Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-335/2019 19.02.2019 ALİ MƏHKƏMƏ İş № 1 (102) 335/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ 19 fevral 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Məhkum iştirakları ilə, Sumqayıt şəhər Məhkəməsinin 31 yanvar 2018-ci il tarixli hökmü ilə Məhk um Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 may 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt şəhər Məhkəməsinin 31 yanvar 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Əsgərova Ruhiyyə Orucəli qızı) xx.xx.1994-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 qeydiyyatda olmaqla həmin ünvanda yaşamış X7 Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilinib cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 04 (dörd) il müddətin ə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Zeynallı Fərmayıl Gülmalı oğlu və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə) 03 may 2018-ciil tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 may 2018-ciil tarixli qərarından Məhkum kassasiya şikayəti verərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: Hökmə əsasən Məhkum onda təqsirli bilinib məhkum edilmişdir ki, o, özgənin əmlakını talama məqsədi ilə qardaşı X15 və tanışı X13 ilə qabaqcadan əlbir olan bi r qrup şəxs halında 19 may 2017-ci il tarixdə saat 18 radələrində Sumqayıt şəhəri 42-ci məhəllə Yaşıldərə bağlar massivi ərazisində yerləşən ünvan 2 qarşısında olan tanışı yetkinlik yaşına çatmamış X6 yaxınlaşıb, ondan “Samsung J-7” markalı mobil telefonunu istəmiş, sonuncu mobil telefonu onlara verməkdən imtina etdikdə yumruqla onun bədəninin müxtəlif nahiyələrinə vurmuş, X1 isə yetkinlik yaşına çatmamış X2 arxa tərəfinə keçib fəndlə yerə yıxaraq, ona sol təpə ənsə nahiyəsinin hematoması, sağ qalça və sol qabırğaaltı nahiyənin yumşaq toxumalarının əziyi, sol baldırın qançırı kimi sağlamlığa zərər vurmayan xəsarətlər yetirməklə, sonuncunun həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edib, yetkinlik yaşına çatmamış X2yə məxsus dəyəri 300 manat olan bir ədəd “Samsung J-7” markalı mobil telefonu, həmin mobil telefonun üzərində olan dəyəri 3 manat olan ***-***-**-** saylı və dəyəri 3 manat olan 055-58521-27 saylı mobil nömrələri açıq yolla taladıqdan sonra yetkinlik yaşına çatmamış X2nin yerdən qalxıb, onların arxasınca qışqıraraq mobil telefonunu tələb etməsinə baxmayaraq, əvvəlcədən razılaşdıqları kimi X1in yolun kənarında saxlatdırdığı istintaqa məlum olmayan taksiyə əyləşib, hadisə yerindən uzaqlaşmaqla, zərərçəkmiş şəxsə 306 manat dəyərində ziyan vurmaqla soyğunçuluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ona istinad edilən cinayət əməlini törətməsi sübuta yetirilməmişdir. O, heç bir ifadə verməmiş, heç bir sənədə imza atmamışdır. Qeyd olunanları nəzərə alaraq kassasiya şikayətinin təmin edilməsini xahi ş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 may 2018-ciil tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya k assasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməm əlidir. Məhkum cinayət əməlini şərh olunan qaydada törədərək bir qrup şəxs tərəfindən və insanların həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə özgənin əmlakını açıq talaması məhkəmə istintaqı zamanı özünün etirafı, şahidlərin ifadələri və ekspertiza rəyləri ilə tam sübuta yetirilmişdir. Məhkum ifadəsində göstərmişdir ki, 19 may 2017-ci ildə saat 18 radələrində yaşadıqları Sumqayıt şəhəri 42-ci məhəllə Yaşıldərə bağlar massivi ərazisindəki məhəllədə X1la görüşüb söhbət etmişdir. Həmin vaxt eyni məhəllədə yaşadıqları X2ni görmüşlər. X2 idarə etdiyi velosipedlə məhəllədə yerləşən ünvan 1ə tərəf gedirdi. Həmin vaxt onlar X2nin əlində mobil telefon görmüşlər. Həmin telefonu ələ keçirmək qərarına gəlmişlər. X2 marketə daxil olmuş, aralarında olan razılaşmaya əsasən, dövlət qe ydiyyat nömrəsini və markasını xatırlamadığı taksiyə əyləşmişdir. Qardaşı X3 də taksidə olmuşdur. O, X1 və X3 X2dən ələ keçirdikləri “Samsunq J-7” markalı telefonu “28 May” metrostansiyasının yaxınlığında tanımadıqları telefon alqı-satqı yerlərinin birində X1a məxsus şəxsiyyət vəsiqəsi ilə 150 manata satıb həmin pulu üçü də aralarında bölmüşdür.. O, X2ni vurmadığını bildirmişdir. Zərərçəkmiş şəxs X9 ifadəsində göstərmişdir ki, o, X1 və İmranı təxminən bir ildir ki, qonşuluqdan tanıyır. 19 may 2017-ci ildə saat 21 radələrində yaşadığı mənzildən yaxınlıqda yerləşən marketə getmək üçün çıxmış, həmin vaxt üzərində özünə məxsus “Samsung J-7” markalı mobil telefonu götürmüşdür. Yaşadığı Sumqayıt şəhəri 42-ci məhəllə ərazisində yerləşən 159 nömrəli evin həyətində olan zaman ona tərəf qonşuluqda y aşayan İmran və X1 adlı şəxslər yaxınlaşmışdır. Üzərində telefon olub-olmamasını soruşmuş, o, üzərində özünə məxsus “Samsung J-7” markalı mobil telefon olmasını izah etmişdir. İmran həmin telefonu ona verməsini bildirmişdir. O, səbəbini soruşduqda İmran heç bir söz deməmişdir. O, telefonu İmrana vermək istəmədikdə İmran onun qarın boşluğuna yumruqla vurmuş, daha sonra X1 isə onun arxa tərəfinə keçib, fəndlə yerə yıxmışdır. O, yerə yıxıldıqdan sonra X1 onun əynindəki şalvarının sağ yan cibində olan telefonu götürüb, İmranla birlikdə qaçaraq uzaqlaşmışlar. Şahid qismində dindirilən zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X14 ifadəsində göstərmişdir ki, X1 və İmran adlı şəxsləri yaşadıqları məhəllədən tanıyır. 19 may 2017-ci ildə, o, evdə olan zaman saat 21 radələrində oğlu X2nin evə gələn zama n rənginin ağarmasını, nə olmasını soruşduqda, həyətdə olan zaman X1 və İmran adlı şəxslərin onu döyüb əlində olan “Samsung J7” markalı mobil telefonu almalarını bildirdi. Bundan sonra o, oğlu X2ni götürüb, xəstəxanaya aparmışdır. Birinci instansiya məhkəməsinin iclasında ifadəsi elan olunan ibtidai istintaq dövründə şahid qismində dindirmiş X8 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nəsimi rayonu Azadlıq küçəsində telefon alqı-satqısı ilə məşğul olur. 19 may 2017-ci ildə axşam X1 X3 adlı şəxs ona tərəf yaxınlaşmış, bir ədəd “Samsung J-7” markalı mobil telefon göstərmişdir. Pula ehtiyacı yarandığı üçün satmaq istəməsini bildirdi. Bundan sonra o, telefonu götürüb baxmış, həmin telefona cəmi 150 manat pul verəcəyini bildirmişdir. X1 bir az fikirləşdikdən sonra onunla razılaşmış, o, X1a te lefona görə 150 manat pul vermişdir. Habelə, o, X1 X3un bir ədəd “Samsung J-7” markalı mobil telefonun oğurluq olması barədə ona heç bir məlumat verməməsini bildirmişdir. Məhkəmə-tibbi ekspertizasının 23.05.2017-ci il tarixli 569 saylı rəyi ilə müəyyən olunmuşdur ki, X5 bədəni üzərində başın sol-təpə-ənsə nahiyəsinin hematoması, sağ qalça və sol qabırağaaltı nahiyənin yumşaq toxumalarının əziyi, sol baldırın qançırı kimi xəsarətlər aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərildiyi şəraitdə kənar şəxslər tərəfindən küt alətlə vurulma nəticəsində əmələ gələ bilər, müddəti müayinədən 3-5 gün əvvəl olmaqla, 19.05.2017-ci il tarixə uyğun gələ bilər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 15.09.2017-ci il tarixli, 11807 rəyi ilə müəyyən edilmişdir ki, faktiki ortada olmayan, istifadədə olmuş 1 ədəd “Samsung J7” markalı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil olan aksessuarların olmamasını nəzərə alaraq, nəzəri hesablama yolu ilə 2017-ci ilin may ayına olan orta bazar qiyməti təxminən 300,00 manat, ***-***-**-** saylı GSM nömrə 3,0 manat, ***-***-**-** saylı GSM nömrə 3,0 manat müəyyən olunur. Təyin olunmuş cəza ilə bağlı qeyd olunmalıdır ki, Sumqayıt şəhər Məhkəməsinin 31 yanvar 2018-ci il tarixli hökmündən görünür ki, məhkəmə cəza təyin edərkən Məhkum ilk dəfə cinayət törətməsini, əməlindən peşman olmaqla səmimi etirafını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə almış, Məhkum cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qanunun tələbinə və qanunla müəyyən edilmiş cəza təyin etmənin prinsiplərinə görə cəza təyin edilərkən təkcə bu hallar deyil, Azərbaycan Respublikası CM-nin 8.1-ci və 58.3-cü maddələrində təsbit edilmiş digər hallar, o cümlədən cinayətin ictimai təhlükəlilik dərəcəsi də nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmi ş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində nəzərdə tutulmuş halları, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Məhkum şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almış, cəzanın məqsədi barədə qanunun tələbinə uyğun nəticəyə gəlmişdir. Cəzanın yüngülləşdirilməsi üçün əsas verən və cinayət işinin materiallarında mövcud ola n hallar nəzərə alınmışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 may 2018-ciil tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 may 2018-ciil tarixli qərarı dəyişdirilmədən saxlansın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-335/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-335/2019
19.02.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver