozulub-pozulmaması araşdırılmalı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra Avropa Məhkəməsi) ifadə azadlığına dair presedent hüququndan geniş istifadə olunmalıdır. ” Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, ekspertiza rəylərini və iş üzrə toplanmış digər sübutları, ayrı-ayrılıqda təhlil etmədən, sübutları araşdırmadan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin gəldiyi həmin nəticə kifayət qədər araşdırılma aparılmadığından və mötəbər sübutlara əsaslanmadığında n əsassızdır. “İnsan Hüquqlarının və X7 Haqqında” Avropa Konvensiyasının (bundan sonra Konvensiya) 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir... Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericil iyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X19rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən mə hkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Azərbaycan Respublikası CPM-in 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaq la məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Təqdim edilmiş sübutlar işin düzgün həll edilməsi, işin nəticələri üçün əhəmiyyətlidirsə, məhkəmə onlarla bağlı mövqeyini qərarda əks etdirməlidir. Azərbaycan Respublikası CPM-in 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Bundan başqa, Azərbaycan Respublikası CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməsinə dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir, 145.3-cü maddəyə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsə lələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiya sını böyük ehtimalla pozmuş olur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, baş vermiş cinayət hadisəsinə düzgün hüquqi qiymət verilməsi üçün Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 avqust 2022-ci il tarixli qərarı qismən ləğv edilməli və iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin hərtərəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, zərurət yaranarsa tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırılmalı və araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirərək iş üzrə qa nuni və ədalətli qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 416.1.2 və 419.10.2-ci maddələrini rəhbər tutaraq Qərara aldı: X2 müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. X23 barəsində Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 avqust 2022-ci il tarixli qərarı qismən ləğv edilsin. Cinayət işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə məhkəmə baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-323/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-323/2023
16.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver