Məhkəmə qərarları › İş №1(102)-334/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-334/2020

06.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-334/2020 06.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Seyfəliyev Əli Səlim oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X8, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Atakişiyev Süleyman Atif oğlunun, məhkumlar Məhkum1 Bəhmən oğlunun və Məhkum2 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 may 2019- cu il tarixli qərarındanməhkumlar Məhkum1 və Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş Rayon Məhkəməsinin 18 yanvar 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim F.H.Nəsibov) Məhkum1 (xx xxxx 1987-ci ildə ünvan2nda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmyan, ünvan3ndə qeydiyyatda olan və həmin kənddə yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 22 avqust 2018-ci il tarixdən hesablanması qərara alınmışdır; Məhkum2 (xx xxxx 1977-ci ildə ünvan4nd a anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, ünvan3ndə qeydiyyatda olan və həmin kənddə yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 (üç) il 6 (atı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 22 avqust 2018-ci il tarixdən hesablanması qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 may 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim İ.H.Şükürov, hakimlər A.M.Eyvazov və R.Ə.Əliyevdən ibarət məhkəmə tərkibi) məhkumlar Məhkum1 və Məhkum2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Ağdaş Rayon Məhkəməsinin 18 yanvar 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 may 2019-cu il tarixli qərarından məhkumlar Məhkum1 və Məhkum2 kassasiya şikayətləri vermişlər. İşin halları: Hökmə əsasən Məhkum1 13 avqust 2018-cı il tarixdə, saat 18:30 radələrində tanışı ünvan5ndə qeydiyyatda olan, 28 avqust 1977-ci il təvəllüdlü Məhkum2 ilə özgənin əmlakını açıq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, ünvan6nin sakini X1 idarə etdiyi VAZ-2107 markalı **-xx xx xx-*** qeydiyyat nişanlı avtomobillə ünvan7nin sakini, xx xxxxxxx 1970-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ünvan7nin yaxınlığında olan ət mağazasına gəlmiş, həmin vaxt mağazanın yaxınlığında Zərərçəkmiş şəxs görən Məhkum2 avtomobili saxladaraq Zərə rçəkmiş şəxs avtomobilə əyləşməsini bildirmiş, sonuncu avtomobilə arxa oturacağa əyləşdikdən sonra X80 avtomobili ünvan8 istiqamətində hərəkət etdirmiş, avtomobilin içərisində Məhkum1 və Məhkum2 Zərərçəkmiş şəxs onlara 30 manat pul verməsini, yoxsa pis olacağını bildirmiş, bundan sonra sonuncu qorxub cibindən 26 manat pul çıxararaq həmin puldan onlara 20 manat pul verə biləcəyini demiş, lakin Məhkum1 və Məhkum2 ondan bu gün 30 manat pul alacaqlarını qeyd etmiş, həmin vaxt Məhkum1 ünvan8nin girəcəyində artezianın yanında avtomobilin içərisində Zərərçəkmiş şəxs əlində olan 26 manat pulunu dartıb almaqla açıq talayaraq Məhkum2 vermiş, bundan sonra Zərərçəkmiş şəxs avtomobildən yerə düşürmüş və hadisə yerindən uzaqlaşaraq soyğunçuluq etmişdir. Hökmə əsasən Məhkum2 13 avqust 2018-cı il tarixdə, saat 18:30 radələrində tanışı ünvan5ndə qeydiyyatda olan, xx xxxx 1987-ci il təvəllüdlü Məhkum1 ilə özgənin əmlakını açıq talama məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, ünvan6nin sakini X1 idarə etdiyi VAZ-2107 markalı **-xx xx xx-*** qeydiyyat nişanlı avtomobillə ünvan7nin sakini, xx xxxxxxx 1970-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ünvan7nin yaxınlığında olan ət mağazasına gəlmiş, həmin vaxt mağazanın yaxınlığında Zərərçəkmiş şəxs görən Məhkum2 avtomobili saxladaraq Zərərçəkmiş şəxs avtomobilə əyləşməsini bildirmiş, sonuncu avtomobilə arxa oturacağa əyləşdikdən sonra X80 avtomobili ünvan8 istiqamətində hərəkət etdirmiş, avtomobilin içərisində Məhkum1 və Məhkum2 Zərərçəkmiş şəxs onlara 30 manat pul vermələrini, yoxsa pis olacağını bildirmiş, bundan sonra sonuncu qo rxub cibindən 26 manat pul çıxararaq həmin puldan onlara 20 manat pul verə biləcəyini demiş, lakin Məhkum1 və Məhkum2 ondan bu gün 30 manat pul alacaqlarını qeyd etmiş, həmin vaxt ünvan8nin girəcəyində artezianın yanında avtomobilin içərisində Məhkum1 Zərərçəkmiş şəxs əlində olan 26 manat pulunu dartıb almaqla açıq talayaraq Məhkum2 vermiş, bundan sonra Zərərçəkmiş şəxs avtomobildən yerə düşürmüş və hadisə yerindən uzaqlaşaraq soyğunçuluq etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum1 kassasiya şikayətini onunla əsaslandrımışdır ki, onun təqsirliliyini təsdiq edən sübutlar və əməlində cinayət tərkibinin əlamətləri olmadığı halda, o, müstəsna olaraq Zərərçəkmiş şəxs həqiqəti əks etdirməyən ifadəsi əsasında - əsassız və qanunsuz olaraq Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsində nəzə rdə tutulmuş qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən edilən soyğunçuluq cinayətini törətməkdə təqsirli bilinmişdir. Məhkum BərşadMəcidov kassasiya şikayətində göstərilənlərə əsasən Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 may 2019-cu il tarixli qərarının ləğv edilməsini, onun barəsində cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsini xahiş edir. Məhkum2 kassasiya şikayətini onunla əsaslandrımışdır ki, məhkəmələr tərəfindən onun məsuliyyətini yüngülləşdirən hallar, o cümlədən himayəsində iki azyaşlı uşağının olması, atasının və anasının xəstə olması, ələ keçirilmiş pulun cəmi 26 manat təşkil etməsi nəzərə alınmamış, nəticədə o, həddindən artıq ağır cəzaya məruz qalmışdır. Məhkum2 şikayətində göstərilənlərə əsasən haqq-ədaləti bərpa edən qərarın çıxarılmas ını, yəni kassasiya şikayətinin məzmununa görə fakitki olaraq Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 may 2019-cu il tarixli qərarının dəyişdirilməsini, cəzasının yüngülləşdirilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət q anununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkumlar Məhkum1 və Məhkum2 kassasiya şikayətlərindən görünür ki, onlardan Məhkum1 apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsi haqqında kassasiya tələbini məhkəmələrin sübutların tədqiqinə da ir qaydaları pozması, əsassız olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirli bilinməsi ilə, Məhkum2 isə mübahisələndirilən qərarın dəyişdirilməsi haqqında kassasiya tələbini məsuliyyətini yüngülləşdirən halların nəzərə alınmaması, həddindən artıq ağır cəzaya məhkum edilməsi ilə, yəni Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.2, 416.0.11 və 416.0.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əsaslandırmışlar. Odur ki, kollegiya məhkumların kassasiya şikayətlərini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Şəki Apelly asiya Məhkəməsinin Cinayət kollegiyasının 24 may 2019-cu il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. İstər Məhkum1, istərsə də Məhkum2 onlara hökmlə isnad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayətkar hərəkətləri törətmələri, Məhkum1 kassasiya şikayətində iddia etdiklərinin əksinə olaraq birinci və apellyasiya instansiyası məhkəmələrində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkum1la yanaşı Məhkum2 da qeyd olunan əməlləri törətmələrinin mübahisələndiri lməsi üzrə dəlilləri (əsassız olaraq zərərçəkmiş Zərərçəkmiş şəxs qarşı soyğunçuluq etməkdə təqsirli bilinmələri barədə iddiaları) onlar tərəfindən verilmiş apellyasiya şikayətlərinə qismən məhkəmə istintaqı aparılmaqla baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə, o cümlədən zərərçəkmiş şəxsin, şahidlər X5, X2, X1, X3 ifadələri və digər materiallarla təkzib olunması haqqında nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr apellyasiya şikayətlərində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci və apellyasiya instansiyası məhkəmələrində CPM-in tələblərinə müvafiq qa ydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətlərində göstərilənlər isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin cinayətin faktiki məzmunu, Məhkum1 və Məhkum2 əməllərinin Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə tövsif edilməsi, onların bu maddələrlə təqsirli bilinmələrini və cəzalandırılmalarını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Qeyd olunan və digər sübutlar hökmdə və apellyasiya instansiyası məhkəməsinin yekun qərarında ətraflı təsvir edilib, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür. Məhkum1 və Məhkum2 cəzaların təyin edilməsi məsələsi həll olunarkən və həmin məsələ üzrə hökm apellyasiya qaydasında yoxlanılarkən də məhkəmələr tərəfindən hər hansı pozuntuya yol verilməmiş, birinci instansiya məhkəməsi cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, Məhkum1 və Məhkum2 şəxsiyyətlərini səciyyələndirən hallardan, o cümlədən Məhkum1 münasibətdə himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olması, İİ qrup əlil olması kimi, Məhkum2 münasibətdə himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olması, hər iksinə münasibətdə vurduqları ziyanı ödəyərək zərərçəkmiş şəxslə barışıq əldə etmələri kimi (CM-in 59.1.12, 59.1.13-cü maddələrində göstərilən) cəzanı yüngülləşdirən hallardan, cəzanı ağırlaşdıran halların isə Məhkum2 münasibətdə müəyyən edilməməsindən, Məhkum1 münasibətdə cəzanın CM-in 65.2-ci maddəsinin qaydaları əsasında (Məhkum1 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının son həddinin – yeddi ilin yarısından az olmamaq şərtilə) təyin edilməsini tələb edən cəzanı ağırlaşdıran halın – cinayətlərin residivinin olmasından, cəzanın təqsirkarların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirindən çıxış edib, Məhkum2 Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsinin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrum etmə cəzasının ən aşağı həddində - 3 (üç) müddətə, Məhkum1 isə CM-in 65.2-ci maddəsinin yol verdiyi ən aşağı həddə - 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzalarını təyin etməklə, apellyasiya instansiy ası məhkəməsi isə həmin cəzaları dəyişdirilmədən saxlamaqla cəzanın təyin edilməsinin ümumi əsaslarını, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, CM-in 59.1.8, 59.1.10 59.1.13-cü maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda, cəzanı ağırlaşdıran hallar isə olmadıqda cəzanın təyin edilməsinin xüsusi qaydalarını (Məhkum2 münasibətdə), cəzanın məqsədlərini təsbit edən edən Cinayət Məcəlləsinin müvafiq olaraq 58.3, 59, 61, 60, 41.2-ci maddələrinin müddəalarına əməl etmiş, Cinayət Məcəlləsinin 8-ci maddəsində nəzərə tutulmuş ədalət prinsipini gözləmişlər. Təsvir olunanlar, ümumiyyətlə cinayət işinin materialları baxılan işdə kassasiya şikayətləri ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.2, 416.0.11, 416.0.21-ci maddələrində nəzərdə tutu lmuş pozuntulara yol verilmədiyini, şikayətlərin təmin edilməsi, o cümlədən cinayət işi üzrə icraata xitam verilməsi, məhkumların cəzalarının yüngülləşdirilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətlərinin təmin edilməsinə dair məhkumların və kassasiya şikayətlərinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkumlar Məhkum1 və Məhkum2 kassasiya şikayətləri təmin edilməməli, onların barəsində olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkumlar Məhkum1 və Məh kum2 kassasiya şikayətləri təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum1 və Məhkum2 barəsində olan 24 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar