Məhkəmə qərarları › İş №1(102)-334/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-334/2025

02.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-334/2025 02.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4, Məhkum1 müdafiəçisi – XXX11nun vəkili Müdafiəçi4 və Məhkum2 müdafiəçisi – “XXX12” Vəkil Bürosunun vəkili Müdafiəçi5 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 iyul 2024-cü il tarixli 1(103) – 773/2024 nömrəli qərarından Azərbaycan Resp ublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə və Məhkum1 müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli 1(101) – 145/2024 nömrəli hökmü ilə (sədrlik edən hakim S.S.Hüseynov, hakimlər A.Ə.Məcidov və Ə.Q.Quliyevdən ibarət məhkəmə tərkibi) Məhkum1 (xx xxxxxx 1989-cu il tarixdə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan3ndə qeydiyyatda olmaqla, faktiki ünvan4ndə yaş amış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.3, 120.2.6, 32.4,120.2.5, 178.2.1, 178.2.4 və 245-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək, Cinayət Məcəlləsinin 120.2.1, 120.2.3, 120.2.6 və 32.4,120.2.5-ci maddələri ilə 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 245-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla qəti olaraq 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum1 5 mart 2022-ci il tarixdən 20 may 20 22-ci tarixədək həbsdə saxlanıldığı 2 (iki) ay 15 (on beş) gün müddət təyin edilmiş cəzaya daxil edilərək həmin cəzadan çıxılmaqla ona qəti olaraq 17 (on yeddi) il 9 (doqquz) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 31 may 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Məhkum2 (xx xx xx 1992-ci il tarixdə ünvan5ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan6ndə qeydiyyatda olmaqla həmin kənddə yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.3, 120.2.5, 120.2.6 və 245ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək, C inayət Məcəlləsinin 120.2.1, 120.2.3, 120.2.5 və 120.2.6-cı maddələri ilə 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 245-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla qəti olaraq 17 (on yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 31 may 2022-ci il tarixdən hesablanması, Məhkum2 narkomaniyadan müalicə olunması üçün barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 iyul 2024-cü il tarixli qərarı ilə (səd rlik edən və məruzəçi hakim M.Ə.Abbasov, hakimlər R.A.Qaraqurbanlı və A.F.İbrahimovdan ibarət məhkəmə tərkibi) Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti və Məhkum1 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 iyul 2024-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti və Məhkum1 müdafiəçisi Müdafiəçi4 tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Hökmə əsasən Məhkum1 qabaqcadan əlbir olan bir qrup şəxs qismində ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar və başqa cinayəti gizlətmək məqsədi ilə qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatd an məhrum etmiş, ələ alma, sövdələşmə üsulları ilə başqa şəxsi sifariş əsasında qəsdən adam öldürmə, qəsdən həyatdan məhrum etmə cinayət əməlini törətməyə təhrik etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində meyit üzərində təhqiredici hərəkətlər etmiş və qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, faktiki rəhbərlik etməklə tanışı Zərərçəkmiş şəxs1 adına xx xx xx 2018-ci il tarixdə XXX15ndə vergi ödəyicisi kimi qeydiyyata alınmış, hüquqi ünvanları Bakı şəhəri, Xətai rayonu, ünvan 2EN: **********), "xxxx" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********), "xxxx" MMC (VÖEN: **********), "xxxx" MMC-lər (VÖEN: **********) v ə 13 mart 2018-ci il tarixdə direktoru olduğu XXX15ndə vergi ödəyicisi kimi qeydiyyata alınmış, hüquqi ünvanı ünvan 3MC (VÖEN: **********) və digər istintaqa məlum olmayan cəmiyyətlər vasitəsi ilə icra etmiş olduğu maliyyə əməliyyatları nəticəsində yaranmış külli miqdarda vergi borcunun dövlət büdcəsinə ödənilməsindən yayınması faktı ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli və həmin cinayət işinə birləşdirilmiş ********* və ********* nömrəli cinayət işləri üzrə XXX16ndə Zərərçəkmiş şəxs1 20-21 iyun 2019-cu il tarixdə və xx xx xx 2020-ci il tarixdə ümumilikdə 7 dəfə qanuni əsaslarla şahid və şübhəli şəxs qismində ifadə verdiyini, ifadələrində onun və qardaşı Şahid4 adını çəkdiyini, külli miqdarda vergilər i dövlət büdcəsinə ödəməkdən yayınma cinayət əməlinin törədilməsində onları ifşa edərək törətmiş olduqları cinayətlər haqqında hakimiyyət orqanına məlumat verdiyini eşitmiş, habelə, 16 mart 2020-ci il tarixdə saat 19 radələrində ünvan8, “XX11” Ticarət Mərkəzinin qarşısında tanışı Məhkum2 ilə görüşərkən sonuncu ona həmin gün birlikdə yemək yeyib spirtli içki qəbul edərkən Zərərçəkmiş şəxs1 xx xx xx 2020-ci il tarixdə XXX16nə gedib onun və qardaşı Şahid4 əleyhinə yeni faktlarla bağlı ifadə verəcəyini nəql etdiyini bildirmiş, Zərərçəkmiş şəxs1 hüquqa uyğun qaydada onları ifşa edən cinayət xarakterli məlumatları istintaq orqanına bildirməsindən, eləcə də, digər qanunsuz hərəkətləri barədə təkrarən ifadə verəcəyi halda törətmiş olduqları digər cinayət əməllərinin üstünün açılmaqla gec-tez cinay ət məsuliyyətinə cəlb ediləcəyindən hiddətlənib, özünə qarşı edilmiş hərəkəti “orqana məlumat verən, satan” kimi qiymətləndirib ictimai borcunu yerinə yetirən Zərərçəkmiş şəxs1 qisas almaq niyyəti ilə və törətmiş olduğu başqa cinayəti gizlətmək məqsədi ilə qəsdən öldürmək, yəni təfəkküründə yaratdığı tələbatını qanunazidd yolla - cinayət törətməklə təmin etmək qərarına gəlmiş, adına yaratmış olduğu cəmiyyətlərlə maliyyə əməliyyatlarını icra edən Məhkum2 cinayətkar niyyətini bildirdiyi zaman onlar Zərərçəkmiş şəxs1 təkrarən ifadə verməsi üçün XXX16nə gedəcəyi halda özü və qardaşı Şahid4lə yanaşı, Məhkum2la bağlı da ifadə vermə ehtimalının olması qənaətinə gəlmiş, o, artıq Məhkum2 Zərərçəkmiş şəxs1 qarşı intiqam və qisas hissinin olmasını duyub Məhkum2 ələ alıb ortaq problemlərini birgə icra etməyin, yəni Zərərçəkmiş şəxs1 qətlə yetirməyin qaçılmaz olduğunu bildirərək işin icrası üçün Məhkum2 əlavə olaraq 10000 (on min) manat pul verə biləcəyi imkanına malik olduğunu bildirməklə sifarişlə qəsdən adam öldürmə cinayət əməlinin törədilməsinə Məhkum2 təhrik etməklə onunla sövdələşmiş, Məhkum2 qəbul etdiyi sifarişi yerinə yetirmək, başqa cinayəti gizlətmək məqsədilə ictimai borcunu yerinə yetirən Zərərçəkmiş şəxs1 qəsdən öldürməkdə onunla birgə iştirak edəcəyini, yəni qətlə yetirmədə ifadə olunan cinayətin obyektiv cəhətinin icrasında onunla razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, törədəcəkləri cinayət əməli barəsində hazırladıqları plana əsasən o, istifadəsində olmuş ***-***-**-** saylı mobil telefondan Zərərçəkmiş şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə xx xx xx 2020-ci il tarixdə 5 dəfə, sonuncu dəfə saat 23:54-də zəng edərək Zərərçəkmiş şəxs1 guya əziyyət çəkdiyi narkotik vasitələrin asılılığından müalicə etdirmək məqsədilə onu XXX25nə yerləşdirəcəklərini deyib daha inandırıcı olması üçün özü ilə zəruri geyim və digər əşyalar götürməsini tapşırmış, 16 mart 2020-ci il tarixdə saat 23 radələrində Məhkum2 istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrlə əlaqə saxlayaraq onunla plana uyğun olaraq ünvan27 ərazisində yerləşən “X26” restoranının yaxınlığında görüşüb guya narkoloji mərkəzə aparacaqları adı ilə Zərərçəkmiş şəxs1 özünə aid zəruri əşyalarla birlikdə həmin yerə gəlməsi üçün istifadəsində olmuş ***-***-**** saylı mobil telefondan Zərərçəkmiş şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı m obil nömrəyə xx xx xx 2020-ci il tarixdə saat 00:15 və 00:22-də yenidən zəng edərək sonuncunu olduqları yerə çağırmış, bir müddət sonra Zərərçəkmiş şəxs1 görüş yerinə gələrək dövlət qeydiyyat nişanı istintaqla müəyyən edilməyən avtomobilin ön oturacağında, özü sükan arxasında, Məhkum2 isə sağ arxa oturacaqda əyləşmiş, Zərərçəkmiş şəxs1 öldürmək üçün əlverişli, yəni kimsənin olmadığı əraziyə aparmaq məqsədilə hərəkət edib inandırıcı olması üçün yol boyu tanışlıqları və sair müxtəlif mövzularda söhbət edərək ətrafda kimsənin olmadığı Bakı şəhəri, ünvan28 ərazisində, “XX11” Ticarət Mərkəzinin qarşısından XX15 - XX16 yolu ilə ünvan12 istiqamətində 2,22 km hərəkət etdikdə yolun solunda 110 metr içəriyə doğru avtomobili hərəkət etdirib 40°22'27.7"N 49°48'19.1"E koordinatlarda yerləşən ərazidə 17 mart 2020-ci il tarixdə saat 1-2 radələrində üzəri qamışlıqlarla örtülü bataqlıq əraziyə çatdıqda ictimai borcunu yerinə yetirməklə əlaqədar, yəni külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayınma cinayət əməlinin törədilməsində onu və qardaşı Şahid4 ifşa edib cinayət haqqında hakimiyyət orqanına məlumat verməsi, habelə başqa cinayəti gizlətmək, yəni 17 mart 2020-ci il tarixdə istintaq orqanına gedib digər cinayət xarakterli məlumatları barədə bildirməsinin qarşısını almaq məqsədilə Zərərçəkmiş şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən öldürmək, sonuncunu qəsdən həyatdan məhrum etmək məqsədilə əməllərinin ictimai təhlükəli nəticəsini qabaqcadan görüb bunu arzulayaraq arxa oturacaqda əyləşmiş Məhkum2 Zərərçəkmiş şəxs1 qəsdən boğması üçün aralarında əvvəlcədən raz ılaşdırılmış formada sağ əli ilə sağ qulağını qaşımaqla işarə verdikdən sonra Məhkum2 əvvəlcədən hazır vəziyyətdə əlində tutduğu istintaqla müəyyən edilməyən kəməri avtomobilin ön sərnişin oturacağında əyləşmiş Zərərçəkmiş şəxs1 arxadan boğazına keçirməklə onu bərk özünə tərəf sıxaraq boğmağa başlamış, həmin vaxt kəmərin Zərərçəkmiş şəxs1 boğazına tam keçmədiyini və sonuncunun onlara müqavimət göstərdiyini, əli ilə kəməri özündən kənarlaşdırmağa çalışdığını görüb o, dərhal sükan arxasından Zərərçəkmiş şəxs1 doğru çevrilərək əlləri ilə Zərərçəkmiş şəxs1 ağzına keçmiş kəməri aşağı sürüşdürməklə boğazına keçirərək əlləri ilə onun hər iki əlini tutub bir neçə dəqiqə ərzində bu vəziyyətdə saxlamaqla Məhkum2 onu boğması üçün əlverişli şərait yaratmaqla ələ alma, sövdələşmə üsulları ilə Məhkum1u sifariş əsasında qəsdən adam öldürmə, qəsdən həyatdan məhrum etmə cinayət əməlini törətməyə təhrik edib qabaqcadan əlbir olan bir qrup şəxs qismində ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar və başqa cinayəti gizlətmək məqsədi ilə Zərərçəkmiş şəxs1 qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmiş, Zərərçəkmiş şəxs1 öldüyünə tam əmin olduqdan sonra törətmiş olduqları cinayətin ictimai təhlükəliliyini daha da artıraraq Zərərçəkmiş şəxs1 meyitini avtomobilin arxa salonuna keçirtməklə qabaqcadan əlbir olduğu Məhkum2la birlikdə bir qrup şəxs halında həmin gün saat 4 radələrində ünvan15 ərazisində XX30-XX32 yolu ilə hərəkət edərək ünvan21nə çatmamış, yolun solunda meşəlik sahədə, 40°42'50.0"N 48°11'45.6"E koordinatlarda yerləşən ərazidə meyitin üzərinə Zərərçəkmiş şəxs1 özü ilə götürmüş olduğu paltarlarını, əşyalarını, meşədən yığdıqları odunları yığdıqdan sonra özləri ilə götürdükləri tərkibi istintaqla müəyyən edilməyən yandırıcı maddəni səpib yandıraraq qabaqcadan əlbir olan bir qrup şəxs qismində meyit üzərində təhqiredici hərəkətlər etmişdir. Bundan başqa o, tanışı Şahid18 vasitəsi ilə tanıdığı Zərərçəkmiş şəxs2 2021-ci ilin oktyabr ayında Şuşa şəhəri “XX32”ndə çadır şəhərciyinin salınması işinin görülməsi müqabilində xidmət haqqı olaraq almalı olduğu 31223 (otuz bir min iki yüz iyirmi üç) manat pul vəsaitini nağdlaşdırmaq istədiyini, lakin hər hansı bankda hesab nömrəsi olmadığı üçün icra edə bilmədiyini eşidib tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs2 əmlakını ələ keçirmək məqsədilə adına yaratmış olduğu cəmiyyətl ərlə maliyyə əməliyyatları icra edən tanışı Şahid17 və sonuncunun dostu Şahid16 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşmiş, Zərərçəkmiş şəxs2 əmlakının ələ keçirilməsinə yönəlmiş yalan məlumatlar əsasında, yəni qrup üzvü Şahid16 direktoru olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" ASCdə olan hesab nömrəsinə köçürüldükdən sonra guya çıxarılıb verilməsi ilə bağlı köməklik göstərə biləcəkləri barədə Şahid18 vasitəsi ilə Zərərçəkmiş şəxs2 bildirib sonuncunun inam və etibarını qazanmış, qrup üzvləri arasında əvvəlcədən hazırlanmış cinayətkar planın davamı kimi, yəni üzərlərinə götürdükləri öhdəliyi yerinə yetirmək niyyətləri olmadan özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətlərinə keçirmək məqsədilə aralarında yaranmış etibarlı münasibətlərdən sui istifadə edib Zərərçəkmiş şəxs2 məxsus xeyli miqdar təşkil edən 31223 (otuz bir min iki yüz iyirmi üç) manat pul vəsaitinin sonuncunun razılığı əsasında 24 noyabr 2021-ci il tarixdə Şahid16 direktoru olduğu "xxxx" MMC-nin "xxxx" ASC-nin ünvan 4 ünvanında fəaliyyət göstərən 2 saylı filialındakı AZ78GUNA******************** bank hesabına köçürülməsini təmin etməklə özgə əmlakı üzərində istədikləri kimi sərəncam vermək imkanı əldə etdikdən sonra həmin pul vəsaitini 26 noyabr 2021-ci il tarixdə "xxxx" ASC-nin ünvan27 ünvanında yerləşən Xətai filialında olan AZ86RBTA******************** saylı şəxsi hesab nömrəsinə köçürülməklə ələ keçirilmiş 31223 (otuz bir min iki yüz iyirmi üç) manat məbləğində pul vəsaitini plana uyğun olaraq 26 noyabr 2021-ci il tarixdə sonuncu hesabdan nağdlaşdıraraq qrup üzvləri Şahid16 və Şahid17la bölüb şəxsi ehtiyaclarına sərf etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs2 məxsus 31223 (otuz bir min iki yüz iyirmi üç) manat məbləğində pul vəsaitini ələ keçirib xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Hökmə əsasən Məhkum2 sifariş aldığı şəxslə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs qismində ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar və başqa cinayəti gizlətmək məqsədi ilə qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində meyit üzərində təhqiredici hərəkətlər etmişdir. Belə ki, o, 16 mart 2020-ci il tarixdə gündüz saatlarında ortaq tanışları olan Zərərçəkmiş şəxs1 ilə birlikdə ü nvan28, ünvan33 ərazisində spirtli içki qəbul edərkən Zərərçəkmiş şəxs1 XXX16ndə Məhkum1 və sonuncunun qardaşı Şahid4 əleyhinə yəni, onların ayrı-ayrı şəxslərin adına yaratmış olduqları cəmiyyətlər vasitəsi ilə icra etmiş olduqları maliyyə əməliyyatları nəticəsində yaranmış külli miqdarda vergi borcunu dövlət büdcəsinə ödəməkdən yayınmaları barədə ifadə verdiyini, xx xx xx 2020-ci il tarixdə gedib təkrarən, bu dəfə isə başqa xüsusatlarla bağlı ifadə verəcəyini bildikdən sonra həmin gün saat 19 radələrində istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən tanışı Məhkum1 istifadəsində olmuş xxx-xxx-xx-xx saylı mobil nömrəyə zəng edərək onunla ünvan8, “XX11” Ticarət Mərkəzinin qarşısında görüşmüş və söhbət zamanı ona bu haqda məlumat vermiş, Məhkum1 ona Zərərçəkmiş şəxs1 birgə öldürmək m üqabilində 10.000 (on min) manat pul verəcəyini bildirdikdə, o, Məhkum1 onun adına da cəmiyyətlər yaratdığını və həmin cəmiyyətlər vasitəsi ilə icra etmiş olduğu maliyyə əməliyyatları nəticəsində onun da vergi borcunu yarandığını, Zərərçəkmiş şəxs1 təkrarən ifadə verməsi üçün XXX16nə gedəcəyi halda hüquqa uyğun qaydada Məhkum1, sonuncunun qardaşı Şahid4 ifşa edən cinayət xarakterli məlumatları istintaq orqanına bildirməsi, eləcə də digər qanunsuz hərəkətləri barədə təkrarən ifadə verəcəyi ilə yanaşı, onun da barəsində ifşa edici cinayət xarakterli məlumatlarla bağlı ifadə verəcəyi, gələcəkdə həmin faktlarla bağlı da araşdırma aparıla biləcəyi və törətmiş olduqları cinayət əməllərinin üstünün açılmaqla gec-tez cinayət məsuliyyətinə cəlb ediləcəyi ehtimalının olması qənaətinə gəlmiş, bundan hiddətlənərək onda Zərərçəkmiş şəxs1 qarşı intiqam və qisas hissi yaranmış, ortaq problemlərini birgə həll etməyin, yəni Zərərçəkmiş şəxs1 qətlə yetirməyin qaçılmaz olduğunu düşünərək və qətli sifariş edən Məhkum1 əlavə olaraq 10 000 (on min) manat pul ala biləcəyi imkanının olduğunu düşünərək sonuncunun təhriki əsasında qeyd olunan mükafat müqabilində üzərinə götürmüş olduğu sifarişi Məhkum1 aktiv dəstəyi ilə yerinə yetirəcəyini bildirməklə başqa cinayəti gizlətmək məqsədilə ictimai borcunu yerinə yetirən Zərərçəkmiş şəxs1 qəsdən öldürməkdə onunla birgə iştirak edəcəyini, yəni qətlə yetirmədə ifadə olunan cinayətin obyektiv cəhətinin icrasında onunla razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, 16 mart 2020-ci il tarixdə saat 23 radələrində istifadəsində olmuş ***-** ***-** və ***-***-**-** saylı mobil nömrələrdən Məhkum1 istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrlə əlaqə saxlayaraq onunla plana uyğun olaraq ünvan27 ərazisində yerləşən “X35” restoranının yaxınlığında görüşmüş, Məhkum1 çağırışı əsasında guya əziyyət çəkdiyi narkotik vasitələrin asılılığından müalicə olunmaq məqsədilə XXX25nə yerləşdirəcəyini düşünərək özü ilə zəruri geyim və digər əşyalarla birlikdə yanlarına gəlmiş Zərərçəkmiş şəxs1 qarşılayaraq dövlət qeydiyyat nişanı istintaqla müəyyən edilməyən avtomobilin özü sağ arxa oturacağında, Məhkum1 sükan arxasında, Zərərçəkmiş şəxs1 isə sağ ön oturacağında əyləşmiş, Zərərçəkmiş şəxs1 öldürmək üçün əlverişli, yəni kimsənin olmadığı əraziyə aparmaq məqsədilə hərəkət edib, inandırıcı olması üçün yol boyu tanışlıqla rı və sair müxtəlif mövzularda söhbət edərək ətrafda kimsənin olmadığı Bakı şəhəri, ünvan28 ərazisində, “XX11” Ticarət Mərkəzinin qarşısından XX26-XX28 yolu ilə ünvan19 istiqamətində 2.22 km hərəkət etdikdə yolun solunda 110 metr içəriyə doğru avtomobili hərəkət etdirib 40o22'27.7"N 49°48İ19.1"E kordinatlarda yerləşən ərazidə 17 mart 2020-ci il tarixdə saat təxminən 1-2 radələrində üzəri qamışlıqlarla örtülü bataqlıq əraziyə çatdıqda sifarişlə yəni, Məhkum1 onunla birlikdə Zərərçəkmiş şəxs1 öldürmək sifarişini icra etmək müqabilində vəd etmiş olduğu 10000 (on min) manat pul mükafatını qazanmaq niyyəti ilə və Zərərçəkmiş şəxs1 ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar və başqa cinayəti gizlətmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən öldürmək, sonuncunu qəsdən hə yatdan məhrum etmək məqsədilə əməllərinin ictimai təhlükəli nəticəsini qabaqcadan görüb bunu arzulayaraq Zərərçəkmiş şəxs1 qəsdən boğmağa başlaması üçün sükan arxasında əyləşmiş Məhkum1 aralarında əvvəlcədən razılaşdırılmış formada sağ əli ilə sağ qulağını qaşımaqla işarəsini gördükdən sonra, hazır vəziyyətdə əlində tutduğu istintaqla müəyyən edilməyən özünə məxsus kəməri avtomobilin ön sərnişin oturacağında əyləşmiş Zərərçəkmiş şəxs1 arxadan boğazına keçirməklə onu bərk özünə tərəf sıxaraq boğmağa başlamış, həmin vaxt kəmərin Zərərçəkmiş şəxs1 boğazına tam keçmədiyini və sonuncunun onlara müqavimət göstərdiyini, əli ilə kəməri özündən kənarlaşdırmağa çalışdığını görən Məhkum1 dərhal sükan arxasından Zərərçəkmiş şəxs1 doğru çevrilərək əlləri ilə Zərərçəkmiş şəxs1 ağzına keçmiş kəməri aşağı sürüşdürməklə boğazına keçirərək əlləri ilə onun hər iki əlini tutub saxladıqdan sonra Zərərçəkmiş şəxs1 artıq boğazına keçmiş kəməri əlləri ilə tutub sıxaraq bir neçə dəqiqə ərzində bu vəziyyətdə saxlamaqla sifariş aldığı Məhkum1lə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs qismində ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar və başqa cinayəti gizlətmək məqsədi ilə Zərərçəkmiş şəxs1 qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmiş, Zərərçəkmiş şəxs1 öldüyünə tam əmin olduqdan sonra törətmiş olduqları cinayətin ictimai təhlükəliliyini daha da artıraraq Zərərçəkmiş şəxs1 meyitini avtomobilin arxa salonuna keçirtməklə qabaqcadan əlbir olduğu Məhkum1lə birlikdə həmin gün saat 04 radələrində ünvan15 ərazisində XX22-XX24 yolu ilə hərəkət edərək ünvan11nə çatmamış, yolun solun da meşəlik sahədə, 40°42'50.0"N 48°1T45.6"E kordinatlarda yerləşən ərazidə meyitin üzərinə Zərərçəkmiş şəxs1 özü ilə götürmüş olduğu paltarlarını, əşyalarını, meşədən yığdıqları odunları yığdıqdan sonra özləri ilə götürdükləri tərkibi istintaqla müəyyən edilməyən yandırıcı maddəni səpib yandıraraq qabaqcadan əlbir olan bir qrup şəxs qismində meyit üzərində təhqiredici hərəkətlər etmişdir. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, Məhkum1 və Məhkum2 şəxsiyyətlərinə, törətdikləri cinayətlərinin xarakterinə və ictimai təhlükəlilik dərəcələrinə uyğun olmayan, cəzanın məqsədlərinin təmin edilməsi üçün kifayət etməyən həddindən artıq yüngül cəza təyin edilmiş, cinayət qanununun cəzanın təyin edilməsi məsələləri ni tənzimləyən normalarının tələbləri pozulmuşdur. Kassasiya protestində xüsusilə ona istinad olunur ki, Məhkum1 və Məhkum2 təyin olunmuş azadlıqdan məhrum etmə cəzaları dövlət ittihamçısının birinci instansiya məhkəməsində hər bir cinayətə və cinayətlərin məcmusuna görə təklif etdiyi cəzalardan müddətinə görə çox fərqlənir (dövlət ittihamçısı tərəfindən Məhkum1 Cinayət Məcəlləsinin 120.2.1, 120.2.3, 120.2.6, 32.4,120.2.5-ci maddələri ilə 19 il 6 ay müddətə, 178.2.1, 178.2.4-cü maddələri ilə 3 il müddətə, 245-ci maddəsi ilə 4 il müddətə, qəti olaraq 20 il müddətə azadlıqdan məhrum etmə cəzalarının təyin edilməsi, Məhkum2 isə Cinayət Məcəlləsinin 120.2.1, 120.2.3, 120.2.5, 120.2.6-cı maddələri ilə 19 il müddətə, 245-ci maddəsi ilə 4 il müddətə, qəti olaraq 20 il müddətə azadlıqdan məhrum et mə cəzalarının təyin edilməsi təklif olunmuşdur). Həmçinin, dövlət ittihamçısı hesab edir ki, məhkəmələr tərəfindən cəza təyin edilərkən, qəsdən adam öldürmə və digər cinayətlərlə qəsd olunan obyektlərin xüsusiyyətləri, zərərçəkmiş şəxsin hüquqi varisinin təqsirkarlara ən ağır cəza təyin edilməsinin zəruriliyinə dair mövqeyi, Şahid18 və Məhkum2 bir cinayətə görə deyil, cinayətlərin məcmusuna görə təqsirli bilinmələri, cəzanı yüngülləşdirən halların olmaması nəzərə alınmamışdır. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 iyul 2024-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Məhkum1 müdafiəçisi Müdafiəçi4 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qanunun tələbləri pozulmuş, o cümlədən işdə heç bir şahid ifadəsinin olmaması, digər sübutların qeyri-konkret və şübhəli olması, müdafiə tərəfinin birinci instansiya məhkəməsində qaldırdığı vəsatətlər nəzərə alınmamış, nəticədə Məhkum1 hər hansı bir cinayət törətmədiyi, o cümlədən Məhkum2la zərərçəkmiş Zərərçəkmiş şəxs1 öldürmək barədə razılaşmadığı, onlarla birlikdə avtomobildə olmadığı və heç bir yerə getmədiyi halda, onun barəsində birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.3, 12 0.2.6, 32.4,120.2.5, 178.2.1, 178.2.4-cü maddələri ilə təqsirli bilinməsinə dair hökm çıxarılmış və bu hökm apellyasiya instansiyası məhkəməsi tərəfindən də dəyişdirilmədən saxlanılmışdır. Müdafiəçi4 kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1.1 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 iyul 2024-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından h əmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində məhkəmələr tərəfindən Məhkum1 və Məhkum2 onların məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar düzgün nəzərə alınmadan yüngüllüyünə görə şəxsiyyətlərinə, əməllərinin xarakterinə və ictimai təhlükəlilik dərəcələrinə uyğun olmayan cəzaların təyin olunduğunu iddia edərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, işin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi barədə kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əsaslandırmışdır. Məhkum1 müdafiəçisi Müdafiəçi4 kassasiya şikayətində m əhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qanunun tələblərinə əməl olunmadığını, nəticədə təqsirliliyi sübuta yetirilmədiyi, hər hansı bir cinayətə aidiyyəti olmadığı halda Məhkum1 barəsində ittiham hökmünün çıxarıldığını və həmin hökmün apellyasiya instansiyası məhkəməsi tərəfindən də dəyişdirilmədən saxlanıldığını iddia edib, mübahisələndirilən qərarın ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası CPM-in 416.1.1 və 416.1.21-ci maddələri, habelə kassasiya şikayətinin məzmununa görə həmin Məcəlləsinin 416.1.2, 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini və Məhkum1 m üdafiəçisinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 iyul 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Müdafiəçinin Məhkum1 təqsirliliyi sübuta yetirilmədiyi, hər hansı bir cinayətə aidiyyəti olmadığı halda, əsassız olaraq məhkum edilməsinə dair iddiasının əksinə olaraq, Məhkum1 ona isnad edilən, hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayətkar hərəkətləri törətməsi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, yolverilənliyi təkz ib edilməmiş, bir-biri ilə uzlaşan sübutların məcmusu ilə sübuta yetirilib, tam, hərtərəfli və obyektiv araşdırılmış hallara əsasən müəyyən edilmişdir. Belə ki, Məhkum1 hazırki qərarın “İşin halları” bölməsində təsvir olunmuş əməlləri törətməsi onun özünün və Məhkum2 ibtidai istintaq zamanı verdikləri, məhkəmədə CPM-in 327.1.3-cü maddəsinin tələblərinə müvafiq surətdə elan edilməklə tədqiq olunmuş etirafedici ifadələri, zərərçəkmiş şəxsin hüquqi varisi X1, Zərərçəkmiş şəxs2, şahidlər Şahid19, X3, Şahid1, Şahid3 nun, Şahid20 nun - məhkəmədə, digər şahidlərin ibtidai istintaqda verdikləri, CPM-in 329 və 327.1.2-ci maddələrinin tələblərinə müvafiq olaraq məhkəmədə elan edilərək tədqiq olunmuş ifadələri, 28 mart 2020-ci il tarixli “hadisə yerinə baxış” və “meyitə baxış” protokolları, 30 apre l 2020-ci il tarixli “meyitin qəbirdən çıxarılması haqqında protokol”, çoxsaylı “telefon danışıqlarına baxış keçirilməsi haqqında” protokollarla, məhkəmə-tibbi və digər məhkəmə ekspertizalarının rəyləri, sənədlər və digər sübutlarla təsdiq olunmuşdur. Qeyd olunan və digər sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı təsvir edilib, onların həqiqi məzmunlarına uyğun olaraq və bir-biri ilə müqayisə edilməklə şərh edildiyindən və məhkəmələr öz mülahizələrini həmin sübutların obyektiv qiymətləndirilməsi üzərində qurduğundan, kassasiya şikayətlərində göstərilənlər isə məhkəmələrin sözügedən məsələlər üzrə gəldikləri nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir edilməsini zəruri saymır və məhkəmələrin Məhkum1 hərəkətlərinin faktiki məzmunu, onların sübuta yetirilmiş olması, bu hərəkətlərin Cinayət Məcəlləsinin 120.2.1, 120.2.3, 120.2.6, 178.2.1, 178.2.4-cü maddələrinin dispozisyaları ilə uyğunluq təşkil etməsi üzrə yekun qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Məhkum1 əməllərinin Cinayət Məcəlləsinin 32.4, 120.2.5 və 245-ci maddələri ilə tövsif edilməsinə gəlikdə, məhkəmə kollegiyası aşağıdakılara görə bu hissədə birinci və apellyasiya instansiyası məhkəmələri ilə razılaşmır. Hökmdən və apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, məhkəmələr Məhkum1 CM-in 32.4, 120.2.5-ci maddələri ilə təqsirli olması haqqında nəticəyə gələrkən buna əsas verən faktiki hallar qismində ona istinad etmişlər ki, Məhkum1 10000 manat məbləğində pul vəd etməklə Məhkum 2 zərərçəkmiş Zərərçəkmiş şəxs1 öldürməyə təhrik etmişdir. Lakin bu zaman məhkəmələr Cinayət Məcəlləsinin 33.3-cü maddəsinin tələbini nəzərdən qaçırmışlar. Həmin normada təsbit edilmişdir ki, “Cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, bu Məcəllənin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər”. Hazırki iş üzrə məhkəmələr tərəfindən müəyyən edilmiş sayılan faktiki hallara görə isə Məhkum1 Zərərçəkmiş şəxs1 öldürülməsi üçün Məhkum2la qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib Məhkum2la birgə qəsdən adam öldürmə cinayətini icra etmişdir (Zərərçəkmiş şəxs1 həyatdan məhrum edilməsində bilavasitə iştirak etmişdir). Məhz buna görədir ki, Zərərçəkmiş şəxs1 qəsdən həyatdan məhrum edilməsi ilə əlaqədar Şahid18 və Məhkum2 sözügedən gedən cinayətin birgə icraçıları kimi Cinayət Məcəlləsinin 120.2.1, 120.2.3, 120.2.6-cı maddələri, Məhkum2 isə həm də müstəsna olaraq ona aid olan CM-in 120.2.5-ci maddəsi ilə təqsirli bilinmişlər. Odur ki, məhkəmə kollegiyası CM-in 33.3-cü maddəsinin tələbindən və hazırkı iş üzrə müəyyən edilmiş faktiki hallardan çıxış edərək, Məhkum1 əməllərinə CM-in 32.4, 120.2.5-ci maddəsinin şamil edilməsini (sifarişlə adam öldürməyə təhrik etmədə təqsirli bilinməsini) qanunsuz hesab edir. Məhkum1 Cinayət Məcəlləsinin 245-ci maddəsi ilə təqsirli bilinməsinə əsas olmuş faktiki hallardan aydın olur ki, o, həmin maddə ilə ona görə təqsirli bilinmişdir ki, Məhkum2la birgə (qabaqcadan əlbir olan bir qrup şəxs olaraq) zərərçəkmiş Zərərçəkmiş şəxs1 “XX11 – XX12” yolu ərazisində qəsdən öldürdükdən sonra meyiti ünvan15nun ərazisinə - ünvan7nin yaxınlığındakı meşəyə daşıyıb orada meyiti onun üzərinə Zərərçəkmiş şəxs1 özü ilə götürdüyü paltarları, digər əşyaları və meşədən yığdıqları odunları yığdıqdan və yandırıcı maddə səpdikdən sonra yandırmışlar. Qeyd olunan cinayət CM-in 245-ci maddəsinin dispozisiyasında “Qəbir və ya meyit üzərində təhqiredici hərəkət” şəklində təsbit edilmişdir. Dispozisiya ilə meyitə yönəlik hərəkətin təhqiredici xarakterə malik olması ehtiva olunduğu üçün, subyektiv cəhətdən təqsirkarın birbaşa qəsdlə hərəkət etməsi, yəni meyit üzərində etdiyi hərəkətlərin təhqiredici xarakterdə olduğunu dərk etməsi və bununla yanaşı həmin hərəkətləri törətməsini arzu etməsi tələb olunur. Hazırki işin hallarından, o cümlədən Məhkum1 və Məhkum2 ibtidai istintaq zamanı verdikləri etirafedici ifadələrdən görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs1 meyitini hadisə yerindən ünvan15ndakı meşəli əraziyə aparmaqda və orada meyiti yandırmaqda onların məqsədi, meyit üzərində təhqiredici hərəkətlər etmək deyil, qəsdən adam öldürmə cinayətinin izlərini itirmək olmuşdur. Yəni, onlar nəinki meyit üzərində təhqiredici hərəkətlər törətməyi arzu etməmişlər, hərəkətləri başqa (meyiti yandırıb cinayətin izlərini itirmək kimi) konkret məqsədlə şərtləndirildiyi üçün, onların şüuru ilə hətta buna yol vermələri belə əhatə olunmamışdır. Qeyd olunan hal cinayət tərkibinin subyektiv cəhətinə aid olan zəruri elementin mövc ud olmadığını göstərir. Cinayət Məcəlləsinin 3-cü maddəsində cinayət məsuliyyətinin yaranması cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olması ilə şərtləndirildiyindən, Şahid18 və Məhkum2 əməllərində isə CM-in 245-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin subyektiv cəhətinin əlamətləri müəyyən edilmədiyindən, onların əməllərinin həmin maddə ilə, Məhkum1 əməlinin isə həm də 32.4, 120.2.5-ci maddələri ilə tövsif edilməsi Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsində nəzərdə tutulmuş, məhkəmə qərarlarının Şahid18 və Məhkum2 CM-in 245-ci maddəsi ilə məhkum edilmələri hissəsində ləğv edilməsini, Şahid18 CM-in 32.4, 120.2.5-ci maddələri ilə təqsirli bilinməsi hissəsində dəyişdirilməsini tələb edən pozuntu (birinci və apellyasiya instansiyas ı məhkəmələrinin əməllərin hüquqi tövsifində səhvə yol vermələri) kimi qiymətləndirilməli, Şahid18 və Məhkum2 CM-in 245-ci maddəsi ilə məhkum olunmalarına dair hissədə CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilməli, Şahid18 CM-in 32.4, 120.2.5-ci maddələri ilə təqsirli blinməsinə dair müddəalar isə məhkəmə qərarlarından xaric edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum1 əməllərinin hüquqi tövsifinin və təqsirli bilindiyi əməllərin dairəsinin bu şəkildə dəyişdirilməsi (nə qədər ki, məhkəmə kollegiyası ona qəsdən adam öldürmə cinayətinə görə CM-in 120.2.1, 120.2.3, 120.2.6-cı maddələri ilə təyin olunmuş 17 il müddətə azadlıqdan məhrum etmə cəzasını CM-in tələblərinə uyğun və ədalətli cəza hesab edərək onun azaldılması üçün əsas görmür) müstəsna olaraq CM-in 1 20.2.1, 120.2.3, 120.2.6-cı maddələri və CM-in 178.2.1, 178.2.4cü maddələrində nəzərdə tutulmuş cinayətlərin məcmusu üzrə təyin edilən cəzada əksini tapmalı, birinci instansiya məhkəməsinin hökmü ilə CM-in 66.3-cü maddəsinə əsasən qismən toplama yolu ilə müəyyən edilmiş həmin cəza azaldılaraq 17 il 11 aya endirilməli, CM-in 69.3-cü maddəsində əsasən Şahid18 həbsdə saxlanıldığı 2 ay 15 gün həmin cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 17 (on yeddi) il 8 (səkkiz) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Eyni zamanda, Məhkum2 təqsirli bilindiyi əməllərin dairəsinin, CM-in 245-ci maddəsi ilə olan hissədə cinayət təqibinə xitam verilməsi hesabına daralması onu tələb edir ki, Məhkum2 münasibətdə CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu qaydasında cəzanın təyin edilməsinə dair müddəalar məhkəmə qərarlarından xaric edilsin və onun üzərində yalnız hökmlə CM-in 120.2.1, 120.2.3, 120.2.5, 120.2.6-cı maddələri ilə təyin olunmuş 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Məhkəmə heyəti kassasiya şikayəti verməyən Məhkum2 barəsində yuxarıda şərh edilən dəyişikliklərin edilməsi barədə nəticəyə gələrkən CPM-in 419.1-ci maddəsini rəhbər tutur. Belə ki, həmin maddədə təsbit edilmiş müddəaya görə “Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir”. Məhkəmə kollegiyası yuxarıda təsvir edilən (məhkumlara təyin olunmuş cəzanın azaldılmasını şərtləndiriən) hallara görə dövlət ittihamçısının Şahid18 və Məhkum2 təyin olunmuş cəzaların həddindən artıq yüngül olması barədə dəlillərini əsassız hesab edir və həmin dəlillərə görə mübahisələndirilən apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini mümkün saymır. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının, kassasiya şikayətinin təmin edilməsinə, kassasiya protestinin isə təmin edilməməsinə dair müdafiəçilərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, dövlət ittihamçısının kassasiya protesti təmin edilməməli, məhkum Şahid18 müdafiəçisinin kassasiya şikayəti isə qismən təmin edilməklə Məhkum1 və Məhkum2 barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 iyul 2024-cü il tarixli qərarı yuxarıda göstərilən qaydada dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.2 və 419.10.4-cü maddələrini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin, Məhkum1 müdafiəçisi Müdafiəçi4 kassasiya şikayəti qismən təmin edilsin. Məhkumlar Məhkum1 və Məhkum2 barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 iyul 2024-cü il tarixli qərarı və Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli hökmü Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 245-ci maddəsi ilə təqsirli bilinmələrinə dair hissədə ləğv edilsin, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2 -ci maddəsində göstərilən əməldə cinayət tərkibinin olmaması əsası ilə həmin hissədə cinayət təqibinə xitam verilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 iyul 2024-cü il tarixli qərarı və Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli hökmü dəyişdirilsin. Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,120.2.5-ci maddələri ilə təqsirli bilinməsinə, habelə Məhkum2 Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu qaydasında cəzanın təyin edilməsinə dair müddəalar həmin hökm və qərardan xaric edilsin. Məhkum1 birinci instansiya məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 120.2.1, 120.2.3, 120.2.6-cı maddələri ilə təyin olunmuş 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası və Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4-cü maddə ləri ilə təyin olunmuş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanılsın və Məhkum1 cinayətlərin məcmusu üzrə 17 (on yeddi) il 11 (on bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin, CM-in 69.3cü maddəsinə əsasən Şahid18 həbsdə saxlanıldığı 2 (iki) ay 15 (on beş) gün çıxılmaqla onun üzərində qəti olaraq 17 (on yeddi) il 8 (səkkiz) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Məhkum2 üzərində ona birinci instansiya məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 120.2.1, 120.2.3, 120.2.5, 120.2.6-cı maddələrlə təyin olunmuş 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Qalan hissədə hökm və qərar dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar