Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-323/2024 30.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Məhkum – Məhkum, Müdafiəçilər - Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Babayev Teymur Tofiq oğlunun və Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Şahməmmədov İlqar Şahməddin oğlunun iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1 və 228.1-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 yanvar 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 iyun 2021-ci il tarixli 1(101)-441/2021 nömrəli (hakimlər: Mikayılov Eldar Əli oğlu (sədrlik edən), Abasov Əliövsəd Məzahir oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə xx xxxxxxx-cı il tarixdə Masallı rayonu, x kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, xxx qeydiyyatda olmaqla xxx-da kirayədə yaşamış M əhkum Azərbaycan Respublikası CM-in 29,120.2.2, 185.1 və 228.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 29,120.2.2-ci maddəsi ilə 14 (on dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 185.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına və CM-in 228.1-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən Məhkum təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona 15 (on beş) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Abşeron Rayon Məhkəməsinin 23 may 2018-ci il tarixli hökmü ilə Məhkum təyin edilmiş islah işləri cəzasının çəkilməmiş qalan hissəsi 1 (bir) il müddətinə islah işləri cəzası Azərb aycan Respublikası CM-in 68.1.3-cü maddəsinə əsasən dörd günə bir gün hesabı ilə hesablanmaqla, 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmuş və Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən həmin cəza hökmlə təyin edilmiş cəzaya tam birləşdirilməklə Məhkum üzərində qəti olaraq 15 (on beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanmış, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 12 may 2020-ci il tarixdən hesablanmış və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmışdır. Hökmlə həmçinin məhkəmə məsrəfləri və maddi sübut məsələləri də həll edilmişdir. Hökmdən məhkum edilmi ş şəxs Məhkum və müdafiəçiləri Müdafiəçi1 və Həsənova İlhamə Zakir qızı tərəfindən verilmiş ayrı-ayrı apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 yanvar 2022-ci il tarixli 1(103)-74/2022 nömrəli (hakimlər: Abdulov Rəşad Məhərrəm oğlu (sədrliyi və məruzəsi ilə), Əkbərov Kamran Hüseyn oğlu və Babayev Qədim Xalid oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 iyun 2021-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 29,120.2.2-ci maddəsi ilə ittiham olunduğu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsinə tövsif edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məc əlləsinin 29,120.1-ci maddəsi ilə 9 il (doqquz) 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən həmin cəza Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 iyun 2021-ci il tarixli hökmü ilə təyin edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona 9 (doqquz) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş, hökmdən Abşeron Rayon Məhkəməsinin 23 may 2018-ci il tarixli hökmü ilə Məhkum təyin edilmiş islah işləri cə zasının Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 iyun 2021-ci il tarixli hökmü ilə tam birləşdirilməsinə dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə dair müddəalar xaric edilmiş və hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 yanvar 2022-ci il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 iyun 2021-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, 22 fevral 2020-ci il tarixdə, saat 19 radələrində Bakı şəhəri, "xxxx" QSC-nin «Memar Əcəmi» metrostansiyasının yaxınlığında öz tanışları Şahid2 və Şahid1 ilə görüşərək avtomobillərin alqı-satqısı ilə bağlı birgə fəaliyyətləri ilə bağlı Şahid1la aralarında yaranmış mübahisəyə həmin vaxt Şahid1 yanında olmuş tanışı, öz həmyerlisi olmaqla yaxın münasibətlərdə olmadığı Zərərçəkmiş şəxs müdaxilə etməsi ilə bağlı sonuncu ilə aralarında mübahisə baş vermiş, bundan bir qədər sonra Məhkum həmin gün, yəni 22 fevral 2020-ci il tarixdə, saat 21 radələrində Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə öz istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə danışan zaman həmin gün saat 19 radələrində «Memar Əcəmi» metrostansiyasının yaxınlığında şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisəyə aydınlıq gətirilməsi bəhanəsi ilə Zərərçəkmiş şəxs Abşeron rayonu Xırdalan şəhəri, “Xırdalan dairəsi” adlanan ərazidə yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsinin qarşısına görüşə çağırmışdır. Öz növbəsi ndə Zərərçəkmiş şəxs onunla həmin yerdə görüşməyə razılaşdıqdan sonra, Məhkum özünə qarşı həmin mübahisə ilə bağlı edilmiş rəftara görə qanunazidd yolla, yəni heç bir əsaslı səbəb olmadan sonuncunu xuliqanlıq niyyəti ilə öldürməklə, təfəkküründə yaratdığı tələbatını cinayət törətməklə təmin etmək məqsədilə istintaq zamanı müəyyən edilməmiş vaxtda və mənbədən qanunsuz olaraq əldə edib saxladığı zavod üsulu ilə istehsal olunmaqla istifadəyə yararlı olan «Makarov» konstruksiyalı «PM» modelli «PH-3046M» nömrəli 9 mm. kalibrli yivli odlu silahı-tapançanı, onun komplekt hissələrini və daraqda olan döyüş sursatı hesab edilən həmin silaha aid üç ədəd 9 mm. kalibrli patronları özü ilə götürüb gödəkcəsinin sağ cibinə qoyub üzərində qanunsuz gəzdirərək, şəxsiyyəti və avtomobilinin dövlət nömrə nişanı istintaq zamanı müəyyən edilməmiş taksiyə əyləşib həmin tapançanı daşımaqla görüş yeri kimi təyin etdikləri Abşeron rayonu, Xırdalan şəhəri, “Xırdalan dairəsi” adlanan ərazidə yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsinin qarşısına saat 22 radələrində gedib çatmışdır. Həmin yerə gəldikdə Zərərçəkmiş şəxs yanında öz dostu Şahid3 oğlu, tanışları Şahid1 və Şahid2 olduğunu görüb onların yanında qabaqcadan planlaşdırdığı cinayət əməlinin törətməyin mümkün olmadığını başa düşərək, Zərərçəkmiş şəxs kənar yerdə söhbət etmək istədiyini bildirib orada olan tanışlarına onların yanına gəlməmələrini, Zərərçəkmiş şəxslə söhbət edəcəyini bildirmiş, öz növbəsində Zərərçəkmiş şəxs həmin tanışlarından ayrılıb idarə etdiyi “VAZ-2121” markalı **-ZH-*** dövlət nömrə nişanlı avtomobildə Məhkumla birlikdə əhal inin seyrək məskunlaşdığı Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi “Vulkan dağının ətəyi” adlanan əraziyə getmiş, həmin yerdə hər ikisi avtomobildən düşdükdən sonra aralarında baş vermiş mübahisə zamanı Məhkum öz cinayətkar məqsədini reallaşdırmaq üçün üzərində gəzdirdiyi tapançanı çıxarıb döyüş vəziyyətinə gətirərək Zərərçəkmiş şəxs ondan dəfələrlə üzr istəməsinə baxmayaraq hər hansı əsaslı səbəb olmadan ictimai qaydalara açıq etinasızlıq göstərərək, özünün Zərərçəkmiş şəxs üstünlüyünü nümayiş etdirməklə qəsdən öldürmək məqsədilə “Makarov” konstruksiyalı odlu silah hesab edilən tapançadan istifadə edərək özündən təxminən 5-6 metr aralıda dayanmış Zərərçəkmiş şəxs bədən nahiyyəsinə tuşlayaraq xuliqanlıq niyyəti ilə üç dəfə atəş açaraq, Zərərçəkmiş şəxs üç ədəd, o cümlədən: Sol bazunun aşağı 1/3-nin mil sinirinin zədələnməsi ilə müşayiət olunan dəlib-keçən odu silah - güllə yarası; Sol budun dəlib-keçən odlu silah güllə yarası; Sağ budun dəlib-keçən odlu silah güllə yarası, -kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmağa aid bədən xəsarətləri yetirmişdir. Atəş zamanı atılmış güllələrdən biri həmçinin Zərərçəkmiş şəxs məxsus “VAZ2121” markalı, **-ZH-*** dövlət nömrə nişanlı avtomobilin sağ ön qanadına dəymişdir. Hadisə vaxtı patronların bitməsi və Zərərçəkmiş şəxs hadisə yerindən qaçaraq ondan uzaqlaşdığı və daha sonra isə sonuncunun telefon əlaqəsi saxladığı öz tanışlarının köməkliyi ilə xəstəxanaya çatdırılaq ona vaxtında ixtisaslı tibbi yardım göstərilməsi səbəbindən, Məhkum öz iradəsindən asılı olmayan səbəblər ə görə həmin cinayət əməlini başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Daha sonra Məhkum hadisə yerində sahibsiz olmaqla Zərərçəkmiş şəxs məxsus “VAZ-2121” markalı, **-ZH-*** dövlət nömrə nişanlı avtomobili sonuncunun razılığını almadan talama məqsədi olmadan qanunsuz ələ keçirib qaçırmaqla ünvan 1 ünvana kimi sürüb orada maşını tərk etməklə hadisə yerindən uzaqlaşmış, qanunsuz əldə edib saxlamaqla daşıyıb gəzdirdiyi odlu silah hesab edilən “Makarov” konstruksiyalı tapançanı isə Xızı rayonunun Yaşma qəsəbəsi ərazisindəki ünvansız yarımtikilidə mişar daşının altında basdırmaqla, həyata keçirilmiş tədbirlər zamanı aşkar edildiyi 13 may 2020-ci il tarixədək həmin silahı qanunsuz olaraq saxlamışdır. KASSA SİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, cinayət hadisəsi baş verərkən məqsədinin qəsdən adam öldürmə olmadığını, bu səbəbdən də hadisə zamanı zəruri müdafiəsini təmin etmək məqsədilə basqın edən zərərçəkmiş şəxsin ayaq hissəsinə və qol nahiyəsinə atəş atdığını və qeyd olunan halların zərərçəkmiş şəxsin özünün ifadəsi ilə də təsdiq olunduğunu bildirmişdir. Odur ki, göstərilənlərə əsasən, müvafiq qərarın qəbul edilməsini xahiş edir. Kassasiya məhkəmə baxışında müdafiəçi Babayev Teymur Tofiq oğlu çıxış edərək, hadisə zamanı ilk olaraq zərərçəkmiş şəxsin məhkuma hücum etdiyini, daha sonra məhkumun üzərindəki silahla iki dəfə atəş açdığını, niyyətinin zərərçəkmiş şəxsi öldürmək deyil, qorxutmaq olduğunu, onun üçün şəxsin baş nahiyəsindən deyil də ayaq hissəsindən yaraladığını bildirib, verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya məhkəmə baxışında müdafiəçi Şahməmmədov İlqar Şahməddin oğlu çıxış edərək, məhkumun niyyətinin zərərçəkmiş şəxsi öldürmək olmadığını, sadəcə ona xəsarət yetirmək istədiyini bildirib, verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya məhkəmə baxışında Məhkum çıxış edərək, zərərçəkmiş şəxsi öldürmək niyyəti olmadığını, sadəcə özünü müdafiə etmək istədiyini bildirib, verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil ş öbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 yanvar 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-c ı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində onun təqsirsiz olduğu halda məhkəmələr tərəfindən barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.6-cı maddəsində (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 yanvar 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəll əsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəs inin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkum və müdafiəçilərinin kassasiya şikayətinin təmin olunması, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiy a Məhkəməsinin Cinayət Kollegiyasının 21 yanvar 2022-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, Məhkum verilmiş xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd, avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma) və qanunsuz olaraq odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını əldə etmə, saxlama, daşıma və gəzdirmə ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş iş materialları ilə sübuta yetirilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmış, sadəcə Məhkum qəsdən adam öldürməyə cəhd cinayət əməlində xuliqanlıq niyyətinin olmaması barədə nəticəyə gəlmiş, yekunda işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması qərarda göstərilmişdir. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-in 29,120.1, 185.1 və 228.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmənin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Belə ki, müəyyən olunur ki, məhkumun kassasiya şikayətində məhkəmələr tərəfindən müəyyən edilməmiş yeni faktlara istinad edilməklə kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olub-olmamasına münasibət bildirməyə, birinci instansiya və apellyasiya məhkəməsində məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutların məcmusunu yenidən tədqiq etməklə qiymətləndirməyə dəvət edir. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessu al qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə tələbin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və məhkumun məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində onun Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum etmə niyyətinin olmadığı, əməlinin yalnız özünün zəruri müdafiəsi ilə əlaqədar olduğu göstərilərək, apellyasiya məhkəməsinin qərarını ləğv etməklə və ya dəyişdirməklə müvafiq qərarın qəbul edilməli olduğu iddia edilir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi bu qənaətə gələrkən, təqsirlən dirilən şəxs Məhkum özünü müdafiə şəraitinin elementlərinin olmamasını nəzərə almış, bu səbəbdən əməlin tövsifində yanlışlığa yol verməmişdir. Kassasiya məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirərək, Məhkum Azərbaycan Respublikası CM-in 29,120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin əməlini törətməkdə təqsirli olması, onun özünün hadisələrin baş vermə yeri, vaxtı və ardıcıllığı ilə bağlı işin faktiki hallarına uyğun olan qismən etirafedici ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş üzrə keçirilmiş ekspertiza rəyləri, maddi sübutlar, hadisənin baş verməsini özündə əks etdirən videogörüntü, həmçinin iş üzrə toplanmış digər sübutlarla öz təsdiqini tapdığını müəyyən edir. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, "Qəsdən adam öldürmə işləri üzrə məhk əmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il 3 nömrəli göstərilmişdir ki, qeyd edilən işlər üzrə məhkəmələr tərəfindən işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar, yəni təqsirin xarakteri, dərəcəsi, təqsirləndirilən və zərərçəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri, cinayətin məqsədi, motivi, törədilmə üsulu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışı, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə kömək edən digər hallar hərtərəfli araşdırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 36.1-ci maddəsinə əsasən zəruri müdafiə vəziyyətində, yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənaf elərini qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən törədilmiş hərəkət, zəruri müdafiə həddini aşmamışdırsa, cinayət sayılmır. Belə olan halda qeyd edilməlidir ki, hadisə anında təqsirləndirilən şəxs Məhkum ilə Zərərçəkmiş şəxs arasında baş vermiş mübahisə zamanı Məhkum öz cinayətkar məqsədini reallaşdırmaq üçün üzərində gəzdirdiyi tapançanı çıxarıb döyüş vəziyyətinə gətirərək Zərərçəkmiş şəxs ondan dəfələrlə üzr istəməsinə baxmayaraq hər hansı əsaslı səbəb olmadan, qəsdən öldürmək məqsədilə “Makarov” konstruksiyalı odlu silah hesab edilən tapançadan istifadə edərək özündən təxminən 5-6 metr aralıda dayanmış Zərərçəkmiş şəxs bədən nahiyyəsinə tuşlayaraq və üç dəfə atəş açmasını zəruri müdafiə kimi qiymətləndirilməsi yol verilməzdir. Ona görə də, məhkəmə kollegi yası Azərbaycan Respublikası CM-in 36.1-ci maddəsinə əsasən Məhkum cinayət məsuliyyətindən azad edilməsini mümkünsüz sayır. Kassasiya şikayətinin bu barədə dəlilləri ilə razılaşmır. Məhkum əməlində Azərbaycan Respublikası CM-in 29,120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcud olduğundan onun bu əməlinin Azərbaycan Respublikası CM-in başqa bir maddəsi ilə tövsif edilməsi və ya onun cinayət məsuliyyətindən azad edilməsi cinayət qanununun tələblərinə ziddir. Göründüyü kimi, apellyasiya məhkəməsi iş üzrə mövqeyini işin hallarına və qanunun tələblərinə, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarına istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin mövqe iş materiallarına, işin faktiki hallarına, qanunun tələblərinə uyğun olduğu üçün məhk əmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya şikayətinin dəlilləri də apellyasiya məhkəməsinin gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Kassasiya məhkəmə kollegiyası qeyd edilənləri, həmçinin iş üzrə təkzib edilməz sübutlarla müəyyən edilmiş hadisənin yoldan kənarda yerləşən bir ərazidə baş verməsini, Məhkum hadisəni törətdiyi alətin «Makarov» konstruksiyalı «PM» modelli «PH-3046M» nömrəli 9 mm. kalibrli yivli odlu silahı tapança olmasını, sonuncunun tapançanın darağında olan 3 ədəd güllədən atəş açmaqla, Zərərçəkmiş şəxs xəsarətlər yetirmiş olmasını, Zərərçəkmiş şəxs aldığı xəsarətlərdən sonra öz gücünə hadisə yerindən uzaqlaşıb, özünün göstərdiyi səylər nəticəsində xəstəxanaya aparılmaqla lazımi tibbi yardım göstərilmiş olmasını və s. halları nəzə rə alaraq 22 fevral 2020-ci il tarixdə baş vermiş hadisənin qəsdən adam öldürməyə cəhd olunması kimi qiymətləndirilməli olması ilə bağlı apellyasiya instansiya məhkəməsinin gəlmiş olduğu qənaət ilə razılaşır. Belə ki, iş materiallarında görünür ki, Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ-2121” markalı **-ZH-*** dövlət nömrə nişanlı avtomobildə Məhkumla birlikdə əhalinin seyrək məskunlaşdığı Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi “Vulkan dağının ətəyi” adlanan əraziyə getdikdən sonra avtomobildən düşərkən avtomobilin sürücü qapısının içəri cibində saxladığı bir ədəd dəstəyi sarı rəngdə olan vintaçanı özü ilə götürmüşdür. Belə ki, “Baxış keçirilməsi haqqında” 23 fevral 2020-ci il tarixli protokol və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, həmin tarixdə saat 08-00 radələrindən saat 1 000 radələrinədək Bakı şəhəri Binəqədi rayon prokurorluğunun müstəntiqi T.N.Baqiyev tərəfindən Bakı şəhəri Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri N.İmanov, Binəqədi RPİ-nin KTQ-nın inspektoru, polis kaptanı F.F.Cəbrayılov, Şahid4 və dəvət edilmiş hal şahidlərinin iştirakı ilə hadisə yerinə, Binəqədi rayonu, BinəqədiXırdalan şossesi, «Vulkan dağının ətəyi» adlanan ərazidə yerləşən yaşayış massivinin kanar hissəsinə baxış keçirilmişdir. Baxış zamanı hadisə yerinin dağətəyi yer olmaqla geniş ölçüsü otlaq sahədən ibarət olduğu, hadisə yerinin ətrafında yaşayış evləri olsa da, onların sıx olmadığı, hadisə yerinə doğru hərəkət edən yol enişli yoxuşlu olmaqla, yer səthi döşəmə qırıntısı, çınqıl və qarışıq torpaqla örtüldüyü və hadisə yerinin artıq avtomaşınların hərəkət etməsi üçün son d ayanacaq olduğu müəyyən edilmişdir. Hadisə yerinin yaxınlığında üç fərdi yaşayış evi olmaqla, həmin evlərdən ikisinin bitişik, digərinin isə 25 metr məsafədə yerləşdiyi, həmin evlərdən yalnız birində yaşayış olduğu müəyyən edilmişdir. Hadisə yerinə baxış keçirilən zaman qeyd edilən İki bitişik evin yaxınlığından yuxarı istiqamətdə, yəni dağətəyi əraziyə doğru 40 metr məsafədə otlaq sahəsinin üzərində iki ədəd giliz aşkar olunmuş və həmin gilizlərin arasındakı məsafənin dörd metr təşkil etdiyi müəyyən edilmişdir. Həmin gilizlər qablaşdırılaraq götürülmüşdür. Ətrafda geniş sahəyə baxış keçirilən zaman təxminən 50-60 metr radiusda müfəssəl baxış keçirməklə odlu silah və ya ona aid olan sursat aşkar edilməmişdir. İki evin yerləşdiyi sahənin ortasından 60 metr aşağıya doğru, yəni yol istiqamə tində evlərin təbii qazla təmin edilməsi üçün nəzərdə tutulmuş marşrut qaz xəttinin keçməsi və həmin qaz xəttinin üzərində qanabənzər ləkələr olduğu aşkar edilmişdir. Həmin qaz xəttinin üzərindən taxta nərdivandan yolun qarşı istiqamətinə keçən zaman beton döşəmənin üzərində məsafəli, yəni davam edən istiqamətli qanabənzər ləkələr aşkar edilmiş və həmin qanabənzər ləkələrin istiqaməti ilə hərəkət edən zaman hadisədən sonra zərərçəkmiş şəxsin piyada hərəkət etməklə yol istiqamətində getməsi və həmin istiqamətdə ayrı-ayrı yerlərdə qanabənzər ləkələrin olması aşkar edilmişdir. İlk aşkar edilmiş qanabənzər ləkələrdən yol istiqamətində təxminən 525 metrlik məsafəyədək qanabənzər ləkələrin davam davam etdiyi, daha sonra isə həmin izlərin olmadığı müəyyən edilmiş və həmin qanabənzər ləkələrdən nü munələr götürülərək qablaşdırılmışdır. Həmçinin sonuncu qanabənzər ləkələrin həmin ərazidə yerləşən çörək sexinin qarşısında olduğu aşkar edilmişdir. Hadisə yerindən həmin sahəyə olan məsafənin 525 metr təşkil etdiyi müəyyən edilmtişdir. Baxış keçirilməsində iştirak edən şahid X17 22 fevral 2020-ci il tarixdə evdə olan zaman iki dəfə gurultulu səs eşitdiyini və orada yaşadığı evin pəncərəsindən «Vulkan dağı»nn ətəyinə baxan zaman bir nəfərin “Niva” markalı avtomaşının sükanına minərək yüksək surətlə məhəlləni tərk etdiyini, həmin vaxt məhəlləyə çıxıb hadisə yerinə yaxınlaşanda yerdə nəsə görmədiyi və o zaman nə baş verdiyini dərk edə bilmədiyini götərmişdir. Hadisə yerinə baxış keçirilən zaman hadisə yerində, yəni gilizlərin aşkar olunduğu sahədə dəstəyi sarı rəndə olan bir ədəd vintaçan a şkar olunaraq qablaşdırılaraq götürülmüşdür. (cild 1, iş vər. 7-10. 11-20). Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi “Vulkan dağının ətəyi” adlanan ərazidə olarkən x və Zərərçəkmiş şəxs arasında baş tutmuş söhbətin gedişində x Zərərçəkmiş şəxsndə olan vintaçanla Məhkum Şahid1 üzr istəməyə məcbur etmiş, bu məqsədlə öz istifadəsində olan mobil telefondan Şahid1 telefonuna zəng edərək Məhkumla Şahid1 danışdırmışdır. Belə ki, "xxxx" MMC-dən müvafiq məhkəmə qərarı əsasında istintaqa təqdim edilmiş bir ədəd CD formatlı optik diskə baxış keçirilməsi haqqında 27 iyul 2020-ci il tarixli protokoldan göründüyü kimi Zərərçəkmiş şəxs məxsus ***-***-**-** saylı mobil telefon nömrəsinə Şahid1 məxsus ***-***-**-** sayı mobil telefon nömrəsindən xx.xx.2020-ci il tarixdə saat 22:20:36-da zəng daxil olm aqla aralarında 55 saniyə, habelə saat 22:22:15-də 18 saniyə, saat 22:28:02-də 25 saniyə müddətində danışıqların olması müəyyən edilmişdir. Göründüyü kimi məhz Zərərçəkmiş şəxs telefonundan Şahid1 zəng edilməsi obyektiv olaraq müəyyən edilir ki, qeyd edilən hal ilə yanaşı həm Məhkum, həm də Şahid1 ifadələrinə nəzər salındıqda Məhkum Şahid1 üzr istəməsini məhz Zərərçəkmiş şəxs onu məcbur etməsinə görə etdiyini, Şahid1 da ifadəsində Zərərçəkmiş şəxs ona zəng edərək Məhkum onunla danışmaq istədiyini bildirib telefonu x-ə verdiyini, sonuncunun ona,“səndən üzr istəyirəm, lənət şeytana, oldu, getdi” deyə bildirdiyini, bu zaman x-in ondan üzr istəmə səbəbini başa düşmədiyini, həmçinin telefon danışığı zamanı kənardan dava səsi gəldiyini eşitdiyni, Zərərçəkmiş şəxs qışqıraraq nələrsə dediyini eşit diyini bildirmişdir. Yalnız bundan sonra Məhkum özünə qarşı mübahisə ilə bağlı edilmiş rəftara görə qanunazidd yolla və heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs təfəkküründə yaratdığı tələbatını cinayət törətməklə təmin etmək məqsədilə onu qəsdən həyatdan məhrum etmək istəməsinə yönəlmiş hərəkətlər etməsi halları və onun CM-in 29,120.1, 185.1 və 228.1-ci maddələri ilə müəyyən edilmiş cinayətlər əməllərini törətməsi və təqsirliliyi cinayət işi üzrə toplanılmış sübutlarla tam olaraq təsdiq olunur. Beləliklə, kasasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, Məhkum qarşı irəli sürülmüş qəsdən adam öldürməyə cəhd ilə bağlı ittiham məhkəmədə tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur. Məhkum ona apellyasiya instansiyası məhkəməsində istinad edilən, cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq apellyasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Kassasiya şikayətində cinayət və cinayət prosessual qanununun normalarına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin qərarı həmin normalarla ziddiyyət təşkil etmir. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə bi ləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən (himayəsində 2 azyaşlı uşağının olması, zərərçəkmiş şəxslə barışması və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmaması) və ağırlaşdıran (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə əhatə olunan cinayətin odlu silahdan istifadə etməklə törədilməsi) halların olması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr tərəfindən Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti isə təmi n edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1 və 228.1-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 yanvar 2022-ci il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-323/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-323/2024
30.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver