Məhkəmə qərarları › İş №1(102)-328/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-328/2024

09.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-328/2024 09.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İsgəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Zərərçəkmiş şəxsin və onun nümayəndəsinin, Məhkumun iştirakları ilə, XXXXX 1969-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta-ixtisas təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ün van 2 Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 avqust 2023-cü il tarixli, 1(103)-1587/2023 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 may 2023-cü il tarixli, 1(009)-59/2023 nömrəli hökmü ilə (sədrlik edən hakim Ü.Şükürova) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək qazancından dövlət nəfinə 20 % məbləğində pul tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilmiş, Məhkum cəzasının əvvəli qazancından dövlət nəfinə 20 % məbləğində pul tutulmağa başlan dığı vaxtdan hesablanmış, cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 avqust 2023cü il tarixli qərarı ilə, (hakimlər: H.Ç.Məmmədov (sədrlik edən), C.V.Hüseyn və E.H.Allahverdiyev) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 may 2023-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 avqust 2023-cü il tarixli qərarından məhkum kassasiya şikayəti vermişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum 08 mart 2022-ci il tarixdə saat 21 radələrində yaşadığı x binanın h əyətində ailə üzvləri ilə birlikdə yandırdığı bayram tonqalını qonşusu Zərərçəkmiş şəxs vedrə ilə su tökərək söndürmək istəyən zaman, onun azyaşlı oğlu X2 qarşısına keçib əlində olan vedrədəki suyu yerə tökdüyünə görə, Zərərçəkmiş şəxs əlində olan vedrə ilə X6 İmranovun başına vurduğu üçün, aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı o, qəsdən yumruqla Zərərçəkmiş şəxs başına və təpiklə əlinə zərbələr vurub yerə yıxaraq sonuncunun sol əlin İV barmağının orta falanqasının çıxığı və yerini dəyişmiş qapalı sınığı, alın nahiyəsinin qançırı, sağ dirsək və sağ diz oynağı nahiyələrinin sıyrıqları ilə nəticələnən Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən az ağır zərər vurmuşdur. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutların tədqiqinə dair cinayət-prosessual qaydalar pozulmuş, o cümlədən araşdırılmasını təklif etdiyi sübutların tədqiqindən əsassız olaraq imtina edilmiş nəticədə təqsirliliyi sübuta yetirilmədiyi, əməlində cinayət tərkibi olmadığı halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair ittiham hökmü çıxarılmışdır. Məhkum kassasiya şikayətində iddia edir ki, məhkəmələr zərərçəkmiş şəxsin ziddiyyətli ifadələrinə, həmçinin yalnız xəsarətin dərəcəsini müəyyən edən ekspertiza rəyinə əsaslanmaqla onun təqsirliliyi ilə bağlı ədalətsiz yekun qənaətə gəlmişlər. Halbuki toplanmış çoxsaylı sübutlar, o cümlədən iş üzrə keçən əksər şahidlər onun tərəfindən Zərərçəkmiş şəxs xəsarət yetirilməsini görmədiklərini bildirmişlər ki, onun təqsirsizliyini sübut edən göstərilən hallar məhkəmələr tərəfindən nəzərə alınmamışdır. Məhkum kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 avqust 2023-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respubli kası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə tə sbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydaların pozulduğunu, hazırkı işin hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edən sübutların tədqiqindən əsassız imtina edildiyini, nəticədə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətlərdə təqsirliliyi sübuta yetirilmədiyi halda əsassız olaraq həmin maddə ilə təqsirli bilindiyini iddia etməklə, faktiki olaraq apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi haqqında ka ssasiya tələblərini Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1.1-416.1.3-cü maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 avqust 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinay ət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Ədalət mühakiməsinin təqsirsizlik prezupsiyası prinsipi (CPM, maddə 21) şəxsin təqsiri Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. CPM-in 21.2-ci maddəsinə görə bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə “şəxsin cinayət törətməkdə təqsirli olma sına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır” (maddə 28.5). Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndiri lən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: _ məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; _ bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; _ məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Göründüyü kimi cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymə tləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Hazırki iş üzrə birinci instansiya məhkəməsinin hökmünü və hökmü dəyişdirilmədən saxlamış, o cümlədən Məhkum Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinməsi ilə razılaşmış apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarını yoxladıqda, həmin yekun məhkəmə aktlarının yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də Cinayət-Prosessual Məcəllənin 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydalarına və CPM-in 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi, ittihamın sübut olunmasında yaranan, digər sübutlarla aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsi barədə tələblərə cavab vermədiyi müəyyən olunur. Belə ki, Məhkum Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə məhkum edilməsinə dair aşağı instansiya məhkəmələrinin yekun məhkəmə aktlarına baxdıqda, aydın olur ki, işin faktiki hallarının yuxarıda - hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş qaydada müəyyən edilməsinə Zərərçəkmiş şəxs, sonuncunun qızı Şahid1 həm ibtidai istintaq dövründə həmdə birinci instansiya məhkəməsində vermiş olduğu ifadələri, zərərçəkmiş şəxsin nümayəndəsi Xn vəsatəti ilə məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 və X6 ifadələri və məhkəmə-tibbi ekspertizasının 09 mart 2022-ci il tarixli 145 saylı rəyi əsas olmuşdur. İlk növbədə qeyd o lunmalıdır ki, Məhkum həm ibtidai istintaq zamanı həmdə məhkəmədə vermiş olduğu ifadələrində göstərilən halı inkar edərək Zərərçəkmiş şəxs zor tətbiq etmədiyini, sonuncuya xəsarət yetirmədiyini bildirdiyi halda, Zərərçəkmiş şəxs Məhkum onun ünvanına nalayiq ifadələr işlədərək yumruqla onun sifətinə və sinə nahiyəsinə bir neçə zərbə vurduğunu, zərbələrin təsirindən yerə yıxıldığını, yerə yıxılan zaman X2 və onun uşaqlarının onu vurduqlarını, X təpiklə ona zərbə vuran zaman, onun təpiyinin sol əlinə dəydiyini, bu zaman onun sol əlində küt ağrı hiss etdiyini, daha sonra X2 onun saçından tutub yerdən qaldırıb, başını divara vurduğunu, həmin vaxt özündən bir anlıq getdiyini, bu zaman X2in arvadı X3 onların yanına gəldiyini və onun saçından tutduğunu göstərmişdir. Birinci instansiya məhkəməsin də şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, qonşuluqda yaşayan Zərərçəkmiş şəxs ilə aralarında heç bir ədavət və düşmənçiliyi olmamış, 08 mart 2022-ci il tarixdə çərşənbə bayramı ilə əlaqədar o, həyətdə tonqal qalamış, həmin vaxt qonşular da həyətdə tonqalın ətrafına toplaşmışlar, təxminən 10 dəqiqə keçdikdən sonra qonşuluqda yaşayan X4 tonqalın yanına gələrək təkidlə tonqalı söndürməyi tələb etmiş, orada olanlar X4ya bayrama görə tonqalın qalandığını bildirmişlər. X4 evə gedib bir neçə dəqiqədən sonra təkrar geri qayıtmış, həmin vaxt X4nın əlində içərisində su olan vedrə olmuşdur. X4 əlində olan vedrənin içərisində ki, suyu tonqalın üzərinə tökərək tonqalı söndürməyə başlamış, bu zaman X2in oğlu X6 X4ya maneə olmaq istəmiş, X4 X6i itələyərək əlində olan vedrəni X6in b aşına vurmuşdur. X12 başına vedrəni vurduğunu görüb ona yaxınlaşıb X4nı tonqalın yanından uzaqlaşdırmışdır. Bu zaman X4 təkrar tonqalı söndürmək üçün evə gedib təkrar su dolu vedrə ilə geri qayıtmışdır ki, tonqala su töküb söndürsün, tonqala tərəf gələn zaman X2 X4nın qarşısına durmuş X4 əlində olan vedrənin içərisindəki suyu X2in üzərinə tökmüş və X2in ünvanına nalayiq sözlər işlətməyə başlamışdır. Bu zaman X4nın qızı X5 həyətə çıxıb X2in üzərinə hücum çəkmiş və əlləri ilə X2in başına zərbələr vurmağa başlamışdır. Həyətdə olan səsə X2in arvadı X3 X2ə köməyə gəlmiş və onların arasına girmiş, bu zaman X4yla X3nin arasında dava düşmüşdür. X4 X3nin əynində olan hicabdan tutub yerə yıxmış, X3 yerə yıxılan zaman X4 əlləri ilə X3nin başından vurmuş, həmin vaxt X4nın qızı X5 də X3nin üzərinə hücu m çəkmiş və əlləri ilə X3nin sifətinə daha sonra təpiklə X3nin sifətinə zərbələr vurmuşdur. O, və qonşuluqda yaşayan X7 onların arasına girib aralamış, X X4nı və qızını sakitləşdirib yaşadığı evə tərəf aparmışdır. Məhkum onlarla mübahisə etdiklərini görmüş, lakin onları döydüyünü görməmişdir. Baş vermiş hadisənin səbəbi həyətdəki tonqal olmuşdur. X4 Əziziova da həmin tonqalı söndürmək istəyirdi və həmin vaxt mübahisə yaranmışdır. İş üzrə dindirilmiş digər Şahid4, həmçinin şahidlər Şahid2 (məhkumun həyat yoldaşı) və yetkinlik yaşına çatmayan X7 (məhkumun oğlu) Şahid3 ifadəsinə oxşar ifadə vermişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində ifadə vermiş Şahid1 Qasım qızı (zərərçəkmiş şəxsin qızı) ifadəsində göstərmişdir ki, o, başını qaldırıb anasına tərəf baxan zaman X2in an asının saçından tutub divara vurduğunu görmüş, anasının başı divara dəydikdən sonra bir anlıq özünü itirib əli ilə divardan tutmuşdur. Bu zaman o, anasına tərəf yaxınlaşmaq istədikdə, X2in arvadı X3 anasına çatıb saçından tutub dartmış və onların hər ikisi də yerə yıxılmışlar. Onlar hər ikisi də yerdə əlbəyaxa olmuşlar. Bu zaman X2 anasına yaxınlaşıb anasının saçından tutub dartmışdır. O, bunu görüb ona arxadan yaxınlaşıb yumruqla başından iki zərbə vurmuşdur. X2 anasını buraxıb ona tərəf dönmüş və onun qolundan tutub itələmişdir. O, da yerə yıxılmışdır. O, yerdən qalxdıqdan sonra o, və qonşuluqda yaşayan X7nın oğlu anasını və X2i ayırmışlar. Hadisə baş verən zaman, hadisə yerində o, anası X4, X2, X2in arvadı X3, onların uşaqları, X7nın oğlu və onun dostu olmuşdur. Birinci instansiya məhkə məsinin iclasında zərərçəkmiş şəxsin nümayəndəsi X oğlunun vəsatəti ilə şahid qismində dindirilmiş X8 (zərərçəkmiş şəxsin qızı X5 ilə 2017-ci ildə gözəllik salonunda işləmiş) ifadəsində göstərmişdir ki, hadisə baş verən günü o, telefonu evdə unutmuş, təxminən saat axşam 8-9 radələrində X5nin yaşadığı məhəlləyə girərkən bir kişinin bir xanımı yıxıb vuraraq sürüdüyünü görmüş, bundan başqa dava vaxtı həyətdə uşaqların olduğunu görmüşdür. Həyətdə dava olduğunu gördükdə 5-10 dəqiqə X5ni gözləmiş, X5nin gəlmədiyini gördükdən sonra özünü işləri olduğu üçün evinə qayıtmışdır. Birinci instansiya məhkəməsinin iclasında zərərçəkmiş şəxsin nümayəndəsi Xn vəsatəti ilə şahid qismində dindirilmiş Şahid5 (məhkum və zərərçəkmiş şəxsin qonşuları, Şahid4 oğlu) ifadəsində göstərmişdir ki, hadisə zamanı o, i şdən yeni qayıtmış və çörək almaq üçün mağazaya yollanmış, qayıdan zaman anasının dizlərinin qan içində olduğunu görmüş və nə olduğunu soruşanda bacısı ona demişdir ki, qonşular arasında mübahisə olub və anası onları ayırmağa çalışmışdır. Faktiki olaraq mübahisənin şahidi olmamışdır, yalnız səsləri eşitmişdir. O, evə qayıdan zaman qadın səsləri gəlirdi, bacısını görmüş və soruşmuşdur ki, "anası haradadır?” Bacısı demişdir ki, qonşular mübahisə edir və anası onları ayırmağa gedib. O eşitmişdir ki, Zərərçəkmiş şəxs tonqala su tökərək söndürməyə çalışmış və bundan sonra Məhkumla mübahisə başlamışdır. Zərərçəkmiş şəxs qışqırıq səslərini eşitmiş, lakin səsi aydın olmadığından nə dediyini başa düşməmişdir, yalnız onu eşitmişdir ki, Zərərçəkmiş şəxs Məhkum uşağına əl-qol atmışdır. Buna cavab olar aq Məhkum nə dediyini eşitməmişdir. Kimlərin bir-birini vurduğunu görməmişdir, o, mübahisənin sonuna gəlib çıxmışdır. Qonşular tərəfindən Məhkum Zərərçəkmiş şəxs vurması barədə heçnə eşitməmişdir. Axşam təxminən saat 8-9 radələrində evə gəlmişdir. Evə daxil olmamışdan qabaq səs-küy eşitməmişdir. Qonşulardan Zərərçəkmiş şəxs başından xəsarət alması haqqında heç nə eşitməmişdir. Hazırki iş üzrə məhkəmələrin müəyyən etdikləri faktiki halları, həmin faktiki hallardan hasil etdikləri hüquqi nəticələrlə müqayisə etdikdə, məhkəmələrin Məhkum əməlinin qəsdən sağlamlığa az ağır zərər vurma kimi Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə tövsif edilməsi haqqında qənaətlərinin müəyyən edilmiş saydıqları faktiki hallarla uzlaşdığını söyləmək, beləliklə də bu qənaəti mötəbər, inandırıcı nəticə kimi qəbu l etmək mümkün deyil. Belə ki, Azərbaycan Respublikası CM-in 127-ci maddəsində nəzərdə tutulan cinayətin ictimai təhlükəliliy qəsdən sağlamlığa ağır zərər vurmanın ictimai təhlükəliliyi dərəcədə olmasa da, həmin maddədə müəyyən edilən əməllər də insanların sağlamlığına kifayət qədər ciddi zərər vurduğu üçün cinayət məsuliyyətinə səbəb olur. Bu cinayətin törədilməsi həyat üçün təhlükəli zərərə, habelə CM-in 126.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmur, lakin sağlamlığın uzun müddətə pozulması və ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnir. Şərh edilən cinayət tərkibinin də obyekti insanların sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. CM-in 127-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin obyektiv cəhəti aşağıdakıları əhatə edir; a) ictimai təhlükəli və hüquqazidd əməl (hərəkət və ya hərəkətsizlik); b) CM-in 126-cı maddəsində nəzərdə tutulmuş nəticələrin mövcud olmaması; c) sağlamlığın uzun müddətə pozulmasında və ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsində ifadə olunan ictimai təhlükəli nəticə; ç) əməllə ictimai təhlükəli nəticə arasında səbəbli əlaqə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 avqust 2014-cü il tarixi 269 nömrəli Qərarı ilə təsdiq edilmiş «Ağır, az ağır və yüngül xəsarət növlərinin Siyahısı»nın 2-ci bəndinə əsasən, sağlamlığın uzun müddət pozulmasına səbəb olan az ağır xəsarətlər dedikdə, sağlamlığın 21 gün və daha uzun müddətdə pozulması ilə nəticələnən xəsarətlər başa düşülməlidir. Şərh edilən cinayə tin subyektiv cəhəti həm birbaşa, həm də dolayı qəsdlə xarakterizə olunur. Qəsd çox vaxt qeyri-müəyyən olur. İlk növbədə qeyd olunmalıdır ki, cinayət işi üzrə təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi ilə bağlı qanuni və əsaslı nəticəyə gəlmək üçün aşağı instansiya məhkəmələr tərəfindən baş vermiş hadisənin təhlilini aparılmalı, işin həqiqi hallarına və hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətlərinə hüquqi qiymətin verilməli, həmçinin baş vermiş hadisənin səbəbi, baş vermə yeri, şəraiti və mexanizmi nəzərə alınmaqla toplanmış sübutlarla birlikdə qiymətləndirilməlidir. Məhkəmə kollegiyası xüsusi ilə vurğulayır ki, toplanmış sübutlar əsasında obyektiv həqiqətin müəyyən edilməsi məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır, sübutların düzgün qiymət ləndirilməsi isə faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir. Nə qədər ki, hazırkı işdə verilmiş ittihamın əsasını zərərçəkmiş şəxsin və şahidlərin ifadələri təşkil edir (ekspertiza nəzər alınmaqla), belə olan halda obyektiv həqiqətə nail olmaq üçün qeyd olunan ifadələrin aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən aşağıdakı hallara əhəmiyyət yetirilməsi zəruridir. _ həmin ifadələri verən şəxsin kimə qarşı ifadə verirsə, ona qarşı qərəzli mövqedə olub-olmaması; _ həmin ifadədə ümumilikdə baş vermiş həqiqəti özündə nə dərəcədə əks etdirməsi; _ digər sübutlarla müqayisəli şəkildə təhlili zamanı ifadənin ziddiyyətli olubolmaması; Həmçinin nəzərə alınmalıdır ki, ifadə özü özlüyündə maddi faktlara dair qaynağı insan olan, bu səbəbdən xəta və ya y anılma ehtimalı digər sübut növlərinə nəzərən daha yüksək olan bir sübut növüdür. Proses iştirakçıları (müdafiə və ya ittiham tərəfini təmsil etməkdə aslı olaraq) vermiş olduqları ifadələrində əksər hallarda özlərinin lehinə olan bəzi xüsusatları önə çıxarmaq, əleyhinə olan xüsusatları isə gizlətmək, həqiqəti əks etdirməmək kimi ehtimallar mövcud olur. Belə ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə prosesdə qarşı tərəf olmaqla aralarında davam edən mübahisə baxımından mənafe toqquşmaları mövcud olur ki, bu da həm onların həmdə onlarla olan münasibətdə çıxış edən şahidlərin tərəfsiz olması ehtimalını azaldır. Bu baxımdan həm zərərçəkmiş şəxsin, həmdə təqsirli şəxsin ifadələri cinayət prosesi iştirakçılarının vermiş olduğu ifadələrlə müqayisəli şəkildə qiymətləndirilməli, eyni zamanda top lanmış sübutlarla birlikdə dəyərləndirilməlidir. Lakin birinci instansiya məhkəməsinin məhkəmə istintaqının gedişində araşdırdığı və hökmdə təsvir etdiyi “sübutların məcmusunu” müqayisə etdikdə, aydın olur ki, əslində məhkəmə baxılmış (müdafiə tərəfinin X təqsirsizliyinin təsdiq edən məlumatlar kimi xüsusilə istinad etdiyi) sübutları nəinki qiymətləndirməmiş, sadalanmış sübutlardan bəzilərinin ağlabatan arqumentlər gətirmədən sübut kimi qəbul edilməsini rədd etmişdir. Həmin sübutların məzmunu isə birinci instansiya məhkəməsinin və onunla razılaşmış apellyasiya instansiyası məhkəməsinin müəyyən edilmiş saydıqları yuxarıda təsvir edilən nəticə ilə uzlaşmır. Belə ki, verilmiş ittihamdan görünür ki, X2 qarşısına keçib əlində olan vedrədəki suyu yerə tökdüyünə görə, Zərərçəkmiş şəxs əlində olan vedrə ilə X6 İmranovun başına vurduğu üçün, aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı o, qəsdən yumruqla Zərərçəkmiş şəxs başına və təpiklə əlinə zərbələr vurub yerə yıxaraq sonuncuya az ağır xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs isə birinci instansiya məhkəməsində vermiş olduğu ifadəsində göstərmişdir ki, X2 onun ünvanına nalayiq ifadələr işlədərək yumruqla onun sifətinə və sinə nahiyəsinə bir neçə zərbə vurmuş, zərbələrin təsirindən o, yerə yıxılmış, yerə yıxılan zaman X2 və onun uşaqları onu vurmuşlar. X2 təpiklə ona zərbə vuran zaman, onun təpiyi onun sol əlinə dəymişdir. Bu zaman o, sol əlində küt ağrı hiss etmişdir. Daha sonra X2 onun saçından tutub yerdən qaldırıb, başını divara vurmuşdur. Maraqlı məqam həm də ondan ibarətdir ki, Şahid1 (zərərçəkm iş şəxsin qızı olmaqla onun maraq və mənafeyinə uyğun ifadə verməsi gözlənilən olduğu haldadır) hadisə yerində olmasına baxmayaraq yerə yıxılmış anasının Məhkum tərəfindən təpiklə vurulması barədə heç bir ifadə verməmişdir. Göründüyü kimi verilmiş ittihamda Məhkum Zərərçəkmiş şəxs başına və təpiklə əlinə zərbələr vurub yerə yıxaraq sonuncuya az ağır xəsarət yetirdiyi qeyd olunduğu halda, zərərçəkmiş şəxs az ağır xəsarəti məhz yerdə yıxılmış vəziyyətdə olarkən Məhkum tərəfindən vurulmuş təpiklər nəticəsində aldığını bildirmişdir ki, qeyd olunan bu ziddiyyətli hal məhkəmələr tərəfindən araşdırılmamışdır. Bundan başqa birinci instansiya məhkəməsi zərərçəkmiş şəxsin nümayəndəsinin vəsatəti ilə məhkəmə iclasında dindirilmiş şahidlər Şahid5 və X6 ifadələrini ittihamın qiymətləndirilməsi üçün k ifayət etməsi barədə qənaətə gələrək, qeyd olunan ifadələri Məhkum CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinməsini təsdiq edən mötəbər ifadələr kimi qəbul etmişdir. Halbuki, nə Zərərçəkmiş şəxs nə də ki, hazırkı iş üzrə şahid qismində keçən sonuncunun qızı Şahid1 X ibtidai istintaq zamanı vermiş olduqları çoxsaylı izahat və ifadələrində bir dəfə belə olsun X8 şəxsin hadisənin bilavasitə baş verdiyi zaman kəsiyində hadisə yerində olmaqla hadisəni görməsi ilə bağlı ifadə verməmişlər. Digər tərəfdən şahid X6 ifadəsinə diqqət etdikdə müəyyən olunur ki, sonuncu ifadəsini hadisə yerində olduğu zaman üzərində telefonun olmaması ilə başlayır (sanki qabaqcadan proses iştirakçılarını məlumatlandırır ki, hadisə yerində olub-olmamasına şübhə yaranarsa, həmin şübhəni aradan qaldırmaq üçün onun istifad əsində olan mobil telefonun anten məlumatlarını yoxlanılmasına təşəbbüs göstərilməsin) ki, bu isə öz növbəsində şahidə xas olmayan tərzdə ifadə verməsinə dəlalət edir. Sadalanan hallar şahid X8 vermiş olduğu ifadəsinin qərəzsizliyinə əsaslı və təkzibedilməz şübhələr yaratdığı halda, apellyasiya məhkəməsi tərəfindən qeyd olunan hallara qiymət verilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən şahid qismində dindirilmiş Şahid5 oğlu isə ümumiyyətlə hadisənin baş verdiyi zaman hadisə yeridə olmayaraq, faktiki olaraq mübahisənin şahidi olmamış, hadisənin baş vermə səbəbləri, xarakteri, mexanizmi və ya inkişafı ilə bağlı bilavasitə məlumatlı olmamışdır. Göründüyü kimi qeyd olunan hallar ittihamın sübuta yetirilməsinə kifayət qədər əsaslı şübhələr yaratmasına baxmayaraq sadalanan ziddiyyətlər apellyasiya məhkəməsi tərəfindən aradan qaldırılmamışdır. Xüsusi vurğulamaq lazımdır ki, 08 mart 2022-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri, Səbail rayonu, M.X6 küçəsi 80 saylı binanın həyətində baş vermiş hadisəni, onun səbəblərini, xarakterini, mexanizmini və ya inkişafını bilavasitə görən, həmçinin şəxsi münasibətlər baxımından nə müdafiə tərəfinin nədə ki, ittiham tərəfinə aid olmayan neytral şahidlər Şahid4 və Şahid3 ifadələri birinci instansiya məhkəməsi tərəfindən heç bir tutarlı arqument gətirilmədən qeyri-ciddi, səmimi və doğru olmayan ifadələr kimi, həmçinin öz qonşuları Məhkum müdafiəsinə (baxmayaraq ki, sonuncular eyni zamanda Zərərçəkmiş şəxs ilə qonşu olmaqla, sonuncuya qarşı qərəzli mövqedə olmalarına dair heç bir tutarlı sübut olmamış) və onun məsuliyyətdən yayınma sına yönəlmiş ifadələr kimi qiymətləndirilmişdir. Şahidlər Şahid4 və Şahid3 ifadələri həm özü özlüyündə, həmdə məhkum edilmiş şəxs Məhkum və iş üzrə keçən digər şahidlər ifadələri üst üstə düşdüyü halda, birinci instansiya məhkəməsinin həmin ifadələrin mötəbərliyini və sübuti əhəmiyyətini şübhə altına alması nə kassasiya müəllifinə nə də ki, məhkəməyə aydın deyil. Bundan başqa qeyd olunmaldır ki, Zərərçəkmiş şəxs hadisə vaxtı hazırkı iş üzrə məhkum edilmiş Məhkum həyat yoldaşı Şahid2 yerə yıxaraq onun baş bədən nahiyələrinə əlləri ilə zərbələr vurması ilə əlaqədar Səbail rayon Pİ İŞ tərəfindən ayrıca olaraq Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi başlanılmış, müvafiq ittiham aktı tərtib olunmaqla Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Səbail rayon Məhkəməsinin 1(009)-155/2023 saylı xx.xx.2023-cü il tarixli məhkəmə aktından müəyyən olunur ki, həqiqətən də Zərərçəkmiş şəxs hadisə günü yəni xx.xx.2022-ci ildə Məhkum həyat yoldaşı Şahid2 həyat yoldaşına qarşı zor tətbiq etmiş, onu yerə yıxaraq əlləri və ayaqları ilə onun baş bədən nahiyyələrinə zərbələr vurmuş nəticədə Şahid2 kəllə-beyin travması xəsarətləri yetirmişdir. Məhkəmə onu da bildirir ki, Məhkum həyat yoldaşı Şahid2 ilə hazırkı iş üzrə Zərərçəkmiş şəxs arasında baş vermiş qarşılıqlı münaqişə zamanı Zərərçəkmiş şəxs Şahid2 yerə yıxaraq onun baş və bədən nahiyələrinə əlləri ilə zərbələr vurması özü özlüyündə Zərərçəkmiş şəxs vurmuş olduğu zərbələr nəticəsində (belə ki, qeyd olunan hadisə zamanı X xəsarət alması mübahisəsiz haldır) xəsarət almasına ehtimalına əsas verir. Buna baxmayaraq, nə birinci instan siya məhkəməsində, nədə ki, apellyasiya instansiyası məhkəməsində təhlil edilən məsələyə aydınlıq gətirilməmiş və Zərərçəkmiş şəxs hansı xəsarətlərin və kimin tərəfindən, habelə nə ilə yetirilməsini dəqiqləşdirməmişlər. Məhkəmə kollegiyası qeyd edir ki şəxsin təqsirləndirildiyi əməldə onun təqsiri mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu müəyyən olunur, digər sübutlarla aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilənin əleyhinə yozulmamalıdır. Bu zaman «in dubia pro red» şübhədən təqsirləndirilənin yararlanma qaydasına uğun dəyərləndirilmə aparılmalı və bu prinsipə əsasən təqsirləndirilənin ehtimal olunan cinayətdən təqsiri şübhəyə yol verilməyən əminliklə isbat edilməlidir. Törədilmə şəkli şübhəli və tam olaraq aydınlaşdırılmam ış olaylar, hadisələr, ifadələr təqsirləndirilənin əleyhinə yozularaq onun ittihamın əsasını təşkil edə bilməz. Belə olan halda məhkəmələrin yalnız zərərçəkmiş şəxsin ifadələrindən, ekspertiza rəyindən, ifadələrinin mötəbərliyi toplanmış sübutlarla və işin halları ilə müqayisəli tədqiq edilməmiş şahidlərin ifadələrindən çıxış etməklə, Məhkum Zərərçəkmiş şəxs qarşı hansı hərəkətlərin edilməsini müəyyən etmədən, yəni faktiki olaraq Məhkum təqsirliliyi ilə bağlı gəldikləri yekun nəticəni təsdiq edən mötəbər sübutlara istinad etmədən Məhkum CM-nin 127.1-ci maddəsi ilə məhkum etmələri kassasiya müəllifinə aydın olmadığı kimi məhkəmə kollegiyasına aydın deyil. Cinayət-Prosessual Məcəllənin 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Başqa sözlə, kassasiya in stansiyası məhkəməsinin hüquq məsələləri üzrə nəticələrə gəlməsi üçün əsas rolunda onun özünün işin faktiki hallarına dair qənaəti, sübutların qiymətləndirilməsinə dair mülahizələri deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin sübutların qiymətləndirilməsi və faktlar barədə qənaətləri çıxış etməlidir. Bu səbəbdən, birinci instansiya məhkəməsinin sübutların qiymətləndirilməsi, faktların müəyyən edilməsi üzrə nəticələri proses iştirakçıları tərəfindən mübahisələndirildiyi halda (bununla bağlı tələbləri), həmin dəlillərin apellyasiya instansiyası məhkəməsində lazımınca yoxlanılması kassasiya instansiyası məhkəməsi üçün mühüm əhəmiyyət kəsb edir. Çünki, özü bilavasitə sübutları tədqiq edib faktları müəyyən etmək səlahiyyətində olmayan kassasiya instansiyası məhkəməsi yalnız bu məs ələlər apellyasiya instansiyası məhkəməsində tam, hərtərəfli və obyektiv yoxlanıldıqda, onların (həqiqiliyi şübhə doğurmayan faktların) üzərində öz mülahizə və nəticələrini qura bilər. Apellyasiya məhkəməsində aparılmış araşdırmanın həmin meyarlara cavab verməməsi kassasiya instansiyası məhkəməsinin bu cür, yəni sübutetmənin, faktların mübahisələndirildiyi və belə dəlillərlə məhkəmə qərarlarının ləğv edilməsi haqqında tələblərin irəli sürüldüyü kassasiya müraciətləri üzrə nəticələrə gəlməsi üçün ciddi maneə yaradır. Apellyasiya məhkəməsində aparılmış araşdırmanın keyfiyyətli və onun nəticələrinin inandırıcı olması üçün isə belə araşdırma zamanı sübutların bilavasitə tədqiq edilməsi və faktların bir daha araşdırılması tələb olunur ki, bunu da məhkəmə istintaqı aparmadan həyata keçirmək mü mkün deyil. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayəthüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələrinin Ali Məhkəmənin Plenumunun qeyd olunan Qərarında verilən tövsiyələrdən irəli gələn araşdırmanın həyata keçirmələri öyrənilmiş cinayət işi materiallarından müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən apellyasiya məhkəməsinin yekun qərarı ləğv edilməli, apellyasiya şikayətinə onun məzmununa və irəli sürülmüş apellyasiya tələbinin xarakterinə adekvat olan prosedurda – ətraflı məhkəmə istintaqı aparılmaqla təkrarən baxılmalıdır. Odur ki, məhkum tərəfindən verilmiş kassasiya şikayəti qismən əsaslı hesab edilməli, onun dəlillərinin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1-416.1.3 maddələrində nəzərdə tutulmuş əsaslarla mübahisləndirilən qərar ləğv edilməli, apellyasiya şikayəti üzrə məhkəmə baxışı təkrarən keçirilməlidir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair Məhkum, kassasiya şikayətinin təmin edilməməsi barədə Zərərçəkmiş şəxs və onun nümayəndəsi Abbasov Səyyad Kamran oğlunun, və dövlət ittihamçısı X3 çıxışlarını dinləyib, şə rh edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 avqust 2023-cü il tarixli, 1(103)-1587/2023 nömrəli qərarı ləğv edilməli, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Bu qənaətə gələrkən məhkəmə kollegiyası CPM-nin 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün bilmir. Belə ki, CPM-nin 419.12-ci maddəsinə əsasən, bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası m əhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Məhkum kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 17 avqust 2023-cü il tarixli, 1( 103)-1587/2023 nömrəli qərarı ləğv edilsin, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar