Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-328/2021 17.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Yusifova Gülnar Azad qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkum iştirakları ilə xx xxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində üç azyaşlı uşağı olan, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaş amış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 126.1 və 228.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2020-ci il tarixli ilkin baxış qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə (sədrlik edən: E.H.İsmayılov, hakimlər: C.İ.Hüseynov və S.İ.Əliyev) Məhkum Azərbaycan Respublikasının CM-in 126.1 və 228.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 126.1-ci maddəsi ilə 5 (beş) il 4 (dörd) ay müddətə, CM-in 228.4-cü maddəsi ilə 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilm iş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilərək, CM-in 71.5-ci maddəsinə əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə Məhkum təyin edilmiş şərti məhkum etmə ləğv edilib CM-in 67.1-ci maddəsinə əsasən, Məhkum hazırkı hökm üzrə təyin edilmiş cəzaya Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə təyin edilmiş 3 il müddətə azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilərək Məhkum qəti olaraq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx xxxxxx 2018-c i il tarixdən hesablanılmaqla 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmışdır. Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmündən xx xxxxxx 2019-cu il tarixdə apelyasiya şikayəti və apelyasiya şikayəti vermə müddətinin bərpa olunmasına dair vəsatətlə məhkəməyə müraciət etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən hakim E.H.İsmayılov) Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 1(101)-656/2018 saylı hökmündən apelyasiya şikayəti vermə müddətinin bərpa olunmasına dair vəsatəti təmin edilməmişdir. Məhkəmənin həmin qərarından məhkum tərəfindən apellyasiya şikayəti verilm iş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2020-ci il tarixli ilkin baxış qərarı ilə (sədrlik edən: N.E.Məmmədov, hakimlər: Ə.N.Bayramov və Ə.İ.Qasımov) məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya Məhkəməsinin həmin qərarından məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Həmin şikayətdə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2020-ci il tarixli ilkin baxış qərarının ləğv edilməsi, apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi xahiş olunur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi b arədə Məhkum, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 381.1-ci maddəsinə əsasən birinci instansiya məhkəmələri tərəfindən çıxarılmış hökm və ya qərarlardan bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada apellyasiya instansiyası məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Belə ki, iş materiallarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 1(101)-656/2018 saylı hökmü elan olunarkən Məhkum müdafiəçisi ilə birlikdə məhkəmə iclasında iştirak etmiş, hökmdən apelyasiya şikayət verilmə müddəti və qaydası onlara izah olunmuşdur. İş materiallarında olan qəbzdən məlum olur ki, Məhkum xx xxxx 2018-ci il tarixdə elan olunmuş hökmün surətini xx xxxx 2018-ci il tarixdə alması barədə qəbzə imza edərək, rəsmi qaydada qəbul etmiş və həmin qəbz hal-hazırda iş materiallarındadır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə bağlı cinayət prosessual qanunvericiliyində prosessual müddətlər, prosessual müddətin ötürülməsi nəticələri barədə anlayışlara istinad etməyi zəruri hesab edir. Cinayət prosessual qanunvericiliyinə görə prosessual müddətlər elə vaxt dövrüdür ki, həmin müddətdə cinayət prosesinin iştirakçıları prosessual hüquq və vəzifələri icra etməli, prosessual qərarları qəbul etməli, prosessual hərəkətləri həyata keçirməli və ya həmin hə rəkətləri etməkdən çəkinməlidirlər. CPM-nin 384.1-ci maddəsinə əsasən apelyasiya şikayəti və ya apelyasiya protesti apelyasiya şikayəti və ya apelyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olduğu andan 20 (iyirmi) gün müddətində verilir. Həmin Məcəllənin 384.2-ci maddəsinə əsasən həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apelyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Qanun normalarının məzmunundan göründüyü kimi, birinci instansiya məhkəməsinin hökmündən apelyasiya şikayəti verilməsi müddəti hökmün elan olunduğu vaxtdan 20 gün müddətinə verilir. Qanunverici yalnız həbsdə olan məhkumun müəyyən məhrumiyyətlərə məruz qalmasını istisna hal kimi nəzərə al araq apelyasiya şikayəti verilməsi müddətini hökm elan olunduğu vaxtdan deyil, həbsdə olan şəxslər üçün hökmün surətinin alındığı vaxtdan hesablanmasını müəyyən etmişdir. CPM-nin 28.1, 28.2 və 28.6-cı maddələrinə görə məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız bu Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Hakimlər cinayət mühakimə icraatını həyata keçirərkən qanunun mənafeyindən başqa hər hansı bir mənafeyi ifadə edə bilməzlər. Ədalət mühakiməsinin həyata keçirilməsi qaydalarının ayrı-ayrı işlər və şəxslər üçün, habelə müəyyən şəraitə görə, yaxud hər hansı bir zaman dövründə özbaşınalıqla dəyişdirilməsinə yol verilmir. İş materiallarından göründüyü ki mi, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 1(101)-656/2018 saylı hökmü xx xxxx 2018-ci il tarixdə Məhkum rəsmi qaydada təqdim olunmuşdur. Qüvvədə olan qanunvericiliyə əsasən həmin hökmdən apelyasiya şikayəti verilməsi üçün qanunla müəyyən olunmuş 20 günlük prosessual müddətin axımı xx xxxx 2018-ci il tarixdən başlamış və 06 avqust 2018-ci ildə başa çatmışdır. İş materiallarından isə görünür ki, Məhkum tərəfindən apelyasiya şikayəti və müddətin bərpasına dair ərizəsi həmin hökmdən şikayət vermə müddəti 01 il 05 aydan çox müddət buraxıldıqdan sonra, yəni xx xxxxxx 2019-cu il tarixdə verilmişdir. Beləliklə də, müəyyən olunur ki, apelyasiya şikayəti 07 avqust 2018-ci il tarixə kimi, yəni qanunla müəyyən edilmiş 20 gün ərzində deyil, həmin müddət bitdikdən 01 il 05 aydan çox müddət keçdikdən sonra verilmiş və bununla da apelyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti buraxılmışdır. CPM-nin 203.1 və 203.3-cü maddələrinə görə cinayət mühakimə icraatı zamanı müddətlər keçdikdən sonra aparılan prosessual hərəkətlər müddət bərpa edilməmişsə, etibarsız sayılır. Cinayət mühakimə icraatı zamanı üzrlü səbəblərə görə buraxılmış müddət maraqlı şəxsin vəsatəti və ya xahişi ilə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə bərpa olunmalıdır. Cinayət prosesini həyata keçirən orqanın qərarında başqa hal nəzərdə tutulmayıbsa, müddət digər şəxslər üçün deyil, ancaq onu buraxmış şəxs üçün bərpa edilir. CPM-nin 386.1-ci maddəsinə görə apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Qanunvericiliyin şərh olunan normalarına və prosessual müddətlərə dair ümumi müddəalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 1(101)-656/2018 saylı hökmündən qanunla müəyyən edilmiş müddət ərzində, yəni hökm ona təqdim olunduğu andan 20 gün müddətində apelyasiya şikayəti vermək hüququ və imkanı olsa da, o bu hüququndan heç bir üzrlü səbəblər olmadan istifadə etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 1(101)-656/2018 saylı hökmündən a pelyasiya şikayəti vermə müddəti məhkum edilmiş şəxs Məhkum tərəfindən üzrsüz səbəbdən ötürülməklə onun tərəfindən apellyasiya şikayəti verildiyindən və müddətin üzrlü səbəblərdən buraxılmasını təsdiq edən hər hansı bir mötəbər sübut onun tərəfindən vəsatətə əlavə edilmədiyindən birinci instansiya məhkəməsi haqlı olaraq sonuncunun müddətin bərpasına dair vəsatətini təmin etməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə bildirir ki, cinayət prosessual qanunvericilikdə müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, i nkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunverici cinayət prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2020-ci il tarixli ilkin baxış qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-328/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-328/2021
17.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver