Məhkəmə qərarları › İş №1(102)-332/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-332/2023

22.11.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-332/2023 22.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X5, Məhkum müdafiəçiləri Müdafiəçi4 və Müdafiəçi3 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 oktyabr 2021-ci il tarixli hökmünə əsasən Məhkum Azə rbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1,120.2.1, 12.1,120.2.4, 12.1,120.2.11 və 12.1,217.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 dekabr 2021-ci il tarixli qərarından Məhkum və Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətlərinə, məhkum və müdafiəçisi Müdafiəçi4 tərəfindən birgə verilmiş kassasiya şikayətinə əlavəyə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X2 yi ilə, hakimlər X15 və X7 ibarət tərkibdə) 1 oktyabr 2021-ci il tarixli hökmü ilə xx xxxxxx 1983-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Məhkum Azərbaycan Respubli kası Cinayət Məcəlləsinin 12.1, 120.2.1, 12.1, 120.2.4, 12.1, 120.2.11 və 12.1, 217.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 120.2.1, 12.1, 120.2.4, 12.1, 120.2.11-ci maddələri ilə 12 (on iki ) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 217.2-ci maddəsi ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmış və qəti olaraq 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. Həmin cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməklə cəzaçəkmə müddətinin başlanğıcının 27 may 2020-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X37 oğlunun sədrliyi ilə, X11 və X6 ibarət tərkibdə) 13 dekabr 2021-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs Məhkum və müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 12.1, 120.2.4, 12.1, 120.2.11 və 12.1, 217.2-ci maddələri ilə təqsirləndirilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021 -ci il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 12.1, 12 0.2.4, 12.1, 120.2.11 və 12.1, 217.2-ci maddələri ilə irəli sürülmüş ittihama və birinci instansiya məhkəməsinin hökmünə əsasən o, törətdikləri cinayətlərə görə Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmünə əsasən məhkum olunmuş Gəncə şəhərində yaşamış Azərbaycan Respublikası vətəndaşları Şahid1, X28, X40, Şahid2, X16, X12, X34, Bakı şəhərində yaşamış X19, X20, törətdikləri cinayətlərə görə Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmünə əsasən məhkum olunmuş Gəncə şəhərində yaşamış Azərbaycan Respublikası vətəndaşları Şahid1, X28, X40, Şahid2, X16, X12, X34, Bakı şəhərində yaşamış X19, X20,X29, Şahid3, Rusiya Federasiyası, Moskva vilayəti, Yeqorev şəhər məhkəməsinin xx.xx.2005-c i il tarixli hökmünə əsasən məhkum olunmuş Azərbaycan Respublikası vətəndaşı X41, Rusiya Federasiyasının Moskva şəhərində yaşayan, milliyyətcə erməni, Rusiya Federasiyası vətəndaşı X25, Rusiya Federasiyası Samara vilayət məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmünə əsasən məhkum olunmuş Azərbaycan Respublikası vətəndaşı X35, Rusiya Federasiyası vətəndaşları X17 və X13 və başqaları ilə külli miqdarda gəlir əldə etmək, yəni tamah niyyəti ilə Azərbaycan Respublikası və Rusiya Federasiyası ərazilərində yaşayan maddi cəhətdən imkanlı şəxs kimi tanıdıqları ayrı-ayrı şəxslərə silahlı basqınlar etməklə əmlaklarını ələ keçirmək məqsədilə 2003-cü ilin fevral ayında səsboğucusu olan “Makarov”, «Baykal» konstruksiyalı tapançalar, «6-P-42» modelli qaz tapançası, əl qumbarası, döyüş sursatları, soyuq s ilahlarla silahlanan Şahid1 və Şahid2 tərəfindən təşkil olunmuş mütəşəkkil dəstədə birləşib həmin sabit silahlı qrupda-bandada və bandanın törətdiyi basqınlarda iştirak edərək, yəni bandanın rəhbəri Şahid1 və qrupun digər üzvlərinin 2002-ci ilin noyabr ayında Bakı şəhərinin Buzovna qəsəbəsində bağ evlərində yaşayan X4 evindən və digər yerlərdən cinayət yolu ilə ələ keçirdikləri və saxlamaq üçün X8 verdikləri qızıl-zinət əşyalarını 2003-cü ilin iyun ayının əvvəllərində ondan geri tələb edərkən, həmin əşyaların bir qisminin sonuncu tərəfindən satıldığını, bir çoxunun isə qiymətli daşlarının daha ucuzuna dəyişdirildiyini bilərək, İltimaz Məmmədova ilə qrup üzvü Şahid1 arasında kəskin münaqişə baş verməsi zəminində, sonuncu qisas almaq məqsədilə İltimaz Məmmədovanın həmin vaxt Moskva şəhərində olan oğlu Azərbaycan Respublikası vətəndaşı Zərərçəkmiş şəxs Azərbaycan Respublikasının hüdudlarından kənarda öldürməyi qərara alıb sabit silahlı bandanın digər üzvü Şahid2la birlikdə Moskva şəhərinə getmək barədə razılaşdıqdan sonra, Şahid1 2003-cü ilin iyul ayının ortalarında Moskva şəhərində yaşayan sabit silahlı qrupun- bandanın üzvü X30 zəng edərək Zərərçəkmiş şəxs Moskva şəhərində olduğunu bildirmiş və sonuncunun Azərbaycan Respublikasına qayıtmasını ləngitməyi tapşırmış, Sadiq Əliyevlə razılığından dərhal sonra Məhkum Şahid1 Şahid2la birlikdə xx.xx.2003-cü il tarixdə Bakı şəhərindən təyyarə ilə Moskva şəhərinə gəldiyini bilərək adı və ünvanı istintaqla müəyyən edilməsi mümkün olmamış mehmanxanada Şahid1, Şahid2, Şahid3 və qeyriləri ilə görüşüb Zərərçəkmiş şəxs öldürülməsinin yeri ni, üsullarını qabaqcadan müzakirə etməklə planlaşdırmış, plana uyğun olaraq o, Zərərçəkmiş şəxs öldürüləcəyi yeri əvvəlcədən müəyyən etmiş, xx.xx.2003-cü il tarixdə əvvəldən razılaşdıqları kimi Zərərçəkmiş şəxs qonaqlıq adı ilə aldadıb, özləri ilə birlikdə Vasif Namazova məxsus «VAZ 21010» markalı, yaşıl rəngli, «710.77 RUS» dövlət nömrə nişanlı və Ovik Manuçaryana məxsus «QAZ 24» markalı, qara rəngli «218. 77 RUS» dövlət nömrə nişanlı avtomaşınlarda Moskva şəhəri, Yeqoryevsk rayonunun Nizkoye və Kamenskaya kəndlərinin arasında meşə massivinə aparmış, orada Zərərçəkmiş şəxs avtomaşından yerə düşdükdən sonra, özü silahlı qrupun- bandanın həmin üzvləri ilə birlikdə basqın edərək əvvəlcə özləri ilə gətirdiyi yapışdırıcı lentlə Zərərçəkmiş şəxs əl-ayaqlarını bağlayıb ağaca sarıyaraq onun müqa vimət göstərməsinin qarşısını aldıqdan sonra ümumi cinayətkar niyyətə uyğun olaraq Şahid1 özündə olan bıçaqla Zərərçəkmiş şəxs döş qəfəsinin sol ön hissəsinə törədildiyi anda həyat üçün təhlükəli olub sağlamlığına ağır zərər vuran xüsusi ağrılar yetirdiklərini dərk edərək və bunu arzu edərək yeddi bıçaq zərbəsi yetirmiş, dizində olan «666» rəqəmli döymə yazısı həkk olunmuş dəri hissəsini xüsusi rəhimsizlik göstərib bıçaqla kəsərək kənara tullamış, bilavasitə ölümünə səbəb olan boğaz nahiyyəsini, yuxu arteriyasını kəsməklə ağır dərəcəli bədən xəsarətləri yetirmiş, sonra Ovik Manuçaryanın avtomaşınının yük yerində olan əvvəlcədən özləri ilə kanistirdə gətirdikləri benzini üstünə tökərək yandırmaqla Zərərçəkmiş şəxs mütəşəkkil dəstə halında xüsusi amansızlıqla banditizmlə əlaqədar qəsdən öldü rmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmiş, həmin əməli ilə Azərbaycan Respublikasının vətəndaşı olmaqla Azərbaycan Respublikası ərazisində və Respublika hüdudlarından kənarda ayrı-ayrı şəxslərə basqın etmək məqsədilə yaradılmış sabit silahlı qruplarda (bandalarda) və silahlı qrupların törətdikləri basqınlarda iştirak etmişdir. Kassasiya şikayətlərinin və kassasiya şikayətinə əlavənin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində qeyd edilmişdir ki, xx.xx.2005-ci ildən xx.xx.2020-ci ilədək Rusiyada həbsdə olması istintaqdan gizlənmə kimi qiymətləndirilə bilməz. Cinayət hadisəsi 2003-cü ildə baş vermiş və 15 illik müddət 2018-ci il tarixdə başa çatmışdır. Kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 dekabr 2021-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi və ya bu işə Rusiya Federasiyasında baxılıb deyə xitam verilməsi və ya CMin 75-ci maddəsinə əsasən cəzadan azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətində qeyd edilir ki, iş materiallarında olan, Məhkum tələb edilməsinə dair Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Rusiya Federasiyasının Baş Prokurorluğu arasında olan yazışmaya əsasən Məhkum istintaqdan gizlənməmiş, o, RF-da cəzaçəkmə müəssisəsində cəza çəkmişdir. Cəzaçəkmə müəssisəsində olan şəxsin istintaqdan gizlənməsi isə absurd yanaşmadır. Belə ki, Məhkum Azərbaycan Respublikasında istintaq olunan həmin cinayət işi üzrə istintaqa çağırıldığını belə bilmirdi və bilə bilməzd i. Həmçinin həmin cinayət işi üzrə çağırıldığını bilsə belə, R.Məmmdovun istintaqa gəlmək üçün hüquqi və fiziki imkanları yox idi. Məhkum istinad olunan cinayət hadisəsi 2003-cü ildə baş verib. CM-nin 75.1-ci maddəsinə əsasən cinayət törətdiyi gündən qanunvericiliklə müəyyən edilən müddətlər keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Cinayətin baş verdiyi 2003-cü ildə qüvvədə olan cinayət qanununa görə şəxs ağır cinayət törətdiyi gündən 12 il, xüsusilə ağır cinayət törətdiyi gündən 15 il keçdikdə şəxs cinayət məsuliyyətindən azad olunur (CM-nin 75.1.3 və 75.1.4-cü maddələri 2003-cü il redaksiyada). Həmin cinayət əməli 2003-cü ildə baş verdiyindən, xüsusilə ağır cinayətə görə məsuliyyətə cəlb etmə müddəti həmin vaxt qüvvədə olan cinayət qanununa əsasən, yəni 15 İl müəyyən edil məlidir. Həmin müddət isə, Məhkum Azərbaycan Respublikasında saxlanıldığı vaxt bitmişdi. Bundan başqa, o Rusiyada cəza çəkərkən Azərbaycan Respublikasının Baş Prokurorluğu Rusiya Federasiyasının Baş Prokurorluğuna sorğu etmişdir ki, onu sözügedən cinayətlə bağlı Azərbaycana versinlər, lakin Rusiya Federasiyası Baş Prokurorluğu xx.xx.2008-ci il məktubla cavab vermişdir ki, Rusiyada həmin cinayət işi ilə bağlı istintaq aparılmış (təqsirləndirilən Sadiqin işi ilə bağlı), Raul həmin iş üzrə şahid qismində dindirilmiş, Raulun həmin ölümdə iştirakı olmamışdır. Məhkum şahid qismində keçdiyi, Əliyev Sadiqin təqsirləndirilməsinə dair Rusiya Federasiyasının müvafiq məhkəməsinin hökmü Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən tanınmışdır. Azərbaycan Respublikası Baş X1 Şöbəsinin müavini X3 Fed erasiyasının Baş Prokurorluğundan Məhkum AR-na göndərilməsini istəməsi və oranın baş prokurorluğunun cavabında bildirmişdir ki, Zərərçəkmiş şəxs ölümü ilə bağlı Rusiyada istintaq aparılmış Raulun həmin cinayətdə iştirakçılığı olmamış və o işdə şahid qismində dindirilmişdir. Habelə, həmin cinayət işi X41 və X27 məhkəməyə verilmiş və Rusiya Federasiyasının Moskva vilayəti, Yeqorovski şəhər məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə məhkum olunmuşlar (Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən də bu hökm tanınmışdır). Məhkum Zərərçəkmiş şəxs öldürülməsində təqsirinin müəyyən edilməsi ilə bağlı, Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticəni eynilə təkrarlayaraq, gəldiyi mövqeyi həmin məhkəmənin istinad etdiyi formada əsaslandırmışdır. X42 hazırki cinayət işi üzrə şahid qismində dindirilməmiş, onun dindirilməsi ilə bağlı Məhkum müdafiəçiləri tərəfindən verilmiş vəsatətlər Bakı Ağır Cinayətlər Məhkəməsində təmin olunmamışdır. Halbuki, Sadiq Əliyevin dindirilməsi üçün çətinlik yox idi. Belə ki, Məhkum barəsində cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılması ilə eyni vaxtda, həmin məhkəmədə Sadiq Əliyevin barəsində də cinayət işinə baxılırdı. Bu xüsusat müdafiəçilər tərəfindən verilmiş vəsatətdə göstərilsə də, vəsatət təmin edilməmiş, bununla da Məhkum müdafiə hüququ kobud şəkildə pozulmuşdur. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmündən görünür ki, Məhkum iştirak etdiyi bandanm rəhbəri və üzvləri Şahid1, Şahid2 digər ağır və xüsusilə ağır cinayətlərlə yanaşı, 2003-cü ilin iyul ayında Moskva şəhəri, Yeqorevsk rayonunun Nizkoye və Kamenskaya kəndlərinin arasında meşə massivində Zərərçəkmiş şəxs banditizmlə əlaqədar qəsdən öldürülməsində Azərbaycan Respublikası CM-in 217.2, 120.2.1, 120.2.4, 120.2,5, 120.2.7, 120.2.10, 120.2.11 və sair maddələri ilə təqsirləri tam sübuta yetirilməklə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. Həmin hökmlə müəyyən edilmişdir ki, Şahid1, Şahid2 və qeyriləri «Makarov» və «Baykal» konstruksiyalı yivli odlu silahlar əldə edib silahlı banda yaratmaqla ümumilikdə səkkiz epizod üzrə quldurluq və qəsdən adam öldürmə İlə əlaqədar cinayət əməlləri törətmiş, o cümlədən 2003-cü ilin iyul ayında Moskva şəhəri, Yeqorevsk rayonunun Nizkoye və Kamenskaya kəndlərinin arasında meşə massivində Zərərçəkmiş şəxs banditizmlə əlaqədar qəsdən öldürmüşlər. İş materiallarında olan Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəmənin xx.xx.2005-ci il tarixli hökmündən görünür ki, Şahid3 iştirak etdiyi bandanm digər üzvləri, o cümlədən məhz Məhkum ilə birlikdə 2003-cü ilin iyul ayında Moskva şəhəri, Yeqorevsk rayonunun Nizkoye və Kamenskaya kəndlərinin arasında meşə massivində Zərərçəkmiş şəxs banditizmlə əlaqədar qəsdən öldürməsi istintaq və məhkəmə materialları ilə tam sübuta yetirilmiş, Şahid3 Azərbaycan Respublikası CM-in 217.2, 120.2.1, 120.2.4, və 120.2.11-ci maddələri ilə təqsirili bilinərək 14 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkum, həmin cinayət işlərində iştirak etməmiş, dindirilməmiş, bu səbəblə təqsirini istisna edən, özünü müdafiə edəcək hər hansı dəlilləri gətirmə k, əleyhinə istinad olunan ifadələr üzrə üzləşmək imkanında olmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2, Məhkum Zərərçəkmiş şəxs öldürülməsində iştirak etmədiyini bildirməklə, ibtidai istintaqda adından yazılan ifadəni təsdiq etmədiyini bildirmişdir. Şahid2 və Şahid3 ibtidai istintaqa və məhkəməyə verdikləri ifadələri arasında olan şübhəli məqam və ziddiyyətlər, Məhkum xeyrinə şərh olunmalıdır. Məhkəmə, X22 Rusiya Federasiyasının Yeqorovsk şəhər prokurorluğunda alınmış ifadəsinə istinad edərək, Zərərçəkmiş şəxs öldürülməsinin planlaşdırılmasmda Məhkum da iştirak etdiyi barədə S.Əliyevin ifadəsinə istinad etmişdir. Lakin, həmin dindirmə protokolları CPM-nə əsasən əldə edilmiş sübut deyildir. Belə ki, həmin ifadələr, məhz Məhkum təqsirləndirilməsinə dair c inayət işi beynəlxalq tapşırıq yolu ilə əldə edilməmiş, ən əsası Məhkum onun təqsirli olmasına istinad olunan həmin ifadə ilə bağlı Sadiq Əliyevlə üzləşməmiş, həmin cinayət işi üzrə dindirilməmiş, həmçinin onun özünü müdafiə etmək üçün dəlillər gətirmək imkanı olmamışdır. Məhkum Zərərçəkmiş şəxs öldürülməsi ilə bağlı cinayətdə iştirakı, həmçinin Şahid1 rəhbərlik etdiyi sabit cinayətkar qrupun üzvü olması sübuta yetirilmir. Onun barəsində verilmiş şübhəli və qeyri-dəqiq ifadələr, Konstitusiyanın 63-cü və CPM-nin 21.2-ci maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasına uyğun olaraq, Məhkum xeyrinə şərh edilməlidir. Şahid1 rəhbərlik etdiyi sabit cinayətkar qrupun üzvü olmasının sübuta yetirılməməsi ilə yanaşı, banditizm cinayətinə görə CM-in 75.1.3-cü maddəsində, qəsdən adam öldürmə (12 0.2) cinayətinə görə CM-nin 75.1.4-cü maddəsində (2003-cü il redaksiyada) nəzərdə tutulmuş məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Bu əsasla, Məhkum müddətin keçməsi əsası ilə məsuliyyətdən azad edilməl idi. Həmçinin, birinci instansiya və apellyasiya məhkəmələrinin Məhkum təqsirləndirilməsi üçün istinad etdikləri, digər şəxslərin təqsirləndirilməsinə dair məhkəmə hökmləri Məhkum münasibətdə preyudisial xarakter daşıya bilməz. R.X33, Şahid2 və Şahid3 barəsində çıxarılmış hökmlərin aid olduğu şəxs olmadığından və cinayət işlərində iştirak etmədiyindən, müdafiə imkanlarına malik olmamışdır. Həmin hökmlər Məhkum təqsirləndirilməsi ilə preyudisial xarakter daşıya bilməz Kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi, apellyasiya instansiya məhkəməsində tədqiq edilmiş sübutlar əsasında Məhkum bəraət verilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkum müdafiəçisi Müdafiəçi4 ilə birgə verdiyi kassasiya şikayətinə əlavədə qeyd edilir ki, cinayət işində olan Moskva şəhəri, Kuzminski Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmündən aydın olur ki, Məhkum hazırkı cinayət işi üzrə cinayət hadisəsini törətməmişdən əvvəl, yəni xx.xx.2003-cü il tarixdə Rusiya Federasiyasının Moskva şəhəri ərazisində qəsdən adam öldürmə cinayəti törətdiyinə görə RF CM-in 105-ci maddənin 1-ci hissəsi, 118-ci maddəsinin 1-ci hissəsi və 316-cı maddəsi ilə təqsirli bilinərək, cəzanın əvvəli xx.xx.2005-ci il tarixdən hesablanmaqla 15 il 06 ay müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunmuşdur. Rusiya Fed erasiyası 12 saylı cəzaçəkmə müəssisəsinin verdiyi xx.xx.2020-ci il tarixli 073327 saylı arayışla təsdiq olunur ki, Məhkum azadlıqdan məhrum edilmə cəzasını Rusiya Federasiyasında çəkmiş, cəzasının başa çatması ilə bağlı olaraq cəzaçəkmə müəssisəsindən azadlığa buraxılmışdır. Məhkum 15 il 06 ay müddətinə azadlıqdan məhrum edilmə cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasına gələrkən xx.xx.2020-ci il tarixdə sərhəddə saxlanılaraq xx.xx.2003-cü il tarixdə Rusiya Federasiyasında törədilən cinayət hadisəsinə görə Azərbaycan Respublikası CM-in 12.1, 120.2.1, 12.1, 120.2.4, 12.1, 120.2.11 və 12.1, 217-ci maddələri ilə ittiham elan edilmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021 -ci il tarixli 1(101)-554/2021 saylı hökmünə əsasən 13 il müddətinə azadlıqdan məhrum edilmə cəza sına məhkum olunmuşdur. Sənədlərdən göründüyü kimi, Məhkum son 12 ayın əksər hissəsini Azərbaycan Respublikasında yaşamış, onun mənşə ölkəsi Azərbaycan Respublikasıdır və Azərbaycan Respublikasında azadlıqdan məhrum etmə ilə bağlı cəza çəkir. Göstərilənləri nəzərə alaraq Moskva şəhəri, Kuzminski Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmünün Azərbaycan Respublikasında tanınmasına dair Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Gəncə Apellyasiya Məhkəməsinə təqdimat verilməsi məqsədilə tərəfindən vəsatət verilmişdir. Məhkum Rusiya Federasiyası CM-nin 105- ci maddənin 1-ci hissəsi, 118-ci maddənin 1-ci hissəsi, 222-ci maddənin 1-ci hissəsi və 316-cı maddəsi ilə təqsirli bilinərək 15 il 06 ay müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilməsinə dair Moskva şəhəri, Ku zminski Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmünün Azərbaycan Respublikasında tanınması üçün Gəncə Apellyasiya Məhkəməsinə təqdimat verilməsi məqsədilə Azərbaycan Respublikası Baş Prokurorluğu qarşısında vəsatət qaldırılsa da, kassasiya instansiyası məhkəməsi cinayət təqibini həyata keçirmədiyindən, həmin hökm tanınsa belə cinayət və cinayət prosessual qanunvericiliyi müddəalarının kassasiya instansiyası məhkəməsində tətbiqi mümkün olmayacaqdır. Göstərilənlərə əsasən hesab edirlər ki, istər Bakı Ağır Cinayətlər Məhkəməsi, istərsə də Bakı Apellyasiya məhkəməsi tərəfində Məhkum cəza təyin edilərkən cinayət qanunu ilə nəzərdə tutulmayan hədlərdə cəza təyin edilmədiyindən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 dekabr 2021-ci il tarixli 1 (103)-1854/2021 saylı qərarı ləğv edilərək cinayət işi yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Kassasiya şikayətinə əlavədə Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli ləğv edib cinayət işinin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsinə dair qərar çıxarılması xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin və kassasiya şikayətinə əlavənin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin və kassasiya şikayətinə əlavənin təmin olunması barədə müdadiəçilərin, kassasiya şikayətlərinin və kassasiya şikayətinə əlavənin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edil məsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri və kassasiya şikayətinə əlavə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci m addəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cina yət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətlərini və kassasiya şikayətinə əlavəni CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 dekabr 2021-ci il tarixli qərarınin qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir: “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbə b olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədq iq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi). Məhkəmə kollegiyası Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinin Məhkum bəraət verilməsi ilə bağlı olduğunu nəzərə alaraq aşağıdakıları qeyd edir. Apellyasiya məhkəməsi cinayət işi üzrə məhkəmə istintaqı zamanı müəyyən edilmiş hallarla birlikdə baş vermiş hadisələrin bütün mərhələlərinin qarşılıqlı şəkildə tədqiq edilməsi və eyni zamanda təqsirləndirilən şəxsin əməllərinə hüquqi qiymət verilməsi zəruriliyini nəzərə alaraq təqsirləndirilən şəxslərin əməlinin hüquqi tövsifi ilə bağlı qanuni və əsaslı nəticəyə gəlmək üçün hadisə lərin təhlilini aparmaqla, işin həqiqi hallarına hüquqi qiymətin verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətləri, baş vermiş hadisələrin səbəbi, baş vermə yeri, şəraiti və mexanizminin təhlil edilməsini əhəmiyyətli hesab etmiş və qeyd etmişdir ki, hazırkı məhkəmə baxışının predmeti olan cinayət hadisələrinin iştirakçılarını şəxsi münasibətlər baxımından bir-biri ilə aşkar surətdə daha uzun müddətli tanışlıqlarının olması, bununla bağlı ifadə verərkən özləri ilə yanaşı məhz həmin şəxslərin də mənafeləri baxımından hadisələri təsvir etmələrinin gözlənilən olması, eyni zamanda həbs olunduqları vaxtadək sıx əlaqələrinin olması, bir neçə ağır və xüsusilə ağır cinayətləri planlaşdıraraq törətmələri, eləcə də işin faktiki halları Şahid1, Məhkum və digərlərinin məhz sabit ci nayətkar qrupda birləşdiklərini, Məhkum Şahid1 təşkil və rəhbərlik etdiyi sabit silahlı qruplarda (bandalarda) və onların törətdikləri basqınlarda iştirak etdiyini, eləcə də Məhkum həmin bandanın törətdiyi bir sıra cinayətləri, o cümlədən 2003-cü ildə Zərərçəkmiş şəxs qəsdən öldürülməsini birlikdə planlaşdıraraq həyata keçirdikləri faktlarının mövcudluğunu nəzərə alaraq hazırki məhkəmə istintaqı zamanı alınmış ifadələr, birinci instansiya məhkəməsində və ibtidai istintaq zamanı verilmiş ifadələrlə həm qarşılıqlı şəkildə, həm də cinayət işi üzrə toplanmış və iş materiallarında olan digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməsi zəruridir və yalnız bu kimi qiymətləndirmə nəticəsində iş üzrə həqiqətin müəyyən edilməsi mümkündür. Belə ki, Moskva vilayəti, Yeqorevsk şəhər prokurorluğund a istintaqı aparılmış 92877 nömrəli cinayət işi üzrə xx.xx.2004-cü il tarixdə ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı da X41 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək 2003-cü ilin iyul ayının 18-21 -i tarixlərində Zərərçəkmiş şəxs öldürmək üçün hadisə yerinə Şahid1, Şahid2, Məhkum, X35, Şahid3 və erməni millətindən olan X14 birlikdə apardıqlarını etiraf edərək, hadisənin baş verdiyi dəqiq yeri və sair xüsusatları bir daha təsdiq və təsvir etmişdir. Məhkəmə-tibb ekspertizasının xx.xx.2003-cü il tarixli, 332 saylı rəyindən görünür ki, yanmış kişi meyitinin döş qəfəsinin sol ön hissəsinə törədildiyi anda həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vuran yeddi bıçaq yarası aşkar olunmuşdur. Boyunun iri damarlarının zədələnməsi ilə kəsilmiş yara və udlağın həyat üçü n təhlükəli olan sağlamlığına ağır zərər vuran yeddi bıçaq yarası aşkar olunmuşdur. Boyunun iri damarlarının zədələnməsi ilə kəsilmiş yara və udlağın nüfuzedici yarası, döş qəfəsinə üç ədəd kəsici-deşici yara həyat üçün təhlükəli olmuş və bu əlamət üzrə sağlamlığa ağır xəsarət olaraq qiymətləndirilir. Həmin rəyə əsasən, ölüm şəxsin sağlamlığına qeyd olunan ağır xəsarətlərin yetirilməsi nəticəsində baş vermişdir. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2004-cü il tarixli, 3113/10 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitinin tapıldığı yerdə aşkar edilmiş və tədqiqata təqdim edilmiş bel çantasının qalıqları üzərində tezalışan neft məhsullarının-benzinin izləri olmuşdur. xx.xx.2003-cü il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, Moskva vilayətinin Yeqorevski rayonunun Kamens kaya və Nizkoye kəndləri arasında yerləşən meşə massivində yanmış kişi meyiti aşkar olunmuşdur. Meyitin ətrafında 1 metr radiusunda torpaq qara rəngdədir və otlar hamısı yanıb. Meyitdən 1,5 m məsafədə korpusu deformasiya olunmuş yastı plastik materialdan hazırlanmış alışqan aşkar olunmuşdur. Bundan əlavə təxminən eyni məsafədə üzərində "Parlament” yazılmış siqaret kötüyü aşkar edilmişdir. Bundan başqa, meyitin sol ayağından 8,4 m məsafədə otun üzərində qəbzəsi sağ tərəfdən qəhvəyi rəngdə xüsusi materialdan örtüklü, qatlanan bıçaq aşkar edilərək götürülmüşdür. Protokoldan görünür ki, Moskva vilayəti, Yeqorovsk şəhər prokurorluğunda olan 92877 nömrəli cinayət işi üzrə xx.xx.2004-cü il tarixdə aşkar olunmuş meyitin fotoşəkli xx.xx.2004-cü il tarixdə təqsirləndirilən şəxs X30 tanınmaya təqdim edilmiş, sonuncu hadisə barədə etirafedici ifadələr verməklə həmin meyiti tanıyaraq onun Zərərçəkmiş şəxs olduğunu göstərmiş və xx.xx.2003-xx.xx.2003-cü il tarixlərdə Şahid1, Şahid2, Vasif Namazov, Məhkum, Ovik Manuçaryan və Şahid3 ilə birlikdə Zərərçəkmiş şəxs öldürmək məqsədilə hadisənin baş verdiyi yerə apardıqlarını bir daha bildirmişdir. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmündən görünür ki, Məhkum iştirak etdiyi bandanın rəhbəri və üzvləri Şahid1, Şahid2 digər ağır və xüsusilə ağır cinayətlərlə yanaşı, 2003-cü ilin iyul ayında Moskva şəhəri, Yeqorevsk rayonunun Nizkoye və Kamenskaya kəndlərinin arasında meşə massivində Zərərçəkmiş şəxs banditizmlə əlaqədar qəsdən öldürülməsində Azərbaycan Respublikası CM-in 217.2, 120.2.1, 120.2.4, 120.2,5, 120.2.7, 120.2.10, 120.2.11 və sair maddələri ilə təqsirləri tam sübuta yetirilməklə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. Həmin hökmlə müəyyən edilmişdir ki, Şahid1, Şahid2 və qeyriləri «Makarov» və «Baykal» konstruksiyalı yivli odlu silahlar əldə edib silahlı banda yaratmaqla ümumilikdə səkkiz epizod üzrə quldurluq və qəsdən adam öldürmə İlə əlaqədar cinayət əməlləri törətmiş, o cümlədən 2003-cü ilin iyul ayında Moskva şəhəri, Yeqorevsk rayonunun Nizkoye və Kamenskaya kəndlərinin arasında meşə massivində Zərərçəkmiş şəxs banditizmlə əlaqədar qəsdən öldürmüşlər. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəmənin xx.xx.2005ci il tarixli hökmündən görünür ki, Şahid3 iştirak etdiyi bandanın digər üzvləri, o cümlədən məhz Məhkum ilə bir likdə 2003-cü ilin iyul ayında Moskva şəhəri, Yeqorevsk rayonunun Nizkoye və Kamenskaya kəndlərinin arasında meşə massivində Zərərçəkmiş şəxs banditizmlə əlaqədar qəsdən öldürməsi istintaq və məhkəmə materialları ilə tam sübuta yetirilmiş, Şahid3 Azərbaycan Respublikası CM-in 217.2, 120.2.1, 120.2.4, və 120.2.11 -ci maddələri ilə təqsirili bilinərək 14 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən daxil olmuş xx.xx.2020-ci il tarixli, 1627 m saylı əməliyyat məlumatlarından görünür ki, 2001-2004-cü illərdə Azərbaycan Respublikasında və Rusiya Federasiyasında çoxsaylı qəsdən adam öldürmə və sair ağır və xüsusilə ağır cinayətlər törətmiş sabit cinayətkar qrupun təşkilatçısı və rəhbəri olmuş Şahid1 bandanın üzv ü Zərərçəkmiş şəxs qisas almaq məqsədilə Moskva şəhərində yaşayan, əvvəldən tanıdığı Məhkum zəng vuraraq həmin vaxt Moskva şəhərində olan Zərərçəkmiş şəxs tapılmasında və ondan qisas alınmasında köməklik göstərməsini xahiş edərək 2003-cü ilin iyul ayının ortalarında bandanın digər üzvü Şahid2la birlikdə Moskva şəhərinə getmiş, orada Şahid1, Şahid2, Məhkum və X55 Qurbanovun harada və hansı şəkildə öldürürəcəklərini birlikdə planlaşdırmış və ümumi plana uyğun olaraq bandanın həmin üzvləri Zərərçəkmiş şəxs qonaqlıq adı ilə aldadaraq Moskva vilayətinin Yeqorevski rayonu ərazisindəki meşə ərazisinə apararaq qəsdən öldürmüşlər. Məhkəmə hökmlərinə əsasən, Məhkum məhz hazırkı cinayət əməlinin törətməmişdən əvvəl 2003-cü ilin fevral ayında səsboğucusu olan "Makarov”, «Baykal» konstruksiyalı tapan çalar, «6- P-42» modelli qaz tapançası, əl qumbarası, döyüş sursatları, soyuq silahlarla silahlanan Şahid1 tanımış, onunla əlbir olmuş sonuncu tərəfindən təşkil olunmuş bandaya daxil olmuşdur. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2005-ci il tarixli, A-0156 saylı və xx.xx.2005-ci il tarixli, A-0973 saylı qanuni qüvvəyə minmiş hökmlərin surətindən görünür ki, Şahid1, Şahid2, İmran Cənnətov, Müşviq Cənnətov, Aftandil Şükürov, Elnur Quliyev, Anar Həsənov, Eşqin Quliyev, Zamiq İbrahimov və Şahid3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 217.2-ci və sair maddələri ilə təqsirli bilinərək müxtəlif müddətlərə azadlıqdan məhrum etmə cəzalarına məhkum olunmuşlar. Birinci instansiya məhkəməsi istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmi ş Məhkum verdiyi ifadəsində özünü ona elan olunmuş ittihamla təqsirli bilməyərək göstərmişdir ki, o, 1986-cı ildə ailəlikcə Gəncə şəhərindən Moskvaya köçmüşlər, 1992-ci ildə qayıdaraq 1997-ci ilədək Gəncə şəhərində yaşayaraq orta təhsil almış, 1997-ci ildə yenidən Moskva şəhərinə köçmüşlər. 2003-cü ildə Moskvada əvvəldən tanıdığı X23 vasitəsilə əslən Kəlbəcərdən olan Gəncə sakini Şahid1 ilə tanış olmuşdur. 2003-2004-cü illərdə Moskva şəhərində Azərbaycan vətəndaşları Salman Salmanovu və Eyyub Babayevi qəsdən öldürüdüyünə görə Moskva şəhəri Kuzminski rayon məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə 15 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şahid1, Vasif Namazov və Sadiq Əliyevi tanısa da, onların digər şəxslərlə birlikdə 2003-cü itin iyul ayında Moskva şəhər i yaxınlığında Gəncə şəhər sakini Zərərçəkmiş şəxs qəsdən öldürmələrində onun günahı olmamış, həmin hadisədə iştirak etməmişdir, lakin sonradan həmin hadisə barədə sonradan eşitmişdir. Şahid1 saxta sənədlə Moskvadan Azərbaycana qayıtmasından məlumatı olmuşdur. Belə ki, Sadiq Əliyevin xahişi ilə qohumu X9 anket məlumatlarını vermiş və Şahid1 həmin adla Azərbaycana qayıtmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və tədqiq edilmiş X23 Moskva vilayəti, Yeqorevsk şəhər prokurorluğunda istintaqı aparılmış 92877 nömrəli cinayət işi üzrə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilrkən verdiyi ifadəsindən görünür ki, o, 2001-ci ilin yanvar ayında hərbi xidməti bitirdikdən sonra 2 ay anası ilə birlikdə Gəncə şəhərində yaşamış və oradan Moskva şəhərinə gedərək xırda ticarətlə məşğul o lmağa başlamışdır. Moskvada həmyerlisi və Gəncə şəhərindən qonşusu olan Elçin Əliyevin vasitəsilə digər gəncəliləri, o cümlədən Şahid3, Məhkum, Vasif Namazovu, Eşqin Əliyevi tanımışdır. Moskvada olduğu müddətdə bir sıra cinayət əməllərində iştirakı olduğu üçün 2002-ci ilin oktyabr ayında Moskva şəhərində Azərbaycan səfirliyinə gedərək başqa ad- soyadla ölkəyə qayıtmaq üçün rəsmi sənəd almış və Gəncə şəhərinə gəlmişdir. Bir neçə ay müddətində Gəncə şəhərində olmuş və həmin müddətdə Şahid1la tanış olmuşdur. Bir neçə dəfə Şahid1 və onun Anar, Ruslan adlı dostları ilə, eləcə də “Qartal" ləqəbli Zərərçəkmiş şəxsla görüşmüş və söhbətlərdə ona məlum olmuşdur ki, Şahid1 və adlarını çəkdiyi digər şəxslər banda halında bir sıra cinayətlər törətmişlər. 2003-cü ilin təxminən yanvar-fevral aylarında Şa hid1 onu Bakıdan avtobusla Rusiyaya yola salmış və ona 200 ABŞ dolları pul vermişdir. O isə Moskvaya gələndən sonra Vasif Namazovla görüşüb kirayə qalmaq üçün ev tutmuşdur. 2003-cü ilin yay aylarında Şahid1la telefonla danışarkən sonuncu ona bildirmişdir ki, Moskvaya gələcəklər və bundan bir neçə gün sonra Şahid1 gəncəli Şahid2la birlikdə təyyarə ilə Bakıdan Moskvaya gəlmişlər. Hava limanında onları Vasif Namazov və Şahid3 ilə birlikdə qarşılamış, Pərvizlə Anarı kirayə yaşadığı evə aparmışdır. Səhəri gün o, Şahid1, Şahid2, Şahid3, Məhkum və Vasif Namazov sonuncunun işlətdiyi, Moskva şəhərində adını bilmədiyi kafeyə yığışıb görüşmüşlər. Həmin görüşdə Şahid1 bildirmişdir ki, Zərərçəkmiş şəxs onların birlikdə törətdikləri cinayətlər barədə başqalarına danışmışdır və onların cinayətlərdə əld ə etdikləri qızıl-zinyət əşyaları Zərərçəkmiş şəxs anası İltimas Məmmədova tərəfindən qəsdən dəyişdirilmişdir. Bu səbəbdən də Zərərçəkmiş şəxs öldürmək lazımdır. Görüşdə iştirak edənlərin hamısı, o cümlədən Məhkum Zərərçəkmiş şəxs öldürülməsi məsələsini birlikdə planlaşdırmışlar. Bundan sonrakı gün Zərərçəkmiş şəxs qonaqlıq adı ilə aldadaraq o, Şahid1, Şahid2, Məhkum, erməni millətindən olan X27, X35, Şahid3 və Zərərçəkmiş şəxs ilə Vasif Namazovun və Ovik Manuçaryanın müvafiq olaraq VAZ 2110 və QAZ 2410 markalı maşınları ilə Yeqoryevsk şəhərinə getməyə razılaşmışlar. Onların oraya getməkdə məqsədi Zərərçəkmiş şəxs öldürmək olmuş, lakin Zərərçəkmiş şəxs oraya istirahət etmək adı ilə aparmışlar. Yeqoryevsk şəhərinin yaxınlığında onlar meşəliyə çatmışlar ki, həmin yerdən bir kilsənin yerləşdi yini görmüşdür. Meşəliyə çatanda onlar hamısı maşınlardan düşmüşlər. Bu zaman Şahid1 Zərərçəkmiş şəxs yaxınlaşaraq Bakı şəhəri Buzovna qəsəbəsində quldurluq zamanı əldə etdikləri brillyantların harada olmasını soruşmuşdur. Əvvəl Zərərçəkmiş şəxs günahsız olduğunu bildirmiş, sonra öldürüləcəyini bilərək brillyant qaşların anası tərəfindən dəyişdirildiyini söyləyərək onu öldürməməyi xahiş etmişdir. O, Şahid1 və Şahid2la birlikdə skotçla Zərərçəkmiş şəxs əllərini bağladıqdan sonra özündəki qatlanan bıçaqla Zərərçəkmiş şəxs 1 dəfə zəif zərbə endirmişdir. Həmin zərbəni Zərərçəkmiş şəxs öldürmək üçün deyil, sadəcə qorxutmaq üçün yetirmişdir. Bundan sonra Şahid1 Zərərçəkmiş şəxsla danışmağa başlamış, bir müddət danışdıqdan sonra cibindən bıçağı çıxarıb ona 4-5 dəfə zərbələr endirmiş, sonra isə bı çaqla Zərərçəkmiş şəxs dizindəki «666» rəqəmləri olan tatuirovkanı kəsib atımşdır. Bu zaman Şahid2 Ovik Manuçaryanın maşınından benzinlə dolu konistri gətirib Zərərçəkmiş şəxs üstünə tökmüş, Şahid1 isə meyiti yandırmışdır. Bundan sonra onlar hamısı avtomaşınlara oturub Moskva şəhərinə qayıtmışlar. Qayıdandan sonra Vasif Namazovun işlədiyi kafeyə getmişlər. Bundan sonrakı günlərdə görüşlərində Məhkum ona bir neçə qəsdən adam öldürmə cinayətlərini törətdiyi barədə söhbətlər etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 31-ci maddəsinə əsasən iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq sayılır. Bununla yanaşı məhkəmə qeyd edir ki, qanunverici tərəfindən cinayətin iştirakçılıqla törədilmiş kimi qiymətləndirilməsi üçün müvafiq cinayətin törədi lməsində iki və ya daha çox şəxsin iştirakı, iştirakçıların cinayətin edilməsində birgə fəaliyyəti, onların qəsdən törədilən cinayətdə qəsdən birgə iştirakı kimi cəhətlər şərtləndirilmişdir. Bununla yanaşı qeyd olunmalıdır ki, cinayətin birgə iştirakçılıqla törədilməsi üçün cinayətin hər bir iştirakçısının hərəkəti digər iştirakçının edəcəyi hərəkətə kömək etməli, bütün iştirakçıların hərəkətləri vahid nəticəyə doğru istiqamətlənməli, iştirakçıların hər birinin hərəkəti ilə baş verən ictimai təhlükəli nəticə arasında səbəbli əlaqə olmalıdır ki, bu birgə iştirakçılıqda müvafiq olaraq subyektiv cəhətdən cinayətin iştirakçıları cinayəti qəsdən törətməklə yanaşı, cinayətin törədilməsinin hər bir iştirakçısı bu cinayətin törədilməsində qəsdən birlikdə iştirak etməlidir. “Banditizm işlər üzrə mə hkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 7 iyul 1996-cı il tarixli qərarının 2-ci bəndinə görə Azərbaycan Respublikası Milli Məclisinin 11 aprel 1995-ci il tarixli qərarına əsasən banda dedikdə, bunun iki və ya daha çox şəxsdən ibarət olması, iştirakçılar arasında möhkəm təşkilati birlik olması, iştirakçıların bunu bilməsi, İştirakçıların basqınlar (basqın) etmək məqsədi ilə birləşməsi başa düşülməlidir. Şəxsin banditizmə görə cinayət məsuliyyətinə cəlb edilməsi üçün digər əlamətlərin mövcudluğu halında Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin dispozisiyasında göstərilən üç əlamətdən, yəni bandanı təşkil etmə, bandada iştirak etmə, bandanın basqınlarında (basqınında) iştirak etmə əlamətlərindən birinin olması kifayətdir. Eyni zamanda həmin Plenum qər arının 11-ci bəndinə görə bandanın basqınları ilə bağlı qəsdən adam öldürüldükdə, əmlak talan edildikdə, zorlama və s. ağır cinayətlər törədildikdə, təqsirli şəxsin hərəkətləri cinayətlərin məcmusu qaydasında həm banditizmə görə, həm də faktiki törədilən cinayətə görə tövsif edilməlidir. Bundan başqa, "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarının 8-ci bəndinə görə Təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CMnin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Cinayət işi üzrə müəyyən edilmiş hallardan göründüyü kimi, Məhkum və bandanın digər üzvləri Zərərçəkmiş şəxs qəsdən öldürməmişdən əvvəl ona aralarında zaman kəsiyi olan çoxsaylı ayaq və əl zərbələri, daha sonra isə bıçaq zərbələri vurub ona işgəncə verərək anasının nə səbəbə onları aldadaraq saxlamaq üçün verilmiş qızıl-zinyət əşyalarının bir hissəsini mənimsədiyini, digərlərinin isə qiymətli daşlarını saxta daşlarla əvəzetdiyini soruşmuş, daha sonra diz nahiyyəsində olan üzərində 666 rəqəmi yazilan tatu yazı hissəsi dəri qarışıq kəsilərək işgəncələrə davam edib onu qəsdən öldürməklə yandırmışlar. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 120.2.1, 12.1, 120.2.4, 12.1, 120.2.11 və 12.1, 217.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə əməli Azərbaycan Respublikası CPM-i n 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş mötəbər sübutlarla: təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı verdiyi və müqayisəli şəkildə tədqiq edilmiş ifadələri ilə yanaşı, iş üzrə şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları və eləcə də işdə olan digər sənədlərlə kifayət qədər sübuta yetirilməsi barədə əsaslı nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası həmçinin kassasiya şikayətinin məhkum edilmiş şəxsə bəraət verilməli olmasına dair dəlillərinə qiymət verərək cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkum edilmiş şəxslərin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şa hidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, məhkəmə ekspertiza rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, məhkum edilmiş şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdırılmasına əsaslanaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum CM-in 12.1, 120.2.1, 12.1, 120.2.4, 12.1, 120.2.11 və 12.1, 217.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməsi barədə əsaslı hüquqi nəticəyə gəlmişdir. Belə ki, məhkum edilmiş şəxslərə istinad edilən cinayət əməllərini törətmələri apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Apellyasiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək məhkumların onlara istinad edilmiş cinayət əməllərini törətməsi barədə işin faktiki hallarına uygun nəticəyə gəlmiş, onun əməllərini düzgün tövsif etmişdir. Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-c i maddəsində (bəraətin əsasları) nəzərdə tutulan əsaslar, habelə həmin Məcəllənin 39-cu maddəsində nəzərdə tutulan cinayət təqibini istisna edən hallar müəyyən edilməmişdir. Kassasiya şikayətinin məhkum edilmiş şəxsə bəraət verilməsi barədə dəlilləri heç bir hüquqi əsasa söykənməyən əsassız dəlillərdir. Kassasiya məhkəmə kollegiyası məhkum edilmiş şəxsin kassasiya şikayətinin Məhkum CM-in 12.1, 217.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməsi barədə dəlillərini əsaslı hesab edərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Məhkum təqsirli bilind iyi Azərbaycan Respublikası CM-in 217.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsinə görə qanunla müəyyən olunmuş azadlıqdan məhrum etmənin yuxarı həddi 12 ildən artıq deyil, yəni həmin cinayət ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası CM-in 75.1.3-ci maddəsinə görə, ağır cinayətin törədildiyi gündən on iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən, müddətlər cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Həmin Məcəllənin 75.3-cü maddəsinə görə, cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya kön üllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. Apellyasiya məhkəməsinini mövqeyinə əsasən, cinayət işi üzrə icraat təqsirləndirilən şəxsin istintaqdan gizlənməsi ilə əlaqədar dayandırılmış və buna görə də cinayət iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 217.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdir. Lakin cinayət işinin materiallarından göründüyü kimi, cinayət hadisəsi xx.xx.2003-cü il tarixdə baş vermiş, onun barəsində cinayət prosesini həyata keçirən orqan xx.xx.2004cü il tarixdə axtarış elan etsə də, axtarışın əhatə etdiyi dövrün böyük hissəsində Məhkum həbsdə olmuşdur. Belə ki, Rusiya Federasiyası Moskva şəhəri Kurminskiy rayon məhkəməsinin 20 aprel 2006-cı il tarixli hökmü ilə Məhkum Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddə sinin 1-ci hissəsi, 118-ci maddəsinin 1-ci hissəsi, 316-cı maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək başlanğıcı 25 mart 2005-ci il tarixdən hesablanmaqla qəti olaraq 15 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkum sonuncu dəfə Rusiya Federasiyası Vladimir şəhəri, Fruzensk rayon məhkəməsinin 24 noyabr 2011-ci il tarixli hökmünə əsasən Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 30-cu maddəsi (cinayətə hazırlıq və cinayət etməyə cəhd), 228-1 maddəsinin 2-ci hissəsinin «B» bəndi (qanunsuz olaraq narkotik vasitələri, psixotop maddələri və ya onların prekusorlarını hazırlama, istehsal etmə, əfdə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə 09 il 10 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Rusiya Federasiy ası Vladimir Vilayət Məhkəməsinin Rəyasət Heyətinin xx.xx.2016-ci il tarixli qərarına əsasən onun əməlləri tövsif edilərək Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 30-cu məcəlləsinin, 3-cü hissəsinə, 228.1-ci məcəlləsinin 1 -ci hissəsinə və həmin məcəllənin 70-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzası 8 il 6 aya endirilmişdir və cəzasını çəkdikdən sonra o, xx.xx.2020-ci il tarixdə azad olunmuşdur. Həmcinin hazırkı cinayət işi üzrə müəyyən edilir ki: - Məhkum xx.xx.2004-cü il tarixdə Azərbaycan Respublikası CM-in 217.2, 120.2.4cü maddələri təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində həbsli axtarış elan edilmişdir; - Məhkum 52504 nömrəli cinayət işi üzrə Baş Prokurorluğun İstintaq idarəsinin xüsusilə mühüm işlə üzrə müstəntiqi C.Abasov tərəfindən 26 iyun 2004-cü ildə Azərbaycan Respublikası CM-in 120.2.4 və 217.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ibtidai İstintaqdan gizləndiyi üçün ittihamı elan etmək mümkün olmadığından eyni tarixdə barəsində axtarış elan edilmiş, Gəncə şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2004-cü il tarixli qərarı ilə barəsində 3 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həmin cinayət işi üzrə yuxarıda adları qeyd olunan digər təqsirləndirilən şəxslərin tutularaq istintaqa təqdim edilməsi ilə əlaqədar cinayət işinin icraatı bir neçə dəfə dayandırılaraq təzələnmiş, sonuncu dəfə 03 iyun 2009-cu il tarixli qərarla icraat dayandırılmışdır; - Həmin cinayət işi bir sıra ağır və xüsusilə ağır cinayətlər törətmiş sabit silahlı qrupda (bandada) iştirak edən, hazırda ölkə hüdudlarından kənarda olan X43 və qeyrilərinin barələrində Azərbaycan Respublikası CM-in 120.2.1, 120.2.4, 120.2.5, 120.2.11, 217.1, 217.2, 221.3 və sair maddələri ilə ibtidai İstintaqı aparılan 80518 nömrəli cinayət işindən 30 noyabr 2020-ci il tarixdə bandanın digər üzvü Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 120.2.1, 12.1, 120.2.4, 12.1, 120.2.11, 12.1, 217.2-ci maddələri ilə ayrıca icraata ayrımaqla Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi, ədliyyə müşaviri X31 icraatına qəbul edilmişdir; - Məhkum 27 may 2020-ci il tarixdə Azərbaycan Respublikasına gələrkən Heydər Əliyev adına Bakı beynəlxalq hava limanında saxlanılmış, cinayət işinin icraatı Baş Prokurorluğun İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi Ramiq Ba bayev tərəfindən həmin tarixdə təzələnməklə sonuncu tərəfindən 28 may 2020-ci il tarixdə ona Azərbaycan Respublikası CM-in 217.2, 120,2.4-cü maddələri ilə ittiham elan edilmişdir; -Məhkum 27 may 2020-ci il tarixdə Azərbaycan Respublikasına gələrkən Heydər Əliyev adına Bakı beynəlxalq hava limanında saxlanılmış, cinayət işinin icraatı Baş Prokurorluğun İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi Ramiq Babayev tərəfindən həmin tarixdə təzələnməklə sonuncu tərəfindən 28 may 2020-ci il tarixdə ona Azərbaycan Respublikası CM-in 217.2, 120,2.4-cü maddələri ilə ittiham elan edilmişdir. Göründüyü kimi, 25 mart 2005-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Məhkum azadlıqdan məhrum etmə növündə cəza çəkmiş və bu hal xx.xx.2008-ci tarixdə ibtidai istintaq orqanına məlum olmuşdur. İbtida i istintaq orqanına Məhkum RF-da cəza çəkməsi məlum olduğu tarixdən müddət hesablandıqda belə, məlum olur ki, CM-in 217.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. Belə ki, cinayət əməlinin törədildiyi gündən onun barəsində axtarış elan edildiyi tarixədək müddət (xx.xx.2003xx.xx.2004) 11 ay 5 gün, Məhkum ekstradisiyası üçün RF-yə müraciətinə cavabın daxil olmasından sonra cəzaçəkmə müəssəsəsindən azad edildiyi günə kimi müddət (xx.xx.2008-xx.xx.2020) 11 il 6 ay 6 gün, tutulduğu gündən ittiham hökmünün qanuni qüvvəyə minənədək keçən müddət ( xx.xx.2020-xx.xx.2021) 1 il 6 ay 16 gün, cəmi bu müddət- 13 il 11 ay 27 gün təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum RF-da həbsdə olduğu müddət onun istintaqdan yayınması və bu əsasla da cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını dayandırması halı kimi qiymətləndirilə bilməz. Göstərilən cinayət əməlinin törədilmə vaxtınıdan on iki ildən çox vaxt, yəni cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçdiyini nəzərə alaraq, məhkəmə kollegiyası, Məhkum CM-in 217.2-ci maddəsi ilə cəza təyin edilməsini qanuni və əsaslı hesab etmir. Belə ki, CPM-in 44.2.1-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 39.1.3-cü maddəsində (cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə) nəzərdə tutulmuş halda təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Avropa İnsan Hüquqları Məhkəməsi də sözügedən müddətləri vacib məhkəmə müdafiəsi üsulu kimi qəbul edir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın “Qanunsuz cəzalandırılmamaq” adlanan 7-ci maddəsi ilə bağlı Belçikaya qarşı (Coeme and others v. Belgium, §146) iş üzrə qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, cinayət məsuliyyətindən azad etmə müddəti cinayət törətmiş şəxsə əməlin törədilməsindən sonra təyin olunan dövr keçdikdə cinayət təqibinə və ya mühakiməyə məruz qalmamaq üçün verilən hüquq kimi müəyyən edilə bilər. Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemlərinin ümumi cəhəti olan bu müddətlər bir neçə məqsədlərə, o cümlədən hüquqi müəyyənliyin və qətiliyin təmin olunmasına, eləcə də vaxtın keçməsinə görə natamam vəziyyətə düşə bilən sübutlar əsasında məhkəmələrdən qərar qəbul edilməsi tələb edildiyi halda, müdafiə olunanların zərər ala biləcək hüquqlarına yönələn qəsdlərin qarşısının alınmasına xidmət edir. Kassasiya məhkəmə kollegiyası həmçinin müdafiəçisi Müdafiəçi4 məhkum edilmiş şəxslə birgə verdiyi kassasiya şikayətinə əlavənin Məhkum cəza təyin edilməsində səhvə yol verilməsi, hazırkı cinayət işi üzrə cəza təyin edilərkən Rusiya Federasiyası Moskva şəhəri Kurminskiy rayon məhkəməsinin 20 aprel 2006-cı il tarixli hökmü ilə Məhkum Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi, 118-ci maddəsinin 1-ci hissəsi, 316-cı maddəsi ilə azadlıqdan məhrum etmə cəzasınını təyin edilməsinin nəzərə alınaraq ona Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinin tələblərinə uyğun cəza təyin edilməli olması barədə dəlillərini əsassız hesab edir və qeyd edir ki, Rusiya Federasiyası Moskva şəhəri Kurminskiy rayon məhkəməsinin 20 aprel 2006-cı il tarixli hökmünün tanınmasına dair apellyasiya instansiyası məhkəməsinin qərarı mövcud d eyil, yəni həmin hökm Azərbaycan Respublikası ərazisində tanınmamış və respublika ərazisində hüquqi qüvvəyə malik deyil. Bu səbəbdən həmin hökm üzrə cəza nəzərə alınaraq hazırkı cinayət işi üzrə təyin edilmiş cəza ilə toplanılması, yəni Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməsi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən, kassasiya şikayətlərinin və kassasiya şikayətinə əlavənin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Məhkum müdafiəçiləri Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti və Müdafiəçi4 tərəfindən məhkumla birgə verilmiş kassasiya şikayətinə əlavənin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və Məhkum kassasiya şikayəti qismən əsaslı o lduğundan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 dekabr 2021-ci il tarixli qərarı həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilərək həmin qərardan və onunla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 oktyabr 2021-ci il tarixli hökmündən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.3-ci maddəsinə görə, cinayət məsuliyyətinə cəlb edilmə müddəti keçdiyindən, Məhkum Azərbaycan Respublikası CM-in 12.1, 217.2-ci maddəsi və Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsi ilə cəzalandırılmasına dair müddəalar xaric edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiy a şikayəti, Məhkum və müdafiəçisi Müdafiəçi4 tərəfindən birgə verilmiş kassasiya şikayətinə əlavə təmin edilməsin. Məhkum tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 dekabr 2021-ci il tarixli qərarı Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 dekabr 2021-ci il tarixli qərarından və onunla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 oktyabr 2021-ci il tarixli hökmündən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.3-ci maddəsinə görə, cinayət məsuliyyətinə cəlb edilmə müddəti keçdiyindən Məhkum Azərbaycan Respublikası CM-in 12.1, 217.2-ci maddəsi və Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsi ilə cəzalandırılmasına dair müddəalar xaric edilsin. Məhkum üzərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 120.2.1, 12.1, 120.2.4, 12.1, 120.2.11-ci maddələri ilə təyin edilmiş 12 (on iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar