Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-333/2021 23.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlunun iştirakı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şək i Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü ilə (hakimlər B.Məmmədov (sədrlik edən), R.Hüseynov və N.Mirzəyevdən ibarət tərkibdə) xx xxxxx 1971-ci ildə Göyçay şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, ünvan 1 ünvanda yaşamış Məhkum оğluna Azərbaycan Respublikası CM-in 234.4.3 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-in 234.4.3-cü maddəsi ilə beş il müddətə, CM-in 237.2.3-ci maddəsi ilə dörd il müddətə, CM-in 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə beş i l altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə beş il beş ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Hökmdən Məhkumun müdafiəçisi Abdullayev Ehtibar Vaqif oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibarət tərkibdə) xx xxxxxx 2020-ci il tarixli hökmü ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü dəyişdirilmişdir. Məhkuma CM-in 234.4.3 və 237.2.3-cü maddələri ilə verilmiş ittihamlardan CM-in 234.4.3-cü maddəsi çıxarılmış, CM-in 66.3-cü maddəsinə dair müddəlar hökmdən xaric edilmişdir. Məhkuma CM-in 237.2.3-ci maddəsi ilə təyin edilmiş üç il on bir ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzası dəyişdirilməmiş, hökm baxılmış apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARI: Birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə görə, Məhkum istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi əkib becərilməsi qadağan olunmuş, narkotik tərkibli çətənə bitkilərinin toxumlarını qanunsuz olaraq yaşadığı Göyçay şəhəri, H.Əliyev prospekti, 15 ünvanında yerləşən evinin həyətyanı sahəsində torpağa əkib aqrotexniki qaydada qulluq edərək yetişdirmiş, xx.xx.2019-cu il tarixdə, saat 16 radələrində Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının Göyçay Rayon Məhkəməsinin həmin tarixli qərarına əsasən göstərilən evin həyətyanı sahəsinə baxış keçirilərkən külli miqdar hesab edilən 24 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri, 06 ədəd quru halda ümumi təmiz çəkisi 297,18 qram əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkiləri, 02 ədəd quru halda ümumi təmiz çəkisi 88,79 qram əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkilərinin hissələri və satış məqsədi ilə həyətyanı sahədə, torpaq üzərində sərilmiş halda sa xladığı təmiz çəkisi 1050 qram olan, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇIXIŞLARI: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti onunla əsaslandırılmışdır ki, Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı əsassız olduğundan ləğv edilməli, cinayət işi yeni apelyasiya baxışına təyin edilməlidir. Belə ki, Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı Məhkumun CM-in 237.2.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair hissədə mübahisə doğurmasa da, məhkəmənin CM-nin 234.4.3-cü maddəsi ilə verilmiş ittihamın CM-nin 237.2.3-cü maddəsi ilə əhatə olunmaqla CM-nin 234.4.3-cü madd əsinin ümumi ittihamdan çıxarılmasına dair gəldiyi nəticə işin faktiki hallarına uyğun olmadığından mübahisə doğurur. Məhkum özünü CM-in 234.1-ci maddəsi ilə təqsirli bilsə də, onun CM-in 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirli olması aşağıdakı sübutlarla təsdiq edilmişdir. Belə ki, cinayət işinin materiallarına əlavə olunmuş hadisə yerinə baxış protokolundan görünür ki, xx xxxxxx 2019-cu il tarixdə Göyçay şəhəri, H.Əliyev prospekti, 15 ünvanına baxış keçirilən zamanı orada 24 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri, 06 ədəd quru halda ümumi təmiz çəkisi 297.18 qram əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkiləri, 02 ədəd quru halda ümumi təmiz çəkisi 88.79 qram əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkilərinin hissələri və həy ətyanı sahədə, torpaq üzərində sərilmiş halda təmiz çəkisi 1050 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, qurudulmuş marixuana aşkar edilərək götürülmüş, onlar sintetik kisələrdə qablaşdırılmışdır. Şahidlər Şahid1, Şahid2, Şahid3, Şahid4, Şahid5 və Şahid6 ifadələrində Göyçay şəhəri, H.Əliyev prospekti, 15 ünvanına baxış keçirilən zaman orada 24 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri, 06 ədəd quru halda ümumi təmiz çəkisi 297.18 qram əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkiləri, 02 ədəd quru halda ümumi təmiz çəkisi 88.79 qram əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkilərinin hissələri və həyətyanı sahədə, torpaq üzərində sərilmiş halda təmiz çəkisi 1050 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana aşkar edilməsini təsdiq etmişlər. Məhkum özünü CM-in 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirli bilməyərək çətənə bitkilərinə qulluq etmədiyini, əlindən yerə düşən çətənə toxumlarının təbii halda özünün yetişdiyini, aşkar olunmuş çətənə bitkisinin hissələrinin isə çürümüş vəziyyətdə kənarda olduğunu göstərsə də, göstərilən cinayət əməlini törətməsi Məhkumun çətənə kollarını əkdiyi yaşadığı evə baxış keçirilən zaman həmin istintaq hərəkətinin əks olunduğu foto-çəkilişdən də göründüyü kimi orada aşkar olunmuş çətənə bitkilərinə aşkar surətdə qulluq olunaraq həmin bitki kollarının 1-2 metr hündürlüyündə olmaqla kifayət qədər inkişaf etməsi, özünün də həmin vaxt narkotik tərkibli bitkiləri əkib aqrotexniki qaydada qulluq göstərməsini təsdiq etməsi, bir çətən ə bitkisinin dibçəkdə olması, məhkəmə-bioloji ekspertizası ilə aşkar olunmuş çətənə bitkisinin hissələrinin çürümüş vəziyyətdə olmadığının təsdiq edilməsi və aşkar olunmuş narkotik vasitə olan 1050 qram marixuananın kifayət qədər artıq olmaqla şəxsi istehlak üçün saxlanılmasının inandırıcı olmadığı kimi hallarla təsdiq edilir. Ümumiyyətlə apelyasiya instansiyası məhkəməsi məhkumun cinayət əməlini “satış məqsədi ilə” törətməsini təkzib etməmiş, hətta onun həmin narkotik tərkibli çətənə bitkilərini satış məqsədi ilə əkib-becərməsini, onun hissələrini satış məqsədi ilə toplamasını bildirsə də, əməlinin CM-in 237-ci maddəsi ilə tövsif edilməli olması qənaətinə gəlmişdir. Beləliklə, məhkəmə işi qeyri-obyektiv, birtərəfli və qərəzli şəkildə apararaq cinayət qanunvericiliyinin normalarının tələbl ərini pozaraq CM-nin 234.4.3-cü maddəsi ilə verilmiş ittihamın CM-nin 237.2.3-cü maddəsi ilə əhatə olunduğu qənaətinə gələrək, CM-nin 234.4.3-cü maddəsini verilmiş ümumi ittihamdan çıxarmaqla işin faktiki hallarına uyğun olmayan mövqe nümayiş etdirib səhvə yol vermişdir. Beləliklə, hazırki iş üzrə narkotik vasitə CM-nin 234-cü maddəsində nəzərdə tutulan əməl üzrə cinayətin predmeti olmuş, narkotik tərkibli bitki və həmin bitkinin hissələri ilə CM-nin 237-ci maddəsində nəzərdə tutulan əməl üzrə cinayətin predmeti olmuşdur. Göründüyü kimi, apelyasiya instansiyası məhkəməsi CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanılmış sübutları təhlil və bir-biri ilə müqayisə etməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyini müəyyənləşdirməli, hər bir sübutu mənsubiyyəti, mümkü nlüyü və mötəbərliyi üzrə qiymətləndirməli olduğu halda, qeyd edilən hallar tam, hərtərəfli yoxlanılmamış və qiymətləndirilməmişdir. Apelyasiya instansiyası məhkəməsi bu vəzifələri yerinə yetirməmiş, məhkuma istinad olunan əmələ qanunun aliliyi prinsipi baxımdan düzgün qiymət verməmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarını ləğv etməklə cinayət işinin yeni apellyasiya baxışına təyin olunması barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək kassasiya protestinin təmin olunmasını, apellyasiya məhkəməsinin qərarını ləğv etməklə cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxla yır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qanunun tələblərinin pozulduğunu, nəticədə əsaslar olmadığı halda CM-nin 234.4.3-cü maddəsinin Məhkuma verilmiş ittihamdan çıxarılmasını iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni a pellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.3 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Kassasiya məhkəmə kollegiyası qeyd edilən normaların tələbləri baxımından dövlət ittihamçısının kassasiya protestində göstərdiyi Məhkum CM-in 234.4.3 və 237.2.3cü maddələri ilə verilmiş ittihamlardan CM-in 234.4.3-cü maddəsi çıxarılmasının qeyri qanuni və əsassız olmasına dair dəlilləri ilə razılaşaraq aşağıdakıları qeyd etməyi məqsədə müvafiq hesab edir. Belə ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə görə Məhkum...... həyətyanı sahəsinə baxış keçirilərkən külli miqdar hesab edilən 24 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri, 06 ədəd quru halda ümumi təmiz çəkisi 297,18 qram əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkiləri, 02 ədəd quru halda ümumi təmiz çəkisi 88,79 qram əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkilərinin hissələri və satış məqsədi ilə həyətyanı sahədə, torpaq üzərində sərilmiş halda saxladığı təmiz çəkisi 1050 qram olan, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana aşkar edilmişdir. Apellyasiya instansiya məhkəməsi də işin faktiki hallarına dair məhkəmənin gəldiyi mövqeyi ilə razılaşmış, lakin hesab e tmişdir ki, CM-in 234.4.3-cü maddəsi ilə Məhkuma verilmiş ittiham CM-in 237.2.3-cü maddəsi ilə əhatə olunur, buna görə ona CM-in 234.4.3cü maddəsi ilə də ittiham verilməsi əsassızdır və həmin maddə verilmiş ittihamdan xaric edilməlidir. Apellyasiya məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, konkret halda Məhkum əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri əkib-becərmiş və toplamış bununla da o, bütövlükdə CM-in 237-ci maddəsində nəzərdə tutulmuş əməli, yəni qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə (əkmə, yetişdirmə və onların hissələrini toplama) cinayətini törətmişlər. Yəni əkilmiş narkotik tərkibli çətənə bitkilərinin hissələrinin toplanması CM-in 237-ci maddəsinin tərkib əlamətini təşkil edir. Odur ki, əkilmiş narkotik tərkibli çətənə bitkilərinin hissələri olan yarpaqlarının toplanması bunun hansı məqsədlə edilməsindən asılı olmayaraq CM-in 237-ci maddəsi ilə tövsif edilməlidir. Həmin bitkilərin hissələrinin (yarpaqlarının) toplanmasına görə CM-in 234-cü maddəsi ilə əlavə ittiham verilməməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab etmişdir ki, məhkum həmin narkotik tərkibli çətənə bitklərini satış məqsədi ilə əkib becərməsini, onun hissələrini şəxsi istehlak məqsədi ilə topladıqlarını bildirsə də, onun əməli yalnız CM-in 237-ci maddəsi ilə tövsif edilməlidir. Kassasiya məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların preku rsorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04” mart 2011-ci il tarixli qərarın 4-cü bəndinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Qərarın 5-ci bəndinə əsas ən Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qərarın 7-ci bəndinə əsasən tərkibində narkotik vasitələr olan bitkiləri və ya onların hissələrini bu bitkilərin təsərrüfat məqsədi ilə əkilmədiyi və mühafizə olunmayan ərazilərdən yığılması məqsədindən asılı olaraq CM-in 234.1-ci yaxud da 234.2-ci ma ddələri ilə tövsif olunmalıdır. Qərarın 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Hazırki cinayət işi üzrə məhkəmələr mübahisəsiz müəyyən etmişlər ki, Məhkum narkotik tərkibli çətənə bitkilərinin toxumlarını qanunsuz olaraq yaşadığı evinin həyətyanı sahəsində torpağa əkib aqrotexniki qaydada qulluq edərək yetişdirmiş və həmin ərazidə külli miqdar hesab edilən 24 ədəd narkotik tərkibli çətənə bitkisi, 06 ədəd quru halda ümumi təmiz çəkisi 297,18 qram çətənə bitkiləri, 02 ədəd quru halda ümu mi təmiz çəkisi 88,79 qram çətənə bitkilərinin hissələri və həyətyanı sahədə torpaq üzərində sərilmiş halda saxladığı təmiz çəkisi 1050 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana aşkar olunmuşdur. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddənin dispozisiyasında satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, CM-nin 234.4.3-cü maddəsinin dispozisiyasında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma kimi əlamətlər nəzərdə tutulmuşdu r. CM-nin 237.1-ci maddəsinin dispozisiyasında isə qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları toplama) kimi əlamətlər nəzərdə tutulmuşdur. Göründüyü kimi qeyd edilən maddələrin cinayət əməlinin cəhətləri və dispozisiyalarında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluq yoxdur. Belə olduğu təqdirdə məhkəmə toplanmış narkotik vasitənin işin faktiki hallarına uyğun gəldiyi nəticəyə əsasən yığılması məqsədindən asılı olaraq CM-in 234.1-ci yaxud da 234.2-ci maddələri ilə tövsif edə bilər. Bundan əlavə CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərinin obyektiv cəhətinə aid olan əməllər nəticəsində törədilən cinayət formal tərkibli olduğundan tərkibində narkotik maddələr olan bitkiləri əkmə, yeti şdirmə və ya toplama anından cinayət başa çatmış hesab olunur, yəni cinayətin başa çatması əməlin ictimai təhlükəli nəticəyə səbəb olması ilə şərtlənmir. Bu baxımdan kollegiya hesab edir ki, işi üzrə Məhkumun CM-in 237-ci maddəsi ilə törətdiyi cinayət əməli qanunsuz olaraq tərkibində narkotik tərkibli maddə olan çətənə toxumunu kultivasiya etdiyi (əkib-yetişdirdiyi) andan başa çatır və sonradan onun yetişdirdikləri çətənə bitkilərinin bir hissəsinin toplaması, bir hissəsini isə qurumaları üçün kökündən və gövdəsindən çıxararaq yerə sərməsi əməli məqsəddən (şəxsi istehlak və ya satış məqsədi ilə) asılı olaraq müvafiq maddə uyğun tövsif edilməlidir. Göstərilənlərə əsasən kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəmə kollegiyasının “Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsini n Məhkuma verilmiş ittihamdan çıxarılmasına”, həmçinin işin faktiki hallarına uyğun olmayan əməlin hüquqi tövsifinə dair gəldiyi nəticə əsaslandırılmış, inandırıcı qənaət kimi qəbul edilə bilməz. Kassasiya məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cinayət qanunvericiliklərinin qeyd edilən normalarına dair məhkəmə qərarlarının birmənalı, aydın, ardıcıl və başadüşülən olması vahid məhkəmə təcrübəsinin formalaşdırılması baxımından vacib əhəmiyyətə malikdır. Əks hal hər kəsin hüquq və azadlıqlarının müdafiə olunmasını, hüquq tətbiq edənin hərəkətlərinin proqnozlaşdırıla bilən olmasını çətinləşdirə və şəxsin qabaqcadan öz hüquqazidd əməlinin nəticəsini bilməsini şübhə altına ala bilər. Belə hal şəxsin əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsinə və ya əksinə təqsirli şəxsin törətdiyi ə mələ görə cəzasız qalmasına gətirib çıxara bilər. Eyni zamanda, bu şəxsin bir hüquqazidd əmələ görə iki dəfə məsuliyyətə cəlb olunmasına şərait yarada bilər. Bu baxımdan Ali Məhkəmənin Cinayət Kollegiyasının oxşar işlər üzrə hüququn tətbiqinə dair üzun müddətdir formalaşmış vahid məhkəmə təcrübəsi mövcuddur ki, apellyasiya məhkəmələri oxşar işlər üzrə qərar qəbul edərkən həmin vahid məhkəmə təcrübəsini nəzərə almalıdırlar. Məhkəmə kollegiyası yuxarıda təsvir olunanları Cinayət-Prosessual Məcəlləsinin 416.1.2-ci (sübutlar Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq surətdə tədqiq edilmədiyinə görə) və 416.1.15-ci (törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, kassasiya protesti ndə gətirilmiş dəlillərlə əlaqədar mübahisələndirilən qərarın ləğv edilməsini və cinayət işi üzrə apellyasiya baxışının yenidən keçirilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını ləğv etmək və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin etmək haqqında qərar qəbul etməyə haqlıdır. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, yuxarıda şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkumun barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kol legiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı kassasiya protestinə əsasən ləğv edilməli və cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya protesti təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı kassasiya protestinə əsasən ləğv edilsin və cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-333/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-333/2021
23.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver