Məhkəmə qərarları › İş №1(102)-323/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-323/2025

26.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-323/2025 26.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə; Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət k ollegiyasının 27 iyun 2024-cü il tarixli 1(107)-316/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Xaliq Məmmədov (sədrlik edən və məruzəçi), Bilal Məmmədov və Tural Əfəndizadədən ibarət tərkibdə) 25 aprel 2024-cü il tarixli, 1(091)-68/2024 nömrəli hökmü ilə, xx xxxxxxxx 1970-ci ildə Qəbələ rayonunun Mıxlıqovaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Qəbələ rayonunun Mıxlıqovaq kəndində qeydiyyatda olmaqla həbs olunanadək həmin kənddə yaşamış Məhkum Azərbaycan Respublikası CM-in 150.3.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, CM-in 150.3.3-cü maddəsi ilə 16 (on altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla ona qəti olaraq 16 (on altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, CM-in 69.3-cü maddəsinə əsasən onun ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmış və ona qəti olaraq 16 (on altı) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 31 avqust 2023-cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, on dörd yaşına çatmayan şəxsə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə, həmçinin köməksiz vəziyyətindən istifadə etməklə təkrar seksual xarakterli hərəkətlər etmiş və satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə etmiş, hazırlamış və saxlamışdır. Belə ki, Məhkum 24 mart 2023-cü il tarixdə saat təxminən 16 radələrində Qəbələ rayonunun Mıxlıqovaq kəndində "kəndbaşı məhəlləsi” adlanan və yaşadığı evin yaxınlığında yerləşən çay yatağı və meşəlik-çöllük ərazidə oyun oynayan azyaşlı həmkəndliləri xx xxxx 2012-ci ildə doğulmaqla 10 yaşlı və özündən 42 yaş kiçik Zərərçəkmiş şəxs1, eləcə də xx xxxx 2011-ci ildə doğulmaqla 11 yaşlı və özündən 41 yaş kiçik Zərərçəkmiş şəxs2 on dörd yaşına çatmadıqlarını bildiyi halda, eləcə də ətrafda kənar şəxslərin olmadığına və azyaşlı olmaları ilə əlaqədar fiziki cəhətdən ondan zəif olmalarına və ona qarşı müqavimət göstərmək imkanından məhrum olduqlarına əmin olaraq, bununla da onların köməksiz vəziyyətindən istifadə edərək cəmiyyət arasında təşəkkül tapmış əxlaq normalarına zidd şəkildə öz cinsi ehtirasını pozğun şəkildə təmin etmək məqsədi ilə onlara yaxınlaşaraq əynindəki şalvarı və tumanı aşağı salıb, azyaşlı Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 cinsiyyət orqanını göstərib gəlib əllərini vurmalarını demiş, sözlərinə məhəl qoymadıqda onlara daha da yaxınlaşıb ilk olaraq Zərərçəkmiş şəxs1 sağ əlindən tutub fiziki zor tətbiq etməklə özünə tərəf çəkib əlini bir neçə saniyə ərzində zorla cinsiyyət orqanına sürtmüş, Zərərçəkmiş şəxs1 əlini dartıb kənara çəkdikdən sonra bu cür qanu nsuz əməllərini davam etdirib təkrarən orada olan Zərərçəkmiş şəxs2 yaxınlaşıb onun əlini cinsiyyət orqanına sürtmək üçün sağ əlinin pəncə hissəsindən tutmuş, Zərərçəkmiş şəxs2 əlini dartıb kənara çəkmək istədikdə fiziki zor tətbiq etməklə əlini dartaraq bir neçə saniyə ərzində zorla cinsiyyət orqanına sürtərək cinsiyyət orqanını ereksiya vəziyyətinə gətirmiş, sonuncu əlini dartıb kənara çəkdikdən sonra orada dayanıb ereksiya vəziyyətində olan öz cinsiyyət orqanını azyaşlılar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 gözü qarşısında əli ilə bir neçə dəfə sürtüb masturbasiya edərək orqazm olmaqla spermasını yerə boşaltmış, etdiyi bu cür seksual xarakterli hərəkətlər barədə kimsəyə məlumat verməmələri üçün Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 hər birinə 1 manat məbləğində pul verməklə oradan uzaqlamış, bununla da on dörd yaşına çatmayan azyaşlı zərərçəkmişlər- Zərərçəkmiş şəxs1 və təkrarən Zərərçəkmiş şəxs2 qarşı zor tətbiq etməklə və köməksiz vəziyyətlərindən istifadə etməklə təkrar seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Bundan başqa, Məhkum 2019-cu ilin yay aylarında istintaqa dəqiq məlum olmayan tarixdə Qəbələ rayonunun Mıxlıqovaq kəndində yerləşən "Tala” adlanan yerdə yabanı halda bitmiş, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin yarpaqlarını yığaraq qurudub, kustar üsulla hazırladığı narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək Qəbələ rayonunun Mıxlıqovaq kəndində yaşadığı evdə yataq otağında 01 ədəd kağız bükümdə gizlətməklə saxlamış, bundan sonra o, yuxarıda qeyd olunan azyaşlılar- Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qarşı etdiyi seksual xarakterli digər hərəkətlər barədə sonuncuların valideynlərinin Qəbələ Rayon Polis Şöbəsinə etdiyi şikayət əsasında 27 mart 2023-cü il tarixdə Qəbələ RPŞ-nin əməkdaşları tərəfindən polis şöbəsinin inzibati binasına dəvət edilib gətirilməklə mobil telefonunun qalereya bölməsinə baxış keçirilərkən orada narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsinin fotoşəklinin aşkar edilməsindən sonra narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinmiş, bununla əlaqədar onun razılıq ərizəsi əsasında yaşadığı Qəbələ rayonunun Mıxlıqovaq kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman yataq otağındakı şkafın çəkməcəsindən yuxarıda qeyd olunan mənbədən əldə etdiyi 01 ədəd kağız b ükümdə təmiz çəkisi 42,03 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana polis əməkdaşları tərəfindən aşkarlanaraq götürülmüşdür. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Xəqani Səmədov (sədrlik edən və məruzəçi), Elman İsayev və İmanverdi Şükürov) 27 iyun 2024-cü il tarixli 1(107)-316/2024 nömrəli qərarı ilə Şəki Ağır Cinayətlər Məhkəməsinin 25 aprel 2024-cü il tarixli 1(091)-68/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 iyun 2024-cü il tarixli 1(107)-316/2 024 nömrəli qərarının ləğv edilməsi və Məhkum barəsində cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, cinayət işinin materiallarında və ittiham aktında təqsirləndirilən şəxs Məhkum açıqdanaçığa atılan böhtanlar məhkəmə tərəfindən araşdırılmadan, sübuta yetirilmədən, öyrədilmiş azyaşlıların haqsız, təsdiqini tapmayan, düzgün olmayan verdikləri izahat və ifadələr tam, hərtərəfli və obyektiv yoxlanılmadan, sübutların mümkünlüyü müəyyənləşdirilmədən Şəki Ağır Cinayətlər Məhkəməsi tərəfindən çıxarılan hökmə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasında bir neçə dəqiqə ərzində sübutlar araşdırılmadan, təqsirləndiril ən şəxs Məhkum verdiyi izahat və ifadəni özünü müdafiə kimi qiymətləndirən məhkəmə təqsirləndirilən və zərərçəkmişlərin ailələri arasında uzun illərdən düşmənçiliyin olduğunu bildiyi halda, yalan və böhtan xarakterli verilən sübutlara əhəmiyyət vermədən, sübutlar mənsubiyyəti üzrə araşdırmadan, digər şahidləri məhkəməyə cəlb etmədən təqsirləndirilən şəxs Məhkum qanunsuz və əsassız olaraq 16 il 6 ay müddətinə qəsdən azadlıqdan məhrum etmişdir. Təqsirləndirilən şəxsə atılan böhtanlar sübuta yetirilə bilən sübutlar deyil, çünki əsassızdır, söylənilən ifadələr bir-birini bağlamır və tamamlamır, ona görə də mümkünsüz böhtan hesab olunmalıdır. Zərərçəkmişlər adlandırılan şəxslərin verdikləri izahat və ifadələrə görə onların dediklərini heç 15 yaşında olan gənc oğlan yerinə yetirə bilməz. Cinayət işinin materiallarını araşdırdıqda həqiqət olmadığı, işin böhtan xarakterli olduğu açıq-aydın görünür. O ki qaldı 54 yaşlı kişi qeyd edilən hərəkətləri heç vaxt yerinə yetirə bilməz və qeyd edilənlərin mümkünsüz olduğu üzrə əgər ibtidai istintaq və məhkəmə istintaqı qeyd edilən hərəkətləri əsas götürürsə, o, vaxt istintaq eksperimenti aparmalı və qeyd edilənlər öz təsdiqini tapmalıdır. Axı insanda düşüncə lazımdır, tutaq ki azyaşlı zərərçəkmişlər öyrədilmə əsasında yazırlar ki, 54 yaşlı kişi alt tumanı və şalvarı yarı çıxarılmış halda bunların arxasınca qaçaraq, azyaşlıları tutmuş və azyaşlıların əlini 2-3 saniyə ərzində öz cinsiyyət orqanına vurdurmuşdur, sözləri istintaq eksperimenti vasitəsilə yoxlanılmalı, həqiqətən də sübuta yetirilməli idi ki, alt tuman və şalvar yarı çıxarılmış hal da insan qaça bilərmi, ya yox?. Yaxud 3 gündən sonra yerə tökülmüş sperma həmin vəziyyətdə qala bilərmi, həmin sperma olubsa da, qurumuş halda görünməz olardı, spermanın rəngini daşın üzərində necə müəyyən etmək olardı? İstintaq aparan vəzifəlilər düşünməlidirlər ki, qeyd etdikləri sübutlar heç zaman sübuta yetirilə bilməz, insan ən əvvəl qeyd etdiklərinin doğru olubolmamasını öz üzərində təsəvvür etməlidir. İbtidai istintaqda istintaq aparan müstəntiq bu yalan sübutlarını necə müdafiə edə bilər və yaxud, məhkəmə istintaqı bu sübutları nə məqsədlə araşdırmadan onun mümkünlüyünü sübuta yetirmişdir. Buradan da, görünür ki, ibtidai istintaq və məhkəmə istintaqı aparılmamış təqsirləndirilən şəxs heç bir əsas olmadan təqsirləndirilmişdir. Qeyd olunanlar saxtadır, fantaziya olduğu cinayət işinin materiallarından aydın görünür. Göründüyü kimi, ifadələrdə müxtəliflik və ziddiyyətlər vardır, əlavə üzləşməyə ehtiyac duyulduğu halda üzləşmə aparılmayıb. Şəki Apellyasiya Məhkəməsinin tədqiq etdiyi sübuta görə məhkəmə tibbi ekspertizasının rəyinə əsasən təqsirləndirilən şəxsin arxa keçəcəyində (anus dəliyində) onunla qeyri-təbii yolla cinsi əlaqədə olmağa dəlalət edən əlamətlərin aşkar edilməsi Məhkum ibtidai istintaq orqanı tərəfindən ona istinad olunan əməlləri törətməsinə dair məhkəmədə yaranmış böhtan xarakterli şübhələr yox olmalı idi. Amma əksinə oldu, elə bil ki, ekspertizanın bu rəyi məhkəmələr üçün sübut növü kimi tətbiq olundu. Göründüyü kimi, məhkəmələr böhtan xarakterli, sübuta yetirilməyən, mümkünsüz sübutlardan istifadə etməklə təqsirləndirilən şəxsi azadlıqdan məhrum et mək üçün həvəsli olmuşlar, ikinci azyaşlı şəxsin əlinin cinsiyyət orqanına toxundurması nəticəsində necə olar bilərdi ki, ani anda yenidən cinsiyyət orqanından sperma ifraz oluna? Axı təqsirləndirilən şəxs azyaşlıların dediyinə görə demək olar ki, azacıq zaman kəsiyində bunların əlini cinsiyyət orqanına vurdurmuşdur, necə ola bilər ki, hər iki halda cinsiyyət orqanından sperma ifraz oluna? Buradan da görünür ki, hörmətli məhkəmələrimizin qanunsuz və əsassız sübutlar toplamaqda məqsədləri Məhkum əsassız və sübuta yetirilməyən böhtanlar əsasında səlahiyyətlərindən istifadə etməklə azadlıqdan məhrum etsinlər. Bu oğlan uşaqları 54 yaşlı kişi üçün o qədər əlçatmaz oldular ki, təqsirləndirilən şəxs bunların hər ikisini gördükdə, əlini cinsiyyət orqanının üzərinə qoysun, hər iki halda 54 yaşlı ki şidən sperma ifraz olunsun. Böhtan olar, bu dərəcədə yox! Təhqiqat və istintaq zamanı bu məsələ araşdırılmamışdır. Nə ibtidai istintaq, nə də məhkəmələr düşünmürlər ki, şalvarı və alt tumanı yarı çıxarılmış halda insan qaça bilməz və üstəlik kiminsə əlini öz cinsiyyət orqanının üzərinə vurdura bilməz. Mümkünsüz sübutu, araşdırılmamış, şəxsin üzərinə atılmış böhtana görə saxta və ədalətsiz qərarlar qəbul edən ibtidai istintaq orqanı və məhkəmələr məsuliyyət daşıyırlar. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya şikayətinin əsas dəli li ondan ibarətdir ki, Məhkum ona elan edilmiş ittihamda təqsirliyi cinayət işi üzrə mötəbər sübutlarla təsdiq olunmamış, lakin buna baxmayaraq məhkəmələr əsassız və qanunsuz olaraq onun barəsində ittiham hökmü çıxarmışlar. Kassasiya şikayətində qeyd edilmişdir ki, məhkəmələr məhkuma qarşı irəli sürülmüş ittihamın tam, obyektiv və hərtərəfli baxılması üçün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etməmiş, məhkumun əməli CM-in 150.3.3-cü maddəsi ilə tövsif edərək hüquqi səhvə yol vermişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlillərinə qiymət verərək iş materiallarına əsasən qeyd edir ki, Məhkum Azərbaycan Respublikası CM-in 150.3.3-cü maddəsi ilə özünü təqsirli bilməsə də, onun həmin maddədə nəzərdə tutulan cinayət əməllə rini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu - zərərçəkmiş şəxslərin, onların qanuni nümayəndələrinin və şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri, istintaq hərəkətlərinin protokolları və digər sübutlarla məhkəmə istintaqında təsdiq edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci və apellyasiya instansiyası məhkəmələri iş üzrə düzgün nəticəyə gəlmişlər. Birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum ona elan edilmiş ittihamda özünün təqsirli bilməməsi barədə məhkəmədə verdiyi ifadələri işin faktiki halları ilə və iş üzrə toplanmış sübutlarla müqayisəli təhlil edib onların işin hallarına uyğun olmaması və digər sübutlarla təkzib edildiyindən həqiqət ə uyğun olmayan ifadə kimi qiymətləndirmişdir. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayəti üzrə işə baxaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. İş materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların birinci instansiya və apellyasiya instansiyası məhkəmələri tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə ol unmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və prosesin iştirakçılarına, o cümlədən təqsirləndirilən şəxs Məhkum qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Beləliklə, Məhkum xx xxxx 2012-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 və xx xxxx 2011-ci il təvəllüdlü X2 qarşı seksual xarakterli zorakılıq hərəkətlərini etməsi tam sübuta yetirilmişd ir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, Məhkum əməli CMin 150.3.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayətprosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda (42.1.1); əməldə cinayət tərkibi olmadıqda (42.1.2); cinayət törədilməsində aidiyyəti olmadıqda (42.1.3); təqsirliliyi sübuta yetirilmədikdə (42.1.4). Göründüyü kimi, Məhkum barəsində Azərbaycan Respubli kası CM-in 150.3.3-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir və barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətinin dəlillərindən biri apellyasiya instansiyası məhkəməsinin qərarının qanunsuz və əsassız olmasıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tə dqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Apellyasiya instansiyasında apellyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda h üquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Buna əsasən də kassasiya kollegiyası şikayətin bu dəlilini əsassız sayır. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq orqanı sübutların toplanılmasında, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Bundan başqa, məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. İşdən görünür ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla da, Məhkum Azərbaycan Respublikası CM-in 150.3.3-cü maddəsi ilə 16 (on altı) il müddətinə azadlıqdan məhrum cəzasına məhkum edilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası CM-in 150.3-cü maddəsində on beş ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Göründüyü kimi, məhkəmə Məhkum cəza təyin edərkən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ya ağırlaşdıran halların olmaması nəzərə alınmış və ona işin hallarına və onun şəxsiyyətinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə, habelə işin hallarına uyğundur. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə m üəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 iyun 2024-cü il tarixli 1(107)316/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Məhkum Azərbaycan Respublikası CM-in 150.3.3 və 234.1-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 iyun 2024-cü il tarixli 1(107)-316/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar