Məhkəmə qərarları › İş №1(102)-328/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-328/2020

19.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-328/2020 19.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Seyfəliyev Əli Səlim oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X10, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X4 və onun müdafiəçisi – XX80nun vəkili X11 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 oktyabr 2019-cu il tarixli qərarından xüsusi ittihamçı X12 və onun nümayəndələri– XX85nun vəkilləri X2 və XXX80nun birgə verdikləri kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Şəh əri Səbail Rayon Məhkəməsinin hazırlıq iclasının 28 avqust 2019-cu il tarixli qərarı ilə (sədrlik edən hakim A.H.Əliyeva) X12 X7 qarşı sonuncunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmuşdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 oktyabr 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim N.E.Məmmədov, hakimlər Ə.N.Bayramov və Ə.İ.Qasımovdan ibarət məhkəmə tərkibi) xüsusi ittiham qaydasında şikayət vermiş X12 apelyasiya şikayəti təmin edilməmiş, X3rşı sonuncunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qay dasında şikayətinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmasına dair Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin hazırlıq iclasının 28 avqust 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 oktyabr 2019-cu il tarixli qərarından xüsusi ittihamçı X14, onun nümayəndələri X8 və XXX80 birgə kassasiya şikayəti vermişlər. Kassasiya şikayətinin dəlilləri: X14 və onun nümayəndələri X8 və XXX80 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsi hazırlıq iclasında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsində göstərilən hallar müəyyən edilmədən, yəni əsassız olaraq XXX60un xüsusi ittiham qaydasında şikayətini icraata qəbul etməkdən imtina etmiş, lakin apellyasiya inst ansiyası məhkəməsi həmin qərardan onun verdiyi apellyasiya şikayətini təmin etməyərək, mübahisələndirilən qərarı dəyişdirilmədən saxlamışdır. Müəlliflər kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.0.20-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 oktyabr 2019-cu il tarixli qərarının ləğv edilməsini və xüsusi ittiham qaydasında şikayət üzrə materialın apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin olunmasını xahiş edirlər. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən ed ir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Xüsusi ittihamçı X14 və onun nümayəndələri kassasiya şikayətində məhkəmələrin xüsusi ittiham qaydasında şikayət üzrə icraata aid cinayət-prosessual normaların tətbiqi üzrə hüquqi mövqeyini mübahisələndirdiklərindən, məhkəmə kollegiyası onların kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 oktyabr 2019-cu il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CPM-in 302.1-ci maddəsi məhkəmənin hazırlıq iclasının nəti cələrinə görə digər hallarla yanaşı aşağıdakı hallar olduqda da xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsini tələb edir: _şikayətin məzmunu Azərbaycan Respublikası CPM-in maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda (302.1.3); 293.3.1-293.3.7-ci _şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə (302.1.7). Azərbaycan Respublikası CPM-in 302.2.3-cü maddəsinə görə həmin (CPM-in 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində göstərilən) hallar olduqda, məhkəmə hazırlıq iclasının nəticələri əsasında xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Təsvir olunan normalarla müqayisə etməklə birinci instansiya məhkəməsinin 28 av qust 2019-cu il tarixli hazırlıq iclasının qərarına baxdıqda müəyyən olunur ki, məhkəmənin xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərarı əsaslıdır və yuxarıda gətirilən cinayət-prosessual qaydaların tələblərinə cavab verir. Belə ki, məhkəmə tərəfindən xüsusi ittiham qaydasında şikayətin bu şikayəti vermiş XXX60un dəlillərini təsdiq edən sübutları əks etdirmədiyi müəyyən olunmuşdur. Kassasiya şikayətində birinci instansiya məhkəməsinin bu qənaətində əsassız olduğunu göstərən hal kimi xüsusi ittiham qaydasında şikayətlə birlikdə XXXX75un böhtan və təhqir kimi səciyyələndirdiyi məlumatları əks etdirən yazının XXX44 saytında yerləşdirilməsini, məhz X4 həmin saytın təşkilatçısı və redaktoru olmasını kifayət qədər təsdiq edən sübutların məhkəməyə tə qdim olunmasına istinad edilmişdir. Lakin, müəlliflərin gətirdikləri dəlil Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin xüsusiyyətlərini (xüsusilə də, bu cinayətlərin subyektiv cəhətləri ilə şərtləndirilən subutetmə predmetini) nəzərə almadığından, birinci instansiya məhkəməsinin qənətinin düzgünlüyünü təkzib edən dəlil kimi nəzərdən keçirilə bilməz. Belə ki,xüsusi ittiham qaydasında şikayətdə XXX90ya isnad edilən “böhtan” cinayətinin əsas tərkibi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində “yalan olduğunu bilə-bilə, hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet info rmasiya ehtiyatında yayma” kimi təsbit edilmiş, CM-in 147.2-ci maddəsində isə ağır və xüsusilə ağır cinayətdə ittiaham etməklə böhtan atmaya görə məsuliyyət müəyyən edilmişdir. Təhqir cinayəti isə Cinayət Məcəlləsinin 148-ci maddəsində “kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma” kimi təsbit edilmişdir. Göründüyü kimi hər iki cinayət Cinayət Məcəlləsində yalnız təqsirin qəsd formasında törədilən əməllər kimi təsbit edilmişlər. Cinayət Məcəlləsinin 3-cü maddəsi cinayət məsuliyyətinin yaranması üçün şəxsin əməlində cinayət tərkibinin bütün əlamətlərinin mövcud olmasını (o cümlədən cinayət tərkibinin subyektiv cəh ətinə aid təqsirin müvafiq formasının müəyyən edilməsini) tələb etdiyindən, Cinayət-Prosessual Məcəllənin 139-cu maddəsi isə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin, bu əməlin törədilməsində şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməli olduğunu təsbit ediyindən, xüsusi ittiaham qaydasında şikayət üzrə icraatın xüsusiyyəti (ittihamı sübut etmək vəzifəsini xüsusi ittihamçının daşıması) tələb edir ki, xüsusi ittiham qaydasında şikayət həmin məsələr üzrə də müvafiq sübutları əks etdirsin, yəni xüsusi ittihamçı böhtan və təhqir hesab etdiyi əməllərin qəsdən törədildiyini, barəsində şikayət etdiyi şəxsin təqsirliliyini təsdiq edən sübutlarını məhkəməyə təqdim etsin. Lakin, artıq qeyd olunduğu kimi xüsusi ittihamçının məhkəmə təqdim etdiyi sübutlar müstəsna olaraq sözügedən yazının XXX44 saytında yerləşməsini və XXX90nın bu saytın təşkilatçısı və redaktoru olmasını təsdiq etməklə, yazının müəllifinin məhz onun olmasını və yaxud onun qəsdən (XXX60a böhtan atmaq, onu təhqir etmək niyyətilə) həmin yazının saytda dərc edilməsinə razılıq verməsini əks etdirmir. Odur ki, birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 302.1, 302.1.3, 302.1.7 və 302.2.3-cü maddələrinə istinad etməklə XXX60un xüsusi ittiham qaydasında şikayətini icraatına qəbul etməkdən imtina etməsi kollegiya tərəfindən əsaslı, cinayət-prosessual normaların tələbləri baxımından qanuni nəticə kimi qəbul edilir. Belə olan halda birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq onun qərarını dəyişdirilmədən saxlayan apellyasiya instan siyası məhkəməsinin 25 oktyabr 2019-cu il tarixli qərarı da əsassız və qanunsuz qərar kimi qiymətləndirilə bilməz. Bütün bunlar ona dəlalət edir ki, XXX60un xüsusi ittiham qaydasında şikayəti ilə əlaqədar birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsinin nəzərdə tutduğu pozuntulara yol verilməmişdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsinə dair barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş XXX90nın və onun müdafiəçisi X35un çıxışlarını dinləyib yuxarıda şərh edilən əsaslara görə hesab edir ki, xüsusi ittihamçı X12, onun nümayəndələri X5 və XXX80nun birgə verdikləri kassasiya şikayəti təmin edilməməli, XXX60un Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 28 avqust 2019-cu il tarixli hazırlıq iclasının qərarından verdiyi apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 oktyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Xüsusi ittihamçı X12, onun nümayəndələri X5 və XXX80nun birgə verdikləri kassasiya şikayəti təmin edilməsin. İ.K.X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xüsusi ittiham qaydasında şikayətinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunması haqqında Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 28 avqust 2019-cu il tarixli hazırlıq iclasının qərarının dəyişdirilmədən saxlanılmasına dair Bakı Apellyasiya Mə hkəməsinin Cinayət Kollegiyasının 25 oktyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Sədrlik edən: Hafiz Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar