Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-330/2025 21.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Abdulov Rəşad Məhərrəm oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum müdafiəçisi Süleymanlı Elxan Bəhmən oğlunun iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Mə hkəməsinin 20 fevral 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 iyun 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi E.B.Süleymanlı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 fevral 2024-cü il tarixli hökmü ilə (hakimlər Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Müşfiq Vaqif oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə) Məhkum, 1 noyabr 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəali yyəti ilə məşğul olmuş, əvvəllər Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli hökmü ilə CM-in 234.1- ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, cəzasını çəkməkdən boyun qaçırmış, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, CM-in 234.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 234.1-ci maddəsi ilə 1 (bir) il müddətə, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 9 (doqquz) il müddətə, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə 9 (doqquz) il 2 (iki) ay müddətə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22 d ekabr 2022-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təyin olunmuş 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası CM-in 68.1.1-1-ci maddəsinə əsasən həmin cəzanın 2 günü azadlıqdan məhrum etmə cəzasının 1 gününə bərabər hesabı ilə hesablanmaqla 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin olunmuş cəzaya qismən birləşdirilməklə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs da CM-in 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 9 (doqquz) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə c əzasına məhkum olunmuşdur. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum 2022-ci ilin iyul ayının ortalarında «İnstaqram» sosial şəbəkəsində tanış olduğu, ona özünü İran İslam Respublikasının Milad adlı vətəndaşı kimi təqdim edən, şəxsiyyəti istintaqa və məhkəməyə məlum olmayan şəxslə sonuncunun istifadə etdiyi, istintaqla müəyyən olunmayan telefon nömrəsi ilə özünün istifadəsində olan ***-***-**-** nömrəli telefonun «whatsapp» ani yazışma proqramının səsli zəng xidməti vasitəsi ilə danışıb, həmin şəxsin ona narkotik vasitələr və psixotrop maddə göndərəcəyi barədə razılığa gəldikdən sonra külli miqdarda narkotik vasitə və psixotrop maddəni qabaqcadan əlbir olan bir qrup şəxs qismində qanunsuz olaraq əldə edib satmaq məqsədi ilə 17 mart 2023-cü il tarixdə, axşam saatl arında tanışı Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək cinayətdən xəbərsiz olan sürücü-fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan tanışı Şahid1 idarə etdiyi «SAİPA SAİNA EX» markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobillə aparmasını sifariş verərək, həmin gün axşam saatlarında Şahid1 idarə etdiyi «SAİPA SAİNA EX» markalı, 99- PU-326 dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Suraxanı rayonundan Füzuli rayonu, Horadiz şəhərinə yola düşmüş, 18 mart 2023cü il tarixdə, saat 03 radələrində Milad adlı şəxsin istifadə etdiyi telefondan onun istifadəsində olan ***-***-**-** nömrəli telefonun «whatsapp» ani yazışma proqramının mesaj xidməti vasitəsi ilə narkotik vasitələri və psixotrop maddəni götürməsi üçün Füzuli rayonu, Horadiz şəhər inin girişində yerləşən «Yarım tikili» binanın arxasındakı metal su çəninin altında bir ədəd sintetik kisədə qoyulmuş yerin foto şəkillərini, məkanını göndərdiyi istiqamətdə sürdürmüş, onun göstərişi əsasında Şahid1 avtomobili saxladıqdan sonra o, avtomobildən yerə düşərək qrupun digər üzvü Təqsirləndirilən şəxs ilə birlikdə Milad adlı şəxslə əvvəlcədən aralarında olmuş danışıqlarına uyğun olaraq «Yarım tikili» binanın arxasında yerləşən metal su çəninin altında bir ədəd sintetik kisənin içərisinə qoyulmuş, üzəri yapışqan lentlə bağlanmış 4 (dörd) ədəd polietilen torba bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri-1100,0 qram, 1010,0 qram, 1055,0 qram və 1005,0 qram, ümumi çəkiləri 4170,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar ü sulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı, üzəri yapışqan lentlə bağlanmış 1 (bir) ədəd polietilen torba bağlamada təmiz çəkisi 560,0 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini, üzəri yapışqan lentlə bağlanmış 3 (üç) ədəd polietilen torba bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri-1480,0 qram,1205,0 qram və 1405,0 qram, ümumi çəkiləri 4090,0 qram olan xaşxaş bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə tiryəki, üzəri yapışqan lentlə bağlanmış 1 (bir) ədəd polietilen torba bağlamada, təmiz çəkisi 2015,0 qram olan külli miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz olaraq satış məqsədi ilə əldə edib, gəldikləri avtomobillə Bakı şəhərinə daşımaq üçün Təqsirləndirilən şəxs tapşırıq vermiş, sonuncu həmin k isəni qanunsuz olaraq götürüb əldə etməklə avtomobil istiqamətində qanunsuz olaraq daşıyarkən 18 mart 2023-cü il tarixdə, saat 06:10-da Füzuli Rayon Polis şöbəsinin Cinayət-Axtarış Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq həmin kisə ilə birlikdə ünvan 2 ünvanında yerləşən inzibati binasına gətirilmişlər, 18 mart 2023-cü il tarixdə, saat 07:29-da Füzuli Rayon Polis şöbəsinin əməkdaşlarının iştirakı ilə qrupun üzvü Təqsirləndirilən şəxs götürülmüş bir ədəd sintetik kisəyə müdafiəçisi Heydərov Hikmət İlyasxan oğlunun iştirakı ilə video çəkiliş vasitəsi ilə baxış keçirilərkən sintetik kisənin içərisində üzəri yapışqan lentlə bağlanmış 4 (dörd) ədəd polietilen torba bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri1100,0 qram, 1010,0 qram, 1055,0 qram v ə 1005,0 qram, ümumi çəkiləri 4170,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuana, üzəri yapışqan lentlə bağlanmış 1 (bir) ədəd polietilen torba bağlamada təmiz çəkisi-560,0 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, üzəri yapışqan lentlə bağlanmış 3 (üç) ədəd polietilen torba bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri-1480,0 qram,1205,0 qram və 1405,0 qram, ümumi çəkiləri 4090,0 qram olan xaşxaş bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə tiryək, üzəri yapışqan lentlə bağlanmış 1 (bir) ədəd polietilen torba bağlamada, təmiz çəkisi 2015,0 qram olan külli miqdarda psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, 18 mart 2023-cü il tarixdə, saat 08:08-də Füzuli Rayon Polis şöbəsinin inzibati binasında Məhkum üzərində şəxsi axtarış aparılan zaman onun istintaqa və məhkəməyə məlum olmayan tarixdə, vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, qanunsuz olaraq üzərində saxladığı və qanunsuz olaraq üzərində daşıdığı 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 10,29 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək qablaşdırılıb götürülmüşdür. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 fevral 2024-cü il tarixli hökmündən Məhkum müdafiəçisi E.B.Süleymanlı və məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Quliyev Sahib Şahbala oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiy a Məhkəməsinin Cinayət Kollegiyasının 10 iyun 2024-cü il tarixli qərarı ilə (hakimlər Əliyev Elşad İbiş oğlu (sədrlik edən və məruzəçi), Əhmədov İsmayıl Həmid oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə) apellyasiya şikayətləri təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 iyun 2024-cü il tarixli qərarından Məhkum müdafiəçi E.B.Süleymanlı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və hüquqlarını müdafiə etdiyi şəxs barəsində cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsini n (bundan sonra mətndə CPM-in) bir çox maddələrinə, iş üzrə toplanmış sübutlara və Məhkum barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edərək işin müəyyən edilmiş faktiki hallarını mübahisələndirən müdafiəçi E.B.Süleymanlı həmin şikayətini onunla əsaslandırmışdır ki, Məhkum əməli həm ibtidai istintaq, həm də məhkəmələr tərəfindən düzgün tövsif edilməmiş, apellyasiya instansiyası məhkəməsi də, birinci instansiya məhkəməsi kimi, əsasən məhkəmə istintaqı zamanı təqdim olunan və araşdırılan sübutlara deyil, ibtidai istintaq zamanı toplanmış sübutlara əsaslanaraq Məhkum ittiham olunduğu maddələrlə təqsirinin sübuta yetirildiyi qənaətinə gəlmiş və həmin maddələrlə ona təyin edilmiş cəzanı da onun əməlinə və şəxsiyyətinə uyğun hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsinin həm əməlin tövsifi, həm də cəza təyini ilə bağlı gəldiyi nəticə əsassız və ədalətsizdir. Belə ki, məhkəmələr məhkumun əməlinə hüquqi qiymət verərkən əsasən mötəbər sübut kimi təqsirləndirilən şəxslərin ibtidai araşdırma dövründə verdikləri ifadələrinə, şahidlərin ifadələrinə, şəxsi axtarış və baxış aparılması haqqında protokollara, “Baksell’ və "xxxx" MMC-lərdən alınmış məlumatlara, həmçinin digər təhqiqat və istintaq materiallarına istinad etmişlər. Məhkəmə aktlarından görünür ki, ittiham hökmünün və apellyasiya instansiyası məhkəməsinin qərarının əsasını təşkil edən sübutlar qeyri- mötəbər və ziddiyyətlidir. Məhkəmələr bu ziddiyyətləri cinayətprosessual qanunvericiliyin tələblərinə uyğun olaraq aradan qaldırmamış və aradan qaldırılması mümkün olmayan halları məhkum olunmuş şəxslərin xeyirin ə həll etməmiş, sonunculara prosessual qanunvericilikdə və Avropa Konvensiyasında nəzərdə tutulmuş hüquqlarını həyata keçirmək üçün şərait yaratmamış, onların təqsirsizlikləri ilə bağlı təqdim olunan dəlilləri onların özünü müdafiə xarakterli, məsuliyyətdən yayınmaq məqsədi daşıyan ləlillər kimi qiymətləndirməklə kifayətlənmiş, həmin dəlilərin və onların arxasında duran sübutların həqiqiqliyini və mötəbərliyini yoxlamamış, onları işdə olan digər sübutlarla müqayisəli şəkildə tədqiq etməmiş və bu sübutlara obyektiv hüquqi qiymət verməmişlər. İstintaq materiallarından və məhkəmə aktlarından görünür ki, Məhkum ibtidai araşdırma zamanı verdiyi ifadələrindən fərqli olaraq məhkəmə iclasında özünü elan olunmuş ittiham üzrə təqsirli bilmədiyindən məhkəmə istintaqı sübutların tədqiqi əvvəl şahidlər in, sonra təqsirləndirilən şəxslərin dindirilmələri ilə həyata keçirilmiş və belə olan halda müdafiə tərəfinə məhkumların ifadələrində göstərdiyi hallarla bağlı şahidlərə sual verməyə imkan və şərait yaradılmamış, onların əleyhinə ifadə vermiş şahidləri məhkəmədə dindirmək hüquqları təmin olunmamış, bununla bağlı verilmiş vəsatətlər isə təmin edilməyərək məhkum olunmuş şəxslərin həm prosessual qanunvericilikdə, həm də Avropa Konvesiyasında nəzərdə tutulmuş hüquqları pozulmuş, bununla da ədalətli məhkəmə araşdırması prinsipinə əməl edilməmişdir. Məhkumlar Məhkum və Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrdən istifadə etməsi, belə əməl törətdiyinə görə Məhkum əvvəllər məhkum edilməsi və Təqsirləndirilən şəxs ilə Horadiz şəhərinə məhz narkotik vasitəni götürmək məqsədilə getməsi müba hisə olunmur. Lakin, məhkumların bu niyyətlərindən sürücü (şahid) Şahid1 əvvəlcədən məlumatının olub-olmaması, onların əvvəlcədən planlaşdırdıqları cinayətin törədilməsindən könüllü imtina etmələri, saxlanılarkən və bundan sonra polis şöbəsində onlara qarşı fiziki zor tətbiq edilməklə işgəncə verilməsi, bunun nəticəsində də onlardan ittihama uyğun olan etirafedici izahatların və ifadələrin alınması, onların gəldikləri avtomaşını məcburi saxlayarkən avtomaşına ziyan vurulması, uzun müddət, yəni 3 saatdan artıq müddətdə qanunsuz olaraq saxlanılmaları və digər əhəmiyyətli hallarla bağlı işdə olan və əlavə təqdim olunan sübutlara məhkəmələr tərəfindən heç bir hüquqi qiymət verilməmiş və əsassız olaraq bu faktların araşdırılmasmdan imtina edilmişdir. Cinayət işinin materiallarında olan məhkumla ra məxsus mobil telefon anten məlumatlarının tədqiqi zamanı müəyyən edilmişdir ki, onlar həqiqətən də 18 mart 2023-cü il tarixdə saat 03 radələrində Füzuli rayonu, Horadiz şəhərinin giriş qapısının yaxınlığında olmuş, bundan sonra isə saat 03:27 radələrindən başlayaraq onların telefonlarının anten əhatə dairəsi Füzuli rayon PŞ-nin yerləşdiyi ərazini göstərmiş, istintaq materiallarında isə məhkumların 18 mart 2023-cü il tarixdə saat 06:10 radələrində saxlanıldıqları qeyd olunmuşdur. Bu fakt da özü-özlüyündə məhkumların qanunsuz olaraq 03 saata yaxın müddətdə saxlanıldıqlamın, onların ifadələrində göstərdikləri kimi, polis əməkdaşları tərəfindən fiziki təzyiq və təsirlərə məruz qaldıqlarını təsdiq edir. İstintaq orqanı tərəfindən əldə olunan sübutlar mənsubiyəti, mümkünlüyü, mötəbərliyi baxı mından şübhəli və ziddiyyətli olduğundan onların sübut kimi qəbul olunması yolverilməzdir, məhkəmədə araşdırılmış sübutlarla isə Məhkum ona istinad olunan cinayət əməllərinin törədilməsində təqsirliliyi təsdiq edilməmiş, buna baxmayaraq o, törətmədiyi cinayət əməlinə görə həm də ağır cəzaya məruz qalmışdır. Cinayət prosesinin iştirakçıları kassasiya şikayətinə baxılmasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin Məhkum məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda ərizə ilə Ali Məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası bununla əlaqədar dövlət ittihamçısı H.B.İmranovun və müdafiəçi E.B.Süleymanlının rəylərini dinləyib CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum iştirakı olmadan baxılmas ını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 21 yanvar 2025-ci il tarixli iclasına təyin edilmiş və işə kassasiya instansiyası məhkəməsi tərəfindən baxılanadək Ali Məhkəməyə müdafiəçi E.B.Süleymanlı və Məhkum ərizələri daxil olmuşdur. Məhkum un ərizəsi onun cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi tərəfindən imzalanmış 21 yanvar 2025-ci il tarixli 3-16-17/19/2-112/2025 saylı məktubu ilə müşaiyət edilmişdir. Ərizələrdə Məhkum müdafiəçisi E.B.Süleymanlı tərəfindən verilmiş kassasiya şikayətinə baxılmadan həmin şikayətin geri qaytarılması xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən Məhkum müdafiəçisi E.B.Süleymanlı da ərizələrin təmin edilərək, kassasiya şikayətinə baxılmadan həmin şikayətin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti kassasiya instansiyası məhkəməsində baxılanadək həmin şikayəti vermiş şəxs onu geri götürmək hüququna malikdir. CPM-in 414.4-cü maddəsində təsbit edilmişdir ki, müdafiəçi öz kassasiya şikayətini yalnız müdafiə etdiyi şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı ilə geri götürə bilər. CPM-in 414.5-ci maddəsinin müddəalarına görə, məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. CPM-in 414.8-ci maddəsinin tələblərindən görünür ki, kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs öz kassasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayəti və ya kassasiya protesti olmadığı halda məhkəmə kassasiya şikayətinə və ya kassasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Məhkum və onun müdafiəçisi E.B.Süley manlının ərizələrini nəzərdən keçirib həmin ərizələrin təmin edilərək kassasiya şikayətinin geri qaytarılması barədə məhkum olunmuş şəxsin müdafiəçisi E.B.Süleymanlının və dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək, habelə qanunvericiliyin yuxarıda təsvir edilən tələblərinə əsaslanaraq hesab edir ki, CM-in 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 iyun 2024-cü il tarixli qərarından onun müdafiəçisi E.B.Süleymanlı tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalı və həmin kassasiya müraciəti üzrə icraata xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1 və 414.8-ci maddələrini rəhbər tutaraq məhkəmə kolleg iyası Q Ə R A R A A L D İ: Məhkum və onun müdafiəçisi E.B.Süleymanlının ərizələri təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 iyun 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi E.B.Süleymanlı tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın və həmin kassasiya şikayəti üzrə icraata xitam verilsin.
Məhkəmə qərarları › İş №1(102)-330/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-330/2025
21.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver