Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-334/2023 26.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının və məhkum Müdafiəçi3 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 avqust 2021-ci il tarixli hökmünə əsasən Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 oktyabr 2021-ci il tarixli qərarından Məhkum2 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Telman Qulaməli oğlu Hüseynovun sədrliyi ilə, Fehmin Zaur oğlu Hümbətov və Hafiz Samir oğlu Əliyevdən ibarət tərkibdə) 13 avqust 2021-ci il tarixli hökmü ilə 19 avqust 1991-ci ildə Qazıməmməd (indiki Hacıqabul) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış Məhkum2 Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə CM-in 32.5,206.3.2-ci maddəsi ilə 05 il müddətə, CM-in 234.4.1 və 234.4.3-cü maddəsi ilə 09 il müddətə azadlıqdan məhrum edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu ilə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 11 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 05 yanvar 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. Hökmlə maddi sübutların taleyi də həll edilmişdir. Həmin hökmlə həmçinin Məhkum1 da təqsirli bilinərək məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Z iya Allahverdi oğlu Şirinovun (sədrlik edən və məruzəçi), İbrahim Adil oğlu İbrahimli və Zəki Baba oğlu Babayevdən ibarət tərkibdə) 04 oktyabr 2021-ci il tarixli qərarı ilə Apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 1(104)-1024/2021 saylı hökmü məhkum edilmiş şəxs Məhkum2 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum1 qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitələri və psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə və satılmasına əvvəlcədən vəd verməklə köməklik etmiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halın da satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edərək daşıyıb saxlamışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olas1araq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma barədə qeyri-rəsmi nikah münasibətində olduğu Məhkum2, şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı Məhəmməd adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı Məhəmməd adlı şəxs və qeyriləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda narkot ik vasitələri və psixotrop maddələri İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və Azərbaycan Respublikası ərazisində satışının təşkil edilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, bu məqsədlə Məhəmməd adlı şəxs və qeyrilərinin naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq əldə edib, daşımaqla göndərdiyi külli miqdarda ümumi təmiz çəkisi 5392,3 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda 415,71 qram çəkidə psixotrop maddə metamfetamini İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirdikdən və narkotik vasitə və psixotrop maddələri qoyduğu yer barədə Məhkum2 və Məhkum1 əvvəlcədən məlumat verdikdən sonra Məhkum2 və Məhkum1 narkotik vasitələri və psixotr op maddələri Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yolun kənarından götürərək satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq bir hissəsini Məhkum1 öz üzərində, qalan hissəsini isə ünvan 2 ünvanında saxlamış, 04 yanvar 2021-ci il tarixdə Məhkum1 qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək üzərində saxlamaqla daşıması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklələ Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Məhkum1 04 yanvar 2021-ci il tarixdə saat 18:45-də ünvan 3 ünvanın qarşısında saxlanılaraq, qeyd edilən idarəyə gətirilmiş, orada həmi n gün saat 19:40-dan etibarən üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan cins şalvarın sağ yan cibindən satış məqsədi ilə qanunsuz əldə edib saxladığı iki ədəd bükümdə külli miqdarda 3,480 qram və 3,820 qram olmaqla ümumi təmiz çəkisi 7,3 qram narkotik vasitə heroin və bir ədəd bükümdə 1,710 qram pisxotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq Baş İdarənin əməkdaşları tərəfindən 04 yanvar 2021-ci il tarixdə saat 20:45-dən etibarən Məhkum1 icazəsi və iştirakı ilə Məhkum2 ilə yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 5 saylı binanın, 28 saylı mənzilinə keçirilən baxış zamanı mənzilin yataq otağında olan dolabdan bir ədəd üzərində “Brend House” yazısı olan torbanın içərisindən dörd ədəd bükümlərdə külli miqdarda ayrıayrılıqda təmiz çəkiləri 1295 qram, 920 qram, 1485 qram və 1685 qram olmaqla ümumi təmiz çəkisi 5385 qram, üzərindən aşkar edilmiş narkotik vasitə heroinlə tərkiblərinə görə eyni tərkibli olan narkotik vasitə heroin, bir ədəd bükümdə külli miqdarda 414 qram, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminlə tərkiblərinə görə eyni tərkibliolan psixotrop maddə metamfetamin və üzərində narkotik vasitə heroinin izləri olan iki ədəd tərəzi aşkar edilərək götürülmüşdür. Həmçinin, Məhkum2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma barədə qeyri-rəsmi nikah münasibətində olduğu Məhkum1, şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı Məhəmməd adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı Məhəmməd adlı şəxs və qeyriləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda narkotik vasitələri və psixotrop maddələri İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və Azərbaycan Respublikası ərazisində satışının təşkil edilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, bu məqsədlə Məhəmməd adlı şəxs və qeyrilərinin naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq əldə edib, daşımaqla göndərdiyi külli miqdarda ümumi təmiz çəkisi 5392,3 qram ç əkidə narkotik vasitə heroini, külli miqdarda 415,71 qram çəkidə psixotrop maddə metamfetamini İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirdikdən və narkotik vasitə və psixotrop maddələri qoyduğu yer barədə Məhkum2 və Məhkum1 əvvəlcədən məlumat verdikdən sonra Məhkum2 və Məhkum1 narkotik vasitələri və psixotrop maddələri Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yolun kənarından götürərək satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq bir hissəsini Məhkum1 öz üzərində, qalan hissəsini isə ünvan 2 ünvanında saxlamış, 04 yanvar 2021-ci il tarixdə Məhkum1 qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək üzərind ə saxlamaqla daşıması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklələ Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Məhkum1 04 yanvar 2021-ci il tarixdə saat 18:45-də ünvan 3 ünvanın qarşısında saxlanılaraq, qeyd edilən idarəyə gətirilmiş, orada həmin gün saat 19:40-dan etibarən üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan cins şalvarın sağ yan cibindən satış məqsədi ilə qanunsuz əldə edib saxladığı iki ədəd bükümdə külli miqdarda 3,480 qram və 3,820 qram olmaqla ümumi təmiz çəkisi 7,3 qram narkotik vasitə heroin və bir ədəd bükümdə 1,710 qram pisxotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq Baş İdarənin əməkdaşları tərəfindən 04 yanvar 2021-ci il tarixdə saat 20:45-dən etibarən Məhkum1 icazəsi və iştirakı ilə Məhkum2 ilə yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 5 saylı binanın, 28 saylı mənzilinə keçirilən baxış zamanı mənzilin yataq otağında olan dolabdan bir ədəd üzərində “Brend House” yazısı olan torbanın içərisindən dörd ədəd bükümlərdə külli miqdarda ayrıayrılıqda təmiz çəkiləri 1295 qram, 920 qram, 1485 qram və 1685 qram olmaqla ümumi təmiz çəkisi 5385 qram üzərindən aşkar edilmiş narkotik vasitə heroinlə tərkiblərinə görə eyni tərkibli olan narkotik vasitə heroin, bir ədəd bükümdə külli miqdarda 414 qram üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminlə tərkiblərinə görə eyni tərkibli olan psixotrop maddə metamfetamin və üzərində narkotik vasitə heroinin izləri olan iki ədəd tər əzi aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətində qeyd edilir ki, hazırki cinayət işi üzrə qanunvericiliyin tələbinə əsasən cinayətin iştirakçılığında Məhkum2 köməkçi kimi hər hansı hərəkət etməsi naməlumdur. Məhkəmə istintaqı zamanı aparılmış hərtərəfli araşdırma nəticəsində təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi, belə bir əməlin törədilməsində iştirakı və belə iştirakı yönəlmiş hər hansı qəsdi sübuta yetirilməmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının Cinayəl Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə ittiham elan edərkən iş üzrə topla nmış sübutların məcmusuna düzgün istinad etməklə obyektiv,əsaslı hüquqi nəticəyə gəlsə də, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə ittiham irəli sürməklə əsassız qənaətə gəlmişdir. İş üzrə toplanmış sübutların, bütövlükdə cinayət işinin materiallarının təhlili göstərir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinİ təsdiq edə biləcək hər hansı mötəbər sübut əldə olunmamışdır. Təqsirləndirilən şəxsı qarşı ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamın özündə belə birbaşa göstərilmişdir ki, İran islam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının sərhədindən gömr ük nəzarətindən kənar və ya ondan gizli yolla keçirəcəyi həmin maddəni onun qoyacağı yerdən götürüb satışının təşkil edilməsinə köməklik göstərəcəyi barədə qabaqcadan vəd verdikdən sonra “Məhəmməd" adlı şəxsin istintaqa məlum olmayan vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirdiyi külli miqdarda Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitəni naməlum vaxtda, yerdə və şəraitdə satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımışdır. Bundan əlavə kassasiya şikayətində qeyd edilir ki, işin mübahisəsiz halı təqsirləndirilən şəxsin əslində bütövlükdə satışın təşkili ilə bağlı da hər hansı razılaşma əldə etməmişdir, onun razılaşması naməlum vaxtda, yerdə və şəraitdə satış məq sədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdıqdan sonra narkotik vasitəni və psixotrop maddələri bəlli bir yerə aparıb çatdırmaqdan - satışda yalnız bu funksiyanı həyata keçirməklə iştirak etməkdən ibarət olmuşdur. Narkotik vasitəni və psixotrop maddəni təqsirləndirilən şəxs yuxarıda təsvir olunan şəkildə çatdırma ilə bağlı hərəkəti yalnız satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə edərək daşıyıb saxlama cinayətinin tərkibi ilə əhatə olunur. Həm də məhkəmə, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edərək daşıyıb saxlama cinayətinə münasibətdə qabaqcadan əlbir olan bir qrup şəxs halında tövsifedici əlamətinin tam sübuta yetirildiyi qənaətinə gəlmişdir. Qabaqcadan təşkil edilən r azılığın forması əməlin tövsifinə təsir etmədiyindən təqsirləndirilən şəxs razılıq əldə etməsi satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edərək daşıyıb saxlama cinayətinə münasibətdə bu tövsifedici əlamətin yaranması üçün yetərlidir. Cinayətin gedişində cinayətə qoşulmaqla (cinayətin digər iştirakçıları ilə qabaqcadan cinayətin törədilməsi məqsədi ilə əlbir olmadan) də iştirak etmiş və ya digər cinayət törətmiş şəxsin hərəkətləri cinayətin iştirakçıları (içraçıları) ilə qabaqcadan cinayət əlaqəsinə girməklə cinayəti əlbir olan qrup şəkildə törətməsi kimi qiymətləndirilməməli və həmin şəxs özünün törətdiyi konkret hərəkətlərə görə məsuliyyət daşımalıdır. Yəni, təqsirləndirilən şəxs qeyriləri tərəfindən qaçaqmalçılıq cinayəti törədildikdən s onra həmin şəxslərin satış məqsədi ilə qanunsuz külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmə, daşıma, saxlama hərəkətlərində iştirak etmişdir və ona görə də təqsirləndirilən şəxs məhz törətdiyi sübuta yetirilən bu əməllərinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Ona görə də bu qənaətə gəlirik təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın qaçaqmalçılıq cinayəti ilə bağlı hissəsi yalnız fərziyyələrə söykənir. Həmçinin şikayətdə qeyd edilir ki, hazırki cinayət işi üzrə təqsirləndirilən şəxsin qaçaqmalçılıq cinayətinin törədilməsində hər hansı şəkildə iştirakına dəlalət edən heç bir sübut müəyyən olunmamışdır. Şikayət müəllifi bundan əlavə qeyd edir ki, Məhkum2 CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi düzgün tövsif edilməmişdir. Məhkum2 əməlində CM-nin 234-cü maddənin tərk ibi yoxdur, onun əməli CM-nin 307-ci maddəsinin tərkibi vardır, ona AR CM-nin 307-ci maddəsində nəzərdə tutulmuş cəza təyin edilməlidir və bu, qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. İşin halllarından və birinci instansiya zamanı təqsirləndirilənlərin ifadələrindən görünür ki, Məhkum1 ki faktiki ailə münasibətlərində olmuşlar, narkotik vasitələr də Allahverdiyə məxsus olmuşdur. Məhkum2 sadəcə Allahverdinin əməllərini bilmiş, gizlətmiş, bu barədə hüquq mühafizə orqanlarına xəbər verməmişdir. Evdə axtarış keçirlən zaman qardaşı Səbuhi Abuzərov evdə olduğundan, Səbuhinin də polis əməkdaşları tərəfindər tutulmasında Səbuhiyə köməklik etməkdən ötrü Məhkum2 ilk olaraq yazılmış dindirmə protokollarına iradəsi ziddinə imza etmişdir. Müdafiəçi tərəfindən verilmiş kassa siya şikayətində yuxarıda göstərilənləri nəzərə alaraq Məhkum2 əməlində CM-in 32.5, 206.3.2-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan cinayətin tərkibi olmadığına görə onun barəsində cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsini və onun əməlinin AR CM-nin 234.4.1 və 234.4.3-cü maddələrindən Azərbaycan Respublikası CM-nin 307.2-ci maddəsinə tövsif edilərək, ona 307.2-ci maddəsinin sanksiyasında nəzərdə tututaln ən aşağı həddə cəza verilməsi barəsə qərar qəbul edilməsinı xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktlar ın müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsas ən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessua l qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayətprosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Belə ki, kassasiya şikayətində mübahisələndirilən məsələlərdən biri Məhkum2 Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə əsassız məhkum edilməsi barədədir. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericilik normalarına və cinayət işinin materiallarına müraciət etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozu lmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Azərbaycan Res publikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən olunmuş hallara və toplanmış sübutların müqayisəli təhlilinə əsaslanaraq qeyd edir ki, Məhkum2 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri elan edilmiş ittihamla bağlı bütün sübutlar işə baxan aşağı instansiya məhkəmələri tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi məhkəmələrdə heç bir şübhə doğurmayan bu sübutlar əsasında məhkumun əməli Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmiş və işin fakti ki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlinmişdir. Bununla belə, məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiyası məhkəmələri Məhkum2 qaçaqmalçılıq cinayətinin törədilməsində köməkçi kimi iştirakını müəyyən etmiş və həmçinin onun əməlini CM-in 32.5, 206.3.2-ci maddəsi ilə tövsif etməklə səhvə yol vermişlər. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cinayət məsuliyyətinin əsaslarını müəyyən edən CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011 -ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq norması nın düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkum2 verilmiş ittihamdan görünür ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma barədə qeyri-rəsmi nikah münasibətində olduğu Məhkum1, şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı Məhəmməd adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı Məhəmməd adlı şəxs və qeyriləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda narkotik vasitələri və psixotrop mad dələri İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və Azərbaycan Respublikası ərazisində satışının təşkil edilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli 10 saylı qərarının 19-cu bəndində məhkəmələrə tövsiyə olunur: "Məhkəmələrə tövsiyə edilsin ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nəzər də tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Həmçinin nəzərə alınmalıdır ki, iki və ya daha çox icraçı tərəfindən qabaqcadan razılaşmadan qrup şəklində qaçaqmalçılığın törədilməsi müəyyən ed ildikdə, qrup üzvlərinin hər birisinin belə əməlləri cinayətin predmetinə və CM-nin 206.3.1, 206.3.3 və ya 206.3.4-cü maddələrində nəzərdə tutulmuş tövsifedici əlamətlərin olub-olmamasına uyğun olaraq müstəqil şəkildə tövsif edilir.” Cinayət işi üzrə müəyyən edilmiş hallardan görünür ki, Məhkum2 şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı Məhəmməd adlı şəxs və qeyriləri tərəfindən külli miqdarda narkotik vasitə və psixotrop maddələri qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirməsində köməkçi qismində çıxış etmişdir. Yəni onun işin hallarında təsvir olunan narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirilməsi cinayətinin icrasında rolu olmamış, yalnız narkotik vasitələri və psixotrop maddələri əldə etməyi qabaqcadan vəd etməklə köməkçi kimi cinayətdə iştirak etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum2 əməlinin CM-in 206.3.2-ci maddəsi ilə tövsif edilməsi üçün onun qaçaqmalçılıq cinayətinin obyektiv tərəfini təşkil edən hərəkətləri həmin cinayətin törədilməsi məqsədilə qabaqcadan əlbir olmuş qrupun digər üzvləri ilə birgə icra etməsi, yəni qaçaq malını (narkotik vasitəni və psixotrop maddəni) Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirməsi tələb olunur. Lakin iş üzrə müəyyən olunmuş hallardan görünür ki Məhkum2 narkotik vasitənin və psixotrop maddənin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar Azərbaycan Respublikasına keçirilməsində bunu yerinə yetirən şəxsl ə birgə iştirak etməmiş və onunla birlikdə cinayətin obyektiv tərəfini təşkil edən hərəkətləri icra etməmişdir. Bu hərəkətləri istintaqa məlum olmayan şəxs yerinə yetirmişdir. O, narkotik vasitəni və psixotrop maddəni dövlət sərhədindən Azərbaycan Respublikasının ərazisinə keçirməklə narkotik vasitələrin qaçaqmalçılığı cinayətinin obyektiv tərəfini təşkil edən hərəkətləri tam yerinə yetirmiş, yəni cinayəti başa çatdırmışdır. Məhkum2 isə qaçaqmalçılıq cinayəti başa çatdırıldıqdan sonra narkotik vasitəni və psixotrop maddəni qoyulduğu yerdən götürmüş, yəni narkotik vasitəni və psixotrop maddənin qaçaqmalçılığı cinayətinin obyektiv tərəfinə aid olmayan hərəkətləri yerinə yetirmişdir. Məhkum2 narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İİR-dən Azərbaycan Respublikasına gətirilməsi haqqında qabaq cadan razılığın əldə olunması da, onu həmin cinayətin icraçısına çevirmir. Belə olan halda Məhkum2 hərəkətlərinin qabaqcadan əlbir olan bir qrup şəxs halında, həmçinin qaçaqmalçılıq cinayətinin icraçısı kimi, CM-in 206.3.2-ci maddəsi ilə tövsif olunması üçün əsas yaranmır. Lakin Məhkum2 cinayətin digər iştirakçısı ilə narkotik vasitənin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsinə dair qabaqcadan razılıq əldə etməsi və bu razılığa uyğun olaraq qaçaqmalçılıq yolu ilə gətirilməli olan narkotik vasitəni əldə etməyi qabaqcadan vəd edib Bakı şəhərində onu təhvil alması onun qaçaqmalçılığın törədilməsində köməkçi qismində iştirak etdiyini təsdiq edir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası Məhkum2 əməlinin Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə tövsif olu nması ilə razılaşmır və bununla bağlı vurğulayır ki, işin hallarından göründüyü kimi ibtidai araşdırma orqanının və aşağı instansiya məhkəmələrinin gəldiyi nəticəyə görə iş üzrə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri İran İslam Respublikasından Azərbaycan Respublikasına cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvü tərəfindən istintaqla müəyyən edilməmiş şəraitdə qaçaqmalçılıq yolu ilə keçirilmişdir, yəni qaçaqmalçılıq cinayəti digər şəxs tərəfindən icra olunmuşdur. Belə olan halda, həmin narkotik vasitələrin Məhkum2 iştirakı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilərək İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirilməsi nəticəsinə gəlinməsi əsassız olmuşdur. CPM-ni n 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri tərəfindən Məhkum2 törətdiyi qaçaqmalçılıq cinayətinə dair əməlinin hüquqi tövsifində səhvə yol verilmişdir. Göstərilənlərə əsasən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələrin Məhkum2 qaçaqmalçılıq əməlinin işin faktiki hallarına uyğun olmayan hüquqi tövsifinə dair (CM-32.5, 206.3.2 maddəsi) gəldiyi nəticə əsaslandırılmış, inandırıcı qənaət kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi göstərilən mövqeyini kifayət qədər tutarlı dəlillərlə əsaslandırmamış, bel ə bir nəticəyə gələrkən iş üzrə araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından düzgün qiymətləndirməmiş, nəticədə məhkumun əməlinin tövsifində səhvə yol vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkumun hərəkətlərində məhz Cinayət Məcəlləsinin 32.5,206.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli mövcuddur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə kollegiyası Məhkum2 Cinayət Məcəlləsinin 2 34.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası çərçivəsində təyin olunmuş və kassasiya şikayətində yüngülləşdirilməsi xahiş olunan cəzaya dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-nin 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Məhkum edilmiş şəxs Məhkum2 cəza təyin edərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 №-li qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən (ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, cavan olması, qeydiyyat yeri üzrə müsbət xarakterizə olunması) halları və ağırlaşdıran halların olmamasını, onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq ona Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddələrinin sanksiyası həddində qanuni, əsaslı və ədalətli cəza təyin edilmişdir. Apellyasiya instansiya məhkəməsi də tamamilə düzgün olaraq, birinci instansiya məhkəməsinin cəza təyin etmə ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin məhkuma təyin edilmiş cəzanın ağır ol ması barədə dəlillərini əsassız hesab edir və təyin edilən cəzanın yüngülləşdirilməsinə əsas olan halların mövcud olmadığını qeyd edir. Yuxarıda şərh olunanlara əsasən isə Məhkum2 təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının həddi ədalətli, qanuni və əsaslıdır. Məhkəmə kollegiyası, həmçinin qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edilmiş şəxsə təyin edilən azadlıqdan məhrum etmə cəzası törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ailəsinin həyat şəraitinə təsiri baxımından onun islah olunması məqsədinə cavab verir. Məhkəmə kollegiyas ı Məhkum2 CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası çərçivəsində təyin edilmiş cəzanın həddinin azaldılmasının məqsədəmüvafiq olmadığını qeyd edir və hesab edir ki, kassasiya şikayətinin bu barədə dəlilləri əsassızdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməli, məhkumun cinayət narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılığında köməkçi qismində iştirak etməsi əməli Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5,206.2-ci maddəsinə tövsif edilməli və ona göstərilən maddənin sanksiyası çərçivəsində cəza təyin edilməli, bu cəza birinci instansiya məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin e dilmiş 10 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə CM-in 66.3-cü maddəsinə əsasən qismən toplamaq yolu ilə ona qəti cəzası müəyyən edilməlidir. Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi törədilmiş əməlin tövsifində səhvə yol verdikdə, kassasiya instansiya məhkəməsi həmin hökmü və ya qərarı dəyişdirə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 oktyabr 2021-ci il tarixli qərarı kasasiya şikayəti üzrə Məhkum2 münasibətdə dəyişdirilsin. Məhkum2 əməli Azərbaycan Respublikasının CM-in 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5,2 06.2-ci maddəsinə tövsif edilsin, ona bu maddə əsasında 05 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bu cəza Məhkum2 hökmlə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 10 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə CM-in 66.3-cü maddəsinə əsasən qismən toplamaq yolu ilə ona qəti olaraq 10 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Kassasiya şikayəti qismən təmin edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-334/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-334/2023
26.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver