Məhkəmə qərarları › İş №1(102)-330/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-330/2023

17.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-330/2023 17.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Vidadi Cəfər oğlu Cəfərovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, Məhkum və mülki iddiaçı – Dövlət Vergi Xidmətin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X8 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 mart 2022-ci il tarixli qərarından Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhər Qaradağ Rayon Məhkəməsinin (hakimlər T.Ə.Qurbanov) 11 fevral 2019cu il tarixli qərarı ilə 05 iyul 1969-cu il tarixdə Laçın rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 192.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilmiş, CM-in 213.2.2-ci mad dəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilmişdir. İş üzrə mülki iddia təmin edilməmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Məhkum qarşı irəli sürülmüş ittihama görə Məhkum X6 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, ümumilikdə külli miqdar təşkil edən 134403,74 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmış, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş, eləcə də Məhkum ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, ümumilikdə xeyli miqdar təşkil edən 23139,77 manat məbləğində qanunsuz gəlir əldə edərək, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Tərtib edilmiş i ttiham aktına əsasən Həsənov X10 Nazirliyi yanında Bakı Vergilər Departamentində vergi ödəyicisi kimi qeydiyyata alınmış, hüquqi ünvanı ünvan 3aradağ rayonu, Qızıldaş qəsəbəsi, Şahqaya daş yatağı olan, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) (VÖEN:**********) prezidenti X6 ilə vergiləri dövlət büdcəsinə ödənilməkdən yayındırmaq məqsədi ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, cəmiyyətin sahibkarlıq fəaliyyətini dövlət vergi orqanlarından gizlətmək məqsədi ilə cəmiyyətin fəaliyyətinin dayandırılması barədə dövlət vergi orqanlarını yalan məlumatlandırmış, istehsal sahəsində istifadə olunan elektrik enerjisinin abunəçisi kimi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Qaradağ rayon elektrik enerjisi satışı idarəsində öz adını qeyd etdirməklə, özünü cəmiyyətə sahə rəisi vəzifəsinə təyi n etdirib, həmin cəmiyyətin nizamnaməsində nəzədə tutulmuş funksiyaları yerinə yetirərək, əmlakının, maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini üzərinə götürmüş, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs olduğu halda, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.7, 53.1, 77.3, 78.1, 98,103, 104, 105.1, 130.1, 130.2, 149, 153, 154, 159.1, 173, 174, 175, 177, 178, 213, 214, 216.2,217, 218, 219 və 220,-ci maddələrinin tələblərini pozaraq, cəmiyyətin qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi bəyannamələrə bilə-bilə təhrif olunmuş məlumatlar daxil etməklə və bəyannamə təqdim etməməklə, ümumilikdə külli miqdar təşkil edən 134403,74 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” 02 sentyabr 2002-ci il tarixli, 782 saylı Fərmanına və həmin Fərmana əlavə və dəyişiklik edilməsinə dair Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2006-cı il tarixli, 510 saylı Fərmanına əsasən “Dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması” işlərinin görülməsi üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyin dən xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan, mişar daşı istehsalı ilə, yəni qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, ümumilikdə xeyli miqdar təşkil edən 23139,77 manat məbləğində qanunsuz gəlir əldə etmişdir. Belə ki, Həsənov X10i dövlət büdcəsinə ödəməkdən yayınmaq məqsədilə cəmiyyətdə sahə rəisi vəzifəsində işləyən X6 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adından 2012-ci ilin 2-ci rübü üzrə Bakı şəhərində təqdim etdiyi mallara görə 51194,00 manat dövriyyədən, 4 faiz dərəcə ilə 2047,76 manat məbləğində sadələşdirilmiş vergini hesablayıb ödəməli olduğu halda, həmin rüb üzrə bəyannamə təqdim etməyərək, 2047,76 manat sadələşdirilmiş vergini, 3-cü rüb üzrə Bakı şəhərində təqdim etdiyi mal lara görə 76802,00 manat dövriyyədən, 4 faiz dərəcə ilə 3072,08 manat məbləğində sadələşdirilmiş vergini hesablayıb ödəməli olduğu halda, həmin rüb üzrə bəyannamə təqdim etməyərək, 3072,08 manat sadələşdirilmiş vergini, 4-cü rüb üzrə Bakı şəhərində təqdim etdiyi mallara görə 76825 manat dövriyyədən, 4 faiz dərəcə ilə 3073 manat məbləğində sadələşdirilmiş vergini hesablayıb ödəməli olduğu halda, həmin rüb üzrə bəyannamə təqdim etməyərək, 3073 manat sadələşdirilmiş vergini; Bundan başqa, o, 2013-cü il üzrə malların təqdim edilməsindən gəliri 260308,47 manat, gəlirin əldə edilməsi ilə bağlı çəkdiyi xərcləri 216923,72 manat, əldə etdiyi mənfəəti 43384,75 manat və həmin il üzrə ödəməli mənfəət vergisi 8676,95 manat olduğu halda, həmin ilin yekunlarına dair mənfəət vergisinin bəyannaməsini vergi orqanına təqdim etməyərək, 8676,95 manat mənfəət vergisini; 2014cü il üzrə malların təqdim edilməsindən gəliri 260308,47 manat, gəlirin əldə edilməsi ilə bağlı çəkdiyi xərcləri 216923,72 manat, əldə etdiyi mənfəəti 43384,75 manat və həmin il üzrə ödəməli mənfəət vergisi 8676,95 manat olduğu halda, həmin ilin yekunlarına dair mənfəət vergisinin bəyannaməsini vergi orqanına təqdim etməyərək, 8676,95 manat mənfəət vergisini; Bundan başqa, o, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, Şahqaya daş yatağında xx.xx.2012-ci il tarixdən 01 aprel 2015-ci il tarixədək olan dövr ərzində 8 ədəd tir (blok) mişar daşı 1 kub.metr olan və cəmi 41888 ədəd tir (blok) mişar daşının istehsalından, hər kub.metrə görə 0,50 manat məbləğində mədən vergisi hesablayıb ödəməli olduğu halda, mədən vergisinin b əyannaməsini təqdim etməyərək, 2618,00 manat mədən vergisini; Bundan başqa, o, 2012-ci ilin 2-ci rübü üzrə tabeçiliyində olan işçilərə verdiyi 1456,85 manat məbləğində əmək haqqından, dövlət büdcəsinə 203,96 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergini hesablayıb ödəməli olduğu halda, həmin rüb üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan verginin bəyannaməsini təqdim etməyərək, 203,96 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergini; 3-cü rüb üzrə tabeçiliyində olan işçilərə verdiyi 2185,14 manat məbləğində əməkhaqqından, dövlət büdcəsinə 305,92 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergini hesablayıb ödəməli olduğu halda, həmin rüb üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan verginin bəyannaməsini təqdim etməyərək, 305,92 manat mu zdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergini; 4-cü rüb üzrə tabeçiliyində olan işçilərə verdiyi 2185,21 manat məbləğində əməkhaqqından, dövlət büdcəsinə 305,93 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergini hesablayıb ödəməli olduğu halda, həmin rüb üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan verginin bəyannaməsini təqdim etməyərək, 305,93 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergini; Bundan başqa, o, cəmiyyətin adından 2013-cü ilin yanvar ayı üzrə təqdim etdiyi ƏDV bəyannaməsində cəmiyyətin ƏDV tutulan dövriyyəsi 21683,05 manat, ƏDV 3902,95 manat, əvəzləşdirilən ƏDV olmadığı və ödənilməli ƏDV 3902,95 manat olduğu halda, həmin ay üzrə ƏDV bəyannaməsini təqdim etməyərək, 3902,95 manat ƏDV-ni; fevral ayı üzrə təqdim etdiyi ƏDV bəyannaməsində cəmi yyətin ƏDV tutulan dövriyyəsi 21701,69 manat, ƏDV 3906,30 manat, əvəzləşdirilən ƏDV olmadığı və ödənilməli ƏDV 3906,30 manat olduğu halda, həmin ay üzrə ƏDV bəyannaməsini təqdim etməyərək, 3906,30 manat ƏDV-ni; mart ayı üzrə təqdim etdiyi ƏDV bəyannaməsində cəmiyyətin ƏDV tutulan dövriyyəsi 21683,05 manat, ƏDV 3902,95 manat, əvəzləşdirilən ƏDV olmadığı və ödənilməli ƏDV 3902,95 manat olduğu halda, həmin ay üzrə ƏDV bəyannaməsini təqdim etməyərək, 3902,95 manat ƏDV-ni;aprel ayı üzrə təqdim etdiyi ƏDV bəyannaməsində cəmiyyətin ƏDV tutulan dövriyyəsi 21701,69 manat, ƏDV 3906,30 manat, əvəzləşdirilən ƏDV olmadığı və ödənilməli ƏDV 3906,30 manat olduğu halda, həmin ay üzrə ƏDV bəyannaməsini təqdim etməyərək, 3906,30 manat ƏDV-ni; may ayı üzrə təqdim etdiyi ƏDV bəyannaməsində cəmiyyətin ƏDV tutu lan dövriyyəsi 21683,05 manat, ƏDV 3902,95 manat, əvəzləşdirilən ƏDV olmadığı və ödənilməli ƏDV 3902,95 manat olduğu halda, həmin ay üzrə ƏDV bəyannaməsini təqdim etməyərək, 3902,95 manat ƏDV-ni az; iyun ayı üzrə təqdim etdiyi ƏDV bəyannaməsində cəmiyyətin ƏDV tutulan dövriyyəsi 21701,69 manat, ƏDV 3906,30 manat, əvəzləşdirilən ƏDV olmadığı və ödənilməli ƏDV 3906,30 manat olduğu halda, həmin ay üzrə ƏDV bəyannaməsini təqdim etməyərək, 3906,30 manat ƏDV-ni; iyul ayı üzrə təqdim etdiyi ƏDV bəyannaməsində cəmiyyətin ƏDV tutulan dövriyyəsi 21683,05 manat, ƏDV 3902,95 manat, əvəzləşdirilən ƏDV olmadığı və ödənilməli ƏDV 3902,95 manat olduğu halda, həmin ay üzrə ƏDV bəyannaməsini təqdim etməyərək, 3902,95 manat ƏDV-ni; avqust ayı üzrə təqdim etdiyi ƏDV bəyannaməsində cəmiyyətin ƏDV tutulan dövri yyəsi 21701,69 manat, ƏDV 3906,30 manat, əvəzləşdirilən ƏDV olmadığı və ödənilməli ƏDV 3906,30 manat olduğu halda, həmin ay üzrə ƏDV bəyannaməsini təqdim etməyərək, 3906,30 manat ƏDV-ni; sentyabr ayı üzrə təqdim etdiyi ƏDV bəyannaməsində cəmiyyətin ƏDV tutulan dövriyyəsi 21683,05 manat, ƏDV 3902,95 manat, əvəzləşdirilən ƏDV olmadığı və ödənilməli ƏDV 3902,95 manat olduğu halda, həmin ay üzrə ƏDV bəyannaməsini təqdim etməyərək, 3902,95 manat ƏDV-ni; oktyabr ayı üzrə təqdim etdiyi ƏDV bəyannaməsində cəmiyyətin ƏDV tutulan dövriyyəsi 21701,69 manat, ƏDV 3906,30 manat, əvəzləşdirilən ƏDV olmadığı və ödənilməli ƏDV 3906,30 manat olduğu halda, həmin ay üzrə ƏDV bəyannaməsini təqdim etməyərək, 3906,30 manat ƏDV-ni; noyabr ayı üzrə təqdim etdiyi ƏDV bəyannaməsində cəmiyyətin ƏDV tutulan dövriyyəsi 21683,05 manat, ƏDV 3902,95 manat, əvəzləşdirilən ƏDV olmadığı və ödənilməli ƏDV 3902,95 manat olduğu halda, həmin ay üzrə ƏDV bəyannaməsini təqdim etməyərək, 3902,95 manat ƏDV-ni; dekabr ayı üzrə təqdim etdiyi ƏDV bəyannaməsində cəmiyyətin ƏDV tutulan dövriyyəsi 21701,69 manat, ƏDV 3906,30 manat, əvəzləşdirilən ƏDV olmadığı və ödənilməli ƏDV 3906,30 manat olduğu halda, həmin ay üzrə ƏDV bəyannaməsini təqdim etməyərək, 3906,30 manat ƏDV-ni; 2014-cü ilin yanvar ayı üzrə təqdim etdiyi ƏDV bəyannaməsində cəmiyyətin ƏDV tutulan dövriyyəsi 21683,05 manat, ƏDV 3902,95 manat, əvəzləşdirilən ƏDV olmadığı və ödənilməli ƏDV 3902,95 manat olduğu halda, həmin ay üzrə ƏDV bəyannaməsini təqdim etməyərək, 3902,95 manat ƏDV-ni; fevral ayı üzrə təqdim etdiyi ƏDV bəyannaməsində cəmiyyətin ƏDV tutulan döv riyyəsi 21701,69 manat, ƏDV 3906,30 manat, əvəzləşdirilən ƏDV olmadığı və ödənilməli ƏDV 3906,30 manat olduğu halda, həmin ay üzrə ƏDV bəyannaməsini təqdim etməyərək, 3906,30 manat ƏDV-ni; mart ayı üzrə təqdim etdiyi ƏDV bəyannaməsində cəmiyyətin ƏDV tutulan dövriyyəsi 21683,05 manat, ƏDV 3902,95 manat, əvəzləşdirilən ƏDV olmadığı və ödənilməli ƏDV 3902,95 manat olduğu halda, həmin ay üzrə ƏDV bəyannaməsini təqdim etməyərək, 3902,95 manat ƏDV-ni; aprel ayı üzrə təqdim etdiyi ƏDV bəyannaməsində cəmiyyətin ƏDV tutulan dövriyyəsi 21701,69 manat, ƏDV 3906,30 manat, əvəzləşdirilən ƏDV olmadığı və ödənilməli ƏDV 3906,30 manat olduğu halda, həmin ay üzrə ƏDV bəyannaməsini təqdim etməyərək, 3906,30 manat ƏDV-ni; may ayı üzrə təqdim etdiyi ƏDV bəyannaməsində cəmiyyətin ƏDV tutulan dövriyyəsi 21683, 05 manat, ƏDV 3902,95 manat, əvəzləşdirilən ƏDV olmadığı və ödənilməli ƏDV 3902,95 manat olduğu halda, həmin ay üzrə ƏDV bəyannaməsini təqdim etməyərək, 3902,95 manat ƏDV-ni; iyun ayı üzrə təqdim etdiyi ƏDV bəyannaməsində cəmiyyətin ƏDV tutulan dövriyyəsi 21701,69 manat, ƏDV 3906,30 manat, əvəzləşdirilən ƏDV olmadığı və ödənilməli ƏDV 3906,30 manat olduğu halda, həmin ay üzrə ƏDV bəyannaməsini təqdim etməyərək, 3906,30 manat ƏDV-ni; iyul ayı üzrə təqdim etdiyi ƏDV bəyannaməsində cəmiyyətin ƏDV tutulan dövriyyəsi 21683,05 manat, ƏDV 3902,95 manat, əvəzləşdirilən ƏDV olmadığı və ödənilməli ƏDV 3902,95 manat olduğu halda, həmin ay üzrə ƏDV bəyannaməsini təqdim etməyərək, 3902,95 manat ƏDV-ni; avqust ayı üzrə təqdim etdiyi ƏDV bəyannaməsində cəmiyyətin ƏDV tutulan dövriyyəsi 21701,69 manat, ƏD V 3906,30 manat, əvəzləşdirilən ƏDV olmadığı və ödənilməli ƏDV 3906,30 manat olduğu halda, həmin ay üzrə ƏDV bəyannaməsini təqdim etməyərək, 3906,30 manat ƏDV-ni; sentyabr ayı üzrə təqdim etdiyi ƏDV bəyannaməsində cəmiyyətin ƏDV tutulan dövriyyəsi 21683,05 manat, ƏDV 3902,95 manat, əvəzləşdirilən ƏDV olmadığı və ödənilməli ƏDV 3902,95 manat olduğu halda, həmin ay üzrə ƏDV bəyannaməsini təqdim etməyərək, 3902,95 manat ƏDV-ni; oktyabr ayı üzrə təqdim etdiyi ƏDV bəyannaməsində cəmiyyətin ƏDV tutulan dövriyyəsi 21701,69 manat, ƏDV 3906,30 manat, əvəzləşdirilən ƏDV olmadığı və ödənilməli ƏDV 3906,30 manat olduğu halda, həmin ay üzrə ƏDV bəyannaməsini təqdim etməyərək, 3906,30 manat ƏDV-ni; noyabr ayı üzrə təqdim etdiyi ƏDV bəyannaməsində cəmiyyətin ƏDV tutulan dövriyyəsi 21683,05 manat, ƏDV 390 2,95 manat, əvəzləşdirilən ƏDV olmadığı və ödənilməli ƏDV 3902,95 manat olduğu halda, həmin ay üzrə ƏDV bəyannaməsini təqdim etməyərək, 3902,95 manat ƏDV-ni; dekabr ayı üzrə təqdim etdiyi ƏDV bəyannaməsində cəmiyyətin ƏDV tutulan dövriyyəsi 21701,69 manat, ƏDV 3906,30 manat, əvəzləşdirilən ƏDV olmadığı və ödənilməli ƏDV 3906,30 manat olduğu halda, həmin ay üzrə ƏDV bəyannaməsini təqdim etməyərək, 3906,30 manat ƏDV-ni; 2015-ci ilin yanvar ayı üzrə təqdim etdiyi ƏDV bəyannaməsində cəmiyyətin ƏDV tutulan dövriyyəsi 21683,05 manat, ƏDV 3902,95 manat, əvəzləşdirilən ƏDV olmadığı və ödənilməli ƏDV 3902,95 manat olduğu halda, həmin ay üzrə ƏDV bəyannaməsini təqdim etməyərək, 3902,95 manat ƏDV-ni; fevral ayı üzrə təqdim etdiyi ƏDV bəyannaməsində cəmiyyətin ƏDV tutulan dövriyyəsi 21701,69 manat, ƏD V 3906,30 manat, əvəzləşdirilən ƏDV olmadığı və ödənilməli ƏDV 3906,30 manat olduğu halda, həmin ay üzrə ƏDV bəyannaməsini təqdim etməyərək, 3906,30 manat ƏDV-ni; mart ayı üzrə təqdim etdiyi ƏDV bəyannaməsində cəmiyyətin ƏDV tutulan dövriyyəsi 21683,05 manat, ƏDV 3902,95 manat, əvəzləşdirilən ƏDV olmadığı və ödənilməli ƏDV 3902,95 manat olduğu halda, həmin ay üzrə ƏDV bəyannaməsini təqdim etməyərək, 3902,95 manat, cəmi 105423,24 manat ƏDV-ni, 8192,79 manat sadələşdirilmiş vergini, 17353,90 manat mənfəət vergisini, 2618,00 manat mədən vergisini, 815,81 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergini, ümumilikdə 134403,74 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır.Beləliklə də, Məhkum, X4 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, ümumilikdə kü lli miqdar təşkil edən 134403,74 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilmişdir. Bundan başqa, Məhkum X6 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adından Azərbaycan Respublikası Prezidentinin “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” 02 sentyabr 2002-ci il tarixli 782 saylı Fərmanına və həmin Fərmana əlavə və dəyişiklik edilməsinə dair Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2006-cı il tarixli 510 saylı Fərmanına əsasən Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, Şahqaya daş yatağında “Dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması” işlərinin görülməsi üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyindən xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan, cəmiyyətin adından Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, Şahqaya daş yatağında mişar daşı istehsalı ilə məşğul olaraq, 2014-cü il üzrə 8678,19 manat, 2015-ci il üzrə 14461,58 manat olmaqla, qanunsuz sahibkarlıq fəaliyyəti göstərmiş ümumilikdə xeyli miqdar təşkil edən 23139,77 manat məbləğində qanunsuz gəlir əldə etmişdir. Beləliklə də, Məhkum X6 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, ümumilikdə xeyli miqdar təşkil edən 23139,77 manat məbləğində qanunsuz gəlir əldə edərək, Azərbaycan Respublikasının Cinay ət Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilmişdir. Məhkum qarşı sürülmüş ittihama uyğun olaraq Azərbaycan Respublikasının Vergilər Nazirliyi Yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən vergilərin dövlət büdcəsinə ödəməkdən yayındırması nəticəsində vurulmuş ziyanın ödənilməsi üçün Məhkum 134.403,74 manat məbləğində pulun tutularaq dövlət büdcəsinə ödəməsi barədə mülki iddia vermişdir. Birinci instansiya məhkəməsinin qərarından narazı qalan Azərbaycan Respublikasının Vergilər Nazirliyi Yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti baş direktorunun müavini Rasim Quliyev apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-01/2019 nömrəli iş üzrə 11 fevral 2019-cu il tarixli qərarının ləğv edilərək, Vergi lər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən verilmiş mülki iddianın təmin edilməsi, Məhkum tərəfindən 134.403,74 manat məbləğində vergilərin dövlət büdcəsinə ödəməkdən yayındırması nəticəsində vurulan həmin məbləğdə ziyanın (verginin) tutularaq dövlət büdcəsinə ödənilməsi barədə qərar qəbul olunmasını xahiş olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Q.X.Babayev (sədrlik edən və məruzəçi), R.K.Səfərov və R.M.Abdulov) 02 may 2019-cu il tarixli qərarı ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 fevral 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Fərhad Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yusifov və Ələsgər Novruzov) 25 avqust 2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 aprel 2019-cu il tarixli ilkin baxış qərarı və 02 may 2019-cu il tarixli yekun qərarı ləğv edilmiş, kassasiya şikayəti təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Həsən Əhmədov (sədrlik edən və məruzəçi), Habil Məmmədov və İlqar Murquzov) 10 mart 2022-ci il tarixli, 1(103)-18/2022 nömrəli qərarı ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 fevral 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən verilmiş apellyasiya şi kayəti təmin edilməmişdir. Azərbaycan Respublikasının İqtisad Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi kassasiya şikayəti verərək, kassasiya şikayətinin təmin olunması, Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 10 mart 2022-ci il tarixli 1(103)-18/2022 nömrəli qərarının ləğv edilərək, Azərbaycan Respublikasının İqtisad Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş mülki iddianın təmin edilməsi, Məhkum tərəfindən 134.403,74 manat məbləğində vergilərin dövlət büdcəsinə ödəməkdən yayındırması nəticəsində vurulan həmin məbləğdə ziyanın (verginin) tutularaq dövlət büdcəsinə ödənilməsi barədə qərar qəbul olunmasını xahiş olunmuşdur. Kassasiya şikayətinin dəlilləri: Azərbaycan Respublikasının İqtis ad Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qərarında qeyd etdiyi və məhkəmə istintaqı zamanı keçirilmiş ekspertizaların istinad etdiyi 2014-cü il üçün “Dağ-mədən işlərinin inkişafı” planına əsasən 60% itkinin nəzərdə tutulması ilə bağlı qeyd edilməlidir ki, vergi orqanı tərəfindən aparılmış hesablamalar 2012-ci ilin mart ayından 2015-ci ilin aprel ayına kimi olan dövrü əhatə etmişdir. Lakin ekspertlər tərəfindən əsassız olaraq 2014-cü il üçün nəzərdə tutulmuş plana istinad olunaraq əvvəlki və sonrakı illərə də bu planda göstərilən itki normaları tətbiq edilmişdir. Əgər vergi orqanı tərəfindən fərqli dövrlər yoxlanılmışdırsa o zaman 2014-cü il üçün nəzərdə tutulmuş plandakı itki normalarının ha nsı əsasla müxtəlif dövrlərə aid edilməsi ekspertlər tərəfindən əsaslandırılmamış, məhkəmələr də bu xüsusata diqqət yetirməyərək iş üzrə əhəmiyyətli olan bu faktı araşdırmamışdır. Bundan əlavə, səyyar vergi yoxlaması zamanı mütəxəssis tərəfindən daş karxanasında istehsal həcminin müəyyən edilməsi üçün rəy verilərkən Məhkum iştirakı ilə ərazi ölçülmüş, istehsal şəraiti öyrənilmiş, beləliklə təqsirləndirilən şəxsin özünün verdiyi məlumatlar da əsas götürülmüşdür. Lakin məhkəmənin mötəbər sübut kimi qəbul etdiyi rəylər isə sadəcə olaraq “Dağ-mədən işlərinin inkişafı” planı üzərində qurulmuş, 1 ədəd əmtəəlik tir-blokun satış qiyməti təxmini götürülmüş, daş karxanasında işlənmiş pillələrin sayı ehtimallara əsasən müəyyən edilmişdir. Bu cür ehtimallar və təxmini rəqəmlər əsasında verilmiş rəyin məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilməsi, ittiham tərəfinin sübutlarına isə hüquqi qiymət verilməməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən ədalətli araşdırmanın aparılmamasına və ciddi prosessual pozuntuya yol verilməsinə gətirib çıxarmışdır. Nəticədə məhkəmə tərəfindən əsassız və mötəbərliyi şübhə doğuran sübutlara istinad edilməklə işin faktiki hallarına uyğun olmayan qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 01 may 2018-ci il tarixli 9888/89 saylı rəyinə münasibətdə şikayətdə qeyd edilir ki, aparılmış səyyar vergi yoxlaması zamanı Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası Azərekspertiza birliyinin mütəxəssisinin rəyinə və Məhkum etirafına əsasən onun fəaliyyəti dövründə 11 ədəd pillənin istismar olunduğu, karxananın iş meydançasının uzunluğu 80 metr, eni 40 metr olmuş, işlənmiş pillələrin sayı 22 ədəd, bu pillələrdən 11 ədəd yoxlanılan dövrdə, yəni 2012-2015-ci illərdə istismar olunmuş, karxanada iş tam dayandığından 1 paqonnu metrdən mişar daşının sayı 2,5 ədəd qəbul edilmiş, "xxxx" MMC-nin istismarında olan daş karxanasında xx.xx.2012-ci il tarixdən xx.xx.2015-ci il tarixədək olan dövrə 41.888 ədəd üzlük tir (blok) istehsal olunması müəyyən olunmuş, karxananın sahə rəisi 1 tirin karxanadan satış qiymətinin 22 AZN olduğunu bildirmiş və qaimə təqdim etmiş, daha sonra ətrafda satılan karxanaların satış qiymətləri araşdırılmış və "xxxx" MMC-də 1 tirin (blok) karxanadan satış qiyməti 22 AZN olduğu təsdiq edilmişdir. Həmçinin hesablama aparılarkən 10%-lik itki nəzərə alınmışdır. Bu səbəbdən a parılmış tədqiqatın və Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası Azərekspertiza Birliyinin xx.xx.2015ci if tarixli mütəxəssisinin rəyi mötəbər sübut kimi qiymətləndirilməli və qərar qəbul edilərkən nəzərə alınmalı idi. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum elan olunmuş ittiham üzrə təqsirini etiraf etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06 sentyabr 2017-ci i) tarixli 9765 saylı rəyinə münasibətdə isə məhkəmə kollegiyasının diqqətinə çatdırmaq istəyirik ki, müəssisənin xx.xx.2012-ci il tarixdən ƏDV məqsədləri üçün qeydiyyata alınmasına dair öhdəliyin yaranması müəyyən edilmiş, müəssisənin 2011-ci ilin noyabr ayından - 2012-ci ilin oktyabr ayına qədər dövrd ə gəliri 153.626,0 manat təşkil edildiyindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 155.1-ci və 157.3.1ci maddələrinə uyğun olaraq ƏDV məqsədləri üçün qeydiyyatı xx.xx.2012-ci il tarixdən qüvvəyə minməli olduğu müəyyən edilmişdir. Qeyd edilən ekspertizanın predmeti məhkəmə-mühasibat ekspertizası olsa da, hüquqi rəy verilərək ƏDV öhdəliyinin yaranma məbləği üçün əməliyyatların həcminin 120.000 manatdan 200.000 manatadək qaldırılması barədə “Azərbaycan Respublikası Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2015-ci il tarixli 1384-İVQD nömrəli Qanununa istinad edilmişdir. Ekspert rəyində ekspert qarşısında hansı məbləğdə vergilərdən yayınmanın olması, dövrü və tədiyyəsi barədə suallar qoyulsa da ekspert tərəfindən qoyulmuş suallar ətrafında deyil, daha çox öz səlahiyyətlərinə aid olmayan hüquqi rəy verilmişdir. Ekspertərin bu cür hüquqi rəy verməsi qanunaziddir. Çünki, qanunun tətbiqi ilə bağlı mübahisəni həll etmək səlahiyyəti yalnız məhkəməyə verilmişdir. Məhkəmənin də öz növbəsində həmin rəyi sübut kimi qiymətləndirməsi və ekspert rəyində istinad edilmiş fikirlərlə razılaşması qəbul edilmiş qərarın əsassızlığını göstərir. Təqsirləndirilən şəxsin külli miqdar təşkil edən vergi ödəməkdən yayınma faktı cinayət işində olan sübutlarla, həmçinin də məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2016-cı il tarixli 4559 nömrəli rəyi ilə də təsdiq edilmişdir. Məhkəmə sübutların qiymətləndirilməsi ilə bağlı CPM-də əks olunmuş prosessual hüquq normalarına istinad etməsinə baxmayaraq həmin normaları tətbiq etməmiş, sübutların qiymətləndirilməs i üzrə üzərinə düşən vəzifələri yerinə yetirməmiş və nəticədə işin faktiki hallarına uyğun olmayan qərar qəbul etmişdir. Məhkəmə tərəfindən qeyd olunan prosessual hüquq normalarının tətbiq edilməməsi nəticə etibarı ilə milli qanunvericiliyin kobud şəkildə pozulması ilə müşayiət olunmuşdur. İşə baxan həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi mübahisənin ədalətli həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, məhkəmə baxışı zamanı qanunvericiliyin tələblərini tam araşdırmamışdır. Məhkəmə qərarında mülki iddiaçının gətirdiyi dəlillərə, ekspertlər tərəfindən verilmiş rəylərdə olan bir çox çatışmazlıq, əsassız və qanunsuz yanaşmalara dair sübutlar məhkəmənin diqqətinə çatdırılsa da təəssüf ki məhkəmə tərəfindən bu dəlillərə öz qərarında münasibət b ildirilməmiş, eyni qurum tərəfindən ibtidai istintaq dövründə verilən rəyin hansı səbəblərdən mötəbər sübut kimi qəbul etməməsini öz qərarında əsaslandırmamışdır. Məhkəmə Cinayət Prosessual Məcəlləsinin 125-ci, 127.3-cü və 144-146-cı maddələrinin tələblərini pozaraq iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamış, sübutların tam və hərtərəfli araşdırmaqla qiymətləndirməmiş, bir sıra hallarda isə sübutları yanlış qiymətləndirmişdir. Cinayət-Prosessual Məcəlləsinin 28-ci maddəsinə əsasən məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız bu Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Kassator hesab edir ki, məhkəmə qərarının əsası kimi istinad oluna nlar və gətirilən dəlillər həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə uyğun olmadığından qərar tamamilə əsassızdır və ləğv olunmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya inst ansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Cinayət işinin materiallarından görünür ki, Məhkum qarşı 134.403,74 manat məbləğində vergilərin dövlət büdcəsinə ödəməkdən yayınmasına görə Azərbaycan Respublikası CM-in 213.2.2-ci maddəsi ilə ittiham irəli sürülmüş, həmin ittihama uyğun olaraq Azərbaycan Respublikasının Vergilər Nazirliyi Yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən vergilərin dövlət büdcəsinə ödəməkdən yayındırması nəticəsində vurulmuş ziyanın ödənilməsi üçün Məhkum 134.403,74 manat məbləğində pulun tutularaq dövlət büdcəsinə ödəməsi barədə mülki iddia vermişdir. Birinci instansiya məhkəməsi cinayət işinə baxıb Məhkum əməlində Azərbaycan Respublikası CM-in 213.2.2-ci maddəsi ilə nəzər də tutulmuş cinayət tərkibinin olmamasına dair nəticəyə gələrək onu cinayət məsuliyyətindən azad edərək cinayət işinin icraatına xitam vermiş, Azərbaycan Respublikasının Vergilər Nazirliyi Yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən verilmiş mülki iddianı təmin etməmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarı ilə razılaşaraq, Azərbaycan Respublikasının Vergilər Nazirliyi Yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin apellyasiya şikayətini təmin etməmişdir. Kassasiya şikayətinin başlıca dəlili ondan ibarətdir ki, məhkəmələr tərəfindən cinayət işi üzrə sübutlara düzgün qiymət verilməmiş, bunun nəticəsində Məhkum əsassız olaraq cinayət məsuliyyətindən azad edilmiş və cinayət işi üzrə ona qarşı verilmiş mülki iddia təmin edilməmişdir. Mə hkəmələr tərəfindən Məhkum Azərbaycan Respublikası CM-in 192.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi mübahisələndirilmir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CM-in 181.1-ci maddəsinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır. Göründüyü kimi, cinayət işi üzrə mülki iddia yalnız törədilmiş cinayətlə əlaqədar verilir və onun təmin edilməsi həmin ziyanı vurmuş cinayətin törədilməsi sübut olunduğu halda yol verilir. Ona görə də kassasiya şikayətinin düzgün həlli üçün Məhkum Azərbaycan Respublikası CM-in 213.2.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsinin əsaslı və qanuni olub-olmaması araşdırılmalıdır. Birinci instansiyası məhkəməsi Məhkum barəsində Azərbaycan Respublikası CM-in 213.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilməsi barədə nəticəyə gələrkən, iş materiallarında olan və cinayət prosessual qanunvericiliyin müddəalarına uyğun şəkildə məhkəmə iclasında tədqiq edilmiş sübutlara, işin digər materiallarına istinad etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş məhkəmə-mühasibat ekspertizasının 07 aprel 2016- cı il tarixli 4559 saylı rəyi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində 134.403,74 manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Re spublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11 iyul 2017-ci il tarixli 9763/64 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş iş materialları məlumatlarına əsasən kubatura metodu ilə nəzəri hesablama yolu ilə, Qaradağ rayon ərazisində yerləşən “Şahqaya” əhəngdaşı yatağında fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin daş karxanasında üç il ərzində 11 pillə deyil, 6 pillənin işlənməsi nəzərə alınmaqla, 01 may 2012-ci ildən 01 may 2015-ci il tarixədək olan dövr ərzində istehsalı ehtimal edilən əmtəəlik tur-blokların sayı 9139 ədəd, dəyəri 182780 manat müəyyən edilir. İş materiallarında olan 2014-cü il üçün “Dağ-mədən işlərinin inkişafı” planına əsasən 60% itgi nəzərdə tutulmuşdur. 1 ədəd əmtəəlik tir-blokun orta bazar karxana satışı qiyməti mövs ümü xarakterli olaraq təxminən 18-22 manat müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06 sentyabr 2017-ci il tarixli 9765 saylı rəyindən görünür ki, rəyin təhqiqat hissəsində göstərilənlərə əsasən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində 01 may 2012-cin il tarixdən 01 may 2015-ci il tarixədək olan dövrdə görülmüş işlərə görə 8689,2 manat məbləğində vergilərin dövlət büdcəsinə az hesablanması müəyyən olunmuşdur, o cümlədən Sadələşdirilmiş vergi üzrə 7311,2 manat, Mədən vergisi 571,19 manat, MÖMV üzrə 815,81 manat müəyyən olunmuşdur. Qeyd edilir ki, hazırkı ekspertizanın nəticələri ilə 02 noyabr 2015-ci il tarixli aktının nəticələri arasında fərq vardır. Həmin fərq onunla izah olunur ki, “Azərbaycan Respublikası Vergi Məcəl ləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1384-İVQD saylı Qanunu ilə Vergi Məcəlləsinin 155.1-ci maddəsində dəyişiklik edilərək 01 yanvar 2016-cı il tarixdən vergi ödəyicisinin ƏDV-nin məqsədləri üçün qeydiyyata dayanmaq öhdəliyini yaradan vergi tutulan əməliyyatların həcmi 120.000,0 manatdan 200.000,0 manatadək qaldırılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 01 may 2018-ci il tarixli, 9888/89 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş iş materialları məlumatlarına əsasən kubatura metodu ilə nəzəri hesablama yolu ilə, Qaradağ rayon ərazisində yerləşən “Şahqaya” əhəngdaşı yatağında fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin daş ka rxanasında 01 may 2012-ci ildən 01 may 2015-ci il tarixədək olan dövr ərzində istehsalı edilən əmtəəlik tur- blokların sayı 9139 ədəd, dəyəri 182780 manat, bir ədəd tir-blokun karxana satış qiyməti 20 manat müəyyən edilir. İş materiallarında olan 2014-cü il üçün “Dağ-mədən işlərinin inkişafı” planına əsasən 60% itgi nəzərdə tutulmuşdur.1 ədəd əmtəəlik tir-blokun orta bazar karxana satışı qiyməti mövsümü xarakterli olaraq təxminən 18-22 manat müəyyən edilir. Qaradağ rayonu ərazisində yerləşən “Şahqaya” əhəngdaşı yatağında fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin daş karxanasında 01 may 2012-ci ildən 01 may 2015-ci il tarixədək olan dövr ərzində istehsalı ehtimal edilən əmtəəlik tur-blokların sayı 9139 ədəd, dəyəri 182780 manat olması nəzərə alınmaqla, yayındırılmış vergi m əbləği 8698,20 manat müəyyən edilir, o cümlədən Sadələşdirilmiş vergi üzrə 7311,2 manat, Mədən vergisi 571,19 manat, MÖMV üzrə 815,81 manat müəyyən edilir. Birinci instansiya məhkəməsi cinayət işi üzrə keçirilmiş ekspertizaların 11 iyul 2017-ci il tarixli 9763/64 saylı, 06 sentyabr 2017-ci il tarixli 9765 saylı, 01 may 2018-ci il tarixli, 9888/89 saylı rəylərinə əsaslanaraq nəticəyə gəlmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin yayındırılmış vergi məbləği 8698,20 manat olmuşdur. Həmin məbləğ Azərbaycan Respublikası CM-in 213.2.2-ci maddəsinin tərkibi yaratmadığından məhkəmə təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 213.2.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi, mülki iddia təmin edilməməsi və cinayət işinin icraatına xitam verilməsi barədə qərar qəbu l etmişdir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinə əsasən işə baxılması zamanı iş üzrə kompleks komisyon məhkəmə tikinti və mühasibatlıq ekspertiza təyin etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 fevral 2022-ci il tarixli, 9/14-10/50 saylı rəyindən görünür ki, ”Şahqaya” əhəngdaşı yatağındakı dağ kütləsinin geoloji və morfoloji xüsusiyyətləri nəzərə aldıqda, "Səbuhi Assosiasiya» Məhdud Məsuliyyətli Cəmiyyətinin daş karxanasında bir pillədən (laydan) müxtəlif miqdarda mişar daşı əldə edilə bilər. Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, bu həmin laydakı süxurların tərkibindən (əhəngdaş kütləsindən başqa, gil, çınqıl, qum daşı və digər faydalı qazıntılara aid olmayan süxurların miqdarından), daşın sıxlığından, çatların və qırıntılı gilcələrin olub-olmamasından asıllıdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin daş karxanasının 2014-cü il üçün “Dağ-mədən işlərinin inkişafı” planına görə, kəsilən layın (pillənin) 1 poqon metrəsindən çıxan əmtəə daşın miqdarı 2 ədəd proqnozlaşdırılmışdır. Daş karxanasında faydalı qazıntıları aparıldığı zaman konkret olaraq hər laydan (pillədən) çıxan əmtəə daşın miqdarı müxtəlif ola bilməsini nəzərə aldıqda, daşın çıxışına görə "Səbuhi Assosiasiya” Məhdud Məsuliyyətli Cəmiyyətinin daş karxanasında 01 may 2012-ci il tarixdən 01 aprel 2015-ci ilədək olan dövr ərzində konkret olaraq neçə layın (pillənin) işləndiyini və bir laydan (pillədən) necə ədəd mişar daşın əldə etməsini müəyyən etmək mümkün deyildir. Lakin, cinayət işi materillarında olan məlumatlara (Azərekspertiza Birliyi nin 26 oktyabr 2015-ci il tarixli 804 №-li mütəxəssis rəyində, “Dağ-mədən işlərinin inkişafı” planında, 02 fevral 2022-ci il tarixdə baxış zamanı əldə olunmuş məlumatlara) əsasən Qaradağ rayonu ərazisində yerləşən “Şahqaya” əhəngdaşı yatağında fəaliyyət göstərən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin daş karxanasında 3 il ərzində 6 pillənin işlənməsi nəzərə alınmaqla, 01 may 2012-ci ildən 01 may 2015-ci il tarixədək olan dövr ərzində istehsalı ehtimal edilən əmtəəlik tir-blokların sayı 9139 ədəd, dəyəri 182780 (9139 x 20 = 182780) manatdır. Bir ədəd əmtəəlik tirblokun orta bazar karxana satışı qiyməti mövsümü xarakterli olaraq təxminən 18-22 manat müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsi birinci və apellyasiya məhkəmələrində keçirilmiş ekspertiza rəylərinə əsasən birinci instans iya məhkəməsinin qərarı ilə razılaşmış, Azərbaycan Respublikasının Vergilər Nazirliyi Yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin apellyasiya şikayəti təmin edilməmişdir. Məhkəmə kollegiyası cinayət işi üzrə keçirilmiş ekspertizaların 11 iyul 2017-ci il tarixli 9763/64 №-li, 06 sentyabr 2017-ci il tarixli 9765 №-li, 01 may 2018-ci il tarixli, 9888/89 №li 25 fevral 2022-ci il tarixli, 9/14-10/50 №-li rəylərinə nəzər salaraq qeyd edir ki, həmin ekspertiza rəyləri cinayət-prosessual qanunvericiliyinin tələblərinə riayət etməklə keçirilmiş, ekspertlər tərəfindən verilmiş rəylər kifayət qədər əsaslandırılmış və şübhə doğurmur. Həmçinin həmin ekspertiza rəylərində cinayət işi üzrə keçirilmiş, ittihamın və mülki iddianın əsasını təşkil edən məhkəmə-mühasibat ekspertizasının 07 aprel 2016-c ı il tarixli 4559 saylı rəyindən fərqli nəticələrə gəlməsinin səbəbləri də izah olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və mövcud sübutlara qiymət verilərək düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 53-cü maddəsində qeyd edilmişdir ki, vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası nəticəyə gəlir ki, Məhkum əməlində ona istinad olunan CM-in 213.2.2-ci maddəsinin tərkibi mövcud deyildir, onun qeyd edilən maddə üzrə təqsirli bilinməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri işi hərtərəfli araşdırıb Məhkum əməlində Azərbaycan Respublikası CM-in 213.2.2-ci maddəs inin tərkibinin olmamasını nəzərə alıb, iş üzrə sübutların təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün kifayət etməsi barədə nəticəyə gələrkən hansı sübutlara əsaslanmasını, bu sübutlara hansı səbəblərdən üstünlük verməsini qərarda göstərmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsirsizliyi müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işindəki hüquqi mövqeyə görə təqsirsizlik prezumpsiyası prinsipi digər ma ddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar. Sübut etmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bu baxımdan da məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin bəraət hökmünü qüvvədə saxlamış apellyasiya instansiyası məhkəməsinin mövqeyini düzgün hesab edir. Kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası CPM-in 416.1.1416.1.22-ci maddələrində nəzərdə tutulmuş hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən də görünür ki, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və y a dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-in 416.1.1-416.1.22-ci maddələrində göstərilmiş hallardan heç biri müəyyən edilməmişdir. Beləliklə, mülki iddiaçının kassasiya şikayətində qeyd edilmiş dəlillər iş materialları ilə ziddiyyət təşkil etdiyindən məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq mülki iddiaçının şikayətinin təmin edilmədən, Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 mart 2022-ci tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 mart 2022-ci il tarixli Məhkum ha qqında qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar