Məhkəmə qərarları › İş №1(102)-327/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-327/2020

23.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-327/2020 23.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Cəlilov Aydın Əli oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Məmmədli Günay Hüseynxan qızının iştirakı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Məhk um Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 182.1, 221.3 və 228.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxx 2018-ci il tarixli hökmündən Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə (hakimlər N.A.Kərimov (sədrlik edən və məruzəçi) R.A.Allahverdiyeva və T.X.Nəsrullayevadan ibarət tərkibdə) Məhkum, xx xxx 1989-cu il tarixdə Astara rayonunun Vaqo kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, heç yerdə işləməyən, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli hökmü ilə CM-ni n 221.3-cü maddəsi ilə təqsirli bilinib 4 (dörd) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2014-cü il tarixli qərarına əsasən, ona həmin hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 3 (üç) ilədək endirilmiş, Salyan Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli hökmü ilə CM-nin 317.1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və ya götürülməmiş, Astara rayonunun ünvan1də qeydiyyatda olan və yaşayan CM-nin 182.1, 221.3 və 228.4-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 182.1-ci maddəsi ilə 3 (üç) il 8 (səkkiz) ay müddətə, CM-nin 221.3-cü maddəsi ilə 4 (dörd) il 6 (altı) ay müddətə, CM-nin 228.4-cü maddəsi ilə 9 (doqquz) ay müddətə, CM-nin 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmüsü üzrə 7 (yeddi) il 2 (iki) ay müddətə, CM-nin 66.5-ci maddəsinə əsasən isə ona Salyan Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli hökmü ilə təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası 7 (yeddi) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla o, qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə X23, X17, X24, X4, X15, X25, X16 və X31 da CM-nin müxtəlif maddələri ilə təqsirli bilinərək müvafiq müddətlərə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşlar. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum xx xxxxx 2016-cı il tarixdə, saat 01:02-də Bakı şəhərində X25 ilə X1 evində olarkən, X8 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edib ona əvvəllər başqa şəxsin ondan tələb etdiyi hər ay 3.000 manat pulu ödəməyi bildirib əks halda onun özünə və ailə üzvlərinə qarşı zor tətbiq edəcəyi ilə hədələyib təxirə salmadan onunla görüşməyi tələb etmiş, X18 isə hazırda evdə olduğunu bildirib həmin vaxtda görüşə bilmədiyini deyib, səhərisi gün görüşəcəyini vəd edərək, tanışı X6 Məhkum əvvəllər məhkum olunduğunu, tək gəzmədiyini, gözlənilməz hərəkətlər etdiyini, onunla tək görüşməyin məqsədə uyğun olmadığını öyrənib görüşə gedərsə, gözlənilməz dava-dalaşa yol verməmək üçün yaxın yoldaşları ilə getmək barəsində Samir Allahyarovun məsləhətini nəzərə alıb yaxın münasibətdə olduğu tanışları ilə bi rlikdə Məhkum Badamdar qəsəbəsində yerləşən “Bulaq” restoranına qonaq kimi dəvət edib Məhkum ilə söhbət edib ondan pulun hansı əsasla tələb edildiyini aydınlaşdırmaq qərarına gələrək, X17 və X25 birlikdə Məhkum ilə görüşə getməyi qərarlaşdırıb tanışları X9, X10 və X26 isə yemək adı ilə həmin restorana dəvət edib bu şəxslərin məlumatı olmadan və onların razılıqları soruşulmadan özü qanunsuz olaraq, başqa mənbədən əldə etdiyi atəş üçün yararlı, odlu-yivli silah «xxxx» nömrəli, 7,62 mm çaplı «Naqan» sistemli tipli tapança ilə, X17 isə qanunsuz olaraq, başqa mənbədən əldə etdiyi atəş üçün yararlı, «xxx» nömrəli, 9 mm çaplı «Makarov» tipli yivliodlu silah tapança ilə silahlanıb Badamdar qəsəbəsində yerləşən “Bulaq” restoranının 3 saylı otağına gəlib Məhkum olduqları yer barəsində məlumat verib sonuncunu oraya dəvət etmişdir. Məhkum da başqa mənbədən qanunsuz olaraq, soyuq silah olan bıçaq əldə edib üzərində gəzdirərək, bu barədə və görüşün məqsədini tanışı X3 bildirmədən sonuncuya Badamdar qəsəbəsində beş dəqiqəlik işinin olduğunu deyib onunla getməyi təklif edib A1 birlikdə başqasının idarə etdiyi “Priori” markalı avtomobillə Badamdar qəsəbəsi istiqamətində hərəkətdə olarkən, yolda X19 Badamdar qəsəbəsində maşınsız olduğunu bildirib maşın varsa, Badamdar qəsəbəsinə gəlib onu götürmək adı ilə X28 qəsəbəsinə yanacaqdoldurma stansiyasına çağırıb orada onunla görüşüb ona işin mahiyyətini bildirmədən “Bulaq” restoranında beş dəqiqəlik işinin olduğunu deyib A2 onu oraya aparmağı xahiş etmişdir. X24 da idarə etdiyi başqa şəxsə məxsus maşınla Məhkum saat təxminən 21 radələrində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi-1 ünvanında yerləşən “Bulaq” restoranındakı 3 nömrəli otağa gətirmişdir. Məhkum otağa daxil olarkən, X17 “salam Fuad” dedikdən sonra Məhkum heç bir səbəb olmadan X18 tərəfindən məqsədli şəkildə ona qarşı tələ qurulduğu qənaətinə gəlib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər edərək, üzərində gəzdirdiyi soyuq silah hesab edilən bıçaqla A3 sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin olunmayan - sağ yanağın və boyunun yan səthinin yuxarı 1/3-nin sıyrıq-cızığı kimi xəsarətlər yetirmiş, A3 də ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması i lə müşayiət olunun hərəkətlər edərək, qanunsuz olaraq əldə etdiyi, üzərində gəzdirdiyi və özündə saxladığı odlu silah olan «XXX» nömrəli, 7,62 mm çaplı «Naqan» tipli revolverdən atəş açaraq, Məhkum dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid - sol budun orta 1\3-nin yumşaq toxumalarını zədələyən kor xəsarət yetirmiş, X4 və X24 da Məhkum ilə həmrəylik nümayiş etdirərək, yuxarıda göstərilən qaydada qrup halında həm restoranın otağının içərisində, həm də restoranın həyətində X13 və onunla birlikdə restorana gəlmiş şəxslərə qarşı zor tətbiq edib onlara qarşı zorakılıq hərəkətləri edərək, AA sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən - döş qəfəsinin ön sağ yan səthinin və sağ kürəkaltı nahiyənin qançırla rı kimi, A4 küt əşyanın təsirindən törənməyə xarakterik sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən - sağ xarici qulaq keçəcəyi nahiyəsinin sıyrığı, döş qəfəsinin ön səthində sağ körpücükaltı nahiyənin qançırı, sağ və sol diz oynaqlarının ön səthlərinin sıyrıqları, sağ əl pəncəsinin arxa səthinin qançırı və sıyrıqları ilə müşayiət olunan xəsarətlər yetirmişlər. X17, X15, X16, X31 isə X18 ilə həmrəylik nümayiş etdirərək, yuxarıda göstərilən qaydada qrup halında Məhkum ilə X3 və X19 zor tətbiq edib Samir Allahyarov qanunsuz əldə etdiyi, üzərində gəzdirdiyi və saxladığı odlu silah olan «XXX» nömrəli, 9 mm çaplı «Makarov» tipli tapançadan ümumi təhlükəli üsulla atəş açaraq, Məhkum dərəcələrinə görə hər biri ayrı-ayrılıqda, eləcə də, ümumilikdə sağlamlığın qıs a müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid- döş qəfəsinin ön səthinin sağ yarısının və sağ saidin yumşaq toxumalarını zədələyib dəlib-keçən, A2 dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid - sağ əlin İ barmaq sümüklərinin çoxqəlpəli açıq sınığı və yumşaq toxumalarının zədələnməsi ilə müşayiət olunan xəsarətlər yetirmiş, restoranın başqa müştərilərindən birinin restoranın həyətində saxladığı «XXX» XXX dövlət nömrə nişanlı avtomaşının arxa sağ sərnişin qapısını zədələmiş, Süleyman Abdullayevə bərk küt əşyanın təsirindən törənməyə xarakterik dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid- başın tüklü hissəsində, sol təpə-gicgah nahiyəsinin və sağ mil-bilək oyn ağının arxa iç səthinin əzilmiş yaraları və sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarından dərəcələri təyin edilməyən - sol dirsək oynağının arxa bayır və arxa səthlərinin, sol saidin yuxarı 1\3-nin arxa-bayır səthinin, sağ əl pəncəsinin arxa səthində, İİ daraq-əsas falanqa oynağının, sol əl pəncəsinin V barmağının orta falanqasının arxa, İİ barmağının əsas falanqasının arxa-iç səthlərinin sıyrıqları kimi xəsarətlər yetirilib qərəzli xuliqanlıq hərəkətləri edərək, restoranın normal fəaliyyətini, restoranda olan vətəndaşların istirahətini qarşılıqlı şəkildə pozub restoranda qabların, divar kağızının, pərdənin və digər əşyaların məhv edilməsi nəticəsində restorana 416 manat məbləğində ziyan vurub hadisə yerindən qaçmışlar. X15 hadisə yerindən qaçdıqdan sonra təxminən xx xxxxx 2016-cı il tarixdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsinin ərazisində başqa mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq, xalis çəkisi 7,28 qram olan narkotik vasitə hesab edilən qurudulmuş marixuananı əldə edib üstündə saxlamaqla daşıyıb gəzdirmiş, həmin tarixdə saat 22:30 radələrində o, ünvan 3 ünvanın qarşısında Səbail RPİ-nin 41-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq, 41-ci Polis Bölməsinə gətirilmiş, orada üzərində aparılmış şəxsi axtarış zamanı 2 ədəd kibrit qutusunda olan həmin narkotik vasitə onun əynindəki gödəkçənin sağ yan cibindən aşkar edilərək, götürülmüşdür. Hökmdən dövlət ittihamçısı R.İsmayılov tərəfindən verilmiş apellyasiya protestinə, müdafiəçilər Ü.Yusifov, V.Babaye v, A.Məmmədov, Müdafiəçi və R.Mirmehdizadə, Q.Cənnətov, Ə.Kazımov, E.Ələmov və məhkumlar X25, X15 və X31 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ((hakimlər Qasımov Faiq Adil oğlu (sədrlik edən və məruzəçi), Mirzəyev Sahibxan Arzuman oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə) xx xxx 2018-ci il tarixli hökmü ilə apelyasiya protesti təmin edilmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ləğv edilərək apellyasiya instansiyası məhkəməsinin yeni hökmü ilə Məhkum CM-nin 182.2.1, 221.3 və 228.4-cü maddələri ilə təqsirli bilinərək, CMnin 182.2.1-ci maddəsi ilə 6 (altı) il müddətə, CM-nin 221.3-cü maddəsi ilə 4 (dörd) il 6 (altı) ay müddətə, (CM-nin 228.4-cü maddəsi ilə CM-nin 75.1-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyətinə cəlb etmə müddəti keçməsi ilə bağlı cəza təyin edilməmişdir), CM-nin 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə 9 (doqquz) il 2 (iki) ay müddətə, CM-nin 66.5-ci maddəsinə əsasən isə ona Salyan Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli hökmü ilə təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası 9 (doqquz) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla o, qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxx 2018-ci il tarixli hökmündən Məhkum müdafəçisi Müdafiəçi kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin hökmünün hüquqlarını müdafiə edən şəxsə münasibətdə ləğv edilməsini və Məhkum barəsində bəraətverici əsaslarla qərar qəbul edilməsini xahiş etmişdir. İşin hallarını mübahisələndiriən Müdafiəçi kassasiya şikayətini belə əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlar tam, hərtərəfli və obyektiv tədqiq edilməmiş və işin faktiki hallarına uyğun qaydada həmin sübutlara düzgün hüquqi qiymət verilməmiş, Məhkum elan edilmiş ittihamın sübuta yetirilməməsi nəzərə alınmamış və bu baxımdan onun barəsində qanunsuz hökm çıxarılmışdır. Kassasiya şikayətinin müəllifi qeyd edir ki, məhkəmə istintaqı zamanı Məhkum özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilmiyərək ifadə verməkdən imtina etmiş, məhkəmə istintaqı zamanı dindirilmiş digər təqsirləndirilən şəxslər, şahidlər isə onun Qaranizadədən pul tələb etməsini təsdiq etməmiş və eyni zamanda hüquqlarını müdafiə etdiyi şəxsin bıçaqdan istifadə etməməsi və hədə-qorxu gəlməməsi barədə ifadələr vermişlər. Apellyasiya instansiyası məhkəməsi isə sübutlara düzgün hüquqi qiymət verməmiş və bütün mümkünsüz sübutları Məhkum əleyhinə şərh etmişdir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli iclasına təyin edilmiş və bu haqda cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmışlar. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından Məhkum ərizəsi daxil olmuşdur. Ərizədə o, Bakı Apellyasiya Məhkəməsinin cinayət Kollegiyasının xx xxx 2018-ci il tarixli hökmündən müdafiəçisi Müdafiəçi verdiyi kassasiya şikayətini geri götürdüyünü bildirərək həmin şikayətin baxışdan çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti kassasiya instansiyası məhkəməsində baxılanadək həmin şikayəti vermiş şəxs onu geri götürmək hüququna malikdir. CPM-nin 414.5-ci maddəsinin müddalarına görə, məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası kassasiya şikayətinin geri qaytarılması barədə dövlət ittihamçısının çıxışını dinləyib iş materiallarını, o cümlədən Məhkum ərizəsini nəzərdən keçirərək və qanunvericiliyin tələblərinə əsaslanaraq Müdafiəçi kassasiya şikayətinin geri qaytarılmasını mümkün bilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 414.1 və 414.5 maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Azərbaycan Respublikası CM-nin 182.2.1, 221.3 və 228.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxx 2018-ci il tarixli hökmündən Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar