Məhkəmə qərarları › İş №1(102)-334/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-334/2024

09.01.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-334/2024 09.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Təqsirləndirilən şəxsin iştirakları ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 avqust 2023-cü il tarixli 1(103)-1636/2023 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı Məmmədova Təranə Yavər qızı tər əfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq Müəyyən etdi: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli 1(003)-349/2023 nömrəli hökmü ilə (hakim Z.M.Tağıyev) xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olan, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlandığı 01 (bir) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılmış və üzərində qəti olaraq 03 (üç) il 03 (üç) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmənin əvvəli 16 may 2023-cü il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkum apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 avqust 2023-cü il tarixli qərarı ilə, (hakimlər: C.V.Hüseyn (sədrlik edən), H.Ç.Məmmədov və E.H.Allahverdiyev ) apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmiş, Məhkum CM-in 127.2.3-cü maddəsi ilə məhkum olunduğu əməli həmin Məcəllənin 127.1-ci maddəsi ilə tövsif olunmuş, Məhkum zərərçəkmiş şəx slə barışdığına görə CM-in 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilmiş və Məhkum cinayət məsuliyyətindən azad edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 avqust 2023-cü il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə qəsdən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığına az ağır zərər vurmuşdur. Belə ki, o, 28 noyabr 2022-ci il tarixdə təxminən saat 22 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivində yerləşən «Eşqin» adlı kafenin yaxınlığında, küçədə Zərərçəkmiş şəxs ilə mübahisə etm iş, heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs sifət nahiyəsindən yumruqla qəsdən vuraraq ona sağ göz almasının ağlı qişasının qansızması, hər iki gözətrafı nahiyənin qançırları, burunun əzilmiş yarası, burun tənəffüsünün pozulması ilə müşaiyət olunan burun sümüyünün qəlpəli sınığı ilə nəticələnən həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığına az ağır zərər vuran bədən xəsarəti yetirmişdir. Apellyasiya instansiyası məhkəməsi Təqsirləndirilən şəxs hadisə zamanı xuliqanlıq niyyətilə deyil, şəxsi münasibətlər zəminində zərərçəkmiş Zərərçəkmiş şəxs sifət nahiyəsindən yumruqla vurub xəsarət yetirməsi, yəni Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş qəsdən sağlamlığa az ağır zərər vurma cinayətinin tərki b əlamətlərinin müəyyən edilməsi haqqında nəticəyə gəlib, onun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsindən 127.1-ci maddəsinə tövsif etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, ibtidai istintaq zamanı toplanmış sübutlarla və birinci instansiya məhkəməsində sübutların araşdırılması zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətini törətməsi təsdiq olunduğu halda apellyasiya instansiya məhkəməsi cinayət-prosessual qanunun 143-146-cı maddələrinin ziddinə olaraq işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmiş, əsassız olaraq Məhkum cinayət əməlinin hüquqi tövsifini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-c ü maddəsindən 127.1-ci maddəsinə dəyişmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 avqust 2023-cü il tarixli 1(103)-1636/2023 nömrəli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə ba xılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya məhkəməsi tərəfindən sübutların düzgün qiymətləndirilmədiyini, nəticədə əsaslar olmadığı halda Məhkum əməlinin hüquqi tövsifinin Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsindən 127.1-ci maddəsinə dəyişdirildiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 avqust 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispoz isiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında üyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə ci nayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Kassasiya protestində Məhkum törətdiyi iddia edilən cinayət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3- cü maddəsində “xuliqanlıq niyyətilə qəsdən sağlamlığa az ağır zərər vurma” kimi təsbit olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli qərarında izah olunur ki, “məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fəqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü birüzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır” (qərarın 5-ci bəndi). Xuliqanlıq niyyətinin şərhini isə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli qərarında vermişdir. Plenumun həmin qərarının 6-cı bəndində deyilir: “qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək)”. Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən ba ş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Ali Məhkəmənin Plenum qərarında verilmiş izahdan müəyyən olunur ki, əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoyması, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirməsi, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozması, həmin qayda və normalara etinasızlıq göstərməsi kimi hallar deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bəhanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (xuliqanlıq niyyətilə qəsdən sağlamlığa zərər vurma və xuliqanlıq) kimi qiymətləndirilməm əlidir. Hazırki işdə isə müəyyən edilən hallar odur ki, Məhkum 28 noyabr 2022-ci il tarixdə Lalə adlı qadınla saat 22 radələrində Buzovna qəsəbəsi Albalılıq yaşayış massivində yerləşən «Eşqin» kafesinə getmişlər, kafedə olarkən Zərərçəkmiş şəxs sərxoş halda (Şahid ifadəsində Müdafiəçi2 sərxoş halda kafedə olan müştəri xanımlara sataşdığını bildirmiş) Məhkumlə kafeyə gəlmiş xanımı oynamağa dəvət etmiş, Məhkum qeyd olunan hala etiraz etməsi onunla Zərərçəkmiş şəxs arasında sözlü mübahisəyə səbəb olmuş, ilkin mübahisədən bir müddət keçdikdən sonra mübahisəni davam etdirmək əzmini nümayiş etdirən Zərərçəkmiş şəxs Məhkum kafedən bayıra çağırmış, onlar kafenin qarşısında kimsəsiz yerə çəkilmişlər və orada mübahisə zamanı Məhkum Zərərçəkmiş şəxs yumruqla vurmuşdur. Hadisənin bu cür inkişaf etmə si Məhkum cinayətkar əməlinin xuliqanlıq niyyətindən irəli gəlmədiyini, şəxsi münasibətlər zəminində törədildiyini göstərir. İbtidai istintaq orqanının Məhkum hərəkətlərini “heç bir əsaslı səbəb olmadan” törədilən əməl kimi qiymətləndirməsi isə aşkar surətdə faktlarla, adi müşahidəçinin dəyərləndirilməsi ilə uzlaşmayan qənaət, subyektiv mülahizə kimi çıxış edir. Məhkum təsvir edilən hərəkətləri, yəni qəsdən zərərçəkmiş Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurmasının hər hansı ağırlaşdırıcı əlamətlə və yaxud xuliqanlıq cinayəti ilə müşayiət olunmaması Məhkum hərəkətlərinin Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə tövsif edilməsini şərtləndirir. Apellyasiya məhkəməsinin müəyyən edilmiş saydığı faktiki hallar, yalnız Məhkum ifadəsindən deyil, məhkəmədə cinayət-prosessual qanunun 143-1 46-cı maddələrinə müvafiq olaraq tədqiq edilmiş bir-biri ilə uzlaşan digər sübutların məcmusundan, o cümlədən Zərərçəkmiş şəxs və Şahid ifadələrindən (bu ifadələr apellyasiya məhkəməsinin qərarında ətraflı təsvir edilib məhkəmələr tərəfindən onların həqiqi məzmununa uyğun olaraq qiymətləndirildiyindən, məhkəmə kollegiyası onların yenidən ətraflı təsvir və şərh edilməsinə zərurət görmür ) və digər hallardan irəli gəlir. Həmçinin digər sübutlarla təkzib edilməyən Məhkum ifadəsindən və onun hadisədən əvvəl və hadisə zamanı nümayiş etdirdiyi davranışdan açıq-aydın görünür ki, o, Zərərçəkmiş şəxs səbəbsiz xəsarət yetirməmiş, o cümlədən Müdafiəçi2 özü mübahisəyə təhrik etməyərək bundan bəhanə kimi istifadə etməmiş, zərərçəkmiş şəxsə yönəlmiş hərəkətlərin əsasında isə, yəni subyektiv qiymətləndir məsində (motiv olaraq) təhqir, sərxoş vəziyyətdə olan zərərçəkmiş şəxsin yolverilməz davranışı olmuşdur. Belə olan halda apellyasiya məhkəməsinin Məhkum cinayətkar hərəkətlərinin (zərərçəkmiş Zərərçəkmiş şəxs sağlamlığına qəsdən az ağır zərər vurmasının) xuliqanlıq niyyəti ilə şərtləndirilməməsi, şəxsi münasibətlərdən törəməsi barədə qənaəti, müvafiq olaraq Məhkum əməlini Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsindən 127.1-ci maddəsinə tövsif etməsi də sübut etməyə dair cinayət-prosessual normaların pozulması ilə əldə olunmuş, qanunsuz və əsassız nəticə kimi qiymətləndirilə bilməz. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində göstərilən pozuntulara yol verilməməsi haqqında nəticəyə gəlib, kassasi ya protestində irəli sürülmüş dəlillərə görə mübahisələndirilən məhkəmə qərarının ləğv edilməsini mümkün hesab etmir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməməsinə dair təqsirləndirilən şəxs Məhkum, kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 08 avqust 2023-cü il tarixli 1(103)-1636/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Dövlət ittihamçısı Məmmədova Təranə Yavər qızı tərəfindən veril miş kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 avqust 2023-cü il tarixli 1(103)-1636/2023 nömrəli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar