Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-329/2021 09.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARI Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu, Müdafiəçi – Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Kazımov Əfqan Xanlar oğlunun iştirakı ilə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi nin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarından Məhkumun müdafiəçisi Kazımov Əfqan Xanlar oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim Əliyeva Aytən Heydər qızı) xx xxxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, orta təhsilli, subay, işləməyən, əvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 06 ay müddətə azadlıq dan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.5-ci maddəsinə əsasən, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Məhkuma təyin edilmiş 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Hökmdən Məhkumun müdafiəçisi Cavadov Cahangir Hidayət oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim Q.X.Babayev, hakimlər F.A.Qasımov və R.M.Abdulovdan ibarət tərkibdə) xx xxxx 2020-ci il tarixli qərarı ilə apelyasiya şikay əti təmin edilməmiş, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarından Məhkumun müdafiəçisi Kazımov Əfqan Xanlar oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxxxx 2018-ci il tarixdə, saat 04 radələrində vətəndaş Zərərçəkmiş şəxsin yaşadığı ünvan 2 ünvanda yerləşən yaşayış sahəsi hesab edilən mənzilinə hamam otağının nəfəsliyi vasitəsilə qanunsuz daxil olub oradan, Zərərçəkmiş şəxsə məxsus 350 manat dəyərində 01 cüt 5 qram ç əkidə 750 əyarlı qızıl sırqa, 250 manat dəyərində 01 ədəd Tiffany markalı 3 qram çəkidə 750 əyarlı qızıl klon, 350 manat dəyərində 01 ədəd 4 qram çəkidə 750 əyarlı qızıl klon, 250 manat dəyərində 01 ədəd 4 qram çəkidə 585 əyarlı qızıl boyunbağı, 01 ədəd 150 manat dəyərində 3 qram çəkidə 585 əyarlı qızıl boyunbağı, 01 ədəd 150 manat dəyərində 5 qram çəkidə 585 əyarlı qızıl boyünbağı, 01 ədəd 100 manat dəyərində 3 qram çəkidə 585 əyarlı qızıl sancaq və 01 ədəd 100 manat dəyərində 2 qram çəkidə 585 əyarlı qızıl sancağı gizli talamaqla Zərərçəkmiş şəxsə cəmi 1700 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi Kazımov Əfqan Xanlar oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Apellya siya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarında Məhkumun cəzasını yüngülləşdirən əsas hallar nəzərə alınmamış, heç bir əsas olmadan onun CM-nin 56.1.3-cü maddəsinə əsasən, ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzaçəkməsi müəyyən edilmişdir. Halbuki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmündən də görünür ki, Məhkum zərərçəkmiş şəxsə dəymiş zərəri ödəmiş və bu hal yüngülləşdirici hal kimi müəyyən edilmişdir. Onun əməlində ağırlaşdırıcı hal müəyyən edilməmişdir. Həmin işin halları ilə də müəyyən edilmişdir ki, xx xxxx 2016-cı il tarixdə cəzadan azad olunmuş Məhkum cinayət əməlini məhkumluğu ödənildikdən sonra, yəni xx xxxxxxxx 2018-ci ildə, Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü qəbul edilməzdən əvvəl törətmişdir. Beləliklə də, müdafiə tərəfi olaraq Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə təyin edilmiş cəzanın həddi və cəzanın çəkilməli olduğu cəzaçəkmə müəssisəsinin rejimi ilə razı deyildir. Belə ki, Məhkum hazırki cinayət əməlini törədərkən onun məhkumluğu olmamışdır. Yəni, onun əvvəllər törətdiyi cinayət əməlinə görə azadlıqdan məhrum etmə cəzası, onun bu cəzaya görə məhkumluğu götürüldükdən sonra onun əməlində residivin müəyyən edilməsi kimi nəzərə alına bilməz. Beləliklə də, yuxarıda qeyd edilənlərdən də görünür ki, qanunvericiliyin tələbləri pozularaq, Məhkum hazırki cinayət əməlini törədərkən onun məhkumluğu olmadığı halda, törətdiyi az ağır cinayətə görə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Qeyd edilənlə rdən əlavə, Məhkumun əməlində yüngülləşdirici hal olduğu və onun əməlində heç bir ağırlaşdırıcı hal olmadığı halda ona həddən artıq ağır cəza təyin edilmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarını ləğv etməklə Məhkumun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə daha aşağı həddə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini xahiş edir. Kassasiya məhkəmə baxışında çıxış edən müdafiəçi Ə.X.Kazımov kassasiya şikayətində göstərdiyi halları bir daha təsdiq edərək şikayətinin təmin olunmasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və ana litik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək kassasiya şikayətinin dəlillərinin əsassız olduğunu, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını cəza təyini zamanı maddi hüquq normalarının tələblərinə əməl olunduğunu göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının ape llyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkumun müdafiəçisi Kazımov Əfqan Xanlar oğlu tərəfindən verilmiş kassasiya şikayətində Məhkum barəsində təyin edilmiş cəzanın və cəzaçəkmə müəssisəsinin rejiminin ağır olduğu iddia edilmiş və mübahis ələndirilən qərarın dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, müdafiəçinin kassasiya şikayətinin təmin olunması, dövlət ittihamçısının isə kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkuma verilmiş yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması h ökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkumun əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Müdafiəçinin kassasiya şikayətində məhkuma təyin edilmiş cəzanın ağır olduğu, törədilmiş əməlin ədalətli nəticəsi olmadığı iddia edilmişdir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun əd alət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd edilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsində isə göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkuma təyin edilmiş cəza məsələsinə gəldikdə, iş materiallarından görünür ki, məhkəmələr tərəfindən Məhkuma cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hal (zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi), habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkumun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkumun müdafiəçisinin kassasiya şikayətində məhkumun barəsində məhkəmələr tərəfindən təyin edilmiş ciddi rejimli cəzaçəkmə müəssisəsinin qanunsuz olaraq seçildiyi iddia edilmişdir. Şikayətin həmin dəlili ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlilləri əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Məhkum Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli Amnistiya aktına əsasən cəzadan azad edilmişdir. Daha sonra, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkum Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə təqsirli bilindiyi cinayət əməlini xx xxxxxxxx 2018-ci il tarixdə, yəni, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə bağlı məhkumluğu ödənildikdən sonra, xx xxxxxx 2018-ci il tarixli hökmü qanuni qüvvəyə miməmişdən əvvəl törətmişdir. Odur ki, birinci instansiya məhkəməsi məhkumun xx xxxxxxxx 2018-ci il tarixdə törətdiyi əməllə bağlı xx xxxxxx 2019-cu il tarixli hökmündə onun bu əməli ni cinayətlərin residivi kimi nəzərə almamış, apellyasiya məhkəməsi də birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Lakin, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Məhkuma cəza təyin edilərkən onun xx.xx.2013-cü il tarixli hökmü ilə yaranmış məhkumluğu cinayətlərin residivi kimi nəzərə alınmış və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qənaətə gəlinmişdir. Qeyd edilən cinayət əməlinə görə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkən Məhkum Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən, CM-nin 66.5-ci maddəsinə əsasən, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Məhkuma təyin edilmiş azadlıqdan mə hrum etmə cəzası sonuncu hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Odur ki, əvvəl törətmiş olduğu cinayət əməllərinə görə ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkən Məhkum barəsində müdafiəçinin cəzaçəkmə müəssisəsinin rejiminin dəyişdirilməsi ilə bağlı şikayətinin dəlilləri tamamilə qanunsuz və əsassız hesab olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdi rmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkumun müdafiəçisi Kazımov Əfqan Xanlar oğlu tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin et mədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkumun müdafiəçisi Kazımov Əfqan Xanlar oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı Məhkumun müdafiəçisi Kazımov Əfqan Xanlar oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-329/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-329/2021
09.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver