Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-332/2020 25.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas X26, Məhkum Abbas oğlunun, məhkumun müdafiəçisi-vəkil Hüseynov Altay Xəlil oğlunun iştirakları ilə, Bak ı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum Abbas oğlu barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarından Məhkum Abbas oğlunun müdafiəçisi-vəkil Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə (hakimlər: Z.Q.Ağayev (sədrlik edən və məruzəçi), A.Ə.Məcidov və S.S.Hüseynov) Məhkum Abbas oğlunun – xx xxxxxx 1965-ci ildə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, ünvan 1 ünvanda ya şamış Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək CM-nin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4-ci maddələri ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 32.4,312.2-ci maddəsi ilə 2 (iki) il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümum i rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2019-cu il tarixdən hesablanmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum Abbas oğluöz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirərək dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan suiistifadə etmə yolu ilə özgə əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, vəzifəli şəxs qismində qabaqcadan əlbir olan bir qrup şəxs halında şəxsi xeyrinə ediləcək qanunsuz hərəkətin müqabilində səlahiyyətli vəzifəli şəxsə özünün vasitəsilə birbaşa yolla maddi nemət olan pulu rüşvət qismində verməyə təkrarən təhrik etmişdir. Belə ki, o, xx xxxx 2017-ci il tarixdən Bakı şəhəri Qaradağ RPİ-n in 10-cu polis bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində işləyərkən, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2017-ci ilin iyul ayında tanışı - Bakı şəhər sakinləri X10 Səbail RPİ-nin İstintaq şöbəsinin baş müstəntiqi X17 icraatında olan X21 və X6 müraciətləri əsasında fakta görə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə xx xxx 2017ci il tarixdə başlanmış ********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul etdirmək imkanına malik olduğunu yalandan vəd edib, həmin məsələni yaxın münasibətdə olduğu Səbail RPİ-nin İstintaq şöbəsinin rəisi X22 xeyrinə bilə-bilə qanunsuz hərəkətlər etməyə görə özünün vasitəsilə birbaşa yolla maddi nemət olan 4.000 mana t pul verilməsi müqabilində müsbət həll edəcəyini bildirərək, Elvar Xəlilovun ona olan inam və etibarından sui-istifadə etməklə həmin adla sonuncudan 2017-ci ilin iyul ayında Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsində yerləşən Səbail rayon Polis İdarəsinin inzibati binasının qarşısında 2.400 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 4.000 manat məbləğində pulu alıb şəxsi ehtiyaclarına xərcləyərək qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Elvar Xəlilova məxsus əmlakı ələ keçirərək dələduzluq etmiş, xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə özünün vasitəsilə birbaşa yolla maddi nemət olan pulu vəzifəli şəxsə rüşvət qismində verməyə Elvar Xəlilovu təhrik etmişdir. Bundan başqa, o, həmin vəzifədə işlədiyi müddətdə, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını qulluq mövqeyindən istifadə edərək ələ keçirmək məqsədilə, Səbail RPİ-nin İstintaq şöbəsinin müstəntiqi olan şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, sonuncunun icraatında olan X7 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə sonuncu barəsində Bakı şəhəri, Səbail rayon məhkəməsi tərəfindən xx xxxxxx 2017-ci il tarixdə seçilmiş həbs qətimkan tədbirini ev dustaqlığı qətimkan tədbiri ilə əvəz etdirilməsində köməklik göstərilməsi ilə əlaqədar 2017-ci ilin sentyabr ayında ona müraciət edən E.Xəlilovun bacısı X5 həmin qətimkan tədbirini dəyişdirmək imkanına malik olduğunu yalandan vəd edib, həmin məsələni yaxın münasibətdə olduğu yüksək vəzifədə işləyən tanış ına Elvar Xəlilovun xeyrinə bilə-bilə qanunsuz hərəkətlər etməyə görə özünün vasitəsilə birbaşa yolla maddi nemət olan 4.000 ABŞ dolları pul verilməsi müqabilində müsbət həll edəcəyini bildirərək, sonuncunun və onun qardaşı E.Xəlilovun özünə olan inam və etibarından sui-istifadə etməklə həmin adla 2017-ci ilin sentyabr ayında Təzəgül Xəlilovadan Bakı şəhəri, Yasamal rayonu, Parlament prospektində yerləşən Milli Məclisin inzibati binasının qarşısında Elvar Xəlilova məxsus olan 4.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 6.802 (altı min səkkiz yüz iki) manat məbləğində pulu alıb qabaqcadan əlbir olduğu şəxslə aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Elvar Xəlilova məxsus əmlakı qabaqcadan əlbir olan bir qrup şəxs halında ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə özünün vasitəsilə birbaşa yolla maddi nemət olan pulu vəzifəli şəxsə rüşvət qismində verməyə Təzəgül Xəlilovu və Elvar Xəlilovu təkrarən təhrik etmişdir. Hökmdən Məhkum Abbas oğlunun müdafiəçisi-vəkil Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası (hakimlər: N.A.Məmmədov (sədrlik edən və məruzəçi), Ə.N.Bayramov və Ə.İ.Qasımovdan ibarət tərkibdə) xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətlərini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxx xx 2019-cu il tarixli qərarından Məhkum Abbas oğlu və müdafiəçisi-vəkil Müdafiəçi kassasiya şikayəti vermişdir. Kassasiyaşikayətinindəlilləri: Məhkum Abbas oğlunun müdafiəçisi-vəkil Hüseynov Altay Xəlil oğlu kassasiya şikayəti və məhkum kassasiya şikayətinə əlavə verərək bildirmişlər ki, apellyasiya instansiyası məhkəməsi demək olar ki, işlə tanış olmamış, işdə məhkumun təqsirsizliyini birbaşa sübut edən dəlillərə münasibət bildirməmiş, şablon qaydada birinci instansiya məhkəməsinin qanunsuz və əsassız çıxardığı hökmünü bir daha təsdiqləmiş, məhkumun və müdafiəçisinin apellyasiya şikayətinin dəlillərində göstərdiyi iş üçün əhəmiyyətli olan vacib və araşdırılıması tələb olunan şübhələrə və xüsusatlara apellyasiya qərarında münasibət bildirməmiş, birinci instansiya məhkəməsi tərəfindən sübut ların qiymətləndirilməsi məsələsində yol verdiyi hüquqi səhvləri təkrarlamış, nəticədə əsassız apellyasiya qərarı qəbul etmişdir. Birinci və apellyasiya instansiyaları məhkəmələri məhkəməyədək ibtidai araşdırma (ibtidai istintaq) orqanının yol verdiyi səhvləri aradan qaldırmaq, sübutların həqiqiliyini və verilmiş ittihamın əsaslılığını və qanuniliyini yoxlamaq əvəzinə ittihamın yol verdiyi kobud səhvləri öz hökm və qərarında təsdiq etmişlər. Cinayət işinin 1-ci cildinin 129-136-cı iş vərəqələrində olan sənədlərdən görünür ki, Məhkum Abbas oğlu Bakı şəhər BPİ-nin şəxsi heyət üzrə xx xxxx 2017-ci il tarixli Ə430-039-17 nömrəli əmrindən Çıxarışdan görünür ki, polis mayoru Məhkum Abbas oğlu Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu polis bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində n azad edilib, Bakı şəhər Baş Polis İdarəsinin sərəncamında saxlanılmışdır. Deməli, rəsmi sənəddən görünür ki, Məhkum Abbas oğlu xx xxxx 2017- ci il tarixdən Qaradağ RPİ-nin 10-cu PB-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsindən azad olunubdur, ittihamda isə əksinə göstərilir, guya Məhkum xx xxxx 2017-ci il tarixdən Qaradağ RPİ-nin 10-cu PB-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edərək bu cinayəti törətmişdir. Qanunsuz məhkum olunmuş Məhkum necə qulluq mövqeyindən istifadə edə bilər ki, artıq o, xx xxxx 2017-ci il tarixdə vəzifəsindən çıxarılmış və onun qulluq mövqeyi olmamışdır. Ona görə də hesab edirəm ki, Məhkum təqsirli bilindiyi CM-nin 178.2.3-cü maddəsi ittihamdan xaric edilməlidir. Həmçinin bildirmək istəyirəm ki, hüquqularını müdafiə et diyim Məhkum Abbas oğlu uzun illər Daxili İşlər Nazirliyi sistemində zabit kimi şərəfli xidmət etmişdir. Daxili İşlər Nazirliyinin 1-ci, 2-ci və 3-cü dərəcəli qüsursuz xidmətlərinə görə medallarla təltif olunmuş, Azərbaycan Respubkasımn suverenliyi və ərazi bütövlüyü uğrunda gedən müharibənin iştirakçısıdır, müharibə veteranıdır, Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyinin üzvüdür. Məhkum həyat yoldaşı X27 onkoloji xəstədir, 2-ci qrup əlildir. Təqsirləndirilən şəxs Məhkum yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 15 ünvanda yerləşən fərdi yaşayış evi tam şəkildə yanaraq məhv olmuşdur. Bütün bu sənədlər tərəfimizdən birinci instansiya məhkəməsinə təqdim olunmuşdur, lakin məhkəmə həmin sənədləri gizlədərək hökmdə əks etdirməmiş, cəza təyini zamanı nəz ərə almamış, Məhkum DİN əməkdaşı olmasına əhəmiyyət belə verməmişdir. Məhkum Abbas oğlunun şəxsiyyəti müsbət xarakterizə olunur, əvvəllər məhkum olunmayıbdır, vətən qarşısında xidmətləri vardır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur, arvadı 2-ci qrup əlildir, xərçəng xəstəliyindən əziyyət çəkir. Z. Məmmədovun himayəsindədir, zərərçəkmiş şəxsə dəymiş ziyan ödənildiyindən heç bir şikayət və tələbi yoxdur. Qeyd olunanları nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilərək cinayət işi üzrə icraata xitam verilməsini və ya Məhkum Abbas oğluna cinayətlərin məcmusu üzrə təyin edilmiş 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının CM-nin 70-ci maddəsi tətbiq olunmaqla şərti hesab edilməsi barədə qərar qəbul edilməs ini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslə rin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Kassasiya şikayətində və ona əlavədə Məhkum Abbas oğlunun zərərçəkmiş şəxsdən aldığı pulları dələduzluq niyyəti ilə deyil, Elvar Xəlilovun təqsirləndirildi yi cinayət işi üzrə zərərçəkmiş şəxslərə vurulmuş zərərin ödənməsi məqsədi ilə aldığı, onu rüşvər verməyə təhrik etmədiyi göstərilmişdir. Təqsirləndirilən şəxs Məhkum Abbas oğlu birinci instansiya məhkəməsinin məhkəmə iclasında bildirmişdir ki, 2017-ci ilin iyul ayında Elvar ona Səbail rayon Pi-də barəsində olan araşdırma materialı üzrə zərərçəkmiş şəxslərə ödənilməli məbləğin 10000 manat olduğunu, bunun 6000 manatını artıq müstəntiq Elnur Babayevə ödədiyini, qalan 4000 manat ziyanın onun əvəzinə aparıb zərərçəkmiş şəxslərə vurulmuş zərərin əvəzi kimi ödəməsini xahiş etmişdir. Bir neçə gün sonra X33 RPİ-nin qarşısında ümumi tanışları Siruzun yanında 4000 manat hesabı ilə 2400 ABŞ dolları pulu verdi ki, onun əvəzinə zərərçəkmiş şəxslərə ödəyim. Səbail RPİ-nə gedərkən idarənin İŞ-nin rəisi N amiq Qocayev mənə bildirdi ki, onlarda Elnur Babayev adlı müstəntiq yoxdur. Həmin şəxs müstətiq Vüqar Abbasovun qeyri-rəsmi köməkçisidir. Vüqar Abbasov məzuniyyətdə olduğundan Namiq Qocayev ona telefonla zıng etdi. Vüqar Abbasov həmin işdə zərərçəkmiş şəxslərə vurulmuş zərər 100000 manatdan çox olduğunu bildirdi. Ona görə də həmin gün vurulmuş zərər hesabına heç bir ödəmə olmadı. Elvar mənim mülkiyyətimdə olan avtomobili almaq niyyətində olduğundan həmin 2400 ABŞ dollarının məndə qalmasını istədi. Elvar həbs ediləndən sonra Səbail rayon müvəqqəti saxlama təcridxanasından mənə zəng vuraraq dedi ki bacıma da de evinizdə nə qədər pul varsa tapıb gətirib zərərçəkmiş şəxslərə ödənilsin ki, məni həbsdən azad etsinlər. Mən öz evmdə olan 8600 manat pul toplayaraq hazırladım. Həmin pul məbləğini gö türüb Səbail RPİ-ə gəldim. Orada zərərçəkmiş şəxslər Qəhrəman, Bəhruz, Eldar, Hatəm və digərləri var idi. Mən orada zərərçəkmiş şəxslərə bildirdim ki, mən 10000 manat zərəri onlara ödəmək istəyirəm və onlar da Elvara qarşı şikayətlərini geri götürsünlər. Zərərçəkmiş şəxslər bildirdilər ki, onlara vurulmuş zərər 145000 manatdan çoxdur. Onlar Elvarın nəyi olduğumu soruşdular. Mən də Elvarın dostu olduğumu dedim. Zərərçəkmiş şəxslər Elvarın dələduz olduğunu onunla dostluq etməməyi mənə dedilər. Onlar 8600 manat pulu qəbul etmədilər və yenə də ödəmə olmadı. Elvar yenidən mənə zəng vuraraq bildirdi ki, həyat yoldaşı İya Gürcüstandan gələrək əlavə pul gətirəcək ki, zərərçəkmiş şəxslərə ödənsin. Bir neçə gün sonra İya Gürcüstandan gəldi və özü ilə 10000 ABŞ dolları pul gətirdi. Elvarın bacısı T əzəgül mənə zəng vuraraq bildirdi ki, o da 4000 ABŞ dolları düzəldibdir. Mən də Təzəgüllə Milli Məclisin qarşısında görüşüb həmin pulu götürdüm. Təzəgül özü tək gəlmişdi. İyanın və Təzəgülün verdiyi pulları toplayıb, cəmi 14000 ABŞ dolları düzəldib müstəntiq Vüqar Abbasova verdim. Vüqar da mənim yanımda iki nəfər zərərçəkmiş şəxslərə dəymiş zərəri ödəyib onlardan müvafiq sənədlər aldı. Orada Təzəgülün pulu ödəməsi barədə qəbz da verdilər. Lakin, zərərçəkmiş şəxslərin hamısına vurulmuş zərər ödənmədiyindən Elvarı yenə də həbsdən buraxmadılar. Elvarın arvadı İya da 15 gün mənim evimdə qaldı. Bir neçə gün sonra Elvarın həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edildi. Həmin prosesdə Elvarın vəkilinin də pulunu mən ödədim. Bir müddət sonra Elvarla aramızda haq-hesab etdik. Hesablaşdıqdan so nra Elvar dedi ki, mənim ona 900 manat borcum qalıb. Mən ona həmin 900 manatı ödədim və bu barədə ondan qəbz aldım. Məhkumun barəsindəki kassasiya şikayəti və ona əlavə də eyni dəlillərlə əsaslandırılmışdır. Cinayət işinin materiallarında olan Səbail RPİ-nin İstintaq şöbəsinin müdiri X28 məhkəmə iclasındakı ifadəsində qismən Məhkum ifadəsini təsdiq edərək göstərmişdir ki, Elvar Xəlilovun barəsində Səbail RPİ-nin İŞ-də cinayət işinin istintaqı gedirdi. İstintaq başladıqdan 1 il sonra Elvar Xəlilov vurulmuş zərəri qismən ödədiyinə görə onun barəsindəki həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edildi. Suallara cavab verərkən göstərmişdir ki, Məhkum ziyanı ödəmək üçün gəlirdi mənim xidməti otağıma, 2400 ABŞ dolları söhbəti var idi, manata çevirəndə 4000 manat edirdi. Dedilər ki 600 manat E lnur ondan alıbdır. Mən Qəhrəmanı tanıyırdım. Ona 8600 manat təklif edildi, lakin o pulu götürmədi. Cinayət işinin materiallarında 1-ci cildin 26-cı vərəqdə xx xxxxxx 2018-ci il tarixdə Elvar Xəlilov tərəfindən imzalandığı göstərilmiş qəbz əlavə edilmişdir. Həmin qəbzdə göstərilmişdir ki, “X15 xx.xx.1970-ci ildə anadan olmuş verirəm bu qəbzi ondan ötəri ki, Məhkum verdiyim 900 manat pulu aldım. İmza. Elvar Xəlilov xx.xx.2018. Mənim ona qarşı heç bir şikayətim yoxdur”. Bundan başqa cinayət işinin 1-ci cild 124-128-ci vərəqlərində olan sənədlərdən müəyyən edilmişdir ki, xx xxxxxx 2017-ci il tarixdə X7 bacısı X8 tərəfindən birincinin barəsindəki cinayət işi üzrə zərərçəkmiş şəxslər X9 və X23 müvafiq olaraq 11500 ABŞ dollar və 2500 ABŞ dolları cəmi 14000 ABŞ dlları ödənmişdir. X38 Məmmədovdan 900 manat alması barədə qəbzin onun tərəfindən verilməsini məhkəmə iclasında təsdiq etmişdir. Yuxarıda göstərilənlərdən görünür ki, Məhkum ifadələrində göstərdiyi Elvar Xəlilovdan aldığı pul məbləğlərini onun barəsindəki cinayət işi üzrə zərərçəkmiş şəxslərə verilməsi üçün aldığına dair hallar qismən şahid X18 ifadələri və cinayət işinin materiallarında olan yuxarıda göstərilən qəbzlərlə təsdiq edilir. Lakin məhkumun öz təqsirsizliyi üçün irəli sürdüyü bu dəlillər tam, hərtərəfli və obyektiv yoxlanmamış, onun dəlillərini təsdiq edə biləcək şahidlər dindirilməmişdir. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin m üdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə cinayət ərkibi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2015-ci il tarixli qərarının 5-ci bəndində izah edilmişdir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bi r konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Cinayət işinin materiallarından və yuxarıda göstərilənlərdən müəyyən edilmişdir ki, Məhkum Abbas oğluna elan edilmiş ittihamın birinci epizodu üzrə onun zərərçəkmiş şəxsdən aldığı 2400 ABŞ dolları pulu və daha sonra özunə məxsus 8600 manat pulu zərərçəkmiş şəxslərə ödəməyə cəhd etməsi həm də şahid X18 ifadələri ilə də təsdiq edilmişdir. Lakin həmin halın olub-olmamasını tam, hərtərəfli və obyektiv yoxlanması üçün Elvar Xəlilovun barəsindəki cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış X19, X11, X4 əlavə şahid qismində dindirilməsi barədə vəsatət təmin edilməmişdir. Həmin şahidlərin dindirilməsi zamanı, Məhkum Abbas oğlunun zərərçəkmiş şəxs Elvar Xə lilovdan aldığı 2400 ABŞ dolları pulu və daha sonra özunə məxsus 8600 manat pulu zərərçəkmiş şəxslərə ödəməyə cəhd etməsi sübut edilərsə, bu hallar da nəzərə alınmaqla Məhkum Abbas oğlunun hərəkətlərində özgənin əmlakını aldatma yolu ilə ələ keçirmə niyyətinin olub-olmamasına Ali Məhkəmənin Plenumunun yuxarıda göstərilən “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2015-ci il tarixli qərarının 5-ci bəndindəki izahları nəzərə alınmaqla hüquqi qiymət verilməlidir. Lakin, cinayət işinə baxmış məhkəmələr həmin şahidləri dindirməmişlər. Bundan başqa Məhkum Abbas oğluna elan edilmiş ittihamın ikinci epizodu üzrə Zakir X1 aldığı 4000 ABŞ dollarını Elvar Xəlilovun həyat yoldaşı “İya” adlı qadından aldığı 10000 ABŞ dollarını, cəmi 14000 ABŞ dollarını onlarla birlikd ə aparıb Səbail rayon Pİ-nin İŞ-nin müstəntiqi Vüqar Abbasova verdiyi barədə ifadəsinin həqiqiliyi də tam, hərtərəfli yoxlanılmamışdır. Həmin halın yoxlanması üçün Səbail rayon Pİ-nin İŞ-nin müstəntiqi (işdə olan məlumatlara görə hazırda həbsda olan) Vüqar Abbasov və Elvar Xəlilovun həyat yoldaşı “İya” adlı qadın məhkəmə iclasında şahid qismində dindirilməli olsalar da dindirilməmişlər. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinə qismən məhkəmə istintaqı keçirməklə birinci instansiya məhkəməsinin tədqiq etmədiyi halları əlavə sübutlarla tədqiq edib qiymət verməli olduğu halda hökmü dəyişdirilmədən saxlamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə sübutlar Azərbaycan Respublikası CPM-nin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq ta m, hərtərəfli tədqiq edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 416.1.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir Göstərilənlərə əsasən kassasiya şikayətinin və ona əlavənin dəlilləri qismən əsaslı olduğundan və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edildiyindən kassasiya şikayəti qismən təmin edilərək qərar ləğv edilməli və cinayət işi həmin məhkəmədə yeni apellyas iya baxışına təyin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayəti və ona əlavə qismən təmin edilsin. Məhkum Abbas oğlunun məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı ləğv edilsin. Cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-332/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-332/2020
25.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver