Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-335/2021 10.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyev Namiq Qadir oğlunun iştirakı ilə, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 18 8.1, 234.4.3 və 237.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxx 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: R.Hüseynov (sədrlik edən), B.Məmmədov və N.Mirzəyevdən ibarət tərkibdə) xx xxxxxx 2019-cu il tarixli hökmü ilə xx xxxxxxxx 1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum edilmiş, məhkumluğu ödənilməmiş, işləməyən, ünvan 1 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1, 234.4.3 və 237.1-ci maddələri ilə təqsirli bilinərək, 188.1-ci maddəsi ilə bir il altı ay müddətə azadlıqdan məh rum etmə cəzasına, CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinib səkkiz il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 237.1-ci maddəsi ilə təqsirli bilinib iki il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması, CM-in 66.3-cü maddəsinə əsasən, təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları qismən toplanılmaqla Məhkum qəti olaraq doqquz il beş ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2011-ci il tarixli hökmü ilə CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinib yeddi il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğu cəzasının çəkilməmiş qalan beş ay on səkkiz günündən Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, CM-in 67.1- ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş qalan hissəsinin qismən birləşdirilməsi, Məhkum qəti olaraq doqquz il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi, cəzaçəkmə müddətinin əvvəlinin tutulduğu xx xxxxxxxx 2018-ci ildən hesablanması hökm edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər X6 (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə) Məhkum müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək qeyd olunan qərarın ləğv edilməsini və barəsində ədalətli qərar qəbul olunmasını xahiş etmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək Məhkum tərəfindən verilmiş ərizə məhkəməyə daxil olmuşdur. Məhkum ərizədə tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmiş və ərizənin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti kassasiya instansiyası məhkəməsində baxılanadək həmin şikayəti vermiş şəxs onu geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 414.5-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsində məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbayc an Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası kassasiya şikayətinin geri qaytarılması barədə dövlət ittihamçısının çıxışını dinləyib, iş materiallarını nəzərdən keçirərək və qanunvericiliyin tələblərinə əsaslanaraq kassasiya şikayətinin geri qaytarılmasını mümkün hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 414.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Məhkum tərəfindən verilmiş ərizə təmin edilsin. Məhkum Azərbaycan Respublikası CM-nin 188.1, 234.4.3 və 237.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxx 2019-cu il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-335/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-335/2021
10.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver