Məhkəmə qərarları › İş №1(102)-331/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-331/2025

25.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-331/2025 25.02.2025 ALİ MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun və məhkumun iştirakları ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 avqust 2024-cü il tarixli, 1(106)-789/2024 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin 27 mart 2024-cü il tarixli, 1(050)-59/2024 nömrəli hökmü ilə (sədrlik edən hakim Z.A.Zeynalov) Məhk um Azərbaycan Respublikası CM-in 326.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək bir il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə (CM-nin 46.2-ci maddəsinə əsasən) aylıq qazancından 15 faiz dövlət nəfinə pul tutulmaqla bir il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Masallı Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli qərarı ilə (hakim Z.A.Zeynalov) Məhkum 27 mart 2024-cü il tarixli hökmdən apellyasiya şikayəti vermə müddətinin bərpa olunmasına dair vəsatəti təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 avqust 2024-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim E.İ.Əliyev, hakimlər Y.X.Həşimov və İ.H.Əhmədovdan ibarət məhkəmə tərkib i) Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Masallı Rayon Məhkəməsinin 27 mart 2024-cü il tarixli hökmündən apellyasiya şikayəti vermə müddətinin bərpasına dair vəsatətin rədd edilməsi haqqında Masallı Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 avqust 2024-cü il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətinin məzmununa diqqət etdikdə, müəyyən olunur ki, şikayətin məzmunu faktiki olaraq ədalətli məhkəmə araşdırılmasının mümkünlüyünün təmin edilməsi ilə bağlıdır. Məhkum kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin 29 avqust 2024-cü il tarixli qərarının ləğv edilməsini xahiş edir ki, bu da öz növbəsi ndə hökmdən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini ehtiva edir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 384.1 və 384.1.1-ci maddələrinə görə məhkum edilmiş şəxs ittiham hökmündən onun elan olunduğu andan 20 gün müddətində apellyasiya şikayəti verə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində verilir (CPM, maddə 384.2). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 203.1 -ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı müddətlər keçdikdən sonra aparılan prosessual hərəkətlər (yəni, o cümlədən hökmdən apellyasiya şikayətinin verilməsi və həmin şikayət üzrə apellyasiya icraatının başlanılması) müddət bərpa edilməmişsə, etibarsız sayılır. CPM-in 203.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı üzrlü səbəblərə görə buraxılmış müddət maraqlı şəxsin vəsatəti və ya xahişi ilə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə bərpa olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 386-cı maddəsi də birinci instansiya məhkəməsinin hökmündən və yaxud qərarından apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət buraxıldıqda, bu aktlardan şikayət verilməsi imkanını müddətin üzrlü səbəblərdən buraxılması və CPM-in 386.2-ci maddəsində nəzərdə tutulmuş prosedur daxilində bərpa edilməsi ilə şərtləndirmişdir. Cinayət işinin materiallarından, o cümlədən birinci instansiya məhkəməsinin hazırlıq iclasına və məhkəmə baxışına dair protokollardakı məlumatlardan görünür ki, Məhkum Cinayət-Prosessual Məcəlləsinin 91-ci maddəsində nəzərdə tutulmuş prosessual hüquqları həm hazırlıq iclasında, həm də məhkəmə baxışında ona izah edilmiş və o, bütün hallarda hüquqlarının ona aydın olduğunu məhkəməyə bildirmişdir. Həmçinin, hökmdən apellyasiya şikayəti vermək hüququ və müddəti Məhkum ayrıca olaraq - hökmün elan edilməsindən sonra və ona təqdim edilmiş Masallı Rayon Məhkəməsinin 27 mart 2024-cü il tarixli ittiham hökmünün surətindəki qeyd vasitəsi ilə izah edilmişdir. Birinci instansiya məhkəməsində cinayət işin ə baxılarkən Məhkum müdafiəçinin – Masallı Rayon Vəkil Bürosunun vəkili Niftiyev Xudaverdi Rəşid oğlunun hüquqi yardımı ilə təmin olunmuşdur. Öyrənilmiş iş materiallarından görünür ki, Masallı Rayon Məhkəməsinin 27 mart 2024-cü il tarixli 1(050)-59/2024 saylı hökmün surətini 29 mart 2024-cü il tarixli 1(050)59/2024 nömrəli məktub vasitəsi ilə Məhkum yaşadığı ünvanına göndərilmişdir. İş materiallarından görünür ki, məhkum edilmiş şəxs Məhkum apellyasiya şikayəti verilməsi üçün müddətin bərpasına dair vəsatəti və apellyasiya şikayəti hökmün çıxarılmasından 2 (iki) ay 25 (iyirmi beş) gündən artıq vaxt keçdikdən sonra vermişdir. Məhkum hökmdən apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və bundan sonra ağır xəstəliyə tutulması, bu müddətlərdə fövqəladə had isənin baş verməsi və ya onun hər hansı başqa üzrlü səbəblərdən vaxtında apellyasiya şikayəti verməsi üçün maneə yaradan hallar iş materiallarından görünmür. Təsvir olunanlardan görünür ki, Məhkum obyektiv olaraq birinci instansiya məhkəməsinin hökmündən vaxtında apellyasiya şikayəti vermək imkanından məhrum edən hər hansı bir hal mövcud olmamış, yəni onun – birbaşa və yaxud müdafiəçisi vasitəsi ilə Azərbaycan Respublikası CPM-in 384.2-ci maddəsinin tələb etdiyi prosessual müddət daxilində hökmü apellyasiya qaydasında mübahisələndirməməsi birinci və apellyasiya instansiyası məhkəmələrinin müvafiq olaraq 10 iyul 2024-cü il və 29 avqust 2024-cü il tarixli qərarlarda müəyyən etdikləri kimi, üzrlü hallardan baş verməmişdir. Odur ki, kollegiya buraxılmış müddətin bərpa olunmasına dair Məhkum vəsatətinin təmin edilməməsi haqqında Masallı Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli qərarını və həmin qərarın dəyişdirilmədən saxlanılmasına dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 avqust 2024-cü il tarixli qərarını əsaslı və qanuni hesab edir və baxılan işdə cinayət prosessual qanunvericiliyində təsbit edilmiş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini, dəyişdirilməsini şərtləndirən əsasın olmaması haqqında nəticəyə gəlir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı Ayxan Hüseynlinin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum b arəsində olan 29 avqust 2024-cü il tarixli, 1(106)-789/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkumnun barəsində olan 29 avqust 2024-cü il tarixli, 1(106)-789/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar