Məhkəmə qərarları › İş №1(102)-331/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-331/2020

18.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-331/2020 18.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun, Məhkum Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxx 1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan qeydiyyatda olan və hal hazırda həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cin ayət Məcəlləsinin (bundan sonra CM-in) 177.2.1 və 177.2.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmünə əsasən (hakim Cavid Hüseyn) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının xx xxxxxx 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmlə həmçinin X3 da məhkum olunmuşdur. Birinci instansiya məhkəməsinin yuxa rıda qeyd edilən hökmündən məhkumlar tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019cu il tarixli qərarı ilə (hakimlər: F.A.Qasımov (sədrlik edən), S.A.Mirzəyev və K.H.Əkbərov) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Hökmə əsasən Təqsirləndirilən şəxs və X3 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli yolla talayıb təkrarən oğurluq etmışlər. Belə ki, Təqsirləndirilən şəxs oglu ilə X3 qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxxxxxx 2018-ci ildə saat 20 radələrindəünvan saxlanılmış, Zərərçəkmiş şəxs1 mülkiyyətində olan «Lada 212140 minik» markalı, **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobilin 50 manat dəyərin də sağ yan şüşəsini daş parçası ilə sındırıb salonda quraşdırılmış 01 ədəd 550 manat dəyərində “Pioneer” markalı maqnitofonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 550 manat dəyərində ziyan vurmaqla oğurluq etmışlər. Bundan başqa, onlar, təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxxxxx 2018-ci ildə saat 23 radələrində ünvan 1 ünvanın qarşısında saxlanılmış, Zərərçəkmiş şəxs2 mülkiyyətində olan «Vaz 21214 minik» markalı, 99-L.A-954 dövlət qeydiyyat nişanlı avtomobilin sağ arxa yan şüşəsini vintaçanla yerindən çıxarıb salonda quraşdırılmış 01 ədəd 250 manat dəyərındə MCX-1705AD markalı monitorlu CD USB, AUX oxuducu maqnitofonu və 1500 manat pulu gizli olaraq talayıb Elvın İsayevə ümumilikdə 1750 manat dəyərində ziyan vurmaqla oğurluq etmişlər. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiya məhkəməsinin yuxarıda qeyd edilən qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarının dəyişdirilməsi və təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının daha yüngül cəza ilə əvəz olunmasına dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, məhkəmələr onun əməli nəticəsində dəymiş ziyanın tam ödənilməsini, səmimi etirafını, cinayəti ağır həyat şəraiti nəticəsində törətməsini, cinayətin açılmasında fəal iştirak etməsini, şəxsiyyətini nəzərə almayaraq sərt cəza təyin etməklə ədalət və humanizm prinsiplərinin pozulması ilə qərar qəbul etmişlər. İş kassasiya instansiya məhkəməsində baxılan zaman Təqsirləndirilən şəxs ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə mü raciət edərək tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, ərizə ilə bağlı dövlət ittihamçısı R.Alverdiyevin çıxışını dinləyərək hesab edir ki, məhkum tərəfindən verilmiş kassasiya şikayəti geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası cinayət prosessual qanunvericiliyin qeyd edilən tələbini və məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara alır: Məhkum Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar