Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-328/2023 19.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, Məhkum və məhkumun müdafiəçisi X4 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməs inin Cinayət kollegiyasının 30 mart 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Mahmud Ağalarov (sədrlik edən və məruzəçi) Siyavuş Hacıyev və Rahib Salmanov) 16 dekabr 2021-ci il tarixli, 1(101)1747/2021 nömrəli hökmü ilə xx xxxxx 1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Şərq küçəsi, ev 31-də qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 315, 234.4.3 və 240.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinərək, CM-in 315-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.4.3-cü maddəsi ilə 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 240.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 26 mart 2021-ci il tarixdən hesablanmış, barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən təqsirləndirilən şəxs Məhkum 26 mart 2021-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri Suraxanı Rayo n Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli, 7(010)-448/2020 saylı barəsində tutulma barədə qərara əsasən, həmin qərarın icrası ilə əlaqədar olaraq Suraxanı RPİ-nin 31-ci PB-nin rəis müavini, əməliyyat qrupunun rəhbəri Zərərçəkmiş şəxs1, qrupun üzvləri, həmin bölmənin əməliyyat müvəkkilləri Zərərçəkmiş şəxs2, Şahid8, Şahid2 və Şahid1 onun yaşadığı ünvan 1 ünvanına gələrək, həmin evdə yaşayanlara özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirdikdən sonra, saxlanılması əməliyyatını həyata keçirərkən, ilk olaraq mənzilin qonaq otağına daxil olmuş Zərərçəkmiş şəxs1 məişət təyinatlı olan, soyuq silah hesab edilməyən hər əlində bir mətbəx bıçağı olmaqla sonuncunun üzərinə hücum edib, əlində olan bıçaqlarla zərbələr vuraraq döş qəfəsinin daxilə nüfuz etməyən bir ədəd, sol budun iki ədə d deşilmiş- kəsilmiş yaraları ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti yetirmiş, bundan sonra Məhkum əlində olan həmin bıçaqla Zərərçəkmiş şəxs1 köməyə gəlmiş əməliyyat müvəkkili Zərərçəkmiş şəxs2 sifət nahiyəsinə xəsarət yetirməklə, ona sağ yanağın və burnun ucu nahiyəsinin kəsilmiş yarası ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirməklə xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndələrinə zor tətbiq etməklə müqavimət göstərmişdir. Bundan sonra, 26 mart 2021-ci il tarixdə İbiyev X3 rayonu Əmircan qəsəbəsi, S.Bəhlulzadə küçəsi 56 ünvanında yerləşən Suraxanı rayon polis idarəsinin 31-ci polis bölməsinin inzibati binasına gətirildikdən sonra üzərinə keçirilən baxış zamanı əynində olan qara rəngli şalvarının sol yan cibindən istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə əldə edib üzərində saxlayaraq daşıdığı 4 ədəd sellofan və kagız bükümlərdə qəhvəyi rəngli, kustar üsulla hazırlanmış «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına daxil olan külli miqdarda xarici əlamətlərinə tərkibindəki komponentlərinə görə eynilik təşkil edən ayrıayrılıqda təmiz çəkisi 5,231 qram, 4,101 qram, 0,113 qram, 0,131 qram ümumi təmiz çəkisi 9,576 qram narkotik vasitə olan heroin, eləcə də əynində olan şalvarının həmin cibindən ümumi miqdarı 1,575 qram olan 7 (yeddi) ədəd narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən «tramadol hidroxlorid» həbləri aşkar edilərək götürül müş, bundan sonra həmin günü əməliyyat axtarış tədbirinin davamı olaraq Məhkum yaşadığı ünvan 1 ünvanında axtarış keçirilən zaman çardaqda, masanın üzərindən istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə əldə edib qanunsuz olaraq özündə saxladığı 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0.152 qram heroin, həmin otaqda oturacağın altından isə qara sellofan torbada təmiz çəkisi 1100.0 qram külli miqdarda heroin aşkar edilmiş, ümumilikdə Məhkum üzərindən və evindən ümumi təmiz çəkisi 1109,728 qram olan külli miqdarda narkotik vasitə olan heroin və 1,575 qram olan 7 (yeddi) ədəd narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən «tramadol hidroxlorid» həbləri aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İbrahim İbrahimli (sə drlik edən və məruzəçi), Zəki Babayev və Ziya Şirinov ) 1(103)-641/2022 nömrəli, 30 mart 2022-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmış, Məhkum və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 mart 2022-ci il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini Məhkum onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qərəzli və əsassızdır. Belə ki, məhkəmə istintaqı zamanı təqdim olunan və mühüm əhəmiyyət kəsb edən sübu tların tədqiqindən əsassız olaraq imtina olunmuşdur. 30 mart 2021-ci il tarixli protokoldan görünür ki, Suraxanı rayon prokurorluğunun müstəntiqi Müdafiəçi Məhkum barəsində ibtidai istintaqını apardığı cinayət işi ilə əlaqədar Suraxanı RPİ-in 31-ci PB-dən daxil olmuş 2 ədəd CD diskə baxış keçirmişdir. Təhqiqatçı müdafiəçi Azər Bünyatovun iştirakı ilə Suraxanı RPİ-də məhkumun üzərinə baxış keçirilən zaman bədənində olan xəsarətlərin hansı şəkildə aldığını soruşmuşdur. Məhkum bildirir ki, o, yaşadığı evin pilləkənində xəsarət aldığını bildirsə də, 20 mart 2021-ci il tarixdə Suraxanı RPİ-nin əməkdaşları yaşadığı evin ətrafında yerləşən müşahidə kameralarına qanunsuz müdaxilə edərək, oradakı görüntüləri silmişdirlər. Məhkəmə tibbi-ekspertizasının rəyindən də bəlli olur ki, o, bədən xəsarətlə rini polis əməkdaşları tərəfindən yolda gətirilərkən küt əşyanın təsirindən almışdır. Lakin bu hal apellyasiya instansiyası məhkəməsinin hakimləri tərəfindən nəzərə alınmamışdır. Bundan başqa iş üzrə şahid qismində iştirak etmiş polis əməkdaşları məhkumun evinə Suraxanı Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli tutulma, stasionar məcburi müalicəyə görə qəbul olunmuş qərarına əsasən gəldiklərini bildirmişlər. Lakin protokolun 56-57-ci vərəqlərindən (1-ci cild) görünür ki, əməliyyat məhkumun evində qanunsuz olaraq narkotik vasitələrin satışı ilə məşğul olduğu üçün həyata keçirilmişdir. Həmçinin cinayət işinin materiallarında törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatın yoxlanılması haqqında protokol, habelə əməliyyat-axtarış tədbiri haqqında məhkəmənin qərarı, ibtidai araşdı rmaya rəhbərlik edən prokurorun təqdimatı mövcud deyil. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin olunmalı, Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 30 mart 2022-ci il tarixli qərarı ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apelyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət və cinayət prosessual qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya şikayətinin əsas dəlili məhkəmə istintaqı zamanı təqsirinin sübuta yetirilməməsi, istintaq hərəkətlərinin cinayət prosessual pozuntuları ilə yerinə yetirilməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, şəxsin əməlində cinayət tərkibini n cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cin ayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsi cinayət işinə məhkum və məhkumun müdafiəçisinin apellyasiya şikayətlərinə əsasən baxıb birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşmış və müdafiə tərəfinin apellyasiya şikayətlərini təmin etməmişdir. Birinci və apellyasiya instansiyası məhkəməsinin müvafiq hökm və qərarından görünür ki, məhkəmələr tərəfindən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, istin taq hərəkətlərinin protokolları, ekspertiza rəyləri və işdə olan digər sübutlar qarşılıqlı təhlil edilib nəticəyə gəlmişdir ki, məhkumun əməlləri Azərbaycan Respublikası CM-in 234.4.3, 240.1 və 315-ci maddələr ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaradır. Məhkəmə kollegiyası cinayət işinin materialları öyrənib qeyd edir ki, yuxarıda qeyd edilən sübutlarla məhkumun hökmün və apellyasiya məhkəməsinin yekun qərarında təsvir edilən hərəkətləri törətməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İbtidai istintaq orqanı Məhkum hər hansı bir ps ixi pozuntu və xəstəliyin olmasını, olduğu halda isə törətdiyi əməl barəsində onun anlaqlı olub-olmaması müəyyən etmək üçün cinayət işi üzrə kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə- psixoloji ekspertiza təyin etmişdir. Digər sübutlarla yanaşı məhkəmələr ambulator kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 04 iyun 2021-ci il tarixli 1189 nömrəli rəyinə əsasən nəticəyə gəlmişlər ki, Məhkum törətdiyi əməl barəsində anlaqlı olmuş və ona elan edilmiş ittiham üzrə təqsirlidir. Həmin ekspertiza rəyində qeyd edilmişdir ki, Məhkum törətdiyi əməl barəsində anlaqlıdır və Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Azərbaycan Respublikası CPM-in 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər də lillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 124.2.2-ci maddəsinə əsasən ekspertin rəyi sübut hesab edilir. Azərbaycan Respublikası CPM-in 265.1-ci maddəsinə əsasən ekspertizanı xüsusi biliklərə malik olan, ekspert qismində təyin olunan bir və ya bir neçə şəxs apara bilər. Həmin Məcəllənin 265.5-ci maddəsinə əsasən şəxsin anlaqlı olub-olmaması ilə bağlı məhkəmə-psixiatrik ekspertizasının aparılması üçün ən azı üç məhkəmə ekspertindən ibarət tərkibdə komissiya təşkil edilir. Azərbaycan Respublikası CPM-in 125.2.7-ci maddəsinə əsasən istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. İş materiallarından görünür ki, iş üzrə kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizası keçirilmişdir. Ekspertiza rəyindən görünür ki, məhkumun anlaqlılığı ilə bağlı rəy bir ekspert psixiatr tərəfindən verilmişdir. Beləliklə hazırki cinayət işi üzrə ambulator kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizası Azərbaycan Respublikası CPM-in 265.5-ci maddəsinin tələblərinin kobud pozuntusu ilə aparılmış və həmin ekspertizasının 04 iyun 2021-ci il tarixli rəyinin psixiatriyaya aid hissəsi sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası CPM-in 140.0.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin ictimai təhlükəli əməli törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və ya sair psixi xəstəlik nə ticəsində öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olub-olmaması psixiatriya sahəsində ekspertlərin rəyi sübutların əvvəlcədən əldə edilməsi və tədqiqi şərti ilə müəyyən edilə bilər. Göründüyü kimi məhkəmələr məhkumun anlaqlılığı barədə nəticəyə mümkün olmayan, yəni qanun tələblərinin kobud pozuntusu ilə əldə edilmiş ekspertiza rəyi əsasında gəlmişdir. Bununla əlaqədar məhkəmənin gəldiyi bu nəticə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası CPM-in 267.2-ci maddəsinin tələblərinə görə ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparı lır. Lakin məhkəmələr tərəfindən CPM-in 267.2-ci maddəsinin tələblərinə riayət etməmiş, məhkumun anlaqlılığı ilə əlaqədar təkrar məhkəmə-psixiatrik ekspertiza təyin edilməmişdir. Azərbaycan Respublikası CPM-in 416.1.19-cu maddəsinə əsasən məhkəmə bu Məcəllənin 140.0.2-ci maddəsində nəzərdə tutulmuş halların müəyyən edilməsi üçün təqsirləndirilən şəxsin məhkəmə-psixiatriya ekspertizasının keçirilməsini təyin etmədikdə kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayəti ilə qismən razılaşaraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 mart 2022-ci il tarixli qərarı ləğv edilməli və iş yeni apellyasiya baxışı na təyin edilməlidir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 419.12-ci maddəsinin tələblərinə əsasən hazırki cinayət işi üzrə yeni apellyasiya baxışı təyin edilməsi ilə əlaqədar kassasiya şikayətinin digər dəlillərinin əsaslılığı barədə münasibət bildirməyə zərurət görmür. Yeni apellyasiya baxışı zamanı məhkum edilmiş şəxsin cinayət törədərkən anlaqlı olub-olmaması müəyyən etmək üçün Azərbaycan Respublikası CPM-in 265.5-ci maddəsinin tələblərinə riayət edilməklə məhkəmə-psixiatrik ekspertizası keçirilməli, zərurət yaranarsa digər istintaq hərəkətləri aparılmalı və nəticəsindən asılı olaraq qanuna müvafiq qərar qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəm əsinin Cinayət kollegiyasının 30 mart 2022-ci il tarixli Məhkum barəsindəki qərarı ləğv edilsin və cinayət işi yeni apellyasiya baxışına təyin edilsin. Məhkumun kassasiya şikayəti qismən təmin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-328/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-328/2023
19.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver