Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-331/2024 05.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum2 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 may 2022-ci il tarixli hökmü ilə Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 178.3.2 və 32.4,312.2-ci maddələri ilə, Məhkum2 isə 178.3.2 və 32.4,312.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 sentyabr 2022-ci il tarixli qərarından məhkumlar Məhkum1 və Məhkum2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 may 2022-ci il tarixli hökmü ilə (hakimlər Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən və məruzəçi), Məcidov Azad Əli Ağa oğlu və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə) Məhkum1, xx xxxxxx 1988-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Siyaqut kəndində anadan olmuş, Azərbaycan Respub likasının vətəndaşı, ali təhsilli, evli, himayəsində üç azyaşlı uşaqları olan, fərdi əməklə məşğul olmuş, əvvəllər Bakı Hərbi Məhkəməsinin 5 mart 2019-cu il tarixli hökmü ilə CM-nin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.5,312.2-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsinə əsasən barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə qəti olaraq 2000 (iki min) miqdarında manat cərimə cəzasına məhkum olunmuş, cəriməni tam həcmdə ödəmiş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 3 ünvanında yaşamış, CM-nin 178.3.2 və 32.4,312.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 178.3.2-ci maddəi ilə 07 (yeddi) il 06 (altı) ay müddətə, CM-nin 32.4,312.2-ci maddəsi ilə 06 (altı) il müddətə, CM-nin 66.3-cü maddəsinə əsa sən isə cəzaları qismən toplamaq yolu ilə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, və Məhkum2, 9 iyul 1981-ci il tarixdə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 4 ünvanında qeydiyyatda olmaqla ünvan 5 ünvanında yaşamış, CM-nin 178.3.2 və 32.4,312.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 178.3.2-ci maddəi ilə 07 (yeddi) il müddətə, CM-nin 32.4,312.1-ci maddəsi ilə 03 (üç) il müddətə, CM-nin 66.3-cü maddəsinə əsasən isə cəzaları qismən toplamaq yolu ilə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisə sində çəkməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum1 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmiş, həmçinin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə birbaşa yolla özü vasitəsilə maddi nemətin rüşvət qismində veilməsinə şəxsləri digər üsullarla təkrarən təhrik etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu i!ə özgənin xeyli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə tanışı Şahid2 özünü Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əməkdaşı olmaqla yuxarı vəzifəli şəxslərlə yaxın əlaqələrinin olmasını bildirərək onların vasitəsilə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəhbər vəzifəli şəxslərinə xidməti vəzifələrinin icrası ilə əlaqədar yol verdiyi nöqsanlara görə Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasından xidmətdən xaric edilmiş Şahid2 yenidən xidmətə bərpa etdirilməsi üçün birbaşa yolla özü vasitəsi ilə maddi nemət olan 11.000 manat pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olduğunu bildirib yalan vəd verməklə aldadaraq onun inam və etibarını qazandıqdan sonra, bu adla 12 fevral 2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində "Biləcəri dairəsi”-nin yaxınlığında 11 000 manat pulu aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib Şahid2 xeyli miqdarda 11 000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmiş, həmçinin vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsi ilə maddi nemət olan 11.000 manat pul vəsaitinin rüşvət qismində verilməsinə Şahid2 digər üsullarla təhrik etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə tanışı Şahid3 özünü Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əməkdaşı olmaqla yuxan vəzifəli şəxslərlə yaxın əlaqələrinin olmasını bildirərək onların vasitəsilə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının rəhbər vəzifəli şəxslərinə xidməti vəzifələrinin icrası ilə əlaqədar Şahid3 övladı X1 müddətli həqiqi hərbi xidməti Milli Qvardiyanın hərbi hissələrinin birində keçməsi üçün birbaşa yolla özü vasitəsi ilə maddi nemət olan 10.000 manat pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olduğunu bildirib yalan vəd verməklə aldadaraq onun inam və etibarını qazandıqdan sonra, bu adla 10 may 2021-cİ il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, “Memar Əcəmi” metrostansiyasının yaxınlığında yerləşən “Qəbələ” kafesində 10 000 manat pulu aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib Şahid3 xeyli miqdarda 10.000 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmiş, həmçinin vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsi ilə maddi nemət olan 10.000 manat pul vəsaitinin rüşvət qismində verilməs inə Şahid3 digər üsullarla təkrar təhrik etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə tanışı Şahid3 özünü Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əməkdaşı olmaqla yuxarı vəzifəü şəxslərlə yaxın əlaqələrinin olmasını bildirərək onların vasitəsilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbər vəzifəli şəxslərinə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid3 övladı X4 Müdafiə Nazirliyinin Maddi Texniki Təminat Baş idarəsinə zabit kimi işə qəbul edilməsi üçün birbaşa yolla özü vasitəsi ilə maddi nemət olan 15.000 manat pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olduğunu bildirib yalan vəd verməklə aldadaraq onun inam və etibarını qazandıqdan sonra, bu adla 15 may 2021-ci il tarixd ə Bakı şəhəri, Nəsimi rayonu, “Memar Əcəmi” metrostansiyasının yaxınlığında yerləşən “Qəbələ” kafesində 15.000 manat pulu aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ Keçirib Şahid3 xeyli miqdarda 15.000 manat məbləğində maddı ziyan vurmaqla təkrar dələduzluq etmiş, həmçinin vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid3ün xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsi im maddi nemət olan 15.000 manat pul vəsaitinin rüşvət qismində verilməsinə Şahid3 digər üsullarla təkrar təhrik etmişdir. Bundan başqa, o, təkrarən etibaman sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Şahid3 özünü Azərbaycan Respublikası Müdafiə Nazirliyimn əməkdaşı olmaqla yuxan vəzifəli şəxslərlə yaxın əlaqələrinin olmasını bildir ərək onların vasitəsilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbər vəzifəli şəxslərinə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid3 övladı X4 Müdafiə Nazirliyinin Maddi Texniki Təminat Baş İdarəsinə zabit kimi işə qəbul edilməsi ilə əlaqədar Hərbi Hospitalda həkim komisiyyasından keçmədən xidmətə yararlı olması ilə bağlı müsbət rəy alması üçün birbaşa yolla özü vasitəsi ilə maddi nemət olan 700 manat pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olduğunu bildirib yalan vəd verməklə aldadaraq onun inam və etibarını qazandıqdan sonra, bu adla 15 iyul 2021-ci il tarixdə ünvan 6 ünvanının qarşısında 700 manat pulu aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib Şahid3 700 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmiş, həmçinin vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid3 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsi ilə maddi nemət olan 700 manat pul vəsaitinin rüşvət qismində verilməsinə Şahid3 digər üsullarla təkrar təhrik etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özcənin külli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə tanışları Məhkum2 və şəxsiyyəti istintaqa məlum olmayan “Seyid” adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Məhkum1 qabaqcadan müəyyən etdiyi cinayətkar plana uyğun olaraq qrupun üzvləri Məhkum2 tanışı Şahid1 Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı, eləcə də şəxsiyyəti istintaqa məlum olmayan “Seyid” adlı şəxsi də polis əməkd aşı olmaqla yuxarı vəzifəli şəxslərlə yaxın əlaqələrinin olmasını bildirərək onların vasitəsilə Baş İdarənin rəhbər vəzifəli şəxslərinə xidməti vəzifəsinin icrası İlə əlaqədar Baş İdarədə Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi İlə istintaqı aparılan Şahid1 şahid qismində dindirildiyi cinayət işi üzrə onun cinayət məsuliyyətinə cəlb edilməməsi üçün birbaşa yolla özü vasitəsi ilə maddi nemət olan 100.000 manat pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olduğunu bildirib yalan vəd verməklə Şahid1 aldadaraq onun inam və etibarını qazandıqdan sonra, bu adla 06 sentyabr 2021-ci il tarixdə ünvan 7 ünvanında yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin qarşısında 95.000 manat və 08 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Azad lıq” metrostansiyasımn yaxınlığında 5.000 manat olmaqla ümumilikdə 100.000 manat pulu vahid niyyət əhatə olunan qəsdlə ə’datma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib həmin məbləğin 45.000 manatını özünə, 35.000 manatı Məhkum2 və 20.000 manatını isə “Seyid” adlı şəxsə çatmaqla öz aralarında bölərək Şahid1 külli miqdarda 100.000 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmiş, həmçinin vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsi ilə maddi nemət olan 100.000 manat pul vəsaitinin rüşvət qismində verilməsinə Şahid1 digər üsullarla təkrar təhrik etmişdir. Məhkum2 isə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əl ə keçirib külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, həmçinin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə birbaşa yolla özü vasitəsilə maddi nemətin rüşvət qismində verilməsinə şəxsi digər üsullarla təhrik etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə tanışları Məhkum1 və şəxsiyyəti istintaqa məlum olmayan “Seyid” adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girəcək bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Məhkum1 qabaqcadan müəyyən etdiyi cinayətkar plana uyğun olaraq qrupun üzvləri Məhkum2 tanışı Şahid1 Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarə sinin əməkdaşı, eləcə də şəxsiyyəti istintaqa məlum olmayan “Seyid” adlı şəxsi də polis əməkdaşı olmaqla yuxarı vəzifəli şəxslərlə yaxın əlaqələrinin olmasını bildirərək onların vasitəsilə Baş İdarənin rəhbər vəzifəli şəxslərinə xidməti vəzifəsinin icrası ilə əlaqədar Baş İdarədə Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə istintaqı aparılan Şahid1 şahid qismində dindirildiyi cinayət işi üzrə onun cinayət məsuliyyətinə cəlb edilməməsi üçün birbaşa yolla özü vasitəsi ilə maddi nemət olan 100.000 manat pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olduğunu bildirib yalan vəd verməklə Şahid1 aldadaraq onun inam və etibarını qazandıqdan sonra, bu adla Məhkum1 6 sentyabr 2021-ci il tarixdə ünvan 7 ünvanında yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin qarşısında 95. 000 manat və 8 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Azadlıq” metrostansiyasının yaxınlığında 5.000 manat olmaqla ümumilikdə 100.000 manat pulu vahid niyyət əhatə olunan qəsalə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib həmin məbləğin 45.000 manatını özünə, 35.000 manatı Məhkum2 və 20.000 manatını isə “Seyid” adlı şəxsə çatmaqla öz aralarında bölərək Şahid1 külli miqdarda 100.000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmiş, həmçinin vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsi ilə maddi nemət olan 100.000 manat pul vəsaitinin rüşvət qismində verilməsinə Şahid1 digər üsullarla təhrik etmişdir. Hökmdən Məhkum1 və onun müdafiəçisi Məmmədov Zaur İsa oğlu, digər Məhkum2 və onun müdafiəçisi Müdafiəçi4 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Murquzov İlqar Mustafa oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Həsən Hüseyn oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə) 08 sentyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarından məhkumlar Məhkum1 və Məhkum2 ayrı-ayrılıqda kassasiya şikayətləri verərək aşağıdakıları xahiş etmişlər: - Məhkum1 – qərarın dəyişdirilərək, cəzasını yüngülləşdirən halların nəzərə alınaraq barəsində CM-nin 62-ci maddəsi tətbiq olunmaqla daha yüngül cəza təyin olunmasını; - Məhkum2 – qərarın dəyişdirilər ək təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cəzanın təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: İşin müəyyən edilmiş faktiki hallarını mübahisələndirən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) və CM-nin bir sıra normalarına, “Dələduzluq cinayətlinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarına və barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən Məhkum1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr ibtidai istintaq zamanı dindirilməmiş şəxsi dindirməmişlər, bu işi idarə edən “Seyid” adlı şəxs olmuş, lakin ibtidai istintaq orqanı və məhkəmələr həmin şəxsin şəxsiyyətinin istintaqa məlum olmadığı qənaətinə gəlmişlər. Halbuki o, dəfələrlə həmin şəxsin kimliyi haqqında istintaq orqanına məlumat vermiş, lakin iş materiallarında onun dindirilməsi ilə bağlı hər hansı ifadəyə rast gəlməmişdir. Həmçinin şikayət müəllifi bildirmişdir ki, o, istintaq zamanı polis əməkdaşları tərəfindən döyüldüyündən ona verilən ittihamı qəbul etmək məcburiyyətində qalmışdır. İttihamda göstərilən məbləğ ona verilməmişdir. İş materiallarından görünür ki, zərər çəkmiş şəxs Şahid1 ifadəsində qeyd etmişdir ki, X və Məhkum1lə 9 mikrorayonun ərazisində görüşmüş, sonuncular aldıqları pulları onlara qaytaracaqlarını bildirmişlər. Lakin istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı qeyd olunan hallar üzrə obyektiv araşdırma aparılmamış və nəticədə barəsində ədalətsiz qərarlar qəbul edilmişdir. Həmçinin Məhkum1 kassasiya şikayətində idmançı olmaqla bir çox yarışlarda qalib olmasını, öz təqsiri üzündən vurduğu ziyanı ödədiyini və bu kimi yüngülləşdirici halları məhkəmələr tərəfindən ona cəza təyin olunarkən nəzərə alınmamış, nəticədə də o, ağır cəzaya məruz qalmışdır. Odur ki, qeyd olunanları nəzərə alaraq şikayət müəllifi kassasiya şikayətinin təmin olunmasını xahiş edir. Barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən Məhkum2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ona qarşı sürülən ittiham üzrə araşdırmaların aparılması zamanı həm ibtidai istintaq zamanı, həm də məhkəmələr tərəfindən bir sıra pozuntulara yol verilmiş, nəticədə də o, ağır cəzaya məruz qalmışdır. Şikayət müəllifi ilk məhkumluğunu, ailə vəziyyətini, törət diyi əməldən səmimi peşman olmasını nəzərə alaraq ona təqsirli bilindiyi maddələrin sanksiyaların aşağı hədlərində cəzaların təyin edilməsi barədə qərarın qəbul edilməsini xahiş edir. Kassasiya şikayətlərinə baxılmasının yeri və vaxtı barədə cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin Məhkum1 ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasında iştirak etməkdən imtina etmişdir. Məhkəmə kollegiyası bununla bağlı proses iştirakçılarının rəylərini dinləyərək və CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətlərinə Məhkum1 iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlə rin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya müraciətlərindən göründüyü kimi, onların müəllifləri məhkəmələr tərəfindən iş üzrə toplanmış sübutların CPM-nin 143-146-cı maddələrində nəzərdə tutulmuş qaydada tədqiq edilməməsini, həmin sübutlara düzgün qiymət vermədiyini, həmçinin cəzanı yüngülləşdirən halların kifayət qədər nəzərə alınmadığını iddia edərək apellyasiya instansiyası məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli qərarının dəyişdirilməli olması haqqında kassasiya tələblərini C PM-nin 416.1.2 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2 və 416.1.21-ci maddələrinə əsasən isə, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayələrini kassasiya qaydasında baxılmalı müraciətlər kimi görür və buna görə Məhkum1 və Məhkum2 məhkum olunmalarına dair cinayət işinin materiallarını, o cümlədən apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edi r. Əvvəla məhkəmə kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPMnin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məh kəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməs i tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətl ərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında h ökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Daha sonra məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyanın (bundan sonra mətndə Konstitusiyanın) aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquq i mövqeyinə və Ali Məhkəmənin Plenumunun izahlarına və tövsiyələrinə əsaslanaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından məhkumlar tərəfindən verilmiş kassasiya şikayətlərinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, yeni halların müəyyən edilməsini deyil, məhkəmələr tərəfindən sübutların toplanılması və araşdırılması zamanı sübutetməyə və digər məsələlərə dair qanunvericiliyin tələblərinə əməl olunubolunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normasının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Bu vəzifənin yerinə yetirilməsi ilə bağlı məhkəmə kollegiyası ilk növbədə vurğulayır ki, Konstitusiyasının 12-ci maddəsinin İ hissəs i insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstittusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, cinayət törətməkdə təqsi ri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yolverilməz olduğunu ehtiva edir. Bununla yanaşı, Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər bir insanın və ümumilikdə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını və müdafiə olunmasını, belə qəsdlərdən zərər çəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa edilməsini, onların vurulmuş zərərin ödənilməsini və ya aradan qaldırılmasını tələb etmək hüququnun cinayət mühakimə icraatını həyata keçirən orqanlar, o cümlədən, məhkəmələr tərəfindən təmin edilməsini, bu və ya digər cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanunamüvafiq qaydada və əsaslarla cinayət məsul iyyətinə cəlb edilmələrini və onların təqsirlilikləri sübuta yetirildikdə barələrində bu və ya digər cinayəthüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. CM-nin 3-cü maddəsində təsbit edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 7-ci maddəsində isə müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə c əlb oluna bilməz. Məhkəmə kollegiyası vurğulayır ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu hüquqi mövqe həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da ifadə olunmuşdur. Həmin Qərarda göstərilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərk ibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştir akçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinay ət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2-ci maddəsinin tələbinə görə, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-nin 33.3-cü maddəsində müəyyən edilmişdir ki, cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. CPM-nin 33.4-cü maddəsinə əsasən, hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbət də çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, CPM-nin 124.1.2-ci maddəsi hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər halların yalnız sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 139.0-cı maddəsinin tələblərinə görə, cinayət təqibi üzrə icraat z amanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. Qanunun bu normasından çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, CPMnin 139.0.3-cü maddəsinin tələbinə və mənasına əsasən “əməldə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayətin əlamətləri də sübutlar əsasında müəyyən edilir” dedikdə, bu və ya digər cinayətin tərkib əlamətləri ilə (obyektiv və subyektiv cəhətlər, obyekt və subyekt) yanaşı, həmçinin həmin cinayətin tövsifedici əlamətlərinin də olub-olmamasının və əməlin düzgün tövsif edilməsi üçün onun törədilməsinin hər hansı nəticəyə səbəb olubolmamasının da sübutlar əsasında müəyyən edilməsi tələb olunur. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyət i, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəs i) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələrində tələb olunduğu kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. CPM-nin 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. CPM-nin 349.5-ci maddəsinin tələblərindən görünür ki, aşa ğıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; - 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimalla ra əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qanunvericiliyin yuxarıda təsvir olunmuş tələblərinə uyğun hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda istinad olunan Qərarlarında da əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu bu Qərarında öz hüquq mövqeyini müəyyənləşdirərkən eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyə ti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). Göründüyü kimi, qanunvericiliyin normalarının, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra məsələlər üzrə verdiyi şərhlərinin ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə qoyduqları əsas vəzifə ondan ibarətdir ki, əvvəla həqiqəti n müəyyən edilməsi üçün məhkəmələr məhkəmə iclaslarında mümkün olan bütün sübutları araşdırmalı, onlara qanuna müvafiq qaydada qiymət verməli, onları müqayisə etməklə bir sübutun digərindən üstün olmasını şərh etməli, ittiham və ya bəraət hökmünün çıxarılması zamanı yalnız məhkəmə iclaslarından araşdırılmış və kifayət edən sübutlara əsaslanmalı və yalnız bundan sonra əməlin tövsifi, cəza tədbirinin seçilməsi və hökmə aid olan digər tələblər üzrə maddi və prosessual hüquq normalarının tətbiqi məsələlərini həll etməlidirlər. Bu vəzifənin yerinə yetirlməməsi və ya natamam yerinə yetirilməsi nəticəsində məhkəmənin iş üzrə çıxardığı yekun məhkəmə aktı əsaslı və qanuni hesab edilə bilməz. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərar ının 23-cü bəndində qeyd edilmişdir ki, təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəz ərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən, məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məs ələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Məhkum1 kassasiya şikayətinin məzmunundan göründüyü kimi, o, həm ibtidai araşdırma zamanı, həm də işə məhkəmələrdə baxılarkən iş üzrə sübutların düzgün araşdırılmadığını, iş materialları ilə onun dələduzluq cinayəti törətməsinin tam sübuta yetirilməməsini iddia edərək, iş üzrə ədalətli araşdırma aparılması barədə tələb irəli sürmüşdür. Bu tələblə bağlı məhkəmə kollegiyası əvvəla vurğulamağı lazım bilir ki, talama cinayətlərindən sayılan dələduzluq CM-nin 178.1-ci maddəsinin dispozisiyasında etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgə əmlakın ı ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi təsbit edilmişdir. Bu müddəaya və talama cinayətlərinin ümumi əlamətlərini xarakterizə edən əlamətlərə görə aldadan, etibardan sui-istifadə edən, yəni, dələduzluq cinayətinin törədilməsində ittiham olunan şəxsin qəsdi birbaşa və məhz həmin üsulların köməkliyi ilə əmlakın ələ keçirilməsinə, əmlak hüquqlarının əldə edilməsinə yönəlməlidir. Odur ki, (əməl əmlakın ələ keçirilməsində ifadə olunduqda), dələduzluq cinayətinin subyektiv cəhəti aldatma və etibardan sui-istifadə etməklə özgə əmlakını ələ keçirən şəxsin əmlakı ələ keçirmək niyyətinin həmin əmlakın ona verilməsinədək mövcud olmasını və buna müvafiq olaraq məqsədinin, digər talama cinayətlərində olduğu kimi, əmlakın əvəzsiz olaraq ələ keçirilməsinə yönəlməsini ehtiva edir. Dələduzl uq cinayət qanununvericiliyində maddi tərkibli cinayət olaraq təsbit edildiyindən, əməl özgə əmlakının aldatma yolu ilə ələ keçirilməsinə yönəldikdə, əmlakın faktiki olaraq ələ keçirilməsi (təqsirkarın həmin əmlak üzərində real olaraq sərəncam vermək imkanı əldə etməsi) anından bitmiş olur. Bu səbəbdən, şəxsdə əmlakı sahibliyinə keçirdiyi vaxt (məsələn, müəyyən razılaşmaya, müqaviləyə əsasən) aldatma, etibardan sui-istifadə etməklə özgə əmlakını əvəzsiz olaraq ələ keçirmə niyyəti olmayıbsa, sonrakı dövrdə əmlak, əmlakın əvəzi hər hansı səbəbdən mülkiyyətçiyə (sahiblik edənə) qaytarılmadıqda, şəxsin belə hərəkət etməsi CM-nin 178-ci maddəsinin dispozisiyası nöqteyi-nəzərindən cinayət-hüquqi məna kəsb etməyərək əvvəlki razılaşmanın (müqavilə üzrə öhdəliyin) lazımınca icra olunmaması, yəni mü lki-hüquqi xarakterli pozuntu kimi çıxış edir və göstərilən hal şəxsi mülki-hüquq münasibətlərinin sübyektindən dələduza çevirmir. Eyni hüquqi mövqedən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli Qərarında da çıxış etmişdir. Məhkum1 da kassasiya şikayətində istinad etdiyi həmin Qərarın 1-5-ci bəndlərində məhkəmələrə izah edilmişdir ki, CM-nin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərd ə tutulmuş dələduzluq, yəni, etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqd im edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin təqsirkar şəxsin qulluq səlahiyyətlərini n həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Qərarda məhkəmələrin nəzərinə həmçinin çatdırılmışdır ki, d ələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Bundan başqa, məhkəmələrə izah edilmişdir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Hazırki cinayət işinin materiallarından göründüyü kimi, Məhkum1 və Məhkum2 onlara qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətmələri, yəni etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını külli miqdarda ələ keçirmələri və bu zaman zərər çəkmiş şəxsləri rüşvət verməyə təhrik etmə kimi üsuldan istifadə etmələri şahidlər Şahid1, Şahid3, Şahid4, X2, Şahid2, Şahid5 ifadələri ilə, iş materiallarına əlavə edilmiş sənədlərə baxış keçirilməsi haqqında 09 dekabr 2021-ci il tarixli protokolla, işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərlə, habelə maddi sübutlarla təsdiq olunur. Bu sübutların həqiqiliyi, mötəbərliyi və əldə edilmə mənbəyi şübhə doğurmadığından, məhkəmə kollegiyası hesab edir ki, istər birinci, istərsə də apellyasiya instansiyası məhkəməsi onlara istinad etməklə Məhkum1 və Məhkum2 barələrindəki yekun məhkəmə aktlarının təsviri-əsaslandırıcı hissələrində və hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayət əməllərini törətmələri haqda qanuni və əsaslı nəticəyə gəlmişlər və həmin nəticənin şübhə altına alınması üçün əsas yoxdur. İbtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə tam, hərtərəfli və obyektiv araşdırılmış bu sübutların hamısı həm Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 may 2022-ci il tarixli hökmündə, həm də apellyasiya instansiyası məhkəməsinin kassasiya qaydasında mübahisələndirilən 08 sentyabr 2022-ci il tarixli qərarında ətraflı təsvir edildiyindən məhkəmə kollegiyası hazırki qərarda bu sübutların təkrar təsvirinə ehtiyac görmür. Cinayət işinin materiallarının öyrənilməsi və iş üzrə araşdırılımış sübutların təhlili göstərir ki, Məhkum1 CM-nin 178.3.2 və 32.4,312.2-ci maddələri ilə, Məhkum2 isə CM-nin 178.3.2 və 32.4,312.1-ci maddələri ilə təqsirli bilinmələri ilə razılaşaraq birinci instansiya məhkəməsinin hökmünü dəyişdirilmədən saxlamış apellyasiya instansiyası məhkəməsi həm işə baxarkən, həm də bu iş üzrə yekun qərar qəbul edərkən prosessual normaların tələblərinə, xüsusilə də CPM-nin 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydalarına və CPM-nin 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi barədə tələblərə tam əməl etmiş və belə qiymətləndirmə məhkəmə kollegyiasında da həmin qərarın qanun i və əsaslı olması barədə nəticəyə gəlmək üçün əsas yaradır. Kassasiya şikayətlərində Məhkum1 və Məhkum2 cinayət əməllərinin CM-nin 178.3cü maddəsi ilə yanaşı həm də CM-nin 32.4,312.1 və 32.4,312.2-ci maddələri ilə düzgün tövsif edilməməsi barədə dəlillər irəli sürülmüsə də, məhkəmə kollegiyası CPM-nin 419.1ci maddəsinin tələblərinə uyğun olaraq bu məsələni də, yəni cinayət törətmiş şəxslərin törətdikləri əməl maddi hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini də yoxlamış və bu yoxlamanın nəticəsində aşağıdakı qənaətə gəlmişdir ki. Əvvəla, məhkəmə kollegiyası qeyd edir ki, məhkumların əməllərinin CM-nin 178.3 və 32.4,312.1 və 32.4,312.2-ci maddələri ilə tövsif edilməsi uzun illər ərzində formalaşmış məhkəmə təcrübəsinə uyğun olmuş və “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəm ə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 36-cı bəndində məhkəmələrə ünvanlanmış izah və tövsiyələrə əsaslanmışdır. Belə ki, adı çəkilən Qərarın həmin bəndində məhkəmələrin diqqəti dələduzluq cinayətlərinə dair işlərə baxarkən bu əməllərin vəzifəli şəxslər, habelə rüşvətxorluqda vasitəçilik etmə adı ilə dələduzluq etmiş (“rüşvətxorluqda yalançı vasitəçi”) şəxslər tərəfindən törədilməsinə cəlb edilmişdir. Məhkəmələrə izah edilmişdir ki, dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs qısa və ya uzun müddətdən sonra həmin əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niy yətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən, buna nail ola bilmir. Rüşvət vermə və ya rüşvət verməyə cəhd etmə cinayətlərinin törədilməsi zamanı isə şəxs tərəfindən istər vəzifəli şəxsə, istərsə də rüşvətxorluqda vasitəçilik etmiş və ya rüşvətxorluqda vasitəçilik etmək adı ilə dələduzluq etmiş şəxsə verilmiş pul, qiymətli kağızlar və ya sair maddi nemətlər ona məxsus olmuş əmlakdan artıq rüşvətin predmetinə çevrilir və həmin şəxs bu maddi nemətlərin nə vaxtsa qaytarılmasını yox, rüşvətin müqabilində onun xeyrinə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətin (hərəkətsizliyin) edilməsini gözləyir. Həmçinin izah edilmişdir ki, özgənin əmlakını ələ keçirmək məqsədi ilə vəzifəli şəxs öz qulluq mövqeyinə görə onun səlahiyyətlərinə aid olmayan hər hansı hərəkətin (hərəkəts izliyin) edilməsini vəd edərək buna görə pul, qiymətli kağızlar və sair maddi nemətlər aldıqda təqsirkarın əməli dələduzluq kimi qiymətləndirilməlidir. Şəxs, heç bir səlahiyyətə malik olmayan digər şəxsdən onun xeyrinə olan hər hansı hərəkətin (hərəkətsizliyin) vəzifəli şəxs tərəfindən edilməsində köməklik göstərilməsini xahiş etdikdə və onun razılığını aldıqdan sonra bunun müqabilində vəzifəli şəxsə çatdırılması üçün vasitəçiyə pul və ya sair nemətlər verdikdə, lakin vasitəçi pulu və ya sair nemətləri hansısa vəzifəli şəxsə çatdırmaq niyyətində olmayaraq ələ keçirdikdə sonuncunun əməli dələduzluq kimi qiymətləndirilir. Rüşvət verməyə cəhd edən şəxsin təşəbbüsü ilə vəzifəli şəxsə vermək məqsədi ilə pul və ya sair maddi nemətləri almış şəxs ondan asılı olmayan səbəblərdən (məsələn, vəzifəli şəxslə sövdələşmənin baş tutmaması, hüquq mühafizə orqanları tərəfindən ifşa edilməsi, son nəticədə rüşvət kimi verməli olduğu maddi nemətləri mənimsəmək niyyətinin yaranması və sair) rüşvətin predmetini səlahiyyətli şəxsə verə bilmədikdə onun əməli dələduzluq deyil, rüşvət verməyə cəhd etmədə iştirakçılıq və işin hallarından asılı olaraq özgənin əmlakını mənimsəmə kimi qiymətləndirilir. Şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (CM-nin 178-ci maddəsi), həm də rüşvət verm əyə təhrik etmə (CM-nin 32.4,312-ci maddələri) kimi qiymətləndirilir. Lakin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin “Qeyd” hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul tarixli 2022-ci il Qərarında və Konstitusiya Məhkəməsi Palatasının “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair” 17 aprel 2023-cü il tarixli Qərardadında ifadə olunmuş hüquqi mövqeyə görə, təqsirkarın, yəni başqalarına rüşvət vermə adı ilə özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmiş və heç kimə rüşvət vermək niyyəti olmayan şəxsin əməli CM-nin 178.1-ci maddəsini n dispozisiyası ilə əhatə olunduğundan və burada rüşvət verməyə təhrik etmə cinayətinin (CM-nin 32.4, 312-ci maddələri) tərkibinin yaranması üçün zəruri olan obyektiv və subyektiv əlamətlər mövcud olmadığından, əməl qeyd edilən cinayətlərin ideal məcmusu kimi deyil, yalnız CM-nin 178ci maddəsi ilə dələduzluq cinayəti kimi tövsif olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul tarixli 2022-ci il Qərarının təsviriəsaslandırıcı hissəsində həmçinin qeyd olunmuşdur ki, psevdorüşvətçiyə “rüşvət” şəklində pul və sair nemətlər verilməsi halında “rüşvət verməyə təhrik” kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obye ktinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vasitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib. Konstitusiya Məhkəməsinin Palatası da məhz bu yanaşmadan çıxış edərək və bununla da həmin yanaşmanı müdafiə etdiyini bir daha nümayiş etdirərək 17 aprel 2023cü il tarixli Qərardadında vurğulamışdır ki, yalançı vasitəçilik zamanı şəxs öz vasitəçilik xidmətini vəd edib rüşvət verəndən guya vəzifəli şəxsə ötürmək üçün rüşvət şəklində pul və sair maddi nemətlər alır, lakin faktiki olaraq alınanları mənimsəyərək dələduzluq əməlini törətmiş olur. Müvafiq olaraq bu halda rüşvət vermə cinayət əməlinin obyekti olan dövlət qulluğunun mənafeyi və s. ilə bağlı ictimai münasibətlər deyil, mülkiyyət hüquq münasibətlər i təhlükə altına alınır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun şərh olunan hüquqi mövqeyinə əsaslanaraq “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun tarixli 7 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında dəyişiklik edilməsi haqqında” 19 may 2023-cü il tarixli Qərarı ilə 11 iyun 2015-ci il tarixli Qərarının 36-cı bəndini aşağıdakı redaksiyada vermişdir: “Dələduzluq cinayətlərinə dair işlərə baxarkən məhkəmələrin diqqəti bu əməllərin vəzifəli şəxslər, habelə rüşvətxorluqda vasitəçilik etmə adı ilə dələduzluq etmiş (“rüşvətxorluqda yalançı vasitəçi” - “psevdorüşvətçi”) şəxslər tərəfindən törədilməsi ilə bağlı olan aşağıdakı məsələlərə cəlb edilsin. Dələduzl uğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs bir qayda olaraq qısa və ya uzun müddətdən sonra əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən buna nail ola bilmir. Rüşvət vermə və ya rüşvət verməyə cəhd etmə cinayətlərinin törədilməsi zamanı isə şəxs tərəfindən istər vəzifəli şəxsə, istərsə də rüşvətxorluqda vasitəçilik etmiş və ya rüşvətxorluqda vasitəçilik etmək adı ilə dələduzluq etmiş şəxsə verilmiş pul, qiymətli kağızlar və ya sair maddi nemətlər onları vermiş şəxsin subyektiv qiymətləndirilməsində artıq rüşvətin predmetinə çevrilir və həmin şəxs bu maddi nemətlərin nə vaxtsa qa ytarılmasına yox, rüşvətin müqabilində onun xeyrinə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətlərin (hərəkətsizliyin) edilməsini gözləyir. Özgənin əmlakını ələ keçirmək məqsədi ilə vəzifəli şəxs öz qulluq mövqeyinə görə onun səlahiyyətlərinə aid olmayan hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsini vəd edib aldadaraq və ya etibardan sui-istifadə edərək pul, qiymətli kağızlar və ya sair maddi nemətlər aldıqda təqsirkarın əməli dələduzluq kimi qiymətləndirilməlidir. Şəxs heç bir səlahiyyətə malik olmayan digər şəxsdən onun xeyrinə olan hər hansı hərəkətin (hərəkətsizliyin) vəzifəli şəxs tərəfindən edilməsində köməklik göstərilməsini xahiş etdikdə və onun razılığını aldıqdan sonra bunun müqabilində vəzifəli şəxsə çatdırılması üçün vasitəçiyə pul və ya sair nemətlər verdikdə, la kin vasitəçi pulu və ya sair nemətləri hansısa vəzifəli şəxsə çatdırmaq niyyətində olmayaraq, yəni aldatmaqla və ya etibardan sui-istifadə etməklə ələ keçirdikdə sonuncunun əməli dələduzluq kimi qiymətləndirilir. Rüşvət verməyə cəhd edən şəxsin təşəbbüsü ilə vəzifəli şəxsə vermək məqsədi ilə pul və ya sair maddi nemətləri almış şəxs ondan asılı olmayan səbəblərdən (məsələn, vəzifəli şəxslə sövdələşmənin baş tutmaması, hüquq mühafizə orqanları tərəfindən ifşa edilməsi, son nəticədə rüşvət kimi verməli olduğu maddi nemətləri mənimsəmək niyyətinin yaranması və sair) rüşvətin predmetini səlahiyyətli şəxsə verə bilmədikdə onun əməli dələduzluq deyil, rüşvət verməyə cəhd etmədə iştirakçılıq və işin hallarından asılı olaraq özgənin əmlakını mənimsəmə kimi qiymətləndirilir. Vəzifəli şəxsə rüşvət v ermək barədə təşəbbüsü bu yolla özgə əmlakını ələ keçirmək məqsədini həyata keçirən şəxsin özü irəli sürdükdə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73- 1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli Qərarında və Konstitusiya Məhkəməsi Palatasının “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci 3 maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair” 2023-cü il 17 aprel tarixli Qərardadında (bu Qərar və Qərardad birlikdə götürülməklə, onların təsviri-əsaslandırıcı hissələrində) ifadə olunmuş hüquqi mövqelərə əsasən təqsirkarın əməli CM-nin 178.1-ci maddəsinin disp ozisiyası ilə əhatə olunduğundan və burada rüşvət verməyə təhrik etmə cinayətinin (CM-nin 32.4, 312-ci maddələri) tərkibinin yaranması üçün zəruri olan obyektiv və subyektiv əlamətlər mövcud olmadığından əməl qeyd edilən cinayətlərin ideal məcmusu kimi deyil, yalnız CM-nin 178ci maddəsi ilə dələduzluq cinayəti kimi tövsif olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 2004-cü il 11 iyun tarixli 688-İİQD nömrəli Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 2005-ci il 25 yanvar tarixli Qərarına əsasən “Konst itusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Lakin Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri bəzən müstəqil əhəmiyyət qazanır. Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinin qüvvəsi onun qərarlarının hüquqi qüvvəsinə bərabər olduğundan və ümumi xarakter daşıdığından yalnız konstitusiya işinin predmetini təşkil etmiş hala deyil, hüququn mənbəyi kimi hüquq tətbiqetmə təcrübəsində rast gəlinən analoji hallara da şamil edilməlidir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatası da “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair” 2023-cü il 17 aprel tarixli Qərardadında müraciətdə qaldırılan məsələnin Cinayət Məcəlləsinin müvafiq normalarına və həmin normalara dair Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında əks olunmuş hüquqi mövqelərə uyğun həll edilməsinin mümkün olduğunu nəzərə alaraq, Şəki Apellyasiya Məhkəməsinin müraciətini icraata qəbul etməkdən imtina etmiş və bu zaman sözügedən məsələ üzrə Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini əks etdirən mənbə kimi “Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 731, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli Qərarının təsviri-əsaslandırıcı hissəsinin müddəalarına xüsusilə istinad etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 iyul tarixli Qərarının təsvi riəsaslandırıcı hissəsində isə qeyd olunmuşdur ki, psevdorüşvətçiyə “rüşvət” şəklində pul və sair nemətlər verilməsi halında “rüşvət verməyə təhrik kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vəsitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib”. Konstitusiya Məhkəməsinin Palatası da məhz bu yanaşmadan çıxış edərək və bununla da həmin yanaşmanı müdafiə etdiyini bir daha nümayiş etdirərək 2023-cü il 17 aprel tarixli Qərardadında qeyd etmişdir ki, “yalançı vasitəçilik zamanı şəxs öz vasitəçilik 4 xidmətini vəd edib rüşvət verəndən guya vəzifəli şəxsə ötürmək üçün rüşvət şəklində pul və sair maddi nemətlər alır, lakin faktiki olaraq alınanları mənimsəyərək dələduzluq əməlini törətmiş olur. Müvafiq olaraq bu halda rüşvət vermə cinayət əməlinin obyekti olan dövlət qulluğunun mənafeyi və s. ilə bağlı ictimai münasibətlər deyil, mülkiyyət hüquq münasibətləri təhlükə altına alınır”. Şərh edilmiş bütün bu hallarda təqsirkara rüşvət şəklində pul və sair maddi nemətlər vermiş şəxsin əməli rüşvət verməyə cəhd kimi CM-nin 29,312-ci maddələri ilə tövsif edilir, CM-nin 312-ci maddəsinin Qeydində nəzərdə tutulmuş hallar müəyyən edilmədikdə həmin şəxslərin də cinayət məsuliyyətinə cəlb edilmələri məsələsi qanuna müvafiq qaydada həll edilir. Bu xarakterli işlər üzrə zərərçəkmiş şə xs qismində tanınma, cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi və yaxud ələ keçirilmiş əmlakın xüsusi müsadirəsi kimi məsələlər həll olunarkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli Qərarı rəhbər tutulmalıdır. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipi baxımından rüşvət verən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-ci maddəsinin Qeyd hissəsinə uyğun olaraq rüşvət vermə haqqında müvafiq dövlət orqanına könüllü məlumat verdiyinə görə ci nayət məsuliyyətindən azad edildiyindən barəsində törədilmiş dələduzluq cinayət işi üzrə onun zərərçəkmiş qismində tanınması mümkün hesab edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu barəsində dələduzluq cinayəti törədilmiş şəxs cinayət prosesində zərərçəkmiş şəxs qismində tanındığı halda, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 73-1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsini mümkün saydığından və bunu həmin maddədə göstərilən hallarla, o cümlədən dəymiş ziyanın tamamilə ödənilməsi ilə şərtləndirdiyindən ziyanın zərərçəkmiş şəxsə ödənilməsi ilə əlaqədar artıq dələduzluq əməli nəticəsində ələ keçirilmiş əmlak və yaxud onun dəyərinə barəbər təqsirləndirilən şəxsə məxsus digər əmlak xüsusi müsadirə edilə bilməz. Hər hansı xidmət göstərmək, güzəşt etmək və müs təsna olaraq yalnız vəzifəli şəxslərə aid olan digər səlahiyyətləri həyata keçirmək hüququ olmayan şəxs tərəfindən zərərçəkmiş şəxsə onun xeyrinə hər hansı hərəkətin edilməsində köməklik göstərəcəyini vəd edərək vəzifəli şəxsə vermək adı ilə deyil, özü üçün hər hansı əmlakın və ya əmlaka olan hüququn verilməsini istəyib aldatma və ya etibardan suiistifadə etmə yolu ilə həmin əmlakın (əmlaka olan hüququn) ələ keçirilməsi də yalnız dələduzluq kimi qiymətləndirilməlidir”. Cinayət işinin materiallarından göründüyü kimi, Məhkum1 və Məhkum2 qabaqcadan əlbir olan bir qrup şəxs halında zərər çəkmiş şəxslər Şahid2, Şahid3 və Şahid1 rüşvət verməyə təhrik edərkən, hər hansı vəzifəli şəxsə rüşvət vermək niyyəti ilə heç bir hərəkət etməmişlər və onların məqsədi bu üsulla, yəni rüşvət verməyə təhrik etm ə yolu ilə, onların etibarından sui-istifadə etdikləri həmin şəxslərin əmlaklarını (pullarını) dələduzluq yolu ilə ələ keçirmək olmuşdur. Buna görə, məhkəmə kollegiyası işin müəyyən olunmuş bu faktiki hallarından, araşdırılmış sübutlardan və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 iyul tarixli 2022-ci il tarixli Qərarında və 23 aprel 2023-cü il tarixli Qərardadında əksini tapmış hüquqi mövqedən, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 may 2023-cü il tarixli Qərarı ilə “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 36-cı bəndində edilmiş dəyişikliklərdən çıxış edərək belə nəticəyə gəlir ki, Məhkum1 və Məhkum2 barələrindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 sentyabr 2022-ci il tarixli qərarında dəyişiklik edilməklə həmin qərardan və onunla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 may 2022-ci il tarixli hökmündən Məhkum1 CM-nin 32.4,312.2-ci maddəsi, Məhkum2 isə CM-nin 32.4,312.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmalarına, CM-nin 66.3-cü maddəsinə əsasən cəzaların qismən toplanılmasına və rüşvət verməyə təhrik etmə cinayətinin qrup şəklində törədilməsinin CMnin 61.1.3-cü maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmasına dair müddəalar xaric edilməli, Məhkum1 üzərində ona CM-nin 178.3.2-ci maddəsi təyin olunmuş 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Məhkum2 üzərində isə ona CM-nin 178.3.2-ci maddəsi təyin olunmuş 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, bununla da məhkumların kassasiya şikayətləri qismən təmin edilməlidir. Həmçinin məhkumlar barəsində onların cəzasını yüngülləşdirən halların kifayət qədər nəzərə alınmadan onlara açıq aşkar ağır cəzanın təyin edilməsi barədə kassasiya şikayətlərinin dəlillərinə də münasibət bildirən məhkəmə kollegiyası əvvəla qeyd edir ki, CM-nin 2.1 və 2.2-ci maddələrinin tələblərinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirm ək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, cinayət törətmiş şəxsə təyin edilən hər bir cəza törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə, həmin şəxsi səciyyələndirən, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, şəxsin cinayətin törədilməsində iştirakçılıq dərəcəsinə, onun həm bundan əvvəl, həm də bundan sonrakı davranışına və bu məsələnin həlli zamanı mühüm əhəmiyət kəsb edən digər hallara uyğun olmal ı, digər tərəfdən isə cəzanın məqsədlərinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa edilməsinə yönəlməlidir. Bunu cinayət qanunvericiliyinin aşağıdakı normaları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında əksini tapmış hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun məhkəmələrə ünvanlanmış tövsiyələri tələb edir. Yalnız bu tələblərə, hüquqi mövqeyə və tövsiyələrə əməl olunmaqla təqsirləndirilən şəxsə təyin edilmiş cəza ədalətli və qanuni hesab edilə bilər. Belə ki, CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətmə kdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsində göstərilmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 41.2-ci maddəsinin tələblərindən görünür ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 58.3-cü maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası vurğulayır k i, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai tə hlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və onun törətdiyi cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun un 17 mart 2011-ci il tarixli Qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı vurğulanmışdır ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarı ilə məhkəmələrə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələ ri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə edilmişdir. Həmin Qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş v ermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin, qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların i ttiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11-346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə təqsirləndirilən şəxslər barəsində onların təqsirli bilindkiləri CM-nin 178.3.2-ci maddəsi ilə cəza tədbirinin seçilməsi məsələsini həll edən birinci instansiya məhkəməsi CM-nin 8, 41, 58, 59 və 61-ci maddələrinin tələblərinə əməl edərək məhkumların törətdiyi cinayət əməllərinin xarakeri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı CM-nin 59.1.4-cü maddəsinə əsasə n Məhkum1 himayəsində üç azyaşlı uşaqlarının, Məhkum2 isə himayəsində bir azyaşlı uşağının olmasını, CM-nin 59.1.14-cü maddəsinə əsasən Məhkum1 cinayət nəticəsində Şahid3 dəymiş ziyanı könüllü olaraq qismən ödəməsini, cəzanı yüngülləşdirən hallar kimi və dələduzluq cinayətinin törədilməsi ilə bağlı cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini kifayət qədər nəzərə almış və onların hər birisinə ayrı-ayrılıqda bu halların məcmusuna uyğun olan qanuni və ədalətli cəzalar təyin etmiş, apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq bu məsələ üzrə də həmin məhkəmənin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, cinayət törətmiş şəxs barəsində daha yüngül cəza tədbirinin seçilməsinin zəruriliyi o halda nəzərdən keçirilə bilər ki, iş üzrə hansısa cəzanı yüngülləşdirən hal cəza təyin edən məhkəmə tərəfindən nəzərə alınmamış olsun, yaxud da məhkəmənin istinad edərək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi hallar şəxsin törətdiyi cinayətin ictmai təhlükəlilik dərəcəsini azaldan və bilavasitə cinayət törətmiş şəxsin özünün şəxsiyyətini səciyyələndirən hallara aid olsun. Hazırki cinayət işinin materiallarından və kassasiya şikayətlərinin məzmunlarından da göründüyü kimi, şikayət müəllifləri cəza təyini ilə bağlı nəzərə alına bilən, lakin aşağı instansiya məhkəmələri tərəfindən nəzərə alınmamış və cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməli olan heç bir əlavə hala istinad etməmiş və belə halların mövcudluğunu təsdiq edən sübutları məhkəmələrə təqdim etməmişlər. Halbuki, yuxarıda qeyd olunduğu kimi, CPM-nin 139.0.5-ci maddəsinin müddəaları cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran halların da yalnız sübutlara əsasən müəyyən edilməsini tələb edir. Eyni zamanda, Məhkum1 onun barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzadan da az müddətə cəzanın təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlilinə münasibət bildirən məhkəmə kollegiyası vurğulayır ki, qanunvericiliyin tələblərinə əsasən şəxsə onun təqsirliyi bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddindən də az müddətə və ya sanksiyada müəyyən ediləndən daha yüngül cəza yalnız iş üzrə cinayətin ictimai təhlükəliliyini azaldan və ya təqsirkarın ictimai təhlükəli şəxs olmasını aradan qaldıran və bunlarla bağlı müstəsna xarakter daşıyan hallar müəyyən edildikdə təyin edilə bilər. Belə ki, CM-nin 62.1-ci maddəsinə görə, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. CM-nin 62.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Göründüyü kimi, qanunverici cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsini mümkün edən əsaslar olaraq aşağıdakıları göstərir: - cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar; - cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar; - iştirakçılıqla törədilmiş cinayətin iştirakçısının həmin cinayətin açılmasına fəal kömək etməsi. Birinci iki qrupu birləşdirən ümumi cəhət odur ki, həmin hallar törədilmiş cinayətin ictimai təhlükəliliyi ilə bağlı olub onu əhəmiyyətli dərəcədə azaltmalıdır. Üçüncünü ilk iki qrupdan fərləndirən cəhət i sə odur ki, həmin hal cinayətin ictimai təhlükəliliyinə təsir göstərən əsas kimi deyil, təqsirkarı səciyyələndirən (cinayətin digər iştirakçılarından müsbət mənada fərqləndirməklə onun ictimai-təhlükəliliyini azaldan) hal kimi çıxış edir. CM-nin 62.2-ci maddəsində təsbit olunmuş müddəaya gəldikdə isə, həmin norma CM-nin 62.1-ci maddəsinə münasibətdə köməkçi (izahedici) xarakter daşıyır. Sözügedən normanın köməkçi xarakteri ondan irəli gəlir ki, CM-nin 62.2-ci maddəsi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi institutunun tətbiq edilməsini mümkün edən müstəqil əsasları təsbit etmir. CM-nin 62.1-ci maddəsi isə, əksinə, hansı halların CM-in 62-ci maddəsinin tətbiqini şərtləndirən əsaslar kimi çıxış etdiyini göstərir, onların təxmini dairəsini müəyyənləşdirir. Hə mçinin məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 62.1 və 62.2-ci maddələrinin mənasına görə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu özüözlüyündə deyil, yalnız cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan əsaslar kimi çıxış etdikdə (CM-nin 62.1-ci maddəsində sadalanan əsaslar çoxluğuna aid olduqda) şəxsin barəsində CM-nin 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilər. Buna görə, məhkəmə CM-nin 62-ci maddəsinin tətbiqi üzrə məsələni həll edərkən cəzanı yüngülləşdirən hala və yaxud bu cür halların məcmusuna əsaslandıqda, sadəcə istinadla kifayətlənməməli, əvvəla həmin halların hansı sübutlarla təsdiq edilməsini göstərməli, digər tərəfdən isə belə halların törədilmiş cinayətlə əlaqəsini, onun ictimai təhlükəliliyinə təsirin i, bu təsirin kifayət qədər olduğunu, yəni törədilmiş cinayətin ictimai təhlükəliliyini məhz əhəmiyyətli dərəcədə azaltdığını, əgər cəzanı yüngülləşdirən həmin hallar cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra davranışı ilə bağlıdırsa, onların müstəsna xarakterə malik olduğunu əsaslandırmalıdır. Yuxarıda təsvir edilən cinayət-hüquqi normalardan belə nəticə hasil olunur ki, cəza təyini məsələsinin ədalətlə həll edilməsi üçün formal olaraq CM-nin 62.1-ci maddəsində təsbit edilmiş əsasların dairəsinə düşən halların CM-nin 8, 58-ci maddələrində sadalanan hallarla birlikdə, həmin, eləcə də CM-nin 41.2-ci maddəsinin tələbləri gözlənilməklə təhlil edilməsi və məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkar ın şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza ilə cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəzanın məqsədləri təmin edilmiş olsun. Başqa sözlə, CM-nin 8 və 58-ci maddələrinin nəzərdə tutduğu müəyyən (məsələn, cəzanı yüngülləşdirən) hallara həddindən artıq önəm verilib, onların CM-nin 62-ci maddəsinin tətbiqini mümkün edən müstəsna hallar kimi qiymətləndirilməsi, digər (məsələn, cinayətin xarakteri, törədilmə halları, meydana gətirdiyi nəticələr kimi) halların isə lazımınca dəyərləndirilməməsi təqsirkara təyin edilmiş cəzanın ədalət prinsipinə cavab verən cinayət-hüquqi xarakterli tədbir kimi qəbul edilməsinə yol vermir. Hazırki işin materiallarından, o cümlədən məhkəmələrin qəbul et dikləri yekun məhkəmə aktlarından Məhkum1 özünün və onun törətdiyi cinayət əməllərinin ictimai təhlükəliliyini azaldan və müstəsna hesab edilən cəzanı yüngülləşdirən halların müəyyən edilməsi görünmür, belə hallara məhkum özü də kassasiya şikayətində istinad etməmişdir. Odur ki, məhkəmə kollegiyası məhkəmələrin nəzərə aldıqları halları fərqli şəkildə qiymətləndirmək, onları Məhkum1 cəzasının daha da yüngülləşdirilməsini mümkün edən hallar kimi səciyyələndirmək, nəticədə də onun barəsində CM-nin 62-ci maddəsinin tətbiq edilməsi üçün əsaslar görmür. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətlərinin təmin edilməsi barədə Məhkum2, həmin şikayətlərin qismən təmin edilməsi barədə isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyib yuxarıda göstərilənlərə əsaslanaraq hesab edir ki, kassasiya şikayətləri qismən təmin edilməli, Məhkum1 və Məhkum2 barələrindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 sentyabr 2022-ci il tarixli qərarında dəyişiklik edilərək, Məhkum1 CM-nin 32.4,312.2-ci maddəsi ilə, Məhkum2 isə CM-nin 32.4,312.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmalarına, habelə CM-nin 66.3-cü maddəsinə əsasən cəzaların qismən toplanılmasına və rüşvət verməyə təhrik etmə cinayətinin qrup şəklində törədilməsinin CM-nin 61.1.3-cü maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmasına dair müddəalar həmin qərardan və onunla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 may 2022-ci il tarixli hökmündən xaric edilməli və məhkumların üzərində onlara CM-nin 178.3.2-ci maddəsi ilə təyin edilmiş cəzalar saxlanılmalıdır. Şərh olunanlara əsasən və Az ərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayətləri qismən təmin edilsin. Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4,312.2-ci maddələri ilə, Məhkum2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 32.4,312.1-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilsin. Həmin qərardan və onunla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 may 2022ci il tarixli hökmündən Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddələri ilə, Məhkum2 isə Azərbaycan Respublikası Cinayət Məcə lləsinin 32.4,312.1-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmalarına, habelə CM-nin 66.3-cü maddəsinə əsasən cəzaların qismən toplanılmasına və rüşvət verməyə təhrik etmə cinayətinin qrup şəklində törədilməsinin CM-nin 61.1.3-cü maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmasına dair müddəalar xaric edilsin. Məhkum1 üzərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin edilmiş 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Məhkum2 üzərində isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin edilmiş 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Qərar kassasiya şikayətlərinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-331/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-331/2024
05.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver