Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-326/2019 03.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ "03" aprel 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlu, Məhkum Təqsirləndirilən şəxs iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 dekabr 201 7-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 180.2.1, 180.2.2 və 181.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 mart 2018-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 dekabr 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Qəniyev Faiq Əsəd oğlu, hakimlər Xankişiyev Mirzə Aslan oğlu və Məmmədova Şəkər Bayram oğlundan ibarət tərkibdə) xx xxxx 1996-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanında yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 180.2.1, 180.2.2-ci və 181.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə 02 il 06 ay müddətə, CM-nin 180.2.1 və 180.2.2-ci maddələri ilə 04 il 06 ay müddətə, CM-nin 181.2.2-ci maddəsi ilə 08 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti olaraq, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 09 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə həmçinin X7 da təqsirli bilinib məhkum edilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 dekabr 2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı basqın edərək təkrarən quldurluq etmiş, tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən özgənin əmlakını açıq talamaqla soyğunçuluq etmiş və bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamışdır. Belə ki, Təqsirləndirilən şəxs 06 sentyabr 2016-cı il tarixdə saat 2300 radələrində tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən Hökumət evinin yaxınlığında Dənizkənarı Milli Parkda yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 yaxınlaşaraq özünü cinayət aləminin nümayəndəsi kimi təqdim edib Zə rərçəkmiş şəxs1 məxsus 120 manat dəyərində “Samsung Galaxy Core Prime” markalı telefonu və 3 manat dəyərində ***-***-**-** GSM nömrəni alıb açıq talamaqla ələ keçirdikdən sonra hadisə yerindən uzaqlaşmaqla talayaraq ona cəmi 123 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bundan başqa o, təkrarən 05 oktyabr 2016-cı il tarixdə tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan tanışı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib 05 oktyabr 2016-cı il tarixdə bir günlük gecələmək üçün gəldikləri Zərərçəkmiş şəxs4 kirayədə yaşadığı Bakı şəhəri, ünvan 1 ünvanında mənzilinin yataq otağından Zərərçəkmiş şəxs4 məxsus 200 manat dəyərində “Samsung J1” markalı mobil telefonu, telefonun içərisində olan 5 mana t dəyərində ***-***-**-** və 5 manat dəyərində ***-***-**** saylı mobil nömrələri, zərərçəkmiş şəxsin rəfdən asılmış şalvarının cibindən 150 manat pulunu gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 360 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 05 oktyabr 2016-cı il tarixdə saat 18 radələrində tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə silah qismində istifadə edilən əşyanı tətbiq edəcəyi hədəsi ilə Bakı şəhəri, Səbail rayonunda yerləşən, Dənizkənarı Milli Parkın ərazisində, Neftçilər prospekti 30 ünvanında Zərərçəkmiş şəxs6 yaxınlaşıb özünü cinayət aləminin nümayəndəsi kimi təqdim edib üstündə silah kimi istifadə olunan alət olmasına inandırmaqla, həmin alətlə onun həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hə dəsi ilə bağlı basqın edərək hücuma məruz qalmış Zərərçəkmiş şəxs6 məxsus “Samsung Galaxy Grand Prime” markalı, SM-G 530H/DS mobil telefonu talayaraq ona 184 manat məbləğində maddi ziyan vurmaqla quldurluq etmişdir. Bundan başqa o, təkrarən 14 oktyabr 2016-cı il tarixdə saat 18 radələrində tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə tanışı X7 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında Bakı şəhəri, Səbail rayonunda yerləşən metronun “Sahil” stansiyasının çıxışının qarşısında Bülbül prospektinin Ü.Hacıbəyov küçəsi ilə kəsişməsinə yaxın hissədə Zərərçəkmiş şəxs3 oğluna məxsus 140 manat dəyərində “Samsung” markalı, “SM-G 530H” modelli mobil telefonu və telefonda olan 3 manat dəyərində ***-***-**-** və 5 manat dəyərində ******-**-** saylı GSM nömrələri dan ışmaq adı ilə alıb açıq talamaqla ələ keçirdikdən sonra hadisə yerindən uzaqlaşmaqla Zərərçəkmiş şəxs3 ümumilikdə 148 manat məbləğində maddi ziyan vuraraq soyğunçuluq etmişdir. Bundan başqa o, təkrarən 19 oktyabr 2016-cı il tarixdə saat 20 radələrində tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə ünvan 2 ünvanda yerləşən “Kukla Teatrı”nın yaxınlığında Zərərçəkmiş şəxs5 “Samsung SM-G350” markalı mobil telefonunu əlindən alıb, həmin telefonu satıb əldə edəcəyi pulu cəzaçəkmə müəssisələrində olan kriminal aləmin nüfuzlu şəxslərinə göndərəcəyini dedikdən sonra, telefonun qaytarılması ilə bağlı Zərərçəkmiş şəxs5 tələblərinə baxmayaraq həmin telefonu açıq talayıb hadisə yerindən uzaqlaşmaqla, Zərərçəkmiş şəxs5 90 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bundan ba şqa o, təkrarən 22 noyabr 2016-cı il tarixdə saat 18:30 radələrində tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə tanışı X7 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ünvan 3 ünvanda yerləşən “Sahibkarlığa Kömək Milli Fondu”nun qarşısında Zərərçəkmiş şəxs2 411 manat dəyərində “Samsung Galaxy J3” markalı mobil telefonunu danışmaq adı ilə alıb hadisə yerindən uzaqlaşıb qaçaraq açıq talama yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Hökmdən məhkum Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Qasımov Faiq Adil oğlu, hakimlər Mirzəyev Sahibxan Arzuman oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə) 13 mart 2018-ci il tar ixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 dekabr 2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 mart 2018-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti verərək, Azərbaycan Respublikası CM-nin 181.2.2-ci maddəsi ilə olan əməlini CM-nin 180.1-ci maddəsinə tövsif etməklə, ona qəti olaraq daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, o, heç kimə qarşı quldurluq cinayəti törətməmiş, Zərərçəkmiş şəxs6 qarşı törətdiyi əməli düzgün tövsif edilməmiş, onu bıçaqla hədələməmişdir. Həmçinin şikayətdə qeyd edilmişdir ki, o törətdiyi əməlindən peşman dır, iş üzrə zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəmiş, onlarla barışıq əldə etmişdir. Qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikası CM-nin 181.2.2-ci maddəsi ilə olan əməlini CM-nin 180.1-ci maddəsinə tövsif etməklə, ona qəti olaraq daha yüngül cəza təyin edilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkumun kassasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmi n edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 mart 2018-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Hökmdən və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs verilmiş ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə icla sında dindirilmiş zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Təqsirləndirilən şəxs əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 180.2.1, 180.2.2 və 181.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq h əmin maddələrlə tövsif edilmişdir. Bu səbəbdən qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Şikayətdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.2-ci maddəsi ilə olan əməlinin düzgün tövsif olunmaması, onun həmin əməlinin Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsinə tövsif edilməli olduğu iddia olunur və buna dair dəlillərə istinad edilir. Həmin dəlillərlə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, belə dəlillər apellyasiya şikayətində də göstərilmiş, bu səbəbdən də apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair gəldiyi nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında bu dəlillərlə və əməlin tövsifi ilə əlaqədar aşağıdakılar göstəri lmişdir: “... Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, hökm qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətləri təmin edilməməlidir. Cinayət işinin materiallarından görünür ki, məhkumlar Təqsirləndirilən şəxs və X4 elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmə istintaqında cinayət işinin bütün materialları birlikdə, hərtərəfli, tam və obyektiv tədqiq edilərək, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və eləcə də, işin bir-birini təsdiq edən digər halları ilə tamamilə sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsi işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq onlara düzgün qiymət vermişdir, çıxarılmış hökm cinayət işinin materiallarına, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğundur. Məhkum Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci, t180.2.1-ci, 180.2.2-ci və 181.2.2-ci maddələri ilə, X7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci və 180.2.2-ci maddələri ilə düzgün olaraq tövsif edilmişdir... Məhkəmə kollegiyası hesab edir ki, məhkumlar Təqsirləndirilən şəxs və X4 birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən kifayət qədər nəzərə alınmışdır, təyin edilmiş cəzanın dəyişdirilməsi üçün əsas yoxdur. Məhkumların törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmaqla onların şəxsiyyətlərinə və cinayətlərin ağırlığına uyğun cəza təyin edilmişdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkumlar X7 və Təqsirləndirilən şəxs müdafiəçisi X8 tərəfindən verilmiş apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməlidir...”. Göründüyü kimi, apellyasiya məhkəməsi ittihamın təsdiq edilməsi və əməlin tövsifi məsələləri üzrə gəldiyi nəticəni işin hallarına və qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Bu nəticə iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Kassasiya şikayətində elə bir dəlilə istinad edilməmişdir ki, Təqsirləndirilən şəxs təqsirinin (ittihamının) təsdiq edilmədiyini, Azərbaycan Respublikası CM-nin 181.2.2-ci maddəsi ilə olan əməlinin düzgün tövsif olunmadığını, CM-nin 180.1-ci maddəsi ilə tövsif edilməli olduğunu göstərsin. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum Təqsirləndirilən şəxs təqsirinin, mötəbərliyi şübhə doğurmayan sübutlarla (həmin sübutların məcmusu ilə) təsdiq olunduğuna dair nəticə iş materiallarına uyğundur. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Təqsirləndirilən şəxs təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Şikayətin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 416.0.21-ci maddəsinə görə məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İş materiallarından görünür ki, məhkum Təqsirləndirilən şəxs cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən (o cümlədən kassasiya şik ayətində də göstərilən) hallar, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkum Təqsirləndirilən şəxs islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməs inin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 180.2.1, 180.2.2 və 181.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 mart 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin. Sədrlik edən: Əli Seyfəliyev Hakimlər: Hafiz Nəsibov Tahir Kazımov
Məhkəmə qərarları › İş №1(102)-326/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-326/2019
03.04.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver