Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-328/2019 13.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Yusifova Gülnar Azad qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X1, Məhkum müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə 24 iyun 1967-ci ildə Naxçıvan MR-in Şərur rayonunun ********* kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, fərdi əməklə məşğul olan, Naxçıvan MR-in Şərur rayonunun ***** **** kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 2-ci sovxoz adlanan yerdə yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 228.4 və 234.1-ci maddələri ilə məhkum edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin 03 iyul 2018-ci il tarixli qərarından məhkumun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şirvan Şəhər Məhkəməsinin 02 aprel 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Z.M.Əliyev) Məhkum Azərbaycan Respublikası CM-nin 228.4 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-nin 228.4-cü maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar tam toplanmaq yolu ilə ona qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzanın çəkilməsinin əvvəli 29 dekabr 2017-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 03 iyul 2018-ci il tarixli qərarı ilə (hakimlər: R.M.Cəfərov (sədrlik edən), Ə.Ə.Novruzov və E.Ə.Camalov) apellyasiya şikayəti təmin edilməmiş, Şirvan Şəhər Məhkəməsinin 02 aprel 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmü ilə Məhkum Azərbaycan Resp ublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq soyuq silah hesab edilən, zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan və ölçülərinə, konstruktiv əlamətlərinə əsasən ümumi təyinatlı bir ədəd ov bıçağını əldə edərək, əlində olan mavi rəngli çantada qanunsuz olaraq gəzdirmiş, 29.12.2017-ci il tarixdə, saat 01:30 radələrində Şirvan şəhər Polis Şöbəsinin narkomaniyaya qarşı mübarizə qrupu əməkdaşları tərəfindən Şirvan şəhəri, Zülfü Hacıyev küçəsində saxlanılaraq polis şöbəsinə gətirilərkən üzərində axtarış aparılan zaman göstərilən həmin bıçaq onun əlində olan mavi rəngli çantadan aşkar olunaraq götürülmüşdür. Bundan başqa o, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 7,4 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən əldə edib, qanunsuz olaraq üzərində saxlamış, 29.12.2017-ci il tarixdə, saat 01:30 radələrində Şirvan şəhər Polis Şöbəsinin narkomaniyaya qarşı mübarizə qrupu əməkdaşları tərəfindən Şirvan şəhəri, ********************* küçəsində saxlanılaraq polis şöbəsinə gətirib, üzərində axtarış aparılan zaman bir ədəd kibrit qutusunda təmiz çəkisi7,4 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana onun əynində olan qara rəngli şalvarın sol yan cibindən aşkar olunaraq götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi, fərdi qaydada fəaliy yət göstərən vəkil Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin 03 iyul 2018-ci il tarixli qərarının ləğv edilməsi və Məhkum barəsində bəraətverici əsaslarla məhkəmə qərarının qəbul edilməsi xahiş olunur. Müdafiəçi hesab edir ki, X4 03 iyul 2018-ci il tarixli qərarı ədalətsiz olmaqla cinayətprosessual qanunvericiliyin tələblərinin pozulması ilə çıxarılmışdır. Belə ki, Məhkum özünü ittiham olunduğu maddələr üzrə təqsirli bilməyərək, bildirmişdir ki, üzərində aşkar edilmiş narkotik vasitə və soyuq silah polis işçiləri tərəfindən onun üzərinə qoyulmuşdur. Məhkum üzərində axtarış və götürmə ciddi prosessual və icraat qaydalarının pozuntusu ilə keçirildiyindən, onun ittiham edilməsi üçün toplanmış sübutlar yolverilməz üsullarla əldə olunmuşdur. Müdafiəçi q eyd edir ki, cinayət işinin apellyasiya məhkəməsində baxışı zamanı müdafiə tərəfinin baxışın məhkəmə istintaqı aparılmaqla keçirilməsinə dair vəsatəti əsassız olaraq təmin edilməmişdir. Məhkəmə prosesi istintaqsız keçirildiyindən müdafiə etdiyi şəxsin təqsirsizliyinin müəyyən edilməsi məqsədi ilə qaldırdıqları vəsatətlər məhkəmə tərəfindən əsassız olaraq rədd edilmiş və beləliklə, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi pozulmuşdur. O cümlədən, Məhkum təqsirləndirilməsinə dair cinayət işi üzrə hal şahidi kimi iştirak etmiş X5 və X6 əvvəllər Şirvan şəhər məhkəməsində baxılmış digər cinayət işlərində də hal şahidi kimi iştirak etmişlər. Bu xüsusatın araşdırılması məqsədilə məhkəmə qarşısında vəsatət qaldırılsa da,məhkəmə təmin etməmişdir. Hüquqi məsələ lər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Müdafiəçi, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Alverdiyevin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərlərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, Məhkum məhkəmə qərarlarında təsvir edilən cinayət hadisələrini törətmişdir. Bu zaman məhkəmələr iş üzrə şahidlə rin ifadələrinə, baxış, götürmə və digər istintaq hərəkətlərinin protokollarına, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Verilmiş şikayətdə məhkumun baş vermiş cinayət hadisəsi ilə heç bir aidiyyətinin olmaması, onun əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi mübahisə edilir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırıl masına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum əməli mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla yəni, şahidlərin ifadələri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxı lması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və X7 haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırki qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Belə ki, iş materiallarından görünür ki, Məhkum CM-nin 228.4 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması birinci instansiya və apellyasiya instansiyası məhkəmələrində tədqiq edilmiş sübutlarla, o cümlədən məhkum edilmiş şəxs Məhkum özünün, şahidlər X12, X9, X2, X3 ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə tam sübuta yetirilir. Məhkumun heç bir cinayət törətməməsi barədə kassasiya şikayətində əks edilmiş mövqe isə həqiqəti əks etdirmi r və məhkumun cinayət məsuliyyətindən azad edilməsi məqsədi daşıyır. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından məhkuma bəraət verilməsi məqsədə müvafiq deyildir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxan apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqqında mötəbər nəticəyə gəlmək üçün qanuni üsullarla kifayət qədər sübutlar toplamış, həmin sübutlar ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış və apellyasiya instansiya məhkəməsi onların hər birini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin 03 iyul 2018-ci il tarixli qərarı qanuni və əsaslı olduğunda n, kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin 03 iyul 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-328/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-328/2019
13.03.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver