Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-327/2025 19.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 may 2024-cü i l tarixli 1(106)-497/2024 nömrəli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin (sədrlik edən hakim Ceyhun Quliyev) 08 aprel 2024cü il tarixli, 1(050)-76/2024 nömrəli hökmü ilə, xx xxxx 1986-cı ildə Masallı rayonu, Pircana kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 1 azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Pircana kəndində qeydiyyatda olmaqla yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum məhkəməyədək icraat zaman ı həbsdə olduğu 2 (iki) gün müddətin hər 1 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) günü hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 8 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum olunmuşdur ona görə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan 448,847 qram, yəni xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib şəxsi istifadəsi üçün bir hissəsini üzərində, digər əsas kütləsini isə Masallı rayonu, Pircana kəndində yerləşən yaşadığı fərdi yaşayış evində saxlamaqla daşımış, Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində qanun suz olaraq narkotik vasitələri qəbul etməkdə, üzərində gəzdirməkdə və yaşadığı evdə saxlamaqda şübhəli olduğundan xx.xx.2024-cü il tarixdə, saat 19 radələrində Masallı rayonu, Musaküçə kəndi ərazisində saxlanılaraq Masallı RPŞyə gətirilmiş, orada üzərinə keçirilən şəxsi-axtarış zamanı əynində olan göy rəngli gödəkcənin sağ yan cibindən 02 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 4,174 qram və 4,673 qram, ümumi təmiz çəkisi 8,847 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana və həmin tarixdə saat 20 radələrində əməliyyat-axtarış tədbirlərinin davamı olaraq yaşadığı Masallı rayonu, Pircana kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman oradan 01 ədəd bağlamada ümumi təmiz çəkisi 440,0 qram olan bioloji komponent tərkiblərinə görə birbiriləri ilə eynilik təşk il edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək aşkar edilərək götürülmüşdür. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Habil Bəhmənov (sədrlik edən və məruzəçi), Elçin Xasməmmədov və Pərviz Hacıyev) 27 may 2024-cü il tarixli 1(106)-497/2024 nömrəli qərarı ilə Masallı Rayon Məhkəməsinin 08 aprel 2024-cü il tarixli, 1(050)-76/2024 saylı hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya protesti təmin edilməmişdir. Dövlət ittihamçısı3 kassasiya protesti verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 may 2024-cü il tarixli 1(106)-497/2024 nömrəli qərarı ləğv edilməsi və cinayət işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahi ş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı3 kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsinin qərarı Məhkum cəza təyininə dair hissədə əsassız olduğundan ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, işin hallarından görünür ki, məhkəmə təqsirləndirilən şəxs Məhkum azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi himayəsində 1 azyaşlı uşağının olmasını nəzərə almış, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən digər hallar müəyyən edilməmişdir. Cinayət qanunvericiliyinə əsasən Məhkum tərəfindən törədilmiş cinayət az ağır cinayətlər kateqoriyasına aid olmaqla, birbaşa qəsdlə törəd ilmiş, cinayətin əsas obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər olması ilə yanaşı, əlavə obyektləri isə bir sıra ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrinin normal fəaliyyəti, konkret olaraq müəyyən insanın- fərdin sağlamlığıdır. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş İ Siyahısında şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün qurudulmuş marixuananın xeyli miqdarının aşağı həddi 5 qram, külli miqdarının aşağı həddi 500 qram, xüsusilə külli miqdarının aşağı həddi 50.000 qram müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Məh kum aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 448,847 qram narkotik vasitə olan qurudulmuş marixuana isə xeyli miqdarın aşağı həddindən 89 dəfə çoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun CM-in 46.2, 46.3cü maddələrinin və CPM-in 346.1.14-cü maddəsinin şərh edilməsinə dair 14 noyabr 2011ci il tarixli qərarında CM-in 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası; məhkumun islah edilməsi; yeni cinayətlər törədilməsinin qarşısının alınması. Sosial ədaləti n bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cəza tətbiq edilməsi yolu ilə sosial ədalətin bərpası aşağıdakıları nəzərdə tutur: dövlət cinayət törətmiş şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini cinayət cəza növlərini tətbiq etməklə təmin edir; cəmiyyət dövlətin cinayət törətmiş şəxsi cəzalandırmağa qadir olmasına inanır. Məhkəmə isə sözügedən qərarlarda müəyyən edilmiş vəzifələri yerinə yetirməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalı dır (CM-in 48-ci maddəsi, CM-in 53.4cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Hazırkı iş üzrə məhkəmə tərəfindən qanunvericiliyin cəza təyini ilə bağlı yuxarıda göstərilən tələbləri nəzərə alınmamış, təqsirləndirilən şəxs tərəfindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edilən narkotik vasitənin şəxsi istehlak miqdarının yuxarı həddindən dəfələrlə çox olması, cinayət əməlinin cinayət qanunvericiliyinin tələbinə əsasən daha ciddi cəzalara səbəb olması, bir sözlə cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, eləcə də hadisənin baş vermə səbəbi, şəraiti, nəticələri, həmçinin məhkumun şəxsiyyəti və işin digər hallan Məhkum məhz ağır cəzanın təyin edilmə sini şərtləndirməsinə baxmayaraq, azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi ilə sosial ədalət prinsipi pozulmuşdur. Məhkəmə Məhkum şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün qurudulmuş marixuananın xeyli miqdarının aşağı həddinə yaxın (məsələn 20-30 qram və sair) olmaqla əldə edib üzərində saxlamaqla daşımış şəxsə təyin edilə biləcək cəza ilə uyğun cəza təyin edilməsi bu sahədə cəza təyininə dair mövcud məhkəmə təcrübəsi ilə uyğunsuzluq təşkil etməklə ədalətlilik prinsipinin pozulması deməkdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəll əsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya protestinin başlıca dəlili Məhkum cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinin, onun şəxsiyyətinin, həmçinin cəzanı yüngülləşdirən halların düzgün nəzərə alınmaması və nəticədə ona yüngül cəzanın təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublika sı CM-in 8.1ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimaitəhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Yəni cəzanın məqsədi təkcə məhkumun islah olunması ilə məhdudlaşmır. Qanuna görə təqsirli şəxsə təyin edilən cəza başqalarına xəbərdarlıq baxımından da əhəmiyyətlidir. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edil ərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə əsasən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şə xs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. İşdən görünür ki, birinci instansiyası məhkəməsi hökmün əsaslandırıcı hissəsində maddi hüquq normalarının tətbiqinə istinad edərək təqsirləndirilən şəxs Məhkum barəsində himayəsində 1 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə almış və ağırlaşdıran hallar isə müəyyən olunmamış, ona təqsirli bilindiyi CM-in 234.1-ci maddəsinin sanksiyası (bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadl ıqdan məhrumetmə cəzası) həddində olan 2 il 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasını təyin etmişdir. Apellyasiya instansiyası cinayət işinin hallarını araşdıraraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və məhkəmənin hökmünün dəyişdirilmədən saxlanılmasını müvafiq hesab etmişdir. Məhkəmə kollegiyası hər iki instansiya məhkəməsinin qərarı ilə razılaşaraq belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkuma Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş cəza törətdiyi cinayətin ağırlığına və işin hallarına uyğun gəlir, həmin cəzanın açıq-aşkar ədalətsiz olmasına dəlalət edən heç bir hal cinayət işinin materiallarından müəyyən olunmamışdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki kassasiya protestində cəza təyini ilə b ağlı göstərilən dəlillər birinci və apellyasiya instansiyası məhkəmələrinin qərarının dəyişdirilməsinə əsas vermir. Qeyd edilməlidir ki, birinci instansiyası məhkəməsi Məhkum təqsirli bilindiyi maddədə müəyyən edilmiş sanksiyanın həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən məhz həmin cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsindən çıxış etmişdir. Ona görə də məhkəmə kollegiyası kassasiya protestinin Məhkum cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınmaması barədə dəlili əsaslı hesab etmir. Məhkuma təyin edilmiş cəzanın müddəti onun şəxsiyyətinə və iş üzrə müəyyən edilmiş hallara uyğun gəlir və bu əlamətə görə həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz və cinayətin ağırlığına uyğun olmayan cəza hesa b oluna bilməz. Beləliklə hazırkı cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində nəzərdə tutulmuş hallardan heç biri müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq həmin protestin təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 may 2024-cü il tarixli 1(106)497/2024 nömrəli Məhkum haqqındakı qərarının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protes ti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının haqqındakı 27 may 2024-cü il tarixli 1(106)-497/2024 nömrəli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-327/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-327/2025
19.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver