Məhkəmə qərarları › İş №1(102)-33/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-33/2024

13.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-33/2024 13.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs2 və onun nümayəndəsi – XXX25nun vəkili X3, habelə Məhkum və onun müdafiəçisi – “XXX15” Vəkil Bürosunun vəkili Müdafiəçi5 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 may 2023-cü il tarixli hökmündən və Bakı Apellyasiya Məhk əməsinin Cinayət Kollegiyasının 31 may 2023-cü il tarixli həmin hökmdəki anlaşılmazlığın həll edilməsi barədə qərarından Məhkum və onun müdafiəçisi Müdafiəçi6 tərəfindən verilmiş kassasiya şikayətlərinə, habelə Məhkum digər müdafiəçiləri X5 və Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətlərinə əlavələrə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim S.R.Mustafayeva) Məhkum (xx xxxx 1971-cı ildə ünvan3ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki ünvan 2 ünvanında yaşayan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 322.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə əməlində cinayət tərkibinin olmaması əsası ilə bəraət verilmiş, Məhkum barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 may 2023-cü il tarixli hökmü ilə (sədrlik edən və məruzəçi hakim H.Ç.Məmmədov, hakimlər C.V.Hüseyn və E.H.Allahverdiyevdən ibarət məhkəmə tərkibi) zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tərəfindən birgə verilmiş apellyasiya şikayəti - qismən, Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti isə tam təmin edilmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli hökmü ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək hər ay qazancından dövl ət nəfinə 10 (on) % məbləğdə pul tutulmaqla 6 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilmişdir. Həmçinin, həmin hökmlə mülki iddia qismən təmin olunaraq 50.000 manat əldən çıxmış fayda, mülki iddianın verilməsi üçün ödənilmiş 443,6 manat dövlət rüsumu, müdafiəçiyə ödənilmiş 120 manat əmək haqqı təqsirləndirilən şəxsdən alınaraq zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ödənilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 may 2023-cü il tarixli hökmündə olan anlaşılmazlığın həll edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 may 2023-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim H.Ç.Məmmədov, hakimlər C.V.Hüseyn və E.H.Allahverdiyevdən ibarət məhkəmə tərkibi) həmin hökmün nəticə hissəsində - dördü ncü abzasdan sonra “Təqsirləndirilən şəxs Məhkum mənzillərdən (Zərərçəkmiş şəxs1 məxsus ünvan 3 ünvanında 44B saylı mənzil və Zərərçəkmiş şəxs2 məxsus ünvan5) çıxarılsın, öz hesabına mənzillər boşaldılsın və onlara təhvil verilsin” abzası əlavə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 may 2023-cü il tarixli hökmündən və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 may 2023-cü il tarixli anlaşılmazlığın həll edilməsi barədə qərarından Məhkum və onun müdafiəçisi Müdafiəçi9 tərəfindən kassasiya şikayətləri, Məhkum digər müdafiəçiləri X5 və Müdafiəçi5 tərəfindən isə kassasiya şikayətlərinə əlavələr vermişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 nümayəndəsi – vəkil Müdafiəçi3 tərəfindən kassasiya şikayətlərinə etiraz verilmişdir. İşin halları: Apellyasiya instansiyası məhkəməsinin hökmünə əsasən Məhkum qanunla və normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi fiziki şəxs tərəfindən təkzib edilən hər hansı hərəkəti özbaşına törətməsi ilə mühüm ziyan vurmuşdur. Belə ki, o, 2018-ci ilin xx xx xx ayından etibarən ünvan6 ünvanında yerləşən "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən inşa edilmiş hündürmərtəbəli binanın üçüncü girişinin 18-ci mərtəbəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus 138,7 kvadrat metr sahəyə malik 3 otaqlı 44B saylı və Zərərçəkmiş şəxs2 məxsus 169,4 kvadrat metr sahəyə malik 4 otaqlı 45B saylı mansard hissələrini Azərbaycan Respublikası Konstitusiyası, Azərbaycan Respublikası Mülki Məcəlləsi və digər normativ hüquqi aktlarla müəyyən edilmiş mülkiyyət hüququ ilə bağlı d avranış qaydalarına zidd olaraq qanuniliyi Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən təkzib edilməsinə baxmayaraq binanı inşa edən mənziltikinti kooperativinin təsisçilərindən biri olmasını bəhanə edərək qanunsuz olaraq həmin əmlaklara daxil olub təmir etdirməklə hazıradək bu əmlaklara dair qanunsuz olaraq sahiblik və istifadə hərəkətlərini davam etdirib zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 72.000 manat və Zərərçəkmiş şəxs2 81.600 manat olmaqla mühüm maddi ziyan vuraraq özbaşınalıq etmişdir. Kassasiya şikayətlərinin, kassasiya şikayətlərinə əlavələrin və etirazın dəlilləri: Məhkum və müdafiəçisi Müdafiəçi7 birgə verdikləri kassasiya şikayətlərini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi tərəfinən sübutlar və sübutların tədqiqinə dair cinayət-prosessual qan unun tələbləri pozulmuş, o cümlədən məhkəmə həqiqiəti əks etdirməyən zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrinə, ünvan 4 ünvanında "xxxx" MTK tərəfindən inşa edilmiş çoxmənzilli binanın mansardındakı 44B və 45B nömrəli mənzillərin satılmasına dair saxta olan müqavilələrə və ödənişlərin edilməsi barədə maliyyə arayşlarına əsaslanmış, təqsirləndirilən şəxsin ifadəsini və onun ifadəsini təsdiq edən sübutları isə nəzərə almamış, nəticədə Məhkum əməlində özbaşınalıq cinayətinin tərkibinin olması müəyyən edilmədiyi halda birinci instansiya məhkəməsinin bəraət hökmünü ləğv etməklə onu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə təqsirli bilmiş, eləcə də zərərçəkmiş şəxslərin mülki iddiasının təmin edilməsi üçün qanuni əsasların olmamasına baxmayaraq Məhkum əldə çıxmış fay danın əvəzi olaraq 50.000 manat məbləğində pulun Zərərçəkmiş şəxs3un və Zərərçəkmiş şəxs2 xeyrinə alınması, habelə hökmdə heç bir münasibət bildirilmədiyi halda hökmün elan edilməsindən bir müddət sonra anlaşılmazlığın həlli qaydasında Məhkum mübahisələndirilən mənzillərdən məcburi qaydada çıxarılmasına dair qərar qəbul etmişdir. Məhkum və müdafiəçilər kassasiya şikayətlərində və onlara əlavələrdə göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.3, 416.1.6, 416.1.11-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 may 2023-cü il tarixli hökmünün və anlaşlmazlığın aradan qaldırılması barədə 31 may 2023-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edirlər. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 nümayəndəsi – vəkil Müdafiəçi3 kassasiya şikayətlərinə etirazında kassasiya müraciətlərinin əsassız olduğunu qeyd edərək, həmin müraciətlərin təmin edilməməsinə dair qərarın qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəm əsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum və onun müdafiəçisi Müdafiəçi8 kassasiya şikayətlərində, həmçinin Məhkum digər müdafiəçiləri kassasiya şikayət lərinə əlavələrində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydaların pozulduğunu, nəticədə Məhkum özbaşınalıq cinayətini törətməkdə təqsirli bilmək üçün əsaslar müəyyən olunmadığı, o cümlədən əməlində həmin cinayətin tərkibi olmadığı halda onun CM-in 322.1-ci maddəsi ilə təqsirli bilindiyini iddia etməklə apelyasiya instansiyası məhkəməsinin hökmünün və anlaşılmazlığın həllinə dair qərarının ləğv edilməsi və işin yeni apelyasiya baxşına təyin edilməsi barədə tələblərini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.3, 416.1.6, 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. Odur ki, məhkəmə kollegiyası ka ssasiya şikayətlərini və kassasiya şikayətlərinə əlavələri Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 may 2023-cü il tarixli hökmünün və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 may 2023-cü il tarixli anlaşılmazlığın həll edilməsi barədə qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi ci nayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri a rasında üyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nə zərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsinin dispozisiyasına görə qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi fiziki və ya hüquqi şəxs tərəfindən təkzib edilən hər hansı hərəkətin özbaşına törədilməsi mühüm ziyan vurduqda əməl özbaşınalıq kimi qiymətləndirilir. Müdafiə tərəfi Məhkum əməlində CM-in 322.1-ci maddəsinin dispozisiyasında göstərilən tərkibyaradıcı əlamətlərin olmadığını iddia etsə də, bunun əksinə olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Məhkum "xxxx" MTK tərəfindən ünvan 4 ünvanında inşa edilmiş çoxmənzilli binanın mansardındakı Zərərçəkmiş şəxs1 məxsus 44B nömrəli mənzili və Zərərçəkmiş şəxs2 məxsus 45B nömrəli mənzili zəbt etmiş və həmin mənzillərin zərərçəkmiş şəxslərə məxsus olduğunu bilə-bilə, hətta qeyd olunan daşınmaz əmlaka dair mübahisəyə məhkəmədə baxılıb mənzillərin zərərçəkmiş şəxslərə məxsusluğu qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təsdiq olunduqdan sonra da mənzillərdən çıxmamış, zərərçəkmiş şəxslərin Azərbaycan Respublikasının Konstitusiyası və Mülki Məcəlləsi ilə təsbit edilmiş mülkiyyət hüququnu pozmaqla (o cümlədən, mənzillərdən istifadə etmək imkanından məhrum etməklə) onlara mühüm ziyan vurmuş, Məhkum hərəkətlərinin qanuniliyi zərərçəkmiş şəxslər tərəfindən 2018-ci ilin mart ayından etibarən bir başa Məhkum özünə mənzillərin onlara məxsus olduğu bildirilməklə və Məhkum mənzilləri tərk etməsi, təmir işlərini dayandırması tələb edilməklə, eləcə də Məhkum hərəkətlərindən polis orqanına şikayət edilməklə və hərəkətləri məhkəmədə mübahisələndirilməklə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən təkzib edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin həmin halların müəyyən edilmiş sayılmasına, yəni işin həqiqi halları olmasına dair qənaəti kassasiya müraciətlərində göstərilənlərin əksinə olaraq, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipinin (33-cü maddəsinin) müddəalarına, cinayət-mühakimə icraatının digər prinsiplərinə, sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların, o cümlədən yuxarıda i stinad edilən 145 və 146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmiş və qiymətləndirilmiş sübutlara əsaslanır. Belə ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ifadələrində təqribən 2008-ci ildə ünvan 4 ünvanında "xxxx" MTK tərəfindən inşa edilmiş çoxmənzilli binanın mansardındakı müvafiq olaraq 44B və 45B nömrəli mənzilləri müqavilə bağlamaqla və dəyərini tam şəkildə ödəməklə aldıqlarını, müəyyən səbəblərdən istifadə etməsələr də, 2018-ci ilin təqribən mart ayında həmin mənzillərdən istifadə etmək qərarına gəldikdlərini, lakin mənzillərin Məhkum tərəfindən zəbt edildiyini müəyyən etdiklərini, Zərərçəkmiş şəxs1 Məhkum kooperativin işçisi vasitəsi ilə xəbər göndərib və hər biri Məhkum özü ilə də bilavasitə danışıb mənzillərin onlara məxsus olduğunu bildirməl ərinə, Zərərçəkmiş şəxs2 Məhkum mənzilə hüququnu təsdiq edən müqaviləni göstərməsinə, Nəsimi Rayon Polis İdarəsinə Məhkum şikayət etmələrinə və məhkəmələrin, o cümlədən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının Məhkum ilə mübahisəni onların xeyrinə həll etmələrinə baxmayaraq sonuncunun zəbt etdiyi mənzilləri tərk etmədiyini göstərmişlər. Məhkum özü də məhkəmədə dindirilərkən "xxxx" MTK tərəfindən ünvan 4 ünvanında inşa edilmiş çoxmənzilli binanın mansardındakı 44B və 45B nömrəli mənzilləri təmir etdirərək öz əmlakı kimi onlardan istifadə etdiyini, təmirə başlayan vaxt Zərərçəkmiş şəxs1 binada işləyən oğlan vasitəsi ilə ona öz telefon nömrəsini verib danışmasını xahiş etdiyini və Zərərçəkmiş şəxs1la telefonla əlaqə saxladıqda sonuncunun mənzilin özünə məxsus olduğunu b ildirdiyini, bundan bir müddət sonra Zərərçəkmiş şəxs2 da digər mənzilin sahibi olmasını ona bildirdyini və mənzili əldə etməsinə dair müqaviləni göstərdiyini, bununla belə Zərərçəkmiş şəxs1la və Zərərçəkmiş şəxs2la bağlanmış müqavilələri saxta hesab etdiyinə, həmçinin "xxxx" MTK-nın həmtəsisçilərindən biri olduğuna və MTK-nın fakitki sahiblərindən olan Şahid7 mansarddakı mənzilləri ona verdiyinə, kooperativin gəlirlərindən pay almaq hüququ olduğuna görə əslində bu paya uyğun olaraq da mənzillərə hüququnun yarandığını, bu səbəbdən zərərçəkmiş şəxslərin tələb etmələrinə baxmayaraq mənzillərin təmirini davam etdirib onları boşaltmadığını göstərmişdir. Şahid3 birinci instansiya məhkəməsində verdiyi (apellyasiya instansiyası məhkəməsinin hökmündə əks etdirilmiş) ifadəsində "xxxx" MTK-da fəhlə işlədiyini göstərərək, həmin binanın mansardındakı iki mənzilin Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxus olduğunu, lakin Məhkum həmin mənzillərin təmirinə başlamaqla giriş qapılarını dəyişdirdiyini və qıfılla bağladığını, növbəti dəfə binaya gəldikdə mənzilininin qapısının dəyişdirildiyini və qıfıllı olduğunu görən Zərərçəkmiş şəxs1 bunu Məhkumvnın etdiyini ondan öyrəndiyini və mobil telefonla onu Məhkum ilə əlaqələndirməyi xahiş etdiyini göstərmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X4 ifadəsində gösətərmişdir ki, o, "xxxx" MTK-nın faktiki sahiblərindən biri, Məhkum isə isə formal təsisçilərindən biridir və o, Məhkum "xxxx" MTK tərəfindən ünvan 4 ünvanında inşa edilmiş çoxmənzilli binanın mansardındakı mənzillərin onun ixtiyarına verilməsi barədə heç bir söz deməmişdir. "xxxx" MTK-nın üzvlərinin koorperativ binada mənzil tikintisi haqqında 12 mart 2008-ci il tarixli müqaviləyə və həmin tarixli maliyyə arayışına görə Tural Məzəffərov ünvan 4 ünvanında yerləşən binanın 18-ci mərtəbəsində olan 44B nömrəli mansardı dəyərini tam ödəməklə əldə etmişdir. "xxxx" MTK-nın üzvlərinin koorperativ binada mənzil tikintisi haqqında 22 aprel 2008-ci il tarixli müqaviləyə və həmin tarixli maliyyə arayışına görə Zərərçəkmiş şəxs2 ünvan 4 ünvanında yerləşən binanın 18-ci mərtəbəsində olan 45B nömrəli mansardı dəyərini tam ödəməklə əldə etmişdir. Məhkum sözügedən mansarddakı mənzillərin zərərçəkmiş şəxslərə məxsusluğunu həmin müqavilələrin və maliyyə arayışlarının saxta olmasını iddia etməklə mübahisələndirsə də, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 may 2019 -cu il tarixli qətnaməsi ilə Məhkum cavabdehlər "xxxx" MTK, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qarşı “mənzilin tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmiş, bu qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 noyabr 2019-cu il tarixli qətnaməsi ilə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi isə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 iyun 2020-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunan sübutlarla yanaşı müdafiə tərəfinin də öz mövqeyini əsaslandırdıqları sübutları birincilərlə müqayisəli şəkildə təhlil etmiş və onlar yuxarıda təsvir edilən sübutlardan irəli gələn faktiki halların həqiqiliyini inkar etmək üçün yetərli olmadı ğından, bu motivlə CPM-in 353.2.2-ci maddəsinə əsasən hökmdə müdafiə tərəfinin deyil, məhz yuxarıda istinad edilən və mahiyyətcə həmin sübutlarla eynilik təşkil edən digər sübutlara istinad edib, onların məcmusunun yekun nəticəyə gəlmək üçün kifayət etdiyini hesab edərək Məhkum CM-in 322.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliynin sübuta yetirilməsi haqqında nəticəyə gəlmişdir (apellyasiya instansiyası məhkəməsinin hökmündə bütün sübutlar ətraflı təsvir edilib, onların həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, məhkəmə kollegiyası hazırki qərarda yuxarıda təsvir ediləndən daha geniş şəkildə, o cümlədən hər birinin məzmununu təsvir və şərh etməklə sübutların yenidən göstərilməsini zəruri saymır). Apellyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən də cəzanı yüngülləşdirən və ağırlaşdıran halların sübutlara əsasən müəyyən edilməsini tələb edən CPM-in 139.0.5-ci maddəsinin göstərişinə əməl etməklə cəzanın növünün seçilməsinə və həddinin müəyyən edilməsinə təsir göstərən bütün halları araşdırmış, o cümlədən Məhkum cəzasını ağırlaşdıran halları müəyyən etməmiş, qadın olmasını və əvvəllər məhkum olunmamasını isə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirmiş, bunlardan və təqsirkarın şəxsiyyətini səciyyələndirən digər məlumatlardan, eyni zamanda cinayətin xarakterini və ictimai təhlükəliliyini aşkarlayan hallardan çıxış edərək cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə dair CM-in müvafiq olaraq 59, 61, 58.3 və 41.2-ci maddələrinin, habelə ədalət prinsipinin tələblərinə (CM, maddə 8) cavab verən (islah işləri növündə) cəza təyin etmişdir. Odur ki, məhkəmə kollegiyası işin faktiki hallarının müəyyən edilməsi, həmin hallara cinayət qanunu normasının tətbiqi (əməlin hüquqi tövsifi), Məhkum Cinayət Məcəlləsinin 322.1-ci maddəsində nəzərdə tutulmuş özbaşınalıq cinayətini törətməkdə təqsirli bilinməsi və ona cəzanın təyin edilməsi üzrə apellyasiya instansiyası məhkəməsinin çıxardığı nəticələri şübhə altına almaq üçün əsas görmür. Qeyd olunanlar şərh edilən məsələlərə münasibətdə apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətləri və onlara əlavələrlə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.3, 416.1.6, 416.1.11-ci maddələrində təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Bununla belə, məhkəmə kol legiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi zərərçəkmiş şəxslərin mülki iddiası üzrə məsələni həll edərkən CPM-in cinayət mühakimə icraatında mülki iddianın verilməsini və həll edilməsini tənzimləyən normalarının tələblərini pozmuşdur və bu pozuntular mülki iddianın həlli üzrə apellyasiya instansiyası məhkəməsinin qənaətini qanuni və əsaslı (sübutetmə qaydalarına əməl edilməklə əldə olunmuş) nəticə kimi qəbul etməyə imkan vermir. Belə ki, CPM-in 32-ci maddəsində təsbit olunmuş cinayət prosesində tərəflərin çəkişməsi prinsipinə əsasən “məhkəmə tərəfindən hökm yalnız cinayət prosesi tərəflərinin iştirakı bərabər əsaslarla təmin edilməklə tədqiq olunmuş sübutlarla əsaslandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən “Cinayət mühakim ə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur.” CPM-in 187.1-ci maddəsinə əsasən “Mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır”. CPM-in 187.2-ci maddəsinə görə “Cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir”. CPM-in 346.1.17-ci maddəsinə əsasən məhkəmə tərəfindən məhkəmə baxışının nəticələrinə dair müşavirə otqağında müzakirə edilməli olan məsələlərdən biri də “mülki iddianın kimin manəfeyinə və hansı məbləğdə təmin edilməli olub-olmaması” məsələsidir. CPM-in 353.2.9-cu maddəsinə əsasən ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsin də “mülki iddia və məhkəmə xərclərinin ödənilməsi barədə qərarın motivləri”, CPM-in 353.4.10-cu maddəsinə görə isə ittiham hökmünün nəticəvi hissəsində “mülki iddianın həlli və məhkəmə xərclərinin ödənilməsi (kimin və hansı məbləğdə)” göstərilməlidir. CPM-in 354-cü maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq aşağıdakı qərarlardan biri əks etdirilir: _ iddianın tam və ya qismən təmin edilməsi; _ iddianın rədd edilməsi; _ iddianın baxılmamış saxlanılması. Təsvir edilən cinayət-prosessual normalardan göründüyü kimi onlar cinayət prosesində verilmiş mülki iddiaya cinayət işi ilə birlikdə cinayət prosesi tərəflərinin bərabər şərtlər daxilində iştirakı ilə baxılıb, həll edilməsini və ona dair qərarın məhkəmə baxşının nəticələr i üzrə yekun müşavirədə qəbul edilməsini və bu qərarın məhkəmə hökmündə əks etdirilməsini tələb etməklə, ona bu prosedurdan kənar - anlaşılmazlığın həlli qaydasında, cinayət prosesi tərəflərinin iştirakı olmadan baxılıb həll edilməsinə yol vermir. Hazırki işdə apellyasiya instansiyası məhkəməsinin cinayət işinə baxılması üzrə məhkəmə iclasında faktiki olaraq baxmadığı (həll etməkdən imtina etdiyi) iddia ərizəsinin tələbini hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında icraata aid olan CPM-in 518-ci maddəsində nəzərdə tutulmuş prosedurda (anlaşılmazlığın həlli qaydasında) cinayət prosesi tərəflərindən heç birinin, o cümlədən Məhkum və onun müdafiəçisinin, habelə mülki iddiaçılar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 və onların nümayəndəsinin iştirakı olmadan həll etməsi y uxarıda təsvir edilən cinayətprosessul qaydaların pozulması kimi çıxış edir. Belə ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 mülki iddia ərizəsində Məhkum mənzildən çıxarılması, öz hesabına mənzilin boşaldılaraq onlara təhvil verilməsi öhdəliyinin Məhkum üzərinə qoyulması, dəymiş maddi ziyan olaraq 153.600 manat pulun, hüquqi yardımın göstərilməsi üçün vəkillə bağladıqları müqaviləyə görə 120 manat pulun və mülki iddianın verilməsi üçün 443,6 manat rüsumun Məhkum tutularaq onlara ödənilməsini xahiş etmişlər. Apellyasiya instansiyası məhkəməsi isə hökmün təsviri-əsaslandırıcı hissəsində zərərçəkmişlərin iddia ərizəsinin Məhkum mənzildən çıxarılması tələbi üzrə heç bir əsaslandırma gətirməmiş, maddi ziyanın ödənilməsi tələbi ilə də bağlı müstəsna olaraq onu qeyd etmişdir ki, “...mübahisəli mənzillər öz istifadələrində olsa idi, 4 il müddətinə kirayə haqqından müəyyən qədər gəlir əldə etmək imkanları olacaqdır, lakin bu məbləğin zərərçəkmiş şəxslərin iddia etdikləri həcmdə olması inandırıcı hesab olunmur.” Apellyasiya instansiyası məhkəməsi bu həcmdə və məzmunda olan əsaslandırmadan iddia ərizəsinin “qismən təmin edilməli olması” barədə nəticə çıxarmış və hökmün nəticə hissəsində mülki iddia üzrə aşağıdakı məzmunda qərar qəbul etmişdir: “Mülki iddia qismən təmin olunsun, 50.000 manat əldən çıxmış fayda, mülki iddianın verilməsi üçün ödənilmiş 443,6 manat dövlət rüsumu, müdafiəçiyə ödənilmiş 120 manat əmək haqqı təqsirləndirilən şəxsdən alınaraq zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ödənilsin.” Belə olan halda apellyasiya instansiyası məhkəməsinin hökmdək i anlaşılmazlığın həlli barədə 31 may 2023-cü il tarixli qərarında Məhkum mənzillərdən çıxarılmasına dair qərarın cinayət işinə baxılarkən qəbul edilməsi, lakin hökmün nəticə hissəsində yanlışlıq üzündən qeyd edilməməsi kimi şərh edilməsi hökmün gercək məzmunu, o cümlədən onun təsviri-əsaslandırıcı və nəticə hissələri ilə uzlaşmayan mülahizə kimi çıxış edir. Bu səbəbdən, habelə əldə çıxmış faydanın tutulması və onun məbləği barədə məhkəmə qənaəti də hökmdə konkret dəlillər gətirilməklə (inandırıcı şəkildə) əsaslandırılmadığından, zərərçəkmiş şəxslərin mülki iddia ərizəsinə aid hissədə apellyasiya instansiyası məhkəməsinin hökmü, eləcə də bu hökmdəki anlaşılmazlığın həllinə dair 31 may 2023-cü il tarixli qərarı CPM-in 416.1.2-ci maddəsində göstərilən əsasın olmasına görə ləğv edilərək mülki iddiaya baxılması üçün cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməli, həmin hissədə kassasiya şüikayətləri və onlara əlavələr təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətlərinin və onlara əlavələrin təmin edilməsinə dair Məhkum və onun müdafiəçisi Müdafiəçi5, habelə kassasiya şikayətlərinin və onlara əlavələrin təmin edilməməsinə dair dövlət ittihamçısının, Zərərçəkmiş şəxs2 və onun nümayəndəsi X3 çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum və onun müdafiəçisi Müdafiəçi7 tərəfindən verilmiş kassasiya şikayətləri (məhkumun digər müdafiəçiləri X5 və Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətlərinə əlavələrlə birlikdə) qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məh kum barəsində olan 18 may 2023-cü il tarixli hökmü zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş mülki iddia ərizəsinə aid hissədə, habelə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 may 2023-cü il tarixli hökmdəki anlaşılmazlığın həllinə dair 31 may 2023-cü il tarixli qərarı ləğv edilməli, həmin hissədə cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum və onun müdafiəçisi Müdafiəçi8 tərəfindən verilmiş kassasiya şikayətləri (məhkumun digər müdafiəçiləri X5 və Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətlərinə əlavələrlə birlikdə) qismən - zərərçəkmiş şəxslə r Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş mülki iddia ərizəsinə aid hissədə təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 18 may 2023-cü il tarixli hökmü zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş mülki iddia ərizəsinə aid hissədə, habelə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının həmin məhkəmənin 18 may 2023-cü il tarixli hökmündəki anlaşılmazlığın aradan qaldırılmasına dair 31 may 2023-cü il tarixli qərarı ləğv edilsin, həmin hissədə cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar