Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-334/2021 16.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARI Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Abbasov Nəvaid Novruz oğlunun iştirakları İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2018- ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019cu il tarixli qərarından məhkumun müdafiəçisi Abbasov Nəvaid Novruz oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim R.Şirinov) xx xxxxxx 1995-ci il tarixdə İsmayıllı rayonunun Ərəgit kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Ünvan1də qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 150.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib cəzasını ümu mi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Həmin hökmlə həmçinin, X4 da təqsirli bilinib məhkum olunmuşdur. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli qərarı ilə X5 və Məhkumun müdafiəçisi Abbasov Nəvaid Novruz oğlunun apelyasiya şikayəti qismən təmin edilmiş, Məhkumun CM-in 150.1-ci maddəsi ilə məhkum edilməsinə dair İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü dəyişdirilmiş, CM-in 70ci maddəsinə uyğun olaraq Məhkum CM-in 150.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq üç il müddətə məhkum edildiyi azadlıqdan məhrum etmə cəzasından onun xx xxxxx 2018ci il tarixdən - xx xxxxxxxx 2018-ci il tarixədək həbsdə qaldığı 4 ay 27 gün çıxılmış və üzərində qalan 2 il 7 ay 3 gün müddətə azadlıqdan məhrum etmə cəzası 2 il sınaq müddəti ilə şərti olaraq tətbiq edilmişdir. Həmin qərardan Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən H.Q.Nəsibov) xx xxxxx 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti qismən – Məhkuma münasibətdə dəyişdirilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qərarı Məhkum münasibətdə ləğv edilərək cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim A.A.Mahmudov, hakimlər E.Ş.Hüseynov və V.İ.Məlikovdan ibarət tərkibdə) xx xxxx 2019cu il tarixli qərarı ilə Məhkumun müdafiəçisi Abbasov Nəvaid Novruz oğlu nun apellyasiya şikayəti təmin edilməmiş, Məhkum CM-in 150.1-ci maddəsi ilə məhkum edilməsinə dair İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasbətdə dəyişdirilmədən saxlanılmış, Məhkum məhkəmə iclas zalından həbs edilmiş, onun xx xxxxx 2018-ci il tarixdən xx xxxxxxxx 2018-ci il tarixədək həbsdə saxlanıldığı 4 ay 27 gün, hökmlə təyin edilmiş 03 (üç) il müddət cəzaya hesablanmaqla həmin müddətdən çıxılmış və üzərində qəti olaraq 2 il 7 ay 3 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarından Məhkumun müdafiəçisi Abbasov Nəvaid Novruz oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, zərərçəkmiş şəxsə zor tətbiq etməklə seksual xarakterli zorakılıq hərəkətləri etmə cinayət əməlini törətmişdir. Belə ki, o, keçirilmiş serebral iflicin qalıq əlamətləri, ağıl zəifliyi və nitq qüsuru xəstəsi olan qardaşı X2 qarşı, İsmayıllı rayonunun Ərəgit kəndində bərbər işləyən Zərərçəkmiş şəxs tərəfindən təxminən xx xxxxxxx 2017-ci il tarixdə işlədiyi bərbərxanada seksual xarakerli zorakılıq hərəkətləri edildiyini eşidərək, Zərərçəkmiş şəxsdən qisas almaq məqsədi ilə xx xxxxxxx 2017-ci ildə, saat 22 radələrində sonuncunun işlədiyi bərbərxanasına gələrək orada Zərərçəkmiş şəxsin başından əli ilə basıb zor tətbiq etməklə oturduğu stuldan qalxmasına imkan verməyib öz cinsiyyət orqanını onun başına sürtərək sidiyini üstünə tökməklə Zərərçəkmiş şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi Abbasov Nəvaid Novruz oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı qanunsuz, əsassız və ədalətsizdir. Belə ki, məhkəmə apellyasiya qaydasında işə baxarkən cinayət prosessual qanunvericiliyin tələblərini pozmuş, cinayət qanununun normalarını düzgün tətbiq etməmişdir. Məhkum əsassız olaraq təqsirli bilinmiş, son dərəcə ağır cəzaya məruz qalmışdır. Cinayət işinin materialları ilə müəyyən edilmişdir ki, hadisə bilavasitə Zərərçəkmiş şəxsin qanunsuz hərəkətləri nəticəsində baş vermişdir. Ona görə də, ittiham tərəfinin mövqeyi i lə əməl ən yaxşı halda təhqir cinayətinin tərkibini yaradır. Məhkəmə kollegiyası əməli düzgün tövsif etməmiş, iş üzrə mötəbər sübut olan məhkəmə-sənətşünaslıq ekspertizasının xx xxxxx 2018-ci il tarixli, 10480 nömrəli rəyinə düzgün qiymət verməmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarını ləğv etməklə, Məhkumun əməlində Azərbaycan Respublikası CM-nin 150.1-ci maddəsinin tərkib əlmətləri olmadığından cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya məhkəmə baxışında çıxış edən müdafiəçi N.N.Abbasov kassasiya şikayətində göstərilən xüsusatları bir daha vurğulayaraq şikayətinin təmin olunmasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək kassasiya şikayətinin dəlilərinin əsassız olduğunu, cinayət əməlinin məhkum tərəfindən törədilməsinin tam təsdiq olunduğunu bildirib, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının Məhkuma aid hissədə dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələlər i üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum Məhkum müdafiəçisi Abbasov Nəvaid Novruz oğlu tər əfindən verilmiş kassasiya şikayətində Məhkumun təqsirsiz olduğu halda məhkəmələr tərəfindən barəsində qanunsuz və ədalətsiz qərar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.6-cı maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya Məhkumin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cin ayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Birinci instansiya məhkəməsinin hökmü və apellyasiya məhkəməsini qərarı ilə Məhkumun məhkum olunduğu Azərbaycan Respublikası CM-nin 150.1-ci maddəsinin dis pozisiyası zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkumun müdafiəçisinin kassasiya şikayətinin təmin olunması, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı isə Məhkuma aid hissədə dəyişdiri lmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkuma verilmiş zərərçəkmiş şəxsə zor tətbiq etməklə seksual xarakterli zorakılıq hərəkətləri etmə ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında dindirilmiş təqsirləndirilən və zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməs i məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 150.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər məhkumun müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellya siya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Apellyasiya məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışdır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mö təbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkumun təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Məhkumun müdafiəçisi tərəfindən kassasiya şikayətində Məhkumun əməlində cinayət tərkibinin əlamətlərinin olmaması, ona bəraət verilməli olduğu iddia edilir və bunun ə sas dəlili kimi məhkəmə sənətşünaslıq ekspertizasının xx xxxxx 2018-ci il tarixli rəyinə istinad edilir. Əvvəla qeyd edilənlərə əsasən müəyyən olunur ki, məhkum və müdafiəçi kassasiya şikayətində kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olub- olmamasına münasibət bildirməyə, iş üzrə toplanmış sübutlardan əlavə yeni sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir. Kassasiya şikayətinin şərh olunan dəlili ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birin ci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası mü dafiəçinin kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin (o cümlədən, əməlində cinayət tərkibinin olmamasına baxmayaraq Məhkum barəsində CM-in 150.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair ittiham hökmünün çıxarılması haqqında iddianın) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiəçinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan ir əli gəlir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər (məhkəmə sənətşünaslıq ekspertizasının rəyi barədə) məhkumun müdafiəçisi tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb sübutlar və sübutetmə, eləcə də cinayətin epizodlarını təşkil edən faktiki halların müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkumun hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.1-ci maddəsinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, onun hərəkətlərində Cinayət Məcəlləsinin 150.1-ci maddəsində nə zərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş əsasların olmaması haqqında nəticəyə gəlmişdir. Kassasiya şikayətinin həmin dəlili ilə əlaqədar məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, apellyasiya məhkəmə baxışında sübutların tədqiqi zamanı həmçinin cinayət işinin 3-cü cildinin 96-cı səhifəsində olan diskə məhkəmə iclas zalında tərəflərin iştirakı ilə baxış keçirilmiş, diskə baxış zamanı müəyyən edilmişdir ki, Məhkumun Zərərçəkmiş şəxsə qarşı qeyd olunan hərəkətləri kənar şəxslərin yanında törətmişdir. Beləliklə, apellyasiya məhkəmə kollegiyası Məhkum tərəfindən qeyd olunan cinayət əməlini törətməsi barədə tamamilə düzgün yekun nəticəyə gəlmişdir. Apel lyasiya məhkəməsinin qərarında sübutlar, o cümlədən təqsirləndirilənin, zərərçəkmiş şəxsin ifadələri, şahidlərin müxtəlif məzmunda verdikləri məlumatlar, ekspertiza rəyləri və s. materiallar təsvir edilib müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə ətraflı şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan dəlillərin yoxlanılması üzrə apellyasiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində apellyasiya məhkəməsinin çıxardığı nəticələri təkzib edə biləcək, araşdırmanın obyektivliyini, tamlığını, keyfiyyətini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətinin dəlillərini daha ətraflı şərh etmək, nə də ki, apellyasiya məhkəməsinin yekun qərarını şübhə altına almaq üçün əsas görmür. Bu səbəbdən qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən Məhkuma cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, onun bu cinayət əməlini qardaşına qarşı edilən hərəkətin qisasını almaq, zərərçəkmiş şəxsin şərəf və ləayaqətini alçaltmaq məqsədilə törətməsi, cəzasını yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi ilə təyin edilmiş şərti məhkum etməni ləğv etməklə CM-nin 58.3-cü maddəsinin tələblər inə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya məhkəməsi tərəfindən məhkum Məhkumun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı Məhkuma aid hissədə əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkumun müdafiəçisi Abbasov Nəvaid Novruz oğlunun kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkumun müdafiəçisi Abbasov Nəvaid Novruz oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019 cu il tarixli qərarı müdafiəçisi Abbasov Nəvaid Novruz oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Məhkuma aid hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-334/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-334/2021
16.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver