Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-326/2020 11.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun iştirakı ilə xx xxxxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, ünvan qeydiyyatda olan və həmin ünvanda yaşamış və hal hazırda həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respu blikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 171.1 və 243.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə qapalı məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmünə əsasən (sədrlik edən hakim S.Ə.Məmmədov) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 171.1 və 243.1-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 171.1-ci maddəsi ilə 03 (üç) il 03 (üç) ay, CM-nin 243.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CMnin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 03 il 06 ay azadlıqdan məhrum etmə cəzası s axlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmənin, əvvəlinin xx xxxxxxx 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Həmin cinayət işi üzrə həmçinin X2 da məhkum olunmuşdur. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən hakim S.A.Mirzəyev, hakimlər: F.A.Qasımov və K.H.Əkbərov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs 2016-cı ilin yanvar ayının əvvəllərindən 2016-cı ilin aprel ayının əvvəllərinə kimi olan müddət ərzində ünvan Zərərç əkmiş şəxs13 ilə telefon əlaqəsi saxlamaqla istintaqa məlum olmayan müxtəlif ünvanlara göndərərək, tanışı olan müştərilərlə görüşdürmüş və hər dəfə 200 manat məbləğində gəlir əldə etmək məqsədi ilə onun dəfələrlə həmin müştərilərlə müəyyən pul müqabilində cinsi əlaqədə olmasını təşkil edib fahişəliyə cəlb etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 2016-cı ilin aprel ayının əvvəllərindən 2016-cı ilin iyun ayının əvvəllərinə kimi olan müddət ərzində, ünvan yaşayan Zərərçəkmiş şəxs7 ilə telefon əlaqəsi saxlamaqla, istintaqa məlum olmayan müxtəlif ünvanlara göndərərək, tanışı olan müştərilərlə görüşdürmüş və hər dəfə 200 manat məbləğində gəlir əldə etmək məqsədi ilə onun dəfələrlə həmin müştərilərlə müəyyən pul müqabilində cinsi əlaqədə olmasını təşkil edib, təkrarən, fahişəliyə cəlb etmişd ir. Bundan başqa, Təqsirləndirilən şəxs 2016-cı ilin may ayının əvvəllərindən 2016-cı ilin iyun ayının ortalarına kimi olan müddət ərzində ünvan Zərərçəkmiş şəxs9 ilə telefon əlaqəsi saxlamaqla, istintaqa məlum olmayan müxtəlif ünvanlara göndərərək, tanışı olan müştərilərlə görüşdürmüş və hər dəfə 50 manat məbləğində gəlir əldə etmək məqsədi ilə onun dəfələrlə həmin müştərilərlə müəyyən pul müqabilində cinsi əlaqədə olmasını təşkil edib, təkrarən, fahişəliyə cəlb etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 2016-ci ilin may ayının əvvəllərindən ünvan yaşayan Zərərçəkmiş şəxs3 ilə telefon əlaqəsi saxlamaqla 2016-cı ilin iyun ayının əvvəllərinədək təkcə, qeyd olunan tarixdən 2017-ci ilin fevral ayının sonlarına kimi olan müddət ərzində isə tanışı X3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs h alında Zərərçəkmiş şəxs3 istintaqa məlum olmayan müxtəlif ünvanlara göndərərək tanışları olan müştərilərlə görüşdürmüş və hər dəfə 100-200 manat gəlir əldə etmək məqsədi ilə onun dəfələrlə həmin müştərilərlə müəyyən pul müqabilində cinsi əlaqədə olmasını təşkil edib, təkrarən, fahişəliyə cəlb etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 2016-ci ilin avqust ayının sonlarından 2017-ci ilin fevral ayının sonlarına kimi olan müddət ərzində tanışları X4 və X3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ünvan 1 Zərərçəkmiş şəxs2 və X6 ilə telefon əlaqəsi saxlamaqla istintaqa məlum olmayan müxtəlif ünvanlara göndərərək tanışları olan müştərilərlə görüşdürmüş və hər dəfə 100 manat gəlir əldə etmək məqsədi ilə onların dəfələrlə həmin müştərilərlə müəyyən pul müqabilində cinsi əlaqədə olmaların ı təşkil edib, təkrarən, fahişəliyə cəlb etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 2016-ci ilin noyabr ayının ortalarından ünvan yaşayan Zərərçəkmiş şəxs4 ilə telefon əlaqəsi saxlamaqla 2016-cı ilin dekabr ayının ortalarınadək təkcə, qeyd olunan tarixdən 2017-ci ilin fevral ayının sonlarına kimi olan müddət ərzində isə tanışları X3 və X2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa məlum olmayan müxtəlif ünvanlara göndərərək tanışları olan müştərilərlə görüşdürmüş və hər dəfə 100-200 manat gəlir əldə etmək məqsədi ilə onun dəfələrlə həmin müştərilərlə müəyyən pul müqabilində cinsi əlaqədə olmasını təşkil edib, təkrarən, fahişəliyə cəlb etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən 2017-ci ilin fevral ayının əvvəllərindən 2017-ci ilin may ayının ortalarına kimi ola n müddət ərzində ünvan yaşayan, xx.xx.2000-ci il təvəllüdlü, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs12 ilə telefon əlaqəsi saxlamaqla istintaqa məlum olmayan müxtəlif ünvanlara göndərərək tanışı olan müştərilərlə görüşdürmüş və hər dəfə 200 manat məbləğində gəlir əldə etmək məqsədi ilə onun dəfələrlə həmin müştərilərlə müəyyən pul müqabilində cinsi əlaqədə olmasını təşkil edib, təkrarən, fahişəliyə cəlb etmişdir. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiya məhkəməsinin yuxarıda qeyd edilən qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində onun işinə düzgün baxılmadığı üçün Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarının dəyişdirilməsi və barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsi xahiş olunur. İş kassasiya instansiya məhkə məsində baxılanadək məhkum Təqsirləndirilən şəxs cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsindən ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, ərizə ilə bağlı dövlət ittihamçısı R.Alverdiyevin çıxışını dinləyərək hesab edir ki, məhkum tərəfindən verilmiş kassasiya şikayəti geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası cinayət prosessual qanunvericiliyin qeyd edilən tələbini və məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası A li Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara alır: Məhkum Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-326/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-326/2020
11.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver