Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-324/2020 19.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Seyfəliyev Əli Səlim oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Mehrəliyev Vüsal Bəhram oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 noyabr 2018-ci il tarixli qərarından məhkum Məhkum1 tərə findən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 16 iyul 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim A.H.Tağıyev) Məhkum1 (xx xxxx 1987-ci il tarixdə ünvan6nda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 mart 2015-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən – hökmlərin məcmusu qaydasında 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə və 2000 (iki min) manat miqdarında cərimə cəzalarına məhkum edilmiş, cərimə cəzası ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatdaolan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə ona təyin edilmiş cəzaya Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 mart 2015-ci il tarixli hökmü ilə təyin edilmiş və ödənilməmiş qalan 2000 (iki min) manat miqdarında cərimə cəzası tam birləşdirilərək onahökmlərin məcmusu qaydasında qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə və 2000 (iki min) manat miqdarında cərimə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən cərimə cəzasının müstəqil icra edilməsi, Məhkum1in cəzasını ciddi rejimlicəzaçəkməmüəssisəsindəçəkməsi,cəzaçəkmə müddətinin26 avqust 2017ciiltarixdənhesablanması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kol legiyasının 14 noyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim E.Y.Şamayev, hakimlər S.A.Mirzəyev və F.A.Qasımovdan ibarət məhkəmə tərkibi) məhkum Məhkum1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 16 iyul 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 noyabr 2018-ci il tarixli qərarından məhkum Məhkum1 kassasiya şikayəti vermişdir. İşin halları: Hökmə əsasən Məhkum1 məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda yaşayış sahəsinə qanunsuz daxil olmaqla, zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla özgə əmlaklarını təkrar olaraq gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Məhkum1 02 oktyabr 2016-cı il tarixdə, saat 17:00 radələrində ünvan12nd ə yerləşən Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evinin həyətinə hasardan aşaraq keçib yaşayış evinin eyvanından dama çıxaraq tavanı söküb oradan evin yataq otağına qanunsuz daxil olmaqla paltar dolabının içərisindən 1100 manat və 170 manat 02 qəpik məzənnəsində 100 ABŞ dolları pulu gizli talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs3 1270 manat 02 qəpik məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, özgə əmlakını gizli talamaq məqsədi ilə 22 oktyabr 2016-cı il tarixdə, saat 20:00 radələrində Zərərçəkmiş şəxs6 məxsus ünvan5ndə yerləşən fərdi yaşayış evinə, hamamın plastik materialdan olan pəncərəsinin torunu çıxararaq qanunsuz daxil olub yataq otağındakı dəmir seyfin qapısını dəmir parçası ilə sındırıb oradan 3600 manat dəyərində 585 əyyarlı 130 qram çəkidə qızıl-zinət əşyaları və 3920 manat dəyərində hər birinin çəkisi 0,8 qram olmaqla 900 əyyarı 112 qram qızıl diş qapaqlarını gizli olaraq talamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs6 ümumilikdə 7520 manat məbləğində xeyli miqdar maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, özgə əmlakını gizli talamaq məqsədi ilə 12 yanvar 2017-ci il tarixdə, saat 02:00 radələrində ünvan 2 ünvanında yerləşən X80nin 37 nömrəli şəhər polikilinikasının inzibati binasına eyvandan qanunsuz daxil olub baş həkim Zərərçəkmiş şəxs7 xidməti otağında olan və içərisində Zərərçəkmiş şəxs7 məxsus 185 manat nağd pul, 25 manat dəyərində ad və soyadı yazılmış 01 ədəd, 25 manat dəyərində şəxsi imzası yazılmış 01 ədəd möhürlər olan 67,76 manat dəyərində dəmir seyfi gizli talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs7 ümumilikdə 302 manat 76 q əpik məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, özgə əmlakını gizli talamaq məqsədi ilə 19 aprel 2017-ci il tarixdə, saat 16 radələrində Zərərçəkmiş şəxs2 məxsus ünvan7ndə yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşıb keçərək pəncərəni açıb oradan mənzilə qanunsuz daxil olub 2-ci mərtəbədə olan yataq otağındakı şifonerin içərisindəki 3500 manat dəyərində 585 əyyarlı, üzərində brilyant qaşları olan boyunbağı və 585 əyyarlı, üzərində adi qaşları və 1 ədəd yaşıl qaşı olan qolbağından ibarət dəsti, 550 manat dəyərində 01 ədəd 585 əyyarlı, üzərində 03 ədəd brilyant qaşları olan qızıl qadın barmaqçılığı, 400 manat dəyərində 750 əyyarlı “S” hərfinə oxşar, 05 ədəd brilyant qaşları olan 01 ədəd qızıl qadın üzüyünü, 500 manat dəyərində 585 əyyarlı, üzərində yaş ıl qaşı olan qızıl dəstini, 210 manat dəyərində 585 əyyarlı, üzərində “8” rəqəminə oxşar naxışı olan 01 ədəd qızıl qadın üzüyünü, 150 manat dəyərində 585 əyyarlı, üzərində dairəvi klonu olan 01 ədəd boyunbağını, 150 manat dəyərində 585 əyyarlı, üzərində dördkünc klonu olan 01 ədəd qızıl boyunbağını, 400 manat dəyərində 585 əyyarlı 01 ədəd kişi qızıl üzüyünü, 130 manat dəyərində 01 ədəd qızıl qadın üzüyünü,160 manat dəyərində 01 ədəd qızıl qadın üzüyünü, 170 manat dəyərində 01 ədəd qızıl qadın üzüyünü, 200 manat dəyərində 01 ədəd qızıl qadın boyunbağısını, hər birinin dəyəri 80 manat olmaqla ümumi dəyəri 160 manat olan 02 ədəd qızıl uşaq boyunbağılarını, 140 manat dəyərində olan 1 cüt qızıl sırğanı, 40 manat dəyərində 01 ədəd gümüş kişi qolbağısını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkm iş şəxs2 ümumilikdə 6860 manat məbləğində xeyli miqdar ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, özgə əmlakını gizli talamaq məqsədi ilə 10 may 2017-ci il tarixdə, saat 12:00 radələrində Zərərçəkmiş şəxs8 məxsus ünvan8in həyətinə hasardan aşıb keçərək açıq pəncərədən mənzilə qanunsuz daxil olub yataq otağında olan “termo”nun rəfindəki mücrünün içərisində olan 1500 manat dəyərində, 17 qram çəkidə, 750 əyyarlı, İtaliya istehsalı olan qızıl üzük və bir cüt qızıl sırğadan ibarət «Prestige Gold» dəstini, 750 manat dəyərində 01 ədəd 05 qram çəkidə, 750 əyyarlı, brilyant qaşlı qızıl üzüyü, 300 manat dəyərində 8 qram çəkidə 583 əyyarlı 01 ədəd qızıl klon və qızıl boyunbağını, 200 manat dəyərində 4 qram çəkidə 583 əyyarlı çəhrayı qaşlı 01 cüt qızıl sırğanı, 100 manat dəyərində 2 qram çəkidə 750 əyyarlı İtaliya istehsalı olan mirvari qaşlı qızıl klonu, 2000 manat dəyərində 20 qram çəkidə “çervon” qızılından silsilə boyunbağını, həmin otaqdakı dolabın birinci rəfində olan 100 manat dəyərində “Samsung Qalaxy” markalı işlənmiş mobil telefon aparatını, 50 manat dəyərində qara rəngli, dəridən olan qadın çantasını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs8 5000 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, özgə əmlakını gizli talamaq məqsədi ilə 01 iyul 2017-ci il tarixdə, saat 14:00 radələrində Zərərçəkmiş şəxs4 yaşalığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin plastik pəncərəsinin dəmir barmaqlığını qıraraq pəncərəni açıb oradan mənzilə qanunsuz daxil olub yataq otağındakı şifonerdən içərisində 2000 manat nağd pul və evin sənə dləri olan 150 manat dəyərində dəmir seyfi gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs4 cəmi 2150 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, özgə əmlakını gizli talamaq məqsədi ilə 15 iyul 2017-ci il tarixdə, saat 17:00 radələrində Zərərçəkmiş şəxs5 məxsus ünvan9ndə, yeni yaşayış massivində yerləşən fərdi yaşayış evinin pəncərəsini açaraq oradan mənzilə qanunsuz daxil olub 1200 manat dəyərində 01 ədəd kombi istilik sistemi aparatını, 800 manat dəyərində işıq plafonları və spotlarını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs5 cəmi 2000 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, özgə əmlakını gizli talamaq məqsədi ilə 09 avqust 2017-ci il tarixdə, saat 21:00 radələrində Zərərçəkmiş şəxs9 yaşadığı ünvan10in 2-ci mərtəbəsində yerləşən 33 nömrəli mənzilin eyvanına, evin təmiri üçün divara quraşdırılmış metal konstruksiyadan istifadə edib qanunsuz daxil olaraq 400 manat dəyərində çantası və aksessuarları ilə birlikdə 01 ədəd “HP” markalı notebook komputerini, ümumilikdə 400 manat dəyərində qadın bəzək əşyalarını-svarovski qaşlarla bəzədilmiş qadın qolbağı, gümüş sırğa və boyunbağıdan ibarət dəsti, bijuteriya sırğa və üzükləri, 200 manat 50 qəpiklərlə nağd pulu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs9 cəmi 1000 manat məbləğində maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, özgə əmlakını gizli talamaq məqsədi ilə 18 avqust 2017-ci il tarixdə, saat 23:00 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 4 ünvanına pəncərədən qanunsuz daxil olaraq yataq otağındakı dolabdan hər birinin çəkisi 20-22 qram olan 583 əyyarlı 02 ədəd qolbağını, 583 əyyarlı 01 ədəd 12-13 qram çəkidə qızıl üzüyü, 583 əyyarlı 01 ədəd 10 qram çəkidə kişi qızıl üzüyünü, 750 əyyarlı 01 ədəd, ortasında topaz daş, ətrafında brilyant daşlar olan dördkünc formalı qızıl üzüyü, 583 əyyarlı 01 ədəd, üzərində 01 ədəd brilyant daşı olan qızıl üzüyü, 583 əyyarlı 01 ədəd 4-5 qram çəkidə qızıl qalstuk sancağını, 15 ədəd müxtəlif ölçüdə qiymətli daşları, qonaq otağında olan “termo”nun içərisindən 583 əyyarlı 01 ədəd üzərində yantar daşları olan 01 cüt qızıl sırğanı, 583 əyyarlı “lom” şəklində 6 qram çəkidə qızılı, 06 ədəd cəmi 9 qram qızıl dişləri, üzərində “ametis”, ətrafında ağ daşlı 01 ədəd gümüş üzüyü, sadə taxtadan olan skripka aləti formasında 01 ədəd breloku, həmin otaqdakı dolabın içərisindən də və yunundan olan 700 manat dəyərində kişi kostyumunu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 cəmi 10000 manat məbləğində xeyli miqdar maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum Məhkum1 kassasiya şikayətini onunla əsaslandrımışdır ki, ona cəza təyin edilərkən məsuliyyətini yüngülləşdirən hallar, xüsusilə də valideynlərinin yaşlı olması, törətdiyi cinayət əməllərinə görə peşmançılıq hissi keçirməsi, himayəsində iki azyaşlı övladının olması nəzərə alınmamışdır. Məhkum Məhkum1 kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 noyabr 2018-ci il tarixli qərarının dəyişdirilməsini, ona təyin olunmuş cəzanın yüngülləşdirilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin k assasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respubl ikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum Məhkum1 kassasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən və apellyasiya məhkəməsi tərəfindən cinayət işinə baxılarkən məsuliyyətini yüngülləşdirən halların nəzərə alınmadığını, nəticədə həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi, cəzasının yüngülləşdirilməsi barədə kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsin i və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 noyabr 2018-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlkəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraiti nə təsiri nəzərə alınır”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.1.1-ci maddəsinə görə cinayətlərin resdivi cəzanı ağırlaşdıran haldır. Cinayət Məcəlləsinin 65.2-ci-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət Məcəlləsinin hökmlərin məcmusu üzrə cəzanın təyin edilməsi qaydasını təsbit edən 67-ci maddəsinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin ol unmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, Məhkum1nun ona həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir. Belə ki, məhkum Məhkum1 ona Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə, habelə hökmlərin məcmusu qaydasında daha yüngül cəzaların təyin edilməsi üçün əsaslar ın olması haqqında iddianı və cəzasının yüngülləşdirilməsi barədə tələbi apellyasiya məhkəməsi qarşısında da irəli sürmüş, apellyasiya məhkəməsi həmin iddia ilə razılaşmayıb və tələbi təmin etməyib, Yasamal Rayon Məhkəməsinin 16 iyul 2018-ci il tarixli hökmü ilə Məhkum1ə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə, habelə hökmlərin məcmusu üzrə müvafiq olaraq, 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə və 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə və 2000 (iki min) manat miqdarında cərimə cəzalarını dəyişdirilmədən saxlamışdır. Apellyasiya məhkəməsi cəzanın dəyişdirilmədən saxlanılması haqqında nəticəyə gələrkən ona əsaslanmışdır ki, birinci instansiya məhkəməsi Məhkum1ə təqsirli bilindiyi maddələrin sanksiyasında daha ağır cəza qismində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddindən bir il cəza təyin etməklə, əvvəlki hökmlə təyin edilmiş, lakin ödənilməyən 2000 manat miqdarında cəriməni Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən yeni hökmlə təyin olunmuş cəzaya tam birləşdirməklə Məhkum1in özünü təqsirli bilməsini, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını, zərərçəkmiş şəxslərdən bəzilərinin ona qarşı şikayət və tələblərinin olmamasını, cəzasını ağırlaşdıran hal kimi isə cəzanın CM-in 65.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya müvafiq olaraq (təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş daha ağır cəzanın son həddinin yarısından az olmamaq şərti ilə) təyin edilməsini tələb edən cinayətlərin residivini, şəxsiyyətinə aid başqa məlumatları, təyin olunan cəzanın onun islah olun masına və ailəsinin həyat şəraitinə təsirini Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələb etdiyi digər hallarla, o cümlədən cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, törədilmə halları, eləcə də cəzanın məqsədləri ilə birlikdə götürməklə kifayət qədər nəzərə almış, Məhkum1ə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələblərinə cavab verən ədalətli cəza təyin etmişdir. Mahiyyət etibarı ilə məhkumun apellyasiya şikayəti ilə üst-üstə düşən kassasiya şikayətində apellyasiya məhkəməsinin qənaətini təkzib edən dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən cəzanın təyin edilməsi və yoxlanılması zamanı nəzərə alınmış halları Məhkum1in cəzasının yüngülləşdirilməsini mümkün edən hallar kimi qiymətləndirmək ü çün əsas görmür və hesab edir ki, baxılan işdə birinci və apellyasiya instansiyası məhkəmələri Cinayət Məcəlləsinin yuxarıda təsvir olunmuş cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişlər. Qeyd olunanlar məhkumun kassasiya şikayətinə baxılması nəticəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.21-ci maddəsində təsbit olunmuş pozuntuların müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum Məhkum1nun kassasiya şikayəti təmin edilməməli, onun barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Məhkum1nun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum1nun barəsində olan 14 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Sədrlik edən: Hafiz Nəsibov
Məhkəmə qərarları › İş №1(102)-324/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-324/2020
19.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver