Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-326/2025 21.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8 may 2024-cü il tarixli hökmü ilə Məhkum A zərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 sentyabr 2024-cü il tarixli qərarından dövlət ittihamçısı Ələkbərov Anar Akif oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8 may 2024-cü il tarixli hökmü ilə (sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlu) Məhkum, 7 iyul 1968-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti t örətməkdə təqsirli bilinərək 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun 5 avqust 2023-cü il tarixdən 7 avqust 2023-cü il tarixədək tutulduğu 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 4 (dörd) gününə bərabər hesabı hesablanmaqla həmin müddət məhkum olunmuş şəxsə təyin edilmiş cəzadan çıxılmış və sonuncunun üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Məhkum həmin cəzanı yaşadığı – ünvan 1 ünvanında yerləşən mənzildə çəkməsi, bu cəzanı çəkdiyi dövrdə sonuncunun üzərinə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzar ət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə işlədiyi Sumqayıt şəhəri və yaşadığı Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat erməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, cəzanın icrasına və onun davranışına nəzarəti həyata keçirilməsi Bakı şəhər Probasiya Şöbəsinə həvalə edilməsi, həmçinin Məhkum barəsində narkomaniyadan məcburi müalicənin təyin olunması və qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata götürülməsi qərara alınmışdır. İşin halları: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8 may 2024-cü il tarixli hökmü üzrə məhkəmənin gəldiyi nəticəyə görə Məhkum 2023-cü ilin avqust ayının ilk günlərində axşam saatlarında naməlum şəraitdə Bakı Metropolitenin “Azadlıq” stansiyası yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq üç ədəd kibrit qutusunda və bir ədəd salfet bükümdə ümumi təmiz çəkisi 9,91 qram narkotik vasitə qurudulmuş marixuana əldə edib, üzərində saxlamaqla daşımış və 5 avqust 2023-cü il tarixdə Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, həmin günü saat 17:30 dəqiqədə ünvan 4 ünvanının qarşısında saxlanılıb ünvan 5 yerləşən 7-ci PB-nin inzibati binasına gətirilərək orada 5 avqust 2023cü il tarixdə saat 19:10-d a üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı əynindəki göy rəngli cins şalvarın qabaq sağ yan cibindən bir ədəd kibrit qutusunda 4 ədəd qızılı, 8 ədəd gümüşü rəngli bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,23 qram, 0,18 qram, 0,20 qram, 0,26 qram, 0,19 qram, 0,23 qram, 0,17 qram, 0,22 qram, 0,32 qram, 0,37 qram, 0,30 qram, 0,21 qram, ümumi təmiz çəkisi 2,88 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürüldükdən sonra saat 19:30-da sonuncunun idarə etdiyi “Hyundai” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin sükanının altında olan kiçik yerdən bir ədəd kibrit qutusunda təmiz çəkisi 3,12 qram, bir ədəd salfet bükümdə təmiz çəkisi 3,02 qram və bir ədəd kibri t qutusunda içərisində 4 ədəd gümüşü rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,28 qram, 0,19 qram, 0,27 qram və 0,15 qram, ümumi təmiz çəkisi 7,03 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8 may 2024-cü il tarixli hökmündən dövlət ittihamçısı Tağıyev Fuad Nazim oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Babayev Qədim Xalid oğlu (sədrlik edən və və məruzəç) Bəhrəmzadə Sabit Xanlar oğlu və Məmmədov Murad Akif oğlundan ibarət tərkibdə) 11 sentyabr 2024-cü il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, hökm apellyasiya protestinə münasibətdə isə dəyişdi rilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 sentyabr 2024-cü il tarixli qərarından dövlət ittihamçısı A.A.Ələkbərov kassasiya protesti verərək, həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi haqqında qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Kassasiya protestində CM-in və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) bir sıra maddələrinə, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş İ Siyahının 12-ci bəndinə, “Azərbay can Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 may 2011-ci il tarixli Qərarına, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixli Qərarına, ibtidai araşdırma orqanı tərəfindən Məhkum qarşı CM-in 234.2-ci maddəsi ilə irəli sürülmüş ittihama, iş üzrə toplanmış bəzi sübutlara və məhkəmələr tərəfindən qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən dövlət ittihamçısı A.A.Ələkbərov kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmələr Məhkum aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı öz istifadəsi üçün üzərində və avtomaşınında gəzdirdiyi qənaətinə gəlsələr də, onun hansı səbəbdən həmin narkotik vasitəni xırda bükümlərdə, yəni bir ədəd kibrit qutusunda içərisində 4 ədəd qızılı, 8 ədəd gümüşü rəngli bükümlərdə (cəmi 12 ədəd) və bir ədəd kibrit qutusunda, bir ədəd salfet bükümdə, habelə bir ədəd kibrit qutusunda içərisində 4 ədəd gümüşü rəngli kağız bükümlərdə gəzdirməsi məsələsinə ümumiyyətlə toxunmamış və həmin hissədəki qənaətlərinin əsaslarını şərh etməmişlər. Nəzərə alınmamışdır ki, Məhkum narkotik vasitələrin satışı ilə məşğul olmaması barədə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi qeyri-səmimi və özünü müdafiə xarakterli qiymətləndirilməli olduğu halda, məhkəmələr qeyd olunan hala tənqi di yanaşmamış, əksinə onun narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etməsi kimi fikirlərini əsas götürmüşlər. Halbuki, həm ibtidai araşdırma zamanı, həm də məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi RPl-nin 7-ci Polis Bölməsinin Cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid1 və həmin bölmənin sahə rəisi Şahid2 ifadələrində Məhkum narkotik vasitənin satışı ilə məşğul olmasını, onun narkotik vasitə satdığı şəxslərin müəyyən edilməsi istiqamətində bir sıra əməliyyat tədbirlərinin keçirilməsini, lakin müsbət nəticə əldə etmək mümkün olmadığını, polis bölməsinə daxil olmuş əməliyyat məlumatının Məhkum narkotik vasitələri və psixotrop maddələri üzərində gəzdirməsi barədə olsa da, sonuncunun narkotik vasitə marixuananın satışı ilə məşğul olması barədə də məlumat olduğu nu bildirmişlər. Buna baxmayaraq, məhkəmələr yekun məhkəmə aktları qəbul edərkən bu xüsusata əhəmiyyət verməmişlər. Göründüyü kimi, Məhkum əldə edərək üzərində və avtomaşınında saxladığı narkotik vasitə olan qurudulmuş marixuananın miqdarı şəxsi istehlak miqdarından, yəni bir şəxsin bioloji tələbatı üçün gündəlik istifadə həcmindən çox olmuşdur ki, bu hal da onun həmin narkotik vasitəni şəxsi istifadəsi üçün deyil, satış məqsədilə əldə edərək üzərində və avtomaşında saxlamasına və daşımasına dəlalət edir, onun bu məqsədi olmasaydı o, həmin narkotik vasitənin bir qismini özü istifadə edə bilərdi. Ən əsası isə məhkəmələr aşkar edilmiş narkotik vasitənin çəkilərək bölünüb çoxsaylı xırda bükümlərə ayrılmasının, onların bir qismini məhkum olunmuş şəxsin öz üzərində, çox hissəsini isə maşında sa xlayıb daşımasının səbəblərini açıqlamamış, onun özü də bu detalları məhkəmələrdə əsaslı şəkildə izah edə bilməmişdir. Bununla belə, apellyasiya instansiyası məhkəməsi Məhkum əməlinin hüquqi tövsifi ilə bağlı nəticəyə gələrkən, həm qanunvericiliyin tələblərini, həm də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəməsi Plenumlarının hüquqi mövqelərini nəzərə almamış və bu faktiki halların arxasında duran sübutları lazımi səviyyədə qiymətləndirməmiş, törədilmiş əməlin tövsifində isə səhvə yol vermişdir. Şərh olunan dəlillərə əsaslanaraq dövlət ittihamçısı A.A.Ələkbərov sonda onun kassasiya protestinin təmin edilməsini xahiş edir. Cinayət prosesinin iştirakçıları kassasiya protestinə baxılmasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılm ış, lakin məhkum olunmuş şəxs Məhkum naməlum səbəblərdən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası bununla bağlı dövlət ittihamçısı H.B.İmranovun rəyini dinləyib CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə Məhkum iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Dövlət ittihamçısı A.A.Ələkbərovun kassasiya protestinin məzmunundan göründüyü kimi, sonuncu tərəfindən verilmiş həmin protestin əsas dəlilləri ondan ibarətdir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni təkrarlayarkən ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutlara CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün hüquqi qiymət verməmiş və məhkumun əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilməmişdir. Bu dəlillərə əsaslanan dövlət ittihamçısı apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərarın ləğv edilməli olması haqqında tələbini CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-in 416.1.2 və 416.1.15-ci maddələrinə əsasən isə mə hkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı A.A.Ələkbərovun kassasiya protestini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və Məhkum olunmasına dair cinayət işinin materiallarını və həmin iş üzrə çıxarılmış yekun məhkəmə aktlarının qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CP M-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkə məsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinay ət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edil ən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bu tələb ictimai təhlükəlilik dərəcəsi yüngül olan cinayət törətmiş şəxslə rin onların törətmədiyi daha ağır əməllərə görə cinayət məsuliyyətinə cəlb edilmələrinin, təqsirli bilinmələrinin və cəzalandırılmalarının yol verilməzliyini də nəzərdə tutur. Təqsirsizlik prezumpsiyası təsbit edilmiş Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ-İİİ hissələrinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzg ün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil e dilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyət kəsb edən bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci hissəsində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. “İnsan hüquqları haqqında Ümum i Bəyannamə”nin 11-ci maddəsində, və “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Cinayət mühakimə icratının eyni prinsi pini nəzərdə tutan CPM-in 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə bo rclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, həm Azərbaycan Respublikasının Əsas Qanununda, həm beynəlxalq müqavilələrdə, həm də prosessual qanunvericilikdə nəzərdə tutulmuş təqsirsizlik prezumpsiyası prinsipinə təkcə şəxsin ümumiyyətlə oan qarşı irəli sürülmüş ittiham üzrə təqsirlilik məsələsi həll olunarkən deyil, həm də onun cinayət əməlinin düzgün tövsif edilib-edilməməsinin, bu zaman törədilmiş əməlin bütün cəhətlərinin və ittihama uğun olaraq müvafiq tövsifedici əlamələtlərinin olub olmamasının yoxlanılması zamanı da əməl olunmalı və bu yoxlamanın nəticəsində CPM-in 318.1-ci maddəsinin tələblərinə də əməl edilm əlidir. CPM-in 318.1-ci maddəsinin tələbinə görə isə, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Cinayət məsuliyyətinin əsaslarına dair CM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməl ində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirlə ndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınması, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması, cəzanın düzgün olmayan tətbiqi ilə, eyni zamanda CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulması ilə nəticələnə bilər. Belə hüquqi mövqe həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. Belə ki, kassasiya protestində də istinad olunan “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməs i Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməs ini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərli k, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-in 10.1-ci maddəsinin tələblərinə görə, məhkəməl ər və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu i lə təsdiq olunmalıdır. CPM-in 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 138.1-ci maddəsində göstərilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təq sirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-in 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılm ış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi). CPM-in 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əs aslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət müh akimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5 və 351-ci maddələri) tələb edirlər ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın, iş üzrə yekun məhkəmə aktı qəbul edərkən isə - təqsirsizlik prezumpsiyası prinsipini rəhbər tutsun. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün il k əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab ver ə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli o lub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmuş olsun. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 8-10-cu bəndlərində məhkəmələrə izah edilmişdir ki, Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-in 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməz. Məhkəmə öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmalıd ır. CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8 may 2024-cü il tarixli hökmündən verilmiş apellyasiya protestinə əsasən cina yət işinə qismən məhkəmə istintaqı aparılmaqla və əlavə sübutlar tələb edilməklə baxmış apellyasiya instansiyası məhkəməsi, kassasiya protestinin dəlillərinin əksinə olaraq, iş üzrə qəbul etdiyi qərarında ibtidai araşdırma orqanı tərəfindən məhkəməyə təqdim olunmuş, əsasən birinci instansiya məhkəməsinin məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış, habelə özü tərəfindən də əldə olunaraq tədqiq edilmiş sübutları CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə ibtidai araşdırma orqanının gəldiyi nəticədən fərqli olaraq kassasiya qaydasında mübahisələndirilən həmin qərarında Məhkum ona elan olunmuş ittiham üzrə törətdiyi cinayətin obyektiv cəhətinə aid olan hərəkətləri etməsi barədə qənaətə gəlmiş, lakin ar aşdırılmış sübutlara əsasən sonuncunun şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananın qanunsuz dövriyyəsi ilə bağlı ittiham olunduğu əməli məhz satış məqsədilə törətməsini, yaxud da həmin vasitəni satmasını müəyyən etməyərək onun törətdiyi əməlinin CM-in 234.1-ci maddəsinə tövsif edilməsi haqqında birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşmışdır. Eyni zamanda məhkəmə araşdırılmış sübutların Məhkum məhz həmin maddə ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına al ınması üçün heç bir əsas yoxdur. Əvvəla, yalnız ehimal xarakteri daşıyan kassasiya protestinin dəlillərinə cavab olaraq məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum istintaqa məlum olmayan tarixdə və mənbədən ümumi təmiz çəkisi 9,91 qram olan narkotik vasitəni - qurudulmuş marixuananın əldə edib, həm üzərində, həm də idarə etdiyi avtomaşında saxlamaqla daşımasına və saxlamasına dair təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla tam təsdiq edilir və işin bu faktiki halları dövlət ittihamçısı A.A.Ələkbərov tərəfindən də mübahisələndirilmir. Məhkum bu əməli satış məqsədi olmadan törətməsi haqda məhkəmələrin iş üzrə gəldikləri nəticənin ək sinə olaraq isə, kassasiya protestinin müəllifi hesab edir ki, Məhkum əldə edərək üzərində gəzdirdiyi və daşıdığı narkotik vasitənin şəxs istehlak miqdarından təxminən iki dəfə artıq olması və həmin vasitənin xırda bükümlərdə qablaşdırılması məhkum olunmuş şəxsin ittiham olunduğu əməli məhz satış məqsədilə törətməsinə dəlalət edir. Lakin, iş üzrə ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutların təhlili Məhkum üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin yalnız miqdarına və ayrı-ayrı bükümlərdə qablaşdırılmasına görə sonuncunun həmin vasitəni satış məqsədilə əldə etməsi, daşıması və saxlaması barədə fikir yürütmək üçün əsas vermir, bunu təsdiq edən başqa sübutları isə ibtidai araşdırma orqanı məhkəmələrə təqdim etməmiş, dövlət ittihamçısı da öz kassasiya protestində belə mötəbər və təkzib edilməz sübutlara istinad etməmişdir. Eyni zamanda məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri bilir ki, apellyasiya icraatı zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən çəkişmə prinsipinə uyğun olaraq istər müdafiə, istərsə də ittiham tərəfinə Məhkum törətdiyi cinayətin bütün cəhətlərinə dair öz sübutlarını məhkəməyə təqdim etmələri üçün bərabər şərait yaradılmasına baxmayaraq, həmin icraatda dövlət itihamını müdafiə etmiş prokuror A.A.Ələkbərov bu cinayətin subyektiv cəhətini təsdiq edən əlavə və mötəbər sübutları məhkəməyə təqdim etməyərək onların da araşdırılması barədə vəsatətlər qaldırmamış və məhkəmə iclasında yalnız Məhkum istifadəsində olmuş mobil telefon nömrələrinin anten dairələrinə, həmin nömrələr dən aparılmış danışıqlarına və yazışmalarına dair məlumatların əldə edilməsi barədə vəsatət qaldırmış, məhkəmə tərəfindən də həmin vəsatət təmin edilərək 28 iyun 2024-cü il tarixli qərarla “Azersell” və "xxxx" MMC-lərə müvafiq sorğular göndərilmişdir. Lakin, yuxarıda qeyd olunan məlumatlara dair göstərilən MMC-lərdən məhkəməyə təqdim olunmuş cavablarda da Məhkum ona istinad olunan əməli satış məqsədilə törətməsinə dəlalət telefon danışıqlarının və ya yazışmalarının aparılması müəyyən edilməmiş, onun bu məqsəd izləməsini təsdiq edən digər sübutlar isə, ibtidai araşdırma və birinci instansiya məhkəməsinin məhkəmə iclasında olduğu kimi, apellyasiya icraatı zamanı da əldə edilməmişdir. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərinə əsaslandırılmış və inandırıcı cavab verilməsi üçün is ə araşdırılmış sübutların bir qisminə hazırki qərarda da müraciət etməyi zərur bilir. Belə ki, həm ibtidai araşdırma zamanı, həm də birinci və apellyasiya instansiyası məhkəmələrinin məhkəmə iclaslarında Məhkum özünü yalnız CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilərək göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləməmiş, lakin “Hyundai” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Həmin avtomobil özünə məxsus deyil və onu icarə əsasında idarə etmişdir. Təxminən bir il müddətində o, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmiş və həmin vasitəni tanımadığı şəxslərdən pulla alaraq üzərində saxlamış və sonra siqaretə doldurub çəkmişdir. 3 avqust 2023-cü il tarixdə axşam saatlarında narkotik v asitə almaq üçün o, Bakı Metropoliteninin “Azadlıq” stansiyası yaxınlığına gələrək üzdən tanıdığı və şifahi olaraq narkotik vasitə satmasını bildiyi şəxsi görüb ondan uzun müddət istifadə etmək üçün marixuana satmasını xahiş etmiş, həmin şəxs də ona bu narkotik vasitənin miqdarı barədə sual verdikdə o, 2-3 ay ərzində istifadə edə biləcəyi qədər “nəşə” kimi tanıdığı marixuana lazım olduğunu bildirmişdir. Bundan sonra onlar metronun yaxınlığında heç kəsin olmadığı ağaclar olan yerə keçmiş, orada həmin şəxs bir ədəd kibrit qutusu vermiş və içərisində 12 ədəd bükümdə narkotik vasitə marixuana olmasını bildirmişdir. Kibrit qutusunu açaraq içərisinə baxmış və sayaraq marixuana yerləşdirilmiş bükümlərin sayının həqiqətən 12 ədəd olmasını müəyyən edib narkotik vasitəni satan şəxsə bunun müqabilind ə 80 manat məbləğində pul vermiş, kibrit qutusunu isə götürərək əynində olan şalvarımın cibinə qoymuşdur. Daha sonra o, göstərilən şəxsdən əlavə olaraq yenə də narkotik vasitə istəmiş, sonuncu da ona daha iki ədəd kibrit qutusuna və bir ədəd salfetə yerləşdirilmiş qurudulmuş marixuana vermişdir. Kibrit qutusunun birinin içərisində 4 ədəd büküm olmuşdur. İki ədəd kibrit qutusuna və bir ədəd salfet bükümünə görə o, həmin şəxsə 170 manat pul ödəmiş və oradan uzaqlaşmış, aldığı iki ədəd kibrit qutusunu və bir ədəd salfet bükümünü isə idarə etdiyi avtomaşında gizlətmişdir. 5 avqust 2023-cü il tarixdə saat 17:30 dəqiqədə o, ünvan 6 ünvanın qarşısına gəlmiş və avtomaşında düşüb onun qarşısında dayanan zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb xidməti vəsiqələrini göstərərək Binəqədi RP İ-nin 7-ci PB-nin əməkdaşları olmasını bildirmiş, onların suallarına cavab olaraq o, da özünü təqdim etmiş, lakin üzərində və avtomobilində narkotik vasitə saxladığı üçün həyəcanlanmış və qorxmuşdur. Bu zaman polis əməkdaşları ona birlikdə polis bölməsinə getməyi təklif etmiş, o, da buna etiraz etməmiş və sonuncular onu idarə etdiyi avtomaşınla Binəqədi RPİ-nin 7ci PB-nə aparmışlar. Polis bölməsində xidməti otaqların birində olarkən oraya hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmiş, ona hüquq və vəzifələri izah olunmuş, sonra isə polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə video çəkilişdən istifadə olunmaqla üzərində şəxsi axtarış, avtomaşınına isə baxış keçirilmiş və şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitə həm üzərindən, həm də avtomaşınından aşkar edilərək götürülm üş, təhqiqatçı tərəfindən verilmiş suallara cavab olaraq isə o, həmin narkotik vasitəni əldə etməsinin halları barədə izahat vermişdir. Üzərindən və avtomaşınından aşkar edilmiş narkotik vasitə elektron tərəzi ilə çəkildikdən sonra zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş, zərfin üzəri, habelə axtarışın və baxışın aparılmasına dair protokollar isə iştirakçılar və özü tərəfindən imzalanmışdır. Məhkum həmçinin qeyd etmişdir ki, o, əldə etdiyi narkotik vasitənin hər hansı hissəsini heç kimə satmamış və onu satmaq niyyəti də izləməmiş, ümumiyyətlə narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə heç vaxt məşğul olmamışdır. Cinayət işinin materiallarından görünür ki, Məhkum 5 avqust 2023-cü il tarixdə saxlanılmasına, şübhəli şəxs qismində tutulmasına, onu barəsində 6 avqust 2023- cü il tarixdə CM-in 234.1-ci maddəsi ilə cinayət işinin başlanmasına əsas təhqiqat zamanı əldə edilmiş sübutlar, yəni Məhkum qanunsuz olaraq üzərində psixotrop maddələr və narkotik vasitələr gəzdirməsi barədə Binəqədi RPİ-nin 7-ci PB-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid1 icraatına daxil olmuş əməliyyat məlumatı (5 avqust 2023cü il tarixli raport), həmin məlumata əsasında sonuncu tərəfindən qəbul edilmiş əməliyyat- axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 5 avqust 2023-cü il tarixli qərar, şübhəli şəxsin üzərində şəxsi axtarışın aparılması və idarə etdiyi avtomaşına baxışın keçirilməsi haqqında eyni tarixli protokollar, sonunucunun izahatı və şübhəli şəxs qismində verdiyi ifadələri və məhkəmə-bioloji ekespertizasının 6 avqust 2023-cü il tarixli 7/1 128 saylı rəyi olmuşdur ki, bu ilkin sübutlarla məhkumun ona istinad olunan narkotik vasitəni məhz satış məqsədilə əldə edərək üzərində və avtomaşınında saxlayıb daşıması müəyyən edilməmişdir. Buna baxmayaraq, ibtidai araşdırma orqanı tərəfindən yalnız aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananın xırda bükümlərdə qablaşdırılması əsası ilə onun törətdiyi cinayət əməlinin CM-in 234.2-ci maddəsi ilə tövsif edilməsi barədə 7 avqust 2023-cü il tarixli qərar qəbul olunmuş, Məhkum həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və onun barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimatın verilməsi üçün vəsatətlə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora müraciət olunsa da, sonuncu bu vəsatəti müdafiə etməkdən və onun təmin e dilməsi üçün məhkəməyə təqdimat verməkdən imtina etmişdir. Həmçinin, cinayət işi üzrə ibtidai araşdırma zamanı toplanmış və birinci instansiya məhkəməsinə təqdim olunmuş sübutların təhlili göstərir ki, həmin sübutlarla da Məhkum üzərindən və idarə etdiyi avtomaşından aşkar edilərək götürülmüş narkotik vasitəni məhz satış məqsədilə əldə edərək saxlaması və daşıması müəyyən edilməmiş, iş üzrə kassasiya protestində də ifadələrinə istinad olunan polis əməkdaşları Şahid1 və Şahid2 şahid qismində dindirilərkən, hər birisi ayrı-ayrılıqda cinayətin subyektiv cəhətinə aid olan halın müəyyən edilməsini inandırıcı şəkildə əsaslandıra bilməmiş, bu hala dair hər hansı sübuta istinad etməmiş və məhkum olunmuş şəxsin narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə də əməliyya t məlumatının olmasını bildirsələr də, bu hala dair hər hansı mötəbər sübutlar əldə etmədiklərini, bu istiqamətdə əməliyyataxtarış tədbirlərinin davam etdirildiyini və bu tədbirlərin nəticələri barədə əlavə məlumat verəcəklərini göstərmişlər. Eyni məzmunda məlumat həmçinin ibtidai araşdırma orqanının verdiyi əməliyyat tapşırığına cavab olaraq 7-ci PB-dən həmin orqana göndərilmiş 2 noyabr 2023-cü il tarixli 9468/2023 saylı məktubda da əksini tapmış, lakin ibtidai araşdırmanın sonrakı mərhələsində və məhkəmə iclaslarında Məhkum narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasına dair heç bir sübut cinayət təqibini aparan orqanlara təqdim olunmamış və məhkəmələr də belə sübutları araşdırmamışlar. Qeyd olunmalıdır ki, Məhkum istifadəsində olan mobil telefon nömrələrindən ap arılmış danışıqlarına və yazışmalarına və həmin nömrənin anten dairəsinə dair “Azersell” və “Baksell MMC-lərdən apellyasiya instansiyası məhkəməsinə təqdim olunmuş məlumatlara baxış nəticəsində də iş üçün əhəmiyyət kəsb edən, yəni Məhkum narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmasına dəlalət edən zənglər, danışıqlar və yazışmalar aşkar olunmamışdır. Kassasiya protestində Məhkum kannabionidlərin, o cümlədən qurudulmuş marixuananın qəbulu nəticəsində nəticəsində yaranmış asılılıq sindromunun (narkomaniya xəstəliyinin) yaranması, bu xəstəlikdən əzab çəkməsi və məcburi müalicəyə ehtiyacının olması barədə məhkəmə-narkoloji ekspertizasının 9 avqust 2023-cü il tarixli 5098 saylı rəyinə istinad edilməsə də, məhkəmə kollegiyası hesab edir ki, bu rəyin özü də Məhkum onun üzərindən aşkar edilərək götürülmüş qurudulmuş marixuananı satış məqsədilə deyil, həmin narkotik vasitəni narkomaniya xəstəliyindən əzab çəkən şəxs kimi öz istifadəsi üçün əldə edərək saxlamasını və daşımasını bir daha təsdiq edir. Qeyd olunan rəydən çıxış edərək məhkəmə kollegiyası Məhkum bir dəfəyə ittihamda göstərilən bükümlərdə narkotik vasitəni uzun müddət ərzində şəxsi istifadəsi üçün əldə etməsini də ağlabatan sayır və bu qənaəti ilə bağlı həmçinin vurğulayır ki, onun özünün bu vasitəni ayrı-ayrı bükümlərə qablaşdırıması toplanmış və araşdırılmış sübutlarla müəyyən edilməmiş, narkotik vasitənin satışını həyata keçirmək üçün isə onun üzərində və ya idarə etdiyi avtomaşında hər hansı avadanlıq, ən azından elektron tərəzi aşkar olunmamışdır. Bütün təsvir edilmiş sübutlara əsaslanaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, işə mahiyyəti üzrə baxan məhkəmələr tam haqlı olaraq və təqsirsizlik prezumpsiyası prinsipinə əməl edərək Məhkum onun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni məhz satış məqsədilə əldə etməsini müəyyən etməyərək ona qarşı irəli sürülmüş ittiham üzrə CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqqında ehtimal xarakterli yekun məhkəmə aktlarını qəbul etməkdən imtina etmişlər. Göründüyü kimi, Məhkum satış məqsədilə narkotik vasitənin və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə bağlı CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi haqda ibtidai araşdırma orqanının gəldiyi nəticə və kassasiya protestinin bununla bağlı dəlilləri yalnız ehtimallara və mülahizələrə söykənmiş, topl anmış və araşdırılmış hər hansı sübutla təsdiq olunmur və bu nəticə apellyasiya protestinə baxılması zamanı da apellyasiya instansiyası məhkəməsi tərəfindən ətraflı yoxlanılaraq araşdırılmış mötəbər sübutların məcmusu ilə təkzib edilmşdir. Birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin qərarında bütün bu sübutlar ətraflı təsvir olunmuş və məhkəmələr bununla kifayətlənməyərək hər bir sübutu ayrı-ayrılıqda və məcmu şəklində qiymətləndirərək Məhkum yalnız CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti, yəni satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini əldə edərək saxlaması və daşımasının tam sübuta yetirilməsini hesab etmiş, onun bu əməli satış məqsədilə törətməsinə dair isə heç bir sübut əldə olunmamışdır. Bundan başqa, Məhkum törətdiyi cinayətin predmeti olan narkotik vasitənin satılacağı müqabilində onun kimdənsə və hər hansı məbləğdə pul vəsaiti alması, yaxud hansısa gəlir əldə etməsi, belə fəaliyyəti həyata keçirmək üçün hansısa avadanlıqdan, o cümlədən tərəzidən istifadə etməsi də toplanmış və araşdırılmış sübutlarla müəyyən edilmir, halbuki bu halların da sübuta yetirilib-yetirilməməsi məhkum olunmuş şəxsin əməlinin düzgün tövsif edilməsi üçün mühüm əhəmiyyət kəsb etmişdir. Hazırki cinayət işinin materiallarından göründüyü kimi, istər birinci, istərsə də apellyasiya instansiyası məhkəməsi məhkəmə iclaslarında cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmələri üçün bərabər şərait və imkanlar yaratmış və cinayət işinə baxarkən yalnız ittiham tərəfinin təqdim etdiyi sübutlar araşdırılmış və tədqiq olunmuş, bu araşdırmaların və sübutların təhlilinin nəticəsi olaraq isə Məhkum törətdiyi cinayət əməlinin hüquqi tövsif ilə bağlı eyni qənaətə gəlmişlər. Buna görə məhkəmə kollegiyası bütün şərh olunanlara qanuna müvafiq qaydada qiymət verib Məhkum əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif edilməsi barədə nəticəyə gələn məhkəmələrin qanunvericiliyin yuxarıda göstərilən tələblərinə də əməl etməklə əsaslı olaraq bütün şübhələri onun xeyrinə həll etmələrini qanuni və əsaslı sayır. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, ibtidai araşdırma orqanı tərəfindən Məhkum təqsirləndirildiyi CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin dispozitiv əlamətlərinin həmin cinayətin obyektiv cəhətinə aid olan hissəsi mübahisəsiz s übut olunsa da, bunlar sonuncunun əməlində qeyd olunan maddədə nəzərdə tutulmuş cinayət tərkibinin mövcud olmasına kifayət etmir. Belə ki, CM-in 234.2-ci maddəsində satış məqsədinin konkret göstərilməsi o deməkdir ki, əvvəla bu əlamət əməlin subyektiv cəhətini xarakterizə edən tərkib əlamətidir və həmin əlamətlərin yoxluğunda, yaxud onun müəyyən edilməsi sübuta yetirilmədiyi halda təqsirkarın əməlində CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olmasından söhbət gedə bilməz. Bunun üçün isə aşağıda qeyd olunan şərtlərin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: - şəxs CM-in 234.2-ci maddəsinin dispozisiyasında göstərilən əməlləri satış məqsədilə törətməli, yaxud da narkotik vasitələrin və ya psixotrop maddələrin satışını həyata keçirməlidir; - şəxs belə əməlləri qanunsuz etməlidir. Bu zaman narkotik vasitənin və ya psixotrop maddənin miqdarı heç bir əhəmiyyət kəsb etmir. Belə tələb həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun müddəalarından və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrdən də irəli gəlir. Belə ki, göstərilən Qanunun 1.0.11-ci maddəsinin əsasən, narkotik vasitələrin və psixotrop maddələrin q anunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarın 8 və 9-cu bəndlərində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayar aq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilmişdir ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymə tləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə Məhkum əməlinin hüquqi tövsifi barədə qanuni və əsaslı nəticəyə gələn məhkəmələr, kassasiya protestinin dəlillərinin əksinə olaraq, onun narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı törətdiyi cinayət üzrə işə baxarkən Ali Məhkəmənin Plenumunun məhkəmələrə ünvanladığı izah və tövsiyələrə də tam əməl etmiş və bunlardan çıxış edərək məhkum olunmuş şəxsin əməlinin başqa cür ixtisaslaşdırılması üçün əsaslar görməmişlər. Məhkəmə kollegiyasının qənaətinə görə, məhz əldə olunmuş və araşdırılmış bütün sübutların fonunda məhkəmələr tamamilə qanuni və əsaslı olaraq Məhkum istinad olunan cinayətin subyektiv cəhətinə aid olan əlamətin olmasının təsdiq edilməsi ilə (narkotik vasitəni satış məqsədilə əldə etməsi, saxlaması və daşıması) bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə ilə razılaşmamış, məhkum olunmuş şəxs tərəfindən yalnız bu vasitəni çoxsaylı bükümlərdə əldə edib saxlamasına və daşımasına dair cinayətin obyektiv cəhətinə aid olan hərəkətlərin edilməsini müəyyən etmiş və buna görə əldə olunmuş bütün sübutları tədqiq edib onları CPM-in 1 43-146-cı maddələrinin tələblərinə müvafiq olaraq qiymətləndirməklə sonuncunun həmin əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif edilməsində səhvə, yəni nəticə etibarı ilə CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verməmişlər. Belə olan halda məhkəmə kollegiyası dövlət ittihamçısı A.A.Ələkbərovun kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq həmin dəlilləri qəbul edilməz sayır və bu protestin təmin edilməsi üçün heç bir əsas görmür. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək belə nəticəyə gəlir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya protesti təmin edilməməklə Məhkum CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apell yasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 sentyabr 2024-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 sentyabr 2024-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-326/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-326/2025
21.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver