Məhkəmə qərarları › İş №1(102)-333/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-333/2020

03.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-333/2020 03.06.2020 ALİ MƏHKƏMƏ İş № 1(102)-333/2020 Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası 03 iyun 2020-ci il Bakı şəhəri Hakimlər: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), Tahir Lələkişi oğlu Kazımov və Əziz Cəfər oğlu Seyidovdan ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X2 iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 avqust 2016-cı il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinay ət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə məhkum tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından imtina olunması barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 iyun 2019-cu il tarixli ilkin baxış qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair Məhkum tərəfindən verilmiş vəsatətə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN E T D İ: Cinayət işinin materiallarından görünür ki, Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-891/2016 nömrəli 08 avqust 2016-cı il tarixli hökmünə əsasən (sədrlik edən və məruzəçi hakim Eynulla Vəliyev, hakimlər Əhməd Quliyev və Səbuhi Hüseynovdan ibarət tərkibdə) Azərbaycan Respublikası Cina yət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 16 yanvar 2016-cı il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmdən Məhkum tərəfindən 02 (iki) il 08 (səkkiz) ay 04 (dörd) gün vaxt keçdikdən sonra, 13 aprel 2019-cu il tarixdə apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpası barədə vəsatət verilmişdir. Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə vəsatətə birinci instansiya məhkəməsində baxılmış və Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-891/2016 nömrəli 02 may 2019-cu il tarixli qərarı ilə (sədrlik edən hakim Əhməd Quliyev) bura xılmış müddətin bərpası barədə vəsatət təmin edilməmişdir. Həmin qərardan Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-842/2019 nömrəli 18 iyun 2019-cu il tarixli ilkin baxış qərarı ilə (sədrlik edən hakim və məruzəçi Həsən Əhmədov, hakimlər Habil Məmmədov və İlqar Murquzovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 iyun 2019-cu il tarixli qərarından Məhkum tərəfindən 11 noyabr 2019-cu il tarixdə kassasiya şikayəti və kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatət verilmişdir. Kassator vəsatətini əs aslandıraraq göstərmişdir ki, avtomobil qəzasında kəllə-beyin travması almış, qaraciyər xəstəliyindən əziyyət çəkir. Bundan başqa, fiziki səhhəti bərbad halda olduğuna görə və hüquqlarını bilmədiyindən vaxtında kassasiya şikayəti verə bilməmişdir. Buna görə də vəsatətin təmin edilməsini, buraxılmış prosessual müddətin bərpa edilməsini və kassasiya şikayətinə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası vəsatətin təmin edilməməsinə dair dövlət ittihamçısı Hafiz İmranovun çıxışını dinləyib, vəsatəti və iş materiallarını öyrənib müzakirə edərək belə hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 iyun 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi bar ədə vəsatət əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-in 411.2-ci maddəsinin tələblərinə görə kassasiya şikayətinin verilməsi müddətinin bərpası üçün cəmi iki hal müəyyən edilmişdir: 1.Kassasiya şikayəti vermək hüququna malik olan şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti vermək imkanı olmadıqda; 2.Həmin şəxsi vaxtında kassasiya şikayəti vermək imkanından məhrum edən fövqəladə hadisə baş verdikdə. Məhkəmə kollegiyası qeyd edir ki, qanun normasından da göründüyü kimi məhkumun istinad etdiyi “hüququ savadının olmaması və hüquqlarını bilməməsi” barədə dəlili kassasiya şikayətinin verilməsi müddətinin bərpası na rəvac verən səbəb kimi nəzərdə tutulmamışdır. Bundan başqa, kollegiya qeyd edir ki, iş materiallarında olan apellyasiya məhkəməsinin “müdafiəçi təyin edilməsi haqqında” 04 iyun 2019-cu il tarixli qərarından müəyyən edilir ki, məhkəmə Məhkum müdafiə hüququnun təmin edilməsi dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etmişdir (cild 2, iş vərəqə 219). Apellyasiya instansiya məhkəməsinin 18 iyun 2019-cu il tarixli məhkəmə iclas protokolundan və eyni tarixli ilkin baxış qərarından görünür ki, Məhkum müdafiə hüququ təmin edilmiş, məhkumun özü və müdafiəçisi X4 məhkəmə iclasında iştirak etmiş və məhkəmənin qərarı onların iştirakı ilə elan edilmişdir. (cild 2, iş vərəqə 227-234) İş materiallarında olan qəbzlərdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin 18 iyun 2019-cu il tarixli qərarının surəti elə həmin gün – 18 iyun 2019-cu il tarixdə Məhkum və müdafiəçisi M8 təqdim edilmiş və onlar qərarın surətini qəbzə imza etməklə almışlar. (cild 2, iş vərəqə 235-236). Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası CPM-in 410.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 391.3 və 520.7-ci maddələrində nəzərdə tutulmuş apellyasiya instansiyası məhkəməsinin qərarından – onların çıxarıldığı vaxtdan 01 (bir) ay müddətində kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Lakin, Məhkum Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 iyun 2019-cu il tarixli ilkin baxış qərarı elan olunduğu vaxtdan 04 (dörd) ay 23 (iyirmi üç) gün vaxt keçdikdən sonra, yəni 11 noyabr 2019-cu il tarixdə kassasiya şikayəti və kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatət vermişdir. Qeyd edilməlidir ki, Qanun norması apellyasiya instansiyası məhkəməsinin qərarının tərəfə təqdim edilməsindən deyil, çıxarıldığı vaxtdan bir ay müddətində kassasiya şikayəti verilə bilməsinin mümkünlüyünü təsbit edir. Məhkumun səhhətində ciddi problemlər olması səbəbindən vaxtında kassasiya şikayəti verə bilməməsi barədə dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, bu barədə nə cinayət işinin materiallarında hər hansı bir tibbi arayış yoxdur, nədə ki, Məhkum tərəfindən ağır xəstə olması məhkəmə kollegiyasına heç bir sənəd təqdim edilməmişdir. Odur ki, məhkəmə kollegiyası kassastorun dəlillərini heç bir sübuta söykənmədiyindən qəbul etmir və onların əsassız olması qənaətinə gəlir. Məhkəmə kollegiyası yuxarıda şərh olun anlara əsasən belə nəticəyə gəlir ki, məhkumun kassasiya şikayətini vaxtında verməsinə qanunvericilikdə nəzərdə tutulmuş hər hansı bir maneə olmamışdır. Məhkumun apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti vermək üçün kifayət qədər vaxtı və imkanı olmuşdur. Belə olan halda, məhkəmə kollegiyası işin hallarına və cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq bu nəticəyə gəlir ki, Məhkum Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 iyun 2019-cu il tarixli ilkin baxış qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasına dair vəsatəti əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 411.3-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 iyun 2019-cu il tarixli ilkin baxış qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatət təmin olunmasın. Qərar qətidir, ondan şikayət vermək olmaz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar