Məhkəmə qərarları › İş №1(102)-330/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-330/2024

09.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-330/2024 09.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 noyabr 2022-ci il tarixli 1(107)-329/2022 nömrəli qərarından Məhkum müdafiəçisi Dadaşov Adil Qadir oğlu tərəfindən verilmiş kassasiya şikayətinə və müdafiəçisi Hüseynov Kamandar Əbülfəz oğl unun kassasiya şikayətinə verilmiş əlavəyə mahiyyəti üzrə baxaraq Müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin 23 iyun 2022-ci il tarixli 1(091)-13/2022 nömrəli hökmü ilə (sədrlik edən və məruzəçi hakim R.Ə.Əliyev, hakimlər R.Ə.Əliyev və N.N.Mirzəyevdən ibarət məhkəmə tərkibi) xx xxx 1980-ci il tarixdə x rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində üç azyaşlı uşağı olan, ali təhsilli, x kənd bələdiyyəsinin sədri vəzifəsində işləmiş, xx qeydiyyatda olmaqla yaşayan Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.3.1, 311.3.3 və 313cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona CM-in 311.3.1 və 311.3.3-cü maddələri ilə CM-in 46.2-ci maddəsi tətbiq olunmaqla 02 (iki) il dövlət və yerli özünüidarə orqanlarında təş kilati-sərəncamverici və ya inzibati təsərrüfat funksiyalarına malik rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 313-cü maddəsi ilə 01 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında təşkilati-sərəncamverici və ya inzibati təsərrüfat funksiyalarına malik rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 66.3-cü və 66.4-cü maddələrinə əsasən təyin olunan əsas cəza əsas cəza ilə, əlavə cəza əlavə cəza ilə qismən toplanılmaqla və əlavə cəza əsas cəzaya birləşdirilməklə Məhkum qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında təşkilati-sərəncamverici və ya inzibati təsərrüfat funksiyaların a malik rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə cəza çəkmə müddətinin 16 aprel 2021-ci il tarixdən hesablanmış, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan başqa, hökmdə müəyyən edilmiş 02 (iki) il 06 (altı) ay müddətə şamil edilmişdir. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 da CM-in 311.3.1 və 311.3.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişlər. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 noyabr 2022-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim A.M.Eyvazov, hakimlər G.Q.Abbasov və G.İ.Cavadovadan ibarət məhkəmə tərkibi) məhkum Təqsirləndirilən şəxs1 və onun müdaf iəçisi Məmmədov Kərim Həsən oğlu, Məhkum və onun müdafiəçisi Əliyev Fərid Mehdi oğlu və məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Məmmədzadə Ramil Tarix oğlu tərəfindən verilmiş apellyasiya şikayətləri və Dövlət ittihamçısı2 tərəfindən verilmiş apelyasiya protesti təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 23 iyun 2022-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətlərinə və apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 noyabr 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi A.Q.Dadaşov tərəfindən kassasiya şikayəti və müdafiəçi K.Ə.Hüseynov tərəfindən kassasiya şikayətinə əlavə verilmişdir. İşin halları: Hökmə əsasən Məhkum 01 yanvar 2015-ci il tarixdən x sədri vəzifəsində işləyərkən həmin bələdiyyə üz vlərinin 24 may 2010-cu il tarixli 05 saylı iclas protokolu ilə təsdiq edilmiş «x rayonu Qarabaqqal bələdiyyəsinin Nizamnaməsi»nin 4-cü bəndinə əsasən, əmr və sərəncamlar verilməsi, bələdiyyə qərarlarının imzalanması, bələdiyyənin fəaliyyətinin təşkil edilməsi və digər səlahiyyətlərə, həmçinin "Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının 2 iyul 1999-cu il tarixli, 698-İQ nömrəli Qanununa əsasən, bələdiyyənin icra aparatının fəaliyyətinə rəhbərlik edilməsi, yerli əhaliyə xidmət, iqtisadi və sosial inkişaf proqramlarını həyata keçirmək üçün yaradılan icra strukturlarının rəhbərlərinin bələdiyyə iclasının qərarına əsasən təyin edilməsi, ayda bir dəfədən az olmayaraq bələdiyyə iclaslarının çağırılması, bələdiyyə qərarlarının icrasının təmin edilməsi, yerli büdcənin müzakirəsini n və təsdiqinin təşkil edilməsi, əmr və sərəncamlar verilməsi, bələdiyyə adından rəsmi sənədlərin imzalanması və digər səlahiyyətlərə malik təşkilatisərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi x rayon İcra Hakimiyyəti başçısının x rayonu Qarabaqqal kənd ərazi dairəsi üzrə icra nümayəndəsi vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və X6 aparıcı məsləhətçisi vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 ilə cinayətkar əlaqəyə girib aralarındakı ümumi cinayətkar niyyət və məqsədlərə uyğun olaraq qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəkləri hərəkət (hərəkətsizlik) və xidmət üzrə ümumi himayədarlıq və laqeydlik, yəni sədri olduğu həmin bələdiyyənin inzibati ərazisinə daxil olan Qarabaqqal kəndinin dağlıq hissəsində yerləşən ərazidən kərpic istehsalında xammal kimi istifadə ediləcək gil-torpaq qarışığının geniş həcmdə daşınmasına bələdiyyədə rəsmiləşmə aparılmaqla icazə verilməsi, bununla əlaqədar kənd ərazi dairəsi üzrə icra nümayəndəliyi və Regional Ekologiya və X9 tərəfindən torpaq daşınmasının qarşısını almaq üçün qanuni tədbirlər görülməməklə, daşınmaya və qeyri rəsmi qaydada artıq həcmdə daşınmaya şərait yaradılması müqabilində 2021-ci ilin fevral ayında torpaq sahəsinin daşınması məqsədilə özünə müraciət etmiş Şahid1 x rayonu ərazisində yerləşən kafedə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1la birlikdə görüşləri zamanı 8 saylı Regional Ekologiya və X6 qeyd edilən xarakterli razılığını onun özü almaq şərti ilə 6.000 manat məbləğində pul vəsaiti verməli olmasını bildirib, həmin məbləğdə külli miqdarda maddi neməti özü və əlbir olduğu şəxslər üçün birbaşa yolla Şahid1 şəxsən rüşvət qismində Təqsirləndirilən şəxs1la birlikdə istəyib, Şahid1 özlərinin qanunsuz tələbləri ilə razılaşmasına nail olub, sonradan Şahid1la aralarında baş tutmuş telefon danışıqları zamanı sonuncunun 8 saylı Regional Ekologiya və X6 razılığını da özlərinin almasını bildirməsi səbəbindən öz təşəbbüsü ilə 31 mart 2021-ci il tarixdə x rayonu Qarabaqqal kəndi ərazisində Şahid1la birgə həmin idarənin aparıcı məsləhətçisi işləyən Təqsirləndirilən şəxs2lə aralarında baş tutmuş görüş zamanı Şahid1 cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs1la birgə 2021-ci ilin fevral a yında istədiyi 6.000 manat məbləğində pul vəsaitini qeyd edilən əməlləri müqabilində sonuncu və özü üçün, 3.000 manat pul vəsaitini isə 8 saylı Regional Ekologiya və X6 vəzifəli şəxsi Təqsirləndirilən şəxs2 xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkət (hərəkətsizlik) və xidmət üzrə ümumi himayədarlıq və laqeydliyi üçün olmaqla, cəmi 9.000 manat məbləğində maddi nemət olan pulu rüşvət qismində Təqsirləndirilən şəxs2lə birlikdə Şahid1 istəyərək, həmin puldan maddi nemət olan 5.000 manatını qeyd olunan görüş zamanı Şahid1 alıb, Təqsirləndirilən şəxs2lə razılaşmalarına əsasən həmin puldan sonuncuya verilməli olan 2.000 manat pulu 2 aprel 2021-ci il tarixdə sonuncu ilə x şəhəri Natəvan küçəsində yerləşən "x Petrol” yanacaqdoldurma məntəqəsinin ərazisində görüşər ək Təqsirləndirilən şəxs2 verib, bundan sonra, aldıqları rüşvət müqabilində edəcəkləri hərəkəti pərdələmək, cinayət məsuliyyətindən yayınmaq məqsədilə 16 aprel 2021-ci il tarixdə x rayonu Qarabaqqal bələdiyyəsinin həmin kənddə yerləşən inzibati binasındakı xidməti otağında cinayətdən xəbərsiz həmin bələdiyyənin üzvü Şahid2 verdiyi tapşırığa əsasən, sonuncu vasitəsilə Şahid1la Qarabaqqal bələdiyyəsi arasında rəsmi sənəd olan torpaq daşınması barədə müqavilə hazırlamaqla həmin müqavilənin tarix hissəsində bilə-bilə yalan, yəni guya tərəflər arasında müqavilənin 5 aprel 2021-ci il tarixdə bağlanmasına dair məlumatlar tamah və şəxsi niyyətlə yazıldıqdan sonra həmin müqaviləni şəxsən imzalayıb, Qarabaqqal bələdiyyəsinin möhürü ilə təsdiqlədikdən sonra həmin bələdiyyənin inzibati binasında Təqsi rləndirilən şəxs1la birlikdə Şahid1la görüşüb sonuncudan rüşvət qismində istədikləri puldan qalan 4.000 manat məbləğində pul vəsaitindən 2.500 manat olan hissəsini həmin vaxt aldıqdan sonra həmin pul vəsaitindən 1.500 manatını tərtib edilən müqavilə üzrə mədən vergisi qismində həmin bələdiyyənin hesabına cinayətdən xəbərsiz Şahid2 vasitəsilə ödəyib, bundan sonra Şahid1 rüşvət qismində istədikləri puldan qalan 1.500 manat məbləğində pul vəsaitini isə həmin gün saat 13 radələrində x rayonu, Qarabaqqal kəndinin ərazisində yerləşən "Sərin məkan” kafesində sonuncudan almaqla, ümumilikdə 31 mart 2021-ci ildən 17 aprel 2021-ci il tarixədək olan müddətdə ümumilikdə külli miqdar təşkil edən cəmi 9.000 manat məbləğində maddi nemət olan pul vəsaitini vahid niyyətlə Təqsirləndirilən şəxs1 və Təqsirlən dirilən şəxs2lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində sonuncular və özü üçün şəxsən birbaşa yolla Şahid1 rüşvət qismində istəyib alaraq yaratdıqları cinayətkar qrup üzvlərinin məqsədlərinə uyğun aralarında bölmüşdür. Kassasiya şikayətinin və əlavənin dəlilləri: Məhkumun müdafiəçisi Dadaşov Adil Qadir oğlu kassasiya şikayətində məhkəmələr tərəfindən işin halları müəyyən edilərkən cinayət – prosessual qanunun sübutlar və sübutetməyə dair qaydalarına əməl olunmadığını, nəticədə Məhkum əməlində cinayət tərkibi olmadığı, həmçinin əməli sübut olunmadığı halda onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.3 və 313-cü maddələri ilə təqsirli bilinməsinə dair hökm çıxarmışdır. Kassasiya şikayətinin müəllifi iddia edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum ibtidai is tintaq zamanı hədə-qorxu, aldatma, qeyri-insani və ləyaqəti alçaldan hərəkətlər nəticəsində alınmış ifadələrinə, aparılan dindirmə və üzləşmə protokollarına, şahidlərin təhrif edilmiş və ziddiyyətli ifadələrinə, telefon danışıqlarına və videogörüntülərə istinad etməklə qeyd olunanları mötəbər sübut kimi qiymətləndirib Məhkum haqqında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.3 və 313-cü maddələri ilə ittiham hökmü çıxarmış birinci instansiya məhkəməsinin hökmünü dəyişdirmədən saxlamışdır. Müdafiə tərəfinin fikrincə bu sübutlara əsasən sonuncunun qeyd edilən maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməsini və təqsirləndirilən şəxsin həmin cinayətlərin törədilməsinə aidiyyətinin olmasını söyləmək faktiki olaraq mümkün deyil. Belə ki, iş materiallarından görünür ki, Məhkum Şahid1 ilə ilkin görüşləri zamanı ona alınmalı olan bütün rəsmi icazələri izah etmiş, görüşləri bununla yekunlaşmışdır. Daha sonra Şahid1 öz niyyətinə çatmaq üçün məqsədli şəkildə Məhkum ilə dostluq münasibətləri qurmuş və planlı şəkildə Məhkum cinayət törətməyə təhrik etməyə çalışmışdır. Müdafiəçi Hüseynov Kamandar Əbülfəz oğlu isə kassasiya şikayətinə verilmiş əlavədə iş üzrə yüngülləşdirici halların kifayət qədər nəzərə almadığını və nəticədə hüquqlarını müdafiə etdiyi şəxsə ağır cəzanın təyin edilməsini iddia edir. Müdafiəçi A.Q.Dadaşov kassasiya şikayətində göstərilənləri faktiki olaraq apellyasiya məhkəməsinin hökmünün ləğv edilməsi və hüquqlarını müdafiə etdiyi şəxs Məhkum aid hissədə cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsi haqqında kassasiya tələbini ey ni - Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1 - 416.1.3, 416.1.6 və 416.1.11-ci maddələrində, müdafiəçi K.Ə.Hüseynov kassasiya şikayətinə əlavəsində isə məhkum barəsində CM-nin 62-ci maddəsini tətbiq etməklə ona təyin olunmuş cəzanı yüngülləşdirməsi haqqında kassasiya tələbini eyni - Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirirlər. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassa siya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qay dasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Müdafiəçi A.Q.Dadaşov kassasiya şikayətində məhkəmələr tərəfindən cinayət – prosessual qanunun sübutlar və sübutetməyə dair qaydalarına əməl olunmadığını, nəticədə təqsirliliyi sübuta yetirilmədiyi halda Məhkum əsassız olaraq Cinayət Məcəlləsinin 311.3.1, 311.3.3 və 313-cü maddələri ilə təqsirli bilindiyini iddia edərək, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi və cinayət işi üzrə icraata bəraətverici əsasla iş üzrə icraata xitam verilməsi, həmçinin müdafiəçi K.Ə.Hüseynov məhkumun məsuliyyətini yüngülləşdirən halların kifayət qədər nəzərə alınmadığını, nəticədə CM-in 62-ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmasına baxmayaraq onun həddindən artıq ağır və ədalətsiz cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apel lyasiya instansiyası məhkəməsinin qərarını dəyişdirməklə təyin olunmuş cəzanın CM-in 62-ci maddəsinə əsasən dəyişdirilməsi haqqında kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.3, 416.1.6, 416.1.11 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. Odur ki, kollegiya müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 noyabr 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkum on a isnad edilən, hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş qabaqcadan əlbir olan bir qrup şəxs qismində külli miqdarda rüşvət alma, həmçinin vəzifə saxtakarlığı əməllərini törətməsi, həmin əməllərə görə Məhkum Cinayət Məcəlləsinin 311.3.1, 311.3.3 və 313-cü maddələri ilə təqsirliliyi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, yolverilənliyi təkzib edilməmiş, bir-biri ilə uzlaşan sübutların məcmusu ilə sübuta yetirilib, tam, hərtərəfli və obyektiv araşdırılmış hallara əsasən müəyyən edilmişdir. Məhkum və müdafiəçisinin apellyasiya şikayətində lirəli sürdükləri - onun müvafiq ittihamlar üzrə təqsirli bilinməsinin mübahisələndirilməsi üzrə iddiaları apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə bu iddiaların və onların əsaslandırılması üçün müdafiə tərəfinin gətirdiyi dəlillərin yalnız Məhkum ibtidai istintaqda müdafiəçisinin iştirakı ilə verdiyi – cinayət-prosessual qanunun 125-ci maddəsinin tələbləri nöqteyinəzərindən sübut kimi yolverilən olan etirafedici ifadələri ilə deyil, məhkəmədə baxılmış bütün sübutların məcmusu ilə, o cümlədən şahidlər Şahid5, Şahid1, Şahid4, Şahid2, Şahid3 ifadələri, 16 aprel 2021-ci il tarixli protokola (40 ədəd 100 manatlıq pul əskinasları Şahid1 verilmiş), Şahid1 tərəfindən təqdim edilmiş sonuncu ilə Məhkum və digər şəxslər arasında müxtəlif tarixlərdə aparılmış telefon danışıqlarına dair 1 ədəd "CD” disklə, xx.xx.2021-ci il tarixli telefon danışığına dair səs yazısı, sənədlər, cinayət işində olan başqa materiallarla təkzib ol unması haqqında nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin qənaətinə görə Məhkum hərəkətlərində ittihamda təsvir edilən cinayətlərin tərkibi ilə ehtiva olunan bütün zəruri əlamətlər mövcud olmuşdur. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr apellyasiya şikayətlərində irəli sürülmüş (mahiyyət etibarı ilə kassasiya şikayətlərində göstərilənlərlə eyni olan) iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiyası məhkəməsində CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, maddi və prosessual hüquqi normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansi yası məhkəmələrinin işin faktiki halları, Məhkum hərəkətlərinin Cinayət Məcəlləsinin 311.3.1, 311.3.3 və 313-cü maddələri ilə tövsif edilməsi, onun bu maddələrlə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Yuxarıda qeyd olunan və digər sübutlar hökmdə ətraflı təsvir edilərək, bir-biri ilə, cinayət prosesi tərəflərinin irəli sürdükləri dəlillərlə obyektiv müqayisə edilib həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də yekun qərarında öz nəticələrini həmin sübutlar üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır. Məhkum ağır cəza təyin edilməsi barədə kassasiya şikayətinə verilmiş əlavədə göstər ilən dəlillərə gəldikdə isə, məhkəmə kollegiyası qeyd olunan dəlilləri baxılan işin müvafiq materialları ilə müqayisə edib yoxlayaraq belə qənaətə gəlir ki, müdafiəçinin Məhkum həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddiası əsasızdır. Belə ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla bağlı qənaəti ilə yanaşı x törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilmə hallarını, təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına təsirini də nəzərə almış, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.3 və 313-cü maddələri ilə həm ayrı ayrılıqda həmdə cinayətlərin məcmusu üzrə 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin etm iş, apellyasiya instansiyası məhkəməsi isə Şəki Ağır Cinayətlər Məhkəməsinin 23 iyun 2022-ci il tarixli hökmünü dəyişdirilmədən saxlamışdır. Apellyasiya məhkəməsi cəzanın dəyişdirilmədən saxlanılması haqqında nəticəyə gələrkən ona əsaslanmışdır ki, birinci instansiya məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 311.3.1, 311.3.3 və 313-cü maddələrinin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddinə yaxın həddə təyin etməklə, Məhkum cəzasını yüngülləşdirən hal kimi himayəsində üç azyaşlı uşağının olmasını, uşaqlarından x sağlamlıq imkanları məhdud uşaqlar kateqoriyasına aid olmaqla uşaq serebral iflici xəstəliyindən əziyyət çəkməsini, cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini Ci nayət Məcəlləsinin 58.3-cü maddəsinin tələb etdiyi digər hallarla, o cümlədən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, eləcə də cəzanın məqsədləri ilə birlikdə götürməklə kifayət qədər nəzərə almış, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələblərinə cavab verən ədalətli cəza təyin etmişdir. Mahiyyət etibarı ilə müdafiə tərəfinin apellyasiya şikayəti ilə üst-üstə düşən kassasiya şikayətində və əlavədə apellyasiya məhkəməsinin qənaətini təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən cəzanın təyin edilməsi zamanı müəyyən edilib nəzərə alınmış halları Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən Məhkum cəzasının yüngülləşdirilməsinə əsas verən hallar kimi qiymətləndirmək üçün ə sas görmür və hesab edir ki, baxılan işdə birinci və apellyasiya instansiyası məhkəmələri Cinayət Məcəlləsinin yuxarıda təsvir olunmuş cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişlər. Yuxarıda qeyd olunanlar müdafiəçi A.Q.Dadaşovun kassasiya şikayətinə və müdafiəçi K.Ə.Hüseynovun kassasiya şikayətinə verilmiş əlavəyə baxılması nəticəsində CPM-in 416.1.3, 416.1.6, 416.1.11 və 416.1.21-ci maddələrinə göstərilən halların müəyyən edilmədiyi, yəni kassasiya şikayətinin və əlavənin də təmin edilməsi (apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi) üçün əsasların müəyyən olunmadığını göstərir. Bununla yanaşı məhkəmə kollegiyası hazırki iş üzrə digər məhkum edilmiş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçilərinin k assasiya şikayətləri əsasında qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 12 iyul 2023-cü il tarixli, 1(102)-842/2023 nömrəli qərarına müraciət etməyi lazım bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəmənin 12 iyul 2023-cü il tarixli, 1(102)842/2023 nömrəli qərarı ilə Ali Məhkəmənin Cinayət kollegiyası hazırkı iş üzrə mədən vergisinin ödəməsi üçün məhkumlar tərəfindən Şahid1 istənilmiş və alınmış 1.500 manat pulun cinayətdən xəbərsiz olan Şahid2 vasitəsilə bələdiyyənin hesabına ödənilməsindən çıxış edərək, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Məhkum ittihamından 1500 manat pulunun rüşvət qismində alınması xaric etmiş, həmçinin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Məhkum təqsirli bilindikləri ittiham üzrə ümumilikdə külli mi qdar təşkil edən 7500 (yeddi min beş yüz) manat məbləğində pulu rüşvət alması müəyyən etmişdir ki, qeyd olunan hal hazırkı qərar qəbul edilərkən nəzərə alınır. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin və əlavənin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, müdafiəçi Dadaşov Adil Qadir oğlunun kassasiya şikayəti və müdafiəçi Hüseynov Kamandar Əbülfəz oğlunun kassasiya şikayətinə verilmiş əlavə təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 noyabr 2022-ci il tarixli 1(107)-329/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Müdafiəçi Dadaşov Adil Qadir oğlunu n kassasiya şikayəti və müdafiəçi Hüseynov Kamandar Əbülfəz oğlunun kassasiya şikayətinə verilmiş əlavə təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 16 noyabr 2022-ci il tarixli 1(107)-329/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar