Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-326/2023 10.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri Rəşad Təvəkkül oğlu Məmmədlinin və məhkumun müdafiəçisi X3 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət k ollegiyasının 11 avqust 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Samir Əliyev (sədrlik edən və məruzəçi), Cavid Hüseynov və Eldar İsmayılov) 29 sentyabr 2021-ci il tarixli, 1(101)1152/2021 nömrəli hökmü ilə 23 avqust 1994-ci il tarixdə Ağcabədi rayonunun Xocavənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Yeni yaşayış massivində nömrəsiz fərdi evdə yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 126.2.4-cü maddəsi ilə təqsirli bili nməklə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrum edilmə cəzasının müddəti 2 (iki) il sınaq müddəti ilə şərti hesab edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, 15 oktyabr 2020-ci il tarixdə saat 23 radələrində qohumu Şahid2 və tanışı Şahid3 ilə sonuncuların yaşadıqları Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Yeni Yaşayış Massivi ünvan 3 ünvanının qarşısında alkoqol sərxoşluğu vəziyyətində küçədə avtomobilin musiqisinə yüksək səs verib öz aralarında ucadan söhbət etdiklərinə görə, ona öz iradını bildirən, qonşuluqda yaşayan Şahid1 və Zərərçəkmiş şəxs ilə mübahisə etmiş, yanında olan şəxslərin m üdaxilələrinə və səylərinə baxmayaraq Şahid1 və Zərərçəkmiş şəxs irad bildirmələrini və kobud danışmalarını bəhanə gətirərək, üzərində gəzdirdiyi cib bıçağı ilə heç bir ciddi və tutarlı əsas olmadan Zərərçəkmiş şəxs qarın nahiyəsindən qəsdən bıçaq zərbəsi vuraraq ona qarının sol yan divarının boşluğa nüfuz edən, daxili qanaxma və dalağın yaralanması ilə müşayiət olunan, dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan bir ədəd deşilmiş-kəsilmiş yara kimi ağır bədən xəsarəti yetirmiş, bundan sonra qəsdən bir bıçaq zərbəsi də arxadan baş nahiyəsinə vuraraq ona sağlamlığının qısa müddətə pozulmasına səbəb olan başın ənsə nahiyəsinin bır ədəd kəsilmiş yarası kimi, həmin anda Zərərçəkmiş şəxs zərbədən qorumaq üçün sol qolu ilə onun başını qucaqlayan Şahid1 isə sağlamlığının qısa müddətə pozulma sına səbəb olan sol said nahiyəsinin bir ədəd kəsilmiş yarası kimi yüngül bədən xəsarəti yetirməklə xuliqanlıq niyyəti ilə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Həsən Əhmədov (sədrlik edən və məruzəçi), Habil Məmmədov və İlqar Murquzov) 11 avqust 2022-ci il tarixli, 1(103)-130/2022 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli hökmü “Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinməklə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təqsirləndirilən şəxs Məhkum təyin edilmiş azadlıqdan məhrum edilmə cəzasının 2 (iki) il sınaq müddəti ilə şərti hesab edilməsi, sınaq müddətinin hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, Məhkum barəsində seçilmiş “həbs” qətimkan tədbirinin dəyişdirilərək, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi və onun dərhal məhkəmə iclasından azad edilməsi, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Məhkum sınaq müddəti ərzində davranışına nəzarətin Bakı şəhəri Probasiya Xidmətinə tapşırılması” hissələrində dəyişdirilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli hökmündən Məhkum barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqinə dair müddəalar xaric olunmuş, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2. 4-cü maddəsi ilə təqsirli bilinərək ona təyin edilmiş 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli tutulduğu gündən, yəni 16 iyul 2022-ci il tarixdən hesablanmış, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilmişdir. Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 avqust 2022-ci il tarixli qərarının ləğv edilməsi və məhkuma təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 avqust 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayət inə mahiyyəti üzrə baxılması 10 mart 2023-cü il tarixə təyin olunmuş və bu barədə iş üzrə tərəflərə rəsmi məlumat verilmişdir. İşə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasında kassasiya qaydasında baxılanadək, yəni 09 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum ərizəsi faksla məhkəmə kollegiyasına daxil olmuşdur. Həmin ərizədə məhkum göstərmişdir ki, müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürür və xahiş edir ki, kassasiya şikayəti məhkəmə baxışından çıxarılsın və geri qaytarılsın. Azərbaycan Respublikası CPM-in 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası cinayət prosesinin iştirakçılarını dinləyib kassasiya şikayətinin yuxarıda göstərilən normaya uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti məhkəmə baxışından çıxarılıb geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 avqust 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti məhkəmə baxışından çıxarılıb geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-326/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-326/2023
10.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver