Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-33/2020 23.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Cəfərov Anar Novruz oğlu, Məhkum, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Rzayev Elvin Rəşid oğlunun iştirakları ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarından Məhkum və müdafiəçisi Rzayev Elvin Rəşid oğlu tərəfindən birlikdə verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim M.Hacıyeva) xx xxxxxx 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan1 ünvanında qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsiilə təqsirli bilinib hər ay qazancının 15 faizidövlət nəfinə tutularaq və cəzasını iş yeri üzrə çəkməklə 01 il müddətəislah işləri cəzasına məhkum edilmişdir. Hökmdən məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim İ.M.Murquzov, hakimlər H.H.Əhmədov və H.Ç.Məmmədovdan ibarət tərkibdə) xx xxxx 2019-cu il tarixli qərarı ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apelyasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Rzayev Elvin Rəşid oğlu ilə birlikdə kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarını ləğv etməklə ona bəraət verilməsini xahiş etmişdir. İŞİN HA LLARİ: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, xx xxxx 2018-ci ildə saat 20:30 radələrində etibarnaməsi olmadan idarə etdiyi “Naz Lifan" markalı **-BB-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri Mərdəkan qəsəbəsindən “Koroğlu” metrostansiyası istiqamətində hərəkətdə olarkən, hərəkət zolağında yaranmış maneə səbəbi ilə kəskin manevr etməklə, eyni istiqamətdə hərəkət edən Zərərçəkmiş şəxs1 idarə etdiyi “Kia Cerato" markalı **-GN-*** dövlət nömrə nişanlı avtomobilin hərəkət zolağına çıxdığı üçün, Zərərçəkmiş şəxs1 avtomobilin uzaq işıqlarını yandıraraq söndürməsini özünə qarşı hörmətsizlik kimi qəbul edib bunu bəhanə edərək, aralarında baş vermiş mübahisə zamanı avtomobili ictimai yer olan Bakı ş əhəri Nizami rayonu ərazisində yerləşən “Koroğlu” metrosu yaxınlığındakı körpünün üzərində, yolun hərəkət hissəsində dayandırıb digər yol hərəkəti iştirakçılarının hərəkətinə mane olmasına məhəl qoymadan, öz şəxsiyyətini sonuncu və digərlərin şəxsiyyəti fövqündə qoymaqla, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərərək, ictimai qaydanı kobud pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyyələrinə qəsdən yumruqla zərbələr endirib ona ağırlıq dərəcəsinə görə sağlamlığa yüngül zərər vuran-alt dodağın selikli qişa səthinin əzilmiş yarası və qarının qançırı ilə müşayiət edilən xəsarətlər yetirmiş və ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs2 müqavimət göstərib çiynindən tutaraq dartıb kəna ra itələməklə ona sol çiyin qurşağının qançırı kimi dərəcəsi təyin edilməyən xəsarət yetirməklə xuliqanlıq etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum müdafiəçisi Rzayev Elvin Rəşid oğlu ilə birlikdə verdiyi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hökmü və Bakı Apellyasiya Məhkəməsinin qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməli və Məhkum barəsində bəraət hökmü çıxarılmalıdır. Belə ki, məhkəmələr tərəfindən işə obyektiv, hərtərəfli yanaşılmamış, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Məhkum heç kimə xəsarət yetirməmiş, xəsarət yetirmək niyyəti olmamış və xuliqanlıq etmək niyyəti olmamışdır. O, xx xxxx 2018-ci il tarixdə saat 20:30 radələrində qardaşı X1 məxsus olan avtomobili təxminən 60-70 km/saat sürətlə idarə edərək Mərdəkan qəsəbəsindən “Qara Qarayev” metrostansiyası istiqamətində H.Əliyev prospekti ilə hərəkət edib, körpüyə qalxmaq üçün ikizolaqlı dairəvi yolun sağ zolağı ilə hərəkət edərkən həmin vaxt onun hərəkət etdiyi zolaqda mühərrikində nasazlıq olduğuna görə sürücünün kapotu qaldırıb avtomobilin qarşısında dayandığını görmüşdür. Buna görə qəfil yolun sol zolağına keçmək məcburiyyətində qalmış, həmin vaxt arxadan başqa avtomobilin yaxınlaşdığını görməmişdir. Anidən arxadan Zərərçəkmiş şəxs1 idarə etdiyi “Kia Cerato” markalı, **-GN*** dövlət qeydiyyat nişanlı avtomobillə ona yaxınlaşaraq əlini siqnalın üzərinə qoyduğunu və siqnal səsinin kəsmədiyini görüb əlini pəncərədən çıxarıb arxaya doğru Zərərçəkmiş şəxs1 yolun sağ zolağında nasaz dayandırılmış avtomobili göstərmişdir. O, maneəni ke çəndən sonra yenidən sağ zolağa qayıdanda Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobili onunla paralel sürüb pəncərədən ona acıqlı formada “nə əl-qol uzadırsan mənə?” deyə soruşduqda o da nasaz avtomobili göstərdiyini bildirmişdir. Zərərçəkmiş şəxs1 avtomobili ilə onun avtomobilinin qarşısını kəsərək dayanmışdır. Zərərçəkmiş şəxs1 avtomobildən enərək aqressiv şəkildə onun avtomobilinə yaxınlaşaraq nömrəsini istəmiş, bu zaman Zərərçəkmiş şəxs1 qəfildən onun sifət nahiyəsinə yumruqla bir dəfə zərbə endirmiş, o, zərbənin təsirindən arxaya səndələyərək yıxılmışdır. Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobildən bir nəfər xanım da düşüb kənarda dayanmışdır. Məhkum yerə yıxılandan sonra Zərərçəkmiş şəxs1 öz avtomobilinə əyləşib hadisə yerindən uzaqlaşmışdır. O da əvvəlcə öz avtomobilinə əyləşib hadis ə yerindən uzaqlaşsa da təxminən yarım kilometr sonra halsızlığı artdığı üçün avtomobili dayandırıb təcili tibbi yardıma zəng edərək kömək istəmiş, sonra 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Hadisə nəticəsində Məhkum ağır xəsarət almışdır. Zərərçəkmiş şəxs1 və onun yanındakı qohumlarının qərəzli və ziddiyyətli ifadələri əsasında Məhkum barəsində qanunsuz və əsassız olaraq ittiham hökmü çıxarılmışdır. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarını ləğv etməklə ona bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya k assasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətlərinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları q eyd edir: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkum və onun müdafiəçisinin kassasiya şikayətinin təmin olunması, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurmaqla, ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə müqavimət göstərməklə qərəzli x uliqanlıq hərəkətləri etməsi ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə ol unduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Bu səbəbdən qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Məhkum kassasiya şikayətində göstərilən ittihamların onunla heç bir əlaqəsinin olmaması, məhkəmələr tərəfindən əsassız və qanunsuz olaraq məhkum olunduğu, nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu, buna görə də, ona bəraət verilməli olduğu iddia edilir. Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanların əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Apellyasiya məhkəməsinin qərarında həmin dəlillər və əməlin tövsifi ilə bağlı aşağıdakılar qeyd olunmuşdur: “...Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasıcinayət işinin materiallarını verilmiş apellyasiya şikayətinin dəlilləriilə birlikdə əlaqəli şəkildə araşdıraraq və cinayət prosesinin iştirakçılar ının fikirlərini dinləməklə hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdənvə məhkəmə iclaslarının protokollarındangöründüyü kimi, MəhkumAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilməməsinə baxmayaraq, onun tərəfindən həmin cinayətin törədilməsi zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə; keçirilmiş məhkəmə-tibbi ekspertizalarının rəyləri ilə; baxış, götürmə və digər istintaq hərəkətlərin protokolları ilə; iş üzrə toplanmış və birinci instansiya məhkəməsində tədqiq edilm olunmuş digər çoxsaylı mötəbər sübutlarla kifayət qədər öz təsdiqini tapmışdır. Cinayət qanunveric iliyində xuliqanlıqcinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekt kimi ictimai qayda, əlavə obyekt kimi isə insanların sağlamlığı, şərəf və ləyaqətin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qayda, şəxsiyyətin təhlükəsizliyi və sağlamlığının, şərəf və ləyaqətin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunda müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlığın motivi təqsirkar şəxsin qeyri-müəyyən şəxslər dairəsi şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir və hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Subyektivcəhətinmütləq şərti cinayətin motividir.Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik və ədəbsizliyin qarşısını almağa cəhd edən şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarındaxuliqanlıq cinayətinin məzmunu və tətbiqi məsələləri ilə bağlı aşağıdakı hüquqi mövqelərini ifa də etmişdir: “Xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. CM-in 221-ci maddəsi xuliqanlıq əməlini-ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Həmin maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliq anlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Həmin normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər-təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətini, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olun an hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər - təqsirkarın ətrafdakı şəxslər və özünə açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamının qəbul etdiyi davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxs və ya cəmiyyətin üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Birinci instansiya məhkəməsi qeyd olunanları və MəhkumAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsiilə nəzərdə tutulan cinayəti törətməsi cinayət işi üzrə toplanmış və birinci instansiya məhkəməsində tədqiq edilmiş çoxsaylı mötəbər və təkzibedilməz sübutlarla kifayət qədər öz təsdiqini tapdığını nəzərə alaraq hesab etmişdir ki, Məhkumhəmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Eyni za manda, birinci instansiya məhkəməsiMəhkumöz ifadəsində özünü cinayəti törətməkdə təqsirli bilməməsi, hər hansı bir qanunsuz hərəkətlərə yol verməməsi və bu səbəbdən qərəzli xuliqanlıq etməməsi barədə irəli sürdüyü dəlillər yuxanda göstərilən tədqiq edilmiş çoxsaylı sübutlarla təkzib edildiyindən və öz təsdiqini tapmadığından, ifadələrinə tənqidi yanaşaraq, göstərdiyi dəlilləri yalnız cinayət məsuliyyətindən boyun qaçırmaq məqsədilə irəli sürülən dəlillər kimi qiymətləndirmişdir. Belə ki, Məhkumibtidai istintaqa verdiyi ifadələrində Zərərçəkmiş şəxs1 yumruqzərbələri atdığını, lakin çənəsi sındığı üçün dəqiq nişan ala bilmədiyini, Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1 onun arasına girib onları ayırmağa çalışdığını, yoldan keçən avtomobillərdən yükavtomobilinin saxladığını, sürücünün onları ayı rdığını, çənəsi sındığından kimin ayırdığını, ətrafda kənar şəxslərin toplaşıb-toplaşmadığını xatırlamadığını bildirmişdir. Bundan başqa, hadisə zamanı zərərçəkmişlər - Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 xəsarət almaları keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri ilə və dindirilmiş ekspert-kriminalistin ifadələri ilə təsdiq edilmişdir. Bundan əlavə zərərçəkmiş Zərərçəkmiş şəxs2 onu Məhkum vurmamasına, onda hər hansı bir xəsarətin olmamasına və ekspert tərəfindən müayinə edilməməsinə dair məhkəmədə verdiyi ifadəsi onun istintaqda verdiyi ifadəsi, ekspertizanın rəyi və məhkəmədə dindirilmiş ekspertin ifadəsi ilə təkzib edilmişdir. Məhkəmə kollegiyasıMəhkumifadələrini istintaqda və məhkəmədə zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə əlaqəli şəkildə tədqiq etməklə hesab edir ki, onun tərəfindən Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsindənəzərdə tutulmuş cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və onun hər hansı bir mötəbər və təkzibedilməz sübutlara əsaslanmayan ifadələri ittihamı təkzib edən sübutlar kimi qəbul edilə bilməz, onun irəli sürdüyü dəlillərə istinad etməklə qurduğu müdafiəsi isə göstərilən cinayət əməlini törətməsini istisna etmir və bu səbəbdən onun həmin ifadələri yalnız cinayət məsuliyyətindən yayınmağa onun cəhd kimi qiymətləndirilməlidir. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsindənəzərdə tutulmuş cinayəti törətməsi toplanmış və birinci instansiya məhkəməsində tədqiq edilmiş çoxsaylı sübutlarla öz təsdiqini tapdığından, ona bəraət verilməsinə dair özü tərəfindən verilmiş ape llyasiya şikayətindəirəli sürülən dəlillərlə məhkəmə kollegiyasırazılaşmır və həmin dəlilləri əsassız hesab etməklə yanaşı, hökmün ləğv olunması üçün əsas tapmır və bu səbəbdən hesab edir ki, verilmiş apellyasiya şikayətitəmin edilməməli və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır...”. Məhkəmə kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxıb müəyyən etdi ki, apellyasiya məhkəməsi ittihamın təsdiq edilməsi və əməlin tövsifi məsələləri üzrə gəldiyi nəticəni işin hallarına və qanunun tələblərinə, o cümlədən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi və Ali Məhkəməsinin Plenum Qərarlarına istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Bu nəticə iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Kassasiya şikayətində elə bir dəlilə istinad edilməmişdir ki, Məhkum təqsirinin (ittihamının) təsdiq edilmədiyini və ona bəraət verilməli olduğunu göstərsin. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum təqsirinin, mötəbərliyi şübhə doğurmayan sübutlarla (həmin sübutların məcmusu ilə) təsdiq olunduğuna dair nəticə iş materiallarına uyğundur. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməllərinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxx 2004-cü il tarixli qərarının 2-ci bəndindəgöstərilir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsininmətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə - cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələr, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən olunmuş qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə - ictimai və ya şəxsi mənafelərə əhəmiyyətl i zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olan birgəyaşayış və davranış qaydaların qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə isə dedikdə-təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi və yaxud cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, həmçinin bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Qeyd edilən qərarın 4-cü bəndinəəsasən, Cinayət Məcəlləsinin 221.1-ci maddəsindəcinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərinin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla, məhkəmələrə izah olunmuşdur ki, xuliqanlıq gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə - zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurma hərəkətlərin edilməsi başa düşülməlidir. Bundan əlavə xuliqanlıq hərəkətlərimüxtəlif formalarda ifadə olunsa də, onların hamısı 3 əlamətəmalik olmalı, yəni bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə etməli və nəhayət vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə və yaxud belə zorun tətbiq olunması hədəsi ilə, həmçinin özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum əməllərində verilmiş ittiham üzrə xuliqanlıq cinayətinin yuxarıda sadalanan bütün əlamətlərin mövcud olmuşdur. Qeyd edilən normaların tə ləbləri baxımından məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Məhkumidarə etdiyi avtomobili ictimai yer olan Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən "Koroğlu” metrosunun yaxınlığında olan körpünün üzərində, yolun hərəkət hissəsində dayandırıb digər yol hərəkəti iştirakçılarının hərəkətinə mane olmasına məhəl qoymadan, öz şəxsiyyətini Zərərçəkmiş şəxs1və digərlərinin şəxsiyyəti fövqündə qoymaqla, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, ictimai qaydanı kobud surətdə pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə Zərərçəkmiş şəxs1 ağırlıq dərəcəsinə görə sağlamlığa yüngül zərərvuran xəsarət və ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs2müqavimət göstərməklə sağlamlığına dərəcəsi təyin edilməyən xəsarət yetirməsi toplanmış və məhkəmədə tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə təsdiq edilmişdir. Kassasiya şikayətində göstərilən məhkumun əməlində cinayət tərkibinin əlamətləri olmadığından ona bəraət verilməsi ilə bağlı dəlillə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin həmin dəlili əsassız olduğundan təmin edilməməlidir. Belə ki, CPM-in 42-ci (Bəraətin əsasları) maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.1. bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin başverməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; 42.2.2. bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tu tulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövoud olduqda; 42.2.3. bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4 bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. İbtidai istintaq zamanı toplanmış, birinci instansiya məhkəməsi və apellyasiya məhkəməsi iclasında tədqiq edilmiş sübutlardan, ekspert rəylərindən görünür ki, Məhkum ona qarşı irəli sürülən cinayət əməlini törətmişdir. Ona ittiham o lunduğu CM-in 221.2.2-ci maddəsi ilə bəraət verilməsi üçün heç bir qanuni əsas yoxdur. Məhkəmə kolegiyası kassasiya şikayətinin dəlillərini özünümüdafiə xarakterli, məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilmiş əsassız dəlillər hesab edir. Şikayətdə cinayət və cinayət-prosessual qanununun normalarına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların və izahların tələbləri pozulmamışdır. İş materiallarından görünür ki, apellyasiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halları (ilk dəfə cinayət törətməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində bir azyaşlı uşağının olm ası) cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkum müdafiəçisi Rzayev Elvin Rəşid oğlu ilə birlikdə verdiyi kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum və müdafiəçisi Rzayev Elvin Rəşid oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı Məhkum və müdafiəçisi E.R.Rzayev tərəfindən verilmiş kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanı
Məhkəmə qərarları › İş №1(102)-33/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-33/2020
23.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver