Məhkəmə qərarları › İş №1(102)-331/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-331/2019

17.04.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-331/2019 17.04.2019 ALİ MƏHKƏMƏ İş № 1 (102) – 331/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ "17" aprel 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlu, Bəraət almış şəxs Məhkum iştirakları ilə Azərbaycan Respublikası CM-n in 263.1-ci maddəsi ilə bəraət almış Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 sentyabr 2018-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Beyləqan rayon Məhkəməsinin 20 iyul 2016-cı il tarixli hökmü ilə (sədrlik edən hakim Şirvanov Maşalla Nəcəfəli oğlu) xx xxxxx 1958-ci ildə Beyləqan rayonunun Əlinəzərli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, məhkumluğu olmayan, "-98" firmasının direktoru vəzifəsində işləyən, Beyləqan şəhəri, ünvan 1 ünvanında yaşayan Məhkum Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, hər ay aylıq qazancından dövlət nəfinə 15 % məbləğində pul tutulmaqla 01 il müddətə islah işləri cəzasına məhkum edilmişdir. İŞİN HALLARİ: Beyləqan rayon Məhkəməsinin 20 iyul 2016-cı il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, 18 sentyabr 2015-ci il tarixdə saat 1130 radələrində sürücülük vəsiqəsi əsasında idarə etdiyi texniki cəhətdən saz «VAZ-21074» markalı, az**-AA-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Daşburun-Yuxarı-Qarabağ kanalı avtomobil yolunun Beyləqan rayonu ərazisindən keçən 15-ci kilometrliyində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 4-cü hissəsinin tələblərinə əsasən sürücü yola bitişik ərazidən (yolun hər iki tərəfinə bitişik olan və nəqliyyat vasitələrinin bir-başa hərəkəti üçün nəzərdə tutulmayan torpaq sahələri,orada yerlə şən həyətlər,yaşayış massivləri, avtomobil duracaqları, yanacaqdoldurma məntəqələri, müəssisələr və başqa obyektlər) yola çıxarkən, yolda gedən nəqliyyat vasitələrinə yol verməli, hərəkət üçün təhlükəli şərait yaratmamalı, hərəkət üstünlüyünə malik olan «VAZ-21154» markalı, az**-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol verməli və həmin avtomobilə yol verdikdən sonra idarə etdiyi avtomobili yola daxil edərək hərəkətini davam etdirməli olduğu halda həmin tələblərə əməl etmədiyindən idarə etdiyi avtomobili yanacaqdoldurma məntəqəsi ərazisindən yola daxil edərək əks istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi «VAZ-21154» markalı, az**-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolun sağ hərəkət hissəsində toqquşmuş, toqquşmadan sonra idarə etdiyi avtomobil arxadan Yuxarı -Qarabağ kanalı istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs2 idarə etdiyi «Mercedes-benz E270CDİ» markalı az**-DU-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş və nəticədə ehtiyatsızlıqdan «VAZ-21154» markalı, az**-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 sağlamlığına sol qamış və incik sümüklərinin aşağı üçdə birinin qapalı sınığı, alının sol yarısında sıyrıq və dilin uc hissəsində səthi əzilmiş yara kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurulmasına, habelə Zərərçəkmiş şəxs1 məxsus «VAZ-21154» markalı, az**-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1.840,00 (bir min səkkiz yüz qırx) manat dəyərində, Zərərçəkmiş şəxs2 məxsus «Mercedes-Benz E270CDİ» markalı az**-DU-*** dövlət nömrə nişanlı avtomobilə isə 130,00 (yüz otuz) manat dəyərində maddi ziyanın vurulmasına səbəb olmuşdur. Hökmdən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Dosiyev Amil Qaraxan oğlu, hakimlər Babayev Zəki Baba oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə) 10 may 2017ci il tarixli hökmü ilə zərərçəkmiş şəxsin apellyasiya şikayəti təmin edilməmiş, məhkumun apellyasiya şikayəti təmin edilmiş, Beyləqan rayon Məhkəməsinin 10 may 2017-ci il tarixli hökmü ləğv edilmiş, Məhkum təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilmişdir. Apellyasiya məhkəməsinin hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən h akim Kərimov Fərhad Abdulkərim oğlu, hakimlər Rzayeva Gülzar Lətif qızı və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə) 31 oktyabr 2017-ci il tarixli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 may 2017-ci il tarixli hökmü ləğv edilmiş, cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilmiş, kassasiya protesti təmin edilmişdir. İşə yenidən baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim Əkbərov Kamran Hüseyn oğlu, hakimlər Əhmədov İsmayıl Həmid oğlu və Bəşirov Kamil Sücəddin oğlundan ibarət tərkibdə) 20 sentyabr 2018-ci il tarixli hökmü ilə Beyləqan rayon Məhkəməsinin 10 may 2017-ci il tarixli hökmü ləğv edilmiş, Məhkum təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilmiş, məhkumun apellyasiya şikayəti təmi n edilmiş, zərərçəkmiş şəxsin apellyasiya şikayəti təmin edilmımişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 sentyabr 2018-ci il tarixli hökmündən dövlət ittihamçısı kassasiya protesti verərək həmin hökmü ləğv etməklə cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin edilməsini xahiş etmişdir. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, Şirvan Apelyasiya Məhkəməsinin 20 sentyabr 2018-ci il tarixli hökmü ilə məhkumun apellyasiya şikayəti təmin edilmiş, Beyləqan rayon Məhkəməsinin 20 iyul 2016-cı il tarixli hökmü ləğv edilərək Məhkum təqsirliliyi sübuta yetirilmədiyinə görə CM-nin 263.1 -ci maddəsi ilə bəraət verilmişdir. Məhkəmə kollegiyası belə nəticəyə ibtidai istintaq zamanı toplanmı ş sübutların qəbul edilməməsi, məhkəmədə verilmiş ifadələrin ibtidai istintaq zamanı verilmiş ifadələrdən üstünlüyünün əsaslandırılmadan qəbul edilməsi yolu ilə gəlmişdir. Halbuki ibtidai istintaq zamanı əldə olunmuş aşağıdakı zərərçəkmiş və şahid ifadələri, həmçinin həmin ifadələrə və 18 sentyabr 2015-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokola istinadən verilmiş 19 aprel 2016-cı il tarixli 7417 saylı yol nəqliyyat hadisələri ekspertizasının rəyinə əsasən təqsirləndirilən şəxsin əməlin cinayət tərkibin olması tam olaraq sübuta yetirilmişdir. Belə ki, birinci və apellyasiya instansiya məhkəməsində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, şəxsi mülkiyyətində “VAZ-21154” markalı ** BE *** dövlət nömrə nişanlı avtomaşını olsa da, nəqliyyat vasitəsini idar ə etmək hüququ verən vəsiqəsi yoxdur. 18 sentyabr 2015-ci il tarixdə saat 11 radələrində idarə etdiyi “VAZ-21154” markalı ** BE *** dövlət nömrə nişanlı avtomaşınla Beyləqan şəhərindən 1 -ci Şahsevən kəndi ərazisində yerləşən dörd yol ayrıcına getmək üçün Beyləqan şəhərindən Yuxarı Qarabağ kanalı-Daşburun avtomobil yolu ilə Daşburun istiqmətində avtomaşını yolun sağ hərəkət hissəsi ilə saatda 40-50 km sürətlə idarə edərkən Daşburun istiqamətində götürdükdə yolun sağ kənarında yerləşən “” yanacaqdoldurma məntəqəsinin giriş hissəsindən “VAZ-21074” markalı avtomaşının çəpinə yola çıxmasını görmüşdür. Həmin vaxtı əks istiqamətdə nəqliyyat vasitələri də hərəkətdə olmuşdur. O, ayağını tormoz əyləcinə basıb avtomaşını saxlamaq istəmiş, lakin avtomaşını saxlaya bilməmiş və idarə etdiyi “VAZ-2115 4” markalı ** BE *** dövlət nömrə nişanlı avtomaşının qabaq sol tərəfi ilə həmin “VAZ-21074” markalı avtomaşının qabaq sol tərəfi arasında toqquşma baş vermişdir. Toqquşmadan sonra idarə etdiyi avtomaşın sola tərəf burulmuş və avtomaşını saxlamış, aldığı xəsarət nəticəsində bir anlığa huşunu itirmiş, oraya gəlmiş şəxslər onu avtomaşından çıxardıb Beyləqan rayon MX-na aparmışlar. Hərəkəti üçün təhlükəni həmin “VAZ-21074” markalı avtomaşın yola çıxan zaman hiss etmiş, lakin hadisənin qarşısını almaq üçün heç bir tədbir görməmişdir. “VAZ-21074” markalı avtomaşının yolun sağ kənarında yerləşən “” yanacaqdoldurma məntəqəsinin çıxış hissəsindən onun hərəkət zolağına çıxmasını düzgün göstərməmiş, həmin “VAZ-21074” markalı avtomaşın onun hərəkət zolağına çıxan anda həmin avtomaşınla ara məsafəsi t əxminən 25 metr olmuş, hadisədən əvvəl “VAZ-21074” markalı avtomaşın surətlə hərəkətdə olmuşdur. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 18 sentyabr 2015-ci il tarixdə saat 11 radələrində idarə etdiyi şəxsi mülkiyyətində olan “MERCEDES BENZ E 270 CDİ” markalı ** DU *** dövlət nömrə nişanlı avtomaşınla rayonun Qəhrəmanlı qəsəbəsindən çıxıb Daşburun-Yuxarı Qarabağ kanalı avtomobil yolu ilə Yuxarı Qarabağ kanalı istiqamətində Beyləqan şəhərinə yola düşmüş, həmin avtomobil yolu ilə hərəkət edib Beyləqan şəhərinin girəcəyinə çatdıqda “VAZ-21074” markalı avtomaşının Yuxarı Qarabağ kanalı istiqamətində götürdükdə yolun sol kənarında yerləşən “” yanacaqdol durma məntəqəsinin giriş hissəsindən çıxıb çəpinə yolun sağ hərəkət hissəsinə doğru hərəkət etməsini görmüşdür. Həmin avtomaşın yola çıxanda avtomaşınla ara məsafəsi 30-40 metr olmuş, həmin avtomaşının yolun sağ hərəkət zolağına çıxmaq istəməsini görüb sürətini azaltmış və saatda 20 30 km sürətlə hərəkət etməyə başlamışdır. Təxminən 30-40 metr yol qət etdikdən sonra həmin “VAZ-21074” markalı avtomaşınla qarşıdan əks istiqamətdə hərəkətdə olan “VAZ-21154” markalı avtomaşının toqquşmasını görmüşdür. Dərhal avtomaşını yolun sağma çəkib saxlamış, toqquşmadan soma “VAZ- 21074” markalı avtomaşın fırlanmış və həmin avtomaşının arxa sağ qanadı idarə etdiyi avtomaşının qabaq sol qanadı ilə toqquşmuşdur. “VAZ-21074” markalı avtomaşın Yuxarı-Qarabağ kanalı istiqamətində götürdükdə yolun sol kənarına çıxıb dayanmışdır. İlkin ifadəsində fikrini düzgün izah edə bilmədi yi üçün “VAZ-21074” markalı avtomaşının yanacaqdoldurma məntəqəsinin çıxış hissəsindən yola çıxmasını göstərmiş, həmin vaxt “VAZ21074” markalı avtomaşın yanacaqdoldurma məntəqəsinin giriş hissəsindən yolun sol hərəkət hissəsinə çıxıb çəpinə yolun sağma doğru hərəkət etmiş, toqquşmadan sonra avtomaşından yerə düşmüş, oraya toplaşmış şəxslərlə birlikdə “VAZ-21154” markalı avtomaşının sürücüsünü avtomaşından çıxarıb rayon MX-na yola salmışdır. Həmin vaxtı “VAZ-21074” markalı avtomaşının sürücüsü Həsən də aldığı xəsarətlə bağlı rayon MX-na getmiş, bir qədər sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və hadisə yerinə baxış keçirilmişlər. “VAZ-21074” markalı avtomaşın yolun sağ hərəkət zolağına çıxan anda həmin avtomaşından təxminən 40-50 metr məsafədə olmuş, idarə etdiyi “MERCEDES BENZ E 270 CDİ” markalı ** DU *** dövlət nömrə nişanlı avtomaşınla “VAZ21074” markalı avtomaşın Yuxarı Qarabağ kanalı istiqamətində götürdükdə yolun sağ hərəkət zolağının sonunda toqquşmuşdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, Yuxarı Qarabağ kanalı-Daşburun avtomobil yolunun Daşburun istiqamətində götürdükdə sağ kənarında yerləşən “” yanacaqdoldurma məntəqəsində operator işləyir. 18 sentyabr 2015-ci il tarixdə saat 11 radələrində Məhkum idarə etdiyi “VAZ-21074” markalı ** AA *** dövlət nömrə nişanlı avtomaşınla həmin yanacaqdoldurma məntəqəsindən çıxaraq Yuxarı-Qarabağ kanalı-Daşburun avtomobil yolunun sol hərəkət zolağına keçib Yuxarı-Qarabağ kanalı istiqamətində hərəkət etmişdir. Məhkum həmin yolla təxminən 80-90 metr məsafə qət etdikdən sonr a qarşıdan əks istiqamətdə hərəkətdə olan “VAZ-21154” markalı avtomaşının qəfil onun hərəkət zolağına çıxmış və avtomaşınlar arasında toqquşma baş vermişdir. Toqquşmadan sonra Məhkum idarə etdiyi “VAZ-21074” markalı avtomaşının idarəolunmaz vəziyətə düşərək arxadan onunla eyni istiqamətdə hərəkətdə olan “Mercedes-Benz” markalı avtomaşınla toqquşub yolun sağ kənarına çıxıb dayandığını görmüşdür. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X13 09 mart 2016-cı il tarixli ifadəsində göstərmişdir ki, Məhkum yolun sağ köənarmda olanh “ ” yanacaqdoldurma məntəqəsinin giriş hissəsindən yolun hərəkət hissəsinə çıxıb Daşburun istiqamətində hərəkətdə olan “Vaz 21154”, ** BE *** dövlət nişanlı avtomobillə toqquşmasını görmüşdür. Protestdə həm də göstərilmişdir ki, iş materiallarında olan 18 sen tyabr 2015-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və “hadisə yerinin sxemindən” görünür ki, yol-nəqliyyat hadisəsi baş vermiş avtomobil yolu asfalt-beton örtükdən ibarət olmaqla, döngəli profillidir, hadisə baş verən zaman avtomobil yolu quru vəziyyətdə olmuşdur. Yol-nəqliyyat hadisəsi Yuxarı Qarabağ kanalı-Daşburun avtomobil yolunun Beyləqan şəhəri ərazisindən keçən 15-ci kilometrliyində baş vermişdir. Avtomobil yolunda 2 ədəd hərəkət zolağı vardır və hərəkət hissəsinin eni 12 metrdir. Həmin hərəkət hissədə qarşı- qarşıya hərəkət mövcuddur. Yol örtüyünü eni 12 metrdir. Hərəkət hissə sağdan sağ ehtiyat hissəyə, soldan səkiyə birləşir. Sağdan YDM-nin girişçıxış hissəsinə, soldan Yaşıllıq zolağına birləşir. Qarşılıqlı hərəkət mövcuddur. Döngəli yol, hərəkət sürə ti 50 km/saatdır. Yol işiqlandırılmır. Hadisə yerində “VAZ 21154” markalı avtomaşınla, “VAZ 21074” markalı ** AA *** d/q nişanlı avtomaşın yolun Daşburun istiqamətində götürdükdə qarşıqaşıya yolun sol hərəkət hissəsində sol kənarınadək 4 metr məsafədə toqquşmuşlar. Birinci toqquşmadan sonra “VAZ 21154” markalı avtomaşının arxa hissəsi yolun Yuxarı Qarabağ kanalı istiqamətində hərəkətdə olan, “Mercedes Benz” markalı avtomaşının, sol qabaq qənədinə dəyərək toqquşmuş, 2-ci toqquşma yeri yolun Daşburun istiqamətində götürdükdə sol hərəkət hissəsində yolun sol kənarından 2,3 metr məsafədə baş vermişdir. Hadisədən əvvəl “VAZ 21154” markalı ** BE *** d/q nişanlı avtomaşın yolun Daşburun istiqamətində götürdükdə qarşı tərəfi sol hərəkət hissəsində olmaqla yolun mərkəzində qalmışdır. Həmin avtomaşı n sol arxa şinindən yolun sağ kənarına olan məsəfə 3 metr, sağ şinindən isə 3,2 metr məsafədərdir. Toqquşmuş “VAZ 21074” markalı 11 A A 111 d/q nişanlı avtomaşın yolun Daşburun istiqamətində götürdükdə sağ kənarında yolun sağ ehtiyat hissəsindən 4 metr məsafədə yerləşmişdir. Hadisə yerində olan “Mercedes Benz” ** BU *** d/q nişanlı maşın isə yolun Daşburun istiqamətində götürdükdə sol hərəkət hissəsindədir. Hadisə yerində olan 1-ci toqquşma yerindən başlayaraq maili vəziyyətdə yolun sağ kənarında qalmış “VAZ 21074” markalı ** AA *** d/q nişanlı avtomaşının arxa şinindən uzanan avtomaşının şinin sürtünmə izləri vardır ki, 1-ci sürtünmə izi 28 metr, 2-ci sürtünmə izi isə 30 metrdir. Hadisə yerində tormoz izləri müəyyən olunmamışdır. Qeyd olunan məlumatlar əsasında keçirilmiş məhkəmə-yol nəql iyyat hadisələri ekspertizasının 19 aprel 2016-cı il tarixli, 7417 nömrəli rəyi ilə müəyyən edilmişdir ki: “VAZ-21074” markalı, ** AA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Hərəkət üçün təhlükə yaranan anda “VAZ-21154” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 23,2-31,9 metrdən böyük məsafədə olması şəraitində isə sürücü Zərərçəkmiş şəxs1 hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələbləri nə uyğunsuzluq olmuşdur. “Mercedes Benz E270 CDİ” markalı, ** DU *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 “VAZ-21154” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmanın qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Apelyasiya instansiyası məhkəməsi şahid X9 və X1 ifadələrini Məhkum xeyrinə dəyişmələrinin səbəblərini araşdırmamış, zərərçəkmiş Zərərçəkmiş şəxs1 ifadəsini hansı səbəbdən sübut kimi qiymətləndirməməsini əsaslandırmamışdır. Halbuki Məhkum öz ifadəsindən də görünür ki, o, “” yanacaq doldurma məntəqəsinə məxsus “Vaz 21074” markalı avtomobili idarə etmiş, şahid Ələkbərli Əfqan isə həmin yanacaqdoldurm a məntəqəsində işləmişdir. Belə olan halda şahid Ələkbərli Əfqanın öz ifadəsini dəyişməsinin səbəbi aydındır. Digər şahid X10 isə ittihamın verilməsinə əsas olan, yuxarıda göstərilən ifadəni verdikdən sonra apelyasiya məhkəməsində dindirilmiş, lakin o, ibtidai istintaq zamanı verdiyi ifadəsini oxumadan imzalaması barədə ifadə vermiş, məhkəmə kollegiyası isə buna sadəlöhvcəsinə “inanmışdır”. Məhkəmə kollegiyası tərəfindən hökm çıxarılarkən sübutlar CPM-nin 143-146- cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq Məhkum CM~nin 263.1-ci maddəsi ilə əsassız bəraət verildiyindən hökm qanunsuz olduğuna görə ləğv edilməli və iş yeni apellyasiya baxışma təyin edilməlidir. Göründüyü kimi, məhkəmə keçirilmiş yol-nəqliyyat ekspertizasının rəylərində və cinayə t işinin digər materiallarında Məhkum idarə etdiyi avtomobillə toqquşma nəticəsində baş vermiş yol- nəqliyyat hadisəsində onun təqsirli olması təsdiq olunduğu halda təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verməklə cinayət qanunu normasını düzgün tətbiq etməmişdir. Qeyd olunanlara görə dövlət ittihamçısı apellyasiya məhkəməsinin hökmünü ləğv etməklə cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin edilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının kassasiya protestinin təmin edilməsinə, bəraət almış şəxsin isə apellyasiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasına dair çıxışlarını dinləyərək (d igər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 sentyabr 2018-ci il tarixli hökmü isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normaya uyğun olaraq kassasiya protestinə mahiyyəti üzrə baxaraq belə qənaətə gəlir ki, protestin dəlilləri apellyasiya məhkəməsinin hökmünün qa nuniliyini şübhə altına almağa əsas vermir. Kassasiya protestində Məhkum düzgün olmayaraq Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə bəraət verildiyi iddia edilir və bununla əlaqədar bir neçə dəlillərə istinad olunur. Həmin dəlillərlə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, apellyasiya məhkəməsi Məhkum Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə bəraət verilməli olduğuna dair nəticəni hökmündə ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin hökmdə bununla əlaqədar aşağıdakılar göstərilmişdir: “... Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb, apelyasiya şikayətləinin dəlillərini müzakirə edərək və dövlət ittihamçısının apelyasiya şikayətlərinin təmin edilməməsi, hökmün dəyişdirilməməsi barədə rəyini dinləyərək, hesab edir ki, aş ağıdakı əsaslara görə Zərərçəkmiş şəxs1 apelyasiya şikayəti təmin edilməməli, məhkum edilmiş şəxs Məhkum apelyasiya şikayəti təmin edilməli, Beyləqan Rayon Məhkəməsinin 20 iyul 2016-cı il tarixli, 1(020)-69/2016 saylı hökmü ləğv edilməli, iş üzrə yeni hökm çıxarılmalı, Məhkum təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə bəraət verilməlidir. Azərbaycan Respublikasının CPM-nin 35.2-ci maddəsinə əsasən. məhkum olunmuş hər bir şəxs yuxarı məhkəməyə şikayət verərək barəsində çıxarılmış məhkəmə hökmünün qanunsuz və əsassız olması ilə əlaqədar işə yenidən baxılmasını, hökmlə təyin olunmuş cəzanın ağırlığı ilə əlaqədar onun yüngülləşdirilməsini xahiş etmək hüquqları həyata keçirir. İş materialları ilə müəyyən edilir ki, ittiham tərəfi M əhkum Azərbaycan Respublikası CM-nin 263.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsini elan edərkən iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 aprel 2016-cı il tarixli, 7417 nömrəli ekspert rəyinə və iş üzrə şahid X13 ibtidai araşdırma zamanı vermiş olduğu ifadəsinə əsaslanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 aprel 2016-cı il tarixli, 7417 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata komission yol-nəqliyyat hadisələri ekspertizasının təyin edilməsi haqqıında 14 mart 2016-cı il tarixli qərarla birlikdə 18 sentyabr 2015-ci il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokol, yolnəqliyyat hadisə yerinin sxemi, zərərçəkmiş şəxsin ifadəsinin yerində y oxlanması barədə 10 mart 2016-cı il tarixli protokol və digər istintaq sənədləri olan bir cilddən ibarət ********* nömrəli cinayət işi təqdim olunmuşdur. Bununla da ekspertlər belə qənaətə gəlmişlər ki, “VAZ-21074” markalı, ** AA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum hərəkətlərində “ Yol hərəkəti haqqında ” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Lakin yenidən Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası tərəfindən məhkum edilmiş şəxs, zərərçəkmiş şəxs, onların müdafiəçiləri, həmçinin 18 sentyabr 2015-ci il tarixdə yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokolu, yol-nəqliyyat hadisə yerini n sxemini, foto cədvəli tərtib etmiş, həmin vaxt Beyləqan RPŞ-nin TB-nin tədqiqatçısı X6 iştirakı ilə 02 aprel 2018-ci il tarixdə hadisə yerinə baxış keçirilmişdir. Hadisə yerinə baxış zamanı müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsi ilkin sxemdə olduğu kimi “” adlı yanacaq doldurma məntəqəsinin qarşısında deyil, yanacaq doldurma məntəqəsindən 40 metr rayon mərkəzinə istiqamətdə yolun “VAZ-21074” markalı, ** AA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum hərəkət istiqamətində baş vermişdir. Bu hal foto cədvəldə görünən yolun kənarında olan çıxıntı və tədqiqatçısı X6 ifadəsi ilə, həmçinin www.googlemaps.com saytı ilə internet vasitəsi ilə əldə edilmiş foto ilə öz əksini tapdı. Bundan başqa iş materiallarında olan şahid X9 ifadəsindən görünür ki, hadisə baş verən vaxt Yuxarı Qarabağ kanalı-Daşburun avtomobil yolunun Daşburun istiqamətində götürdükdə sağ kənarında yerləşən «» yanacaqdoldurma məntəqəsində operator işləmişdir. 18 sentyabr 2015-ci il tarixdə saat 11 radələrində Məhkum idarə etdiyi «VAZ- 21074» markalı ** AA *** dövlət nömrə nişanlı avtomaşınla həmin yanacaqdoldurma məntəqəsinin yaxınlığında, yolun kənarında olan beton piltələri düzəldən ustanın yanına gedib bir neçə dəqiqə orada dayandıqdan sonra idarə etdiyi həmin avtomaşınla Beyləqan şəhərinə qayıtmaq üçün Yuxarı-Qarabağ kanalı-Daşburun avtomobil yolunun sol hərəkət zolağına keçib Yuxarı-Qarabağ kanalı istiqamətində hərəkətini davam etdirmişdir. Məhkum həmin yolla təxminən 70-80 metr məsafə qət etdikdən sonra qarşıdan əks istiqamətdə hərəkətdə olan “VAZ-21154” markalı avtomaşının qəfil onun h ərəkət zolağına çıxdığını və avtomaşınlar arasında toqquşma baş verməsinin şahidi olmuşdur. Məhkum həmin yolla təxminən 70-80 metr məsafə qət etdikdən sonra hadisənin baş verməsinin onun arxası ilə onunla eyni istiqamətdə hərəkətdə olan «Mercedes-Benz E270 CDİ» markalı ** DU *** dövlət nömrə nişanlı avtomaşının sürücüsü Zərərçəkmiş şəxs2 da təsdiq etmişdir. Şirvan Apelyasiya Məhkəməsində şahid qismində dindirilmiş X13 ibtidai araşdırma zamanı vermiş olduğu “VAZ-21074” markalı, ** AA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum yolun sağ kənarında olan “” yanacaqdoldurma məntəqəsinin giriş hissəsindən yolun hərəkət hissəsinə çıxıb Daşdurun istiqamətində hərəkətdə olan «VAZ-21154» markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilə toqquşmasını görməsi” barədə 09 mart 2016-cı il tarixdə olan ifadəsini təsdiq etməyərək bildirdi ki, həmin gün, yəni 18 sentyabr 2015-ci il tarixdə saat 11 radələrində Beyləqan rayonunda olmamış, Bərdə rayonunda olmuşdur. Ona görə də baş vermiş yol-nəqliyyat hadisəsi görə bilməzdi. İfadəni sonradan imzalasa da məzmunundan xəbəri olmamış, oxumamışdır. Belə olan halda əvvəlki 19 aprel 2016-cı il tarixli, 7417 nömrəli ekspert rəyi düzgün olmayaraq tərtib edilmiş yol-nəqliyyat hadisə yerinin sxeminə əsaslandığından sübut növü kimi qəbul edilə bilməzdi. Beləliklə Şirvan Apelyasiya Məhkəməsində müəyyən edildi ki, Məhkum 18 sentyabr 2015-ci il tarixdə saat 11.30 radələrində sürücülük vəsiqəsi əsasında idarə etdiyi texniki cəhətdən saz «VAZ-21074» markalı, ** AA *** dövlət qeydiyyat nişanlı avtomaşınla avtomobili yanacaqdoldurma məntəqəsi ər azisindən yola daxil olaraq Daşburun-Yuxarı-Qarabağ kanalı avtomobil yolunun Beyləqan rayonu ərazisindən keçən 15-ci kilometrliyində 40 metr məsafə qət etdikdən sonra hərəkətdə olarkən öz hərəkət zolağında qarşısına çıxmış əks istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi «VAZ-21154» markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilə yolun sağ hərəkət hissəsində toqquşmuşdur. Toqquşmadan sonra idarə etdiyi avtomobil arxadan Yuxarı-Qarabağ kanalı istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs2 idarə etdiyi «Mercedes-benz E 270 CDİ» markalı ** DU *** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş və nəticədə idarə etdiyi avtomaşın idarəolunmaz vəziyətdə düşərək yolun sağ kənarına çıxıb dayanmışdır. Bundan sonra Şirvan Apelyasiya Məhkəməsinin cinayət kollegiyası tərəfindən 09 aprel 2 018-ci il tarixdə əlavə məhkəmə kompleks yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının təyin edilmiş, 01 iyun 2018-ci il tarixli məhkəmə ekspertizasının 11520 nömrəli rəyi alınmışdır. Həmin rəydən görünür ki, məhkəmə tərəfindən təqdim edilmiş məlumatlara əsasən VAZ-21074” markalı, ** AA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi nəzərindən tətqiq etməyə lüzum yoxdur. Bununlа əlаqədаr оlаrаq məhkəmə kоllеgiyаsı qеyd еtməyi vаcib hеsаb еdir ki, Аzərbаycаn Rеspublikаsı CPM-nin 124.1-ci mаddəsinə əsаsən məhkəmənin və yа cinаyət prоsеsi tərəflərinin əldə еtdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlаr: cinayət-prosessual qanunvericiliyinin t ələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə, müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı, hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2.1-ci mаddəsinə görə şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri cinayət prosesində sübut kimi qəbul olunur. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 42.1.4–ci maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə olduqda bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 32.2.7-ci maddəsinə görə məhkəmə tərəfindən hökm yalnız cinayət prosesi tərəflərinin iştirakı bərabər əsaslarla təmin edilməklə tədqiq olunmuş sübutlarla əsaslandı rılır. Həmin Məcəllənin 144-cü mаddəsinə əsаsən cinаyət təqibi üzrə tоplаmış sübutlаr tаm, hər tərəfli və оbyеktiv yохlаnılmаldır. Yохlаmа zаmаn sübutlаr təhlil оlunur və bir – biri ilə müqаyisə еdilir, yеni sübutlаr tоplаnır, əldə оlunmuş sübutlаrın mötəbərliliyi müəyyənləşdirlir. Həmin Məcəllənin 145.1. mаddəsində birbаşа göstəriş vаrdır ki, hər bir sübut mənsubiyyəti, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinаyət təqibi üzrə tоplаmış bütün sübutlаrın məcmuyunа isə ittihаmın həlli üçün оnlаrın kifаyət еtməsinə əsаsən qiymət vеrilməlidir. Həmin Məcəllənin 350.3-cü mаddəsinə əsаsən məhkəmənin bəraət hökmünə bəraət almış şəxsin təqsirsizliyini şübhə altına qoyan ifadələrin daxil edilməsi yolverilməzdir. "Mаhmudоvun Rusiyаyа qаrşı" işi üzrə 26 iyul 2007-ci il tаriхli qərаrındа İnsаn Hü quqlаrı Üzrə Аvrоpа məhkəməsi qеyd еtmişdir ki, Kоnvеnsiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа оlаrаq, аffırmаnti, nоnnеgаntiincumbitprоbаtiоn prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib оlunmаz охşаr fаkt еhtimаllаrındаn irəli gələ bilər. Аvrоpа Məhkəməsinin "Qаvаzоv Bоlqаrıstаnа" qаrşı 06 mаrt 2008-ci il tаriхli qərаrındа qеyd еdilmişdir ki, sübutlаr qiymətləndirilərkən, bir qаydа оlаrаq əsаslı şübhədən kənаr stаndаrtlаr tətbiq еdilir. İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi Haqında Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması haqqında hüququ) 1-ci hissəsində göstərilir ki,hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cin ayət ittihamı irəli sürülərkən, qanun əsasında müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüqu qlarını və azadlıqlarını gözləmək və qorumaq, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin hüquqların təmininə yönəlmiş qərarlarının icrası qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının vəzifəsidir. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 11-ci maddəsində, İnsan Hüquqlarının müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsində, Mülki və Siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsində təqsirsizlik prezumpsiyası öz təsdiqini tapmış və həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində də təqsirsizlik prezumpsiyası insanın mühüm hüquqlarından biri kimi göstərilmişdir. Azərbaycan Respublikası Konstitutsiyasının 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələrə yol verilmir. Eyni xususat Azərbaycan Respublikası CM -nin 21-ci maddəsində öz təsdiqini bir daha tapmışdır. Аzərbаycаn Rеspublikаsı Cinаyət Məcəlləsinin 3-cü mаddəsində göstərilir ki, yаlnız bu mаddə ilə nəzərdə tutulmuş cinаyət tərkibinin bütün əlаmətlərinin mövcud оlduğu əməlin (hərəkət və yа hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yаrаdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymə tdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsi ri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkum ibtidai istintaq orqanı tərəfindən elan olunmuş əməli, yəni Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi apelyasiya instansiya məhkəməsində aparılmış qismən məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. Odur ki, Məhkum Azərbaycan Re spublikası CPM-nin 42.1.4-ci maddəsinə əsasən, yəni təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməlidir. Azərbaycan Respublikasının CPM-nin 25.2-ci maddəsinə əsasən hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər. Həmin Məcəllənin 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Azərbaycan Respublikası CPM-nın 398.1.2-ci maddəsinə əsasən apelyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü və ya qərarını ləğv edərək yeni hökm və ya qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 399.1.2 və 399.1.4-ci maddələrinə əsasən məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və cinayət qanunu normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökm və qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Həmin Məcəllənin 401.1.1 və 401.1.2-ci maddələrinə əsasən məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi haqqında məsələnin həll edilməsi, ictimai təhlükəli əməlin tövsifinə dair cinayət qanunvericiliyinin tətbiqinin düzgünlüyünə təsir göstərməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasıdır və birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 401.2-ci maddəsinə əsasən birinci instansi ya məhkəməsi onun tərəfindən məhkəmə iclasında tədqiq edilmiş və özünün gəldiyi nəticələrin düzgünlüyünə əhəmiyyətli təsir göstərən sübutları nəzərə almadıqda məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmayan hesab edilir və CPM-nin 401.1-ci maddəsinə əsasən bu hal ictimai təhlükəli əməlin tövsifinə dair cinayət qanunvericiliyinin tətbiqinin düzgünlüyünə təsir göstərdiyi halda birinci instansiya məhkəməsinin hökm və ya qərarı ləğv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, Məhkum apelyasiya şikayəti təmin edilməli, Beyləqan Rayon Məhkəməsinin 20 iyul 2016-cı il tarixli, 1(020)-69/2016 saylı hökmü ləğv edilməlli, yeni hökm çıxarılmalı, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməlidir...”. Göründüyü kimi, apellyasiya məhkəməsi Məhkum Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə bəraət verilməli olduğuna dair nəticəni işin faktiki hallarına və qanunun tələblərinə, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarının izahlarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin nəticə iş materiallarına, işin faktiki hallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya protestinin dəlilləri də həmin nəticənin, ümumilikdə, apellyasiya məhkəməsinin hökmünün qanuniliyini şübhə altına almağa əsas vermir. Kassasiya protestində ittiham tərəfinin təqdim etdiyi sübutlar sadalanaraq ittihamın təsdiq olundu ğu iddia edilir. İttihamın təsdiq olunduğunu iddia edən ittiham tərəfi ekspertiza tədqiqatına kifayət qədər yoxlanılmamış və dəqiqləşdirilməmiş məlumatların təqdim edildiyi barədə nəticəni (apellyasiya məhkəməsinin gəldiyi) birmənalı olaraq təkzib edən hər hansı bir sübuta və dəlilə istinad etməmişdir. Məhkəmə kollegiyası protestin həmin dəlilləri ilə əlaqədar qeyd edir ki, apellyasiya məhkəməsinin əvvəlki hökmü Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası tərəfindən ləğv edilərkən məhkəmə qərarında birmənalı olaraq göstərilmişdir ki, “...müdafiəçinin məhkəmə kollegiyasına təqdim etdiyi və əsasında ekspertiza rəyi verilmiş hadisə yerinin sxem planı hadisə yerinə qanunda nəzərdə tutulmuş prosessual şəxs tərəfindən deyil, hadisə yerinə baxış keçirilmədən, təqsirləndirilən şəx sin mülahizələri əsasında tərtib edildiyindən bu sxemin cinayət işi üzrə sübut kimi qəbul edilməsi yolverilməzdir. Bundan başqa Azərbaycan Respublikası CPM-nin 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə cinayət prosesi tərəflərinin vəsatəti, yaxud öz təşəbbüsü ilə sübutların toplanması prosesində fiziki, hüquqi və vəzifəli şəxslərdən, habelə əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlardan cinayət təqibi üzrə əhəmiyyət kəsb edən sənəd və əşyaları təqdim etməyə, yoxlama və təftişin keçirilməsini səlahiyyətli orqanlardan və vəzifəli şəxslərdən tələb etməyə haql ıdır. Bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak etmək üçün buraxılmış müdafiəçi hüquqi yardım göstərilməsi üçün sübutlar təqdim etməyə və məlumat toplamağa, o cümlədən fərdi şəxslərdən izahat almağa, həmçinin müxtəlif təşkilatlardan və birliklərdən arayış, xasiyyətnamə və digər sənədlər tələb etməyə haqlıdır. Şübhəli, təqsirləndirilən şəxs, müdafiəçi, ittihamçı, zərər çəkmiş şəxs, mülki iddiaçı, mülki cavabdeh və onların nümayəndələri, fiziki və hüquqi şəxslər sübut hesab oluna bilən əşya və sənədləri, habelə şifahi və ya yazılı məlumatları təqdim etməyə haqlıdırlar. Göstərilən prosessual maddədə sübutların əldə edilməsi üsulları, müdafiəçi tərəfindən təqdim edilə bilən sübutlar göstərilmişdir. Hazırkı cinayət işi üzrə müdafiəçinin təqdim etdiyi yol-nəq liyyat hadisəsinin sxemi qanunda nəzərdə tutulmuş üsulla əldə edilməmişdir. CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəməyə təqdim edilmiş sxem qiymətləndirilərkən qanunda nəzərdə tutulmuş hədlərə əməl edilməmişdir... Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyası Məhkum “Yuxarı Qarabağ kamalı-Daşburun avtomobil yolunun sol hərəkət zolağına keçib Yuxarı Qarabağ kamalı istiqamətində hərəkətini 70-80 metr davam etdirdikdən sonra qarşıdan əks istiqamətdə hərəkət edən VAZ-21154 markalı avtomobilin qəflətən onun yoluna keçməsi və toqquşma baş verməsi barədə ifadəsinin həqiqiliyini y oxlamaq üçün heç bir tədbir görməmişdir (ifadəsi yerində yoxlanmamış, istintaq eksperimenti keçirilməmişdir). Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyası göstərilən prosessual normaların tələbini pozaraq, müdafiə tərəfinin təqdim etdiyi, qanunla müəyyən edilmiş sübut növlərinə aid olmayan hadisə yerinin sxeminə istinad edərək əsassız olaraq bəraət hökmü çıxarmışdır...”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının qərarından görünür ki, apellyasiya məhkəməsinin əvvəlki hökmü həmin məhkəmənin Azərbaycan Respublikası CPM-nin 143-146-ci maddələrinə riayət etmədiyinə görə ləğv edilmişdir. İş materiallarından görünür ki, işə yenidən baxmış apellyasiya məhkəməsi yuxarı məhkəmənin qərarında istinad edilən çatışmazlıqları aradan qaldırmış, müvafiq sübutları Azərbaycan Re spublikası CPM-nin 143-146-cı maddələrinə tam riayət etməklə yoxlamış, onlara müvafiq qiymət vermiş, ittihamın sübuta yetirilməsində yaranmış şübhələri aradan qaldırmaq üçün qanunla nəzərdə tutulmuş tədbirləri görmüş, həmin şübhələri aradan qaldırmaq mümkün olmadığı üçün onları Məhkum xeyrinə təfsir etmiş, sonuncunun təqsirliliyi sübuta yetirilmədiyi qənaətinə gəlmiş, bunlara dair gəldiyi nəticəni əsaslandırmışdır. Kassasiya protestində isə apellyasiya məhkəməsinin əsaslandığı cəmi iki sübutla əlaqədar nəticə mübahisələndirilir (həmin məhkəmənin əsaslandığı digər sübutlara münasibət bildirilmir). Kassasiya protestində mübahisələndirilən iki sübutla əlaqədar aşağıdakılar göstərilmişdir: “...Apelyasiya instansiyası məhkəməsi şahid X9 və X1 ifadələrini Məhkum xeyrinə dəyişmələrinin səbəblərin i araşdırmamış, zərərçəkmiş Zərərçəkmiş şəxs1 ifadəsini hansı səbəbdən sübut kimi qiymətləndirməməsini əsaslandırmamışdır. Halbuki, Məhkum öz ifadəsindən də görünür ki, o, “” yanacaq doldurma məntəqəsinə məxsus “Vaz 21074” markalı avtomobili idarə etmiş, şahid Ələkbərli Əfqan isə həmin yanacaqdoldurma məntəqəsində işləmişdir. Belə olan halda şahid Ələkbərli Əfqanın öz ifadəsini dəyişməsinin səbəbi aydındır. Digər şahid X10 isə ittihamın verilməsinə əsas olan, yuxarıda göstərilən ifadəni verdikdən sonra apelyasiya məhkəməsində dindirilmiş, lakin o, ibtidai istintaq zamanı verdiyi ifadəsini oxumadan imzalaması barədə ifadə vermiş, məhkəmə kollegiyası isə buna sadəlövhcəsinə “inanmışdır”...”. Məhkəmə kollegiyası protestdə göstərilən həmin fikirlə əlaqədar qeyd edir ki, Ə.Ələkbərlinin VAZ-2107 4 markalı avtomaşının (Məhkum idarə etdiyi) məxsus olduğu yanacaqdoldurma məntəqəsində işləməsi heç də həmin şahidin yalan ifadə verməsi qənaətinə gəlmək üçün əsas verən amil kimi qiymətləndirilə bilməz. Bu hal həmin şahidin işin nəticəsi ilə birbaşa və ya dolayı maraqlı olduğunu göstərmir, buna dəlalət etmir. Digər tərəfdən, həmin şahid və protestdə ifadələrinə istinad edilən E.İldırımlı bilə-bilə yalan ifadə vermələri üçün məsuliyyət daşımalarını bilirlər və bu barədə onlar xəbərdarlıq edilməsi barədə iltizamları imzalamışlar. Bütün bunlar ona dəlalət edir ki, həmin şahidlərin məhkəmədəki ifadələrinin mötəbər olmadığı barədə fikir söyləməyə əsas yoxdur. Bundan başqa, apellyasiya məhkəməsi hökmdə özünün mövqeyini əsaslndırmaq üçün digər sübutlara istinad etmuiş, kassasiya protestində isə həmin sübutlara münasibət bildirilməmiş, onların mötəbərliyi mübahisələndirilməmişdir. Apellyasiya məhkəməsinin hökmündə həmin sübutlarla əlaqədar aşağıdakılar göstərilmişdir: “...Hadisə yerinə baxış zamanı müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsi ilkin sxemdə olduğu kimi “” adlı yanacaq doldurma məntəqəsinin qarşısında deyil, yanacaq doldurma məntəqəsindən 40 metr rayon mərkəzinə istiqamətdə yolun “VAZ-21074” markalı, ** AA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum hərəkət istiqamətində baş vermişdir. Bu hal foto cədvəldə görünən yolun kənarında olan çıxıntı və tədqiqatçı X6 ifadəsi ilə, həmçinin www.googlemaps.com saytı ilə internet vasitəsi ilə əldə edilmiş foto ilə öz əksini tapdı...”. Kassasiya protestində bu sübutlara ümumiyyətlə münasibət bildirilməmiş, onların m ötəbər olub-olmadığı, təkzib və ya təsdiq olunduğu barədə fikir söylənilməmişdir. Bu sübutlarla əlaqədar məhkəmə kollegiyası həm də qeyd edir ki, Ə.Ələkbərlinin və E.İldırmlının ifadələri həmin sübutlara uyğun olduğuna görə apellyasiya məhkəməsi tamamilə haqlı olaraq bu şahidlərin məhkəmədəki ifadələrinə üstünlük vermişdir. Protestdə cinayət və cinayət prosessual qanununun normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarının izahlarına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin hökmü Plenum qərarının izahları ilə ziddiyyət təşkil etmir. Məhkəmə kollegiyası bütün bunları nəzərə alaraq və sübutları kassasiya protestində göstərilən dəlillər baxımından bir daha ətraflı təhlil edərək v urğulayır ki, apellyasiya məhkəməsi sübutları tədqiq edib qiymətləndirərkən yuxarıda göstərilən normaların və müvafiq maddələrin digər tələblərini də rəhbər tutmuşdur. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir, eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Buna uyğun norma Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsində nəzərdə tutulmuş və təsbit olunmuşdur ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsində göstərimişdir ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir, ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 28.4.5-ci maddəsində təsbit olunmuşdur ki, cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələr cinayət prosesi gedişində qanunun pozulması ilə əlaqədar verilən şikayətləri yoxlamaq vəzifələrini yerinə yetirməlidirlər. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqs irli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Buna uyğun norma Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsində də nəzərdə tutulmuş və göstərilmişdir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 33.1-ci maddəsində qeyd olunmuşdur ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalar ının pozulması yolverilməzdir. Apellyasiya məhkəməsi bütün bu normalara və Azərbaycan Respublikası CPM-nin 264, 267.1 və 267.2-ci maddələrinin tələblərinə tam riayət etmiş (qeyd olunan maddələrə tam uyğun olaraq və ittihamın təsdiq edilməsində şübhələrin aradan qaldırılması üçün apellyasiya məhkəməsində baxış zamanı təyin edilmiş ekspertizanın rəyi iş üzrə bir sıra məsələlərə aydınlıq gətirmiş, müdafiə tərəfinin mövqeyinin yoxlanılması üçün vacib amillərdən biridir). Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə koll egiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan vermir. Apellyasiya məhkəməsinin bunlara dair gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya protestinin dəlilləri də buna əsas vermir. Odur ki, apellyasiya məhkəməsinin hökmü əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya protesti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə bəraət almış Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 sentyabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilm əsin. Sədrlik edən: Əli Seyfəliyev Hakimlər: Hafiz Nəsibov Tahir Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar