Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-329/2023 02.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4, məhkum edilmiş şəxslər Məhkum1,Məhkum2 və onların müdafiəçisi Müdafiəçi1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1194/2022 nömrəli, 05 iyul 2022-ci il tarixli qərarından Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə, məhkum edilmiş şəxslər və onların müdafiəçisi Müdafiəçi1 tərəfindən birgə verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum2 xx xxxxxxxx 1982-ci il tarixdə Ermənistan Respublikasının Spitak rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır.
2. Məhkum1 xx xxx 1976-cı il tarixdə Ermənistan Respublikasının Spitak rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, məhkumluğu olmayan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. 3. 13 dekabr 2021-ci il tarixli ittiham aktına görə Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 139-1.1 və 308.1ci maddələri ilə, Məhkum1 isə Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair ittiham elan edilmişdir.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum2 hüquqi şəxs yaratmadan ********** nömrəli VÖEN əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi vəzifəli şəxs olaraq xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə tanışı Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup ş əxs halında birləşmiş, bu məqsədlə onlar tamah niyyəti ilə karantin rejimi dövründə Məhkum2 fərdi sahibkar kimi rəsmiləşdirildiyi və birlikdə işlətdikləri ünvan 3 ünvanında fəaliyyət göstərən “Extra Restorant and Lounge” adlı restoranı 2021-ci ilin iyun ayının sonlarından əyləncə mərkəzi kimi təşkil etməklə çoxsaylı müştərilərin dəvət edilmiş “DJ” tərəfindən verilən yüksək musiqinin təsiri altında sosial məsafə gözləmədən və tibbi maskalardan istifadə etmədən rəqs etmələrinə, müştərilərin çoxdəfəlik istifadə üçün nəzərdə tutulmuş qəlyan avadanlıqlarından istifadə etmələrinə, həmçinin obyektin gecə saat 24.00-dan sonra da müştərilərə xidmət göstərməsinə şərait yaratmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə əlaqədar əlavə tədbirlər barədə” 12 sentyab r 2020ci il tarixli, 336 nömrəli Qərarının 1.1.8, 1.1.11 və 1.2.2-ci bəndlərində qeyd edilmiş “istirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanlarının fəaliyyətinin dayandırılması”, “ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadənin qadağan olunması”, “ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 00:00-dan 09:00-dək yerində xidmətin dayandırılması, qəlyan avadanlıqlarından istifadənin və hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmağın qadağan edilməsi” kimi və digər tələblərinə riayət etməyərək epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və karantin rejimlərini pozmaqla xəstəliklərin, yəni “Koronavirus” (COVİD-19) infeksiyasının yayılması üçün real təhlükə yaratmaqla öz qulluq səlahiyyətlərin dən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, cəmiyyətin və dövlətin bu sahədə qanunla qorunan mənafelərinə mühüm zərər vurmuşdur. Daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 02 avqust 2021-ci il tarixdə, saat 23:45-dən etibarən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı ünvan 3 ünvanında fəaliyyət göstərən “Extra Restorant and Lounge” adlı restorana baxış keçirilmiş, baxış zamanı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarlarını pozmaqla gecə saat 24.00-dan sonra fəaliyyət göstərməsini təsdiq edən kassa qəbzləri, eləcə də çoxdəfəlik istifadə üçün nəzərdə tutulmuş qəlyan avadanlıqlar ı aşkar edilmişdir. Məhkum1 tanışı hüquqi şəxs yaratmadan ********** nömrəli VÖEN əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olan Məhkum2 ilə özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə onlar tamah niyyəti ilə karantin rejimi dövründə Məhkum2 fərdi sahibkar kimi rəsmiləşdirildiyi və birlikdə işlətdikləri ünvan 3 ünvanında fəaliyyət göstərən “Extra Restorant and Lounge” adlı restoranı 2021-ci ilin iyun ayının sonlarından əyləncə mərkəzi kimi təşkil etməklə çoxsaylı müştərilərin dəvət edilmiş “DJ” tərəfindən verilən yüksək musiqinin təsiri altında sosial məsafə gözləmədən və tibbi maskalardan istifadə etmədən rəqs etmələrinə, müştərilərin çoxdəfəlik istifadə üçün nəzərdə tutulmuş qəlyan avadanlıqları ndan istifadə etmələrinə, həmçinin obyektin gecə saat 24.00-dan sonra da müştərilərə xidmət göstərməsinə şərait yaratmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə əlaqədar əlavə tədbirlər barədə” 12 sentyabr 2020ci il tarixli, 336 nömrəli Qərarının 1.1.8, 1.1.11 və 1.2.2-ci bəndlərində qeyd edilmiş “istirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanlarının fəaliyyətinin dayandırılması”, “ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadənin qadağan olunması”, “ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 00:00-dan 09:00-dək yerində xidmətin dayandırılması, qəlyan avadanlıqlarından istifadənin və hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmağın qadağan edilməsi” kimi və digər tələblərinə riayət etməyərək epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və karantin rejimlərini pozmaqla xəstəliklərin, yəni “Koronavirus” (COVİD-19) infeksiyasının yayılması üçün real təhlükə yaratmışdır. Daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 02 avqust 2021-ci il tarixdə, saat 23:45-dən etibarən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı ünvan 4 ünvanında fəaliyyət göstərən “Extra Restorant and Lounge” adlı restorana baxış keçirilmiş, baxış zamanı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarlarını pozmaqla gecə saat 24.00-dan sonra fəaliyyət göstərməsini təsdiq edən kassa qəbzləri, eləcə də çoxdəfəlik istifadə üçün nəzərdə tutulmuş q əlyan avadanlıqları aşkar edilmişdir.
5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-133/2022 nömrəli, 26 aprel 2022-ci il tarixli hökmü ilə Məhkum2 Azərbaycan Respublikası CM-nin 139-1.1 və 308.1ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin təqsirli bilinməsi və ona Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən 02 il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum olunmaqla 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş əsas cəzaların qismən toplanılmaqla, həmin Məcəllənin 66.4-cü maddəsin ə əsasən əlavə cəzanın cinayətlərin məcmusu üzrə təyin edilmiş əsas cəzaya birləşdirilməklə qəti olaraq 02 il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum olunmaqla 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmənin əvvəlinin 03 avqust 2021-ci il tarixdən hesablanması; Məhkum1 Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməsi və ona 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmənin əvvəlinin 03 avqust 2021-ci il tarixdən hesablanması hökm edilmiş, hökmlə həmçinin digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməs inin qeyd edilən hökmündən təqsirləndirilən şəxslər Məhkum2 və Məhkum1, eləcə də onların müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti verib hökmün ləğv edilməsini, təqsirliliyi sübuta yetirilmədiyindən Məhkum2 və Məhkum1 barəsində bəraət hökmünün çıxarılması xahiş etmişlər.
7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1194/2022 nömrəli, 05 iyul 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-133/2022 nömrəli, 26 aprel 2022-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmiş, həmin hökmlə Məhkum2 Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təyin edilmiş 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə ilə bağlı cəza 01 (bir) ilə, Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən təyin edilmiş 02 il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum olunmaqla 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə ilə bağlı əsas cəza 01 (bir) ilə endirilmiş, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş əsas cəzalar qismən toplanılmaqla, həmin Məcəllənin 66.4-cü maddəsinə əsasən əlavə cəza cinayətlərin məcmusu üzrə təyin edilmiş əsas cəzaya birləşdirilməklə qəti olaraq 02 il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum olunmaqla 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş; Məhkum1 Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təyin edilmiş 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə ilə bağlı cəza 01 (bir) ilə endirilm iş, hökm verilmiş apellyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
8. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı kassasiya protesti, məhkum edilmiş şəxslər Məhkum2 və Məhkum1, eləcə də onların müdafiəçisi Müdafiəçi1 tərəfindən birgə kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar
9. Kassasiya protesti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi cəzanı yüngülləşdirən hallara həddindən artıq önəm verərək digər halları, yəni cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini lazımınca dəyərləndirməyərək, məhkumlara ədalət prinsipinə cavab verməyən açıq-aşkar yüngül cəza təyin etmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası C inayətProsessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CPM) 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1194/2022 nömrəli, 05 iyul 2022-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir.
10. Kassasiya şikayətinin dəlilləri ilə apellyasiya şikayətinin dəliləri eynidir, kassatorlar onları təkrarlamaqla qeyd etmişlər ki, məhkumlar onlara ittiham edilən cinayətləri törətməmiş, əməllərində cinayət tərkibi olmadığına görə, Azərbaycan Respublikası CPMnin 416.1.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsini xahiş edirlə r. III. Hüquqi məsələlər
11. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
13. Qanunvericiliyin bu tələbində n göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Dövlə t ittihamçısı kassasiya protestində məhkum edilmiş şəxs Məhkum2 və Məhkum1 təyin edilmiş cəzanın yüngül olduğunu iddia edərək, xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirmişdir.
16. Məhkum edilmiş şəxslər və onların müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətində Məhkum2 və Məhkum1 əməlində cinayət tərkibinin olmadığını iddia edərək, xahişlərini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.6-cı maddəsində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirmişlər.
17. Odur ki, məhkəmə kollegiyası kassasiya müraciətlərini Azərbaycan Respublikası CPM -nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan hesab edir və onlarla əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 iyul 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
18. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
19. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri nin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
20. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmiş dir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).
22. Təsvir edilən maddi və prosessual cinayət-hüququ normalarının tələbləri ni, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası məhkumlar Məhkum2 və Məhkum1 əməllərinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir.
23. Belə ki, ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat dövründə tədqiq edilmiş sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən istinad edilən maddi və prosessual cinayət-hüquqi normaların tələbləri və mövcud məhkəmə təcrübəsi nəzərə alınmaqla hazırda mübahisələndirilən qərarda ayrı-ayrılıqda və məcmu halında bir daha araşdırılmış, məhkəmə haqlı olaraq hesab etmişdir ki, məhkum edilmiş şəxs Məhkum2 əməlində Azərbaycan Respublikası CM-nin 139-1.1 və 308.1-ci maddələrində, Məhkum1 isə əməlində Azərbaycan Respublik ası CM-nin 1391.1-ci maddəsində nəzərdə tutulmuş cinayətlərin əlamətlərinin mövcud olması, işin faktiki halları, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübütlar, o cümlədən onların ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində verdikləri öz ifadələri, şahidlər Şahid11, Şahid1, Şahid7, Şahid2, Şahid9, X3, Şahid8 ƏƏsər qızı, Şahid5, Şahid10, Şahid12, Şahid4 və Şahid3 ifadələri və iş üzrə toplanmış digər sübutlarla, o cümlədən – “Əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə” 03 avqust 2021-ci il tarixli protokol, “Mobil telefon aparatına baxış keçirilməsi haqqında” 03 avqust 2021-ci il tarixli protokol, “Extra Restorant and Lounge” adlı restorana aid kassa çekləri, ekspertiza rəyləri və iş üzrə toplanmış digər təkzibolunmaz sübutlarla tam təsdiq olunur.
24. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələ üzrə gəldiyi nəticə məhkumun apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin məhkumlar Məhkum2 və Məhkum1 cinayət əməllərinin hüquqi tövsifi barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür.
25. Məhkəmə kollegiyası həmçinin dövlət ittihamçısının məhkumlar Məhkum2 və Məhkum1 cəzа təyin edilməsi ilə bağlı kassasiya protestinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin bu məsələyə aid mövqeyi ilə razılaşır və hesab edir ki, həmin hissədə qəbul etdiyi qərar maddi və prosessual cinayət-hüquqi normalarına uyğundur. Məhkəmə cəza təyin edərkən, Məhkum2 yaşayış yerindən müsbət xarakterizə olunması, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olması kimi cəzanı yüngülləşdirən halların, cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən və tamah məqsədilə törədilməsi kimi cəzasını ağırlaşdıran halların mövcud olduğunu, həmçinin, Məhkum1 yaşayış yerindən müsbət xarakterizə olunması, himayəsində üç yetkinlik yaşına çatmayan uşağının olması kimi cəzanı yüngülləşdirən halların, cinayətin qabaqcadan əlbir olmuş bi r qrup şəxs tərəfindən və tamah məqsədilə törədilməsi kimi cəzasını ağırlaşdıran halların mövcud olduğunu, habelə məhkumların şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onları səciyyələndirən halları, o cümlədən təyin olunacaq cəzanın onların islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alaraq, qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən, Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişdir. Məhkəmə kollegiyası məhkumlar barəsində daha ağır cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir.
26. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsipləri ilə uzlaşan, ağlabatan müddətdə keçirilmiş, məhkumlara müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət hadisəsinin təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
27. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti və kassasiya şika yəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum2 və Məhkum1 barəsində olan 05 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Təsvir edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti və kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1194/2022 nömrəli, 05 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.