Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-327/2023 19.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, Məhkum və məhkumun müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 iyul 2022-ci il tarixli qərarından Məhkum müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi3 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavəyə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (hakim Teymur Qurbanov) 05 may 2022ci il tarixli, 1(002)-70/2022 nömrəli hökmü ilə xx xxxxx 1994-cü il tarixdə Zərdab rayonunun Çallı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Zərdab rayonunun Çallı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsi fərdi tikilmiş evdə kirayədə yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.2.2 və 177.2.3cü maddələri ilə təqsirli bilinərək, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəli 22 noyabr 2021-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən təqsirləndirilən şəxs Məhkum tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 09 iyul 2021-ci il tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 51-ci küçədə yerləşən 1 saylı fərdi yaşayış evinə bitişik olan saxlanc yeri hesab edilən hasarlanmış torpaq sahəsindən 1 ədəd dördbucaqlı formada su tutumu 8 kub metr olan 900 manat dəyərində, 1 ədəd dördbucaqlı formada su tutumu 10 kub metr olan 1300 manat dəyərində, həmçinin hasarın çöl tə rəfində olan 1 ədəd silindr formasında su tutumu 8 kub metr olan 1000 manat dəyərində su çənlərini sifariş əsasında oraya gəlmiş Şahid4 idarə etdiyi “Man” markalı, **-EX-*** dövlət qeydiyyat nişanlı avtokranla gizli talayıb Zərərçəkmiş şəxs3 3200 (üç min iki yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə 14 iyul 2021-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 60-cı küçədə yerləşən nömrəsiz fərdi yaşayış evinin qarşısından Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd silindr formasında, su tutumu 15 kub metr olan 2200 manat dəyərində su çənini sifariş əsasında oraya gəlmiş Şahid7 idarə etdiyi “Faw” markalı **-JN-*** dövlət qeydiyyat nişanlı evakuatorla gizli talayı b, Zərərçəkmiş şəxs1 ümumilikdə 2200 (iki min iki yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə 18 noyabr 2021-ci il tarixdə saat 17 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi 48/48 ünvanında yerləşən ətrafı mişar daşı ilə hasarlanmış bağ sahəsinə giriş darvazasının üzərində olan qıfılı oradan tapdığı çəkiclə vurub sındıraraq saxlanc yerinə qanunsuz daxil olmaqla, sifariş əsasında oraya gəlmiş Şahid2 idarə etdiyi “İveco” markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtokranla orada olan 1 ədəd 1500 manat dəyərində dəmir materialdan hazırlanmış 5 ton su tutumlu çəni və 1 ədəd 1000 manat dəyərində dəmir materialdan hazırlanmış vaqonu gizli talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs2 cəmi 2500 (iki min beş yüz) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Həsən Əhmədov (sədrlik edən və məruzəçi), Habil Məmmədov və İlqar Murquzov) 07 iyul 2022-ci il tarixli, 1(103)-1284/2022 nömrəli qərarı ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmış, məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi3 kassasiya şikayətləri verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 iyul 2022-ci il tarixli qərarının ləğv edilməsi və ona təyin edilmiş cəza müddətinin yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlil ləri: Kassasiya şikayətinin dəlillərini Məhkum müdafiəçisi Müdafiəçi2 onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi kimi cinayətin ağırlığını Məhkum şəxsiyyətini səciyyələndirən hallar üç zərərçəkmiş şəxslərdən birinin maddi ziyanı ödənilməsi nəzərə almamışdır. Bu səbəbdən də Məhkum barəsində təyin olunmuş cəzanı ədalətli hesab etmək olmaz. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarlarin şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasina və onun ailəsinin həyat şəraitinə təsirini tam şəkildə nəzərə almamışdır. Məhkum ailəlidir, öhdəsində iki azyaşlı övladi var, törətdiyi əməli etiraf etmiş, əməlindən səmimi peşm andır, yaşadığı yerdən müsbət xarakterizə olunmuşdur, zərərçəkmiş şəxslə barışığa cəhd etmişdir, cinayətin nəticəsində vurmuş ziyan ödəmək niyyətində olduğunu bildirmişdir. Qeyd olunmalıdır ki, 07 iyul 2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasinda vəkil tərəfindən X4 ona vurulmuş maddi ziyanin Məhkum atası Cahid Mahmudov tərəfindən ödənilməsi və məhkuma qarşı hər-hansi tələbin olmaması barədə notariat qaydasında təsdiq edilmiş ərizəsi təqdim edilmişdir. Həmin halın məhkumun vəziyyətini yüngülləşdirən hal kimi əhəmiyyətli olmasına baxmayaraq, apellyasiya məhkəməsi tərəfindən buna nəinki qiymət verməmiş, onu qərarda belə göstərməmişdir. Bununla belə apellyasiya məhkəməsindən sonra da digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 Məhkum törətdiyi cinayət əməli nəticəsin də dəymiş maddi ziyan Cahid Mahmudlu tərəfindən ödənilmişdir. Ziyanin ödənilməsi və Məhkum qarşı heç bir iddia tələbi və şikayətin olmaması barədə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 notariat qaydasında təsdiqlənmiş etirazlar kassasiya şikayətinə əlavə olunmuşdur. Hazırkı işdən isə görünür ki, cinayət işində zərərçəkmiş kimi keçən X7, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 vurulmuş maddi ziyan Məhkum atası tərəfindən tam ödənilmiş, onlarla danışıq əldə edilmişdir. Qeyd olunanlar onu göstərir ki, Məhkum təyin olunmuş cəzanın yüngülləşdirilməsinə əsas var, apellyasiya məhkəməsinin qərarına dəyişiklik edilməklə onun cəzası yüngülləşdirilə bilər. Müdafiə tərəfi hesab edir ki, sadalanan hallar nəzərə alınmadan Məhkum 3 il azadlıqdan məhrumetmə cəzasının təyin olunması onu n islah olunmasına xidmət etmir, cinayət Məcəlləsinin 177.2-ci maddənin sanksiyasında olan digər cəza növü nəzərə alınmadan bir başa azadlıqdan məhrum etmə cəzası ağır cəzadır. Müdafiəçi3 kassasiya şikayətin əlavəni onunla əsaslandırmışdır ki, ilkin şikayətə əlavə olunmuş Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 ərizələrindən görünür ki, onlara vurulmuş ziyan tam şəkildə ödənilmiş, onlar X5 ilə barışmış və onların X2 qarşı hər hansı bir şikayət və tələbi yoxdur. İş materialında olan məhkəmə əmtəəşünaslıq ekspertizasının 5 noyabr 2021-ci il tarixli rəyinə əsasən zərər çəkənlərə dəymiş zərərin məbləğin ümumilikdə 8600 manat olmuşdur. Dəymiş zərər isə zərər çəkmiş şəxslərə tam şəkildə ödənilmiş və təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələb yoxdur. Müdafiəçi hesab edir ki, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsi tərəfindən Məhkum təyin olunmuş cəza ədalətli hesab oluna bilməz. Belə ki, qeyd olunan maddələrin sanksiyasında azadlığın məhdudlaşdırılması barədə alternativ cəza vardır və hökm qəbul olunarkən cəzanı yüngülləşdirilən hallar nəzərə alınmamışdır. Eyni zamanda Məhkum ailəli olduğunu, himayəsində 2 azyaşlı uşağının olduğunun, yaşadığı yer üzrə müsbət xarakterizə olunduğunu, zərərçəkmiş şəxslərə dəymiş ziyanın tam şəkildə ödənildiyini, törətdiyi əməldən peşman olduğunu nəzərə alaraq, Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyul 2022-ci il tarixli 1(103)-1284\2022 saylı qərarının dəyişdirilməsini məhkum barəsində Azərbaycan Respublıkasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında olan azadlığın məhdudlaş dırılması cəzası ilə əvəz edilməsi barədə qərar qəbul etməyinizi xahiş edirəm. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlillərini araşdırıb, prosess iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi b irinci və ya apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apelyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzə rə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Məhkum əməli Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Həmçinin kassasiya şikayətində əməlin tövsifi məsələsi mübahisələndirilməmişdir. Müdafiəçilərin kassasiya şikayətinin başlıca dəlili məhkəmələr tərəfindən ona ağır cəzanın təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallar ına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında ” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdən görünür ki, birinci instansiya məhkəməsi Məhkum barəsində ə məlini etiraf edərək əməlindən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə almış və həmin Məcəllənin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmamasını müəyyən etmişdir. Bununla da, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona 3 (üç) il müddətinə аzаdlıqdаn məhrumеtmə cəzası təyin edilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təyin edə bilmir. Cinayət işinin materiallarından görünür ki, Məhkum Qaradağ Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə 10 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Lakin buna baxmayaraq öz cinayət fəaliyyətini davam edərək hazırki ittihamla nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Göründüyü kimi məhkuma əvvəlki hökmü ilə analoji cinayət əməlinə görə təyin edilmiş azadlığın məhdud laşdırılması cəzasının islah təsiri yetərli olmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri Məhkum təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının təyin edilməsi əsaslı və CM-in 58.1-ci maddəsinin tələblərinə uyğun olmuşdur. Bundan başqa cinayət işini materiallarından görünür ki, məhkum tərəfindən törədilmiş oğurluq cinayəti üç epizoddan ibarətdir və onun barəsində birinci instansiya məhkəməsinin hökmü və apellyasiya instansiyası məhkəməsinin qərarı çıxarılarkən yalnız bir oğurluq epizodu üzrə vurulmuş ziyan ödənilmişdir. Göründüyü kimi, məhkəmə Məhkum cəza təyin edərkən işin halları və onun şəxsiyyətini kifayət qədər nəzərə almışdır. Məhkəmə kollegiyasının qənaətinə görə təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə, habelə işin hallarına uyğundur. Məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin edilmiş cəza onun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsinə və işin hallarına uyğun gəlir, həmin cəza həm sərtliyinə, həm yüngüllüyünə görə açıq-aydın ədalətsiz və cəza məqsədlərinə uyğun olmayan cəza kimi hesab edilə bilməz. Ona görə də, məhkəmə kollegiyası kassasiya şikayətinin cəzanın sərt olması və yüngülləşdirici hallar nəzərə almadan təyin edilməsi dəlili ilə razılaşmır. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gü cüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsində qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Məhkum barəsində Bakı Apelly asiya Məhkəməsinin Cinayət kollegiyasının 07 iyul 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə məhkum olunmasına dar cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-327/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-327/2023
19.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver