Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-325/2020 17.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və İnqilab Maşallah oğlu Nəsirovdan ibarət tərkibdə, katib Elnur Nizami oğlu İsa-zadə Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apelyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X10 oğlunun, mülki iddiaçının nümayəndəsi X1, Məhkum2, onun müdafiəçisi İbrahimov Taleh Vəli oğlunun və Məhkum1 iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ilə Məhkum2 və Məhkum1 Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə təqsirli bilinmələri barədə cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarından məhkumlar tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə (hakim: X6) Məhkum1– xx.xx.1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, Məhkum2- xx.xx.1960-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, ünvan 2 ünv anında qeydiyyatda olan yaşayan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə təqsirli bilinib cinayət nəticəsində vurulmuş ziyan tamamilə ödəndiyindən hər ikisi cinayət məsuliyyətindən azad edilmiş və barələrində cinayət işi üzrə icraata xitam verilmişdir. İşin halları: Verilmiş ittihama görə Məhkum1 öz adına rəsmiləşdirdiyi ********** nömrəli vergi ödəyicisinin eyniləşdirmə nömrəsindən istifadə etməklə Məhkum2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, birlikdə həyata keçirdiyi sahibkarlıq fəaliyyəti nəticəsində vergitutma obyekti olan, vergilərin hesablanaraq dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq, həmin əməliyyatlar nəticəsində yaranan dövriyyədən müvafiq tədiyyələr üzrə vergiləri hesablayıb, dövlət büdcəsinə ödəməli olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.6, 53.1, 72, 77, 78.1, 82, 95, 96, 101.3, 108, 159.1, 177.1 və 177.2-ci maddələrinin tələblərini pozmaqla, qeydiyyatda olduğu vergi orqanına bəyannamə təqdim etməyərək və təqdim etdiyi bəyannamələrə gəlir və xərclər barədə bilə-bilə təhrif olunmuş məlumatlar daxil edərək, külli miqdar təşkil edən 183602,93 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Belə ki, Məhkum1, Məhkum2 ilə birlikdə ünvan 3 ünvanda yerləşən 1500 kv.metr sahəsi olan anbarı xx.xx.2012-ci il tarixli 106 saylı müqavilə əsasında “xxxx” ASC-dən (VÖEN **********) və ünvan 4 ünvanda yerləşən obyekti “Abşeron” firmasından (VÖEN **********) icarəyə götürüb orada kafel-metlaxların pərakəndə satışı ilə məşğul olaraq, 2012-ci ilin noyabr ayı üzrə təqdim etdiyi bəyannamədə ƏDV tutulan dövriyyəsi 991609,72 manat, ƏDV 178489,75 manat olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə ƏDV tutulan dövriyyəni 14871,78 manat, ƏDV-ni 2676,92 manat göstərərək, 175812,83 manat ƏDV-ni dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bundan başqa, Məhkum1 Məhkum2la qabaqcadan cinayət əlaqəsinə girərək birgə həyata keçirdiyi sahibkarlıq fəaliyyəti nəticəsində 2012-ci il üzrə əldə etdiyi gəlirləri 2301793,62 manat, həmin gəlirlərin əldə edilməsi üçün çəkilmiş xərcləri 2262843,11 manat, vergiyə cəlb olunan gəliri 38950,51 manat, 20% dərəcə ilə büdcəyə ödənilməli gəlir vergisi 7790,10 manat olduğu halda, həmin il üzrə vergi orqanına təqdim etdiyi gəlir vergisi bəyannaməsində 2012-ci il üzrə əldə etdiyi gəlirini 0,0 manat, həmin gəlirin əldə edilməsi üçün çəkilmiş xərclərini 0,0 manat, vergiyə cəlb olunan gəlirini 0,0 manat, 20% dərəcə ilə büdcəyə ödənilməli gəlir vergisini 0,0 manat göstərərək, 7790,10 manat məbləğində fiziki şəxsin gəlir vergisini, ümumilikdə külli miqdar təşkil edən 183602,93 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır Eyni zamanda verilmiş ittihama görə X7 Nazirliyi yanında ləğv edilmiş Bakı Vergilər Departamentində vergi ödəyicisi kimi qeydiyyatda olan fərdi sahibkar Məhkum1 adına rəsmiləşdirilmiş ********** nömrəli vergi ödəyicisinin eyniləşdirmə nömrəsindən istifadə etməklə Məhkum1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, birlikdə həyata keçirdiyi sahibkarlıq fəaliyyəti nəticəsində vergitutma obyekti olan, vergilərin hesablanaraq dövlət büdcəsinə ödənilməsi vəzifə sini nəzərdə tutan əməliyyatlar apararaq, həmin əməliyyatlar nəticəsində yaranan dövriyyədən tədiyyələr üzrə vergiləri hesablayıb, hesablanmış vergiləri dövlət büdcəsinə ödəməli olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.6, 53.1, 72, 77, 78.1, 82, 95, 96, 101.3, 108, 159.1, 177.1 və 177.2-ci maddələrinin tələblərini pozaraq, qeydiyyatda olduğu vergi orqanına bəyannamə təqdim etməyərək və təqdim etdiyi bəyannamələrə gəlir və xərclər barədə bilə-bilə təhrif olunmuş məlumatlar daxil edərək, külli miqdar təşkil edən 183602,93 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırmışdır. Belə ki, Məhkum2, Məhkum1 ilə birlikdə ünvan 3 ünvanda yerləşən 1500 kv.metr sahəsi olan anbarı xx.xx.2012-ci il tarixli 106 saylı müqavilə əsasında “xxxx” ASC-dən (VÖ EN **********) və ünvan 4 ünvanda yerləşən obyekti “Abşeron” firmasından (VÖEN **********) icarəyə götürüb, orada kafel-metlaxların pərakəndə satışı ilə məşğul olaraq, Məhkum1 ilə qabaqcadan əlbir olub 2012-ci ilin noyabr ayı üzrə təqdim etdiyi bəyannamədə ƏDV tutulan dövriyyəsi 991609,72 manat, ƏDV 178489,75 manat olduğu halda, vergi orqanına təqdim etdiyi bəyannamədə ƏDV tutulan dövriyyəni 14871,78 manat, ƏDV-ni 2676,92 manat göstərərək, cəmi 175812,83 manat ƏDV-ni dövlət büdcəsinə ödəməkdən yayındırmışdır Bundan başqa, Məhkum2 Məhkum1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək birgə həyata keçirdiyi sahibkarlıq fəaliyyəti nəticəsində 2012-ci il üzrə əldə etdiyi gəlirləri 2301793,62 manat, həmin gəlirin əldə edilməsi üçün çəkilmiş xərcləri 2262843,11 manat, vergiyə cəlb olunan g əliri 38950,51 manat, 20% dərəcə ilə büdcəyə ödənilməli gəlir vergisi 7790,10 manat olduğu halda, həmin il üzrə vergi orqanına təqdim etdiyi gəlir vergisi bəyannaməsində 2012-ci il üzrə əldə etdiyi gəlirlərini 0,0 manat, həmin gəlirlərin əldə edilməsi üçün çəkilmiş xərclərini 0,0 manat, vergiyə cəlb olunan gəlirini 0,0 manat, 20% dərəcə ilə büdcəyə ödənilməli gəlir vergisini 0,0 manat göstərərək, 7790,10 manat məbləğində fiziki şəxsin gəlir vergisini, ümumilikdə külli miqdar təşkil edən 183602,93 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2019-cu il qərarından mülki iddiaçı Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən verilmiş Apelyasiya şikayətinə əsasən işə baxan Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: M.Ə.Abbasov (sədrlik edən və məruzəçi), E.E.Rəhimov və V.Ə.Mursaqulovdan ibarət tərkibdə) xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə Apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2019cu il tarixli qərarı mülki iddiaya dair hissədə dəyişdirilmiş, mülki iddiaçı Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən verilmiş mülki iddia təmin edilmiş, 183602 (bir yüz səksən üç min altı yüz iki) manat 93 (doxsan üç) qəpik ödənilməmiş verginin mülki cavabdehlər Məhkum1 və Məhkum2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarından məhkumlar Məhkum1 və Məhkum2 tərəfindən kassasiya şikayətləri verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum2 kassasiya şikayəti verərək bildirmişdir ki, onun nə VÖEN-i olmuş, nə də sahibkarlıqla məşğul olmamışdır. Vəfat etmiş qardaşının sahibkarlıq fəaliyyətinə görə o, təqsirləndirilən şəxs qismində qanunsuz olaraq cəlb edilmiş, cinayət işinin, mülki iddianın, ziyanın ona heç bir aidiyyətinin olmamasını, cinayət işində heç bir sənəddə, maliyyə sənədlərində onun imzasının olmamasını bildirmişdir. Birinci instansiya Məhkəməsinin qərarı ilə barəsində cinayət işi üzrə icraata cinayət nəticəsində vurulmuş ziyanın tam ödənilməsi əsası ilə xitam verilmişdir. Həmin qərar dövlət ittihamçısı tərəfindən mübahisələndirilməmiş və qərar qanuni qüvvəyə minmişdir. Belə olan halda, mülki iddiaçının apelyasiy a şikayəti üzrə mülki iddianın təmin edilməsi əsassız və qanunsuzdur, AR CPM-nin tələblərinə tamamilə ziddir. Birinci instansiya Məhkəməsinin qanuni qüvvəyə minmiş qərarı ilə təqsirləndirilən şəxslər tərəfindən vurulmuş ziyanın və mülki iddianın tam ödənildiyi, Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə isə mülki iddianın və ziyanın ödənilmədiyi nəticəsinə gəlinmişdir, faktiki olaraq bir ziyan üzrə 2 ayrı-ayrı qərar qəbul edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin qərarında göstərilmişdir ki, rəy verilərkən iş materiallarında olan sənədlər hərtərəfli araşdırılmamış, vergi qanunvericiliyinin tələbləri nəzərə alınmamış və bununla da vergitutma obyekti, azaldılmış vergilərin məbləği düzgün müəyyələnləşdirilməmişdir. Halbuki Bakı Apelyasiya Məhkəməsi tərəfindən iş hərtərəfli araşdırılmadığı, müvafi q göstəricilərin və sənədlərin nəzərə alınmadığı aşkardır. Bundan başqa iş materiallarında olan ödəniş qəbzi, şəxsi hesab vərəgindən göründüyü kimi, hazirki cinayət işi üzrə 20.000,0 manat məbləğində vergi ödəniş olmuşdur. Həmin 20.000 manat ödəniş Apelyasiya məhkəməsindən fərqli olaraq birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmış, ekspertiza keçirilmiş, müvafiq sənədlər təqdim edilmiş və əldə edilmiş ekspert rəyləri əsasında əsaslı və qanuni qərar qəbul edilmişdir. Lakin Bakı Apelyasiya Məhkəməsi tərəfindən həmin rəylər əsassız olaraq qəbul edilməmiş, araşdırmanın hərtərəfli aparılmaması qərarına gəlinmişdir. Halbuki iş materiallarında olan kifayət qədər sənədlərdən görünür ki, vergi ödəyiciləri tərəfindən artıq ödəmə olmuş, hesablama ekspert rəyləri əsasında düzgün hesablanmışd ır. Bakı Apelyasiya Məhkəməsi öz qərarında göstərmişdir ki, xx.xx.2016-cı il tarixli məhkəmə mühasibatlıq ekspertizası və xx.xx.2016-cı il tarixli əlavə məhkəmə mühasibatlıq ekspertizası rəyi, xx.xx.2012-ci il tarixli səyyar vergi yoxlaması aktı və xx.xx.2012-ci il tarixli qərarla ödəmədən yayındırılmış məbləğ 183.602,93 manat təşkil edir. Məlikəmə göstərmişdir ki, sözügedən akt və qərar mühabisələndirilməmişdir. Hesab edirəm ki, Bakı Apelyasiya Məhkəməsinin gəldiyi bu nəticə yanlışdır. CPM-nin və VM-nin tələblərinə ziddir. Belə ki, Apelyasiya məhkəməsi nəyə əsasən bir-biri ilə ziddiyyət təşkil edən məhkəmə ekspertiza rəyləri arasında məhz birtərəfli qaydada verilmiş sənədlər əsasənda aparılan xx.xx.2016, xx.xx.2016-cı il tarixli rəyləri əsas götürdüyünü əsaslandıra bilməmişdir. Bildirir ik ki, istər vergi orqanı tərəfindən aparılan səyyar vergi yoxlaması, istərsə də ibtidai istintaq zamanı təyin edilmiş məhkəmə ekspertizası və əlavə məhkəmə ekspertizası zamanı vergi ödəyicisinin sənədləri təqdim edilməmiş, rəylər birtərəfli verilmiş sənədlər əsasında qəbul edilmişdir. Məhkəmə istintaqı zamanı çəkişmə prisnsipi əsasında təyin edilmiş, hər 3 tərəfin təqdim etdikləri sənədlər əsasında 05.04.19-cu il tarixli və 25.06.19-cu il tarixli mühasibatlıq ekspert rəyləri tərtib edilmişdir. Hesab edirik ki, 05.04.19cu il tarixli və 25.06.19-cu il tarixli ekspert rəyləri daha dolğun, hərtərəfli, tam və obyektiv araşdırılmış ekspertiza tədqiqatının nəticələridir. Ona örə də həmin ekspert rəyləri əsasında mülki iddianı tam ödənildiyinə görə mülki iddiaya xitam verilməlidir. Bakı Apelyasiy a Məhkəməsi tərəfindən qərar qəbul edilərkən təkrar məhkəmə mühasibatlıq və təkrar kompleks məhkəmə mühasibatlıq rəylərini nəyə görə mötəbər sübut kimi qəbul edilmədiyi əsaslandırılmamış, 20000 manat ödənişin edilməsi əsassız olaraq nəzərə alınmamışdır. Odur ki, hesab edirəm ki, Bakı Apelyasiya Məhkəməsinin qərarı ləğv edilməli və mülki iddiaya xitam verilməsi barədə yeni qərar qəbul edilməlidir. Məhkum1da Məhkum2 ilə eyni məzmunlu kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin edilməsi barədə məhkumların və müdafiəçinin, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamç ısının və mülki iddiaçının nümayəndəsinin çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya Apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və Apelyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı nəticələrə gəlmişdir. Hər iki kassasiya şikayətinin dəlili cinayət işi üzrə birinci və Apelyasiya instansiyası məhkəmələrinin dövlət büdcəsinə ödənməkdən yayındırılmış verginin məbləği və ödənilməsi barədə müxtəlif nəticələrə gəlməsi, mülki iddia tam ödənildiyinə görə mülki iddiaya aid hissəyə xitam verildiyi halda apellyasiya instansiya məhkəməsi tərəfindən onlardan əsassız olaraq vergi t utulmasına dair qərar qəbul etməsi barədədir. Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. CPM-nin 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları tələb edə bilər: 181.2.3. itirilmiş gəlirin ödənilməsini; Azərbaycan Respublikası CM-nin 213-cü maddəsində xeyli miqdarda vergiləri ödəməkdən yayınma (213.1-ci maddə), Eyni əməllərin m ütəşəkkil dəstə tərəfindən və külli miqdarda törədildikdə (213.2) cinayət tərkibləri nəzərdə tutulmuşdur. CM-nin 213-cü maddəsinin qeyd hissəsində "xeyli miqdar” dedikdə, iyirmi min manatdan yuxarı, lakin yüz min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə yüz min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ müəyyən edilmişdir. Göstərilən maddi hüquq normalarının mənasına görə Azərbaycan Respublikası CMnin 213-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibləri maddi tərkiblidir və belə tərkiblərə cinayətin obyektiv cəhətinin elementlərindən hərəkətlə (hərəkətszliklə) yanaşı, ictimai təhlükəli nəticəni də xarakterizə edən əlamət daxil olur. Yəni cinayətin əsas tövsifedici əlaməti ödəməkdən yayındırılmış verginin miqdarından asılıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 181.2-ci maddəsinin mənasına görə əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxslər cinayət mühakimə icraatı zamanı bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuş ziyana uyğun həcmdə mülki iddia verməyə haqlıdırlar. Hazırkı cinayət işi üzrə birinci instansiya məhkəməsi kimi Bakı şəhəri Nizami Rayon Məhkəməsi xx xxxx 2019-cu il tarixli hökmü ilə Məhkum1 və Məhkum2 cinayət əməllərini Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsinə tövsif etmişdir. Yəni məhkəmə təqsirləndirilən şəxslərin xeyli miqdarda vergiləri ödəməkdən yayınmaları nəticəsinə gəlmiş, onlar həmin məbləği ödədiklərinə görə cinayət məsuliyyətindən azad edilmiş və barələrində olan cinayət işi üzrə icraata xitam veril mişdir. Cinayət işinə mülki iddiaçının Apelyasiya şikayəti əsasında baxan Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyası isə təqsirləndirilən şəxslərin cinayət əməllərinin hüquqi tövsifini dəyişdirmədən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarının mülki iddiaya dair hissəsi dəyişdirilmiş, mülki iddia tam təmin edilmiş, 183602 (bir yüz səksən üç min altı yüz iki) manat 93 (doxsan üç) qəpik, külli miqdar ödənilməmiş verginin mülki cavabdehlər Məhkum1 və Məhkum2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Həm də bu zaman məhkəmə birinci instansiya məhkəməsində icraat zamanı ödənilmiş vergi məbləğini nəzərə almamışdır. Beləliklə təqsirləndirilən şəxslərin təqsirliliyi və onlardan tutulmalı olan verginin məbləği barədə cinayət işinə baxmış birinci və Apelyasiya instansiyası məhkəmələrinin qərarları arasında ziddiyyətli nəticələrə gəlinmişdir. Yəni Məhkum1 və Məhkum2 xeyli miqdarda vergiləri ödəməkdən yayınmaya görə təqsirli bilindikləri halda külli miqdarda vergilərin onlardan tutulması barədə qərarlar qəbul edilmişdir. Belə vəziyyətdə bu ziddiyət aradan qaldırılmadan Apelyasiya instansiyası məhkəməsinin qərarı qanuni və əsaslı hesab edilə bilməz. Bundan başqa Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının cinayət işi üzrə qərarında göstərilir ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə aşağıda göstərilənlərə əsasən razılaşmır. İlk növbədə qeyd etmək lazımdır ki, məhkəmə baxışı zamanı alınmış rəylər işin faktiki vəziyyəti ilə ziddiyyət təşkil edir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş komission məhkəmə-mühasibatlıq ekspetizasının xx.xx.2019-cu il tarixli 2979 saylı ekspert rəyinə görə dövlət büdcəsinə çatası ƏDV məbləği 209242,44 manat müəyyən edilmiş, gəlir vergisinin məbləği ittiham aktında elan olunmuş məbləğ şəklində, yəni 7790,10 manat öz təsdiqini tapmışdır. Göründüyü kimi ekspert əslində ittiham aktında elan olunmuş mülki iddia məbləğindən artıq məbləğdə yayınma müəyyənləşdirmişdir (217032,54 (209242,44+7790,10). Lakin ekspert qarşısında əlavə suallar qoyulmuş, hazırkı cinayət işi ilə əlaqədar olmayan, bu cinayət işinin əsasını təşkil etməyən xx.xx.2012-ci il tarixli səyyar vergi yoxlaması ilə hesablanmış vergilərin düzgünlüyünün müəyyən edilməsi, həmin yoxlama nəticəsində şəxsi hesab vərəqəsindən ÖMV ilə əlaqədar dövlət büdcəsinə silinmiş vergi ilə bağlı ödənişin düzgünlüyünün müəyyən edilməsi sualları qoyulmamışdır. Ekspert isə bu suallara cavab olaraq xx.xx.2012 –ci il tarixli aktla hesablanmış 98800 manat ÖMV və 49400 manat maliyyə sanksiyasını əsassız hesab etmiş, silinmiş məbləğin şəxsi hesab vərəqəsində bərpa ediləcəyi təqdirdə və səyyar vergi yoxlamasının əhatə etdiyi dövrün başlanğıcına şəxsi hesab vərəqəsində 112229,9 manat artıq ödənişin olduğunu nəzərə alaraq 20530,08 manat vergidən yayınma məbləği müəyyənləşdirmişdir. Həmin rəylə bağlı qeyd olunmalıdır ki, xx.xx.2012-ci il tarixdə səyyar vergi yoxlama aktı ilə vergi ödəyicisində 2011-ci ilin 2-ci rübü və 2012-ci ilin 1-ci rübü üzrə dövlət büdcəsinə ödənilməkdən yayındırılmış 98800 manat ÖMV müəyyən edilmiş və yayındı rılmış vergi məbləğinin 50 faizi miqdarında 49400 manat miqdarında maliyyə sanksiyası tətbiq edilmişdir. Bununla əlaqədar “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqında” xx.xx.2012-ci il tarixli **********98690 nömrəli qərar tərtib edilmişdir. Ekspert öz əsaslandırmasında düzgünlüyünü müəyyən etmədiyi 148200,0 manat məbləğində ÖMV məbləğinin hesablandığı xx.xx.2012-ci il tarixli **********98690 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqında” qərar vergi ödəyicisi tərəfindən xx.xx.2012-ci il tarixdə imzalanıb möhürlənməklə qəbul edilmişdir. Lakin ödəyici tərəfindən qərarla bağlı hər hansı bir hərkət edilməmiş və həmin qərar mübahisələndirilməmişdir. Daha sonra qərarda göstərilmişdir ki, ekspert qarşısında xx.xx.2015-ci il tarixdə tərtib olunmuş səyyar vergi yoxlaması aktının əhatə etdiyi dövr üzrə dövlət büdcəsinə ödəməkdən yayındırılmış ƏDV və gəlir vergisinin məbləği nə qədər olması barədə sual qoyulsa da, təkrar komission məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2019-cu il tarixli 14569 saylı ekspert rəyi eynilə verilmiş komission məhkəməmühasibatlıq ekspertizasının xx.xx.2019-cu il tarixli 2979 saylı ekspert rəyini təkrarlamış, ekspert qarşısında qoyulmuş suala cavab verilməmişdir. Apelyasiya məhkəmə kollegiyası hesab etmişdir ki, ekspert tərəfindən rəy verilərkən iş materiallarında olan sənədlər hərtərəfli araşdırılmamış, vergi qanunvericiliyinin tələbləri nəzərə alınmamış və bununla da vergitutma obyekti, azaldılmış vergilərin məbləği düzgün müəyyənləşdirilməmişd ir. Ona görə də məhkəmə kollegiyası qeyd olunan ekspert rəylərini yuxarıda qeyd olunanlara əsasən mötəbər sübut kimi qəbul etməmişdir. Apelyasiya məhkəmə kollegiyası hesab etmişdir ki, iş üzrə keçirilmiş məhkəmə mühasibat ekspertizasının xx.xx.2016-cı il tarixli 7985 nömrəli və əlavə məhkəmə mühasibat ekspertizasının xx.xx.2016-cı il tarixli 25543 nömrəli rəylərini və işin yuxarıda sadalanan hallarını əsas götürərək ödəmədən yayındırılmış məbləğin ümumilikdə 183602,93 manat olması nəticəsinə gəlir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qərarında şərh etdiyi ekspertiza rəyləri üzrə gəldiyi nəticələr də qanunun tələbinə uyğun hesab edilməməlidir. Apelyasiya məhkəmə kollegiyası qərarda göstərmişdir ki, ekspert səlahiyyət həddini aşmış, qoyylmuş suallara cavab verməmişdir. Azərbaycan Respublikası CPM-nin 267.1-ci və 267.2-ci maddələrinə əsasən qoyulmuş suallara ekspert tam cavab vermədikdə və ya tədqiqat aparılmış obyektlərə dair müstəntiqin əlavə sualları yarandıqda, aparılmış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün həmin və ya başqa ekspert tərəfindən əlavə ekspertiza aparılır. Ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır. Apelyasiya məhkəmə kollegiyası göstərilən cinayət prosesual maddələrin tələblərini nəzərə almamış, iş üzrə keçirilmiş məhkəmə mühasibat ekspertizasının xx.xx.2016-cı il tarixli 7985 nömrəli və əlavə məhkəmə mühasibat eks pertizasının xx.xx.2016-cı il tarixli 25543 nömrəli rəylərini nəyə görə əsaslı hesab etdiyini qərarında əsaslandırmamışdır. Apelyasiya məhkəmə kollegiyası komission məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2019-cu il tarixli 2979 saylı rəyini və təkrar komission məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2019-cu il tarixli 14569 saylı rəyini vermiş ekspertlərin səlahiyyətlərindən kənara çıxmalarının və qoyulmuş suallara cavab verməmələrinin səbəblərini araşdırmamış, ekspertləri məhkəmə iclasına dəvət edib həmin səbəblərlə bağlı dindirməmiş, onların hərkətlərində bilə-bilə yalan rəy vermə əlamətlərinin olub-olmamasını yoxlamamış, ekspertlər əsassız və qanunsuz rəy vermişlərsə onlara hüquqi qiymət verməmişdir (CPM-nin 406-cı maddəsi). Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən sübutlar Azərbaycan Respublikası CPM-nin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmişdir. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni prosessual və maddi hüquq normaları ilə əsaslandırmamışdır. Azərbaycan Respublikası CPM-nin 416.0.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətləri qismən təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarı ləğv edilməli və cinayət işinin həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Q Ə R A R A A L İ R: Məhkum1 və Məhkum2 kassasiya şikayətləri qismən təmin edilsin. Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə təqsirli bilinmələrinə dair cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarı ləğv edilsin və cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-325/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-325/2020
17.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver