Məhkəmə qərarları › İş №1(102)-325/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-325/2025

31.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-325/2025 31.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 və Məhkum iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2023-cü il 25 dekabr tarixli, 1(106)-820/2023 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (X3 (sədrlik edən və məruzəçi), Oruc Cəlilov və Xamməd Nuriyevdən ibarət tərkibdə) 2023-cü il 10 oktyabr tarixli, 1(099)-378/2023 nömrəli hökmü ilə, xx xxxx 1972-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, "Uber” taksi xidmətində sürücü işləmiş, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsin in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib və ona həmin maddələr ilə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcının 10 yanvar 2023-cü il tarixdən hesablanması, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməsi və ərazi narkoloji kabinetində qeydiyyata alınması barədə yekun qərar qəbul edilmişdir. Həmçinin eyni hökmlə məhkum Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilmişdir. Hökmdən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ( Hakimlər: Məhəmməd Bağırov (sədrlik edən və məruzəçi), İsmayıl Əhmədov və Elşad Əliyevdən ibarət tərkibdə) 2023-cü il 25 dekabr tarixli, 1(106)-820/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, hökm apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmü ilə Məhkum olunmuşdur ona görə ki, o, Təqsirləndirilən şəxs və İran İslam Respublikasının (bundan sonra İİR) ərazisində olan digər şəxs ilə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, saxlanılması və daşınması barədə əvvəlcədən ümumi razılığa gəlmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun İİR ərazisində olan digər şəxs tərəfindən 01 ədəd ağ rəngli polietilen torbaya yığılaraq üzəri şəffaf rəngli yapışqan lentlə bağlanmış 03 (üç) ədəd bükülü halında olan külli miqdarda, yəni ümumi təmiz çəkisi 2140,0 qram olan narkotik vasitə hesab edilən qurudulmuş marixuananı, 01 ədəd bükülüdə külli miqdarda, yəni təmiz çəkisi 1050,0 qram olan narkotik vasitə hesab edilən heroini və 01 ədəd bükülüdə külli miqdarda, yəni təmiz çəkisi 12 qram olan, ümumilikdə 300 ədəd tərkibində narkotik vasitə hesab edilən metadon maddəsi olan həbləri qanunsuz olaraq əldə edilib, saxlanılıb daşınaraq Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 3 saylı qəsəbəyə gedən yolun sağ tərəfində quraşdırılan "Qarabağ Azərbaycandır!” sözləri yazılmış ağ rəngli lövhənin yanında, əkin sahəsində gizlədilmiş, bu barədə Məhkum və tanışı Təqsirləndirilən şəxs məlumat aldıqdan sonra, 10 yanvar 2023cü il tarixdə saat 14:30 radələrində onun etibarnamə ilə idarə etdiyi "Opel Astra” markalı, ** FV *** dövlət qeydiyyat nişanlı avtomobillə həmin yerə gələrək tanışı Təqsirləndirilən şəxs tərəfindən bir ədəd ağ rəngli polietilen torbada, yəni üç ədədi qara rəngli sellofan torbaya yığılmaqla üzəri şəffaf rəngli yapışqan lentlə sarılmış bükülülərdə narkotik vasitə hesab edilən marixuananı, bir ədəd qara rəngli sellofan torbaya yığılmaqla üzəri şəffaf rəngli yapışqan lentlə sarılmış bükülüdə narkotik vasitə hesab edilən heroini və bir ədəd qara rəngli sellofan torbaya yığılmaqla üzəri şəffaf rəngli yapışqan lentlə sarılmış bükülüdə tərkibində narkotik vasitə hesab edilən metadon maddəsi olan həbləri gizlədildiyi Biləsuvar-Bəhrəmtəpə y olunun 53-cü kilometrliyindən Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 3 saylı qəsəbəyə gedən yolun sağ tərəfində quraşdırılan "Qarabağ Azərbaycandır!” sözləri yazılmış ağ rəngli lövhənin yanında, əkin sahəsindən götürülməklə qanunsuz olaraq əldə edib avtomobilin yük yerində qanunsuz saxlayaraq Biləsuvar-Bəhrəmtəpə yolu ilə geriyə, yəni Biləsuvar rayonu istiqamətində qanunsuz olaraq daşımışdır. Cəbrayıl rayon polis şöbəsinin əməkdaşları tərəfindən 10 yanvar 2023-cü il tarixdə saat 14:30 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs tanışı Məhkum ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, saxlanılması və da şınması barədə əvvəlcədən ümumi razılığa gələrək sonuncunun idarə etdiyi "Opel Astra” markalı ** FV *** dövlət qeydiyyat nişanlı avtomobillə daşıyan zaman cinayət əməlini törətdikləri yerdə, BiləsuvarBəhrəmtəpə yolunun 53-cü kilometrliyindən Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 3 saylı qəsəbəyə gedən yolun sağ tərəfində quraşdırılan "Qarabağ Azərbaycandır!” sözləri yazılmış ağ rəngli lövhənin yanında saxlanılaraq Cəbrayıl rayon polis şöbəsinə gətirilmiş, baxış keçirilən zaman qeyd olunan avtomobilin yük yerində gizlətdiyi 01 ədəd ağ rəngli polietilen torbaya yığılaraq üzəri şəffaf rəngli yapışqan lentlə bağlanmış 03 (üç) ədəd bükülü halında olan ayrıayrılıqda təmiz çəkisi 985 qram, 625 qram və 530 qram olmaqla ümumi təmiz çəkisi 2140,0 qr am olan narkotik vasitə hesab edilən qurudulmuş marixuananı, 01 ədəd bükülüdə təmiz çəkisi 1050,0 qram olan narkotik vasitə hesab edilən heroini və 01 ədəd bükülüdə 30 list olmaqla, hər birində 10 ədəd olan üzərində "Methadone 40” sözləri yazılan ümumilikdə 300 ədəd olan və təmiz çəkisi 12 qram olan tərkibində narkotik vasitə hesab edilən metadon maddəsi olan həblər aşkar olunaraq götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, MƏHKUMUN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ. Məhkum kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, cinayət işi üzrə Hüquq Mühafizə orqanlarının əməkdaşlarının özlərini şahid kimi tanıdaraq verdikləri ifadələr üst üstə düşməmiş, onun haqqında qanuna zidd, kobud, qərəzli şəkildə qərar çıxarmışlar. Məhkəmələr tərəfindən sübutetmə anlayışı tam başa düşülən deyi l. Əksi təqdirdə bu qanunsuzluğa yol verilməzdi. Belə ki, o, taksi sürücüsü kimi fəaliyyət göstərmiş, ailəsinin dolanışığını təmin etmişdir. İbtidai istintaq orqanı onun və dövlətin maddi və mənəvi hüquqlarını pozmuşdur. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2023-cü il 25 dekabr tarixli, 1(106)-820/2023 nömrəli qərarının ləğv edilməsi və cinayət işinin yeni apelyasiya baxışına qaytarılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Məhkum kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Məhkum CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməs inə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2023-cü il 25 dekabr tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiy a instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları n normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkum kassasiya şikayətində əməlinin tövsifini və təyin edilmiş cəzanı ümumi şəkildə mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2-ci və 416.1.21-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqəti n müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirs izə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmuyu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli srülmüş ittihamda n əzərdə tutulmuş cinayət əməlinin törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmiş sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən halın olmaması və cinayətin təhlükəli residivi onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmış və məhkuma təq sirli bilindiyi maddənin sanksiyası həddində, CM-in 65.2-ci maddəsinin tələblərinə uyğun olaraq ədalətli cəza təyin edilmişdir. Eyni zamanda, məhkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin və onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki hallar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Lənkəran Ağı r Cinayətlər Məhkəməsinin 2023-cü il 10 oktyabr tarixli, 1(099)378/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmiş Məhkum barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2023-cü il 25 dekabr tarixli, 1(106)820/2023 nömrəli qərarı məhkumun kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar