Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-324/2025 12.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum iştirakları ilə xx xxxx 1977-ci il tarixdə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu, Mirimli kəndində qeydiyyatda olan, halhazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 sentyabr 2024-cü il tarixli 1(106)412/2024 nömrəli qərarından məhkumun müdafiəçisi, “Leqal” Vəkil Bürosunun vəkili Babayev Emin Gündüz oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 5 fevral 2024-cü il tarixli 1(099)-80/2024 nömrəli hökmü (hakimlər: N.H.Məmmədov (sədrlik edən), N.N.Hüseynov və E.Q.Məmmədova) Məhkum - Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 240.3.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcının 17 mart 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib məhkum olunmuşdur. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apelyasiya protesti, məhkum edilmiş şəxs Məhkum v ə onun müdafiəçisi tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 sentyabr 2024-cü il tarixli qərarı ilə (hakimlər: Y.X.Həşimov (sədrlik edən), İ.H.Əhmədov və E.İ.Əliyev) apelyasiya şikayətləri təmin edilməmiş, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin olunaraq, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 5 fevral 2024-cü il tarixli 1(099)-80/2024 nömrəli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 5 fevral 2024-cü il tarixli, 1(099)-80/2024 nömrəli hökmü ilə Məhkum və Təqsirləndirilən şəxs hər birinə CM-in 234.4.1, 234.4.3-cü maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən, hazırkı qərarla S əmədov Məhkum və Təqsirləndirilən şəxs təyin edilmiş 10 (on) il müddətə azadlıqdan məhrumetmə cəzası birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum və Təqsirləndirilən şəxs CM-in 240.3.2-cü maddəsi ilə təyin olunmuş 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla, Məhkum və Təqsirləndirilən şəxs hər birinin üzərində cinayətlərin məcmusu üzrə qəti olaraq 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanmışdır. İşin halları: Məhkəmənin hökmü ilə Məhkum və Təqsirləndirilən şəxs CM-nin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuşlar ona görə ki, Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və güclü təsir edən maddələrin əldə olunması məqsədi ilə şəxsiyyəti istintaqa və məhkəməyə məlum olm ayan «Veysəl» adlı İran İslam Respublikası vətəndaşı və qohumu Yardımlı rayonu, Alçabulaq kəndində yaşayan Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Təqsirləndirilən şəxs narkotik vasitələr və güclü təsir edən maddələri gizlədildiyi yerdən götürərək Bakı şəhəri ərazisində ona çatdırmasını tapşırmış və bunun müqabilində Təqsirləndirilən şəxs 4000 (dörd min) manat pul verəcəyini vəd etmiş, Təqsirləndirilən şəxs 16 mart 2023-cü il tarixdə saat 20:00 radələrində onun tapşırığı əsasında Yardımlı rayonu, Mirimli kəndi ərazisində yerləşən «Cahda» adlanan yerdən içərisində 14055 qram çəkidə külli miqdarda narkotik vasitə qurudulmuş marixuana, 2000 qram çəkidə külli miqdarda narkotik vasitə heroin, 4915 qram çəkidə külli miqdarda narkotik vasitə tiryək və təsir maddəsinin ümumi miqdarı 33,6 qram olan külli miqdarda 112 ədəd həb halında güclü təsir edən maddə preqabalin olan bir ədəd çanta və bir ədəd kisəni əldə edib daşıyaraq rayonun Alçabulaq kəndində yerləşən yaşadığı evin həyətyani sahəsində gizlədərək qanunsuz saxlamış və bu barədə ona məlumat vermiş, 17 mart 2023-cü il tarixdə saat 05:15 radələrində Təqsirləndirilən şəxs həmin narkotik vasitələr və güclü təsir edən maddələri Yardımlı rayonu, Avaş kəndində yaşayan X2 idarə etdiyi «Mercedes Benz Vito 109 CDİ minik» markalı, **-ED-*** dövlət qeydiyyat nişanlı avtomobildə Masallı-Yardımlı yolunun 19-cu kilometrliyində daşıyarkən Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmış, həmin tarixdə saat 07:29 radələrində a vtomobilə baxış keçirilərkən avtomobilin yük yerindəki bir ədəd çanta və bir ədəd kisədən 8 ədəd bağlamalarda ayrıayrılıqda təmiz çəkiləri 2600 qram, 2085 qram, 1880 qram, 3470 qram, 1000 qram, 990 qram, 1060 qram, 970 qram olmaqla ümumilikdə 14055 qram çəkidə külli miqdarda bioloji komponent tərkiblərinə görə bir-birləri ilə eyni olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 2 ədəd bağlamalarda ayrı- ayrılıqda təmiz çəkiləri 1000 qram, 1000 qram olmaqla ümumilikdə 2000 qram çəkidə külli miqdarda kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eyni olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 2 ədəd butulkada və 1 ədəd bağlamada ayrıayrılıqda təmiz çəkiləri 1.965 qram, 1.950 qram, 1.000 qram olmaqla ümumilikdə 4.915 qram çəkidə külli miqdarda kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eyni olan xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryək və təsir maddəsinin ümumi miqdarı 33,6 qram olan külli miqdarda 112 ədəd həb halında güclü təsir edən maddə preqabalin aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 sentyabr 2024-cü il tarixli qərarının dəyişdirilməsi və Məhkum Gündüz oğluna təyin edilmiş cəzanın yüngülləşdirilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. İş kassasiya instansiya məhkəməsində baxılan zaman məhkumun müdafiəçisi, “Leqal” Vəkil Bürosunun vəkili Babayev Emin Gündüz oğlu Məhkum Gündüz oğlunun razılığı ilə ərizə ilə müraci ət edərək verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, məhkumun ərizəsinin təmin edilməsi ilə bağlı Məhkum və dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti məhkum və müdafiəçisi tərəfindən geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət prosessual qanunvericiliyin qeyd edilən tələbini və Məhkum razılığı ilə müdafiəçisinin kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 sentyabr 2024-cü il tarixli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tuta raq Qərara alır: Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 sentyabr 2024-cü il tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-324/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-324/2025
12.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver