Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-327/2021 04.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli ilkin baxış qərarından Məh kum verdiyi kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim M.Ə.Abdullayev, hakimlər E.İ.Əliyev və C.C.Nəbiyevdən ibarət məhkəmə tərkibi) Məhkum (xx xxxxx 1969-cu ildə Lənkəran rayonunun Aşağı Nüvədi qəsəsbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməmiş, Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsində qeydiyyatda olmaqla yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin xx xxxxxxxx 2016-cı il tarixdən h esablanması qərara alınmışdır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərarı ilə (hakim M.Ə.Abdullayev) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmündən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə məhkum tərəfindən verilmiş vəsatət təmin olunmamışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli ilkin baxış qərarı ilə (sədrlik edən hakim R.M.Cəfərov, hakimlər F.K.Soltanov və E.İ.Əliyevdən ibarət məhkəmə tərkibi) Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, buraxılmış prosessual müddətin bərpa olunmasına dair vəsatətin rədd olunması haqqı nda Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli ilkin baxış qərarından Məhkum kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qarşısında qaldırdığı vəsatətdə qeyd etdiyi üzrlü səbəb olduğu, yəni xəstəlik səbəbindən hökmdən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən olunmuş prosessual müddəti buraxdığı halda, məhkəmə onun prosessual müddətin bərpası haqqında vəsatətini əsassız və qanunsuz olaraq təmin etməmiş, apellyasiya instansiyası məhkəməsi də əsassız dəlilər gətirməklə həmin qərarı dəyişdirilmədən saxlamışdır. Məhkum kassasiya şikayəti ndə göstərilən hallara görə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli ilkin baxış qərarının ləğv edilməsini və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair qərarın qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum Azərbaycan Respublikası CPM-in 391.3.3-cü maddəsinin nəzərdə tutduğu prosessual müddətin bərpası məsələsi üzrə qərarı mübahis ələndirdiyindən (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.20-ci maddəsində göstərilən hal) kollegiya onun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli ilkin baxış qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 384.1 və 384.1.1-ci maddələrinə görə məhkum edilmiş şəxs ittiham hökmündən onun elan olunduğu andan 20 gün müddətində apellyasiya şikayəti verə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya m üvafiq qərarın sutərinin ona verildiyi andan 20 gün müddətində verilir (CPM, maddə 384.2). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 203.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı müddətlər keçdikdən sonra aparılan prosessual hərəkətlər (yəni, o cümlədən hökmdən apellyasiya şikayətinin verilməsi və həmin şikayət üzrə apellyasiya icraatının başlanılması) müddət bərpa edilməmişsə, etibarsız sayılır. CPM-in 203.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı üzrlü səbəblərə görə buraxılmış müddət maraqlı şəxsin vəsatəti və ya xahişi ilə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə bərpa olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 386-cı maddəsi də birinci instansiya məhkəməsinin hökmündən və yaxud qərarından apellyasiya şikayəti v erilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət buraxıldıqda, bu aktlardan şikayət verilməsi imkanını müddətin üzrlü səbəblərdən buraxılması və CPM-in 386.2-ci maddəsində nəzərdə tutulmuş prosedur daxilində bərpa edilməsi ilə şərtləndirmişdir. Cinayət işinin materiallarına görə Məhkum barəsində olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ittiham hökmü xx xxxxxx 2017-ci il tarixdə çıxarılmış, hökmün surəti xx xxxxxx 2017-ci ildə onun alınmasına dair qəbzə imza edilməklə həbsdə olan Məhkum rəsmən verilmişdir (i.v.263). Hökm elan olunduqdan dərhal sonra məhkəmə iclas zalında, eləcə də məhkuma təqdim olunmuş hökmün nəticə hissəsinin xüsusi müddəasında Məhkum hökmdən apellyasiya şikayəti verilməsi müddətinə və qaydasına dair izahın verilməsinə baxmayaraq, o, yalnız xx xxx 2020-ci ildə, y əni hökmün surətinin onun tərəfindən alındığı gündən 3 il 3 aydan artıq vaxt keçdikdən sonra apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi haqqında vəsatətlə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə müraciət etmişdir. Qeyd olunan hallar Məhkum birinci instansiya məhkəməsinin hökmündən qanunla müəyyən edilmiş müddət daxilində apellyasiya şikayəti verməməsinin hökmün surətinin ona vaxtında verilməməsindən və yaxud apellyasiya şikayəti vermək hüququnu və şikayətin verilməsi qaydasını bilməməsindən irəli gəlmədiyini göstərir (yəni, belə hallar ümumiyyətlə mövcud olmamışdır). Məhkum xəstəlik keçirməsi səbəbindən vaxtında apellyasiya şikayəti verə bilməməsi barədə iddiasına gəldikdə, cinayət işinin materiallarından görünür ki, o, müvafiq sübutlar təqdim etmədən həm in iddianı irəli sürmüş, birinci instansiya məhkəməsi qarşısında qaldırıdığı vəsatətində, apellyasiya və yaxud kassasiya şikayətlərində nə kimi xəstəlik keçirməsi, xəstəliyin nə qədər sürməsi, hansı dövrləri əhatə etməsi, nə vaxt stasionar və yaxud ambulator qaydada müalicə olunması barədə konkret faktlar gətirməmişdir. Təsvir olunanlardan görünür ki, Məhkum obyektiv olaraq birinci instansiya məhkəməsinin hökmündən vaxtında apellyasiya şikayəti vermək imkanından məhrum edən hər hansı bir hal mövcud olmamış, yəni onun Azərbaycan Respublikası CPM-in 384.2 maddəsinin tələb etdiyi prosessual müddət daxilində xx xxxxxx 2017-ci il tarixli hökmü apellyasiya qaydasında mübahisələndirməməsi birinci və apellyasiya instansiyası məhkəmələrinin müvafiq olaraq xx xxx 2020-ci il və xx xxxxxx 2020-ci il tarixli qərarlarda müəyyən etdikləri kimi, üzrlü hallardan baş verməmişdir. Odur ki, kollegiya buraxılmış müddətin bərpa olunmasına dair Məhkum vəsatətinin təmin edilməməsi haqqında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərarını və həmin qərarın dəyişdirilmədən saxlanılmasına dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli ilkin baxış qərarını əsaslı və qanuni hesab edir və baxılan işdə CPM-in 416.0.20-ci maddəsində təsbit edilmiş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini, dəyişdirilməsini şərtləndirən əsasın olmaması haqqında nəticəyə gəlir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya ş ikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan xx xxxxxx 2020-ci il tarixli ilkin baxış qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli ilkin baxış qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-327/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-327/2021
04.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver